Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-347/2022 03.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1967-ci ildə Gədəbəy rayonu Şahdağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Gədəbəy rayon məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən və götürülməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonu Şahdağ kəndində yerləşən yaşayış evinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs mülkiyyətində olan 30 manat dəyərində əl-üz yuyulan moyka, 15 manat dəyərində su kranı, 10 manat dəyərində tros boru, 5 manat dəyərində sifon, 40 manat dəyərində ütü, 100 manat dəyərində 50 metr uzunluğunda mis kabel, 100 manat dəyərində 50 metr uzunluğunda aliminium kabel, 12 manat dəyərində elektrik paylayıcı, 70 manat dəyərində su nasosu və 10 manat dəyərində baltanı, ümumilikdə 392 manat dəyərində özgə əmlakını gizli yolla ələ keçirib yaşayış evindən çıxan zaman Zərərçəkmiş şəxs evinə gəlməsinə görə əldə etdiyi əmlakı özü ilə aparmaq məqsədilə əlində olan baltanı silah qismində tətbiq olunan əşya kimi istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 avqust 2020ci il tarixdə Zərərçəkmiş şəxs evinə girməmiş, onunla rastlaşmamış və onun üstünə balta ilə hücum etməmişdir. Zərərçəkmiş şəxs evinə cəmi bir dəfə 2020-ci ilin mart ayının sonunda girib evdə olan əşyaları qırıb evin divarını dağıtmışdır. Ondan sonra həmin evə girməmiş, orada heç nəyi dağıtmamış və ümumiyyətlə Zərərçəkmiş şəxs evindən heç vaxt heç nə oğurlamamışdır. 07 avqust 2020-ci il tarixdə günorta saatlarında evinin yaxınlığından axan çay tərəfdən gələrkən qazlarının Zərərçəkmiş şəxs evinin həyətinə girdiyini görmüş, ona görə sonuncunun məhləsinin çay tərəfdən olan qapısından girib qazlarını onun həyətindən çıxarmışdır. Lakin həmin vaxt nə Zərərçəkmiş şəxslə, nə də Şahidlə rastlaşmamışdır. Zərərçəkmiş şəxs dedikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsidə qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. 2018-ci ildə həyat yoldaşı X6 ilə birlikdə Gədəbəy rayonu, Şahdağ kəndinə köçüb yaşamağı qərara almışlar. 2018-ci ilin aprel ayında 4 baş iribuynuzlu mal-qara alıb Gədəbəy rayonu, Şahdağ kəndinə ata mülkünə gəlmişdir. 2018-ci ilin yay aylarında Gədəbəy rayonu, Şahdağ kəndində X3 2 otaqlı, 0,16 hektar həyətyanı sahəsi olan fərdi yaşayış evini 6 000 (altı min) manata almış və 2019-cu ilin fevral ayında etibarnamə əsasında sənədləşdirmişdir. Həmin evi aldıqdan sonra 3000 manat xərcləyərək əlavə iki otaq tikmişdir. Təqsirləndirilən şəxsla münasibətləri pisləşmiş və 28 mart 2020-ci il tarəxdən 04 aprel 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs onun Gədəbəy rayonu Şahdağ kəndində yerləşən evindən ümumilikdə 21347,5 manat dəyərində əmlakını oğurlamış, həmin evi dağıdaraq və evdə olan əşyaları məhv edərək 23512 manat dəyərində maddi ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı başlanmış cinayət işi üzrə Gədəbəy rayon məhkəməsi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçməmişdir. Orxan öz evində olduğu üçün hər hansı münaqişə baş verməməsi üçün o, evində qala bilməmiş, həmin kənddə yerləşən ata evində qalmış və arada bir gedib evinə baş çəkmişdir. 07 avqust 2020-ci il tarixdə saat 17 radələrində ata evindən çıxıb həmin kənddə yerləşən öz evinə baş çəkməyə getmişdir. Yol ilə gedən zaman kəndin içində tanışı Şahidlə rastlaşıb görüşmüşdür. Birlikdə yolüstü söhbət edərək evinə tərəf getmişlər. Evinə yaxınlaşanda küçədə evin içərisindən səslər eşitməyə başlamışdır. Nə baş verdiyini öyrənmək üçün Natiqlə birlikdə evin həyətinə keçmişlər. Natiq ondan arxada getmişdir. Həyətə girib evin dikdən olan giriş qapısının sındırıldığını və içəridən səslər gəldiyini görmüşdür. Evə daxil olan zaman Təqsirləndirilən şəxs evdə olan bir neçə əşyanı sındırdığını, bir əlində balta digər əlində isə moyka və moykanın içərisində bir neçə əşya o cümlədən, moykaya bağlanmış su kranı, tros boru, sifon, santexnik ütüsü yəni qaynaq aparatı, mis və aliminium kabellər, elektrik paylayıcısı, su nasosunu aparmaq istədiyini görmüşdür. Əli ilə vurub həmin əşyaları Orxanın əlindən yerə salmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əşyaları aparmasına mane olduğu üçün əlində olan balta ilə onun üstünə hücum edərək onu öldürməklə, sağlamlığıma zərər vurmaqla hədələmişdir. Həmin vaxt Şahid dərhal araya girərək Orxanın onu vurmağına imkan verməmişdir. Natiq Orxanı tutub sakitləşdirən zaman o, baltanı Orxanın əlindən alıb evin həyətinə atmışdır. Natiq onları sakitləşdirərək evin həyətinə çıxartmış və onu çəkə-çəkə məhlənin aşağı hissəsinə tərəf aparmışdır. Sonra DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs evindən oğurluq edən zaman tutub saxladığını bildirmişdir. Lakin polislər gələnə qədər Orxan çıxıb getmişdir. Sonra Natiq çıxıb getmişdir. Heyvanları sahibsiz qaldığına görə heyvanlarının yanına getmişdir. 20-30 dəqiqədən sonra təkrar evinə gəldikdə Orxanın onun evinin dəmir hasarını balta ilə dağıtdığını görmüşdür. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Orxanı polis bölməsinə aparmışlar. 07 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evindən 60 manat dəyərindən əl-üz yuyan moykanı, moykaya bağlanmış vəziyyətdə olan 20 manat dəyərində su kranını, 10 manat dəyərində tros borunu və 5 manat dəyərində sifonu, bundan başqa moykanın içinə yığdığı 40 manat dəyərində santexnik ütüsünü yəni qaynaq aparatını, 100 manat dəyərində 50 metr uzunluğu olan mis kabeli, 100 manat dəyərində 50 metr uzunluğu olan aliminium kabeli, 12 manat dəyərində elektrik paylayıcısını, 70 manat dəyərində su nasosunu və digər əlində 10 manat dəyərində kustar üsullar hazırlanmış baltanı oğurlayan zaman tutmuşdur. Həmin əşyaların ümumi dəyəri 427 manat olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs evindən oğurluq edən zaman tutduğuna görə sonuncu onun üstünə balta ilə hücum etsə də Şahid dərhal araya girmiş və Orxan ona xəsarət yetirə bilməmişdir. Evimdən əvvəl oğurluq olmuş və mənə təxminən 40000 manat ziyan dəymişdir.Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs isə 07 avqust 2020-ci il tarixdə baş vermiş məlum hadisədən sonra tanıyır. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. Uzun müddətdir ki, arıçılıqla məşğul olur. Arılarını müxtəlif rayonlarda gəzdirir. 2020-ci ilin iyun ayının əvvəllərində arılarını Gədəbəy rayonu Şahdağ kəndində gətirib Zərərçəkmiş şəxs ata mülkünə yerləşdirmişdir. Gədəbəy rayonuna gələndə Novosaratovka kəndində tanışı Əkbər adlı şəxsin evində qalır. 10-15 gün Gədəbəy rayonunda qalıb Gəncə şəhərinə qayıdır və sonra yenə də arılarına baş çəkmək üçün geri qayıdır. 07 avqust 2020-ci il tarixdə təxminən saat 17 radələrində arılarına baş çəkmək üçün Gədəbəy rayonu, Şahdağ kəndinə gələrkən kənddə Zərərçəkmiş şəxslə rastlaşmışdır. Zərərçəkmiş şəxs ata mülkündən çıxıb öz evinə tərəf getdiyini görmüşdür. Zərərçəkmiş şəxs ona demişdir ki, birlikdə həmin kənddə yerləşən evinə gedib baş çəksinlər sonra qayıdıb arılarına baxsın. Zərərçəkmiş şəxs evinin qarşısına çatan zaman küçəyə açılan taxta darvazanın açıq olduğunu görmüş və içərindən səs-küy gəldiyini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün Zərərçəkmiş şəxs darvazadan içəri girmiş, o da ardınca həyətə girmişdir. Həyətə girən zaman həmin səsin Fazilin evindən gəldiyini görmüşlər. Evin taxtadan olan qapısı qırılmışdır. Fazil ondan qabaqda evə girib “sən burada nə edirsən” deyə qışqırmışdır. Həmin vaxt evə girərkən sonrada adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin bir əlində əl-üz yuyulan moyka, bir əlində isə balta ilə Zərərçəkmiş şəxs tərəf gəlib sonuncunu balta ilə vuracağını, xəsarət yetirəcəyini deyərək hədələdiyini görmüşdür. Fazil əli ilə vurub Orxanın əlində olan moykanı və içərisində olan əşyaları yerə salmışdır. Araya girib onları sakitləşdirən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən tutub baltanı almış və evin həyətinə doğru tullamışdır. Təqsirləndirilən şəxs evdə olan qab-qaşığı və digər əşyaları qırıb dağıtmışdır. Fazili sakitləşdirib çölə çıxartmışdır. Təqsirləndirilən şəxs isə onların arxasınca evdən çıxmışdır. Zərərçəkmiş şəxs sakitləşdirən zaman sonuncunun Təqsirləndirilən şəxs qışqıraraq “niyə götürürsən onu” dediyini eşitmişdir. Geri çevrilib Təqsirləndirilən şəxs tərəf baxmaq istəyərkən Zərərçəkmiş şəxs əlindən çıxıb Orxana tərəf getmişdir. Təqsirləndirilən şəxs içərisində kabel olan əl-üz yuyulan moykanı götürüb aparmaq istəmişdir. Fazil həmin moykanı Orxanın əlindən alıb yerə qoymuşdur. Orxan isə öz evinə tərəf getmişdir. Sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs həmin əşyaları moykanın içərisinə yığmaqla oğurlamaq istəmiş, lakin onlar oraya gəldikləri üçün sonuncu həmin əşyaları apara bilməmişdir. Hadisə vaxtı Orxanın Fazilə xəsarət yetirməsinə imkan verməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisə zamanı heç bir xəsarət yetirə bilməmişdir. X16 və onun ünvanına nalayiq söyüşlər söymüşdür. 07 avqust 2020-ci il tarixdə hadisədən əvvəl Zərərçəkmiş şəxs arxasınca evə girərkən Orxanın bir əlində balta, digər əlində isə moyka olduğunu görmüşdür. Moykanın içərisində elektrik naqilləri, santexnik ütüsü, tros su borusu və xatırlamadığı başqa əşyalar olmuşdur. Moykaya su kranı birləşmiş vəziyyətdə olmuşdur. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer, Gədəbəy rayonu Şahdağ kəndinin yuxarı hissəsində yolun kənarında yerləşən birmərtəbəli fərdi yaşayış evidir. Evin ikinci otağının qapısı yoxdur. Qapı kimi istifadə edilən taxta evin qapısından 1,5 metr kənarda yerə atılmış haldadır, çardaq kimi istifadə edilən yerdə olan masa aşmış haldadır. Bir ədəd 3 litrlik banka sınmış haldadır. Evdən 150 metr məhlənin aşağı hissəsinə, çaya tərəf olan yerdə 4 metrlik dam örtükləri vardır. Dam örtükləri köhnə ağac gövdələrinə dirək kimi istifadə edilərək bağlanmışdır. 7 ədəd dam örtüyü bir sıra olaraq dirəklərə bərkidilmişdir. Ağaclardan iki ədədi məhlədən kənarda yerdədir. 3 ədəd dam örtüyü bağlandığı yerdən yerə düşmüşdür. Yerə düşən iki ədəd dam örtüyü digər məhlə tərəfdədir. Baxış zamanı hadisə yerindən bir ədəd moyka və ona bitişik su kranı, tros boru, sifon, ütü, 50 metr uzunluğunda mis və aliminium kabel, elektrik paylayıcı, su nasosu və balta qablaşdırılaraq götürülmüşdür. «Axtarış aparılması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, axtarış keçirilən yer Gədəbəy rayon Şahdağ kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Axtarış aparılan yerdə Zərərçəkmiş şəxs məxsus əşyalar tapılmadı. Gədəbəy rayon X14 X7 xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 07 avqust 2020-ci il tarixdə Gədəbəy rayonu, Şahdağ kənd sakini Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs evinə girərək oradan qabyuyulan moyka və moykanın içərisinə yığdığı bir neçə əşyanı oğurlayıb aparmaq istəyərkən həmin vaxt oraya gələn Zərərçəkmiş şəxslə rastlaşmış, ev sahibi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əşyaları aparmasına maneə olduğu üçün sonuncu əlində olan balta ilə onun üstünə hücum edərək öldürməklə, sağlamlığına zərər vurmaqla hədələmiş, həmin vaxt orada olan Şahid onları sakitləşdirmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağına imkan verməmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə sonuncunu törətdiyi cinayət əməlində ifşa etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3991 saylı rəyindən görünür ki, 1 ədəd su kranı 15 manat, 1 ədəd əl-üz yuyan çanaq 30 manat qiymətləndirilmişdir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən məlumatlara və fotocədvələ əsasən istifadədə olmuş 8 adda malların normal vəziyyətdə 2020-ci ilin iyulavqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 151,00 manat müəyyən edilmişdir. Digər 6 adda mallar haqqında ətraflı məlumat (marka, model, ölçü və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 299 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Gədəbəy Rayon Poliklinikasının xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Əsgərov X8 rayon poliklinikasının narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetlərində qeydiyyatda dayanmır. Gədəbəy rayon Şahdağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əsgərov X8 rayon Şahdağ kəndində həyat yoldaşı X4 və X9 ilə birlikdə yaşayır. AZ-İ № 712971 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. AZE № 12704997 saylı saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Əsgərov X8 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 09 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş və probasiya nəzarətindən çıxarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd moyka və ona bitişik su kranı, 1 ədəd tros boru, 1 ədəd sifon, 1 ədəd santexnik ütüsü, 50 metr uzunluğunda mis və aliminium kabellər, 1 ədəd elektrik paylayıcı, 1 ədəd su nasosu və 1 ədəd balta Zərərçəkmiş şəxs saxlanılır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğundan şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə girmədiyini, ona balta ilə hücum etmədiyini, orada nə Zərərçəkmiş şəxs nə də Şahid görmədiyini, həmin tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs həyətinə qazlarını çıxarmaq üçün girdiyini, lakin sonuncu ilə eləcə də Şahidlə orada rastlaşmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə, düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində, nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. “8 noyabr-Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 09 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş və probasiya nəzarətindən çıxarılmışdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.4.-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın nəzərə alınmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsiləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən 1 ədəd moyka və ona bitişik su kranı, 1 ədəd tros boru, 1 ədəd sifon, 1 ədəd santexnik ütüsü, 50 metr uzunluğunda mis və aliminium kabellər, 1 ədəd elektrik paylayıcı, 1 ədəd su nasosu və 1 ədəd baltanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 27 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd moyka və ona bitişik su kranı, 1 ədəd tros boru, 1 ədəd sifon, 1 ədəd santexnik ütüsü, 50 metr uzunluğunda mis və aliminium kabellər, 1 ədəd elektrik paylayıcı, 1 ədəd su nasosu və 1 ədəd baltanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(100)-347/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-347/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver