Məhkəmə qərarları › İş №1(100)-348/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-348/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-348/2022 02.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1.032 qram olan psixotrop maddə metamfetamini əldə edib satış məqsədi ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, İİ mikrorayon ərazisində yerləşən 16 nömrəli yaşayış binasının qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmiş olduğu 04 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində qablaşdırılmış 0.265 qram, 0.294 qram, 0.267 qram və 0.206 qram təmiz çəkilərdə, ümumilikdə isə 1.032 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,342 qram olan kustar üsulla hazırlanmış psixotrop vasitə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Çarıxçılar küçəsi, 4-cü dalanda yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış zamanı əynində olan narıncı rəngli gödəkcənin sol qolunun üst hissəsində yerləşən cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd ağ rəngli kağız bükümdə, 1(bir) ədəd qızılı rəngli kağız bükümdə, 1(bir) ədəd qara rəngli kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0.924 qram, 0,695 qram, 0,139 qram, 0,347 qram, 0,237 qram, ümumi çəkisi 2,342 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitənin heroin növündən və psixotrop maddənin metamfetamin növündən bir ilə yaxındır ki, istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Belə ki, o, həmin maddəni Gəncə şəhərində və Bakı şəhərində adını və ünvanını bilmədiyi, təsadüfən tanış olduğu şəxslərdən pul müqabilində əldə etmişdir. O, “patı” və “şüşə” adları ilə tanınan psixotrop maddədən siqaretin falqa kağızına töküb altından qızdırmaqla tüstüsünü iyləyib istifadə etmişdir. O, ilkin ifadəsində üzərində aşkar olunmuş metamfetamini xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Gəncə şəhərində “Bağman” adlanan ərazidə olarkən yerdən 01ədəd ağ rəngli salfetka bükümü görüb maraqlı gəldiyi üçün yerdən götürdüyünü və açıb içərisinə baxdıqda içərisində 05 ədəd xırda kağız bükümlər olduğunu, həmin bükümləri birindən başqa digərlərinin içərisində özünün də istifadə etdiyi “patı” və “şüşə” adları ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin bükümlərdən birinin içərisində isə “patı”ya oxşar, lakin onun qoxusunu verməyən ağ kristal kütlə olduğunu, həmin kütlənin nə olduğunu bilmədiyini bildirsə də, əslində o, üzərində aşkar olunmuş narkotik vasitəni tutulmazdan bir neçə gün qabaq Bakı şəhərindən tanımadığı şəxsdən 55 manata öz istifadəsi üçün psixotrop maddə olan “patı” adlandırdığı metamfetamin almışdır. O, Gəncə şəhərinə gələcəyi üçün bir qədər artıq almışdır ki, orada olduğu müddətdə də istifadə etsin. O, həmin psixotrop maddə olan metamfetaminin üzərindən bir qədər götürüb istifadə etmişdir. O, həmin psixotrop maddəni bükümlər halında almışdır və həmin qaydada da üzərində gəzdirmişdir ki, lazım olduqca istifadə etsin. Həmçinin o, istifadə edərkən “patı”ya qatmaq üçün limon düzü da alıb, onu siqaret balqasını bükümünə qoyaraq aldığı psixotrop maddələrin arasına cibinə qoymuşdur. 17 noyabr 2021ci il tarixdə o, Gəncə şəhərinə gəlmiş və Bakı şəhərində tanımadığı şəxsdən aldığı psixotrop maddə olan metamfetamini də özü ilə gətirmişdir. Gəncə şəhərində olduğu müddətdə də üzərindən götürərək istifadə etmişdir. Onu da qeyd etmişdir ki, “patı” kimi tanınan psixotrop maddəni isifadə etdikdə onun təsiri insanı sıxır. Bunun üzərindən “lirika” kimi tanınan dərman həbindən qəbul etdikdə isə sıxıntı gedir və geriyə sadəcə həzz qalır. Ona görə də xx.xx.2021-ci i tarixdə gecə saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ərazisinə getmiş ki, orada həmin dərman həbindən alsın. Orada olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona bildirmişlər ki, psixotrop maddə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin binasına getməlidir. O, da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təqdim edilən siyahıdan özünün istəyi ilə vəkil kimi Müdafiəçi1 tələb etmişdir. Bir qədər sonra həmin vəkil ona şəxsən təqdim edilmişdir. Vəkillə bir qədər təklikdə söhbət etmişdir. Bundan sonra orada xidməti iş otaqlarının birində onun üzərində videoçəkilişlə axtarış aparılmışdır. Belə ki, axtarışda vəkili və polis əməkdaşları da iştirak etmişlər. Axtarış zamanı ondan soruşmuşlar ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet, o cümlədən narkotik vasitə, psixotrop maddə varsa çıxarıb təqdim etsin. O, da gizlətməyin mənası olmadığını düşünüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “patı” və “şüşə” adları ilə tanınan psixotrop maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin maddələri yerdən tapdığını, öz istifadəsi üçün götürüb üzərində saxladığını, satmadığını, ondan istifadə etmədiyini, nə də satmaq niyyətində olmadığını bildirmişdir. Lakin o, üzərindən aşkar olunmuş psixotrop maddəni Bakı şəhərindən tanımadığı şəxsdən 55 manata almış və üzərindən götürərək istifadə etmişdir. Bundan sonra onun üzərində polis əməkdaşları axtarış aparmışlar, lakin başqa heç bir qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra isə həmin psixotrop maddələrə və nə olduğunu dəqiq bilmədiyi ağ kristal şəkilli kütləyə baxış keçirmişlər, elektron tərəzidə çəkmişlər. Elektron tərəzidə çəkilərkən onların ümumi çəkisi 3.80 qram olmuşdur. Bundan sonra isə həmin maddələr zərfə qoyulmuş, zərfin üzərində qeydlər aparılmış, möhürlənmiş və imzalanmışdır. Daha sonra ona ekspert rəyi elan edilmiş və ona məlum olmuşdur ki, onun üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümün içərisindəki salfet kağızında olmaqla 04 ədəd ayrı-ayrı kağız bükümlərdə qablaşdırılmış 0.265 qram, 0.294 qram, 0.267 qram və 0.206 qram təmiz çəkilərdə, ümumilikdə isə 1.032 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Digər büküm isə limon duzudur. Bundan sonra onun barəsində cinayət işi başlanmış və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin o, məsuliyyətini dərk etmədən işləmək üçün Bakı şəhərinə getmiş və istintaqa çağırılan zaman gələcəyini fikirləşmişdir. O, Bakı şəhərində olduğu zaman yenə müxtəlif tanımadığı şəxslərdən “patı” alaraq istifadə etməyə davam etmişdir. 2022-ci ilin mart ayında o, anasının “Qara Bayramı” ilə bağlı Gəncə şəhərinə gəlmək qərarına gəlmişdir. O, Gəncə şəhərinə gələrkən üzərində psixotrop maddə və narkotik vasitə gətirməmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olarkən evin qapısı möhkəm döyülmüş və o, qapını açan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Özlərini ona təqdim edərək AR CM-nin 234.1-ci maddəsi ilə axtarışda olduğunu ona bildirmişlər. Həmin polis işçiləri onu axtarışda olması ilə bağlı Nizami RPİ-yə dəvət etmişlər. Lakin qeyd etmişdir ki, onun axtarışda olması barədə məlumatı olmamışdır. O, evdən çıxarkən narıncı rəngli gödəkcəsini də əyninə geyinmişdir. Nizami RPİ-nin inzibati binasında narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. İdarədə onun hüquq və vəzifələri izah edilmişdir və müdafıəçi qismində X3 iştirakı təmin edilmişdir. Bundan sonra ona bir daha hüquq və vəzifələri izah edilərək üzərinə videoçəkilişlə baxış keçirilmiş və əynində olan narıncı rəngli gödəkçənin sol qolunda olan cibindən 6 ədəd büküm çıxmışdır. Lakin üzərindən aşkar edilmiş həmin bükümlər onun olmamışdır, həmin bükümlərin onun cibinnə necə düşdüyünü və ya qoyulduğunu bilmir. Həmçinin şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqan və 45 manat nağd pul aşkar olunmuşdur. Hesab edir ki, xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və metamfetamin polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. O, heç vaxt psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. Polis əməkdaşları onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən təsirə məruz qaldığı üçün ibtidai istintaq zamanı, xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Lakin bu təsirlə bağlı hər hansı quruma və ya barəsində həbs qətimkan tədbiri seçən hakimə məlumat verməmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxsin əvəllər vermiş olduğu ifadələrlə hazırki ifadəsi arasında yaranmış ziddiyyətlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə üzərindən şərti istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilməsi faktına görə haqqında cinayət işi başlanmış və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin o, məsuliyyətini dərk etmədən işləmək üçün Bakı şəhərinə getmiş və istintaqa çağırılan zaman gələcəyini fikirləşmişdir. O, Bakı şəhərində olduğu zaman yenə müxtəlif tanımadığı şəxslərdən “patı” alaraq istifadə etməyə davam etmişdir. O, hərdən “kakos” adlanan heroin də alaraq istifadə etmişdir. 2022-ci ilin mart ayında o, anasının “Qara Bayramı” ilə bağlı Gəncə şəhərinə gəlmək qərarına gəlmişdir. O, 2021-ci ilin noyabr ayında “patı” aldığı tanımadığı şəxsdən yenə Bakı şəhərində 6 büküm “patı” və 1 büküm “kakos” almışdır. O, onlara birlikdə 70 manat pul vermişdir. O, həmin psixotrop maddə və narkotik vasitəni öz istifadəsi üçün almış və çox almağının səbəbi Gəncə şəhərinə gələndə burada istifadə etmək olmuşdur. O, “patı”nın bir bükümünü Bakı şəhərində olanda istifadə etmiş və daha sonra Gəncə şəhərinə gəlmişdir. O, gələrkən həmin psixotrop maddəni və narkotik vasitəni üzərində gətirmişdir. O, həmin kütlələri əynində olan narıncı rəngli gödəkcənin sol qolunda olan balaca cibinə qoymuşdur ki, özü ordan götürərək istifadə etmişdir. Ora qoymağına səbəb evdəkilərin həmin psixotrop maddəni və narkotik vasitəni tapa bilməsinlər. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olarkən evin qapısı möhkəm döyülmüş və o, qapını açan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Özlərini ona təqdim edərək AR CM-nin 234.1-ci maddəsi ilə axtarışda olmağını ona bildirmişlər. Həmin polis işçiləri onu axtarışda olmağı ilə bağlı Nizami RPİ-yə dəvət etmişlər. Lakin qeyd etmişdir ki, onun axtarışda olmağı barədə məlumatı olmamışdır. O, evdən çıxarkən həmin narıncı rəngli gödəkcəni də əyninə geyinmişdir. Lakin həyəcandan cibində psixotrop maddə və narkotik vasitə olduğunu unutmuşdur. Nizami RPİ-nin inzibati binasında narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. İdarədə onun hüquq və vəzifələri izah edilmişdir və müdafıəçi qismində X3 iştirakı təmin edilmişdir. Bundan sonra ona bir daha hüquq və vəzifələri izah edilərək üzərinə videoçəkilişlə baxış keçirilmiş və əynində olan narıncı rəngli gödəkçənin sol qolunda olan cibindən 6 ədəd büküm çıxmışdır. Həmin bükümlərdən 3 ədədi kağıza bükülmüş vəziyyətdə olan metanfetamin, 2 ədədi sellefon bükümdə olan metanfetamin və 1 ədəd sellefona bükülmüş vəziyyətdə olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş metamfetamin dəqiq çəkisini müəyyən edilmək üçün tərəzidə çəkilmiş və dəqiq çəkisi 3.00 qram olmuşdur. Üzərindən aşkar edilmiş digər narkotik vasitə olan heroin çəkilən zaman isə 0.58 qram çəkidə olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər 5 ədəd büküm 1 nömrəli zərfdə, heroinə bənzər kütlə isə 2 nömrəli zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X13 göndərilmişdir. O, üzərindən aşkar edilərək götürülmüş 3 ədəd siqaret falqasında və 2 ədəd şəffaf sellofan bükümdə psixatrop maddə olan metamfetaminə bənzər kütlələri və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təxminən 10 gün əvvəl Bakı şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirsə də, yuxarıda qeyd etdiyi kimi, o, həmin psixotrop maddələri və narkotik vasitəni əvvəllər də psixotrop maddə aldığı tanımadığı şəxsdən Bakı şəhərində 70 manata almışdır. Həmçinin şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqan və 45 manat nağd pul aşkar olunmuşdur. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra ona ekspertiza rəyi elan edilmiş və məlum olmuşdur ki, üzərində aşkar edilərək götürülmüş kütlələr təmiz çəkisi 2,342 qram olan kustar üsulla hazırlanmış psixotrop vasitə olan metamfetamini və 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinidir. Qeyd etmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Həmin narkotik vasitələrin və psixotrop maddələri öz istifadəsi üçün üzərində saxlamış və alqı-satqısı ilə məşğul olmamışdır. Yuxarıda qeyd etdiyi kimi o, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini Bakı şəhərində tanımadığı eyni şəxsdən almışdır. Həmin psixotrop maddə və narkotik vasitənin istifadə etmək üçün üzərində saxlamışdır. O, həmin psixotrop maddələrin üzərindən götürərək istifadə etmişdir. Narkotik vasitəni isə istifadə etmək üçün üzərində saxlamışdır. O, əldə edib saxladığı psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. O, həmin psixotrop maddələri və narkotik vasitəni Gəncə şəhərində və Bakı şəhərində bir neçə nəfər tanımadığı, təsadüfən tanış olduğu şəxslərdən pul müqabilində əldə etmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixdə üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixə üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini Bakı şəhərində tanımadığı eyni şəxsdən öz istifadəsi üçün almışdır. Həmin şəxsin isə psixotrop maddələri və narkotik vasitələri haradan əldə etməsi barədə isə heç bir fikri yoxdur. Polis əməkdaşları onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən X9 xidmət edir, hazırda isə Gəncə şəhər BPİ-nin CAİ-nin rəis müavini vəzifəsində xidmətini davam etdirir. Ona, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələr qəbul etməsi, saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Buna görə də tərəfindən “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəinin 8-ci bəndini, həmin maddənin 4-cü və 5-ci hissələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 noyabr 2021-ci il tarixli qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar Baş İdarə rəhbərliyinə məruzə edilərək, Baş İdarə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 22 noyabr 2021ci il tarixdə saat 23 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, psixotrop maddələrin qəbulunda, üzərində gəzdirməkdə və satmasında şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon 16 nömrəli binanın qarşısında yeri müəyyən edilmişdir. Həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər BPİ-nə gətirmişlər. İdarədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Müdafiəçi1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş psixotrop maddə və ya hər hansı digər cinayət xarakterli əşya və ya predmet olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində psixotrop vasitə olmasını bildirmişdir. Axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofanın içərisində kağıza bükülmüş halda 5 ədəd bağlamanın içərisində olan kütləni çıxardaraq təqdim etmişdir. Həmin bükülünün “patı” kimi adlandırdığı pxisotrop maddə olan metamfetamin olduğunu, bükülünün ona məxsus olduğunu, həmin bükülünü Bağman adlanan ərazidən yerdən tapdığını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərində başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofanın içərisində kağıza bükülmüş halda 5 ədəd bağlamaya bükülmüş halda olan kütlə iştirakçıların yanında açılmış, həmin bükülün içərisində ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 3,80 qram olmuşdur. Həmin kütlə onun, digər iştirakçıların və müdafiəçinin yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu onun, iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Hələlik bu barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs psixotrop maddə satması ilə bağlı onlarda əməliyyat məlumatı olsa da, satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 şahid X4 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində icraatında nömrəsini xatırlamadığı axtarış işi olmuşdur. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olan ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, istifadə etməkdə və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1,2,7,8,9,10 və 12-ci bəndini, 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndini, 12-ci maddəsini, 14-cü maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Ariz oğlu daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar idarə rəhbərliyinə məruzə edilərək, idarə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Həmin şəxsin axtarışı və tutulması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə məlumat almışlar. Dərhal həmin ünvana yollanmışlar və tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olan, narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da olduğu müəyyən edilmişdir. Həmin günü saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlayaraq özləri təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş axtarış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X3 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli gödəkcənin sol qolunun üst hissəsində yerləşən cibindən 3 ədəd siqaret falqasında və 2 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristal şəklində psixotrop maddə “metamfetamin”ə oxşar kütlə aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilmiş və həmin 5 ədəd bükümün ümumi çəkisi 3 qram gəlmişdir. Eyni zamanda həmin cibdən 1 ədəd şəffaf sellofanda toz halında, tünd qəhvəyi rəngli olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilmiş və həmin 1 ədəd bükümün ümumi çəkisi 0,58 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər 5 ədəd büküm 1 nömrəli zərfdə, heroinə bənzər kütlə isə 2 nömrəli zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X13 göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd siqaret falqasında və 2 ədəd şəffaf sellofan bükümdə psixatrop maddə olan metamfetaminə bənzər kütlələri və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təxminən 10 gün əvvəl Bakı şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqan və 45 manat nağd pul aşkar olunmuşdur. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması ilə bağlı onlarda əməliyyat məlumatı olsa da, satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Ariz oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə fakta görə başlanaraq icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb, 02 mart 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlamasında, istifadəsində və dövriyyəsində şübhəli olması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən Gəncə şəhəri Çarıxçılar küçəsində yerləşən evinin qarşısında saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan narıncı rəngli gödəkcənin sol qolunun üst hissəsində yerləşən cibindən satış məqsədi ilə 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd ağ kağız bükümdə, 1(bir) ədəd qızılı kağız bükümdə, 1(bir) ədəd qara kağız bükümdə, 2(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.924 qram, 0,695 qram, 0,139 qram, 0,347 qram, 0,237 qram, ümumi çəkisi 2,342 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi barədə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli 16/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “2 saylı zərf Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 0,406 qram olan, maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üzərində, “ 1 saylı zərf Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ kağız bükümdə, 1(bir) ədəd qızılı kağız bükümdə, 1(bir) ədəd qara kağız bükümdə və 2(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,924 qram, 0,695 qram, 0,139 qram, 0,347 qram, 0,237 qram, ümumi təmiz çəkiləri 2,342 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Heroin təmiz çəkisi – 0,406 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq -0,356 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi – 2,342 qram, tədqiqata sərf edildi – 0,25 qram (hər ob. 0,05 qr) qalıq – 2,092 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 10 mart 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X1 raportla müraciətinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsilə ilə istintaqı aparılan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində icraatda olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin nömrəsi ********* kimi saxnılmaqla istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 23 noyabr 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Elçin Vəliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 1.032 qram olan psixotrop maddə metamfetamini əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşıması və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İİ mikrorayon ərazisində yerləşən 16 nömrəli yaşayış binasının qarşısında saxlanılıb ünvan 7 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmiş olduğu 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümün içərisindəki salfet kağızında olmaqla 04 ədəd ayrı-ayrı kağız bükümlərdə qablaşdırılmış 0.265 qram, 0.294 qram, 0.267 qram və 0.206 qram təmiz çəkilərdə, ümumilikdə isə 1.032 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Elçin Vəliyev tərəfindən Gəncə şəhər BPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2021-ci il tarixli 16/1138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd ağ rənfli salfet bükümündə; - 4 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,294 qram, 0,267 qram, 0, 206 qram, ümumi təmiz çəkisi 1,032 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. - 1(bir) ədəd şəffaf sellofan torbacıqda olan şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,732 qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,032 qram, tədqiqata sərf edildi – 0,08 qram (hər ob. 0,02 qr) qalıq – 0,952 qramdır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilərək saxlanıldığı MSYdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli 6160 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 5700 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan etmək haqqında” və xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə də cinayət işinin materialları Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 19 fevral 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X1 tərəfindən bir sıra istintaq hərəkətlərinin keçirilməsi üçün dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 20 fevral 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X1 tərəfindən icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulduğundan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X1 03 mart 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzəlmiş və istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 04 mart 2022-ci il tarixli 352 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 120-686-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtaış tərbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni haradan, kimdən, və necə əldə etməsini, satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində başqa şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrələrinə zənglər olunaraq danışıqlar aparılması müəyyən edilmişdir. Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilmədi. "xxxx" MMC-dən götürülmüş 1 ədəd diskin içərisində olan 02 vərəqədən ibarət sms tarixçəsi çap olunaraq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 noyabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X12, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 Rəfayel oğlu, CAi-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmçinin Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili, Müdafiəçi1 və narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Kamaəddin oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. X15 şəxsi axtarış və götürmə aparılacağını qeyd edərək, axtarış aparmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək bildiriş protokolu təqdim edilir. Hüquq və vəzifələrə dair bildiriş protokolu şübhəli şəxs və onun müdafiəçisi tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanın içərisində kağıza bükülmüş halda 5 ədəd bağlamanın içərisində olan kütləni çıxardaraq təqdim edir, bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələnin “patı” olduğunu, bükülünün ona məxsus olduğunu, həmin bükülünü Bağman adlanan ərazidən yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütldən heç kimə satmadığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı üzərində hər hansı əşya və ya predmet aşkar edilmir. Götürülmüş kütlələr aptek tərəzisində çəkilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr 1 ədəd sellofanın içərisində kağıza bükülmüş halda 5 ədəd bağlama kağız bükümləri ilə birlikdə çəkisi 3,80 (üç tam yüzdə səksən) qram olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofanın içərisindən beş ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər zərfdə qablaşdırılır və ağızları Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Baxış başa çatır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 mart 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2, Nizami rayon Polis İdarəsinin Cinayət X11 üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, həmçinin Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili, müdafiəçi X8 və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə axtarışda olan və narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, saxlamaqda və dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs Kamaəddin oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. X7 şəxsi axtarış və götürmə aparılacağını qeyd edərək, axtarış aparmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək bildiriş protokolu təqdim edilir. Hüquq və vəzifələrə dair bildiriş protokolu şübhəli şəxs və onun müdafiəçisi tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli gödəkcənin sol qolunun üst cibindən kağız bükümləri təqdim edir, bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən pul və alışqan aşkar edilir. Bundan başqa üzərində hər hansı əşya və ya predmet aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələrnin “patı” və “kakos” olduğunu dedi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi 6 ədəd bükümə baxış keçirilən zaman, bir ədəd ağ kağız bükümdə, bir ədəd qızılı kağız bükümdə, bir ədəd qara kağız bükümdə, 2 ədəd sellofan bükümdəki kütləyə baxış keçirilərək ağ rəngli, kristal formada, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, bir ədəd sellofan kəsiyi bükümdə olan kütlənin isə kəskin iyli, qəhvəyi rəngli toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzədiyi bildirilir. Əlavə sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni tutulmazdan on gün əvvəl Bakı şəhərində yerdən tapdığını, şəxsi istifadəsi üçün saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını, həmin narkotik vasitənin üzərindən istifadə etdiyini, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Götürülmüş kütlələr aptek tərəzisində çəkilir. İlkin olaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr kağız və sellofan bükümləri ilə birlikdə çəkisi 3 (üç) qram olur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə çəkilir və sellofan bükümlə birlikdə çəkisi 0,58 qram olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul və alışqana baxış zamanı iki ədəd 20 manatlıq əskinas və 5 ədəd bir manatlıq əskinas, bir ədəd göy rəngli alışqan olduğu müəyyən edilir. Həmin ümumilikdə 45 manat pul və alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş beş ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər bir nömrəli zərfdə və bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr iki nömrəli zərfdə qablaşdırılır və ağızları Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrdən başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığı, ona hər hansı fiziki və ya psixoloji təsir olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlədən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, ona qarşı hər hansı fiziki və ya psixoloji təsir edilmədiyini bildirir. Müdafiəçi X8 hər hansı sualının olmadığını qeyd edir. Baxış başa çatır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2286 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2087 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrələrinə zənglər olunaraq danışıqlar aparılması müəyyən edilmişdir. Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/552 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş üzərində “ 1 saylı zərf Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki, 5(beş) ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidir. Təqdiqata təqdim olunmuş üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidir. Təqdiqata təqdim olunmuş üzərində “ 1 saylı zərf Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı olan kağız paketdəki, 5(beş) ədəd və üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” yazısı olan kağız paketdəki 4 (dörd) ədəd, cəmi 9 (doqquz) ədəd bükümdə olan metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidir. Qeyd: Metamfetamin ümumi təmiz çəkiləri 2,092 qram, 0,952 qram, təqdidata sərf edildi -0,18 qram (hər birindən 0,02 qram) qalıq 1,992 qram, 0,872 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 1,992 qram, 0,872 qram qram çəkilərdə metamfetamin və 0,356 qram heroin üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanc verilmişdir. xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, 2 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin və psixotrop maddə hesab edilən metamfetaminin polis əməkdaşları tərəfindən onun cibinə qoyulmasına, ondan aşkar edilən narkotik vasitələri satış məqsədilə əldə etməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşlarının təsiri nəticəsində etiraf edici ifadələr verməsi ilə bağlı söylədiklərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, o, bu təsirin nədə ifadə olunduğunu dəqiqləşdirə bilmədi, ümumi olaraq təsir göstərildiyini bildirməklə kifayətləndi, həmçinin belə bir təsir göstərildiyi halda ibtidai araşdırma dövründə tam deyil, qismən etiraf edici ifadələr verməsini, yəni narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verməsinin səbəbini izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və məhz həmin ifadələr əsas götürülməlidir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022ci il tarixli 867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs üzərindən müxtəlif bükümlərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən başqa 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin də aşkar edilmişdir. Qeyd olunan amil, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitələrin xırda bükümlərə ayrılaraq, bir neçə bükümdə olması, narkotik vasitələrin şəxsin bükümlərdə üzərindən aşkar edilməsi halları Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi əldə edib daşıyaraq üzərində saxlamasına dəlalət edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ona ünvanlanmış eyni məzmunlu suala məntiqi cavab verə bilməmiş, sözügedən narkotik vasitənin gah cibinə hansı şəraitdə düşdüyündən məlumatsız olduğunu, gah da polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirməklə kifayətlənmiş, bükümlərin hamısının üzərindən hansı səbəbdən daşıması ilə bağlı ağlabatan əsas gətirə bilməmişdir. Həmçinin qeyd olunan xüsusat barədə o ibtidai istintaq zamanı nə barəsində həbs qətimkan tədbiri seçən məhkəməyə, nə də digər quruma məlumat verməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Elçin Vəliyev tərəfindən Gəncə şəhər BPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilərək saxlanıldığı MSYdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 1,992 qram, 0,872 qram qram çəkilərdə metamfetamin və 0,356 qram heroin üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanc verilmişdir. xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, 2 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir . Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 1,992 qram, 0,872 qram qram çəkilərdə metamfetamin və 0,356 qram heroin məhv edilməli, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, 2 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 95 manat 20 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 02 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 1,992 qram, 0,872 qram qram çəkilərdə metamfetamin və 0,356 qram heroin məhv edilsin, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, 2 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95 manat 20 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar