Məhkəmə qərarları › İş №1(100)-344/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-344/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-344/2025 19.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 26 iyul 2024-cü il tarixdə saat 17 radələrində Göygöl şəhəri, Hummel küçəsində yerləşən Heydər Əliyev adına olan parkın ərazisində əvvəlcədən danışaraq görüşmək üçün çağırdığı anası Zərərçəkmiş şəxs qısqanclıq zəminində, yəni sonuncunun atası Fəzail Yusibov ilə ayrıldıqdan sonra digər şəxslə ailə həyatı qurmasının üstündə qisas niyyəti ilə mübahisə edərək özü ilə götürdüyü, istintaqla əldə edilməsi mümkün olmayan bıçaqla 8 (səkkiz) dəfə qəsdən ardıcıl zərbələr vuraraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1 (bir) ədəd qarın nahiyyəsində epiqsdral nahiyyədə yerləşən daxilə nüfuz edən, qaraciyərin, mədənin zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid edilən xəsarət yetirdikdən sonra 6 (altı) ədəd sağ bel nahiyyəsində və gövdədə yerləşən daxilə nüfuz etməyən, yumşaq toxumaların zədələnməsi ilə müşayiət edilən və dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sağ bazu nahiyyəsində 1 (bir) ədəd kəsilmiş səthi yara ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin münaqişə zamanı almış olduğu bıçaq zərbələrinin təsirindən yerə yıxılan zərəçəkmiş şəxsin sağ dirsək, sol diz və sağ bayır-topuq oynağı nahiyyələrinin sıyrıqları isə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində verməkdən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Göygöl rayonu Mollacəlilli kəndində Bəhrəmbəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi müxtəlif restoranlarda ofitsant işləyərək pul qazanır. Mahiyyəti üzrə bildirmişdir ki, 4-5 il bundan əvvəl anam Zərərçəkmiş şəxs atasından ayrılaraq çıxıb getmişdir, bir gün səhər oyandıqda anasının evdən çıxıb getməsini bilmiş, sonra isə onun başqa bir şəxslə ailə qurduğunu eşitmiş, həmin vaxtdan da anası Səlvinəyə qarşı onda nifrət hissləri oyanmağa başlamışdır. Anası dəfələrlə onlarla əlaqə saxlamağa çalışsa da, heç vaxt onunla danışmamışlar. Anasının onları atıb gedərək başqası ilə ailə qurmasını heç vaxt həzm edə bilməmişdir. Son zamanlarda anasından etdiyi hərəkətə görə qisas almaq fikri onda yaranmışdır. 25 iyul 2024-cü il tarixdə axşam saatlarında evdə olarkən əvvəl “İnstagram" sosial şəbəkəsindən, daha sonra isə istifadəsində olan 055-727- 36-31 nömrə ilə anası Səlvinənin istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsinə mesaj yazmış, sonra isə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə yazışmağa başlamışlar. Anasına onunla görüşmək istədiyini demiş, anası da ona Bakı şəhərinə gəlməyini istəyib kart hesabına 50 manat pul göndərmişdir. Lakin o Bakı şəhərinə gələ bilməyəcəyini, onun Göygöl şəhərinə gəlməsini və burada görüşə biləcəklərini dediyi üçün 26 iyul 2024-cü il tarixdə günorta saatlarında anası Səlvinə ona mesaj yazaraq artıq yolda olmasını və Göygöl şəhərinə gəldiyini dedikdə o da Göygöl şəhəri Hummel küçəsində yerləşən Heydər Əliyev adına parka gəlməsini istəmişdir. Saat təxminən 17:00 radələrində anası Səlvinə ona zəng edərək Göygöl şəhərində olmasını demiş, Heydər Əliyev adına parka gəlməsini istəyərək özü də ora getmiş, Heydər Əliyev parkında yerləşən binanın arxa tərəfinə keçərək heç kəsin olmadığı yerdə dayanmışdır. Anası Səlvinəyə də mesaj yazaraq ora gəlməsini istəmiş, anası Səlvinə onun yanına gəlmiş və onunla xatırlamadığı söhbətlər etməyə başlamış, o isə evdən götürdüyü, açılıb bağlanan formalı bıçağı sağ cibindən çıxararaq anası Səlvinənin qarın nahiyəsinə bir zərbə vurmuş, anası qışqırdığı zaman həyəcanlı olduğundan ona konkret olaraq neçə zərbə vurduğunu xatırlamır. Səlvinə yerə yıxıldığı zaman qaçaraq oradan uzaqlaşmış, yolda qaçarkən də bıçağı tullamışdır. Göygöl şəhər avtovağzalına gedərək tanımadığı avtomobil ilə yaşadığı Mollacəlilli kəndinə getmiş, polis əməkdaşlarının gələcəyini bildiyi üçün evdəkilərlə görüşmüşdür. Sonra isə küçədə oturub polislərin gəlməsini gözləmişdir. Bir müddət sonra onunla eyni kənddə yaşayan Röyal adlı polis əməkdaşı digərləri ilə birlikdə yaşadıqları ünvana gəlib onu Polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Səlvinənin bir neçə il bundan əvvəl onları heç bir səbəb olmadan atıb getməsinə və başqa birisi ilə ailə qurmasına görə əsəbləşərək onu bıçaqla vurmuşdur. Həmin bıçağı isə uzun zaman əvvəl Gəncə şəhərində hazırda xatırlamadığı mağazadan ofitsant işlədiyi yerdə meyvə doğramaq üçün almışdır. Bıçağı üzərində gəzdirməmişdir. Anası ilə görüşmək üçün gedərkən evdən götürüb getmiş, hadisədən sonra oradan qaçarkən yolda atmışdır. Bıçağı hara atdığını xatırlamır. Bıçaq qara rəngli, dəmir materialdan olan, düymə ilə açılan, tiyəsinin uzunluğu təxminən 5-6 sm. olan bıçaq olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyəsinə ilk olaraq bir bıçaq zərbəsi vurduqdan sonra anası Səlvinə qışqırdığı zaman həyəcanlı şəkildə ona təxminən 7-8 bıçaq zərbəsi vurmuşdur. Səlvinəyə xəsarətləri yetirməkdə onu həyatdan məhrum etmək kimi niyyəti olmamışdır. Ona xəsarətləri nəticəsindən asılı olmayaraq əsəbi halda yetirmişdir. Bunu isə Səlvinənin onları atıb gedərək başqası ilə ailə qurmasına görə qisas almaq niyyəti ilə etmişdir. Səlvinənin qarın nahiyəsinə bıçaqla zərbə vurmuş, sifət və ürək nahiyəsinə zərbə vurmamışdır. Əsəbi olduğundan bıçağı cibindən çıxaraq zərbə vurmuş, Səlvinə ona müqavimət göstərməmiş, arxaya tərəf gedərək yıxılmış, onu vurduqdan sonra özü qaçaraq oradan uzaqlaşmışdır. Hadisə vaxtı ətrafda heç kəs olmamış, hadisəni törədərkən heç kəs görməmişdir. Səlvinəyə bıçaqla zərbə vurduqdan dərhal sonra oradan qaçaraq uzaqlaşmış, ondan sonra onun yanına hər hansı şəxlərin gedib-getməməsini də bilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində onu babası Amil və atası Fəzailin, həmçinin kənd sakinləri Səid, Nihad və Səfər adlı şəxslərin Səlvinənin barəsində nalayiq ifadələr işlətməsinin üstündə bu cür hərəkət etməsini bildirməsi ilə bağlı dediklərinə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dedikləri yalan olduğunu, babası Amil, atası Fəzail, Nihad, Səid və Səfər tərəfindən Səlvinənin barəsində heç bir nalayiq söz deyilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, anası Səlvinəni evləndiyi üçün vurmaq istədiyni, başqa bir məqsədi olmadığını bildirmişdir. Hadisə vaxtı orda onlardan başqa heç kəs olmadığı, 8 dəfə vurduqdan sonra özünün dayandığınıda demişdir.Hal-hazırda anası ilə barışdığı, anasının şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdaki mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinin tələbinə əsasən Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir, ilk evliliyindən 2, 2-ci evliliyindən isə 1 övladı vardır. Təxminən 4 il bundan əvvəl ailə münasibətləri yolunda getmədiyi üçün 1-ci əri Fəzaildən rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra uşaqları əri Fəzailin yanında qalmışlar. Onlarla görüş icazəsi ona məhkəmə qaydasında verilmişdi. Fəzaildən ayrıldıqdan sonra uşaqları atası və babası tərəfindən ona qarşı kin və nifrətlə doldurulmuş vəziyyətdə böyüdüyü üçün uşaqları onunla görüşmək istəməmişlər. xx.xx.2024-cü il tarixdə oğlu Rəvan onunla əlavə saxlayaraq görüşmək istədiyini dedikdə onu Bakı şəhərinə dəvət edərək kartına 50 manat yol pulu göndərmişdir. Lakin Rəvan təkidlə onun Göygöl rayonuna gəlməsini istədiyi üçün gələcəyini demişdir. 26 iyul 2024-cü il tarixdə saat təxminən 12:20 radələrində o Bakı şəhər avtovağzalından avtobusa əyləşərək azyaşlı qızı Melisa ilə birlikdə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində bacısı Ülkərlə görüşdükdən sonra Göygöl şəhərinə getmişlər. Yol boyu mütəmadi olaraq da oğlu Rəvanla telefon əlaqəsi saxlamışdır. Rəvandan bacısı Ülkərin ünvanına gəlməsini istəmiş, lakin Rəvan heç bir qohumu ilə danışmadığı üçün gəlməkdən imtina etmiş, Göygöl şəhəri Hummel küçəsində yerləşən Heydər Əliyev adına parka gəlməsini istəmişdir. X3 ona nəsə edə biləcəyini deyərək getməsini istəsə də oğlu ilə görüşmək istədiyini deyərək saat təxminən 17:00 radələrində parka getmişdir. Qızı Melisanı isə bacısı Ülkərin yanında qoymuşdur. Parka girdikdən sonra oğlu X16 mərkəzi binasının arxa tərəfində olduğunu demiş və o da oraya getmişdir. Oğlu Rəvan həyəcanlı olmuş, onunla söhbət etməyə başlasa da Rəvan həyəcanlı halda onun ətrafında fırlanmış, arxa tərəfinə keçməyə çalışmış, əli isə daima cibində olmuşdur. Rəvandan nə üçün həyəvanlı olmasını və əlini cibində saxlamasını soruşsa da Rəvan heç bir cavab verməmişdir. Bir anlıq üzünü kənara çevirib yenidən Rəvana tərəf çevrildikdə Rəvanın əlində bıçaqla ona tərəf gəldiyini görmüşdür. Rəvan bıçaqla onun qarın nahiyəsinə bir neçə zərbə vurduqdan sonra o əllərini qabağa verərək ondan vurmamasını istəmişdir. Arxaya tərəf gedərkən ayağı ilişərək yerə yıxılmış, qışqırdıqda Rəvan qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxtı yaxınlıqda xidmət aparan polis əməkdaşı ona yaxınlaşmış və onu yerdən qaldırmışdır. Bacısı Ülkərə zəng edərək Rəvanın onu vurduğunu demiş, Ülkər gəldikdə onu parkdan çıxarıb xəstəxanaya aparmışlar. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Rəvanın atası və babasının, eyni zamanda kənd sakinləri Nihad, Səid və Səfər adlı şəxslərin onun barəsində nalayiq fikirlər işlətməsinin üstündə Rəvan bu cür hərəkət etmiş, Rəvan təbiətən sakit insan olduğundan onun fikrincə heç vaxt bu cür hərəkət etməməliymiş. Rəvan ona 7-8 bıçaq zərbəsi vurmuş, hadisə vaxtı ətrafda heç kəs olmamışdır. Hadisə vaxtı həyəcanlandığı üçün Rəvanın əlində olan bıçağın əlamətlərini dəqiq görə bilməmişdir. Hadisə vaxtı oradan heç kəs olmamışdır. Hadisədən sonra qışqırıq səsinə polis əməkdaşı gəlmişdir. Orada Rəvan və ondan başqa heç kəs olmamışdır və Rəvanın ona daha çox xəsarət yetirməsinə imkanı olmuşdur. Lakin Rəvan bir neçə saniyələr ərzində cibindən çıxardığı bıçaqla ona xəsarət yetirmiş və o qışqırdığı zaman oğlu Rəvan həyəcanlı halda qaçaraq oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinin tələbinə əsasən Şahid2 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, Abdulla Şaiq ev 23-də ailəsi ilə birlikdə yaşayır, subaydır, 27 may 2024-cü il tarixdən X8 bölməsində mülki mühafizəçi olaraq xidmət edirəm. Xidmət yeri dislokasiya olaraq Mühafizə Bölməsi tərəfindən təyin edilir. Xidmət saatlar günün saat 09:00-dan növbəti günü 09:00-a qədər müəyyən edilmişdir. Xidmətinin istiqaməti parkda asayişin qorunması, həmçinin park ərazisində olan abidələrin və binanın mühafizəsindən ibarətdir. Verilən sualların mahiyyəti üzrə bildirir ki, 26 iyul 2024-cü il tarixdə saat 09:00-da Göygöl şəhəri, Hummel küçəsində yerləşən Heydər Əliyev adına parkda xidməti qəbul etmiş, 26 iyul 2024-cü il tarixdə saat 17 radələrində parkın ərazisində piyada hərəkətdə olduğu zaman qışqırıq səsi eşidərək həmin səsə doğru getdikdə bir nəfər mavi rəngli paltarda qadının bədəni üzərində qan ləkələri olan vəziyyətdə parkın çıxışına doğru getməsini görüb yaxınlaşaraq kömək göstərməyə çalışdıqda isə artıq Göygöl PPXB-nin əməkdaşlarının həmin yerə gəlmişlər. O isə öz növbəsində bu barədə X8 bölməsinin növcbətçi hissəsinə məlumat vermişdir. Qışqırıq səsi eşitdiyi yerdən hadisə baş verən yer görsənməmiş, parkın digər tərəfində olmuşdur. Qadının səsinə doğru gedərək həmin qadını gördüyü zaman isə o piyada parkın çıxışına doğru hərəkətdə olmuş, səsə doğru yönəldiyi zaman bir nəfər şəxsin qaçaraq parkın arxa qapısından çıxmasını uzaqdan görmüşdür. Buna görə də hadisənin baş vermə şəraiti və səbəbi barədə hərhansı məlumatı olmamışdır. Həmin şəxsi arxadan gördüyü üçün onun üz quruluşunu görməmiş, fiziki cəhətdən sağlam bədən quruluşlu, gənc oğlan olmasını görmüşdür. Həmin şəxsi arxadan gördüyü üçün onun əlində hərhansı əşya olmasını görməsi mümkünsüz olmuş, sonradan da parkın ərazisində hərhansı bıçaq və yaxud silah qismində istifadə oluna biləcək əşya müəyyən etməmişdir. Hadisə baş verdiyi anı görməsə də qadın parkın içərisində olan binanın arxa hissəsindən gəlmiş, həmin yerdə isə heç bir şəxs olmamış, həmin münaqişə və qadını heç kəs görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Tanrıverdi oğlu ifadəsində göstərmişdir ki, Rəvanın Yusibovun hadisə törətdiyinə dair məlumat almış, post patrul əməkdaşları ilə kömək etmək məqsədilə Rəvangilə getmiş, Təqsirləndirilən şəxs özü onları qarşılamışdır. Rəvan polisə müqavimət göstərməmiş və onlarla birgə polis şöbəsinə yaxınlaşmışdır. Onun dediyinə görə onlara növbətçi hissə xəbər vermişdir. O, əməliyyatçı olmadığını, post patrul olduğunu və Rəvanın gətirilməsində iştirak etdiyini bildirmişdir. Rəvan anası onları atıb getdiyi üçün əsəbiləşdiyi üçün bu hadisəni törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı işdə olduğunu və heçnə görmədiyini söyləmişdir. Ona saat 5-də zəng edib, hadisə barədə məlumat verdiklərini demiş, hadisə yerinə gedəndə Rəvanın gedib təslim olduğunu öyrənmişdir. Hadisə zamanı işdə olduğunu və Rəvanın özünün gedib təslim olduğunu bildirmişdir.Rəvan anası onları qoyub getdiyi üçün belə etdiyini və indiyə kimi ağzından belə birşey edəcəyinə dair söz çıxmadığını, onun əvvəllər anasına qarşı heçbir aqresiyasının olmadığını demişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 437 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ əlin İİ barmağının səthi yarası – kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni bıçaqla anasına çoxsaylı xəsatlər yetirərkən əmələ gəlməsi istisna edilmir. (cild İ, səh. 97-99) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 460 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət –deşisicikəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş səkkiz ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan yeddisi gövdənin ön səthində, biri isə sağ bel nahiyyəsində yerləşmişdir. Qarın nahiyyəsində epiqsdral nahiyyədə yerləşən yara daxilə nüfuz edən yaradır – qaraciyərin, mədənin zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Sağ bel nahiyyəsində və gövdədə yerləşən digər altı yara daxilə keçən yaralar deyil, - yumuşaq toxumaların zədlənməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində - deşisici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş yaralardan başqa, sağ bazu nahiyyəsində bir ədəd kəsilmiş səthi yara; sağ baldır, sağ dirsək, sol diz və sağ bayır-topuq oynağı nahiyyələrində isə sıyrıqlar kimi xəsarətlərdə aşkar edildi – sağ bazu nahiyyəsinin bir ədəd kəsilmiş səthi yarası – kəsici alətin; sağ baldır, sağ dirsək, sol diz və sağ bayır-topuq oynağı nahiyyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmaya xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. (cild İ, səh. 108-112) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/948 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim olunan donun üzərində olan 07 ədəd “a”, “b”, “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cemlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 460 sylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş donun səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “yaralardan yeddisi gövdənin ön səthində, biri isə sağ bel nahiyyəsində yerləşən” xəsarətləri ilə donun səthində olan “a”, “b”, “c”, “d” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda yerləşən zədələr və xəsarətlər yerləşmə sahəsinə görə üst-üstə düşür. (cild İ, səh. 123-125) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X17 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 663 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasi və kəmağıllıq xəstəliyi müəyyən edilmir. Bunu cinayət işi materiallan,həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 4086 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza onda bir qadər əsəbiliyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar olunmaması, törətdiyi əmələ tənqidi münasibət bəsləməsi, kəskin psixoproduktiv simptomatika (halüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, törətdiyi əməldən peşiman olmadiğinı bildirməsi, bununla yanaşı zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb- biçmək və idarə etmək iqtidarında olmuşdur. O,hal-hazırda öz hərəkətlərini ölçüb- biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyaci yoxdur. (cild İ, səh. 119-120) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, səh. 51-52) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, səh. 66-67) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İ, səh. 84-85) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri – Göygöl şəhəri, H.Əliyev adına parkın ərazidir. (cild İ, səh. 10-15) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə və baxış aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli, qısaqol don götürülmüşdür. (cild İ, səh. 36-38) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Röyal Məmmədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Göygöl RPŞ-nin xidmət üzrə rəis müavini, polis baş leytenantı X12 şəhəri Heydər Əliyev adına parkda bir nəfər qadının bıçaqlanması barədə məlumat verilmişdir. (cild İ, səh. 02) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin məsul növbətçisi əvəzi polis kapitanı Elnur Həsənovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Göygöl RPŞ-nin xidmət üzrə rəis müavini, polis baş leytenantı X12 şəhəri Heydər Əliyev adına parkda bir nəfər qadının bıçaqlanması barədə məlumat verilmişdir. (cild İ, səh. 03) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin məsul növbətçisi əvəzi polis kapitanı Elnur Həsənovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Göygöl RMX-nin həkimi 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarın divarının çoxsaylı kəsilmiş-didilmiş yarası ilə daxil olması barədə məlumat vermişdir. (cild İ, səh. 04) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin məsul növbətçisi əvəzi polis kapitanı Elnur Həsənovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarxində saat 00:06 radələrində Azərbaycan Respublikası DİNnin 102 xidmətinə Göygöl rayon sakini X6 **********15 saylı nömrə ilə zəng edərək adını bilmədiyi qohumunun öz anasını bıçaqlaması barədə məlumat verdi. (cild İ, səh. 05) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş TƏBİB Gəncə şəhər Birləşmiş Xəstəxanası “X20” in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, A.Səhhət adına Xəstəxanaya Göygöl rayon Mərkəzi Xəstəxanasından göndərilmişdir. Xəstə daxili qanaxma olduğu üçün dərhal cərrahi əməliyyata alımışdır. (cild İ, səh. 06) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Mollacəlilli kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. (cild İ, səh. 16) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, səh. 96) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (cild İ, səh. 93) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (cild İ, səh. 94) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RİH başçısının Mollacəlili kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Mollacəlili kəndində atası – X9 və qardaşı – X10 ilə birlikdə yaşayır, yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. (cild İ, səh. 106) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, oğlu Təqsirləndirilən şəxs ilə barışmış şikayət və tələbi yoxdur. (cild İ, səh. 65) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli geyim əşyası, qadın donu maddi sübut kimi tanınaraq saxlanılması üçün Göygöl RPŞ-nin maddi sübutların saxlanması otağına verilmişdir. (cild İ, səh. 178-189) Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 17 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən zərərçəkmiş şəxslə yaxın qohumluq əlaqələrinin yəni ana oğul münasibətinin olmalarını nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək, təhsilini davam etdirmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə isə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X1 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd geyim əşyası olan don məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək və təhsilini davam etdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd geyim əşyası olan don sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar