Məhkəmə qərarları › İş №1(100)-349/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-349/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-349/2023 22.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X6, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Bərdə rayonunun Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Bərdə rayonunun Güloğlular kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 07 radələrində Bərdə şəhərində yerləşən “Seyyidin xaşxanası” adlanan kafedə yemək yeyib, spirtli içki qəbul edərək orta dərəcəli sərxoşluq vəziyyətinə düşdükdən sonra həmin kafedən çıxıb piyada hərəkət edərkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən avtomobillə ev sahibinin, onun övladının çıxdığını, qapının içəridən evin xanımı Zərərçəkmiş şəxs tərəfindən çəkilərək bağlandığını müşahidə edib, sonuncunun evdə tək olduğunu təxmin etmiş, öz cinsi ehtirasını sonuncunu zorlamaq yolu ilə realizə etmək məqsədilə həmin ünvana qanunsuz olaraq girmək qərarına gəlmiş, bu məqsədlə birmərtəbəli fərdi yaşayış evinə hasardan tullanmaqla yaşayış sahəsinə qanunsuz olaraq girdikdən sonra mətbəx otağında həmin evdə yaşayan, əvvəlcədən tanımadığı xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi, istintaqla müəyyən edilə bilməyən vintaçan (buraç) aləti ilə öldürəcəyi hədəsi ilə, zərərçəkmiş şəxslə zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə Zərərçəkmiş şəxs sağ qolunun bilək nahiyəsindən tutub onu sürüyərək yataq otağına aparıb müqavimətini qırmaqla cinsi əlaqədə olmaq istəyini bildirərək sonuncuya sağlamlığa zərər vurmayan sağ mil-bilək oynağı, sağ said nahiyələrinin sıyrığı, sağ baldır nahiyəsinin qançırı və sıyrığı xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs yataq otağında çarpayıya uzadaraq üzərinə çıxaraq zorla cinsi əlaqədə olmaq istəyərkən sonuncu dırnağı ilə onun üzünü cırmaqla ona sağlamlığa zərər vurmayan üst dodaq, alın, sağ almacıq, sağ göz yuvasıaltı nahiyələrin sıyrıqları xəsarəti yetirmiş, o, bundan hiddətlənərək Zərərçəkmiş şəxs real olaraq və dərhal icra ediləcəyi əsaslarla ölümlə hədələyərək zorla cinsi əlaqədə olmaq üçün üzərinə çıxdıqda Zərərçəkmiş şəxs təpiklə onun qarın nahiyəsindən zərbə vurmuş, Zərərçəkmiş şəxs uşaq otağına doğru qaçdığını görərək cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs üzərinə gedib zərərçəkmişi uşaq otağında çarpayıya uzadaraq üzərinə çıxıb zərərçəkmişin əynində olan şalvarı çıxarmağa çalışmış və Zərərçəkmiş şəxs uzunqol köynəyini dartıb-cırmaqla zədələmiş, lakin zərərçəkmiş şəxsin ona mane olaraq bu hərəkətlərinin qarşısını almaq məqsədilə onun qarın və ayaq nahiyəsindən təpiklə vurmaqla sağ baldır nahiyəsinin qançırı xəsarətini yetirməsi, onu özündən kənarlaşdırıb aktiv müqavimət göstərməsi və qışqırıb kömək çağırmasını görüb cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, eyni zamanda Zərərçəkmiş şəxs onu zorlamamasının müqabilində ona təklif etdiyi yataq otağında olan mebelin qarşısındakı qutunun içərisindəki 01 ədəd 50 manatlıq, 02 ədəd 20 manatlıq əskinasları, ümumilikdə 90 manat pulu olduğu yerdən götürüb cibinə qoymaqla soyğunçuluq yolu ilə talamış, bununla da yaşayış sahəsinə qanunsuz olaraq girməklə soyğunçuluq və Zərərçəkmiş şəxs öldürmə, sağlamlığına ağır zərər vurma hədəsi ilə və zor tətbiq etməklə, zorlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası CM-nin 29, 149.2.4, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Zümürxan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Güloğlular kəndində yaşamış, “Mercedes Atego” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 27 fevral 2023-cü il tarixdə saat 06-07 radələrində yaşadığı evdən piyada çıxaraq Bərdə şəhərində yerləşən “Seyidin xaşxanası” adlanan yerə gedib orada xaş yemişdir. O, xaş yeməyi ilə 0,5 litr alma meyvəsindən çəkilmiş spirtli içki qəbul etmişdir. Həmin vaxt tək olmuş yanında heç kim olmamışdır. Təxminən 40 dəqiqədən sonra kafedən çıxıb piyada yolun səki hissəsi ilə “26-lar” deyilən küçəyə gəlmiş, həmin küçə ilə hərəkət edib “Səadət” şadlıq sarayının yanında olan küçəyə girmişdir. O həmin küçəyə girdikdən sonra ağ rəngli avtomaşının yaşayış evindən küçəyə çıxdığını, evin xanımı Zərərçəkmiş şəxs darvazanı içəri çəkib bağladığını görmüşdür. Bundan sonra həmin evin hasarına dırmaşaraq evin həyətinə düşmüşdür. Həyətdə evin pəncərəsindən baxıb yaşayış evində heç kimin olmadığına əmin olub evin giriş qapısından evə daxil olmuşdur. Evə daxil olan zaman Günel onunla qarşılaşmışdır. Zərərçəkmiş şəxs ona demişdir ki, “nə istəyirsənsə de verim, çıx get, mənə heç nə etmə, mənə toxunma” və evin giriş hissəsində yerləşən güzgülü mebelin qarşısında karton qutunun içərisində pul olduğunu əli ilə göstərmişdir. O, həmin karton qutunun içərisində olan 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq ümumilikdə 90 manatlıq əskinasları götürmüşdür. Məhkəmənin diqqətinə çatdır ki, o bu əməli sərxoş olduğu üçün törətmişdir. Maddi vəziyyəti qənaətbəxşdir. İdarə etdiyi, xüsusi mülkiyyət hüququ əsasında atasına məxsus olan Mercedes Atego markalı yük maşını ilə günə 80-100 manat qazancı olur. Bu qazancı da ona artıqlaması ilə kifayət edir. Cinayət yolu ilə cəmi 90 manat pul əldə etmək indi ona gülünc gəlir. Bir daha bildirir ki, o törətdiyi əməli sərxoş olduğu üçün edibdir. Hazırda da əməlindən olduqca peşmandır. Zərərçəkmiş şəxs onun tərəfindən zorlanmasına cəhd edilməsi ittihamını isə qəbul etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq “EMBAVOOD” mebel şirkətində satış məsləhətçisi işləmiş, adəti üzrə saat 08-30 radələrində yaşadığı evdən çıxıb işə getmiş, axşam da saat 18-00-da işdən çıxıb evə gəlmiş, həyat yoldaşı Zaur da "xxxx" MMC-də mühasibatçı-kassir vəzifəsində işləmiş, qayınatası Novuz və qayınanası X12 adına məktəbdə işləmiş, qayınatası məktəbdə gözətçi, qayınanası da təsərrüfat müdiri vəzifəsində işləmişdir. 27 fevral 2023-cü il tarixdə həmişə olduğu kimi saat 07:00 radələrində həyat yoldaşı Zaur, qayınanası Mehriban və qızı Sevgi evdən çıxıb işə getmiş, qızını da məktəbə aparmış, qayınatası Novruz da məktəbdə gözətçi olduğu üçün orada qalmış, o da evdə tək olmuş, hazırlaşmışdır ki, saat 08:30 radələrində evdən çıxıb işə getsin. O, Zaurgil gedəndən 10 dəqiqə sonra evin mətbəx hissəsinə keçmiş, orada səliqə-səhman işləri aparmış, bu vaxt arxasında insan hənirtisi hiss edib arxaya baxanda görmüşdür ki, hündürboy, cavan oğlan arxasında dayanmışdır. Həmin şəxsin əlində vintaçan (atvyorka) olmuşdur. O, həminş şəxsi görüb qorxmuş, qışqıranda o şəxs ona təpinmiş, əlindəki vintaçanı ona göstərib vuracağı ilə hədələyərək səsini çıxarmamağını tələb etmişdir. O, bir anlıq yerində qorxusundan donub qalmış, sonra adını polis şöbəsində araşdırma zamanı öyrəndiyi Təqsirləndirilən şəxs demişdir ki, “nə istəyirsənsə de verim, çıx get, mənə heç nə etmə”. Eldəniz də ona demişdir ki, “doğurdanmı nə istəsəm verərsən?”. O da and içmişdir ki, evdə nə varsa, verəcək, ona toxunmasın. Eldəniz gülümsəyərək onun sağ qolunun bilək nahiyəsindən bazu nahiyəsindən tutub onu yataq otağına tərəf çəkərək nə istədiyini orada bildirəcəyini deyib onu yataq otağına tərəf sürümüşdür. O, ilk əvvəl onun niyyətini başa düşməmiş, çünki Eldəniz ondan açıq formada nə istədiyini deməmiş, onun da ağlına gələn ilk şey maddiyat olduğu üçün onun niyyətini əvvəlcədən bilməmişdir. Eldəniz onu yataq otağına aparıb iki nəfərlik, özünün yataq otağında çarpayının üstünə yıxmış, onu öpmək istəyəndə onda Eldənizin niyyətini bilmişdir. O qışqırıb Eldənizin üzünü dırnağı ilə cırmış, kənara itələmişdir. Eldəniz ona demişdir ki, səsini çıxartsa, onu öldürəcəkdir. O, Eldənizə demişdir ki, “şərəfsiz, məni öldür, amma mənim namusuma toxunma, “ onsuz da toxuna bilməyəcəksən, yaxşısı budur ki, evdə 90 manat pulumuz var, verim, çıx get”. Eldəniz yenə də onun üstünə uzanmış, o, Eldənizi kənara itələyib onun altından çıxmış, təpiklə onun qarın nahiyyəsinə vurmuşdur. O, Eldənizə demişdir ki, onunla cinsi əlaqədə ola bilməz, özünü öldürəcəkdir. Bundan sonra uşaq otağına tərəf qaçmış, Eldəniz yenə onun yanıa gəlib, onunla cinsi əlaqədə olmaq üçün onu tutub özünə tərəf çəkməklə sıxmış, o isə yenə də buna imkan verməmişdir. O Eldənizə and içmişdir ki, pulu götürüb getsin, ona heç nə etməsin, namusuna toxunmasın və bu barədə heç kəsə bildirməyəcəkdir. Eldəniz ona demişdir ki, hardan bilsin ki, şikayət etməyəcək, heç kəsə deməyəcək?! Eldənizə demişdir ki, evdə Quran kitabı varsa, gətirib kitaba and içsin, yalnız bundan sonra çıxıb gedəcək. O da məcbur olub Eldənizin ondan əl çəkməsi üçün Quran kitabına and içmişdir. O and içərkən belə Eldəniz ondan əl çəkməmiş, onu qızının çarpayısının üsütnə yıxıb üstünə çıxmışdır. Eldəniz onun əynində olan boz rəngli «Pejama» tipli şalvarını çıxarmaq istəmiş, O isə şalvarını əli ilə tutmuşdur, təpiklə Eldənizin qarın nahiyəsinə vurmuşdur. Eldəniz onun üstünə uzananda Eldənizin cinsi orqanının şalvarının altında gərilməsini hiss edib görmüşdür. Eldəniz onu zorlamağına imkan vermədiyini, qışqırmağını görüb, öz iradəsindən asılı olmayan səbəblərə görə onu zorlaya bilməmiş və getmək qərarına gəlmişdir. Eldəniz gedərkən o, yataq otağındakı qutunun içərisində olan 01 ədəd 50 manatlıq, 02 ədəd 20 manatlıq pul əskinasları olan 90 manatı Eldənizə vermiş, sonuncu da pulu götürüb cibinə qoymuşdur. Bundan sonra Eldəniz qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Eldənizin arxasınca çıxanda görmüşdür ki, Eldəniz evin arxasına keçib barıdan aşıb çıxıb getmişdir. Eldəniz çıxan kimi o, evin qapısını bağlayıb, evin pərdələrini çəkmiş, qorxmuşdur ki, yenidən gələ bilər. O, bundan sonra həyat yoldaşına mesaj yazmışdır ki, özünü tez evə yetir. Əri Zaur ona səs göndərmişdir ki, “nə olub?” O, Zaurun yolda qəza etməməyi üçün, həyəcənlanmamağı üçün yalandan demişdir ki yıxılıb. O, yoldaşına səs göndərəndən 10 dəqiqə sonra zaur evə çatmış, içəri girəndə demişdir ki, evə adam girib, həmin şəxsə 90 manat da pul verib, sonuncu da çıxıb gedib. Zaur bərk həyəcanlandığı üçün o həmin şəxsin ilkin olaraq onu zorlamaq istəməsini deməmiş, çünki görmüşdür ki, Zaur emosiyalı olmuş, fikirləşmişdir ki, o sözü desə Zaur maşını sürüb küçələrdə axtarar, hadisə törədər. Ona görə də Zaur DİN-nin “102” xidmətinə onu zorlanmağına cəhd olunması ilə bağlı heç nə deməmiş, polislər gələndən sonra o, hadisəni deyəndə Zaur bu barədə bilmişdir. Onu da qeyd etmək istəyir ki, onu zorlamaq istəyən Eldəniz ona demişdir ki, guya onu əri Zaurla bir yataqda yatanda küçədən görübdür, ona demişdir ki, Eldəniz onları izləmişdir. Bildirir ki, onun yataq otağının pəncərəsi küçəyə tərəf baxır, hasar hündürdən olmamış, ola bilsin ki, pərdədən otaq görünə bilsin. O, həmin şəxsin əynindəki qara gödəkçəni cırmış, gödəkçənin içi də yataq otağına və qızının otağına tökülmüşdür. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, O Eldənizi görəndə sonuncu əlindəki vintaçanı ona tərəf tutub demişdir ki, “sakit ol, səni öldürərəm”, ondan heç nə istəməmiş, O, özü həmin şəxsə təklif etmişdir ki, “nə istəyirsənsə də verim, mənə xəsarət yetirmə, namusuma toxunma”. Eldəniz də onun qolundan tutub yataq otağına aparmış, orada və qızının yataq otağında çarpayının üzərində onun üstünə çıxaraq onu zorlamaq istəmişdir. O da buna imkan verməmiş, ondan nə pul, nə də qızıl, qiymətli əşya tələb etməmişdir. Onun boğazında qızıl sep və qulağında qızıl sırğa olmuş, Eldəniz heç onlara da toxunmamış, ancaq əl atıb şalvarını çıxartmaq, onu zorlamaq istəmişdir. O da buna qışqırmaqla, onun qarın nahiyəsinə təpiklə vurmaqla, kənara itələməklə müqavimət göstərmişdir. Onun evində başqa heç nə oğurlanmamışdır, Eldəniz adlı şəxs onun evə dəqiq nəyə gəldiyini deyə bilməmiş, amma onu Eldəniz adlı şəxs zorlamaq istəmiş, o buna imkan verməmiş, Eldəniz ondan nə pul, nə qızıl, nə də ki qiymətli əşya tələb etməmişdir. o pulu da Eldənizə özü vermişdir. Eldənizi o əvvəllər tanımamış onu birinci dəfə idi ki, görmüşdür. Onun bədənində xəsarətlər olmuş və MTE-dən keçmək istəmişdir. Eldəniz onun sağ qolundan tutaraq yataq otağına sürümüş və orada ona zor tətbiq etmişdir. O həmin vaxtı bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Eldəniz əynində olan paltarını çıxarmamış, cinsiyyət orqanını da çıxarmamış, lakin onun cinsiyyət orqanın gərildiyini ona yaxınlaşanda paltarın altından hiss etmiş, onun paltarını çıxarmaq istəmiş, şalvarının bel hissəsi az miqdarda zədələnmiş, onun da əynindəki gödəkçəni cırmış, onun əynində olan qara rəngli gödəkcənin içində olan sintetik əşyalar onun yataq otağıma və yerə düşmüşdür. O bildirmişdir ki, ailəlidir və qadındır, “heç bir qadın özünə şər atmaz. özünü alçadıb yuxarıda qeyd olunanları yalan deməsi məntiqsizdir” Eldəniz onu zorlamaq fikrində olmuş və onu yataq otağına kimi qolundan tutub sürüyüb apamışdır. Eldənizin sifət nahiyyəsinə əli ilə cırmaq atmış, onun paltarından tökülmüş sintetik vasitələr onun yataq otağında olmuş, Eldəniz özünü müdafiə etmək üçün bunları bildirmişdir. O bildirmişdir ki, onun üzərində qızıl-zinət əşyaları olmuş, “oğurluğa gələn qızıl-zinət əşyaları aparır, evi dağıdır, pul istəyir, bunların heç birini Eldəniz etməyib, ona 90 manat pulu o vermişdir ki, onun namusuma toxunmasın, onu zorlamasın.” Təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti olmamış, sonuncunu tanımamış, əvvəlcədən aralarında tanışlıq olmamış, nə sosial şəbəkədə, nə də telefon vasitəsi ilə onunla ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs evdə olarkən onun geyimini yaxud öz geyimini çıxartmamış, lakin onun pijamasını və köynəyini çıxartmaq istəmişdir. Təqsirləndirilən şəxs cinsi orqanını çıxarmamış, ona göstərməmiş, cinsi orqanını onun cinsi orqanına daxil etməmiş, çünki o, Təqsirləndirilən şəxs müqavimət göstərmiş, təpiklə onun qarnından zərbə vurmuşdur. Təqsirləndirilən şəxs cinsi orqanını çıxartmadan yataq otağında onun üzərində uzanaraq cinsi orqanını onun cinsi orqanını sürtmüşdür. Təqsirləndirilən şəxs üzünü və boğaz nahiyəsini öz yataq otağında cırmışdır, habelə yataq otağında üzərində yataqda uzanarkən təpiklə vurmuşdur. Uşaq otağında isə Təqsirləndirilən şəxs qarın nahiyəsinə təpiklə vurmuş, bundan əlavə gödəkçəsini ön hissəsini uşaq otağında olarkən cırmış, yataq otağında da Təqsirləndirilən şəxs gödəkçəsinin ön tərəfdən bir hissəsini cırmışdır. Təqsirləndirilən şəxs onun qolunun sağ bilək və bazu hissəsindən tutmuş, habelə yataq otağına sağ qolundan tutub sürüyən zaman ayağında xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 Novruz oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Günel “EMBAWOOD” mebel şirkətində satış məsləhətçisi işləmiş, saat 08- 30 radələrində evdən çıxıb işə getmiş, axşam da saat 18-00-da işdən çıxıb evə gəlmişdir. 27 fevral 2023-cü il tarixdə saat 07:00 radələrində o, anası Mehriban və qızı Sevgi evdən çıxıb işə getmiş, qızını məktəbə aparmış, atası Novruz da məktəbdə gözətçi olduğu üçün elə orada qalmışdır. Evdə Günel tək qalmışdır. Həmin gün saat 07:40 radələrində həyat yoldaşı ona mesaj yazmışdır ki, özünü tez evə çatdır. O, yoldaşına səs göndərmişdir ki, “nə olub?” Günel onun yolda qəza etməməyi, həyəcənlanmamağı üçün yalandan demişdir ki yıxılıbdır. Yoldaşına səs göndərəndən 10 dəqiqə sonra evə çatmış, içəri girəndə Günel ona demişdir ki, evə adam girmiş , həmin şəxsə 90 manat da pul vermiş, həmin kişi də çıxıb getmişdir. Günel ona ilkin olaraq Elsevər tərəfindən zorlanmaq istənilməsi barədə hər hansı söz deməmiş, çünki onun həmin adamı özü axtarıb cəzalandırmaq istəyəcəyini düşünmüşdür. O, 07:50 radələrində DİN-in 102 xidmətinə baş verənlər barədə məlumat vermiş, polislər gələndən sonra Günel hadisəni deyəndə, zorlanmaq istənildiyi barədə danışanda o bu barədə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Eldəniz ilə birlikdə özünə məxsus MERCEDES ATEGO markalı maşını vasitəsilə yük daşıma xidməti göstərmişdir. Təqsirləndirilən şəxs onun doğma oğludur. X2 14 aprel 2023cü il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Zərərçəkmiş şəxs tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 27 fevral 2023-cü il tarixdə ona telefon vasitə ilə arvadı Aytəkin zəng edərək Eldənizi Bərdə rayon polis şöbəsinin əməkdaşlarının polis şöbəsinə apardığını bildirmişdirlər. Bundan sonra o, oğlu Eldənizlə görüşməmişdir. Eldənizin cinayət etməsi barədə məlumatı olmamış, nə səbəbə cinayət törətməsini bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 2017-ci il tarixdən DİO-da, 2022-ci il tarixdən Bərdə rayon polis şöbəsinin Cinayət-axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs evinə girməsi və əlində olan vintaçanla hədə-qorxud gəlməsi, 90 manat pulu talaması barədə Bərdə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bərdə şəhər ərazisində aşkar edilərək istintaqa təhvil verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı hadisəni görə biləcək şəxslərin dairəsi müəyyən edilməmiş, evdə Zərərçəkmiş şəxs hadisə baş verən zaman tək olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olub çıxması zamanı video görüntüsü əldə edilərək istintaqa təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəl heç bir münasibətləri olmadığı, mübahisə etmədiyi, dalaşmadığı müəyyən edilmişdir, Təqsirləndirilən şəxs cinayət vaxtı əlində hədə-qorxu məqsədi ilə işlətdiyi predmet vintaçanın tapılması mümkün olmamışdır. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, Şahid2 tapılıb istintaqa təhvil verilərkən üzrəində vintaçan olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokola və ona əlavə edilmiş fotocədvələ əsasən, hadisə yeri ünvan 3 ünvanında yerləşən bir mərtəbəli yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs evin mətbəx otağını, yataq otağını göstərərək Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmaq istədiyini, habelə paltar dolabında olan 90 manat pulu götürməsini bildirmişdir. Hadisə yerinə baxış zamanı yataq otağında olan sintetik maddələr, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli kofta, 01 ədəd qara şalvar, yataq örtüyü qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli götürmə protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zamanı əynində olduğu qara rəngli gödəkçə(kurtka) və qara rəngli cins şalvar, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 16 ədəd 1 manatlıq pul əskinasları götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 07:10 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən zorlanması və 90 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs qoluna əli ilə vurub həyat və sağlamlığı üçün təhlükəli olmayan soyğunçuluq cinayət əməli törətmiş şəxs xx.xx.2000-ci il təvəllüdlü Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyənləşmiş, lakin hadisəni görə biləcək şəxslərin dairəsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 27 fevral 2023-cü il tarixdə saat 07:10 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən zorlanması və 90 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs qoluna əli ilə vurub həyat və sağlamlığı üçün təhlükəli olmayan soyğunçuluq cinayət əməli törətmiş şəxs xx.xx.2000-ci il təvəllüdlü Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan əlavə əməliyyat tapşırığına uyğun olaraq Təqsirləndirilən şəxs göstərilən ünvandan daxil olması və çıxması zamanı video görüntü əldə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli, 202 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə orta dərəcə alkoqol sərxoşluğu vəziyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən evi göstərərək hadisə baş verməmişdən əvvəl həmin həyətə hasardan keçdiyi yeri, yaşayış evinin giriş hissəsini, yaşayış evində Zərərçəkmiş şəxs ilə rastlaşdığı mətbəx otağını, oradan Zərərçəkmiş şəxs apardığı yataq otağını, yataq otağında olan çarpayının üstündə oturduqları yeri, uşaq otağında çarpayını, habelə hadisənin baş vermə şəraitini göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 28 fevral 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2023-cü il tarixli, üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə 27 fevral 2023-cü il tarixdə saat 07:10 radələrində evin mətbəxində arxadan əlində vintaçanla yaxınlaşdığını, vintaçanı göstərib hədə-qorxu gəldiyini, sağ bilək nahiyəsindən tutaraq sürüdüyünü, yataq otağına aparıb öpmək, zorla cinsi əlaqədə olmaq istədiyini, 90 manat pulu götürdüyünü, uşaq otağında yenidən cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı hadisə vaxtı içkili vəziyyətdə olduğunu, 90 manat pulu aldığını, etdiyi hərəkətlərdən peşman olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 mart 2023-cü il tarixli “Təqsirlənirilən şəxs qismində cəlb etmə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay, yəni 27 may 2023-cü il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 mart 2023-cü il tarixli, “Cinayət işi üzrə əməlin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, X5 əməli Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələrindən CM-nin 29,149.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif olunaraq ********* nömrəli cinayət işinin istintaq aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 27 may 2023-cü il tarixdən 27 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 may 2023-cü il tarixli, “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.2.4, 181.2.3 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli 146 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır nahiyəsinin qançırı və sıyrığı, sağ mil-bilək oynağı, sağ said nahiyələrinin sıyrıqları küt əşya(lar)nın təsirindən törənmişdir, qeyd edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 mart 2023-cü il tarixli 148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst dodaq, alın, sağ almacıq, sağ göz yuvasıaltı, sağ baldır nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qeyd edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2017-ci il tarixdə Məhkəməyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 aprel 2023-cü il tarixli, 1-627/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinə son 3 il ərzində təqsirləndirici material daxil olmamış və baxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X18 Dispanserinin 10 aprel 2023-cü il tarixli, 377 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X18 Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2- 396/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Qastrit və duodenit”, xx.xx.2021-ci il tarixdə “ Döş qəfəsi orqanlarının travmalarının nəticələri”, xx.xx.2023-cü il tarixdə “Ümumi tibbi baxış” diaqnozları ilə xəstəxanaya müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 aprel 2023-cü il tarixli 224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqət pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs nun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirijən şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi- emosional halda olmuşdur. Təqsirəndirilən şəxsin psixi vəziyyətində hər hansı bir pozuntu müşahidə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. 03 mart 2018-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20 iyul 2021-ci il tarixdə HK-1-2323 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli ekspertizasının 04 may 2023-cü il tarixli, 6/2156 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd yataq örtüyünün səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd yataq örtüyünün səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında bir -birilərinə məxsus lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB-nin Güloğlular kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olmaq həmin kənddə yaşayır. Ailə üzvləri 1973-cü il təvəllüdlü Şahid2, 1991-ci il təvəllüdlü X3 və 2021-ci il təvəllüdlü X1 ibarətdir. Bundan əlavə, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 may 2023-cü il tarixli, “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə, 01 ədəd tünd göy rəngli yataq örtüyü Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağında saxlanılır, 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29, 149.2.4 və 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-in 29, 149.2.4 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə ittaham elan etməkdə səhvə yol vermişdir. Bu məqsədlə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı etmiş yol verdiyi hüquqazidd hərəkətləri işin faktiki halları baxımından, eləcə də cinayət qanunvericiliyin tələbləri ilə birlikdə sistemli şəkildə analiz edərək aşağıdakıları qeyd etməyi lazım bilir. Belə ki, cinayət qanununun mənasına görə quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə təqsirkarın zərərçəkmiş şəxsə yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən edilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədlə özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldur basqını zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməklə, sağlamlığına zərər vurmaqla, döyməklə, əzab verməklə hədələmədə v.s ifadə oluna bilər. Hədə real, həqiqi və dərhal həyata keçirilə bilən olmalıdır. Bu, həm sözlərdə, həm də konkret hərəkətlərdə (məsələn silah nümayiş etdirmədə, zərərçəkmişin boğazına kəndir keçirmədə v.s) ifadə olunur. Başlıca şərt ondan ibarətdir ki, zərərçəkmiş hədəni real hədə kimi qəbul etməli və təqsirkarın tələblərini yerinə yetirmədiyi təqdirdə onun reallaşacağına inanmalıdır. Hədənin real olub-olmamasını müəyyən edərkən basqın edilmənin yeri və vaxtı, basqın edilərkən işlədilən alətələr və.s nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə müəyyənləşmiş hazırki işin faktiki hallarından görünür ki, İsayev X4 Günel Eldar qızının yaşadığı evə onu zorlamaq niyyəti ilə girmiş, zərərçəkmiş şəxsin aktiv fiziki hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs zorlamaqdan ibarət olan cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib hadisə yerini tərk etmək qərarına gəlmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zorlamaya yönəlmiş qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə aktiv fiziki hərəkətlərlə yanaşı, bu hərəkətlərini dayandırması müqabilində Təqsirləndirilən şəxs yataq otağında olan 90 manat pulun verilməsini təklif etmiş, lakin sonuncu onu zorlamaqda israrlı olub pulun götürülməsindən ibarət təklifi rədd etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq üçün bütün imkanlarından istifadə etsə də, zərərçəkmişin aktiv hərəkətləri nəticəsində buna heç bir halda müvəffəq ola bilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baş verənlər barədə heç kəsə bildirməyəcəyinə dair söz vermiş, Təqsirləndirilən şəxs isə zərər çəkmiş şəxsə quran kitabı gətirdərək ondan bununla bağlı and içməsini tələb etmişdir. Zərərçəkmiş şəxs da quran kitabı gətirərək onun yol verdiyi qanunsuz hərəkətlər barədə heç kəsə məlumat verməyəcəyinə dair and içmişdir. Zərərçəkmişin onun qanunsuz hərəkətlərini heç kimə deməyəcəyinə arxayın olan Təqsirləndirilən şəxs gedərkən Zərərçəkmiş şəxs gözləri önündə açıq talama yolu ilə evin yataq otağındakı şkafın üzərində olan qutudakı 90 (doxsan) manat pulu da götürüb cibinə qoymuşdur. Göründüyü kimi qeyd olunan əmlakın talanması üçün hər hansı basqın və yaxud buna bənzər hərəkətlər edilməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi zorlamağa cəhd etməsi ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətlərin gizli qalacağından arxayın olub, gedərkən başqa bir hüquqazidd əmələ-soyğunçuluğa da yol vermişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı hadisənin baş verməsindən əvvəl, onun baş verməsi və bundan sonrakı hallara düzgün obyektiv qiymət verməmiş, yalnız subyektiv mülahizələr əsasında təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Başqa sözlə istintaq orqanı qulduqluq cinayəti ilə soyğunçuluq cinayətinin həm obyektiv həm də subyektiv cəhətləri arasındakı fərqi düzgün müəyyən etməmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı qərarının 3-cü bəndinə görə CM-nın 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Ümumiyyətlə, cinayət qanunvericiliyinin soyğunçuluqla bağlı müddəasının mənasından (məzmun və ruhundan) görünür ki, quldurluqdan fərqli olaraq soyğunçuluq zamanı təqsirkar insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq edir. Yəni belə dedikdə, zərərçəkmiş şəxsin orqanizminə həyat və sağlamlıq üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə və ya qəsdən sağlamlığa yüngül zərər vurma, zərərçəkmişin azadlığını məhdudlaşdırma (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama v.s), həyat və sağlamlıq üçün təhlükəli olmayan fiziki ağırılar yetirmə başa düşülür. Belə zor həm əmlakın götürülməsinə maneçilik edən şəxslərin müqavimətini qırmaq, həm də götürülmüş əmlakı əldə saxlamaq və aradan çıxmaq məqsədi ilə tətbiq edilə bilər. Bundan başqa məhkəmə iclasına müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs soyğunçuluq cinayəti törətməsi nəticəsində faktiki olaraq zərərçəkmiş şəxsə 90 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməklə hədələyib onu zorlamağa cəhd etməsindən, yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq etməsindən ibarət cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4 və 180.2.3 cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Zərərçəkmiş şəxs zorlamağa cəhd etməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla( ifadələr, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və.s) tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətlərə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4cü maddəsində nəzərdə tutulmuş sanksiya təqsirkar şəxsə bitmiş cinayətlərə görə təyin edilir. Lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi zorlanmasına yönəlmiş hərəkətlər etsə də öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Yəni cinayət etməyə cəhd etmişdir. Bu səbəbdən ona təyin olunacaq cəza başa çatmış cinayətə görə deyil, cinayət etməyə cəhdə görə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əməlindən səmimi peşman olmasını, gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşıdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 180.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 29,149.2.4 və 180.2.3cü maddələrinin sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə, 01 ədəd tünd göy rəngli yataq örtüyü qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 154 (yüz əlli dörd) manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.3 və 180.2.3cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində 27 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə, 01 ədəd tünd göy rəngli yataq örtüyü qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertizasının 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar