Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-346/2024 11.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X6, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X3 və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2008-ci il tarixdə Samux rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “Feyzinin çayçısı” adlanan çayxananın kabinetində (kupesində) tanışı Şahid2 ilə pivə içdikdən sonra həmin qəsəbədə “Zaurun Bilyardı” adlanan yerdə bilyard oynamaq üçün çayxananadan çıxarkən həmin vaxt Şahid2 ayaqyoluna gedib gec qayıtmağını görüb yenidən çayxanaya daxil olaraq Şahid2 tapa bilmədiyindən çayxananın dəhlizində oturmuş Zərərçəkmiş şəxs tanışı Şahid2 görübgörmədiyini soruşarkən Zərərçəkmiş şəxs cavabında onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisənin davamı olaraq baş vermiş dava zamanı ondan qisas almaq məqsədilə özündə olan, ibtidai istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun qarın nahiyəsi və bədən nahiyələrinə qəsdən vuraraq ona döş qəfəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş iki ədəd yarasından, sol bazu və çiyin qurşağı nahiyəsinin kəsilmişdeşilmiş yaralarından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət və qarnın bir ədəd daxilə nüfuz edən, mədənin yaralanması, sol tərəfli torokoabdominal yaralanması, diafraqmanın yaralanması ilə müşayiət olunan və yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində birlikdə ofisiant işlədiyi tanışı Şahid2 ona olan pul borcu qarşılığında Məhəmmədin işlədiyi kafenin kabinetində oturub pivə içdikdən sonra Məhəmməd tualetə getmək üçün kabinetdən çıxıb hesabı ödəmədən qaçıb getmiş, kafedə işləyən İlknurə adlı şəxs ondan hesabı istəyən zaman o Məhəmmədi axtarmaq üçün kabinetdən çıxıb kafenin zalında oturan Zərərçəkmiş şəxs Məhəmmədi görüb-görmədiyini soruşmuş, bu zaman Zərərçəkmiş şəxs ona söyüş söymüşdür. O, Zərərçəkmiş şəxs söyüş söyməsinin səbəbini soraşanda sonuncu ayağa qalxıb yenidə söyərək bir əli ilə onun əlini tutmuş, digər əlində olan pivə bakalı ilə onu vuracağından qorxduğu üçün bıçaqla sonuncuya zərbə endirib qaçmışdır. Daha sonra o, törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirib, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eyni zamanda ekspert rəyləri və işdə olan aşağıdaki mötəbər və mümkün sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 24 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində kafenin zalında oturub pivə içən zaman Məhəmməd, Məhərrəm və kafedə işləyən Nasdı adlı qız oradakı kupelərin birində oturub pivə içib söhbət etmişlər. Sonra Məhəmməd çıxıb onunla hal-əhval tutub getmişdir. Daha sonra Məhərrəm gəlib ondan Məhəmmədi görüb-görmədiyini soruşmuş, o da görmədiyini demişdir. Sonra Məhərrəm kafedən çıxmış, bir qədər sonra gəlib onu vurub qaçmışdır. O, Məhərrəmin onu vurmasının səbəbini bilmədiyini, Məhərrəmlə arasında mübahisə olmadığını, ona söyüş söymədiyini bildirmişdir. Bundan başqa o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödəndiyini bildirmiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, Təqsirləndirilən şəxs pis sözlərlə təhqir etdikdən sonra Məhərrəm onunla əl-qol hərəkətləri ilə danışmış, o Məhərrəmdən əlini aşağı salmasını istəmiş, bu zaman Məhərrəm onu yumruqlamağa başlamış, o özünü müdafiə edərək Məhərrəmi kənara itələmişdir. Daha sonra Məhərrəm ona yaxınlaşaraq bıçaqla bir neçə dəfə zərbə endirib qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində Məhəmmədlə Məhərrəm kabinetdə oturub pivə içdikdən sonra çıxıb getmişlər. Sonra Əziz gəlib ondan pivə istəmiş, o, Əzizə pivə süzənə kimi Məhərrəm içəri girib Əzizi vurub çıxıb getmişdir. O, Məhərrəmlə Əzizin mübahisə etdiklərini, Əzizin Məhərrəmə söyüş söyməsini görmədiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, kafenin zalında olan zaman Məhərrəmlə Əzizin söhbət etdiklərini, həmin vaxtın Əzizin stulda oturduğunu, Məhərrəmin isə onun başının üstündə dayandığını görmüş, onlara fikir vermədən pivə süzmüşdür. Onlara diqqət yetirən zaman Məhərrəmin Əzizin bədənin müxtəlin nahiyələrinə yumruq zərbələri vurduğunu görmüş, yaxınlaşan zaman Əzizin qışqıraraq “məni vurdu” demiş, Məhərrəm isə qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində o, Məhərrəmlə birlikdə kafeyə gedəndə Əziz zalda olmuş, onunla salamlaşıb kupeyə keçmişlər. Təxminən 15 dəqiqə sonra Əziz onların oturduğu kupeyə gəlib “nə qulluq edim” demiş, onlar da heç nə lazım olmadığını dedikdən sonra Əziz çıxıb getmişdir. Sonra o, hesabı ödəyib Məhərrəm və Əzizlə sağollaşıb kafedən çıxıb getmişdir. Daha sonra Məhərrəmin Əzizi vurduğunu eşitmişdir. Bundan başqa o, ifadəsində həmin vaxt üzərində bıçaq olduğunu, Məhərrəmlə oturan zaman bıçağı masanın üstünə qoyduğunu, həmçinin Zərərçəkmiş şəxslə Məhərrəm və kafedə işləyən İlknurə arasında hər hansı mübahisə olmadığını, onların yanına gələn zaman Zərərçəkmiş şəxs söyüş söydüyü, lakin onu və Məhərrəmin ünvanına söymədiyini, Məhərrəmin Əzizi vurmasının səbəbini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Şahid1 məxsus kafedə ofisiant işləyir. 24 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində kafenin kabinetlərindən birində oturmuş Məhərrəm və Məhəmmədin sifarişlərini masaya aparandan sonra onların yanından getmiş, Əzizlə Məhərrəm arasında mübahisə olub-olmadığını bilməmiş və hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/1265 saylı rəyindən görünür ki, tədqiqata bir ədəd ağ-qara rəngli, üzərində qırmızı rəngli üfüqi zolaq olan və ön hissəsində 03 ədəd düymə ilgəyi olan qısaqol köynək təqdim edilmişdir, Köynəyin üzərində qana oxşar ləkələr vardır. Köynəyin uzunluğu 680 mm, çiyin hissədən eni 440 mm-dir. Təqdim edilmiş köynəyin vizual və lupa vasitəsilə tədqiqi zamanı üzərində trasoloji zədə aşkar edilmədi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2024-cü il tarixli 16/55 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan köynəyin üzərində olan 10 ədəd “a”,”b”, “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin(o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Eekspertiza və X4 18 noyabr 2023-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədəninin yaralanması, Sol tərəfli totokoabdominal yaralanma, diafraqmanın yaralanması, döş qəfəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, sol bazu və çiyin qurşağı nahiyyəsinin kəsilmiş deşilmiş yaraları-deşici-kəsici əşyanın-əşyaların təsiri nəticəsində əmələ gəlmişdir ki, bu xəsarətlərdən qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədəninin yaralanması, Sol tərəfli totokoabdominal yaralanma, diafraqmanın yaralanması ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır Zərər vurmaya aid edilir, döş qəfəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, sol bazu və çiyin qurşağı nahiyyəsinin kəsilmiş deşilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonervoloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasına dair 09 avqust 2022-ci il tarixli, 492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Samux RPŞ-ə gedərək təqsirini boynuna almaqla könüllü təslim olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Samux rayonu Qarayeri qəsəbəsində, kənd arasında “Natiqin zaprafkası” adlanan yanacaq doldurma məntəqəsinin yanında yerləşən Füzuli Talıbovun işlətdiyi kafedə baş vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 4(058)-26/2023 saylı qərarı ilə barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Samux rayonu Qarayeri qəsəbəsində, kənd arasında “Natiqin zaprafkası” adlanan yanacaq doldurma məntəqəsinin yanında yerləşən Füzuli Talıbovun işlətdiyi kafedə baş vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqdim edilmiş paltara baxış və götürülməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkildən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qara rəngli, üzərinə “Joker Deluxe” yazısı olan qısaqol köynək iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Msto oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə-Daşkəsən regional Təhsil idarəsi Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin xx.xx.2023-cü il tarixli, 258 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyi 2022-2023-cü tədris ilində 9-cu sinifi bitirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Samux rayonu İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qara rəngli, üzərinə “Joker Deluxe” yazısı olan qısaqol köynək iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, eləcə də könüllü gəlib təqsirini boynuna almasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 4(058)- 26/2023 saylı qərarı ilə barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Məhərəm Quliyev barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət ərzində, yəni 01 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həmin müddətdə sonuncu həbsdə olmuşdur. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə olduğu 01 (bir) ay müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Samux RPŞ-nin saxlanc yerində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qara rəngli, üzərinə “Joker Deluxe” yazısı olan qısaqol köynək onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin valideynləri tərəfindən onun davranışına zəruri nəzarət həyata keçirilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 saylı Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 30 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 180 manat məblğində pul dövlət hesabından tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Samux rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qara rəngli, üzərinə “Joker Deluxe” yazısı olan qısaqol köynək onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 həyata keçirdiyindən 180 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-346/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-346/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver