Məhkəmə qərarları › İş №1(100)-346/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-346/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-346/2022 06.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X19 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ucar şəhəri T.İsmayılov küçəsi ev 29-da qeydiyyatda olmaqla Göyçay şəhəri Ə.Kərim küçəsi bina 27, mənzil 13-də yaşayan, Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Ucar şəhəri T.İsmayılov küçəsi ev 29-da qeydiyyatda olmaqla Göyçay şəhəri Ə.Kərim küçəsi bina 27, mənzil 13-də yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan İlqar adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini sonuncunun sifarişi əsasında və bildirməsinə əsasən məlum olmayan şəxs tərəfindən Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində, üzərinə “34” rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığına qoyulmuş kolun dibindən götürüb əldə edərək Təqsirləndirilən şəxs2 Göyçay rayonundan Ağstafa rayonuna getmək üçün taksi kimi sifariş verdiyi Şahid1 məxsus “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı Təqsirləndirilən şəxs2lə birlikdə Göyçay rayonu istiqamətində daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 22:50-də o və bacısı Təqsirləndirilən şəxs2 Şahid1 idarə etdiyi avtomobillə birlikdə Ağstafa-Sadıqlı avtombil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsində saxlanılmış, “VAZ-21093” markalı **-UZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə həmin gün saat 23:33-dən xx.xx.2022-ci il tarixə saat 00:14 radələrinədək olan müddət ərzində baxış zamanı avtomobilin arxa sağ oturacağının üstündən 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 140,352 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1850 qram təşkil edən narkotik vasitə olan heroin və 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1880 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan İlqar adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini sonuncunun sifarişi əsasında və bildirməsinə əsasən məlum olmayan şəxs tərəfindən Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində, üzərinə “34” rəqəmləri həkk olunmuş yol nişanının yaxınlığına qoyulmuş kolun dibindən götürüb əldə edərək Göyçay rayonundan Ağstafa rayonuna getmək üçün taksi kimi sifariş verdiyi Şahid1 məxsus “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Göyçay rayonu istiqamətində daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 22:50-də o və Təqsirləndirilən şəxs1 Şahid1 idarə etdiyi avtomobillə birlikdə Ağstafa-Sadıqlı avtombil yolunun Saloğlu qəsəbəsindən keçən hisəssində saxlanılmış, “VAZ-21093” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin gün saat 23:33-dən xx.xx.2022-ci il tarixə saat 00:14 radələrinədək olan müddət ərzində baxış zamanı avtomobilin arxa sağ oturacağının üstündən 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 140,352 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1850 qram təşkil edən narkotik vasitə olan heroin və 2 ədəd iç-içə keçirilmiş polietlen torbanın içərisində olan təmiz çəkisi 1880 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitə aludəçisidir. Tutulmamışdan təxminən 1 həftə əvvəl “İnstaqram” sosial şəbəkəsində əvvəllər tanımadığı İran vətəndaşı olan İlqar adlı şəxslə əvvəlcə bacısı Minayət tanış olmuş, sonra bacısının vasitəsi ilə o da tanış olmuşdur. Bir müddət instaqramdan danışdıqdan sonra İlqar ona İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrəsini vermişdir. O və bacısı qeyd etdiyi nömrə ilə qeydiyyatdan keçilmiş “Watsapp” sosial şəbəkəsinin mesaj bölümündə danışmağa başlamışlar. Danışdığı zaman İlqar ona Ağstafa rayon Sadıqlı kəndində narkotik vasitə olacağını, həmin narkotik vasitəni götürüb satmağını istəmiş və satdığı narkotikin 1 qramından əldə edilmiş pulun 15 manatını göndərməsini, 15 manatdan artığa satdığı pulun isə ona və bacısına qalacağını bildirmişdir. O da İlqarla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə İlqar ona narkotik vasitəni qoyacağı yeri və həmin narkotik vasitəni götürməli olduğunu demişdir. O da bacısı Minayətlə birlikdə Göyçay şəhərində əvvəlcədən tanımadığı bir taksi sürücüsü ilə onları Ağstafa rayonuna aparmasına görə 100 manata razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində bacısı Minayət və onun azyaşlı qızı Yağmur ilə birlikdə Ağstafa rayonuna yola düşmüşdür. Təxminən saat 20 radələrində Ağstafa şəhərinə çatmışlar. İlqar adlı şəxsin bacısının telefonunda olan “Watsapp” sosial şəbəkəsi vasitəsi ilə göstərdiyi yolla Sadıqlı kəndi ərazisində yerləşən 34-cü kilometr adlanan yerə getmişlər. İlqar ona əvvəlcədən narkotik vasitəni qoyacağı yerin şəklini çəkib atmışdır. O həmin şəkilə baxıb narkotik vasitənin yerini müəyyən etmiş və narkotik vasitəni götürmüşdür. Həmin ərazidən çıxmışlar və Göyçay şəhəri istiqamətində yola düşmüşlər. Ağstafa rayon Saloğlu qəsəbəsi ərazisində mülki geyimli polis əməkdaşları mülki görünüşlü avtomobillərlə onları saxlamaq istəmiş, polis əməkdaşları saxladan zaman taksi şoferi avtomobili saxlamamış, bu zaman taksi polis əməkdaşlarının avtomobilini vurmuşdur. Daha sonra avtomobildən düşmüşlər. Bir müddət keçdikdən sonra polis əməkdaşları onun və taksi şoferi Kamranın iştirakı ilə avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildən onlara məxsus olan narkotik vasitələr aşkar edərək götürmüşdür. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərdi ki, narkotik vasitə əldə etmək üçün Ağstafa rayonuna gəlmələrindən bacısı Minayətin məlumatı olmuş, İlqar adlı şəxslə bacısı danışmış, sürücünün məlumatı olmamışdır. Polis əməkdaşları saxlayan vaxt bıçaq onun əlində olsa da sürücünü, bıçaqla avtomobili saxlamaması üçün hədələməmiş, o həmin bıçağı narkotik vasitənin üzərində olan apışqan lenti kəsmək üçün əlində saxlamışdır. Narkotik vasitəni götürdükdən sonra Göyçay şəhərində satmağı düşünmüşlər və İlqar adlı şəxslə razılaşmalarına əsasən narkotikləri satdıqdan sonra 36 min manat göndərməli imişlər, İlqar adlı şəxs narkotikin hər qramında 15 manatını özünə istəmiş, 15 manatdan artıq satışdan əldə edilən gəlir isə o və bacısı Minayətə qalacaqmış. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o təxminən 12-13 mart 2022-ci il tarixlərində “İnstagram” sosial şəbəksində özünü İlqar kimi və İran vətəndaşı kimi təqdim edən bir nəfərlə tanış olmuşdur. Sonralar həmin şəxslə İran İslam Respublikasına məxsus mobil nömrə vastəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” sosial şəbəkəsində danışmağa başlamışdır. İlk əvvəllər həmin şəxs onunla normal danışsa da xx.xx.2022-ci il tarixdə Tovuz yaxud da Ağstafa rayonunda narkotiki olduğunu bildirmiş və həmin narkotiki götürə bilərsə götürməsini, satmağını və pulunu göndərməsini təklif etmişdir. Həmin vaxt qardaşı Nicat da onun yanında olmuş və qardaşı Nicatla birlikdə İlqar adlı şəxslə razlaşmışdır. Bundan sonra İlqar xəbər edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə nə olmuşsa İlqar işin alınmadığını demişdir. xx.xx.2022-ci il tarixdə isə İlqar Ağstafa rayonuna getməli olduqlarını bildirmişdir. Bundan sonra qardaşı ilə birlikdə taksi avtomobili axtarmağa başlamışdır.. Bundan sonra 2-3 dəfə Bakı şəhərinə getdiyi taksi fəaliyyəti göstərən Vüsal adlı şəxsin mobil telefonuna zəng edib Ağstafa şəhərinə getməyi təklif etmişdir. Vüsal da Bakı şəhərinə getdiyini, taksi tapa biləcəyini demişdir. Bir qədər sonra isə Vüsal ona zəng edərək taksi göndərdiyini bildirmişdir. Bundan sonra əvvəllər bir dəfə taksi kimi istifadə etdiyi adının sonradan Kamran olduğunu bildiyi şəxs gəlib onların yaşadığı binanın qarşısında dayanmışdır. Bundan sonra o, qardaşı Nicat və azyaşlı qızı Yağmurla birlikdə Kamranın avtomobilinə minib Ağstafa şəhəri istiqamətində getməyə başlamışlar. O, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı İlqar ona yolu başa salmaq istəmiş, lakin başa sala bilməmişdir. O olduğu yerlərin yəni Ağstafada üzərində qlobus olan dairənin və avtovağzalın şəkillərini çəkib İlqara atmışdır. Bu zaman İlqar “Whatsapp” sosial şəbəkəsində kiminsə Azərbaycan dilində və Qazax bölgəsinin ləhcəsi ilə göndərmiş olduğu sözləri ona yönləndirmişdir. Daha sonra 34 yazılmış plakat şəklini, narkotik vasitə olduğu kolun və kolun dibində olan narkotik vasitənin şəklini ona göndərmişdir. Bu işarələrlə gedərək 34 yazılan plakatın yanına çatmışlar. Orada qardaşı Nicat avtomobildən düşərək kolun dibində olan ayrı-ayrı qablaşdırılmış “kola-patı”nı və marixuananı götürüb qayıdaraq avtomobilə əyləşmişdir. Bundan sonra qardaşı götürmüş olduğu narkotik vasitələri ona vermiş və gəldikləri yolla geri qayıtmağa başlamışlar. Bir qədər sonra qardaşı ağrıdığı üçün ondan narkotik vasitələri almış ki, həm ağrıdan çıxsın həm də keyfiyyətinə baxsın. O da narkotik vasitələrdən “kola-patı”nı qardaşına vermiş, marixuana isə onun yanında arxa oturacaqda qalmışdır. Elə qardaşı yenicə cibindən bıçaq çıxarıb sellofan torbanı kəsmək istədikdə bir qara maşın arxalarında, bir qara və bir ağ maşın isə qarşılarında dayanmışdır. Bu zaman qardaşı “polislərdi” demişdir. Bu vaxt Kamran həyəcanlanaraq maşını sürmüş və qarşıda olan avtomobilə dəyərək dayanmışdır. Bundan sonra həmin avtomobillərdən mülki geyimli şəxslər düşərək yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək maşından onları düşürmüşlər, maşına və narkotiklərə baxış keçirməyə başlamışlar, Onu isə qızı ilə birlikdə başqa bir maşında əyləşdirmişlər. O həmin maşının pəncərəsindən görmüş ki, polislər videoçəkiliş edirlər. Əlavə olaraq yetkinlik yaşına çatmayan qızı X6 anası X7 ilə yaşamasını nəzərə alaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, taksi sürücüsü Şahid1 əvvəlcədən Ağstafa rayonuna narkotik vasitə əldə etməyə gəlməklərindən heç bir məlumatı olmamış, sonradan polislər saxlayan zaman xəbəri olmuşdur. Qardaşı Nicat və o, narkotik vasitəni götürdükdən sonra Göyçay şəhərində satmağı düşünmüş və İlqar adlı şəxslə razılaşmalarına əsasən narkotikləri satdıqdan sonra 36 min manat göndərməli imişlər, belə ki, İlqar adlı şəxs narkotikin hər qramında 15 manatını özünə istəmiş, 15 manatdan artıq satışdan əldə edilən gəlir isə ona və qardaşı Nicata qalacaqmış. O, özü arabir narkotik vasitə olan “patı” istifadə etmişdir. Qardaşı Nicat da İlqar kimi tanıdığı şəxslə əlaqə saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirdi ki, Göyçay şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, özünə məxsus “VAZ 2109” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində dostu Vüsal ona zəng edib tanışı qız olduğunu, 100 manat pul müqabilində onu Ağstafa rayonuna apara bilib-bilməyəcəyini soruşmuş o da Vüsalla razılaşıb onun dediyi ünvana getmişdir. O, həmin ünvana çatdıqda onun mobil nömrəsinə zəng gəlmiş, telefonunu açdıqda bir nəfər qadın ona nömrəsini Vüsalın verdiyini deyib harda olduğunu soruşmuşdur. O da həmin qadına 2-3 dəqiqəyə binanın qarşısında olacağını demişdir. Təxminən 5 dəqiqə sonra yenidən həmin qadın ona zəng vurub harda olduğunu soruşmuşdur. O da həmin qadına binanın qarşısında olduğunu, konturu olmadığı üçün zəng edə bilmədiyini demişdir. Bundan sonra bir nəfər adının sonradan Minayət olduğunu bildiyi qadın bir nəfər az yaşlı qız uşağı və bir nəfər adının sonradan Nicat olduğunu bildiyi oğlan onun maşınına yaxınlaşıb onun idarə etdiyi avtomobilə minmişlər. Avtomobilə mindikdən sonra o həmin oğlana üzərində pul olmadığını deyib benzin tökmək üçün pul istəmişdir. Həmin oğlanda ona 20 manat pul vermişdir. O benzin tökdükdən sonra Ağstafa rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin gün təxminən saat 20 radələrində Ağstafa rayonuna çatmışlar. O Ağstafa rayonu mərkəzi xəstəxanasının qarşısında yerləşən “Ekskuliziv Dönər” adlı yeməkxananın qarşısında maşını saxlamışdır. Maşında olan oğlan maşından düşüb dönər alıb maşına qayıtmışdır. O maşını yanacaqdoldurma məntəqəsinə sürmüş, maşına yenidən benzin tökdükdən sonra oğlan ona telefonunda naviqatorda baxdıqdan sonra Gürcüstan yolu istiqamətində hərəkət etməsini bildirmişdir. O avtomobilini həmin istiqamətdə sürmüşdür. Bir qədər getdikdən sonra 34 kilometr yazılan yerdə avtomobilində olan oğlan maşını saxlamağını bildirmişdir. O maşını saxlamış, həmin oğlan maşından düşüb getmiş, düşən zaman ona “sən maşını hərlə” demişdir. O da öz-özlüyündə “bunlar dəlidir-nədir, bura nəyə gəlmişik, qayıdırıq” deyə fikirləşsə də, tanıdığı adam olmadıqları üçün heç bir söz deməmiş və avtomobili hərləyib gəldiyi istiqamətdə saxlamışdır. Nicat, bir qədər sonra əlində 1 ədəd parça çanta ilə birlikdə geri qayıtmışdır. O, oğlandan nə olduğunu soruşmuş, Nicat da ona yaxın adam var onun veşidir demişdir. Əlindəki çantanı arxada oturan qadına vermiş və “gör hamısı yerindədirmi” demiş, qız da “yerindədir” cavabını vermişdir. Sonra yollarına davam etmişlər və qız arxadan götürdükləri çantadan bir bağlamanı oğlana vermişdir. Bir qədər getdikdən sonra dəmiryolu keçidinin yaxınlığında yolu kəsib maşını saxlamışlar. O maşını saxlamaq istəsə də oğlan ona “sür-sür” və qız da ona “yandıq sür-sür” deyərək maşını saxlamamağını deyib sürməyə davam etməyini tələb etmişlər. O həm oğlanın əlində bıçaq olduğu üçün, həm də yolu bağlayan avtomobillərdə polisə aid nişan görmədiyindən, həmin maşınları mülki şəxslər zənn etdiyi üçün avtomobili idarə etməyə davam etmiş və maşını sürüb getmək istəyərəkən qarşıda duran qara rəngli maşına vurmuşdur. Bundan sonra ona məlum olmuş ki, həmin oğlanın, yəni Nicatın götürmüş olduğu çantanın içərisində narkotik vasitələr olmuşdur. Bundan sonra polis əməkdaşları avtomobilə videoçəkilişlə baxış keçirərək Nicatın yolun kənarından götürmüş olduğu çantanın içərisində olan narkotik vasitələri götürmüşlər, elektron tərəzidə çəkmiş və qablaşdırmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, maşını saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 gətirdiyi yükün narkotik olduğunu bilmiş, qabaqcadan Təqsirləndirilən şəxs1 yaxud da Təqsirləndirilən şəxs2 narkotik vasitələr əldə edəcəyindən xəbəri olmamışdır. Nicatın əlində bıçaq olsa da bıçağı ona tərəf hərləməmiş, ona yaxınlaşdırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sadıq oğlu verdiyi ifadəsində bildirdi ki, Göyçay şəhəri yaşamaqla orada fərdi qaydada taksi kimi işləyir. Təqsirləndirilən şəxs1 və bacısı Təqsirləndirilən şəxs2 tanıyır, hər ikisini təxminən 2022-ci ilin yanvar ayında bir dəfə Bakı şəhəri 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Həmid petrol” yanacaqdoldurma məntəqəsinin qarşısından götürüb 50 manata Göyçay şəhərinə yaşadıqları “dörd yol” deyilən yerə gətirib düşürmüş, amma hər ikisi ilə heç bir münasibəti olmamışdır. Düşürən zaman Minayət ondan Bakı şəhərinə getməli olan zaman əlaqə saxlamaq üçün mobil nömrəsini götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o avtomobili ilə Bakı şəhərinə müştəri apamış, təxminən Ağsu rayonu ərazisində olan zaman Minayət ona zəng edərək Ağstafa rayonuna gedib gəlmək lazım olduğunu demiş, o da Bakı şəhərinə getdiyini, lakin taksi avtomobili tapa biləcəyini demişdir. Bundan sonra Ağstafa rayonuna nə məqsədlə getdiyini soruşmuş, Minayət də ona Ağstafa rayonunda rəfiqəsinin olduğunu həmin adamı götürüb qayıdacağını demişdir. O da neçə nəfər olduğunu soruşmuş, Minayət də iki nəfər olduğunu demiş və ondan Ağstafa şəhərinə gedib qayıtmağın qiymətini soruşmuş, 80 manat pulunun olduğunu qeyd etmişdir. O da həmin yolu heç vaxt getmədiyini demiş, amma 80 manatın az olduğunu 100 manata taksi tapa biləcəyini demişdir. Bundan sonra Minayət onunla razılaşmış və taksi avtomobili tapmağını xahiş etmişdir. O da Göyçay şəhərində onunla qonşuluqda yaşayan və taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid1 zəng vuraraq Ağstafa şəhərinə müştəri olduğunu, tanıdığı qız olduğunu, rəfiqəsi ilə geri qayıdacağını və 100 manat da pul verəcəklərini demişdir. Kamran da onunla razılaşmış və o, Kamranın mobil nömrəsini Minayətə vermiş və zəng vurub nöməsini onun verdiyini deyərək danışa biləcəyini qeyd etmişdir. O, Bakı şəhərində olan zaman gecə saatlarında ona Kamranın valideynləri zəng edərək Ağstafa rayonunda tutulduğunu demişlər, bundan sonra ona məlum olmuş ki, Kamran və müştəri kimi ona verdiyi adamlar tutulublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində bildirdi ki, o, 2020-ci ildən Ağstafa RPŞ-nin Köçvəlili polis bölməsinin rəlsi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət etmişdir. Göyçay şəhərində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 əvvəllər tanımamış, heç biri ilə ədavəti və qohumluq əlaqsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Ucar şəhərində T.ismayılov küçəsi, ev 29-da qeydiyyatda olmaqla Göyçay şəhəri Ə.Kərim küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs1, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 idarə etdiyi VAZ 2109 markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu ərazisinə narkotik vasitə daşıması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra o, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili Şahid5, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili X3, Ağstafa RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X16, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin manqa komandiri Şahid7 və Köçvəlli PB-nin polis nəfəri Şahid8 Natıq oğlu ilə birlikdə AğstafaSadıqlı avtomobil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsinə getmişlər. Həmin yolun Saloğlu kəndindən keçən hissəsində avtomobilin sürətinin yavaşıması və həmin vaxt rahat şəkildə saxlanması üçün ən ideal yer dəmiryol keçidi olduğundan həmin keçidin ətrafında onun idarə etdiyi və Ağstafa RPŞ-si tərəfindən ona təhkim edilmiş Renault Duster markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid4 isə digər bir avtomobillə yol boyu qısa məsafələrlə gedib gəlməyə başlamışlar. Həmin yerdə bir qədər gözlədikdən sonra saat təxminən 22:50 radələrində Şahid1 idarə etdiyi VAZ 2109 markalı avtomobilin Sadıqlı kəndi istiqamətində gəldiyini görüb, dəmir yol keçidində VAZ 2109 markalı avtomobili saxlamaq üçün onun idarə etdiyi avtomobillə süni şəkildə Şahid4 idarə etdiyi avtomobili ötmə əməliyyatı yerinə yetirərək VAZ 2109 markalı avtomobilin qarşısına keçmiş və avtomobili saxlamışdır. Həmin vaxt Şahid4 da idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman VAZ 2109 markalı avtomobilin sürücüsü Şahid1 avtomobilini saxlamamış və onun idarə etdiyi avtomobilin üzərinə gələrək avtomobillə avtomobilin sağ qabaq-yan tərəfindən vurmuş və dayanmışdır. Bu zaman o və digər polis əməkdaşları avtomobillərdən düşərək VAZ 2109 markalı avtomobilə yaxınlaşmışlar, yaxınlaşan zaman avtomobildə sürücüdən başqa Təqsirləndirilən şəxs1, bacısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 azyaşlı qızının da olduğunu görmüşlər. Avtomobildə olanlara özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin olduqları avtomobillə daşınmasında şübhəli olduqlarını bildirmişlər. Bundan sonra hadisə yerinə təhqiqatçı və müdafiəçilər gəlmiş və onların iştirakı ilə VAZ 2109 markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sağ oturacağının üzərindən 1 ədəd ağ rəngli torba və 1 ədəd əl çantasına oxşar çanta aşkar edilərək baxış keçirilmiş, ağ rəngli torbanın içərisi açıldıqda içərisindən 2 ədəd yaşıl rəngli büküm aşkar olunmuşdur. İlkin olaraq bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı, kəskin qoxulu psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 155 qram olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən digər büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, kəskin qoxulu narkotik maddə olan heroinə oxşar kütlə aşkar olunmuş, həmin kütlə də elektron tərəzidə çəkilmiş bükümlə birlikdə çəkisi 2055 qram olmuşdur. Həmin kütlə də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobildən aşkar olunmuş əl çantasına oxşar çantanın içərisinə baxış zamanı həmin çantanın içərisindən isə 1 ədəd yaşıl rəngli sellofan büküm, 1 ədəd mobil telefon və 1 ədəd şokolad aşkar olunmuşdur. 1 ədəd yaşıl rəngli sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin kütlə də elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1985 qram olmuşdur. Götürülmüş bükümlər qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış, o da imzalamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını və istifadə edəcəyini bildirmişdir. Daha sonra əl çantasına oxşar çantadan aşkar edilmiş mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobil yük yerindən heç nə aşkar olunmamışdır. Avtomobilin salonunun qabaq oturacağının üzərindən bir ədəd mobil telefon və 1 ədəd bıçaq aşkar olunaraq təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bıçağın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs1 və digər polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nin Köçvəlli PBnə gəlmişlər, orada Şahid1 və Təqsirləndirilən şəxs1 şəxsi axtarışı keçirilmiş, Şahid1 şəxsi axtarışı zamanı o iştirak etməsə də Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı iştirak etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində bildirdi ki, 2017-ci ildən isə Ağstafa RPŞ-də xidmət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi Şahid3 ona Göyçay şəhərində yaşayan Təqsirləndirilən şəxs1 VAZ 2109 markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu ərazisinə narkotik vasitə daşıması barədə məlumat daxil olduğunu bildirmişdir. Bundan sonra daxil olmuş məlumat əsasında Şahid3 tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, qəbul edilmiş qərar RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra o, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili X16, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili X5, Ağstafa RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi Şahid3, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili Şahid5 və Köçvəlli PB-nin polis nəfəri Şahid8 ilə birlikdə Ağstafa-Sadıqlı avtomobil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsinə getmişdir. Həmin yolun Saloğlu kəndindən keçən hissəsində avtomobilin sürətinin yavaşıması və həmin vaxt rahat şəkildə saxlanması üçün ən ideal yer dəmiryol keçidi olduğundan həmin keçidin ətrafında Şahid3 idarə etdiyi və Ağstafa RPŞ-si tərəfindən Şahid3 təhkim edilmiş Renault Duster markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid4 isə digər bir avtomobillə yol boyu qısa məsafələrlə gedib gəlməyə başlamışlar. Həmin vaxt o da Şahid3 idarə etdiyi avtomobildə olmuşdur. Həmin yerdə bir qədər gözlədikdən sonra saat təxminən 22:50 radələrində Şahid1 idarə etdiyi VAZ 2109 markalı avtomobilin Sadıqlı kəndi istiqamətində gəldiyini görüb, dəmir yol keçidində VAZ 2109 markalı avtomobili saxlamaq üçün Şahid3 idarə etdiyi avtomobillə süni şəkildə Şahid4 idarə etdiyi avtomobili ötmə əməliyyatı yerinə yetirərək VAZ 2109 markalı avtomobilin qarşısına keçmiş və avtomobili saxlamışdır. Həmin vaxt Şahid4 da idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman VAZ 2109 markalı avtomobilin sürücüsü Şahid1 avtomobilini saxlamamış və Şahid3 idarə etdiyi avtomobilin üzərinə gələrək avtomobillə avtomobilin sağ qabaq-yan tərəfindən vurmuş və dayanmışdır. Bu zaman o və digər polis əməkdaşları avtomobillərdən düşərək VAZ 2109 markalı avtomobilə yaxınlaşmışlar, yaxınlaşan zaman avtomobildə sürücüdən başqa Təqsirləndirilən şəxs1, bacısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 azyaşlı qızının da olduğunu görmüşlər. Avtomobildə olanlara özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin olduqları avtomobillə daşınmasında şübhəli olduqlarını bildirmişlər. Bundan sonra hadisə yerinə təhqiqatçı və müdafiəçilər gəlmiş və onların iştirakı ilə VAZ 2109 markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sağ oturacağının üzərindən 1 ədəd ağ rəngli torba və 1 ədəd əl çantasına oxşar çanta aşkar edilərək baxış keçirilmiş, ağ rəngli torbanın içərisi açıldıqda içərisindən 2 ədəd yaşıl rəngli büküm aşkar olunmuşdur. İlkin olaraq bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal formalı, kəskin qoxulu psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 155 qram olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən digər büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, kəskin qoxulu narkotik maddə olan heroinə oxşar kütlə aşkar olunmuş, həmin kütlə də elektron tərəzidə çəkilmiş bükümlə birlikdə çəkisi 2055 qram olmuşdur. Həmin kütlə də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobildən aşkar olunmuş əl çantasına oxşar çantanın içərisinə baxış zamanı həmin çantanın içərisindən isə 1 ədəd yaşıl rəngli sellofan büküm, 1 ədəd mobil telefon və 1 ədəd şokolad aşkar olunmuşdur. 1 ədəd yaşıl rəngli sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin kütlə də elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1985 qram olmuşdur. Götürülmüş bükümlər qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmış, o da imzalamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını və istifadə edəcəyini bildirmişdir. Daha sonra əl çantasına oxşar çantadan aşkar edilmiş mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobil yük yerindən heç nə aşkar olunmamışdır. Avtomobilin salonunun qabaq oturacağının üzərindən bir ədəd mobil telefon və 1 ədəd bıçaq aşkar olunaraq təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bıçağın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs1 və digər polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nin Köçvəlli PBnə gəlmişlər, orada Şahid1 və Təqsirləndirilən şəxs1 şəxsi axtarışı keçirilmiş, Şahid1 şəxsi axtarışı zamanı o iştirak etməsə də Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı iştirak etmişdir. Məhkəmə iclasınada şahid qismində dindirilmiş X5 oğlu, Şahid5, Şahid8, məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid7 ifadəsinə uyğun ifadələr verərək, ifadələrini özlərinə aid hisədə təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 mart 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, baxış axtarış zamanı Şahid1 idarə etdiyi avtomobildən həmin avtomobildə sərnişin qismində olmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri 1 ədəd ağ rəngli torbanın içərisindən 1 ədəd yaşıl rəngli bükümdə küllü miqdarda narkotik vasitə heroin, 1 ədəd yaşıl rəngli bükümdə külli miqdarda psixatrop maddə metamfetamin və 1 ədəd əl çantasının içərisindən 1 ədəd yaşıl rəngli bükümdə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəklişdən istifadə edilmiş və görüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsi tərəfindən verilmiş 26 mart 2022-ci il tarixli, 16/346 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Əhmədov..” sözlər və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış polietilen torbadakı, digər iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 1850 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs ...” sözlər və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış polietilen torbadakı, digər iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 140,352 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Əhmədov..” sözləri və imzalar olan sintetik kisədəki, bir ədəd bazar çantasında, üzəri yapışqanlı lentlə sarınmış 2 (iki) iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 1880 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 6 iyun 2022-ci il tarixli, 801 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 6 iyun 2022-ci il tarixli, 803 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş 7 aprel 2022-ci il tarixli, 192 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Ucar RMX-dan verilmiş arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü reaksiya verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş 7 aprel 2022-ci il tarixli, 191 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Ucar RMX-dan verilmiş arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü reaksiya verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 bölməsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, 16/351 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 7 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, baxış zamanı mobil telefonun ağ rəngli, üzərində qırmızı rəngli qobur olduğu, mobil telefonun smartfon tipli, içərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “İnstagram”, “TikTok”, “Snaptube”, “Snapchat”, “YouTube” və sair proqramlar olduğu, mobil telefonda olan “Whatsapp” mobil proqramınin içərisinə daxil olduqda orada İran İslam Respublikası məxsus +98 914 *** ** ** mobil nömrə ilə qeydiyyat keçilmiş mesajlaşma olduğu, həmin mesajlaşma zamanı səs yazmadan, şəkillərdən və adi yazışmadan istifadə edilməsi, mesajlaşmanın şəxsiyyəti istintaq məlum olmayan və İran İslam Respublikasına məxsus mobil nömrədən istifadə edən şəxslə Təqsirləndirilən şəxs2 arasında olması, mesajlaşma zamanı şəxsiyyəti istintaqa məlum olmayan şəxs Ağstafa rayonu ərazisində Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində, üzərinə “34” yazısı həkk olunmuş yol nişanının yaxınlığında olan kolun dibində narkotik vasitə olduğunu bildirməsi, həmin narkotik vasitənin olduğu yerin istiqamətini verməsi, istiqamət verilmədə şəkillərdən və şəxsiyyəti istintaqa məlum olmayan digər bir şəxsin köməyindən istifadə edilməsi. istiqamət barədə Ağstafa şəhəri ərazisində və Ağstafa-Sadıqlı avtomobil yolunun 34-cü kilometrliyində quraşdırılmış yol noşanının və kolun dibində olan bağlamaların fotoşəkillərinin göndərilməsi, mesajlaşma zamanı şəxsiyyəti istintaqa məlum olmayan və İran İslam Respublikasına məxsus mobil nömrədən istifadə edən şəxs Təqsirləndirilən şəxs2 anasına və Ağstafa rayonuna gəlmiş taksi sürücüsünün şəxsiyyət vəsiqələrinin şəkillərini istəsə də Təqsirləndirilən şəxs2 anasına məxsus şəxsiyyət vəsiqəsinin şəklini göndərməsi, taksi sürücüsünün isə narkotik vasitə barədə məlumatı olmadığını bildirərərk sürücüyə aid heç bir sənəd və ya şəkil göndərməməsi, bundan başqa Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun telefona daxil olan və çıxan zənglərin qeydiyyatı bölməsində xx.xx.2022-ci il tarixində saat 16:42-16:52 radələri arasında sürücü Şahid1 arasında sonunucya məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə telefon danışığının olması müəyyən olunmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonun digər sosial və mesajlaşma proqramlarında, qalereyasında və digər bölmələrində iş üçün sübuti əhəmiyyət kəsb edən yazışmalara, mesajlara, şəkillərə, videolara və digər məlumatlara rast gəlinməmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonun şəkilləri çəkilmiş, mobil telefonda olan “Whatsapp” mobil proqramındakı iş üçün əhəmiyyət kəsb edən yazışma və həmin yazışmada olan səs yazıları “hp” markalı kompyuter vasitəsi ilə 1 ədəd CD diskin yaddaşına köçürüldü, çəkilmiş şəkil və 1 ədəd CD disk protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 1 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 1850 qram heroinin ekspertizadan qaytarılmış 1849,8 qram qalığı, təmiz çəksi 140,352 qram metamfetaminin ekspertizadan qaytarılmış 140,152 qram qalığı və təmiz çəkisi 1880 qram olan marixuananın 1879,8 qram ekspertizadan qaytarılmış qalığı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 30 may 2022-ci il tarixli, PHŞ/1.1.86-2-2002-125 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ucar RMX PHŞ-in poliklinika şöbəsinin ruhi əsəb və narkoloji xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Diskə baxış keçirilməsi haqqında” 3 iyun 2022-ci il tarixli protokoldan görünür ki, xx/xx/2022-ci il tarixi saat 22:30:54-dən xx.xx.2022-ci il tarixi saat 00:37:12-dək **********47 nömrəli abunəçi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan **********15 nömrəsi arasında “Elvin qardasim basuva donerem qurban sene sebir ele pulu qoyacam kucede dasin altina ordan gotur qoy ora kolanida yaxsi”,”hara”,”qoyacaqsan”,“mene dediyim hazirdi edet sopeti”,”Qaqas 10nu dedimde menniy 10nuda o qaqasdig yari alag boley eledi yoxsa”, “İndi qoyuram kuceye dasin altina deyirem sene gel gotur”, “tanimiram qapini”,“turkanli fexi gilin kucesindeyrm”,”qardawim ac basa sal meni menem Elvin poxdu firlanmaq”,”Qaqas basuva donerem bayaq maslna mindim yanuvlza yadinda orani qabaga gel gedende solda qara turbaya misok baglamisam balaca divarln dibinde dasln altin”, “a qoymusam pulu senol”,”Sebirli ol basuva donerem cixiram evden meni gudulrler senol”,”adem marketden girmisik imkan var at gedek telesirik qa qaqa”, “Qaqas basuva donerem qurban olum orda arada durmayin cixin gedin yeke oglansuz dedim axl ki qapiya gelmeyin xeyber lap dehsetdi Vallah men gerek soz gotu”, “rerdim olmadiki pox yedim sef eledim qaqas isivuzi duzdum qosdum senol dedem mene itin sizun dedi 10uga aldlglnl qoydun ora Elvin ya yox insallah ged ge”, “lende goruserik yaxsl qardaslmsan qurban sene menide basa dusde xeybere deyen oldu gel qaplya nebilim ay qaqas Vallah gedin insallah gelende goruserik”, “Menim emanetimi qoy pulun yerine”, “qardasim menem xeyber bir saniye cix qadan alaram grdirk ora gozluur basina donerem puluda verim xmni de hotrum cixm sen Allah bir saniye”, “basiva donerem gozluir chox dehset xmye gore cixa bilmirk gedekda”, “Ay qaqas basuva donum qurban olum meni gudur evdekiler ona gore yazmisamki gedin insallah gelende goruserik yaxsl qardaslm qurban sene menide basa dusde xeyber”, “Ay qaqas basuva donerem evdeyem men basa dusde clxa bilmirem insallah gedin siz gelende bular yatacag clxlb qoyacam xml arxayln ol qaqas senol”, “Qaqa meni yiq” məzmunlu mesajlaşma olmuşdur. xx/xx/2022-ci il tarixdə saat 08:52:37-də **********47 nömrəli abunəçidən Təqsirləndirilən şəxs1 istifadəsində olan **********15 saylı mobil nömrəyə “Salam sen allah yadindan cixmasin gelende menimcun bir pacqa boz kampakt maqna alarsan zajqalkada al tez gelin olmasa senol men gedim ozume kola taplm alim” məzmunlu mesaj daxil olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ********** saylı mobil nömrə arasında mejaslaşma olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********33 saylı mobil nömrəyə iş üçün mühüm əhəmiyyət kəsb edən mesaj daxil olmamışdır və Təqsirləndirilən şəxs2 istifadəsində olan **********33 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ********** saylı mobil nömrə arasında mejaslaşma olmamışdır. xx/xx/2022-ci il tarixdə saat 00:00:55-də İran İslam Respublikasına məxsus **********50 saylı nömrədən Təqsirləndirilən şəxs2 **********03 saylı nömrəsinə “Cavab ver mana vermasan iwimi biliram neca eliam” məzmunlu mesaj daxil olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan **********03 saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus ********** saylı mobil nömrə arasında mejaslaşma olmamışdır. Şahid1 istifadəsində olan ********** saylı mobil nömrəyə iş üçün mühüm əhəmiyyət kəsb edən mesaj daxil olmamışdır. **********15.txt faylını açdıqda məlum olur ki, **********47 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan **********15 nömrə ilə xx.xx.2022-ci il tarixdə bir neçə dəfə danışıq olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ********** saylı mobil nömrə ilə danışıq olmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan **********33 saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ********** nömrə ilə 2022-03-25 tarixdə saat 16:43:12-də 20 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan **********03 saylı nömrə ilə Şahid1 istifasdəsində olan **********7726 nömrə arasında 2022-03-25 tarixdə saat 16:53:13-də 34 saniyə telefon danışığı olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 istiofadəsində olan 051 ******* saylı mobil nömrəyə iş üçün mühüm əhəmiyyət kəsb edən zəng daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 ilə arasında iş üzrə əhəmiyyət kəsb edən mesajlaşmış ********* saylı mobil nömrə 29 iyul1986-cı il təvəllüdlü Neftçala rayon Xıllı qəsəbə sakini X8 adına qeydiyyatdadır.(AZE N ********) Təqsirləndirilən şəxs1 istifadəsində olan 00**********15 saylı mobil nömrə 2022/03/25 tarixində saat 20:46:46-da Agstafa seh, Heyder Eliyev küçesi anten dairəsində, 2022/03/26 tarixində saat 12:25:37-də Agstafa r-nu, 20 Yanvar kuc., "QERB" Hotel anten dairəsində, 2022/03/26 tarixində saat 17:56:02-də Agstafa r-nu, 20 Yanvar kuc., "QERB" Hotel anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan 00**********03 saylı mobil nömrə 2022/03/25 tarixində saat 20:22:07-də Agstafa seh, Heyder Eliyev kucesi, 2022/03/26 tarixdə saat 18:22:14-də Agstafa rayonunu ərazisində anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan 00**********03 saylı mobil nömrə 2022/03/25 tarixi saat 23:28:47-dən 00:00:57-dək Agstafa, Saloğlu k anten dairəsində, 2022/03/26 tarixi saat 18:34:24-dən saat 18:38:38-dək Agstafa r-nu, 20 Yanvar kuc., "QERB" Hotel ərazisində anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan **********33 saylı mobil nömrə 2022/03/25 tarixdə saat19:40:51-də Agstafa r-nu, Kocasker anten dairəsində, saat 19:48:37-dən 20:56:22-dək Agstafa seh, Heyder Eliyev kucesi anten dairəsində, saat 21:23:34-də Qazax, Canalli k. anten dairəsində, 2022/03/26 tarixi saat 18:04:18-də Agstafa r-nu anten dairəsində olmuşdur. Şahid1 istifadəsində olan **********7726 saylı mobil nömrə 2022/03/25 tarixdə saat 19:41:20-də Agstafa rayonu,Kocasker anten dairəsində, saat 21:46:58-dən 21:47:56dək Qazax rayonu, Qaymaqli kendi anten dairəsində, 2022/03/26 tarixi saat 15:46:29-dan 15:46:58-dək Agstafa rayonu, 20 Yanvar kuc., "QERB" Hotel anten dairəsində olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 6 may 2022-ci il tarixli 743 və 744 nömrəli arayışlarından və 6 iyun 2022-ci il tarixli 907 və 908 nömrəli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadırlar və yaşayış yeri üzrə normal xarakterizə olunurlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 anası X7 yetkinlik yaşına çatmayan nəvəsi X6 onunla yaşamasını və Təqsirləndirilən şəxs2 hazırda həbsdə olmasını nəzərə alaraq X6 onun himayəsinə verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 26 mart 2022-ci il tarixli protokoldan və Ağstafa Rayon Məhkəməsinin 27 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsdə saxlama müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 26 mart 2022-ci il tarixli protokoldan və Ağstafa Rayon Məhkəməsinin 27 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsdə saxlama müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-ən alınmış 13 aprel 2022-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-ən alınmış 2 aprel 2022-ci il tarixli tələbnamədən və Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmündən aydın olur ki, Əhmədov X14 rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin tam etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, istintaq hərəkətinin protokollarına, cinayət işi materiallarına, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək, daşıdığından ibtidai istintaq orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməlini 25 mart 2022-ci il tarixdə yəni Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökm üzrə təyin ediləcək azadlıqldan mıhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu vaxtdan 25 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onların tutulduğu 25 mart 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar Ağstafa RPŞ-də saxlanılan 1849,8 qram heroin, 140,152 qram metamfetamin, 1879,8 qram marixuana və 1 ədəd bıçağ məhv edilməli, 1 ədəd “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 96,30 (doxsan altı manat otuz qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarının 28-ci bəndində qeyd edilir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etdiyindən, X2 ərizəsini nəzərə alaraq hesab edir ki, X10 nənəsi X2 himayəsinə etibar edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məmmədov Təqsirləndirilən şəxs2 maddi imkanları olmadığından onların hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03 may 2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatlardan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə vəkillər 23 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 138 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 9 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə tutulduğu 25 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində məcburi narkoloji müalicə xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsünlər. İş üzrə maddi sübut olaraq Ağstafa RPŞ-də saxlanılan 1849,8 qram heroin, 140,152 qram metamfetamin, 1879,8 qram marixuana və 1 ədəd bıçağ məhv edilsin, 1 ədəd “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 96,30 (doxsan altı manat otuz qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan övladı X10 nənəsi X2 himayəsinə etibar edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına onların hər biri üçün ayrı-ayrılıqda 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar