Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-343/2023 18.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X18 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İİ Qarabağ müharibəsi iştirakçısı, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Şəmkir rayon məhkəməsinin 4(076)-22/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən X12 məxsus fərdi yaşayış evində gəlin olan, xx.xx.1995-ci il təvəllüdü bacısı X6 14 aprel 2014-cü il tarixdən rəsmi nikahda olduğu əri Şahid1 boşanmaq istəməsi ilə əlaqədar ona ailəsini dağıtmaması, 3 uşağının həyatını düşünməsi və ailələrini kənddə tənə ilə söz yeri etməməsini bildirərək qardaş nəsihəti vermiş, lakin Qənirə Şərifova israrla boşanacağını deyərək ayrı yaşayacağını bildirib mübahisə etməyə başlamış və qardaşının onun boşanmasına qarşı çıxmasından hiddətlənərək, əlində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə 2 (iki) dəfə qarın nahiyəsinə zərbə vuraraq özü-özünə qarının ön divarında göbəkdən 3 sm aşağıda 1x0,3 sm ölçüdə qarının ön divarının daxilə keçən və daxili üzvləri zədələməyən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd və 0,8x0,2 sm ölçüdə qarının ön divarının daxilə keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş-deşilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt o, bacısı Qənirə Şərifovanın özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə onun üzərinə gedərək əlindəki bıçağı almağa cəhd göstərmiş, lakin sonuncunun müqavimət göstərməsi səbəbindən qarşılıqlı mübarizə zamanı ona fiziki zor tətbiq edərək alın nahiyəsinin sağ və sol yarısında, sağ qaşaltı, sol almacıq və sol çənəaltı nahiyələrdə, boyunun sol yan səthinin aşağı üçdə birində, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthində, sağ saidin aşağı üçdə birinin və sağ baldırın orta üçdə birinin ön səthində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, Qənirə Şərifovanın əlindən bıçağı almış və bu zaman bacısının israrla ərindən boşanaraq öz istəyinə uyğun ayrı yaşayacağını deməsindən hiddətlənərək qisas almaq niyyətilə öldürmək məqsədilə həmin bıçaqla bacısına zərbələr vuraraq 1(bir) ədəd 4x0,5 sm ölçüdə boyunun sol yan səthinin yuxarı üçdə birinin boyun arteriya və venalarını zədələyən, qırtlaq boşluğuna keçən və 1 (bir) ədəd 1,5x0,4 sm ölçüdə döş qəfəsinin arxa səthinin sağ paravertebral xətt üzrə Vİİİ qabrığa səviyyəsində döş boşluğuna keçən, sağ ağciyəri zədələyən, cəmi 2(iki) ədəd deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan, həm ayrıayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və kəskin qanitirmədən onun ölümünə səbəb olan bədən xəsarətləri, bundan sonra isə o, bacısı Qənirə Şərifovanın ölümünü tezləşdirmək məqsədilə qısa müddət ərzində onun bədən səthinə bıçaqla zərbələr vuraraq sol yanağın aşağı üçdə birində 1,5x0,3 sm ölçüdə 1 ədəd, sağ çənəaltı nahiyədə 1,5x0,2 sm ölçüdə və sol çənəaltı nahiyədə 1,2x03, sm ölçüdə, cəmi 2(iki) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri, boyunun yuxarı üçdə birinin ön səthində 1x0,2 sm və 0,8x0,2 sm ölçülərdə, boyunun sol yan səthinin orta üçdə birində1x0,2 sm və 0,9x0,2 sm ölçülərdə, cəmi 4(dörd) ədəd qırtlaq boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara xəsarətləri, döş qəfəsinin sol yan səthində sol orta qoltuqaltı xətt üzrə İİİ qabırğa səviyyəsində 1x0,3 sm ölçüdə döş boşluğuna keçməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti, sol bazu oynağının arxa səthində 0,5x0,2 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin bayır səthində 1,5x0,3 sm ölçüdə və arxa səthində 0,8x0,2 sm ölçüdə deşilmiş-kəsilmiş yaralar, sol əlin 3-cü barmağının daraq-falanqa oynağının arxa səthində 0,7x0,2 sm ölçüdə və sol əlin 4-cü barmağının distal falanqasının ovuc səthində 1,2x0,2 sm ölçüdə kəsilmiş yarlar, cəmi 5 (beş) ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, sol budun arxa-bayır səthində 1,2x0,3 sm ölçüdə 1,5x05 sm ölçüyədək, cəmi 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət olunan həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran çoxsaylı xəsarətlər yetirməklə şəxsi münasibətlər zəminində bacısı Qənirə Şərifovanı qisas almaq niyyətilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar bacı-qardaş kimi bir-birilərini çox istəmişlər. Qənirə 2014-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş və üç övladı dünyaya gəlmişdir. Qənirə ilə Elvin ailə həyatı quran ilk vaxtlarda çox mehriban olmuşlar. Elvin həm də onun çox yaxın dostu olmuşdur. İki il bundan qabaq Elvinlə Qənirənin arasında münasibətlər pisləşmişdir. Belə ki, Qənirə özünə xeyli sayda nisyə paltar alaraq bədxərclik etmiş ,bir çox paltar mağazalarına borcu yaranmışdır. Hətta bir dəfə anası Məqsəd Şərifova əsəbi şəkildə Qənirənin paltar alverçilərinə 450 manat məbləğində borcunun olduğunu bildirmiş və Qənirənin paltar alverçilərinə olan təxminən 350 manat məbləğində olan pul borcunu ödəmişdir. O, Qənirənin ailəsində problem yaranmaması üçün sözügedən 450 manat məbləğində borcunu ödəmişdir. Qənirənin bədxərclik etdiyi üçün xeyli borcu yarandığından əri Elvinlə arasında tez-tez mübahisə olmuşdur. Bundan əlavə Qənirə əri Elvindən başqa qayınatası Nofəl Rüstəmova və qayınanası Əntiqə Rüstəmovaya da hörmətsizlik etmişdir. Qənirə sərbəst şəkildə yaşamaq istəmişdir. Elvinlə aralarında olan mübahisələrə görə Qənirə tez-tez uşaqlarını da götürüb yaşadıqları evə geri qayıtmışdır. Hər dəfə o və ya Elvin Qənirəni razı salaraq evinə geri qaytarmışlar. Qənirənin yenə növbəti dəfə uşaqlarını götürüb yaşadıqları evə geri qayıtdığından əsəbiləşmiş və nə üçün geri gəldiyini soruşmuş ,Qənirə yenə də Elvindən boşanmaq və sərbəst yaşamaq istədiyini demişdir. O, əsəbiləşərək Qənirə ilə mübahisə etmiş və sonuncu yaşadıqları evdən çıxıb qaçmışdır. O, Qənirəni kəndin küçələrində xeyli axtardıqdan sonra tapıb evə gətirmişdir. Sonuncu dəfə Qənirə 2022-ci ilin dekabr ayının sonlarında uşaqlarını da götürüb yaşadıqları evə gəlmiş və bir daha evinə geri qayıtmayacağını bildirmişdir. O, Qənirədən nə üçün gəldiyini soruşmuş, sonuncu Elvindən boşanmaq və sərbəst yaşamaq istədiyini söyləmişdir. Qənirə təxminən 4-5 gün qaldıqdan sonra Elvin yenə Qənirəni razı salıb evinə geri qaytarmışdır. Təxminən 15 gün bundan qabaq Elvin ona zəng edərək Qənirənin hərəkətlərinə artıq dözə bilmədiyini və ərizə verib boşanacağını söyləmişdir. O isə Elvinə haqq verərək başa düşdüyünü demişdir. Elvin onunla çox yaxın dost olduğu üçün bacısı Qənirənin bir çox hörmətsiz hərəkətlərinə dözmüşdür. Hadisədən təxminən 2-3 gün qabaq Elvin ona zəng vurumuş Qənirənin evdə olan toy qızıllarını aparıb satdığını demişdir. O, Elvindən nə üçün Qənirənin qızılları satdığını soruşmuş, o, Qənirənin qızılları sataraq borclarını ödədiyini demişdir. Hadisə olan günü, yəni 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Elvin ona zəng vurmuş və artıq dözə bilmədiyini və Qənirə ilə boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyini demiş,hətta Qənirənin də evdə olan şəxsi əşyalarını yığaraq getməyə hazırlaşdığını bildirmişdir. O, anası Məqsədlə birlikdə Qənirənin yaşadığı ər evinə getmişlər. Həmin vaxtı evdə Elvinin anası Əntiqə, bacısı Şahnaz və Qənirə olmuşdur. Elvin isə qardaşı Samirin evində olmuşdur. O, Qənirəni qırağa çağırıb söhbət etmək istəsə də, Qənirə hörmətsiz şəkildə heç kimlə danışmaq istəmədiyini bildirmişdir. O, birtəhər Qənirəni razı salaraq onu qırağa çəkmiş,həmin vaxt Qənirənin əlində bıçaq olmuşdur. O, Qənirəyə ailəsini dağıtmamasını, 3 uşağının həyatını düşünməsini və kənddə ailəsinin adını biyabır etməməsini demişdir. O, Qənirəydən nə üçün evdən getmək istədiyini və hara gedəcəyini soruşmuş, Qənirə yenə hörmətsiz şəkildə xoşbəxt olmaq istədiyini, Elvindən boşanaraq sərbəst yaşamaq istədiyini və bu barədə onunla danışmaq istəmədiyini bildirmişdir. O, Qənirə ilə mübahisə edən zaman sonuncu artıq bezdiyi üçün əlindəki bıçaqla özünü öldürəcəyini söyləyib 2 dəfə qarın nahiyəsinə zərbə endirmişdir. Qənirənin qarın nahiyəsindən qan axmış, o,Qənirənin əlindən bıçağı almaq üçün onun üzərinə getmişdir. Qənirə əli ilə müqavimət göstərmiş, O, Qənirənin əlindən bıçağı almağa çalışarkən yumruqla Qənirənin üz, baş və boyun nahiyələrinə zərbələr endirmişdir. Lakin, Qənirə israrla bıçağı vermək istəmədiyindən o, hiddətlənərək özündən çıxmış və Qənirənin əlindən bıçağı alaraq sol əli ilə Qənirənin saçından tutub başını aşağı əymiş və sağ əlindəki bıçaqla bir dəfə Qənirənin kürək nahiyəsinə zərbə endirmişdir. Qənirə onun əlindən çıxaraq qonaq otağına doğru qaçmışdır. O, cəld tərpənərəq Qənirəni qonaq otağında tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Bu zaman bıçaq sınaraq sağ əlini kəsmiş, həmin vaxt səs-küyə Elvin gəlmişdir. Qənirənin isə hər tərəfindən qan axmışdır. Daha sonra o, yataq otağındakı dolabın üstündəki şüşə bankadan su içib çölə çıxmışdır. O, çölə çıxıb əlinin qanını kəsməyə çalışmışdır. Çünki əli kəsildiyi üçün xeyli qan axmışdır. Bu zaman Qənirə yaralı şəkildə evdən çıxaraq pilləkənlərdən üzü üstə yerə yıxılmışdır. Yaranmış səs-küyə anası Məqsəd və Elvinin bacısı çıxaraq qışqırmağa və ağlamağa başlamışlar. Təxminən 10 dəqiqə sonra hadisə yerinə gəlmiş Elvinin qardaşı Samirlə birlikdə təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə getmişdir. O, polis bölməsinin növbətçi hissəsinə yaxınlaşıb bacısı Qənirə Şərifovanı öldürdüyünü deyib könüllü olaraq təslim olmuşdur. Əməlindən peşmandır, məhkəmədən ona kömək edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, Elvinlə Qənirənin arasında olan münasibətlər Qənirənin özünə xeyli sayda nisyə paltar alaraq bədxərclik etməsinə görə pisləşmişdir. Belə ki, Qənirə özünə xeyli sayda nisyə paltar alaraq bədxərclik etmişdir. Buna görə də Qənirənin bir çox paltar mağazalarına borcu yaranmışdır. O, Qənirənin ailəsi dağılmasın deyə bir neçə dəfə sonuncunun paltar mağazalarına olan borclarını ödəmişdir. Lakin bunlar barədə kürəkəni Elvinə danışmamışdır. Çünki Qənirənin ailəsində narazılıq olmasını istəməmişdir. Ancaq o, artıq Qənirənin borcları ilə bacara bilməmişdir. Çünki o, gündəlik 10-15 manat məbləği qarşılığında parniklərdə fəhlə olaraq işləmişdir. Qənirə isə dayanmadan özü və uşaqları üçün nisyə paltarlar almağa davam etmişdir. Qənirə həmin paltarları bir dəfə geyindikdən sonra ikinci dəfə geyinməmişdir. Qənirə yeni aldığı və cəmisi 1-2 dəfə geyindiyi paltarları əkində və heyvanın altını təmizləyəndə geyinmişdir. O, Qənirəyə həmin paltarları heyif etməməsini dedikdə, Qənirə ona sərt şəkildə cavab qaytarmışdır. O da Qənirə ilə dalaşmamaq üçün susmuşdur. O, Qənirənin borclarını artıq qaytara bilmədiyindən məcbur olaraq bu barədə oğlu Şaiqə demişdir. Həmin vaxt Qənirənin adını xatırlamadığı paltar alverçilərinə 450 manat məbləğində borcu olmuşdur. Ondan qabaq o, Qənirənin paltar alverçilərinə olan təxminən 350 manat məbləğində olan borcunu ödəmişdir. Şaiq Qənirənin 450 manat məbləğində borcu olduğunu bildikdə əsəbiləşsə də, daha sonra bacısı Qənirənin ailəsində problem yaranmaması üçün sözügedən 450 manat məbləğində borcu da ödəmişdir. Qənirə sərbəst şəkildə yaşamaq istəmişdir. Elvinlə aralarında olan mübahisələrə görə Qənirə tez-tez uşaqlarını da götürüb yaşadıqları evə geri qayıtmışdır. Hər dəfəsində o, oğlu Şaiq və ya Elvin Qənirəni razı salaraq evinə geri aparmışlar. Təxminən 10 ay bundan qabaq Qənirə yenə uşaqlarını götürüb yaşadıqları evə gəlmişdir. Şaiq Qənirənin yenə geri qayıtdığını görüb əsəbiləşmiş və nə üçün geri gəldiyini soruşmuşdur. Qənirə yenə də Elvindən boşanmaq və sərbəst yaşamaq istədiyini demişdir. Şaiq də əsəbiləşərək Qənirə ilə mübahisə etmişdir və sonuncu da yaşadıqları evdən çıxıb qaçmışdır. Şaiq Qənirəni kəndin küçələrində xeyli axtardıqdan sonra tapıb evə gətirmişdir.Qənirə 2022-ci ilin dekabr ayının sonlarında uşaqlarını da götürüb yaşadıqları evə gələrək bir daha evinə geri qayıtmayacağını bildirmiş, o, Qənirədən nə üçün gəldiyini soruşmuş Qənirə Elvindən boşanmaq və sərbəst yaşamaq istədiyini demişdir. Qənirə təxminən 4-5 gün qaldıqdan sonra Elvin yenə Qənirəni razı salıb evinə geri qaytarmışdır. Bundan başqa Qənirə uşaqlarına qarşı da çox aqressiv olmuşdur. Qənirə uşaqlarının dərsləri ilə maraqlanmamaqla yanaşı, uşaqlarını tez-tez döymüşdür. Elvin Şaiqlə çox yaxın dost olduğu üçün Qənirənin bir çox hörmətsiz hərəkətlərinə dözmüşdür. Hadisədən 2-3 gün əvvəl Elvin Şaiqə zəng vurmuş və Qənirənin evdə olan toy qızıllarını aparıb satdığını demişdir. Şaiq Elvindən nə üçün Qənirənin qızılları satdığını soruşmuş, Elvin Qənirənin qızılları sataraq borclarını ödədiyini deməsini bildirmişdir. O, Qənirənin qızılları satıb pulunu paltarlara xərcləyəcəyindən şübhələndiyindən sonuncunu yoxlamaq məqsədilə Qənirəyə guya Şaiqin bankdan kredit götürə bilməsi üçün qızıllarını Şaiqə verməsini demişdir. O da qızılların yerində olduğunu və nə vaxtsa lazım olarsa onları Şaiqə verə biləcəyini demişdir. Hadisə olan günü, yəni 04 fevral 2023-cü il tarixdə o, evdə olmuşdur. Saat 15 radələrində Şaiq evə gəlmiş və Elvinin Qənirədən boşanmaq üçün məhkəməyə ərizə verdiyini və Qənirənin də evdə olan şəxsi əşyalarını yığıb harasa getmək istədiyini demişdir. O, Şaiqlə birlikdə Qənirənin yaşadığı evə getmişdir. Həmin vaxtı evdə Elvinin anası Əntiqə, bacısı və Qənirə olmuşdur. Elvin isə qardaşı Samirin evində olmuşdur. Qənirə bütün əşya və paltarlarını yığıb pilləkənin üstünə qoymuşdur. Şaiq zəng edib Elvini çağırmışdır. Elvin gəlmiş və onlar məsələni aydınlaşdırmaq üçün söhbət etmişlər. O, Qənirədən nə üçün boşanmaq istədiyini, boşanıb hara gedəcəyini və ən əsası toy qızıllarını niyə satdığını soruşmuş, Qənirə hörmətsiz şəkildə bu evdə xoşbəxt olmadığını, boşanaraq sərbəst yaşamaq istədiyini və toy qızıllarını satıb pulunu borclarına verdiyini demişdir. Bundan başqa Qənirə öz həyatını istədiyi kimi yaşamaq istədiyini və heç kimin onun işinə qarışmamasını demişdir. Qənirənin fikrindən daşınmaq istəmədiyini görən Şaiq Qənirəni qırağa çağırıb söhbət etmək istəmişdir. Qənirə əvvəl hörmətsiz şəkildə heç kimlə danışmaq istəmədiyini bildirsə də, sonra Şaiqlə birlikdə digər evə getmişlər. O da Elvinin anası Əntiqə, bacısı Şahnaz və Elvin ilə aşağı evdə qalmışdır. Təxminən 15-20 dəqiqə sonra onlar digər evdən Qənirənin qışqırtı səsinin gəldiyini eşidərək həyətə çıxmışlar. X22 döydüyünü düşünüb evə girmişdir. O isə Şahnazla həyətdə qalmışdır. Bir neçə dəqiqə sonra Şaiqlə Elvin evdən çıxmışlar. Şaiqin əlindən qan axmışdır. Onlar Qənirənin harada olduğunu soruşduqda, Şaiq onun içəridə olduğunu demişdir. Şahnaz evdən yodla bint gətirərək Şaiqin əlini sarımışdır. Bu zaman Qənirə yaralı şəkildə evdən çıxaraq pilləkənlərdən üzü üstə yerə yıxılmışdır. Qənirə hərəkətsiz şəkildə yerdə qalmış, sonra onun halı pisləşmişdir. Elvin Şaiqlə birlikdə Qənirəni götürüb evin qonaq otağına uzatmışlar. Daha sonra Şaiq təslim olmaq üçün hadisə yerinə gəlmiş, Elvinin qardaşı Samirə Şaiqin özünü Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə aparmasını demişdir. Şaiq Samirin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilinə əyləşmiş və Samir Şaiqi könüllü təslim olması üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X13 onun arvadı olmuş, bu evlilikdən xx.xx.2014-cü il təvəllüdlü Gülşən Rüstəmova, xx.xx.2016-cı il təvəllüdlü Fərid Rüstəmov və xx.xx.2020-ci il təvəllüdlü Özal Rüstəmov adlı 3 (üç) övladı dünyaya gəlmişdir. Onlar ailə qurduğu yeni vaxtlar çox mehriban olmuşlar. O, qazandığı pulu ailəsinə xərcləyərək ailəsinə lazımi diqqət və qayğı göstərmişdir. Qənirə ilə Şaiq də qardaş-bacı olaraq bir-birilərinin xətrini çox istəmişlər. Təxminən 2 il bundan qabaq onun Qənirə ilə münasibətləri pisləşməyə başlamışdır. Onlar hər xırda şeyin üstündə mübahisə etmişlər. Belə ki, onlar əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qənirə də bu işlərdə ona köməklik etmişdir. Lakin Qənirə artıq bu işlərdən bezdiyini, belə yaşaya bilmədiyini və sərbəst yaşamaq istədiyini demişdir. Qənirə özü və uşaqlar üçün paltar alverçilərindən nisyə paltar aldığından ,Qənirənin paltar mağazalarına borcu yaranmışdır. Qənirə bunun üçün ondan da müxtəlif məbləğlərdə pul istəmiş,hətta bir dəfə Şaiq ona Qənirənin paltar alverçilərinə olan 450 manat məbləğində borcunu ödədiyini demişdir. O, hər dəfəsində Qənirədən soruşduqda sonuncu özü və uşaqlar üçün paltar aldığını demişdir. Qənirə ilə onun arasında olan mübahisələrə görə Qənirə tez-tez uşaqları da götürüb atasının evinə getmişdir. Hər dəfə o və ya Şaiq Qənirəni razı salaraq evə geri qaytarmışlar. Təxminən 10 ay bundan qabaq Qənirə yenə uşaqları da götürüb atası evinə getmişdir. Qənirənin yenə ata evinə qayıtmasından əsəbiləşən Şaiq Qənirə ilə mübahisə etmiş, sonuncu buna görə evdən çıxıb qaçmış və Şaiq Qənirəni kəndin küçələrində xeyli axtardıqdan sonra taparaq evə geri gətirmişdir. Ümumiyyətlə, son 3-4 ay müddətdə Qənirə ondan boşanaraq ayrı yaşamaq istəmişdir. Çünki Qənirə xoşbəxt olmadığını demişdir. Onların gündəlik olaraq əkinçilik və maldarlıqla əlaqədar gördükləri işlər Qənirəyə ağır gəlmiş və sonuncu başqa cür həyat istəmişdir. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında Qənirə yenə onunla mübahisə edərək uşaqlarını da götürüb atası evinə getmiş və bir daha evinə geri qayıtmayacağını bildirmişdir. Qənirə təxminən 4-5 gün qaldıqdan sonra o, Qənirəni razı salıb evinə geri qaytarmışdır. O, Şaiqə zəng edərək Qənirənin hərəkətlərinə artıq dözə bilmədiyini və ərizə verib boşanacağını demiş, Şaiq də ona haqq verərək onu başa düşdüyünü və ona necə xoşdursa elə etməsini demişdir. O, Şaiqlə çox yaxın dost olduğu üçün bacısı Qənirənin bir çox hörmətsiz hərəkətlərinə dözmüşdür. Lakin heç cürə onlar yola gedə bilməmişlər. Hadisədən təxminən 3-4 gün əvvəl o, Qənirə ilə danışıb boşanmaq qərarına gəlmişdir. Söhbət əsnasında o, Qənirədən toy qızıllarının harada olduğunu soruşmuş və Qənirənin qızılları ona verməsini demişdir. Belə ki, onun banka kredit borcu olduğu üçün qızlları satıb kreditini bağlamaq istəmişdir. Lakin Qənirə qızılların ona məxsus olduğunu və satdığını demişdir.O, nə üçün Qənirənin qızılları satdığını və pulunu hara verdiyini soruşmuş Qənirə müxtəlif bəhanələr gətirərək qızılların özünə məxus olduğunu demişdir. O, Şaiqə bu barədə danışmış və Qənirənin qızılları satdığını demişdir. O, hadisə günü, yəni 04 fevral 2023-cü il tarixdə o,boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra evə gəlmiş və bu barədə Qənirəyə bildirmişdir. Qənirə də onunla razılaşaraq şəxsi əşyalarını yığmağa başlamışdır. O da qardaşı Samirin evinə ketmişdir. O, Şaiqə də zəng edərək Qənirədən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdiyini demiş, Şaiq də gələcəyini deyib telefonu söndürmüşdür. Az sonra Şaiq ona zəng vurmuş və anası Məqsədlə onların yaşadıqları evə gəldiklərini bildirmiş və onu da ora çağırmışdır. O da qardaşı Samirin evindən çıxıb yaşadığı evə getmiş və onlar bu barədə söhbət etmişlər. Həmin vaxtı evdə anası Əntiqə, bacısı Şahnaz və Qənirə olmuşdur. Onlar Qənirədən gedib harada yaşayacağını soruşduqda Qənirə bu onun şəxsi işi olduğunu və onların Qənirənin öz işlərinə qarışmamalarını demişdir. Belə vəziyytdə Şaiq Qənirəni qırağa aparmış və Qənirə ilə danışmaq istədiyini demişdir. Qənirə ilk əvvəl hörmətsiz şəkildə heç kimlə danışmaq istəmədiyini bildirsə də, daha sonra Şaiqlə birlikdə digər evə getmişlər. O da anası Əntiqə, qayınanası Məqsəd və bacısı Şahnaz ilə aşağı evdə qalmışdır. Az sonra onlar digər evdən Qənirənin qışqırtı səsinin gəldiyini eşidərək həyətə çıxmışlar. O, Şaiqin Qənirəni döydüyünü düşünüb evə girmiş,qonaq otağına daxil olduqda Qənirənin qan içində yerdə uzandığını, Şaiqin isə əlində bıçaq Qənirənin yanında dayandığını görmüşdür. Şaiqin əlindən də qan axmışdır. O, Şaiqin bıçaqla Qənirəni vurduğunu başa düşüb onu həyətə çıxartmışdır. Qənirə də hərəkətsiz şəkildə qonaq otağında yerdə uzanmışdır. Qənirənin hər yerindən qan axmışdır. Hadisə zamanı bıçaq qırıldığı üçün Şaiqin əli kəsilmiş və ona görə də sonuncunun əlindən qan axmışdır.Qənirə yaralı şəkildə evdən çıxaraq pilləkənlərdən üzü üstə yerə yıxılmış və hərəkətsiz şəkildə yerdə qalmışdır. Onlar Qənirənin artıq öldüyünü başa düşüb meyitinin ortada qalmaması üçün o, Şaiqlə birlikdə Qənirəni götürüb evin qonaq otağına uzatmışlar. Daha sonra Şaiq hadisə yerinə gəlmiş qardaşı Samirə Şaiqi təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə aparmasını demişdir. Şaiq Samirin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilinə əyləşmiş və Samir Şaiqi könüllü təslim olması üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə aparmışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 fevral 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 4(076)-22/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 fevral 2023-ci il tarixli, 08 saylı rəyindən görünür ki, 1. X1 meyitinin sol yanağın aşağı üçdə birində l,5x0,3sm ölçüdə, 1 ədəd deşilmiş-kəsilmiş yara, sağ çənəaltı nahiyədə l,5x0,2sm ölçüdə, sol çənəaltı nahiyədə l,2x0,3sm ölçüdə, olmaqla cəmi 2 ədəd deşilmiş-kəsilmiş yara, boyunun yuxarı üçdə birinin ön səthində 1x0,2sm və 0,8x0,2sm ölçülərdə, boyunun sol yan səthinin yuxarı üçdə birində 4x0,5sm ölçüdə, boyunun sol yan səthinin orta üçdə birində 1x0,2sm və 0,9x0,2sm ölçülərdə, olmaqla cəmi 5 ədəd deşilmişkəsilmiş yara, boyunun sol yan səthinin yuxarı üçdə birindəki yara boyun arteriya və venalarını zədələyərək qırtlaq boşluğuna keçən, digər yaralar qırtalaq boşluğuna keçməyən, döş qəfəsinin sol yan səthində sol orta qoltuqaltı xətt üzrə İİİ qabırğa səviyyəsində 1x0,3sm ölçüdə, döş qəfəsinin arxa səthində sağ paravertebral xətt üzrə Vİİİ qabırğa səviyyəsində l,5x0,4sm ölçüdə, cəmi 2 ədəd, deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthinin sağ yarısındakı yara döş boşluğuna keçir, sağ ağciyərin aşağı payını zədələyən, döş qəfəsinin sol yan səthindəki yara isə döş boşluğuna keçməyən, qarının ön divarında köbəkdən 3sm aşağıda 1x0,3sm və 0,8x0,2sm ölçülərdə, cəmi 2 ədəd deşilmişkəsilmiş yara; Yaralardan biri qarın boşluğuna keçir, lakin daxili orqanları zədələməyən, digəri qarın boşluğuna keçməyən, sol bazu oynağının arxa səthində 0,5x0,2sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin bayır səthində l,5x0,3sm ölçüdə, arxa səthində 0,8x0,2sm ölçüdə, sol əlin 3-cü barmağının daraq-falanqa oynağının arxa səthində 0,7x0,2sm ölçüdə, sol əlin 4-cü barmağının distal falanqasınm ovuc səthində l,2x0,2sm ölçüdə, cəmi 5 ədəd, deşilmiş -kəsilmiş və kəsilmiş yara, sol budun arxa-bayır səthində isə l,2x0,3sm ölçüdən l,5x0,5sm ölçüyədək, cəmi 4 ədəd, deşilmiş-kəsilmiş yara, alın nahiyəsinin sağ və sol yarısında, sağ qaşaltı, sol almacıq və sol çənəaltı nahiyələrdə, boyunun sol yan səthinin aşağıüçdə birində, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthində, sağ saidin aşağı üçdə birinin və sağ baldırın orta üçdə birinin ön səthində qançırlar kimi xəsarətlər vardır. Göstərilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, qançırlar isə KÜT əşyalarla ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar. 2. X1 bədən səthində aşkar edilmiş xəsarətlər deşilmiş- kəsilmiş, kəsilmiş və deşilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X6 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığım təyin etmək mümkün olmamışdır. 3. X1 qarın nahiyəsində aşkar edilmiş xəsarətlər-qarının ön divarının bir ədəd daxilə keçən, bir ədəd daxilə keçməyən (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları əl çatan nahiyədə yerləşdiyin Qənirə Şərifovanın özü tərəfindən də yetirilə bilərdi. 4. X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, həmin xəsarətlər müxtəlif duruş vəziyyətində yetirilə bilərdilər, bununla belə, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə qarşı-qarşıya, ayaqüstə duruş vəziyyətində olması daha çox ehtimal olunur. 5. Ağırlıq dərəcəsinə görə boyunun sol yan səthinin yuxarı üçdə birinin boyun arteriya və venalarını zədələyən, qırtlaq boşluğuna keçən yarası, döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna keçən, sağ ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası və qarının ön divarının daxilə keçən, daxili üzvləri zədələməyən deşişlmiş-kəsilmiş yarası (cəmi 3 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, sol yanağın, çənəaltı nahiyənin, boyunun yuxarı şdə birinin ön səthinin, boyunun sol yan səthinin orta üçdə birinin, döş qəfəsinin sol yan səthinin və qarının ön divarının daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol bazu oynağının arxa səthinin, sol bazunun yuxarı üşdə birinin arxa və bayır səthinin deşilmiş-kəsilmiş yaraları, sol əlin 3-cü barmağının daraq-falanqa oynağının arxa səthinin, sol əlin 4-cü barmağının distal falanqasımn ovuc səthinin kəsilmiş yaraları, sol budun arxa bayır səthinin deşilmişkəsilmiş yaralan həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, alm nahiyəsinin sağ və sol yarısının, sağ qaşaltı, sol almacıq və sol çənəaltı nahiyələrin, boyunun sol yan səthinin aşağı üçdə birinin, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthinin, sağ saidin aşağı üçdə birinin və sağ baldırın ortaüçdə birinin ön səthinin də qançırlara isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. 6. X1 ölümünə səbəb boyunun sol yan səthinin yuxarı üçdə birinin qırtlaq boşluğuna keçən, boyun arteriya və venalarını zədələyən və döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna keçən, sağ ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X6 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. 7. X2 hamiləlik aşkar edilməmişdir. 8. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli, 112 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin İİ və İİİ barmaqlarının ovuc səthinin kəsilmiş yaraları İTİ kənarlı alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi, əmələ gəlmə müddətləri 04 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 14 mart 2023-cü il tarixli, 74/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, X3 məxsus qolsuz jiletin arxa səthinin yuxarı hissəsində və sol yan səthində, idman şalvarının ön səthində, sol ayağının ön səthində və sol ayağının arxa səthində, idman koftasının arxa səthinin sağ yarısında, arxa səthinin sol yarısının yuxarı hissəsində, arxa səthinin sol yan nahiyəsində və sol qolunun arxa səthində, qolsuz maykanın arxa səthində çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçaq kəskin deformasiya və əyilmiş vəziyyətdə olduğundan, dəstəyi sındığından paltarlar üzərində eksperimental zədələrin yetirilməsi mümkün deyil. Bununla belə, X3 məxsus paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin (alətlərin) konstruktiv xüsusiyyətlərini, təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətlərini və tiyəsinin ölçülərini nəzərə alaraq, paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. X3 məxsus büstqalterin üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin, cins şalvarın, sviterin və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı götürülmüş bıçaq dəstəyi və tiyəsi uyğunlaşdırıldıqdan sonra müəyyən edildi ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş sınmış metal hissələri, bıçaq tiyəsi və dəstəyi eyni bir tamın (bütöv bir bıçağın) hissələridir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 102/2023-MTBŞ nömrəli rəyindən görünür ki, 1. X6 ABO sistemi üzrə qrup göstəricisi:0(l) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:AB/İY/ (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). 3. Ekspertizaya təqdim edilmiş Q.Z. Şərifovaya məxsus lifçik, ipli mayka, jilet, idman şalvarı, idman koftası, Ş.Z. Şərifliyə məxsus sviter, şalvar, bir cüt kişi ayaqqabısı, kəndir hissəsi, 08 ədəd kosmetik pambıq tamponlar, 03 ədəd sınmış bıçaq hissələri, sarğı bezləri, 01 ədəd şüşə banka və 03 ədəd sınmış bıçağın dəstək hissələri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də X15ma məxsus ola bilər. 4. Ekspertizaya təqdim edilmiş Ş.Z. Şərifliyə məxsus bir ədəd gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleksməhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunmuşdur. Hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs ANLAQLİ vəziyyətdə olmuş, öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuş, Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuş, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji (psixoloji) affekt halında olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi qara rəngli, tiyəsi dəstəyindən sınaraq ayrılmış bıçaq, 3 ədəd bıçağın dəstəyinin qırılmış hissələri, şəffaf rəngli şüşə banka, ağ rəngli pres kəndir, 2 (iki) ədəd sarğı bezi, 08 (səkkiz) ədəd pambıq çöp, xx.xx.2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X1 hadisə vaxtı əynində olmuş tünd göy rəngli jilet, qara rəngli idman şalvar və kofta dəsti, qara rəngli mayka, qara rəngli busqalter və xx.xx.2023-cü il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş üzü tünd yaşıl, astarı qırmızı rəngli qalın gödəkcə, tünd göy rəngli uzunboğaz sviter, boz rəngli cins şalvar və bir cüt qara rəngli ipli ayaqqabı öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 04 fevral 2023-cü il tarixli protokolundan göürür ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən qərb istiqamətdə 17 km məsafədə yerləşən rayonun Sabirkənd kəndindəki X12 məxsus fərdi yaşayış evidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 04 fevral 2023-cü il tarixli protokolundan göürür ki, meyit qadın cinsli, Şəmkir rayonu, Sabirkənd kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü X13 olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi X20 Şəmkir rayon şöbəsinin meyitxanasında təşrih masası üzərinə uzadılmışdır. Meyitin əynində tünd göy rəngli qolsuz jilet, qara rəngli üzərində “ZARA” yazısı olan dəst idmançı kofta və şalvarı, qara rəngli qolsuz mayka, qara rəngli busqalter, qara rəngli trusik və qara rəngli bir cüt corab vardır. Meyit qadın cinsli, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin boyu 1,70 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması çeynəmə əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən, təzyiq kəsildikdə 1-2 saniyəyə bərpa olan qırmızımtıl-bənövşəyi rəngdə zəif inkişaf etmiş meyit ləkələri vardır. Başında tükləri qara-qonur rəngdə olub 30-40 sm uzunluqdadır. Saçlarının arxa hissəsi, ənsə nahiyəsi qanla islaq vəziyyətdədir. Əllədikdə kəllə qapaq sümükləri tamdırlar. Meyitin üzü, boyun nahiyəsi, döş qəfəsinin arxa səthi qana bulaşmış vəziyyətdədir. Gözləri yarımaçıqdır. Hər iki gözündə larşe ləkəsi vardır. Burun dəliklərində qanlı köpük ifrazatı vardır. Döş qəfəsi qabırğalar tamdır, qarnı qabırğa qövsləri səviyyəsindədir, köp yoxdur. Sağ qulağının sırğalıq nahiyəsində həlqə şəkilli sırğa var, sol qulağında isə yoxdur. Xəsarətlər: alın nahiyəsinin sağ yarısında 2,5x1 sm ölçüdə, sol yarısında 1,5x1 sm ölçüdə, sağ qaşaltı nahiyədə 2x1,5 sm ölçüdə, sol çənəaltı nahiyədə 2x1,5 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin ön bayır səthində 1x0,8 sm və 0,5x0,5 sm ölçülərdə, sağ saidin aşağı üçdə birinin ön səthində 3x2 sm ölçüdə, sağ baldırın orta üçdə birinin ön səthində 2,5x2 və 1,5x1 sm ölçülərdə, boyunun sol yan səthinin aşağı üçdə birində 2,5x1,5 sm ölçüdə qırmızımtıl-bənövşəyi, göyümtül rəngdə qançırlar vardır. Sol yanağın aşağı üçdə birində 1,5x0,3 sm ölçüdə, sol çənəaltı nahiyədə 1x0,3 sm ölçüdə, boyunun sol yan səthinin yuxarı üçdə birində 4x0,5 sm ölçüdə, sağ çənəaltı nahiyədə 1,5x1 sm ölçüdə, boyunun yuxarı üçdə birinin ön sətyhində 1x0,2 və 0,8x0,2 sm ölçülərdə, boyunun sol yan səthində isə 1x0,2 sm və 0,9x0,2 sm ölçülərdə kənarları hamar, ucları iti yaralar vardır. Döş qəfəsinin sol yan səthində, qoltuqaltından 3 sm aşağı 1x0,3 sm ölçüdə, döş qəfəsinin arxa səthinin sağ yarısında sağ paravertebral xətt üzrə 1,5x0,4 sm ölçüdə qarnın ön divarında göbəkdən 3 sm aşağıda 1x0,3 və 0,8x0,2 sm ölçülərdə, sol bazu oynağının arxa səthində 0,5x0,2 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin bayır səthində 1,5x0,6 sm ölçüdə, arxa səthində 0,8x0,3 sm ölçüdə, sol əlin arxa səthində İİİ daraq falanqa oynağı səviyyəsində 0,7x0,2 sm ölçüdə, sol əlin İV barmağının distan falanqasının ovuc səthində 1,2x0,2 sm ölçüdə, sol budun arxa bayır səthində 1,5x0,5 sm ölçüdə, 1,2x0,3 sm ölçüdə boyunun yuxarı üçdə birinin sol yan səthindəki yara qırtlaq boşluğuna keçir. Qarnın ön divarındakı yaralardan biri qarın boşluğuna keçir, lakin daxili orqanları zədələnmir. Qolsuz jiletin arxa səthinin sağ yarısında yaxalıq nahiyəsindən 30 sm aşağıda şərti orta xətdən 2 sm sağda 2x0,3 sm ölçüdə dəlib keçən zədə vardır. Jiletin sol yan cibindən 2 ədəd mavi rəngli, 1 ədəd qara rəngli, 1 ədəd sarı rəngli, üzərində etiket olan geyinilməmiş trusiklər vardır. İdman koftasının sol çiyin nahiyəsində 2 ədəd, arxa səthin sağ yarısında 1 ədəd, sol kürəküstü nahiyədə 1 ədəd zədə vardır. Busqalterdə zədə yoxdur. Qolsuz maykanın arxa səthinin orta hissəsində 1 ədəd zədə vardır. Şalvarın sol ayağının arxa bayır səthində isə 1,2x0,2 sm ölçüdə 4 ədəd zədə vardır. X1 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Meyitin müayinəsi zamanı meyitin əynində olan tünd göy rəngli jilet, qara rəngli idman şalvar və kofta dəsti, qara rəngli mayka və qara rəngli busqalter cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş paltarlara baxış keçirilməsi və götürülməsi haqqında 04 fevral 2023-cü il tarixli protokolundan göürür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzü tünd yaşıl, astarı qırmızı rəngli gödəkcənin uzunluğu 62 sm, eni 97,5 sm təşkil edir. Gödəkcənin kürək nahiyəsində “GUCCİ” sözü yazılmışdır. Gödəkcənin hər iki qol və aşağı nahiyəsi manjetlidir. Gödəkcənin önü zəncirbəndli olmaqla yan və yuxarı sinə nahiyələrində cibləri vardır. Gödəkcə ikiüzlü olduğu üçün iç yan nahiyəsində də iki ədəd cibləri vardır. Gödəkcə çirkli vəziyyətdədir. Gödəkcənin üzərində zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Boz rəngli cins şalvarın ümumi uzunluğu 98 sm, eni 44 sm təşkil edir. Şalvarın sağ arxa cib nahiyəsinin üzərində “3E” yazısı olan emblem vardır. Şalvar ön tərəfdən bir ədəd zəncirbənd və bir ədəd üzərində “3E” yazısı olan metal düymə ilə bağlanır. Şalvarın arxa hissəsində və yan hissəsində 2(iki) ədəd ciblik mövcuddur. Şalvarın üzərində qanabənzər şübhəli ləkələr vardır. Şalvarın üzərində zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Tünd göy rəngli uzunboğaz sviterin uzunluğu 77 sm, eni 46 sm təşkil edir. Sviterin hər iki qol nahiyəsi manjetlidir. Sviterin qarın nahiyəsində bir-birilə əlaqəli cibliklər vardır. Sviterin arxa boyun nahiyəsində “PORT” sözü yazılmış etiket vardır. Sviterin qarın nahiyəsindəki cibliklərin üzərində qanabənzər şübhəli ləkələr vardır. Sviterin üzərində hər hansı zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Qara rəngli bir cüt ayaqqabı dəri materialdan yığılmaqla, üzəri iplidir. Ayaqqabıların boğaz nahiyəsi qəhvəyi rənglidir. Ayaqqabıların içəri astarı cırılmışdır. Ayaqqabı 40 sm ölçüdədir. Ayaqqabıların üzərində qanabənzər şübhəli ləkələr vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokolundan göürür ki, tünd göy rəngli jiletin ümumi uzunluğu 90 sm, eni 44,5 sm təşkil edir. Jiletin arxa kürək nahiyəsində üzərində “LONOND” yazısı və beşgüşəli ulduz olan emblem mövcuddur. Jiletin hər iki yan hissəsində ciblik vardır. Jiletin hər iki qolunun ağız hissəsi ağ rəngli paralel xətlərlə xətlənmişdir. Jiletin arxa kürək nahiyəsindəki beşgüşəli ulduzun aşağı hissəsində 2 sm uzunluqda və jiletin sol qolaltı nahiyəsində 1,5 sm uzunluqda deşilmə izi vardır. Jiletin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli idman şalvarının uzunluğu 90 sm, eni isə 34 sm təşkil edir. Şalvarın hər iki yan səthində ağ rəngli zolaq uzanır. Şalvarın bel və hər iki ayaq nahiyəsi manjetlidir. Şalvarın hər iki yan səthində ciblik vardır. Şalvarın qabaq nahiyəsində 1 sm uzunluqda, sol diz nahiyəsində 1 sm uzunluqda və arxa bud nayisəsində 1 sm, 0.9 sm, 1.1 sm və 0.8 sm uzunluqda deşilmə izləri vardır. Şalvarın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli idman koftasının uzunluğu 98 sm, eni 52 sm təşkil edir. Kofta uzunqol olmaqla hər iki qol və aşağı nahiyəsi manjetlidir. Koftanın özünə bitişik papağı vardır. Bundan əlavə koftanın sinə sağ aşağı qarın nahiyəsində “ZARA” yazısı olan ağ rəngli emblem vardır. Koftanın sağ aşağı qarın nahiyəsində, etiketin olduğu yerdə yarıq vardır. Koftanın sol kürək nahiyəsində 1sm, bel nahiyəsində 1 sm, sol qol nahiyəsinin arxa səthində 2 və 1,5 sm, sol qoltuqaltı nahiyədə tikiş xəttindən 2 sm sağda 1,5 sm uzunluqda və sol çiyinarxa nahiyəsində 0,5 sm uzunluqda deşilmə izləri vardır. Koftanın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli iplikli maykanın (qadın gecə geyimi) uzunluğu 50 sm, eni 40 sm təşkil edir. Maykanın ön sinə nahiyəsində üzərində gül təsviri olan qırçınlı bəzəklər vardır. Maykanın arxa kürək nahiyəsində 2 sm uzunluqda deşilmə izi vardır. Maykanın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli busqalterin uzunluğu 11 sm, eni 54 sm təşkil edir. Busqalterin mərkəz hissəsində 3 ədəd ağ rəngli qaşlar vardır. Busqalter arxadan ilgəklə bağlanır. Busqalterin ilgəklərinin üzərində qanabənzər şübhəli ləkələr vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Əşyaya baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokolundan göürür ki, bıçağın tiyəsinin uzunluğu 10,5 sm, dəstəyinin uzunluğu isə 12 sm təşkil edir. Hadisə zamanı bıçağın tiyəsi sınaraq dəstəyindən ayrılmış və dəstəyin 3 sm olan hissəsi qırılaraq tiyəyə bitişik şəkildə qalmışdır. Bıçağın tiyəsi metal rəngli olmaqla aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Bıçağın dəstəyinin üzərində qara fonda əjdaha simvollu mifik obraz təsvir olunmuş, üzəri isə şəffaf rəngli plastik materialla örtülmüşdür. Dəstəyin digər tərəfi isə sınmışdır. Bıçağın tiyəsinin üzərində qana bənzər şübhəli ləkələr vardır. Bıçağın dəstək hissəsi tiyə hissəsinə 3(üç) ədəd metal vintlərlə bərkidilmişdir. Dəstək hissənin tiyəyə birləşən hissədə 2 (iki) ədəd çıxıntı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Əşyaya baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokolundan göürür ki, şəffaf rəngli şüşə bankanın uzunluğu 16 sm, diametri isə 7,5 sm təşkil etməklə silindrik formalı olub üzərində qanabənzər şübhəli ləkələr vardır. Ağ rəngli pres kəndirin uzunluğu 106 sm təşkil edir. Kəndir dairəvi formalı olub üzərində qanabənzər şübhəli ləkələr vardır. Bundan başqa hadisə yerinə baxış keçirilərkən ayrı-ayrı yerlərdən damcı şəklində və səpələnmiş formada qana bənzər şübhəli ləkələr aşkar edildi. 2 (iki) yoda bulaşmış sarğı bezinin üzərində qanabənzər şübhəli ləkələr vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, 04 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən X12 məxsus fərdi yaşayış evində gəlin olan, xx.xx.1995-ci il təvəllüdü bacısı X11 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən öldürməsi ilə bağlı törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 06 fevral 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon mərkəzi xəstəxanası X20 Konsultativ poliklinika şöbəsinin 07 fevral 2023-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü X5 rayon Konsultativ Poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin 07 fevral 2023-cü il tarixli, 3-13-110-212-225/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 17:30 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq bacısı X11 öldürməsini bildirərək könüllü təslim olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 28 fevral 2023-cü il tarixli, 3-13-110/2-5664/2023 nömrəli məktubuna əlavə edilmiş 25 fevral 2023-cü il tarixli, 5 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin 23 fevral 2023-cü il tarixli, 3-13-110-2/2-364/2023 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən və barəsində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə hər hansı bir müraciət daxil olmamış və həmçinin heç bir təqsirləndirici material yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin 13 mart 2023-cü il tarixli, 3-13-110-2/2-568/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yaşamış X6 Təqsirləndirilən şəxs tərəfindən öldürülən zaman ətrafda olmuş şəxs və ya şəxslərin, cinayət hadisəsinə şahidlik etmiş şəxslərin dairəsini, o cümlədən cinayət hadisəsi törədilən zaman iştirakçı olmuş şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş bir sıra əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs X11 öldürməmişdən əvvəl onunla amansız rəftar etmə, ləyaqətinin mütamadi alçaldılması, təhqir edilməsi, hədə- qorxu gəlinməsi hallarının olub-.olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs normal həyat tərzi keçirmiş, spirtli içkilərə və narkotik vasitələrə aludəçiliyi olmamış, X11 öldürməmişdən əvvəl yaxın qohumları ilə heç bir ailə daxili problemi olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Medalının vəsiqəsi İ-9213 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxslər barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, iş üzrə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik, məhkəmə-tibbi bioloji, kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji, ekspertizalarının rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olması və 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, İİ Qarabağ müharibəsi iştirakçısı olması məsuliyyəti yüngülləşdirilən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, İİ Qarabağ müharibəsi iştirakçısı) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 04 fevral 2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- iş üzrə maddi sübutlar- Şəmkir şəhər prokurorluğunda saxlanılan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi qara rəngli, tiyəsi dəstəyindən sınaraq ayrılmış bıçaq, 3 ədəd bıçağın dəstəyinin qırılmış hissələri, şəffaf rəngli şüşə banka, ağ rəngli pres kəndir, 2 (iki) ədəd sarğı bezi, 08 (səkkiz) ədəd pambıq çöp məhv edilsin. xx.xx.2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X1 hadisə vaxtı əynində olmuş tünd göy rəngli jilet, qara rəngli idman şalvar və kofta dəsti, qara rəngli mayka, qara rəngli busqalter və xx.xx.2023-cü il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş üzü tünd yaşıl, astarı qırmızı rəngli qalın gödəkcə, tünd göy rəngli uzunboğaz sviter, boz rəngli cins şalvar və bir cüt qara rəngli ipli ayaqqabı yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 384 -387-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Şəmkir şəhər prokurorluğunda saxlanılan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi qara rəngli, tiyəsi dəstəyindən sınaraq ayrılmış bıçaq, 3 ədəd bıçağın dəstəyinin qırılmış hissələri, şəffaf rəngli şüşə banka, ağ rəngli pres kəndir, 2 (iki) ədəd sarğı bezi, 08 (səkkiz) ədəd pambıq çöp məhv edilsin. zərərçəkmiş şəxs X1 hadisə vaxtı əynində olmuş tünd göy rəngli jilet, qara rəngli idman şalvar və kofta dəsti, qara rəngli mayka, qara rəngli busqalter və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş üzü tünd yaşıl, astarı qırmızı rəngli qalın gödəkcə, tünd göy rəngli uzunboğaz sviter, boz rəngli cins şalvar və bir cüt qara rəngli ipli ayaqqabı yaxın qohumlarına qaytarılsın,imtina edildikdə məhv edilsin. İş üzrə mülki və ekspertiza xərci iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-343/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-343/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver