Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-343/2025 22.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, 20 Yanvar küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Baba” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına külli miqdarda, yəni ümumi təmiz çəkisi 9860,98 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin maddələrdən iki bükümdə olan 0,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış üçün qablaşdıraraq avtomobildə saxlamış, beş ədəd bağlamada olan 9860 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Samux rayonu, Alıuşağı kəndi ərazisindən götürərək avtomobilə doğru daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 13 sentyabr 2024-cü il tarixdə saat 23:45-də keçirilmiş əməliyyataxtarış tədbiri zamanı o, Samux rayonu, Alıuşağı kəndi ərazisində saxlanılaraq üzəri yoxlanılan zaman əlində saxladığı 01 ədəd qara rəngli torbanın içərisində olan 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2130 qram, 2510 qram, 2285 qram, 1510 qram və 1425 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 9860 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, həmin ünvanda idarə etdiyi “VAZ-2106” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram və 0,69 qram olmaqla, ümumi təmiz çəkisi 0,98 qram təşkil edən həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanalar ilə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rəsul və Murad adlı dostları ilə Moskva şəhərindən ona göndərilən sovqatı götürmək üçün Gəncə şəhərinə gəlmişdir. O, həmin vaxt nəşə istifadə etdiyi üçün avtomobilində şəxsi istifadəsi üçün 1 qram nəşə olmuşdur. Samux rayonu ərazisində günəbaxan tarlasının yaxınlığında olarkən həmin ərazidə gizlənmiş polis əməkdaşları onları saxlamışdır. Bundan sonra o, avtomobilində olan 1 qram nəşəni çıxarıb polislərə təqdim etmiş və istifadəçi olduğunu demişdir. Orada içərisində 10 kq narkotik vasitə olan torbanı qarşısına qoyub ona məxsus olduğunu demişlər. Lakin, onun həmin torbadan xəbəri olmamışdır. Polis əməkdaşlarına üzərində 1 qram nəşə olduğunu, onu da təqdim etdiyini bildirərək etiraz etmişdir. Bundan sonra rəis müavini ona təzyiq göstərib narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə üzərindəki silahla onu vuracağını və qanını batıracağını demişdir. Buna baxmayaraq, o yenə də narkotik vasitəni üzərinə götürməyəcəyini demişdir. Rəis mavini yenə onu silahla vuracağını deyib hədələsə də o, narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Həmin vaxt Rəsul və Murad da yanında olmuşlar. Bundan sonra rəis müavini oradakı polis əməkdaşlarını onların üçünü də sənədləşdirmələri barədə göstəriş vermişdir. O, Rəsul və Muradın heç nədən xəbərlərinin olmadığını bildirib sonuncuları buraxmalarını xahiş etmişdir. Rəis müavini narkotik vasitəni üzərinə götürəcəyi təqdirdə Rəsul və Muradı buraxacağını demişdir. O da dostlarının tutulmaması üçün məcbur olub narkotik vasitəni üzərinə götürmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərində sadəcə 1 qram nəşə olmuşdur. Çünki saxlanılana qədər 2-3 gündən bir narkotik vasitə olan nəşədən istifadə etmişdir. Yaşadığı Göyçay şəhərindən Gəncə şəhərinə dostları Rəsul və Muradla birlikdə gəlmişdir. Onun polislə heç bir ədavəti olmamış və sonuncuların nə üçün üzərinə narkotik vasitə qoyduqlarını da bilməmişdir. Polis əməkdaşları onu döyməmiş, sadəcə hədə-qorxu gəlmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı,xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, 10 ildir nəşədən istifadə etmişdir. Saxlanılmazdan təxminən bir ay əvvəl WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə əvvəllər tanımadığı, adını bilmədiyi “Baba” deyərək müraciət etdiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. İranlı onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək iş birliyi təklif etmişdir. Təklifə əsasən o, İranlının göndərəcəyi külli miqdarda nəşəni deyəcəyi yerdən götürərək sonradan bildirilmiş ünvanlara çatdırmalı olmuş, bunun müqabilində də pul və öz istifadəsi üçün nəşə əldə etməli olmuşdur. O, əvvəllər bu təkliflə razılaşmayaraq iranlıya ancaq öz istifadəsi üçün nəşə alacağını demiş və bu minvalla sonuncudan 2 dəfə nəşə almışdır. İlk dəfə iranlı Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə 10 qram nəşə göndərmiş, o da həmin ünvana gedərək nəşəni götürmüş və iranlının bildirdiyi “M10” hesabına 100 manat pul vurmuşdur. Həmin qəbzi sildiyinə görə iranlının mobil telefon nömrəsini xatırlamamışdır. Bu hadisədən təxminən 10-15 gün sonra eyni qaydada həmin ünvandan 20 qram nəşəni iranlıdan 150 manata almış və hamısını istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Baba ona WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə zəng edərək Samux rayonu ərazisində 10 kiloqram narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni oradan götürməyini, guya 2 kiloqramını və ayrıca 02 ədəd bükümdə olanı ona hədiyyə kimi verəcəyini, 8 kiloqramını isə sonradan özünün tapşırığı ilə kiminsə gəlib ondan götürəcəyini bildirmişdir. Həmin vaxtı maddi sıxıntıları olduğuna görə pula ehtiyacının olması və nəşəyə olan tələbatını ödəmək üçün almağa pulunun olmaması səbəbindən o, Baba ilə razılaşmışdır. O, uzaq yol getdiyinə görə tək getməməsi üçün rayon ərazisində qarşılaşdığı tanışları Rəsul və Muraddan onunla birlikdə Samux rayonuna getmələrini xahiş etmiş, lakin Rəsul və Murada narkotik vasitə əldə etmək üçün getdiyini bildirməmişdir. O, öz məqsədini pərdələmək üçün sonunculara guya Samux rayonu ərazisində qohumlarıgilə getməli olduğunu və oradan təcili paltar götürməli olduğunu demiş, həmin şəxslər də ona inanmış və avtomobilə əyləşmişlər. Rəsul və Muradın onun narkotik vasitələrin istifadəçisi olmağından məlumatı olmamışdır. O, sonuncularla birlikdə özünə məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu istiqamətində yola çıxmış, saat təxminən 23:30 radələrində İran İslam Respublikasının vətəndaşının göndərdiyi məkana çatmışdır. Yolda gələrkən Baba ləqəbli şəxs ona narkotik vasitənin olduğu yerin fotoşəkilini və məkanını WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə göndərmişdir. Həmin ünvana çatdıqdan sonra o, avtomobili kənarda saxlamış, Rəsul və Muraddan avtomobildə oturub onu gözləmələrini xahiş etmiş, özü isə avtomobildən düşərək narkotik vasitənin olduğu yerə doğru getmişdir. O, ilk öncə 02 ədəd bükümdə olan nəşəni götürərək avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc yerinə qoymuş, daha sonra geri qayıdaraq bir ədəd qara rəngli kisəni götürmüş və avtomobilə doğru hərəkət etməyə başlamışdır. Bu zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını və onun satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək saxlamaqda, avtomobilində daşımaqda şübhəli olduğunu bildirib üzərini və avtomobilini yoxlayacağını demişlər. Bu zaman o, əlində saxladığı torbanı yerə qoymuş, daha sonra polis əməkdaşları avtomobildə olan Rəsul və Murada yaxınlaşaraq sonuncuları da dəvət etmiş, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmağa başlanılmış, ilk öncə ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində olan əşyaları təqdim etmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi bir ədəd “Redmi” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra ondan saxlanılarkən əlində daşıdığı bir ədəd kisənin içərisində nə olduğu soruşulmuş, o da cavabında kisənin içərisində təxminən 10 kiloqram narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kisə açıldıqda içərisində beş ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxıldıqda hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sonra bağlamaların içərisindəki narkotik vasitə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Ondan əlavə olaraq narkotik vasitə və psixotrop maddənin olub-olmadığı soruşulduqda polis əməkdaşları tərəfindən avtomobilinin yoxlanılacağını və saxladığı narkotik vasitənin tapılacağını ehtimal etdiyi üçün avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, avtomobilin şit yerində olan ciblikdən iki büküm narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmiş, həmin marixuanalar elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin digər hissələri yoxlanıldıqda əlavə olaraq narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Rəsul və Muradın üzəri də yoxlanıldıqda qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polislər onu, Rəsul və Muradı BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışdır. Polis idarəsində müvafiq sənədləşmə aparılmış və o, bütün sənədlərə imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, məhkəmə iclasında qeyd etdikləri həqiqət olmuşdur. İbtidai istintaq zamanı üzərindən götürülmüş mobil telefondan heç bir yazışma aşkar edilməmişdir. Ona psixoloji təzyiq göstərildiyi üçün elan edilmiş məzmunda ifadələr vermişdir. Şahid2 hadisəni olduğu kimi danışmış, ona qarşı heç bir təsir-təzyiq olunmamışdır. O, sanksiya üçün məhkəməyə çıxarılan zaman narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, əməlindən də peşman olduğunu deməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Samux rayonu ərazisində olması barədə məlumat əldə etmişlər. 13 sentyabr 2024-cü il tarixdə təxminən saat 23:45-də Təqsirləndirilən şəxs əlində olan torba ilə birlikdə idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşarkən onlar tərəfindən saxlanılmışdır. Saxlanılmasının səbəbi izah edildikdən sonra sonuncunun əlindəki çantanın içərisinə baxış keçirilmiş və 5 ədəd bağlamada təxminən 10 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus avtomobildə olan digər iki nəfər şəxsin onun narkotik vasitəni götürməsi barədə məlumatlı olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs avtomobilindən də iki büküm narkotik vasitə aşkar olunmuşdur. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldığını, avtomobildən aşkar olunan iki büküm narkotik vasitəni də bir neçə gün əvvəl Bakı şəhərindən götürdüyünü bildirmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, keçirilmiş əməliyyat tədbirlərində onunla birlikdə Şahid4, Şahid3 və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs gecə idarə etdiyi avtomobillə Samux rayonuna gələcəyi barədə məlumat əldə etdikdən sonra sonuncunun avtomobilini müəyyən edərək təxminən 15-20 dəqiqə ərzində izləmişlər və Samux rayonu, Alıuşağı kəndində avtomobildən düşərək narkotik vasitəni götürüb yenidən avtomobilə qayıdan zaman onlar yaxınlaşıb sonuncunu saxlamışlar. Həmin vaxt onlar avtomobilləri yolun əks tərəfində saxladığı üçün Hüseynə piyada yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşanda sonuncu əlində torba ilə avtomobilinə tərəf gəlmişdir. Təqsirləndirilən şəxs saxladıqları yerdə video çəkilişlə axtarış həyata keçirmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman avtomobildə olan digər şəxslər avtomobildən düşməmişlər, video çəkiliş başlayanda sonuncuları da dəvət etmişlər, baxışda həmin şəxslər də iştirak etmişdir. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs əlindəki çantanı açıb içərisində nə olduğuna baxmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir-təzyiq olumamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər də həmin şəxsdən iki dəfə narkotik vasitə aldığını, Bakı şəhərinə gedərək oradan götürdüyünü, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, lakin söhbət edən zaman sonuncu guya narkotik vasitə aldığı şəxsə ziyan vurmaq istədiyini, aldığı narkotik vasitəni də məhv etmək üçün götürdüyünü demişdir. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Əməliyyat qeydiyyat işi açılmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin polis nəfərləri Şahid1 və Şahid4, DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid6 onun qonşusu olmuşdur. O, sonuncu ilə birlikdə pivə içən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yanlarına gəlib onlara birlikdə Gəncə şəhərinə gedib-qayıtmağı təklif etmiş, onlar da razılaşıb sonuncu ilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə gəldikdən sonra onlar içkili olduğu üçün avtomobildə yatmışlar, ayılanda isə polis əməkdaşlarının Hüseyni saxladıqlarını görmüşlər. Polis əməkdaşları onları avtomobildən düşürən zaman avtomobilin üzərində çanta olduğunu görmüşlər. İfadəsinin davamı olaraq X14 göstərmişdir ki, avtomobildə olarkən Hüseynlə onların arasında pul söhbəti olmamış, Muradla o sərxoş olduğu üçün yolboyu avtomobildə yatmışlar. Əvvəllər də yoldaş kimi Hüseynlə başqa rayonlara gedib gəzmişlər. Təqsirləndirilən şəxs onlara Gəncə şəhərində işinin olduğunu demiş, sonuncu nəyisə götürməsi barədə heç bir məlumat verməmişdir. Gəncə şəhərini keçib Samux rayonu ərazisinə daxil olmuşlar, adını xatırlamadığı kənddə polis əməkdaşları onları saxlamışdır. Onlar Göyçay rayonunda olarkən Təqsirləndirilən şəxs gedəcəyi yerin dəqiq hara olduğunu deməmiş, sadəcə tək getməmək üçün yoldaş kimi onunla gəlməyi xahiş etmişdir. Gəncə şəhərinə gələrkən avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, onlar da sərxoş olduğu üçün avtomobildə yatmışlar. Avtomobildən düşərkən polis əməkdaşları qarşılarına çanta qoymuşlar və içərisində narkotik vasitələr olduğunu demişlər. O, bununla bağlı məlumatının olmadığını, olduğu yeri belə tanımadığını demişdir. Çantanın içərisindəki narkotik vasitələr sellofan torbalarda olmuşdur. Lakin həmin vaxt sərxoş olduğu üçün narkotik vasitələrin növünü və çəkisini dəqiq xatırlamamışdır. Saxlanılan zaman çantanı açıb içərisindəkinin nə olduğunu və hansı çəkidə olduğunu deməmişlər. Təqsirləndirilən şəxs onlardan uzaqda olduğu üçün o, sonuncunun nə dediyini eşitməmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən onlara fiziki təsir göstərilməmiş, saxlanılan zaman səs-küy yaranmış, Hüseyn həmin çantanın özünə məxsus olmadığını demişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Şöbədə olarkən onların ifadəsini almışlar, o, heç nədən xəbəri olmadığını, narkotik vasitə istifadə etmədiyini, çantanın içərisindəki narkotik vasitələr barəsində məlumatı olmadığını demişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsi barədə onun məlumatı olmamışdır. Saxlanılan zaman gecə olduğu üçün çantanın içərisində narkotik vasitə olub-olmadığını dəqiq görməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və ya satması barədə heç nə eşitməmişdir. Çantanın içində nəsə olduğunu görmüş, lakin nə olduğunu dəqiq bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərnişdir ki, o, Rəsul və Hüseyn ilə birlikdə Gəncə şəhərinə getmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün avtomobildə yatmışdır. Yolda olarkən polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. İfadə verən zaman çantanın içərisindəki narkotik vasitə haqqında məlumatı olmadığını demişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və Rəsula yol yoldaşı kimi birlikdə Gəncə şəhərinə getməyi təklif etmiş, onlar da razılaşıb sonuncu ilə birlikdə getmişlər. Lakin o, Hüseynin nə məqsədlə getdiyini bilməmişdir. Gəncə şəhərinə gələrkən o, sərxoş olduğu üçün yol boyu avtomobildə yatmışdır. Təqsirləndirilən şəxs avtomobili düzənlik ərazidə saxlayanda oyanmışdır. Hüseynin avtomobili saxlayıb düşdüyünü görmüşlər, lakin hansı tərəfə getdiyini görməmişlər. Hüseynin avtomobildən düşdükdən neçə dəqiqə sonra qayıtmasını xatırlamamış, sonuncu gedəndən təxminən 10 dəqiqə sonra polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşanda o, avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt sərxoş olduğu üçün orada nə baş verdiyini xatırlamamış, daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlama səbəbini bilməmişdir. O, Təqsirləndirilən şəxs avtomobilindən narkotik vasitə aşkar olunmasına dair heç nə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını da görməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid6 həmin ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə axşam saat 21-22 radələrində tanışı Rəsulla Göyçay rayonun mərkəzində birlikdə çay içmək məqsədi ilə görüşmüşdür. Həmin vaxtı tanışı Hüseyn idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə onları görüb yaxınlaşaraq Samux rayonuna getməli olduğunu, orada qohumlarının birinin evindən paltar götürməli olduğunu və gecə olduğuna görə tək getmək istəmədiyini bildirib onlara birlikdə getməyi təklif etmişdir. Həmin günü onlar Hüseynlə görüşməyi planlaşdırmamışlar. Onlar Hüseynə inanmış və avtomobilə əyləşmişlər. Onun Hüseynin narkotik vasitələrin istifadəçisi olmasından xəbəri olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadəçisi də olmamışdır. Onlar Hüseynin idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Samux rayonu istiqamətində yola çıxmış, saat təxminən 23:30 radələrində Samux rayonu, Alıuşağı kəndi ərazisinə çatmışlar. Hüseyn avtomobili kənarda saxlayaraq onlardan avtomobildə oturub gözləmələrini, özünün də gedib paltarları götürərək gələcəyini demişdir. Təqsirləndirilən şəxs avtomobildən düşərək uzaqlaşmış, 5 dəqiqə sonra dörd nəfər mülki geyimli şəxs avtomobilə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduğunu bildirib Hüseynin narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu qeyd edərək sonuncunun üzərini və avtomobilini yoxlayacaqlarını demişlər. Buna görə onlar avtomobildən düşmüş və polislər onları Hüseynin yanına dəvət etmişlər. Onlar Hüseynin saxlanıldığı ünvana yaxınlaşdıqda sonuncunun qarşısında 01 ədəd böyük bir torba olmuşdur. Daha sonra videoçəkilişdən istifadə etməklə Hüseynin üzərini yoxlamağa başlamışlar. İlk öncə Hüseynə üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş, sonuncu da bu təklifdən sonra üzərində olan əşyaları təqdim etmişdir. Həmin vaxtı Hüseynin üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Hüseynin təqdim etdiyi bir ədəd “Redmi” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra Hüseyndən əlində daşıdığı bir ədəd kisənin içərisində nə olduğu soruşulmuş, sonuncu da kisənin içərisində təxminən 10 kiloqram narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Həmin kisə açıldıqda içərisində beş ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxıldıqda hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilmişdir. Bağlamaların içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanalar elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Əlavə olaraq narkotik vasitə və psixotrop maddənin olubolmadığı soruşulduqda Hüseyn avtomobilində də narkotik vasitə olduğunu bildirmiş və avtomobilin şit yerində ciblikdən iki büküm narkotik vasitə qurudulmuş marixuanaları təqdim etmişdir. Həmin marixuanalar elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra avtomobilin digər hissələri yoxlanılmış, əlavə olaraq narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Şahid5 və o, polis əməkdaşları dedikdən sonra üzərilərində olan əşyaları təqdim etmişlər, lakin onların üzərində qanunla qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Bütün bu proseslər başa çatdıqdan sonra onları BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışlar, onlar da heç bir etiraz etməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindəki imza ona məxsus olmuş, savadsız olduğu üçün ibtidai istintaq zamanı onun ifadəsini müstəntiq yazmış, daha sonra oxumuş, o da imza etmişdir. Hüseyn Nizayovun avtomobilindən narkotik vasitə aşkar olunması ilə bağlı heç bir məlumatı olmamış, həmin xüsusatla bağlı ifadə verməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları onlara heç bir fiziki və ya psixoloji təsir göstərməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/971 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan torbacığın içərisinə qoyulmuş 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə və 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda 0,29 qram və 0,69 qram olmaqla, ümumi təmiz çəkisi 0,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs saxlanılarkən əlində daşıdığı kisənin içərisində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr” sözlər və imzalar olan qara rəngli parça materialdan olan kisədə üzəri yapışqanlı lentlə sarınmış 05 ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 2130 qram, 2510 qram, 2285 qram, 1510 qram və 1425 qram olmaqla, ümumi təmiz çəkisi - 9860 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 3) Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuanaların ümumi çəkisi - 0,98 və 9860 qr., tədqiqata sərf edildi - 0,54 qr., qalıq - 0,94 və 9859,5 qram. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 1252 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin əlavə ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6434 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 23:45-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 23:45-də Samux rayonu, Alıuşağı kəndi ərazisində Təqsirləndirilən şəxs əlində bir ədəd kisəni idarə etdiyi VAZ-2106 minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili istiqamətində daşıyarkən saxlanılmışdır. Həmin gün saat 23:55-dən növbəti gün saat 00:18-dək olan müddət ərzində saxlanıldığı Samux rayonu, Alıuşağı kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman sonuncunun əlində saxladığı 01 ədəd kisənin içərisindən 05 ədəd bağlamada, idarə etdiyi VAZ-2106 minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının qarşısındakı saxlanc yerindən isə 01 ədəd gümüşü rəngli kağız və 01 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bir ədəd kisənin içərisindəki kütlələr elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 11 kiloqram 300 qram təşkil etməsi, avtomobildən aşkar edilən kütlələr isə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,69 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs əlində olan bağlamada təxminən 10 kiloqrama yaxın narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşının dediyi məkana gələrək əldə etdiyini, daha əvvəl də iki dəfə Bakı şəhəri ərazisinə gedərək şəxsi istifadəsi üçün 20-30 qram narkotik vasitə olan marixuana əldə etdiyini və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının dediyi məkana gedərək götürdüyünü, saxlanılarkən də polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid5 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 saxlanılarkən və polis şöbəsinə gətirilərkən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid6 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 saxlanılarkən və polis şöbəsinə gətirilərkən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və avtomobilində daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsində, saxlamasında və avtomobilində daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsində, saxlamasında və avtomobilində daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 23:45də Samux rayonu, Alıuşağı kəndi ərazisində əlində bir ədəd kisəni idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində daşıyarkən saxlanılaraq DİN-nin BNMİ-nin QBRŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9860,44 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-nin BMCMİ-nin Maddi sübutları saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göyçay RİH başçısının Göyçay şəhər İƏDÜN-nin xx.xx.2024-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1955-ci il təvəllüdlü X1, 1964-cü il təvəllüdlü X2, 2000-ci il təvəllüdlü X4, 2020-ci il təvəllüdlü qızı Ömrə Niyazova və 2022-ci il təvəllüdlü oğlu Xan Niyazov ilə birlikdə Göyçay şəhəri, 20 Yanvar küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 553438 və AZ-İV 660092 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Ömrə Niyazova və xx.xx.2022-ci il təvəllüdlü Xan Niyazov adlı iki azyaşlı övladı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək saxlanılarkən üzərində 1 qram nəşədən başqa digər narkotik vasitənin olmadığını, içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisənin ona məxsus olmadığını, həmin kisəni hadisə yerindən götürüb daşımadığını, həmin kisəni üzərinə götürməsi üçün polis əməkdaşlarının ona psixi zorakılıq göstərdiyini, videoçəkiliş zamanı həmin kisənin özünə məxsus olmasını bildirmədiyi halda yanında olan Şahid5i və Şahid6 də tutacaqlarını dediklərini, buna görə məcbur olub içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisənin özünə məxsus olduğunu etiraf etdiyini və ilkin sənədlərə imza etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Rəsul X11 ifadəsində avtomobildən düşərkən polis əməkdaşlarının qarşılarına kisə qoyduqlarını və içərisində narkotik vasitələr olduğunu dediklərini, Təqsirləndirilən şəxs isə həmin kisənin özünə məxsus olmadığını dediyini göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs avtomobilindən narkotik vasitə aşkar olunmasına dair heç nə bilmədiyini, sonuncunun da üzərində narkotik vasitə olmasını görmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Baba adlı şəxsin xx.xx.2024-cü il tarixdə WhatsApp ani mesajlaşma proqramında ona zəng edərək Samux rayonu ərazisində 10 kiloqram narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni oradan götürməyini, guya 2 kiloqramını və ayrıca 02 ədəd bükümdə olanı ona hədiyyə kimi verəcəyini, 8 kiloqramını isə sonradan özünün tapşırığı ilə kiminsə gəlib ondan götürəcəyini bildirdiyini, həmin vaxtı maddi sıxıntıları olduğuna görə pula ehtiyacının olması və nəşəyə olan tələbatını ödəmək üçün almağa pulunun olmaması səbəbindən Baba ilə razılaşıb tanışları Rəsul və Muradla birlikdə Samux rayonuna getdiyini, saat təxminən 23:30 radələrində Baba adlı şəxsin göndərdiyi məkana çatdığını, yolda gələrkən Baba ləqəbli şəxsin ona narkotik vasitənin olduğu yerin fotoşəkilini və məkanını WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyini, həmin ünvana çatdıqdan sonra idarə etdiyi avtomobilini kənarda saxlayaraq, Rəsul və Muraddan avtomobildə oturub onu gözləmələrini xahiş etdiyini, özünün isə avtomobildən düşərək narkotik vasitənin olduğu yerə doğru getdiyini, ilk öncə 02 ədəd bükümdə olan nəşəni götürərək avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc yerinə qoyduğunu, daha sonra geri qayıdaraq bir ədəd qara rəngli kisəni götürdüyünü və avtomobilə doğru hərəkət edən zaman polislər tərəfindən saxlanıldığını, polis şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış keçirildiyini və əlində olan kisədən 10 kiloqrama yaxın narkotik vasitə marixuananın aşkar edildiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə o, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, eləcə də onun üzərinə narkotik vasitə qoyduqlarını göstərməmişdir. Əskinə izahatla ifadələrində Təqsirləndirilən şəxs özünü iranlı kimi təqdim edən Baba adlı şəxslə zəngləşib Samux rayonuna getdiyini, sonuncunun ona narkotik vasitənin olduğu yerin məkan məlumatlarını göndərdiyini, özünün də həmin məkana gedərək içərisində narkotik vasitə qurudulmuş marixuana olan kisəni götürdüyünü, kisənin içərisində 10 kiloqrama yaxın narkotik vasitə olduğunu bildiyini, həmin narkotik vasitəni satış məqsədi ilə götürdüyünü, narkotik vasitələrin satışı ilə də məşğul olduğunu göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında olduğu kimi müqavilə əsasında eyni müdafiəçi, yəni Müdafiəçi iştirakı ilə məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməklə xx.xx.2024-cü il tarixdə WhatsApp ani mesajlaşma proqramında özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Baba adlı şəxsə zəng edərək narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini, həmin şəxsin 10-15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Samux rayonu ərazisində götürə biləcəyini dediyini, buna görə də tanışları Murad və Rəsulla birlikdə Samux rayonuna getdiyini, iranlının dediyini məkana yaxınlaşaraq ilk öncə 02 ədəd bükümdə olan nəşəni götürdüyünü və idarə etdiyi avtomobilə gedərək qabaq sərnişin oturacağının qarşısındakı saxlanc yerinə qoyduğunu, daha sonra isə geri qayıdaraq iranlının göndərdiyi məkanda gördüyü 01 ədəd qara rəngli böyük bir kisəni maraq kəsb etdiyi üçün götürərək idarə etdiyi avtomobilinə tərəf qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanldığını, həmin vaxtı kisənin içərisində 10 kiloqrama yaxın marixuana olduğunu bilmədiyini, polislər tərəfindən kisənin içərisinə baxıldıqda 10 kiloqrama yaxın çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, törətdiyi əməldən də peşman olduğunu göstərmişdir. Qeyd edilən ifadədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılığa yol verildiyini, içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisənin ona məxsus olmadığını, eləcə də həmin kisəni üzərinə götürməyə məcbur edildiyini və polislərin onu hədələdiyini göstərməmişdir. Əksinə məhkəmə istintaqında olduğu kimi onun hüquqlarını müqavilə əsasında müdafiə edən eyni müdafiəçisi, yəni Müdafiəçi iştirakı ilə verdiyi həmin ifadəsində təqsirləndirilən şəxs kisəni götürüb idarə etdiyi avtomobilə tərəf gedən zaman polislər tərəfindən saxlanıldığını etiraf edərək, yəni kisəni götürməsi faktını təsdiq edərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman onun hüquqlarını müqavilə əsasında müdafiə edən müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadəsində içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisəni iranlının göndərdiyi məkandan götürdüyü, yəni tutulan zaman kisənin onun əlində olduğunu birmənalı olaraq etiraf etmişdir. Halbuki o, məhkəmə istintaqında ifadə verərkən polislərin onu yanında olan tanışlarını tutmaqla hədələdiklərini üçün məcbur qalaraq sonuncuların özlərinin ona təqdim etdiyi içərisində narkotik vasitə olan kisəni üzərinə götürdüyünü göstərmişdir. O cümlədən ibtidai istintaq materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakı ilə cinayət işinin materialları ilə tanış olduqdan sonra protokola qeyd verərək, özünü qismən təqsirli bildiyini, yalnız şəxsi istifadəsi üçün iki büküm narkotik vasitədən ötrü Samux rayonuna getdiyini, orada da 10 kiloqrama yaxın narkotik vasitə olmasından xəbərinin olmadığını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda da müqavilə əsasında müdafiəçisinin iştirakı ilə bir daha etiraf edərək, içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisənin hadisə yerində olduğunu təsdiq etmişdir. Qeyd edilən tanış etmə istintaq hərəkətinə dair protokolda nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisənin polislər tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyulmasını, eləcə də sonuncular tərəfindən təqsriləndirilən şəxsə qarşı psixi zorakılığa yol verilməsini göstərmələri öz təsdiqini tapmamışdır. Habelə xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən videoçəkilişdən görünür ki, həmin gün saxlanıldığı Samux rayonu, Alıuşağı kəndi ərazisində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan kisəni təqdim edərək içərisində narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kisənin içərisinə baxıldıqda beş ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanlar aşkar edilmişdir. Qeyd edilən sellofanların hər biri açıldıqda içərisində ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı əməliyyat müvəkkili tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kisənin içərisində təxminən 10 kiloqrama yaxın marixuana olduğunu, tanımadığı Baba deyə müraciət etdiyi iranlıdan aldığını, sonuncu ilə WhatsApp ani mesajlaşma proqramında danışdığını (dəqiqə 03:10); 10 ildir narkotik vasitə istifadə etdiyini, şəxsi istifadəsi üçün əldə etdiyini, əvvəllər də iki dəfə həmin Baba deyə müraciət etdiyi iranlıdan narkotik vasitə aldığını (dəqiqə 13:40); yanında olan şəxslərin onun narkotik vasitə dalınca gəlməsindən xəbərinin olmadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı təsir və təzyiqlərə yol verilmədiyini göstərmişdir (dəqiqə 21:40). Eyni zamanda əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən videoçəkilişdən görünür ki, əməliyyat-axtarış tədbirində iş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid5 da iştirak etmiş və Təqsirləndirilən şəxs sonuncuların iştirakı ilə içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana olan kisəni iranlının dediyi məkandan götürdüyü etiraf etmişdir. Şahid6lə Şahid5 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində saxlanılarkən və polis şöbəsində ifadə verərkən polislər tərəfindən onlara qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini göstərmişlər. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1, Şahid4 və Şahid3 ifadələrində təqsirləndirilən şəxsə qarşı heç bir təsir-təzyiq olunmadığını, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər də həmin şəxsdən iki dəfə narkotik vasitə aldığını, Bakı şəhərinə gedərək oradan götürdüyünü, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etdiyini göstərmişlər. Eləcə də iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq 10 ildir narkotik vasitə istifadə etdiyini, birinci dəfədir ki, belə əməl tutduğunu, narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını və sonuncuya aldandığını, əməlindən də peşman olduğunu göstərmişdir. Həmçinin iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 24 radələrində üzərində 10 kiloqram narkotik vasitə marixuana olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman da zorakılığa məruz qalmadığını göstərmişdir. Bundan başqa, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilk əvvəl dövlət hesabına təyin edilmiş müdafiəçisi, daha sonra isə məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçi, yəni Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq, ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində içərisində 10 kiloqrama yaxın narkotik vasitə marixuana olan kisənin ona məxsus olmadığını, həmin kisəni onun üzərinə polis əməkdaşlarının qoyduğunu, eyni zamanda ona qarşı polislər tərəfindən psixi zorakılığa yol verildiyini göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair videoçəkilişdə, o cümlədən şahidlərin ifadələrində Təqsirləndirilən şəxs birbaşa olaraq şəxsən özünü iranlı kimi təqdim edən Baba adlı şəxslə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar aparması, sonuncu ilə aralarında əldə olunmuş razılığa əsasən gedərək narkotik vasitəni qoyulduğu yerdən götürməsi, eyni zamanda ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməməsi tam olaraq sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilk əvvəl dövlət hesabına təyin edilmiş müdafiəçisi, daha sonra isə məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçi, yəni Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq, ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahidlər Şahid5 və Şahid6 tanışları olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətindən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab olunur və külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 9860,98 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş xeyli miqdarının yuxarı həddindən 20 dəfə çox olması, marixuananın çəkilib ayrı-ayrılıqda beş ədəd bağlamaya yığılması, həmçinin ayrı-ayrılıqda hər bir bağlamada olan marixuananın çəkisinin külli miqdar təşkil etməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli və külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan kisəni götürərək özündə saxlamaqdan, daha sonra isə qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin dediyi ünvana çatdırmaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi əldə etdiyi narkotik vasitədən iki kiloqramını özü üçün götürməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin Maddi sübutları saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9860,44 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6434 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 sentyabr 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutları saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9860,44 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-343/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-343/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver