Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-345/2024 10.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X12 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Ağstafa rayonu, Aşağı Kəsəmənli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Kəsəmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 3,142 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamış, Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində, “Ənvər” marketin yaxınlığında saxlanılaraq Ağstafa RPŞ-ya gətirilmiş və polis şöbəsinin inzibati binasında həmin gün saat 13:48-dən 14:01-dək olan müddət ərzində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan “Samsung A51” markalı mobil telefonun üzlüyünün içərisindən təmiz çəkisi 0,058 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tarixdə əməliyyat tədbirinin davamı olaraq saat 16:10-dan saat 16:47-dək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan dolabdan asılmış qırmızı rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli polietilen kəsiyində təmiz çəkisi 3,084 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 iyul 2023-cü il tarixdə gecə radələrində evə gəlmiş, iki gün idi ki evdə heç kim olmamış və həmin gecəni evdə qalmışdır. O, səhər təxminən saat 09:30-da yaxınlıqda yerləşən mağazaya getmək üçün evdən çıxmışdır. Mağaza yaxınlıqda yerləşdiyi üçün o, çayı qaz sobasının üzərində qoymuş, qapını da kilidləməmişdir. Mağazadan kolbasa, çörək və ayran alıb evinin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin işçisi ilə təxminən iki dəqiqə söhbət etmişdir. Həmin şəxsə də qaz sobasının üzərində çay qoyduğunu deyərək sağollaşmışdır. Təxminən 20 metr getdikdən sonra yanında bir avtomobil dayanmış və polislər avtomobildən düşərək qolundan burub onu özlərinin avtomobilinə mindirərək şöbəyə aparmışlar. O, polis şöbəsində dindirilmiş, ardınca isə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, o da mobil telefonunun üzlüyünün arxasında olan metamfetamini təqdim etmişdir. Daha sonra təhqiqatçının yanına düşmüşdür. Həmin gün saat 14:30-da üzərindən çıxan metamfetamini ona qaytarmışlar və videoçəkiliş aparılmışdır. Ona görə də onu saat 10:30 radələrində tutmuşlar. Təhqiqatçının yanında olarkən əməliyyatçılar təhqiqatçıya zəng edərək onun evinin yerini soruşmuş, o da ünvanı demişdir. Bundan sonra ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmamağı soruşulmuş, o da etiraz etməyərək polislərlə birlikdə yaşadığı evə getmişdir. Evə çatanda həyətinin qapısının bağlı olduğunu görmüşdür. O, çəkilişdə qaz sobasını yanlı qoyub çıxdığını demiş, çünki evdən çıxmağından artıq 4-5 saat keçmişdir. Ev həyət evi olmuş və o, qapını bağlayan zamanı açarı adətən qapının yuxarısındakı yerə qoymuşdur. Çəkiliş vaxtı da o, açarı məhz həmin yerdən götürüb çəkilişlə evə daxil olmuşdur. Həyətdə olan zaman yenə qaz sobasını yanlı qoyduğunu demiş, polislər isə içəri girib qazın söndüyünü bildirmişlər. Ehtimal etmiş ki, kimsə qazı söndürüb qapını bağlamışdır. Halbuki o, 5 dəqiqəlik mağazaya getmək üçün evdən çıxmışdır. Onun iştirakı ilə yaşadığı evdə axtarış aparılmış və Azad adlı əməliyyatçı şkafın içərisində olan iki ildən çox geyinmədiyi bir gödəkçənin cibindən sellofana bükülmüş metamfetamin aşkar etmişdir. O, çəkiliş zamanı şkafdakı gödəkçədə aşkarlanan metamfetaminin özünə məxsus olmadığını bildirmişdir. Daha sonra polislər onun avtomobilinə baxış keçirmiş, lakin heç nə aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılmamışdan qabaq narkotik vasitə istifadə etmiş, lakin hazırda istifadə etməmişdir. Polis şöbəsində evdən çıxan psixotrop maddənin ona məxsus olmadığı halda bacısına aid olduğu deyilmiş, üzərindən aşkarlanan metamfetamini onun yanında tərəzidə çəkmişlər və çəkisi 0,058 qram olmuşdur. Yaşadığı evdə ona məxsus narkotik vasitə olmadığını bildiyi üçün çəkiliş zamanı sərbəst olmuşdur. O, mağazaya getmək üçün evdən çıxanda evdə heç kim olmamışdır. Yaşadığı evdən mağazayadək 200 metr məsafə, yəni 5 dəqiqəlik yol olmuşdur. Çəkiliş zamanı görünən qırmızı rəngli gödəkçə bacısına məxsus olmuş, elektron tərəzi isə ona məxsus olmuşdur. Həmin tərəzini kafedə işləyərkən ona vermişlər. Başqa yer olmadığı üçün tərəzini şkafda saxlamışdır. Bakı şəhərindən şəxsi istifadəsi üçün aldığı 1 qram metamfetaminin çəkisinin doğru olmasını evdə həmin tərəzidə yoxladığına görə tərəzinin üzərində metamfetamin izləri qalmışdır. O, metamfetamini elektron tərəzidə çəkib hissələrə bölməmiş, sadəcə aldığı metamfetaminin çəkisinin doğru olub-olmamasını yoxlamış, çünki 80 manat verib metamfetamin aldığına görə həmin kütlənin çəkisinin düzgünlüyünü yoxlamışdır. Bundan başqa tərəzini istifadə etməmiş və saxlamaqda hər hansı bir məqsədi də olmamışdır. Saxlanılan zaman ona qarşı polis şöbəsində psixoloji və fiziki təsir olmuş, çəkilişdən qabaq Azad adlı əməliyyatçı dişini qırmış, ekspertizadan keçmiş, lakin ekspert dişinə baxıb heç nə deməmişdir. Müvəqqəti saxlama yerində dişi barəsində desə də, bir nəticəsi olmamışdır. Prokurora da xəsarəti barədə məlumat vermiş, bu barədə kişi bir müstəntiq izahatını almışdır. Üzərindən aşkarlanan 0,058 qram metamfetamin ona məxsus olsa da, şkafdakı gödəkçənin içərisində aşkarlanan metamfetamin ona məxsus olmamışdır. Sonradan baxış üçün polislərlə evə qayıdanda açarı ilk dəfə evdən çıxanda qoyduğu yerdən götürmüşdür. O, təbii qazın sönməsindən və qapının bağlı olmasından şübhə edərək hesab etmiş ki, metamfetamini evinə yerləşdirmişlər. Sonradan evdə olmadığı müddətə tanımadığı şəxslərin evinə girməsi barədə qonşuları ona heç nə deməmişdir. O, həmin evdə bacısı və uşaqları ilə yaşamışdır. O, evin qapısını açıq qoyduğu halda necə bağlanmasını sonradan dəqiqləşdirməyə çalışsa da, müəyyən edə bilməmişdir. O, evdən mağazaya getmək üçün çıxdıqdan sonra polislərlə qayıdanadək evə heç kim girməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağstafa şəhəri, Məmməd Yaqubov küçəsində yerləşən ev 9-da yaşamışdır. Təxminən 2023-cü ilin may ayının əvvəlindən psixotrop maddə olan metamfetamin istifadə etmişdir. 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhərində olan vaxt Nərimanov metrosunun yaxınlığında tanış olduğu adını bilmədiyi bir nəfər şəxsdən 80 manat verib 4 qram çəkidə metamfetamin almışdır. Ağstafa şəhərinə gəldikdən sonra həmin psixotrop maddəni yaşadığı evdə dolabın içərisində olan qırmızı rəngi gödəkçəsinin cibində saxlamış və lazım olanda üstündən götürüb istifadə etmişdir. 18 iyul 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən marketdən kolbasa və çörək alıb Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada qayıdarkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirib özləri ilə birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu demişlər. O da etiraz etməyərək polislərlə birlikdə Ağstafa RPŞ-ya getmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki “Samsung A51” markalı mobil telefonun üzlüyünün içərisinə qoyduğu gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılmış və içərisində olan şəffaf rəngli, kəskin iyli psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,10 qram olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş mobil telefon və bir bükümdə olan psixotrop maddə müvafiq qaydada qabşaldırılmaqla götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra müdafiəçisinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş və baxış zamanı gödəkçənin sağ yan cibindən sellofan kəsiyinə bükülmüş metamfetamin aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3,67 qram olmuşdur. Daha sonra axtarış davam etdirilmiş və yataq otağında olan dolabın içərisindən bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Tərəzi və bir büküm metamfetamin müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Evə baxış başa çatdıqdan sonra küçədə saxladığı VAZ-2107 markalı, **-GK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O, psixotrop maddə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, üzərindən və yaşadığı evindən aşkar edilmiş psixotrop maddələri şəxsi istifadəsi üçün saxlamış, psixotrop maddəni yeni istifadə etməyə başlamış, aşkar edilmiş tərəzi özünə məxsus olmuş, aldığı psixotrop maddənin üstündən götürüb istifadə etdiyinə görə hər dəfə istifadə üçün nəzərdə tutulan çəkidən artıq götürməmək məqsədi ilə tərəzidən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində “evdən aşkar olunan metamfetaminin mənə məxsus olması” sözləri ona aid olmamış, o, ifadələrini oxumadan imza etmiş, polis tərəfindən ona qarşı edilmiş fiziki zorakılıq haqqında hər hansı quruma da şikayət etməmişdir. Evə baxış zamanı onu heç kim döyməmişdir. Lakin şəxsi axtarış zamanı vizual olaraq xəsarəti görünməsə də, onu döyüb dişini qırmışlar. O, Ağstafa rayon prokurorunun qəbulunda olmuş, lakin qəbul zamanı polis əməkdaşları tərəfindən ona hər hansı fiziki yaxud psixoloji təzyiq göstərilmədiyini deməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağstafa Rayon Polis Şöbəsinin X7 rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının 18-də saat 12 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında o, Ağstafa RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Təqsirləndirilən şəxs mağazadan çörək alıb qayıtdığını görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin təhqiqat bölməsində olan zaman Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra sonuncu tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mobil telefonunun üzlüyündən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Əməliyyat tədbirinin davamı olaraq günorta radələrində Təqsirləndirilən şəxs saxladıqları yerin yaxınlığında yerləşən sonucunun yaşadığı evə gedərək baxış keçirmişlər. Baxış zamanı evin arxadakı otağında yerləşən şkafın içərisində olan gödəkçənin cibindən psixotrop maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq tərəzi də təqdim edərək özünə məxsus olduğunu demişdir. Aşkar edilmiş psixotrop maddə və tərəzi ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Onlar Təqsirləndirilən şəxs Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində görmüşlər. Əvvəllər onda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaxud istifadə etməsi barədə əməliyyat məlumatı olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin çəkisi az, yəni bir istifadəlik, evindən aşkar edilmiş metamfetaminin çəkisi isə 3.61 qram olmuşdur. Təqsirləndirilən şəxs evə baxış zamanı tərəzini özü könüllü təqdim etmiş və səmimi olaraq aşkar edilənlərin özünə məxsus olduğunu etiraf etmişdir. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilmiş, lakin psixotrop maddənin az olması səbəbindən təxirəsalınmaz tədbir kimi sonuncunun evinə də baxış keçirilmişdir. Evə baxış zamanı psixotrop maddəni o, aşkar etmişdir. Təqsirləndirilən şəxs evə baxış zamanı aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmadığını bildirmişdir. Onlarda konkret olaraq Təqsirləndirilən şəxs olan psixotrop maddənin çəkisi barədə məlumat olmamış, sadəcə külli miqdarda olması barədə məlumat olmuşdur. Evə baxışdan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə də baxış keçirmişlər, lakin heç nə aşkar etməmişlər. Evə baxış zamanı Təqsirləndirilən şəxs özü açarı qoyduğu yerdən götürüb qapını açmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni Qazax rayonu ərazisində yerləşən “Su on beş” adlanan yerə atıldığını və həmin yerdən götürdüyünü bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji, yaxud fiziki təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs dişini qırmamış, sonuncunun dedikləri böhtan xarakterli olmuş və məhz o, Təqsirləndirilən şəxs saxladığı üçün sonuncu ona böhtan atmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin X10 əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X14 və RPŞ-nin KTQnin baş inspektor-kriminalisti Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/736 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Sadıqov.E..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,084 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2) Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs “ yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,058 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Sadıqov E” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır, bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqatını aparmaq mümkün deyil; 4) Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketdəki mefamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 5) Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 3,084 və 0,058 qr., tədqiqata sərf edildi - 0,1 qr. ( 1№ ob. 0,05 qr., 2 № ob. 0,02 qr.), qalıq – 3,034 və 0,038 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 2067 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:27-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 12:50-dən azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağstafa RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan “Samsung A51” markalı mobil telefonun üzlüyünün içərisindən 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə olan psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zamanı içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə kağız ilə birlikdə ümumi çəkisi 0,10 qram təşkil etmişdir. Mobil telefon və 01 (bir) büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni bir ay öncə Bakı şəhərində tanış olduğu şəxsdən “İnstagram” sosial şəbəkəsində yazışıb aldığını, həmin şəxsin metamfetamini Qazax rayonu ərazisində “Su on beş” adlanan əraziyə atdığını, həmin kütləni oradan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə və özünə məxsus VAZ-21074 markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “evə, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-a baxış zamanı yataq otağındaki sarı rəngli geyim dolabının içərisində paltar asılqanından asılmış qırmızı rəngli və üzərində “SR” yazıları olan gödəkçənin sağ yan cibindən iç-içə keçirilmiş bir ədəd qara və içərisində olan şəffaf rəngli sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3,67 qram təşkil etmişdir. Daha sonra baxış davam etdirilmiş və Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edildiyi dolabın içərisində elektron tərəzinin olduğunu bildirərək təqdim etmişdir. Həmin tərəzinin üzərində psixotrop maddəyə bənzər ağ rəngli kristal qırıntılar olması müşahidə edilmişdir. Elektron tərəzi və 01 (bir) büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs dolabdan aşkar edilən kütlənin ona məxsus olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus VAZ-21074 markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ünvan 1-a yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə, yaşadığı evə, yardımçı tikililərə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə Ağstafa RPŞ-nin KCQMQ-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A51” markalı mobil telefona baxış zamanı nakorik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-nin KCQMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, idarə etdiyi avtomobildə və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-nin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “əməliyyat-istintaq qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Ağstafa Rayon Polis Şöbəsinin X7 rəisi Şahid2 rəhbərliyi altında RPŞ-nin X7 əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 və RPŞ-nin TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-nin KCQMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-də Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağstafa RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə evində və üstündə saxlaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RİH başçısının Aşağı Kəsəmən kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Sadıqov X8 rayonu, Aşağı Kəsəmən kəndində qeydiyyatda olmaqla, xx.xx.1992-ci il təvəllüdlü bacısı X5 ilə birlikdə ünvan 1-a yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RİN başçısının ŞİƏDÜN-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,038 qram psixotrop maddə olan metamfetaminin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,034 qram psixotrop maddə olan metamfetaminin və 01 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən bu günədək xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən və ondan sonra bir neçə dəfə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokurorunun qəbulunda olmuş, qəbul zamanı da sonuncu polis əməkdaşları tərəfindən ona hər-hansı fiziki zorakılıq, hədə-qorxu və təzyiq göstərildiyini bildirməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin MSY-nə qəbul edilərkən Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarətin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 145335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Uğur Sadıqov adlı övladı var. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını, ona fiziki və psixi zorakılıq göstərildiyini, Azad adlı polis əməkdaşının onun dişini qırdığını, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imza etdiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 (bir) büküm psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasına baxmayaraq, yaşadığı evin yataq otağındaki dolabda olan gödəkçənin cibindən aşkar edilmiş 01 (bir) büküm metamfetaminin özünə məxsus olmadığını, hadisə günü evdən çıxarkən qaz sobasını yanlı qoyduğunu və evin qapısını kilidləmədiyini, polislərlə birlikdə evinə qayıdarkən isə qapının kilidli olduğunu gördüyünü, yaşadığı evinə kiminsə daxil olduğunu və metamfetamini gödəkçənin cibinə qoyduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, eləcə də evə baxış istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə yaşadığı evinə baxış zamanı yataq otağındaki dolabda asılqandan asılmış qırmızı rəngli gödəkçənin cibindən aşkar edilmiş 01 (bir) büküm psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində saxlanılan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə, o cümlədən fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçisinin iştirakı ilə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq ifadəsində sonradan baxış üçün polislərlə evə qayıdanda açarı ilk dəfə evdən çıxanda qoyduğu yerdən götürdüyünü, qazın sönməsindən və qapının bağlı olmasından metamfetaminin evinə yerləşdirildiyini şübhə etdiyini, evdə olmadığı müddətə tanımadığı şəxslərin evinə girməsi barədə qonşularının ona heç nə demədiyini, həmin evdə bacısı və uşaqları ilə yaşadığını, evin qapısını açıq qoyduğu halda necə bağlanmasını sonradan dəqiqləşdirməyə çalışsa da müəyyən edə bilmədiyini, evdən mağazaya getmək üçün çıxdıqdan sonra polislərlə qayıdanadək evə heç kimin girmədiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan “Samsung A51” markalı mobil telefonun üzlüyünün içərisindən 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə olan psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zamanı içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni bir ay öncə Bakı şəhərində tanış olduğu şəxsdən “İnstagram” sosial şəbəkəsində yazışıb aldığını, həmin şəxsin metamfetamini Qazax rayonu ərazisində “Su on beş” adlanan əraziyə atdığını, həmin kütləni də oradan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Habelə xx.xx.2023-cü il tarixli “evə, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1-a baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü əlində olan açarla evin həyətinin giriş darvazasının əl qapısında olan qıfılı açır, daha sonra baxış iştirakçıları həyətə daxil olaraq evə baxış keçirməyə başlayır, Təqsirləndirilən şəxs evdən çıxan zaman təbii qazla işləyən sobanı yanlı qoyduğunu bildirib ilk əvvəl həmin sobanı yoxlamalarını deyir, polis əməkdaşlarından biri evə daxil olaraq təbii qaz iyi gəldiyini bildirib ehtiyatlı olmağı deyir, daha sonra digər polis əməkdaşı təkrar evə daxil olaraq hər hansı bir təbii qaz iyi gəlmədiyini deyir və baxış keçirməyə başlayırlar, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmadığını deyir, birinci daxil olunan yataq otağındaki dolabın üzərində avtomobilin açarı aşkar olunur və Təqsirləndirilən şəxs təqdim olunur, ikinci yataq otağında əməliyyat müvəkkili Şahid2 paltar dolabına baxış keçirmək istəyən zaman Təqsirləndirilən şəxs orada qanunsuz heç nə olmadığını, əksinə bacısına məxsus paltarlar olduğunu bildirib etiraz edir, əməliyyat müvəkkili isə baxışa davam edərək asılqandan asılmış qırmızı rəngli uzunqol gödəkçəni əlinə götürdükdə Təqsirləndirilən şəxs bir daha etiraz edərək həmin gödəkçənin ilk əvvəl bacısına məxsus olduğunu deyir, əməliyyat müvəkkili isə gödəkçənin ciblərinə baxış keçirərək sağ cibindən qara rəngli sellofan bükümün içərisində olan şəffaf rəngli sellofan bükümdə ilk görünüşdən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edir. Əməliyyat müvəkkili Şahid2 “buna görə dolaba baxış keçirilməsinə etiraz edirdin?” sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlədən xəbəri olmadığını, dolabda bacısının paltarları olduğu üçün baxış keçirməsinə etiraz etdiyini, cibindən psixotrop maddə metamfetamin aşkar edilən qırmızı rəngli gödəkçəni Bakı şəhərində ona dostunun verdiyini, həmin gödəkçəni dörd-beş dəfə geyindiyini və son dörd-beş ayda gödəkçəni geyinmədiyini bildirir. Daha sonra aşkar edilmiş büküm elektron tərəzidə çəkilir və 3,67 qram olması müəyyən edilir. Aşkar edilmiş bir büküm psixotrop maddə olan metamfetamin müvafiq qaydada qablaşdırıldıqdan sonra baxış davam edir və əməliyyat müvəkkili Şahid2 dolaba baxış keçirən zaman Təqsirləndirilən şəxs yenə də etiraz edərək dolabda bir ədəd elektron tərəzi olduğunu, başqa da qanunsuz hər hansı bir əşya olmadığını deyir. Daha sonra Təqsirləndirilən şəxs dolaba yaxınlaşaraq elektron tərəzini polis əməkdaşlarına təqdim edir. Elektron tərəzinin üzərində toz şəkilində izlər müşahidə edilir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin tərəzinin özünə məxsus olduğunu, tanımadığı narkomanın həmin tərəzini satdığını və özünün də həmin tərəzini aldığını bildirir. Həm şəxsi axtarış və götürmə istintaq hərəkətinə, həm də evə və avtomobilə baxış istintaq hərəkətinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, xüsusilə üz nahiyəsində xəsarətin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə hər iki videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkəti boyunca polis əməkdaşlarının suallarına cavab verən zaman onun üz nahiyəsində, yəni vizual müşahidə etdikdə xəsarətinin olması və ya dişinin qırılması görünmür. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1, X14 və Şahid3 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs dişini qırmadığını, sonuncunun yaşadığı evinə heç kimin psixotrop maddə qoymadığını, yaşadığı evinə baxış zamanı yataq otağındaki dolabdan aşkar edilmiş qırmızı rəngli gödəkçəsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu etiraf etdiyini göstərmişlər. Eləcə də iş materiallarında olan Ağstafa RPŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs RPŞ-nin MSY-nə qəbul olunan zaman tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/736 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan metamfetamin ilə yaşadığı evindən aşkar edilmiş bir bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Əksinə həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində polis tərəfindən ona qarşı edilmiş fiziki zorakılıq haqqında hər hansı quruma şikayət etmədiyini göstərmişdir. Hətta iş materiallarında olan Ağstafa rayon prokurorluğunun məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokurorunun qəbulunda olmuş, qəbul zamanı da sonuncu polis əməkdaşları tərəfindən ona hər-hansı fiziki zorakılıq, hədə-qorxu və təzyiq göstərildiyini bildirməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, eləcə də barəsində tərtib olunmuş tibbi və digər sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində pis rəftarla bağlı göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş baxış və götürmə, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması göstərilsə də, iş materiallarında olan Ağstafa RPŞ-nin KCQMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda, ilkin raportlarda və digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə daxil olduğu göstərilmişdir. Həmçinin iş materiallarında xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1, X14 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və satmaq niyyətində olmadığını etiraf etdiyini göstərmişlər. O cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, heç kimə satmadığını və vermədiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində yaşadığı evindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, heç kimə satmadığını və satmaq niyyətində olmadığını göstərmişdir. Hətta Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman sonuncudan götürülmüş bir ədəd “Samsung A51” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs məxsus VAZ-21074 markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2067 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə hallarının olması da öz təsdiqini tapmışdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji müayinədən keçən zaman verilmiş suallara cavab olaraq 2-3 dəfə psixotrop maddə olan metamfetamini çəkmə yolu ilə qəbul etdiyini bildirmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlaması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, həmçinin yaşadığı evindən elektron tərəzinin aşkar edilməsini və metamfetaminlərin iki bükümdə olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən və evindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddə olan metamfetaminin külli miqdarda olması və iki bükümdə saxlanılması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, metamfetamini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında metamfetamini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həm də ki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram olduğu halda, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan metamfetaminin ümumi təmiz çəkisinin 0,058 qram olması, yəni şəxsi istehlak miqdarında olması bir daha onun psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün üzərində saxlamasına güman etməyə əsas verir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş metamfetaminin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi olduğunu güman etmək olsa da, onun psixotrop maddələri satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evində saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun həmin Qərarında ifadə olunmuş hüquqi mövqeyinin olmasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı onun psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı ittiham irəli sürülərkən elektron tərəzinin yaşadığı evindən aşkar edilməsi faktı ittihamda göstərilməmişdir. Bununla belə, yaşadığı evindən aşkar edilmiş üzərində metamfetamin izləri olan elektron tərəzi ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində göstərmişdir ki, o, psixotrop maddə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, üzərindən və yaşadığı evindən aşkar edilmiş psixotrop maddələri şəxsi istifadəsi üçün saxlamış, psixotrop maddəni yeni istifadə etməyə başlamış, aşkar edilmiş tərəzi özünə məxsus olmuş, aldığı psixotrop maddənin üstündən götürüb istifadə etdiyinə görə hər dəfə istifadə üçün nəzərdə tutulan çəkidən artıq götürməmək məqsədi ilə tərəzidən istifadə etmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, çəkiliş zamanı görünən elektron tərəzi ona məxsus olmuş, həmin tərəzini kafedə işləyərkən ona vermişlər, başqa yer olmadığı üçün tərəzini şkafda saxlamış, Bakı şəhərindən şəxsi istifadəsi üçün aldığı 1 qram metamfetaminin çəkisinin doğru olmasını evdə həmin tərəzidə yoxladığına görə tərəzinin üzərində metamfetamin izləri qalmış, metamfetamini elektron tərəzidə çəkib hissələrə bölməmiş, sadəcə aldığı metamfetaminin çəkisinin doğru olub-olmamasını yoxlamış, çünki 80 manat verib metamfetamin aldığına görə həmin kütlənin çəkisinin düzgünlüyünü müəyyən etmək istəmişdir. Göründüyü kimi həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs məhz psixotrop maddənin üstündən götürüb istifadə etdiyinə görə hər dəfə istifadə üçün nəzərdə tutulan çəkidən artıq götürməmək məqsədi ilə elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı (ittiham tərəfi) bunun əksini təsdiq edən sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, yaşadığı evindən aşkar edilmiş elektron tərəzidən məhz psixotrop maddələrin satışında və ya satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlamasında istifadə etməsinə dair ittiham tərəfindən hər hansı bir sübut tədqim edilmədiyi üçün Təqsirləndirilən şəxs həmin tərəzidən psixotrop maddədən şəxsi istehlak zamanı istifadə etməsinə güman etməyə əsas verir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan psixotrop maddənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs psixotrp maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə, cinayət işinin materiallarında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq təqdim edilməsi və məhkəmə nəzarəti qaydasında yoxlanılması öz təsdiqini tapmır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Bu qəbildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda və ayrıayrı bükümlərdə olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi, metamfetaminin iki bükümdə olması və elektron tərəzinin aşkar edilməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda metamfetamini əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/736 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən psixotrop maddə olan metamfetminin ümumi təmiz çəkisi 3,142 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-də şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 15:40-da isə, yəni şübhəli şəxs kimi tutulmasından 51 (əlli bir) saat sonra onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, saxlanıldığı Ağstafa RPŞ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-dən xx.xx.2023-cü il tarixdə saat 15:40-dək, yəni şübhəli şəxs kimi tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,038 qram psixostrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,034 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə, o cümlədən yaşadığı evinə baxış istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2067 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-dən xx.xx.2023-cü il tarixdə saat 15:40-dək, yəni şübhəli şəxs kimi tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 10 iyul 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,038 qram psixostrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,034 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə, o cümlədən yaşadığı evinə baxış istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-345/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-345/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver