Məhkəmə qərarları › İş №1(100)-343/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-343/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-343/2024 25.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin böyük məsləhətçisi X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.1971-ci il tarixdə Samux rayonu, Alabaşlı qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Alabaşlı qəsəbəsində qeydiyyatda olmaqla, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində on dörd yaşına çatmayan, yəni xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə tək qalmasından sonra öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin yataq otağına dəvət edib seksual xarakterli hərəkətlər etmək qərarına gələrək, sonuncunun fiziki müqavimət göstərmək iqtidarına malik olmamasından istifadə edib öldürməklə hədələyərək iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və ayaqlarının arasına zorla sürtərək zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olarkən evdə digər qızı Şahid yatmasından istifadə edərək qızı Zərərçəkmiş şəxs evdə tək qalmasından sonra öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin həyətinə dəvət edib seksual xarakterli hərəkətlər etmək qərarına gələrək, sonuncunun fiziki müqavimət göstərmək iqtidarına malik olmamasından istifadə edib öldürməklə hədələyərək iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və ayaqlarının arasına zorla sürtərək zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan gündə axşam saatlarında Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olarkən evdə digər qızı Şahid yatmasından istifadə edərək digər qızı Zərərçəkmiş şəxs evdə tək qalmasından sonra öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin həyətinə dəvət edib onu həmin həyətdə yerləşən qohumlarının evinin zirzəmisinə aparıb seksual xarakterli hərəkətlər etmək qərarına gələrək, sonuncunun fiziki müqavimət göstərmək iqtidarına malik olmamasından istifadə edib öldürməklə hədələyərək iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və ayaqlarının arasına zorla sürtərək zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən 29 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində qızı Zərərçəkmiş şəxs ilə tək qalmasından sonra öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin yataq otağına dəvət edib seksual xarakterli hərəkətlər etmək qərarına gələrək, sonuncunun fiziki müqavimət göstərmək iqtidarına malik olmamasından istifadə edib öldürməklə hədələyərək iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və ayaqlarının arasına zorla sürtərək zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin oktyabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə günorta saatlarında Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində qızı Zərərçəkmiş şəxs ilə tək qalmasından sonra öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin həyətinə dəvət edib seksual xarakterli hərəkətlər etmək qərarına gələrək, sonuncunun fiziki müqavimət göstərmək iqtidarına malik olmamasından istifadə edib öldürməklə hədələyərək iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və ayaqlarının arasına zorla sürtərək zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yoldaşı Lalənin başqa şəxs ilə münasibəti olduğunu bilsə də, bunu sübut edə bilməmişdir. Buna görə də yoldaşı Laləni döymüş və sonuncuya başını kəsəcəyini demişdir. Bu məsələnin uşaqlarına heç bir aidiyyəti olmamışdır. O, uşaqlarına qarşı deyilən əxlaqsız hərəkətləri etməmiş, sadəcə analarını döyüb hədələdiyi üçün uşaqları ona Ayana qarşı əxlaqsız hərəkətlər etdiyini deməklə şər atmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, qızları analarının tərəfini saxladıqları üçün ona qarşı şər atmış, o, sonunculara qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 2002-ci ildə Qanuni nümayəndə ilə evlənmiş və onların birgə nikahdan üç qız övladı dünyaya gəlmişdır. Qızlarından böyüyü İlahə Rəhimova evləndiyi üçün Bakı şəhərində yaşamış, digər iki qızı Jalə və Ayan arvadı və onunla birlikdə yaşamışlar. O, əvvəllər spirtli içki qəbul etsə də sonradan spirtli içki qəbul etməyi buraxmış, lakin son zamanlar yenidən spirtli içki qəbul etməyə başlamışdır. Bir müddət bundan əvvəl dəqiq xatırlamadığı ayda və gündə Goranboy rayonu, Dəliməmmədli şəhərində yaşadığı evdə olan zaman yetkinlik yaşına çatmayan qızı Ayan ilə tək olmuş, arvadı Lalə işləməyə, digər qızı Jalə isə Gəncə şəhərinə getmişdir. O, nahar edib spirtli içki olan çaxır və pivə içərək sərxoş olmuş, daha sonra isə cinsiyyət orqanı bərkimiş vəziyyətə gəlmiş, həmin vaxt yetkinlik yaşına çatmayan qızı Ayan evdə olduğu üçün o, qızını arvadı ilə birlikdə yatdığı otağa çağırmışdır. Otaqda olarkən yetkinlik yaşına çatmayan qızı Ayanın əynində olan şalvarını və trusikini aşağıya çəkib sonuncunu yanı üstə çarpayıya uzadaraq bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını çıxarmış, həmin vaxt Ayan ona heç bir söz deməmiş, o da bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını qızının hər iki qıçının arasına salıb sürtməyə başlamışdır. Bir qədər bunu etdikdən sonra bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını qızı Ayanın hər iki qıçının arasından çıxarıb kənara boşalmışdır. Daha sonra qızının yanından ayrılıb getmişdir. Bundan sonra isə növbəti dəfə yenə də dəqiq xatırlamadığı gündə evdə yetkinlik yaşına çatmayan qızı Ayanla birlikdə tək olan zaman spirtli içkinin təsiri altında arvadı ilə birlikdə yatdığı yataq otağına daxil olduqda qızı Ayan orada olmuş, həmin vaxt cinsiyyət orqanı bərkimiş vəziyyətə gəlmiş və o, qızına arxadan yaxınlaşıb sonuncunun əynində olan şalvarı və trusiki aşağıya çəkərək arxası üstə çarpayıya uzadıb bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını Ayanın cinsiyyət orqanına sürtmüş, sonra isə qızının üzərinə uzanıb yenə də cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına sürtmüş və qızı ilə öpüşməyə başlamışdır. Daha sonra qızını yanı üstə çevirib cinsiyyət orqanını sonuncunun hər iki qıçının arasına salaraq sürtməyə başlamışdır. Bir qədər bunu etdikdən sonra qızı ilə birlikdə otaqdan çıxmış, lakin sonradan nə etdiyi yadında qalmamışdır. Həmin ifadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ümumilikdə qızına qarşı iki dəfə seksual xarakterli hərəkətlər etmiş, həmin vaxtlarda bunu zorla etməmiş, çünki qızına qarşı seksual xarakterli hərəkətlər edən zaman Ayan ona qarşı müqavimət göstərməmiş, qızına qarşı seksual xarakterli hərəkətlər edən zaman bərkimiş vəziyyətdə olan cinsiyyət orqanının baş hissəsini sonuncunun arxa keçəcəyinə və cinsiyyət orqanına salmamış, sadəcə olaraq cinsiyyət orqanını qızının hər iki qıçının arasına salaraq sürtmüş, sonuncunu dodağından öpmüş, Ayana onu və ya digər qızlarını öldürəcəyini deməmiş, qızına qarşı seksual xarakterli hərəkətləri yaşadıqları evin yataq otağında etmiş, qızı ilə yaşadıqları evin həyətində və qohumlarının yaşadığı evin zirzəmisində təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını da qızının cinsiyyət orqanına salmağa cəhd göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrə ona əlindən tutub qol çəkdirmişlər, həmin vaxt özündə olmamış, ifadə verən zaman da vəkili yanında olmamışdır. İstintaq materiallarındaki videoçəkilişdə görünən şəxslər o və qızı Zərərçəkmiş şəxsdır, özü də həmin görüntüdəkilərə təəccüblənmiş, uzun müddətdir spirtli içki qəbul etməmiş, görüntüdəki hərəkətləri də etməyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr-oktyabr aylarında ayrı-ayrı vaxtlarda beş dəfə ona təcavüz etmişdir. Atası ona təcavüz etdiyi vaxtlarda anası Lalə işdə, bacısı Jalə isə kursda olduğu üçün evdə atası ilə o, tək olmuşdur. Atası ona qarşı əxlaqsız hərəkətləri yaşadığı evin yataq otağında və həyətdə toyuq damının yanında etmişdir. Birinci dəfə ona qarşı əxlaqsız hərəkətləri evin yataq otağında etmiş, həmin otaqda anası, o və bacısı qalmışdır. Birinci dəfə atası ona qarşı əxlaqsız hərəkətləri etdikdən sonra bu barədə heç kimə danışmamasını, dediyi təqdirdə isə başını kəsəcəyini bildirmişdir. Atası onunla qabaq və arxa tərəfdən öz cinsiyyət orqanı ilə olmuş, həmin vaxtı da o, qorxduğu üçün səsini çıxara bilməmiş, lakin ağrılar hiss etmişdir. Hər dəfə də atası onunla 10-15 dəqiqə əlaqədə olmuşdur. Atası birinci dəfə ona qarşı əxlaqsız hərəkətlər etdikdən 5-6 gün sonra təkrarən ikinci dəfə eyni şeyləri etmişdir. 4-cü dəfə atası ona qarşı əxlaqsız hərəkətlər etdikdən sonra o, bu barədə bacısı Jaləyə danışmışdır. Çünki bir dəfə o, ağlayanda bacısı Jalə onu görüb nə üçün ağladığını soruşmuş, o da atasının etdiklərini bacısına danışmışdır. Bacısına atasının ona etdiklərini dedikdən sonra Jalə ona bu hərəkətləri videoya çəkməyi demiş və özü evdə olmayanda öz istifadəsində olan telefonunu ona vermiş ki videoya çəksin. O da atası təkrarən əxlaqsız hərəkətlər etdiyi vaxt telefonu qabaqcadan gizlədib çəkiliş aparmışdır. Daha sonra Jalə polisə məlumat vermiş, anası da polis bildikdən sonra atasının hərəkətlərindən xəbərdar olmuşdur. Atası ona qarşı etdiyi hərəkətləri başqalarına dediyi halda bacısının və onun başını kəsəcəyi ilə hədələmişdir. Əxlaqsız hərəkətlər etdiyi vaxtlarda atası sərxoş olmamış, əksinə hadisə vaxtı onun əynində olan paltarları özü çıxartmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və atası Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən “Zirvə” hazırlıq kursunda əczaçılıq üzrə təhsil aldığı üçün həftənin beş günü kursa getmişdir. 2023-cü ilin oktyabr ayında bacısı Ayanda müəyyən dəyişikliklərin olduğunu müşahidə etmişdir. Çünki bacısı ani olaraq ağlamağa başlamış və o, kursdan evə qayıtdıqda evdən çölə qaçmışdır. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra o, Ayandan nə baş verdiyini və nə üçün belə etdiyini soruşmuşdur. Ayan isə bu barədə desə kiminsə onları öldürəcəyini demişdir. O da həmin şəxsin kim olduğunu və narahat olmamasını dedikdən sonra Ayan ağlamağa başlamış və atası Təqsirləndirilən şəxs ona toxunduğunu, paltarlarını çıxardığını və cinsi əlaqədə olduğunu demişdir. O, ilk olaraq Ayanın danışdıqlarına inanmamışdır. Bir-iki dəfə dərsdən evə Təqsirləndirilən şəxs etdiyi hərəkətləri görmək üçün tez gəlmiş, lakin görə bilməmişdir. Bundan sonra dərsə gedən zaman telefonunu bacısı Ayana vermiş və atasının evə gəldiyi zaman telefonla gizlin çəkiliş etməsini demişdir. İki gün telefonunu evdə qoysa da atası bacısına qarşı heç nə etməmişdir. Hətta telefonu evdə qoyduğu zaman Fərhad evə gəldikdən sonra telefonuna zəng çatmadığına görə onu döymüşdür. Üçüncü gün telefonu evdə qoyduqdan sonra qayıdıb gələndə telefonu götürmüş və atasının bacısı Ayana etdiklərini görmüşdür. Bundan sonra nə edəcəyini bilməmiş, lakin anasına bu barədə deməmiş və böyük bacısı İlahə ilə məsləhətləşmişdir. Əlavə bir vəkillə də bu barədə danışmış və vəkil sübut olacağı təqdirdə həqiqətən də işə baxılacağını bildirmişdir. O da çəkilmiş video görüntünü polisə təqdim etmiş və bundan bir neçə gün sonra polislər gəlib evdən Təqsirləndirilən şəxs aparmışlar. İfadəsinin davamı olaraq Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma atası olmuş, sonuncu uşaq vaxtı ona qarşı seksual xarakterli hərəkətlər etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-4/1740 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmamış; ekspertizaya təqdim edilmiş bir ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli videofonoqram messenger proqramı vasitəsi ilə emal olunduğundan videofonoqramın tədqiqata təqdim edilmiş “Redmi Note 8” markalı mobil telefon vasitəsi ilə qeydə alınıb-alınmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 686 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar olunmamış, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış və anal dəliyi vasitəsi ilə cinsi əlaqədə olunmanın əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X10 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 653 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar edilmir, o, qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərli etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X10 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli ambulator məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər - praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma; yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilərdi, Zərərçəkmiş şəxs özünün yaş və fərdi-xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır, Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, ifadə verərkən iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmiş, o, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20-də Azərbaycan Respublikası CM-in 152.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı 05 oktyabr 2023-cü il tarixdə saat 15:00-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcısı olan diskdəki videogörüntüdən görünür ki, Şahid atası Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bacısı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə mobil telefon ilə qeydə alınmış video görüntünün olduğu bir ədəd diski və video görünütün qeydə alındığı “Redmi Note 8” markalı mobil telefonu könüllü olaraq təqdim edib ondan götürülməsini xahiş etdiyindən bir ədəd CD-R disk və bir ədəd “Redmi Note 8” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün sonuncudan götürülmüşdür. Şahid təqdim etdiyi bir ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, video görüntü ümumilikdə 10 dəqiqə 07 saniyə davam edir. Video görüntünün başlanğıcında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs çəkiliş aparmaq məqsədi ilə mobil telefon qurğusunu işə salması müəyyən edilir. Bundan sonra video görüntüdə yataq otağı görünür. Həmin otaqda iki hissəli çarpayı, çarpayının üzərində qara rəngli pişik, çarpayının yanında üst-üstə keçirilmiş stullar və həmin stulların yanında isə paltar dolabı olması görünür. Video görüntü davam edərkən Zərərçəkmiş şəxs paltarları qatlayıb dolaba yığır. Video görüntünün 01 dəqiqə 38-ci saniyəsində Təqsirləndirilən şəxs yataq otağına daxil olur. Təqsirləndirilən şəxs yataq otağına daxil olduqdan sonra Zərərçəkmiş şəxs qoluna girərək onu otaqdan çölə çıxarır. Video görüntünün 01 dəqiqə 45-ci saniyəsində Zərərçəkmiş şəxs yenidən görünür. Bunun ardınca video görüntünün davamında Zərərçəkmiş şəxs ilə birlikdə atası Təqsirləndirilən şəxs da görünür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxmaq istəyərkən Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq ona sürtünməyə başlayır. Bir qədər Təqsirləndirilən şəxs Ayxan Rəhimovanı arxadan qucaqlamaqla ona sürtündükdən sonra qızını çarpayıya tərəf aparır. Çarpayının yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa tərəfindən ona bir qədər sürtündükdən sonra Zərərçəkmiş şəxs əynində olan qara rəngli idman şalvarını aşağıya çəkir, bunun ardınca Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əynində olan çəhrayı rəngli alt paltarını aşağıya çəkir. Bunun ardınca isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası üstə çarpayıya uzadıb əlini Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtür. Bunun ardınca isə video görüntüdə tam görünməsə də Təqsirləndirilən şəxs cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtməsi müəyyən olunur. Bir müddət belə davam etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çarpayıda bir qədər arxaya doğru aparıb onun üzərinə uzanaraq Zərərçəkmiş şəxs dodağından öpür, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində olan zaman cinsiyyət orqanını sonuncunun hər iki qıçının arasına salıb-çıxarır. Bir qədər belə davam etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərindən qalxaraq onun cinsiyyət orqanına tüpürüb əli ilə qızının cinsiyyət orqanını sığallayır. Bunun ardınca yenidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə uzanaraq onun dodağından öpməyə başlayır və cinsiyyət orqanını qızının hər iki qıçının arasına salıb-çıxarır. Bir qədər belə davam etdikdən sonra video görüntünün 03 dəqiqə 43-cü saniyəsində Təqsirləndirilən şəxs çarpayının üzərində Zərərçəkmiş şəxs özü ilə birlikdə yanı üstə çevirir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dodağından öpməkdə davam edir, eyni zamanda Təqsirləndirilən şəxs bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs hər iki qıçının arasına salıb-çıxarır. Video görüntünün 04-cü dəqiqəsinə qədər Təqsirləndirilən şəxs yanı üstə cinsiyyət orqanını Zərərçəkmiş şəxs hər iki qıçının arasına salıb-çıxarmaqla yanaşı sonuncunun dodağından öpür. Video görüntünün 04-cü dəqiqəsinin 04-cü saniyəsində Təqsirləndirilən şəxs cinsiyyət orqanın bərkimiş vəziyyətdə olması, Zərərçəkmiş şəxs isə alt paltarını və şalvarını yuxarıya çəkib otaqdan çıxmaları müəyyən olunur. Bundan sonra isə video görüntüdə yalnızca yataq otağının görünüşü vardır. Video görüntünü 10-cu dəqiqənin 7-ci saniyəsində sonlandırır. Şahid təqdim etdiyi “Redmi Note 8” markalı mobil telefonun video və foto şəkillər olan fayl bölməsinə, həmçinin silinmiş video və foto şəkillərin olduğu fayl bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs qeydə aldığı video görüntü aşkar edilmir. Şifahi sorğu-sual zamanı Şahid mobil telefonla qeydə alınan video görüntünü 01 ədəd diskə köçürdükdən sonra telefondan sildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı ayrı-ayrı vaxtlardan beş dəfə seksual xarakterli zorakılıq hərəkətlər etdiyini sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə qızı Zərərçəkmiş şəxs qarşı iki dəfə seksual xarakterli zorakılıq hərəkətlər etdiyini etiraf edərək bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Goranboy RPŞ-yə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini göstərib sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində saxlanılaraq RPŞ-nin İB-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəlindən 2023-cü ilin oktyabr ayının əvvəlinə qədər olan vaxtlar ərzində dəqiq məlum olmayan günlərdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində və fərdi yaşayış evinin həytətində ümumilikdə beş dəfə olmaqla qızı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə də Qanuni nümayəndə və Şahid məlumatı olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 144 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş; Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2 və 6-cı bəndləri ilə təqsirli bilinərək əmlakı müsadirə edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA1564359 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1970-ci il təvəllüdlü Qanuni nümayəndə, övladları xx.xx.2006-cı il təvəllüdlü Şahid və xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefonun təhvil verilməsi haqqında protokoldan görünür ki, “Redmi Note 8” markalı mobil telefon ekspertiza tədqiqatından sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən Şahid qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid götürülmüş içərisində Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə video görüntü olan bir ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılan istintaq hərəkətlərinin hər birində onun müdafiəçisi X4 iştirakı təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, qızlarının analarına görə onu şərlədiklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrinə ona qolundan tutaraq zorla qol çəkdirdiklərini və həmin ifadələrini verən zaman vəkilinin yanında olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Şahid təqdim etdiyi bir ədəd informasiya daşıyıcısı olan diskdəki videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs açıq-aydın azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonuncu həmin vaxtı Təqsirləndirilən şəxs əlindən çıxaraq qaçmağa cəhd göstərsə də, atası buna imkan verməmiş və öz bərkimiş cinsiyyət orqanını qızının qıçının arasına salaraq sürtmüşdür. Həmin görüntü ilə bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilmişdir ki, istintaq materiallarındaki videoçəkilişdə görünən şəxslər o və qızı Zərərçəkmiş şəxs olmuş, özü də həmin görüntüdəkilərə təəccüblənmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1740 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş bir ədəd diskdə olan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində on dörd yaşına çatmayan azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı ayrı-ayrı vaxtlarda iki dəfə seksual xarakterli zorakılıq hərəkətlərini etdiyini etiraf etmişdir. O cümlədən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə bir daha azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı ayrı-ayrı vaxtlarda iki dəfə seksual xarakterli zorakılıq hərəkətlərini etdiyini etiraf etmişdir. Habelə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı ayrı-ayrı vaxtlardan beş dəfə seksual xarakterli zorakı hərəkətlər etdiyini sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, eləcə də Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı iki dəfə seksual xarakterli zorakı hərəkətlər etdiyini etiraf edərək bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 39 nömrəli ambulator məhkəməpsixoloji ekspertizasının rəyində göstərilmişdir ki, yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilərdi, özünün yaş və fərdi-xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmamış, sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, ifadə verərkən iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmiş, o, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli deyildir. Ekspert rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini dərk etmiş, fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmamış və özündən uydurmağa meyilli deyildir. Eləcə də iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və bu hərəkətləri etməsinə səbəbin adını bilmədiyi dərman preparatının olduğunu göstərib təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrinə zorla qol çəkdiyini və həmin ifadələri verərkən müdafiəçisinin yanında olmadığını göstərsə də, iş materiallarında olan Goranboy RPŞ-nin məktubuna əsasən xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verərkən Təqsirləndirilən şəxs müdafiəçisi yanında olmuş və təqsirləndirilən şəxsin iştirakı ilə aparılan bütün istintaq hərəkətlərində işirak etmişdir. Qeyd edilən tarixlərdə aparılan dindirmə istintaq hərəkətinin protokollarından da görünür ki, protokolların hər bir vərəqi həm təqsirləndirilən şəxs, həm də müdafiəçisi tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində etirafedici ifadələrində, həmçinin təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında, o cümlədən üzləşdirmə haqqında protokollarda, eləcə də “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə ona qarşı xəyanət etdiyini və bu səbəbdən də qızlarının ondan qisas aldığını göstərsə də, müdafiə tərəfi iddia etdiyi xüsusatla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında və üzləşdirmə haqqında protokollar ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdən həmin ilin oktyabr ayının əvvəlinə qədər ayrı-ayrı vaxtlarda beş dəfə olmaqla Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y.İsgəndərov küçəsində yerləşən fərdi yaşayış evində on dörd yaşına çatmayan, yəni xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 144 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş; Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2 və 6-cı bəndləri ilə təqsirli bilinərək əmlakı müsadirə edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki əməllərinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46-cı maddəsinin mənasına görə “vəzifə” anlayışı dövlət və yerli özünüidarə orqanlarında seçki və ya təyinetmə yolu ilə tutulan vəzifələri, pullu və ya ictimai əsaslarla yerinə yetirilən vəzifələri, habelə daimi və ya müvəqqəti vəzifələri, “fəaliyyət” anlayışı isə həmin orqanlarda şəxsin müəyyən peşə ilə əlaqədar fəaliyyətini nəzərdə tutur. Bununla belə, iş materiallarına əsasən Təqsirləndirilən şəxs işsiz olmaqla hər hansı bir dövlət və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmur, o cümlədən yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisəsində müəllim və ya işçi kimi işləmir, eləcə də qeyd edilən fəaliyyət istiqamətləri üzrə hər hansı bir peşə ilə məşğul olmur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasına əsasən Təqsirləndirilən şəxs əlavə cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 108 (bir yüz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şahid götürülmüş içərisində Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə video görüntü olan bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 108 (bir yüz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Şahid götürülmüş içərisində Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə video görüntü olan bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar