Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-345/2025 12.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X6 və X3, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X7 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Yevlax şəhəri, Nizami küçəsi ev 125-də daimi qeydiyyatda olmaqla Ucar rayonu Qarabörk kəndində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi naməlum çəkidə külli miqdarda narkotik vasitə hesab edilən marixuananı əldə edib saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb Regional şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Goran qəsəbəsində saxlanılmış, 28 avqust 2024-cü il tarixdə saat 01:30-da üzərinin yoxlanılma aparılan zaman əlində olan ağ rəngli kisədə 700 qram, 550 qram, 900 qram, 450 qram, 850 qram və 350 qram olmaqla, ümumilikdə 06 ədəd yapışqanlı lentlə bağlanmış sellofan paketlərdə qablaşdırılmış, ümumi təmiz çəkisi 3800 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur, ona oyun qurub şərləyiblər. Belə ki, “Facebook” sosial şəbəkəsində İran vətəndaşı ilə tanış olmuş, həmin şəxsin profil şəklində narkotik vasitələrin şəkilləri olmuşdur. Narkotik vasitədən istifadə etsə də, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Pulu olmadığı üçün narkotik vasitə ala bilməmiş, buna görə də onunla əlaqə saxlayan həmin şəxsi aldatmağa çalışmışdır ki, ona narkotik vasitə versin, ağrılardan çıxsın. Daimi olaraq metamfetamin və heroin istifadə etmiş, həmin İranlı ona narkotik vasitəni Goranboy rayonu ərazisində torbada olduğunu və gedib oradan götürməyi bildirmişdir. Daha sonra ona narkotik vasitənin harada olması barədə konum (məkan) göndərmiş və həmin məkanla narkotik vasitə olan yeri tapmışdır. Narkotik vasitə olan kisəni götürən zaman isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, özü qurudulmuş marixuandan istifadə etməmişdir. Aşkar edilmiş narkotik vasitə 5-6 ədəd bağlamadan ibarət olmuş, danışdığı şəxs ona həmin narkotik vasitə olan kisəni götürdükdən sonra hara aparacağı barədə xəbər edəcəyini demiş, əvəzində narkotik verəcəyini söyləmişdir. İran vətəndaşı ilə “Whatsapp” proqram vasitəsilə danışmışdır. Üzərində bank kartı olmamışdır. Sonuncu ona hədiyyə narkotik vasitə göndərdiyini və özünə götürməyi demişdir. Kisəni açıb içinə baxa bilməmiş, polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxlayanda yolun kənarında deyil, qamışlıqda olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olmamışdır. Ailəsini və uşaqlarını nəzərə alıb məhkəmədən ona aşağı cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, 15 ildir narkotik vasitə istifadə edir. Təxminən 3-4 ay bundan əvvəl “Facebook” sosial şəbəkəsi vasitəsilə Əli adlı İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxslə tanış olmuş, “whatsapp" vasitəsilə danışmış, xx.xx.2024-cü il tarixdə Əli adlı şəxslə danışan zaman ona Goranboy rayonu ərazisində 4 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni dediyi vaxt götürüb Bakı şəhəri, Suraxanı rayonu ərazisinə aparmağı, xidmətinin qarşılığında ona 100 qram marixuana verəcəyini vəd etmişdir. O, da Əli adlı şəxslə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Əli adlı şəxs ona mesaj yazaraq Goranboy rayonu Goran qəsəbəsinə getməyini bildirmişdir. O, tanımadığı şəxsin idarə etdiyi, "Opel” markalı, lakin dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobili ilə Goranboy rayonu, Goran qəsəbəsinə getmiş Əliyə bu barədə məlumat vermiş, xx.xx.2024-cü ildə saat 01 radələrində Əli adlı şəxs ona narkotik vasitənin olduğu yerin məkanın atmış, narkotik vasitənin həmin məkanda olduğunu bildirmişdir. Bundan sonra o, piyada həmin yerə getmiş, bir ədəd kisə olduğunu görmüş və həmin kisəni götürüb yolla keçən avtomobillərdən birini saxlatmaq üçün yol kənarına getmiş, üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis olduqlarını demiş külli miqdar narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş, yoxlama aparacaqlarını bildirmişlər.....Bundan sonra videoçəklişdən istifadə etməklə üzərini yoxlamağa başlamışlar üzərindən nərkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya predmet aşkar edilməmişdir. Şəxsiyyət vəsiqəsi və bir ədəd "Redmi" markalı mobil telefon götürülmüş, daşıdığı bir ədəd kisənin içərisində nə olduğu soruşulmuş, o, cavab olaraq kisənin içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin kisə açılmış, kisənin içərisində 06 ədəd bağlama olduğu müəyyən olunmuş, bağlamalara baxılmışdır. Bağlamalar kisənin içərisinə yığılmış, elektron tərəzidə çəkilmiş...qablaşdırılaraq götürülmüşdür. Sonra onu Goranboy RPŞ-nin inzibati binasına gətirmişlər, üstünün yoxlanılması barədə protokol tərtib edilmişdir.... Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ona əməliyyat məlumatı daxil olmuş, məlumat raportla şöbə rəisinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri isə, özü olmuşdur. 2024-cü ilin avqust ayının 27-si şəxsin Goranboy rayonu ərazisində olduğu barədə məlumat gəlmiş, avqust ayının 28-nə keçən gecə şəxsin olduğu ehtimal edilən əraziyə yollanmışlar. Şəxsə yaxınlaşdıqları vaxt sonuncu əlində ağ torba daşımışdır. Dərhal şəxsi saxlayıb üzərinə baxış keçirtmiş, əlindəki torbadan təxminən 4 kq narkotik vasitə olan marixuana aşkarlanmışdır. Şəxs aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, həmin şəxslə sosial şəbəkə üzərindən tanış olduğunu, həmin şəxsin ona narkotik vasitələri yerləşdirməsini və qarşılığında 100 qr narkotik vasitə verəcəyini dediyini bildirmişdir. Lakin Səbuhinin narkotik vasitəni sonradan hara yerləşdirəcəyi barədə məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, aşkar olunan narkotik vasitə torbada (kisədə) olmuşdur. Şəxsi Goranboy rayonu Goran qəsəbəsində yolun kənarında saxlamışlar. Şəxs saxlanıldıqdan sonra üzərini yoxlamışlar. Ona qarşı fiziki, psixoloji təsir və təzyiq olmamışdır. Şəxs yaxınlaşanda yolun kənarı ilə getmişdir. Şəxs yolda gedərkən narkotik vasitə onun əlindəki torbada olmuş, şəxs həmin torbanı daşımışdır. Sonrakı gedişatlarda şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heçnə müəyyənləşdirə bilməmişlər. Şəxsin üzərində olan mobil telefonu isə istintaqa təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, Goranboy RPŞ-nin əməkdaşları ilə əməliyyat axtarışında iştirak etmişlər. Əməliyyatın rəhbəri Şahid1 olmuş, şəxsin olduğu ərazini müəyyənləşdirib həmin əraziyə yollanmışlar. Şəxsi Goranboy rayonu Goran qəsəbəsində saxlamış, sonucunun əlində ağ torba olmuşdur. Əməliyyatın rəhbəri Şahin Qəhrəmaov şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirmişdir. Şəxs narotik vasitələri iranlıdan aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, aşkar olunmuş narkotik vasitələrin çəkisi təxminən 4 kq olmuş, şəxs narkotik vasitəni pul qarşılığında apardığını bildirmişdir. Şəxsə qarşı təsir və təzyiq olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da digər dindirilmiş şahidlər Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onlarınn göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan grörünür ki, Yevalx şəhəri Nizami prospekti 125-də qeydiyyatda olmaqa Ucar rayonu Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdar narkotik vasitə əldə edib üzərində saxlaması barədə DİN BNMİ-nin X5 şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və “əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli 3-13-7-2Ə107/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi üçün barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupunun üzvləri formalaşdırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “yoxlama aparılması barədə” protokol və əlavəsi olan DVD diskdən görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzəri yoxlanarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefon, həmin şalvarın sol yan cibindən “Kapital Bank”a məxsus 5239 1517 6047 5080 nömrəli plastik kart, həmin şalvarın sol arxa cibindən bir ədəd cib dəsmalı, sağ arxa cibindən isə bir ədəd kibrit qutusu, iki ədəd bir manatlıq pul əskinası, şəxsiyyətini təsdiq edən sənədi çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncun təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan “Redmi” markalı mobil telefon şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə olunması üçün götürülmüş, Təqsirləndirilən şəxs saxlanılarkən əlində daşıdığı bir ədəd kisəni göstərərək içərisində 3.5-4 kiloqram narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Ardınca həmin kisə açılmış, kisənin içərisində altı ədəd bağlama olduğu müəyyən edilmiş, bağlamalar yoxlanılmış, hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin bağlamalar kisənin içərisinə yığılmış, elektron tərəzidə çəkilmiş, 4 kiloqram 205 qram olduğu müəyyən olunduqdan sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materillarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, aşkar edilmiş narkotik vasitə əməliyyat axtarış tədbirinin gedişatını və nəticələrini əks etdirn 1 ədəd DVD disk, bir ədəd Redmi markalı mobil telefon və içərisində maddi sübut (narkotik vasitələr olan) olan 1 ədəd kisə, eləcədə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi DİN BNMİ-nin QRŞ-nin təhqiqat bölməsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizanın 28 avqust 2024-cü il tarixli 16/915 nömrəli rəyindən görnür ki, tədqiqata təqdim edilmiş üzərində “......narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan sintetik kisədəki 06 (altı) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 700 qram, 550 qram, 900 qram, 450 qram, 850 qram, 350 qram, ümumi təmiz çəkisi 3800 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2024-cü il tarixli 1936 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 1(006)-254/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Nəsimi rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmünə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 10 (on) aya endirilmiş, Təqsirləndirilən şəxs 17 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 03:50-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuş tutulmanın əvvəli həmin gün saat 01:30-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy rayon məhkəməsinin 29 avqust 2024-cü il tarixli 4(045)-44/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verimiş xx.xx.2024-cü il tarixli, 3-xx-xx/18971/2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əliyusuf oğlunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əsaslı şübhələr olsa da onun konkret olaraq kimə narkotik vasitə satmasını, Goranboy rayonu və yaxın ərazilərdə analoji cinayətlərdə iştirakın İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “Eskobar” adı ilə qeyd edilmiş istifadəçi ilə silinmiş yazışmalar olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin arvadı Zeynəb Yusifovaya qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3799,52 qram narkotik vasitə olan qurudulmuş marixuana Gornaboy RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinin ayrıca icraata ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əldə edilən narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Yevlax RİHB-nin Yevlax şəhər 1 №li sahə inzibati dairəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-92-648-2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Gülsüm Abdullayeva, xx.xx.2010-cu il təvəllüdlü Nərgiz Abdullayeva və xx.xx.2021-ci il təvəllüdlü Əsəd Abdulayev adlı azyaşlı uşaqları var. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışındakı ifadəsində göstərdiyi onun qeyd edilən miqdar narkotik vasitə göndərilcəyindən məlumatsız olması, saxlanıldığı yerin isə yol kənarı deyil, qamışlıq ərazi olmasına münasibətdə qeyd edir ki, müdafiəsi üçün gətirdiyi birinci dəlil olan narkotik vasitənin miqdarından məlumatsız olması iş üzrə tədqiq edilmiş şəxsə məxsus mobil telefondakı yazışmalarla inkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrdə göstərdiyi müəyyən maraq (narkotik vasitə əldə etmək üçün) göndərilmiş (qoyulmuş) narkotik vasitənin yerini dəyişmək üçün yaşadığı yerdən Ucar yaxud Yevlax rayonundan Goranboy ərazisinə gəlməsini göstərmişdir. Şəxsin saxlanıldığı yerin yol kənarı, yaxud narkotik vasitənin qoyulduğu qamışlıq ərazi olması isə hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlinin tövsifinə təsir etmir. Çünki şəxsin həm ibtidai istintaq, həm də məhkəmə baxışında qeyd edilən ağ rəngli içərisində külli miqdar narkotik vasitələr qurudulmuş marixuana olan kisəni əldə edib daşıması, eləcə də şəxsin öz ifadəsinə əsasən müəyyən miqdar (şəxsi istehlak üçün narkotik vasitə qarşılığında) narkotik vasitələrin yerini dəyişməsinə razılaşması işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni göndərən şəxsi aldatmaq üçün ona guya istədiyi yerə narkotik vasitəni qoyacağını bildirməsi, əldə etdikdən sonra isə sonuncu ilə bütün əlaqələrin kəsəcəyini söyləməsinə isə məhkəmə tərkibi tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı tam, məhkəmə baxışı zamanı isə qismən etirafedici ifadələri, “yoxlama aparılması haqqında” protokol və əlavəsi olan DVD disk, istifadəsində olan mobil telefonla aparılmış yazışma və danışıqlarla tam təkzib edildiyindən, eləcə də öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir. Məhkəmənin qənaətinə əsasən narkotik vasitələri göndərən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni götürdükdən sonra şübhəli hərəkət və danışıqlarına əsasən “mal”ın təyinat məntəqəsinə aparılması deyil, “mənimsəyəcəyi” ehtimalı olduğu üçün şəxsi ifşa etmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində narkotik vasitələri istifadə etdiyini, pulu olmadığı üçün “Facebook” sosial şəbəkəsində tanış olduğu iranlı şəxsdən narkotik vasitə istəməsini sonuncunun isə ona narkotik vasitələri aparması müqabilində təxminən 100 qrama yaxın narkotik vasitə verəcəyini bildirməsi məhkəmənin qənaətinə görə daha səmimi və ağalbatan olmaqla yanaşı işin faktiki hallarına uyğundur. Nəzərdən qaçırılmamalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında marixuana istifadə etmədiyini göstərsə də, sonuncunun məhkəmə narkoloji ekspertiza rəyinə əsasən məhz kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 №li qərarına əsasən tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə şəxsiyyət fəaliyyətinin kuryerlik olması və narkotik vasitələrin veriləcək (göndəriləcək) narkotik vasitə müqabilində yerdəyişməsinin aparılması Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışında göstərdiyi mübahisələndirilməyən haldır. Aşkar edilib dövriyyədən çıxarılmış narkotik vasitənin miqdarı və növü isə satış məqsədini göstərən obyektiv əlamətlərdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin - marixuananın külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış marixuanının əvvəlcədən 6 ədəd ayrılmış və xüsusi olaraq qablaşdırılmış formada bükülülərdə olmasını, təqsirləndirilən şəxsin narkotik vasitəni göndərməsi ehtimal olunan şəxslə arasındakı danışıqlar və tədqiq edilmiş cinayət işinin digər materiallarını nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitələri sırf satış məqsədi ilə əldə edib, daşıması qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, himayəsində azyaşlı uşaqlar olması nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın sanksiyasının aşağı həddinə yaxın cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Hökmün təsviri hissəsində göstərilən hökmlərə əsasən əməllərində residiv olmasa da əvvəl eyni xarakterli əməllərə görə məhkum olunması, “mənfi təcrübəsi”nə baxmayaraq yenidən eynixarakterli və bu dəfə daha təhülkəli olan satış məqsədilə külli miqdar narkotik vasitələrin dövriyyəsində iştirak (kuryerlik) etməsini, məhkəmə Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş madddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini istisna edən hal kimi qiymətləndirir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və O, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutları saxlanma otağında təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3799,52 qram olan marixuana məhv edilməli, əməliyyat axtarış tədbirinin görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində məcburi narkoloji müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutları saxlanma otağında təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3799,52 qram olan narkotik vasitə marixuana məhv edilsin, əməliyyat axtarış tədbirinin görüntüləri olan 1 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin.j Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-345/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-345/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver