Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-349/2025 24.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X11, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Abşeron rayon Pirəkəşkül kəndində yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21099” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təmir işləri aparılan Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olarkən yuxuladığı üçün avtomobilin idarəetməsini itirmiş, avtomobil əks hərəkət zolağına keçərək, yol kənarında olan dəmir naqillərdən hörülmüş maneəni keçərək ərazidə olan beton istinad divarına dəyərək yanı üstə dayanmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol bazu sümüyünün qapalı yerdəyişmiş sınığı kimi sağlamlığa Az Ağır zərərvurmaya aid edilən xəsarət almasına, avtomobildə olan digər sərnişin X3 baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, alın-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, hər iki almacıq və burun sümüklərinin sınığı, alın təpə nahiyəsinin hematoması və sıyrığı, hər iki gözətrafı nahiyənin hematoması, sağ bazu və sol baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığa Ağır zərərvurmaya aid edilən bədən xəsarətləri alaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Kəlbəcər rayonunda Quliyev Rəsul və Zərərçəkmiş şəxslə birlikdə işləmişdir. Oradan çıxıb Zəngilana gedərkən onları işlə bağlı geri qaytarmış, avtomobili özü idarə etmiş, Mübarək ön sərnişin oturacağında Rəsul isə arxa sərnişin oturacağında əyləşmişdir. Həmin günü yorğun və yuxusuz olduqlarından və Kəlbəcərdə İstisuda çimdikdən sonra Rəsulla Mübarək yolda yatmışlar. Özü də sükan arxasında yuxulamış və anlıq olaraq idarəetməni itirmişdir. Gözlərimi açanda avtomobilin qəzaya düşdüyünü, Mübarəklə Rəsulun avtomobildə olduqlarını görmüş, Mübarəklə Rəsula kömək etmək istəsə də bacarmamış, əlavə kömək çağırmışdır. Təcili tibbi yarım gələrkən isə Rəsul artıq həyatını itirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, mərhum Rəsulla 5-6 ildirki birlikdə işləmiş Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən istisuya gedərkən Mübarək yatddığından avtomobili o idarə etmiş, əvvəllər də həmin yolda dəfələrlə avtomobil sürmüşdür. Qəzadan əvvəl avtomobil aşağı sürtələ sürsə də problem onun yorğun və yuxusuz olmağı olmuşdur. Avtomobil qəzasında xəsarət alan Zərərçəkmiş şəxs olmuşdur. Qəzadan sonra özü birtəhər avtomobildən çıxıb Mübarəklə Rəsula kömək etməyə çalışmışdır. Özü köməksiz şəkildə avtomobildən çıxmış daha sonra isə Mübarəki çıxarmağa çalışsa da Mübarəkin qolu arada qalıb əzildiyindən ona kömək edə bilməmiş, avtomobildən telefonunu götürüb əlavə kömək çağırmışdır. Qəzadan əvvəl qoruyucu kəmərlərdən istifadə etmiş, sərxoş olmamışdır. Rəsula kömək etmək üçün iş yoldaşları onlara nisbətən yaxın getdikləri üçün əvvəl iş yoldaşlarına, sonra isə təcili tibbi yardıma zəng etmişdir. Polis əməkdaşları onları yoxlamaq üçün əvvəlcə hərbi hospitala aparmış, müayinə zamanı bədənində əzilmələr aşkar edilmişdir. Sonradan ekspertizadan keçməyi istəməmiş, zərərçəkmiş şəxslə və hüquqi varislə barışıq əldə etmişdir. Hadisə öz ehtiyatsızlığı yuxulamasına görə olmuşdur. Əməlindən peşmandır. Ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etsə də işlər tam görülmədiyi üçün ondan şikayətçi olmuşdur. Sonrakı müddətdə isə özü və ailə üzvləri dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişlər. Həmçinin digər zərərçəkən olan xalasıoğlu ilə də barışmış və ona dəymiş ziyanı ödəmişdir. Azyaşlı övladları var, hadisədən peşmandır, ehtiyatsızlıqdan olduğu üçün ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, işdən çıxıb Bakı şəhərinə gedərkən yolda zəng gəlmiş, geri qayıtmaq məcburiyyətində qalmışlar. Yolda Kəlbəcər rayonu Zülfüqarlı kəndində yerləşən İstisuya gedib yuyunmaq qərara gəlmiş, özü yorğun olduğu avtomobildə yatmış, Rəsulla Rami düşüb yuyunmuşlar. Ayılanda avtomobilin aşdığını görmüş, ön sərnişin oturacağında əyləşmiş, Raminin ona kömək etmək istəmişdir. Hadisə baş verən anı xatırlamır. Əlavə kömək üçün gələnləri görmüş, daha sonra isə hərbi hospitala getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, avtomobil ön sərnişin oturacağında əyləşmişdir, avtomobili Rami özü idarə etmişdir, Rəsulla tanışlığı Raminin iş yoldaşı olması ilə olmuşdur. Qəza zamanı Raminin üzərinə yıxılmış və qolum əzilmiş huşu tam özündə olmamışdır. Rami ona kömək etmişdir. Rami ilə münasibəti əvvəlki kimi çox yaxşı və normaldır. Ramidən heç bir şikayət və tələbim yoxdur. Qəzaya düşdüyü avtomobil özünə məxsusdur. Avtomobil hal-hazırda Kəlbəcər rayonundadır. Qəzadan sonra avtomobili Kəlbəcər rayonunda olmuşdur. İmkanı olmadığı üçün avtomobili gətirə bilmir. Yuxulu olduğu üçün avtomobili Rami idarə etmişdir. Rami avtomobili icazə ilə idarə etmiş, Raminin sürücülük vəsiqəsi olmamışdır. Rami ilə Rəsul İstisuda yuyunmuşlar. Özü isə avtomobildə yatmışdır. Qəzadan sonra avtomobili şirkətin saxlanc yerinə evakuator vasitəsilə aparmış, avtomobili sərəncamvermə haqqında etibarnamə ilə idarə etmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqirləndirilən şəxsə heç bir cəza verilməsini istəmir, hadisə ehtiyatsızlıqdan olmuşdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, mərhum X8 onun əri olmuşdur. Rəsul döşəmə ustası olmuş, xx.xx.2024-cü il tarixdə işləmək üçün Kəlbəcər rayonuna Rami ilə birlikdə getmiş, xx.xx.2024-cü ildə ərinin qəzaya düşüb vəfat etməsi xəbərini polis əməkdaşları zəng edib demişlər. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə münasibəti normaldır, təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, iş məhkəmədə olduğu müddətdə təqsirləndirlən şəxsin qohumları onlara gələrək dəymiş ziyanı tam olaraq ödəmiş, üzrxahlıq etmişlər. Onunla barışıq əldə etmişdir. Hadisə ehtiyatsızlıqdan olduğu üçün təqsirləndirilən şəxsi bağışlayır, ona aşağı cəza verilməsini istəyir, tutulmasını istəmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, Kəlbəcər RPŞ-nin DYPXB-nin rəisi vəzifəsində xidmət edir, xx.xx.2024-cü il tarixdə 04 radələrində Kəlbəcər rayonu ərazisində xidmətdə olarkən Kəlbəcər rayon Kəndyeri kəndi ərazisindən keçən avtomobil yolunda yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış, xidməti avtomobillə dərhal hadisə yerinə getmiş, “Vaz 21099” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil yolun alt hissəsində torpaq ilə beton arakəsmə arasında sol yan üstə aşmış halda dayanmışdır. Sürücü Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobili idarə edərkən yatdığını, bu səbəbdən qəza etdiyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, qəza yerinə hadisədən təxminən 10-15 dəqiqə sonra gəlmiş, hadisə yerinə gələn müstəntiq təqsirləndirlən şəxsi aparıb sərxoşluğunu yoxlamış, özləri isə avtomobilin çıxarılması işi ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs yaralandığından onları hospitala aparıb ilkin tibbi yardım göstərmiş, daha sonra isə Gəncə şəhərinə göndərilmişlər. Avtomobilin qəzaya düşdüyü yol tikinti gedən yol sahəsi olmuş, hadisə baş verən yerdə hava şəraiti çiskinli olsa da görüş məsafəsi aydın olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayon Kəndyeri kəndindən keçən hissəsində təmir işləri aparılan avtomobilin yolunun döngə hissəsidir. “Vaz 21099 markalı” ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Kəlbəcər rayonu istiqamətində sol tərəfdə olan beton istinad divarına söykənmiş sol yanı üstə dayanmış vəziyyətdədir. Avomobil yolunun eni 14,5 metr yol kənarından avtomobil qədər məsafə isə 4,5 metrdir. Hadisə yerində əyləc (tormoz) izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 75 saylı rəyindən görünür ki, X4 meyitinin müayinəsi zamanı baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, alın-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, hər iki almacıq və burun sümüklərinin sınığı, alın təpə nahiyəsinin hematoması və sıyrığı, hər iki gözətrafı nahiyənin hematoması, sağ bazu və sol baldır nahiyələrinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidir, Küt əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixdə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb baş beyinin, beyinciyin, uzunsov beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, kəllə sümüklərinin sınması ilə müşayiət olunan açıq və küt kəllə beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. X1 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1194 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazu sümüyünün qapalı yerdəyişmiş sınığı- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixdə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gəncə şəhər A.Ssəhhət adına xəsətxanadan Kəlbəcər RPŞ-yə Kəlbəcər rayonu “TVM şirkəti”ndə usta işləyən Təqsirləndirilən şəxs belin yumşaq toxumalarının əziyi, Zərərçəkmiş şəxs Əli oğlu isə sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya müraciət etmiəsi barədə məlumat verilmişdir. İş materiallarında oilna və məhkəmədə araşdırılan “qan və sidik nümunəsinin götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər Təcili təxirəsalınmaz X6 həkimin iştirakı ilə Təqsirləndirilən şəxs qan və sidik götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 3-13- 85/2-8989/2024 saylı məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qan və sidik nümunələrinin tərkibində metil etil propil, butil, amil spirtləri, baribur turşu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan metamfetamin, feniotiazin, pirazalon, 1,4- benziodiazepin törəmələri, salisitlər, kannobionid (çətən bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2688 №-li rəyindən görünür ki, Vaz21099 markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İsmayılov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Kəlbəcər RPŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli,3-13-85/2-9534/2024 №li məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinə aid məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Kəlbəcər RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-89/2-4718/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi baş verən ərazidə müşahidə kameraları və hadisəni görən şəxs müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 27725 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Mingəçevir rayonlararası Psixonevroloji dispanserdən verilən xx.xx.2024-cü il tarixli 1516 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Abşeron RİHB Pirəşəkkül kənd icra nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 446 №li arayışdan görünür ki, Abşeron rayonu Pirəkəşkül kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ İ №964902 saylı doğum haqqında şəhadətnamədən və AA5440096 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdllü X12, AZİİİ№ 286172 saylı doğum haqqında şəhadətnamə və AZE11640458 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı azyaşlı övladları var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbirinin şərtlərini pozduğu üçün “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 3-13- 85/2-7424/24 saylı məktubdan göünür ki, iş üzrə maddi sübut olan “Vaz 21099” markalı, ** KD *** nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, zərəçəkmiş şəxsin hüquqi varisi X10 təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X10 təqsirləndirilən şəxslə barışmış, onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, yuxulu vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq 1 nəfərin şəxsin ölümünə, nəfər şəxsin isə Az ağır bədən xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında öz müdafiəsi üçün hər hansı dəlil gətirməmiş hadisənin baş verməsində təqsirli olmasını və əməlindən peşman olduğunu göstərmişdir. Odur ki, məhkəmə iş üzrə məhkəmə baxışında tədiq edilmiş sübutlarla şəxsin təqsiri tam olaraq müəyyən edildiyindən iş üzrə əlavə əsaslandırma aparmanı zəruri və vacib hesab etmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı övladının olmasını CMnin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə, təqdim edilmiş sənədlərə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirlən şəxsin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsə tibbi yardım gösrətməyə çalışsa da buna nail olmadığını bildirsə də bu, digər hər hansı sübutla təsdiqini tapmadığı üçün qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən yüngülləşdirici hal olaraq qiymətləndirilməsini qanuni hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd azadlıqdan məhrum etmə cəzası təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzada çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və O məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmə müddətinin başlanğıcı şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda alındığı andan hesablanmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı olan əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan “Vaz 21099” markalı, ** KD *** nömrə nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat təşkil edir. Odur ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən 85(səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək həbsdə saxlanıldığı 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və O məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan “Vaz 21099” markalı, ** KD *** nömrə nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-349/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-349/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver