Məhkəmə qərarları › İş №1(100)-35/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-35/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-35/2022 11.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 və Gədəbəy rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 29,149.1 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə və xx xxxxx 1982-cü ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Goranboy rayonunun Zeyvə kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs sevməsinə və onunla evlənmək istəməsinə baxmayaraq sonuncunun özünün və ailə üzvlərinin buna etiraz etmələri səbəbindən onu evlənmək məqsədi ilə qaçırmaq qərarına gələrək 11 oktyabr 2020-ci il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edib onu yaşadıqları kənddə olan mağazanın qarşısına dəvət etmiş, orada görüş zamanı sonuncuya Zərərçəkmiş şəxs qaçırmaq istəməsi barədə niyyətini bildirərək sonuncunun istifadəsində olan atası X6 məxsus “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona kömək etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 ona kömək etməyə razılıq verdikdən sonra onunla əvvəlcədən razılaşaraq Zərərçəkmiş şəxs həmin gün, yəni 11 oktyabr 2020-ci il tarixdə yaşadıqları Goranboy rayonunun Zeyvə kəndində yaşayan əmisi qızı X3 evinə gedəcəyini əvvəlcədən bildiyi üçün saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə X15 rayonunun Zeyvə kəndində yaşadığı küçəyə gedib orada Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, bir qədər sonra Zərərçəkmiş şəxs küçə ilə gəlməsini gördükdə Təqsirləndirilən şəxs2 onun göstərişi ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs yanında saxlamış, həmin vaxt o, arxa qapıdan düşərək fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq fiziki üstünlüyündən istifadə edib onu avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürütləmiş, Zərərçəkmiş şəxs qışqırıb köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət vermədən sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimətini qırıb avtomaşının arxa oturacağına mindirib özü də Zərərçəkmiş şəxs yanına əyləşmiş, Təqsirləndirilən şəxs2 isə avtomaşını idarə edib Goranboy şəhəri istiqamətində hərəkət etdirmiş, yolda Zərərçəkmiş şəxs müqavimət göstərib qışqırıb getmək istəməməsini deyərək azad edilməsi barədə yalvarsa da, Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq başından tutub yerə sıxaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunu oğurlayıb qohumu olan Şahid2 yaşadığı Goranboy şəhəri, Ə.Gorani küçəsi, 7 nömrəli evin həyətinə gətirib düşürmüş, Təqsirləndirilən şəxs2 çıxıb getdikdən sonra o, Zərərçəkmiş şəxs qolundan tutub Şahid2 yaşadığı evə aparmış, lakin sonuncunun Zərərçəkmiş şəxs ağlamasından narahat olub həmin vaxt işdə olan əri Şahid3 hadisə barədə məlumat verməsi və sonuncu gəlib onu evindən qovduğu üçün o, həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs Şahid2 qonşuluğunda yaşayan Şahid4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş evə apararaq orada saxlayaraq oğurlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs onunla evlənməsinə razı olmayacağını görüb, cinsi əlaqədə olduğu təqdirdə sonuncunun çıxılmaz vəziyyətdə qalıb razılaşacağını düşünüb, Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqəyə girmək qərarına gəlmiş və 12 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs saxladığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş evdə tutub dartaraq zorla iradəsi ziddinə çarpayının üstünə yıxıb bir əli ilə Zərərçəkmiş şəxs əllərini tutub, digər əli ilə isə sonuncunun şalvar və tumanını zorla aşağıya çəkərək fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sıyrığı və sol budun qançırından ibarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib müqavimətini qıraraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə zorla cinsi əlaqədə olmaq istəmiş, lakin yanlışlıqla öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə daxil etmiş və bu zaman sonuncunun menstruasiya dövründə olması ilə bağlı uşaqlıq yolundan qan gəldiyini görüb onun qızlıq pərdəsinin tamlığını pozduğunu zənn edib hərtəkətlərini dayandırmaqla öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən zorlamağa cəhd etmiş, həmçinin həmin vaxt zor tətbiq etməklə Zərərçəkmiş şəxs anus dəliyinin girəcəyində cırılmış yara xəsarəti yetirməklə sonuncuya qarşı sekusal xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə oğurlamasında ona kömək etməsinə dair xahişini qəbul edib bu barədə qabaqcadan razılığa gələrək 11 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs həmin gün yaşadıqları Goranboy rayonunun Zeyvə kəndində yaşayan əmisi qızı X3 evinə gedəcəyini əvvəlcədən bildikləri üçün saat 16 radələrində atası X4 mülkiyyətində olmaqla faktiki onun istifadəsində olan "VAZ 2106" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 ilə birlikdə əvvəlcədən razılaşdıqları kimi X15 rayonunun Zeyvə kəndində yaşadığı küçəyə gedib orada Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, bir qədər sonra Zərərçəkmiş şəxs küçə ilə gəlməsini gördükdə Təqsirləndirilən şəxs1 göstərişi ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs yanında saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 arxa qapıdan düşərək fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq fiziki üstünlüyündən istifadə edib onu avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürütləmiş, Zərərçəkmiş şəxs qışqırıb köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət vermədən sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimətini qırıb avtomaşının arxa oturacağına mindirib özü də Zərərçəkmiş şəxs yanına əyləşmiş, o, isə avtomaşını idarə edib Goranboy şəhəri istiqamətində hərəkət etdirmiş, yolda hər ikisi Zərərçəkmiş şəxs müqavimət göstərib qışqırıb getmək istəməməsi, azad edilməsi barədə yalvarışına məhəl qoymayaraq sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlayıb Təqsirləndirilən şəxs1 qohumu olan Şahid2 yaşadığı Goranboy şəhəri, Ə.Gorani küçəsi, 7 nömrəli evin həyətinə gətirib Təqsirləndirilən şəxs1 ilə birlikdə düşürüb oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. X34 Həsənovanın əmisi oğlu Emin Həsənovun arvadıdır. Zeynəbi uzun müddətdir ki tanıyır. Zeynəbgilin evlərinə gediş-gəlişləridə var. O, Zeynəbi 9 ilə yaxındır ki, sevir, lakin özünə bu barədə heç nə deməmişdir. Zeynəbi sevməyi barədə onun ailə üzvləridə məlumatı olmuşdur. Anası Şahid1 Zeynəbin anası Xatirənin yanında bir neçə dəfə bu barədə söhbət açsa da, sonuncu razılıq verməmişdir. Bir dəfə də atası Gəncəvi Zeynəbgilə qonaq getdiyi zaman sonuncun atası Tahirə oğlunun Zeynəblə evlənmək istədiyini demiş, lakin Tahir də razı olmamışdır. Bu səbəbdən də o, Zeynəbi qaçırmağı fikirləşmişdir. Bu məqsədlə o, 11 oktyabr 2020-ci il tarixdə kəndin içinə çıxmışdır. Günorta saatlarında o, anası Ziyarətə zəng edib Zeynəb ilə danışıb onunla evlənməsinə razılıq əldə etdiyini, lakin anası Xatirənin bu işə qarşı olması səbəbindən birlikdə qoşulub qaçmağı qərara aldıqlarını bildirmişdir. Anası bu xəbəri eşitdikdə sevinmiş və onlara xeyir-dua vermişdir. Danışıq zamanı o, anasından Zeynəblə hara gedə biləcəklərini soruşmuş, anası da bir qədər fikirləşib Goranboy şəhərində yaşayan əmisi qızı Şahid2 evinə getməklərini bildirmişdir. Anası Ziyarət əmisi qızı Leylaya zəng edib demişdir ki, "Namiqlə Zeynəb qoşulub qaçıb, Sizin evinizə gəlmək istəyirlər". Leyla da demişdir ki, "problem deyil, qoy Namiq Zeynəbi qaçırıb bizim evə gətirsin". Leyla xalanın razılıq verməsi barədə anası Ziyarət ona demişdir. Bundan sonra saat təxminən 15 radələrində o, taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edib kənddəki mağazanın qarşısına gəlməsini bildirmişdir. Səbuhi həmin vaxt paltarlarını geyinib gəldiyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Səbuhi idarə etdiyi "VAZ 2106" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kənddəki mağazanın qarşısına onun yanına gəlmişdir. Orada o, təklikdə Səbuhiyə demişdir ki, "kəndçimiz Zeynəbi sənin maşınınla qaçırtmaq istəyirəm". Səbuhi isə ona demişdir ki, "Zeynəb səni istəyirmi?". O isə Səbuhiyə demişdir ki, "hə, istəyir". Səbuhi da demişdir ki, "onda problem deyil gedək qaçıraq". O, həmişə bilmişdir ki, Zeynəb əmisi qızı Çinarə Həsənovagilin evlərinə gedir. Bu səbəbdən Səbuhiyə demişdir ki, "avtomobili sür mən dediyim küçəyə". Çinarəgilin evlərinin olduğu küçəyə gəlib Zeynəbi gözləməyə başlamışlar. Saat 16 radələrində Zeynəbin həmin küçəyə girməsini görmüş və o, avtomobilin arxa oturacağında əyləşib Səbuhiyə demişdir ki, "Zeynəbin yanına sür". Zeynəbin yanına çatdıqda Səbuhi avtomobili dayandırmış və o, avtomobildən düşüb Zeynəbin arxasına keçmiş və qollarından tutub avtomobilin arxa oturacağına zorla mindirmişdir. Həmin vaxt Zeynəb qışqırdığından ağzını əli ilə tutmuşdur. Sonra Səbuhi avtomobili sürmüş və onlar getmişlər. Yolda gedərkən o, Zeynəbin yanında arxa oturacaqda sürücünün sağ tərəfində əyləşmiş və o, Zeynəbin yanında oturub onu qucaqlamışdır ki, avtomobildən özünü atmasın. Bundan başqa kənddən çıxanda qarşılarından iki nəfər tanımadığı qadın keçəndə o, Zeynəbin başını aşağı sıxmışdır ki, görünməsin. Lakin asfalt yola çıxandan sonra Zeynəbin başını buraxmış, amma onu yenə quçaqlamaqda davam etmişdir. Çünki Zeynəb ayağı ilə qapıya vurmuş və qapının pərdəsini əli ilə cırmaq istəmişdir. Onun göstərdiyi kimi Səbuhi onları Goranboy şəhərində yaşayan anasının əmisi qızı Leylagilin evlərinə gətirmişdir. Leylagilin evlərinin qarşısına çatdıqda Səbuhi demişdir ki, "get, Leyla xalaya dedən darvazanı açsın maşını içəri sür". Səbuhi da avtomobildən düşüb Leylanı çağırıb darvazanı açmasını bildirmişdir. Leyla darvazalarını açmış və Səbuhi avtomobili həyətə sürüb saxlamışdır. O, avtomobildən düşüb Səbuhi xidmət haqqı kimi 20 manat pul vermişdir. Sonra Zeynəbi avtomobildən düşürtmüşdür. Bu zaman Zeynəb qışqırmışdır, lakin o Zeynəbi tutub zorla evə aparıb qonaq otağında kresloda əyləşdirmişdir və demişdir ki: “Sakit dur, əgər qışqırıb səs-küy salsan səni burdan Bakı şəhərinə aparacam”. Bu zaman Zeynəb ağlamağa başlamışdır. Leyla xala içəri girdikdə Zeynəbin ağladığını görmüş və onu həyətə çağırmışdır. Həyətdə Leyla xala ona demişdir ki: “Bu qız niyə ağlayır, olmuya narazıdı, axı anan demişdi ki özü qoşulub qaçıb”. O, Leyla xalaya demişdir ki: “Narahat olma, özü qoşulub qaçıb, sadəcə həyəcanlıdı, həm də anasından qorxduğu üçün nə edəcəyini bilmir”. Lakin, Leyla xala onun bu sözləri ilə qane olmayıb öz narahatçılığını bildirməyə başlamış və Zeynəbi zorla qaçırtdığı təqdirdə evlərindən çıxıb getməyini xahiş etmişdir. Lakin, o, Leylanı əmin etmişdir ki, Zeynəb öz razılığı ilə onunla qaçmışdır. Leyla xala qorxduğu üçün əri Şahid3 zəng edib hadisə barədə məlumat vermiş, o da telefonda evə gələcəyini bildirmişdir. Bir qədər sonra anası Ziyarət də həmin evə gəlmişdir. Leyla anasına demişdir ki: “Ay Ziyarət, deyəsən Namiq qızı zorla qaçırdıb, bayaqdan ağlıyır Zeynəb”. Anası ondan soruşmuşdur ki: “Bəs dedin öz razılığı ilə qaçıb, niyə ağlıyır bu qız?”. O isə yenədə yalandan anasını və Leylanı əmin etməyə çalışmışdır ki, Zeynəb öz razılığı ilə onunla qoşulub qaçmışdır, lakin anasından qorxduğu və bir qədər həyəcanlı olduğu üçün ağlayır. Anası Ziyarət evə keçib Zeynəbdən soruşmuşdur ki: “Qızım özün qoşulub qaçmısan?”. Zeynəb də ağlaya-ağıaya anasına onun zorla qaçırtdığını və evə qayıtmaq istədiyini demişdir. Anası ona demişdir ki: “Qız razı deyildisə niyə qaçırdırdın”. Anası ona demişdir ki: “Apar qaytar qızı, məni də aldadırsan ki öz razılığı ilə qaçıb, niyə zorla qaçırtmısan camaatın uşağını?”. O da anasını sakitləşdirmək üçün Zeynəblə bir neçə gündür ki, telefonla danışdıqlarını və yazışdıqlarını, Zeynəbin onu sevdiyini və onunla evlənməyə razı olduğunu, lakin anasından qorxduğu üçün ağlayaraq narazılıq etdiyini, həmçinin anasından və Leyladan utandığını bildirmişdir. Leyla da həmin vaxt demişdir ki: “Mən bilmirəm, çıxın gedin evimdən, indi Cuma gəlib əsəbiləşəcək”. Bu vaxt Cuma gəlmiş və nə baş verdiyini soruşmuşdur. Leyla ərinə demişdir ki: “Namiq qız qaçırdıb, mənə demişdilər qız özü razıdı ona görə də mən bizə gəlmələrinə icazə verdim, ama indi qız ağlıyır, deyir Namiq zorla qaçırdıb”. Şahid3 ona əsəbiləşərək demişdir ki: “sən nə iş görürsən, niyə zorla qaçırdıb bizə gətirmisən?”. O, Şahid3 da yalandan demişdir ki, Zeynəb öz razılığı ilə qaçmışdır. Lakin, Şahid3 ona inanmamış demişdir ki: “götür bu qızıda çıx burdan, xatanı-balanı mənim evimdən uzaq elə”. Cuma bu sözü deyib çıxıb getmişdir. O, anasını həyətə çağırıb xahiş etmişdir ki, gecə qalmağa bir yer tapsın, sabah Zeynəb sakitləşib özünün qaçdığını deyəcək, əks təqdirdə aparıb anasına qaytaracaq. Onun uzun təkdilərindən sonra anası razılaşmış və demişdir ki: “Bax ha bala, sabah gəlib danışdıracam qızı, razı olmasa özüm aparıb verəcəm anasına”. O da anası Ziyarətə narahat olmamasını, sabah Zeynəbin razılığını verəcəyini bildirmişdir. Anası ona demişdir ki: “Leyla xalanın qonşusu var Natiqə, münasibətimiz yaxşıdı, gedim ona deyim görək icazə verərəmi bir gecə qalmağa”. Anası Leylagilin evindən çıxıb sonuncunun qonşusu Natiqə Aslanovanın evinə getmişdir. Anası getdikdən sonra o, evə daxil olmuş və Zeynəbin qolundan tutub həyətə çıxartmış və orada Zeynəbə demişdir ki: “daha gecdi, gedək qonşuda qalaq, söz verirəm sabah səni qaytaracam”. Zeynəb isə ağlayaraq ona demişdir ki: “nə olar indi qaytar, evə getmək istəyirəm”. O isə demişdir ki: “Sakit ol, gecdi, indi maşın hardan tapım, sabah aparacam”. Bundan sonra o, Zeynəbin qolundan tutub Natiqəgilin evinə aparmışdır. O, Zeynəbi pilləkanlarla qaldırıb evin içinə aparmış və orada yataq otaqlarından birində çarpayı olduğundan onlar ora keçmişlər. O, Zeynəbi buraxmış, sonuncu küncə yığılmış döşəklərdən birini götürüb yerdən salıb oturmuşdur. Bir qədər sonra anası Ziyarət gəlib onu o biri otağa aparmış və ona demişdir ki: “Mən gedirəm, danışdığımız kimi Zeynəb razı olmasa apar sabah anasına qaytar”. Bundan sonra anası çıxıb getmişdir. O, evin giriş qapısını bağlayıb Zeynəbin olduğu otağa keçmiş və çarpayıya uzanmışdır. O, Zeynəbi dilə tutmağa başlamışdır ki, onunla qaçmağına və evlənməsinə razılaşsın. Lakin Zeynəb onunla razılaşmamışdır. O, uzandığı yerdə yuxuya getmişdir. Səhərisi gün 12 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində hiss etmişdir ki, Zeynəb durub başqa otağa keçmişdir. O da tez Zeynəbin keçdiyi otağa keçmiş və görmüşdür ki, Zeynəb pəncərəni açıb və pəncərədən düşüb. O, bayıra çıxmış və küçədə Zeynəbi tutub zorla evə gətirmişdir. Yenə onlar bir otaqda qalmışlar. Zeynəb evdə bir daha ona demişdir ki, "anama zəng elə". O, Zeynəbə demişdir ki, "qoy hava işıqlansın, onsuz da evə gedəcəyik". O, yenə Zeynəbi dilə tutmağa çalışmışdır ki, onunla evlənməsinə razılaşsın. Lakin Zeynab yenə etiraz etmişdir. Sonra o, Zeynəb demişdir ki, "gəl burda cinsi əlaqədə olaq". Lakin Zeynəb imtina etmişdir. O da Zeynəbi zornan çarpayıya uzatmış və üzərinə çıxıb əllərini tutaraq şalvarını və tumanını çıxartmağa başlamışdır. Həmin vaxt Zeynəb onun sifətinə sillə vurmuş və sinəsi ilə kürəyini çırıb xəsarət yetirmişdir. O, bir müddət Zeynəbin müqavimətini sındırıb sonuncu cinsi əlaqədə olmağa çalışmışdır. O, sərtləşmiş cinsiyyət orqanımı Zeynəbin cinsiyyət orqanına daxil etmiş, bu vaxt Zeynəbdən qan gəlmiş və bakirəliyinin pozulduğunu başa düşmüş, boşalmadan Zeynəbi buraxmışdır. Bundan sonra o, əynini geyinərək bayıra çıxmışdır. Sonra tanımadığı taksi ilə Zeynəbi Goranboy rayonu Zeyvə kəndinə yaşadığı evə aparmışdır. Anası Ziyarət ona demişdir ki, "mənə zəng gəlib, səndən polisə şikayət ediblər". O, anasına demişdir ki, "problem deyil, denən gəlsinlər". Anası Ziyarət polis əməkdaşı olan Cəlilə zəng edib məlumat vermişdir ki, o evdədir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları gəlib onu rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ona müqavimət göstərməsinə və qışqırmasına heç bir söz deməmiş və rahatlıqla avtomobili idarə etmişdir. Zeynəbi zorla qaçırarkən və zorla cinsi əlaqədə olarkən onun əynində qara rəngli, cins materialdan olan uzunqol gödəkcə, qara rəngli, uzunqol köynək, qara rəngli, cins materialdan olan şalvar və sarı və göy rəngləri olan tuman olmuş, həmin paltarları zədələnməmişdir. Hadisə zamanı Zeynəbin əynində sarımtıl rəngli uzunqol gödəkcə, göy rəngli uzunqol köynək, qara cins şalvar və qızmızı rəngli tuman olmuşdur. Həmin paltarlar zədələnib-zədələnməməsini dəqiq bilmir. Hadisə zamanı Zeynəb heç bir xəsarət almamışdır. O, əvvəllər Zeynəb ilə nə təbii, nə də ki qeyri təbii cinsi əlaqədə olmamışdır. Əvvəllər Zeynəb ilə mobil telefonla danışmamış, onu sevməyi və evlənmək istəməyi barədə özünə hər hansı söz deməmişdir. O fikirləşmişdir ki, əgər Zeynəb bakirə olaraq qayıtsa onunla heç bir halda evlənməyəcək. Bu səbəbdən Zeynəb ilə zorlada olsa cinsi əlaqədə olmaq istəmişdir. Zeynəbin bakirəliyinin pozulduğunu düşünüb cinsi aktı başa çatdırmadan sonuncunu buraxmışdır. Həmin vaxt Zeynəblə dediyi səbəbdən qeyri təbii yolla cinsi əlaqədə olmasını bilməmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2004 və 2011-ci il təvəllüdlü iki oğlu, 2005-ci il təvəllüdlü bir qızı vardır. X39 mülkiyyət hüququ ilə məxsus olan, lakin faktiki olaraq etibarnamə əsasında onun istifadəainsə olan “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə taksi kimi fəaliyyət göstərib ailəsinin ehtiyaclarını ödəyir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs da onun həmkəndlisidir, sonuncu və ya ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 11 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Namiq ona zəng edərək onu kənddə mağazanın yanına cağırmışdır. Təxminən 20 dəqiqədən sonra kəndin mərkəzində olan mağazaya gəlmişdir. Namiq ona yaxınlaşıb demişdir ki, "həsini aldığım Zərərçəkmiş şəxs sənin maşınınla qaçırtmaq istəyirəm". O, Təqsirləndirilən şəxs1 demişdir ki, "Zeynəb səni istəyirmi". Namiq ona demişdir ki, "hə, istəyir, biz bir-birimiz iki ildir ki, istəyirik". Söhbət zamanı Təqsirləndirilən şəxs1 ona həmkəndliləri Zərərçəkmiş şəxs ilə qoşulub qaçacağını bildirmiş və onun öz avtomobili ilə Goranboy şəhərinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onu taksi kimi çağırmış və xidmət haqqını ödəyəcəyini demişdir. Söhbət zamanı Namiq həmçinin Zeynəblə bir-birilərini sevdiklərini, lakin sonuncunun anası Xatirə Həsənovanın razı olmadığını, buna görə də Zeynəbi onun avtomobilinə tutub mindirəcəyini və bu zaman sonuncunun görüntü xatirinə səs-küy salacağını bildirmişdir. Namiq ona Zeynəblə bu barədə danışıb razılaşdıqlarını bildirmişdir. O da bu səbəbdən Namiqə inanaraq sonuncunu və Zeynəbi taksi kimi getdikləri yerə qədər aparmağa razılaşmışdır. O da Namiq demişdir ki, "onda problem deyil gedək". Namiq avtomobili Zeynəbin əmisi qızının yaşadığı küçəyə sürdürmüşdür. Onlar küçənin başında dayanıb Zeynəbi gözləməyə başlamışlar. Namiq ona demişdir ki, "Zeynəb bu küçədə yaşayan əmisi qızı Çinarəgilin evlərinə gələcək". Saat 15 radələrində Zeynəbin həmin küçəyə girməsini görmüşlər və Namiq avtomobilin arxa oturacağında əyləşib ona demişdir ki, "Zeynəbin yanına sür". Zeynəbin yanına çatdıqda o, avtomobili dayandırmış və Namiq avtomobildən düşüb Zeynəbin qolundan tutub avtomobilə mindirmişdir. Həmin vaxt Zeynəbin qışqırmasının şahidi olmamışdır. Sonra Namiqin ona dediyi kimi Goranboy şəhərinə avtomobili sürmüşdür. Goranboy rayonu Qarqucaq kəndininin ərazisndən keçərkən o, Zeynəbə demişdir ki, "istəmirsənsə, avtomobili saxlayım düş, ya da ki geri qaytarım". Zeynəb ona heç bir cavab verməmişdir. X46 demişdir ki, "mobil telefonunu ver anamla danışım, daha gəlmişəm, səninləyəm". Lakin Namiq demişdir ki, "qoy çataq verəcəm telefonla danışarsan, hələ ananı da çağıracam". O, avtomobili Namiqin göstərdiyi kimi sonuncunun qohumu olan Leylagilin Goranboy şəhərində yerləşən evlərinin qarşısına sürmüşdür. O, avtomobili saxlamış və Namiq ona demişdir ki, "düş get, Leyla xalanı çağır". O da avtomobildən düşüb darvazadan içəri girmiş və həyətdə olan Leylanı çağırmışdır. Leyla onu görən kimi demişdir ki, "gəldilər". O, Leylaya demişdir ki, "hə, gəldilər". Sonra Leyla qapını açmış və o, avtomobili içəri salmışdır. Zeynəb və Namiq rahat şəkildə avtomobildən düşmüşlər. Namiq ona xidmət haqqı kimi 20 manat pul verib yola salmış və darvazanı bağlamışdır. O isə Goranboy rayon polis şöbəsinin qarşısndakı dairəvi yola gəlmiş və oradan iki nəfər müştəri götürüb Zeyvə kəndinə getmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndli kimi tanımış, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Bundan başqa, Namiq onun əmisi oğlu Emin Həsənovun qaynıdır. Təxminən 2018-ci ildə o, ailəsi ilə birlikdə Rusiya Federasiyasının İnquşetiya muxtar vilayətinin Nazran şəhərində olarkən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Namiqin bacısı Zülfiyyə ona demişdir ki: "səni qardaşım Namiqlə evləndirmək istəyirəm". O, Zülfiyyəyə demişdir ki: "mən sənin qardaşın Namiqi istəmirəm, bir də bu barədə mənə heç nə demə". 2019-cu ilin oktyabr ayında o, ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına qaytmışdır. Yaşadıqları Goranboy rayonunun Zeyvə kəndində olarkən Namiqin atası Gəncəvi evlərinə gələrək onun atası Tahirə demişdir ki: "Zeynəbi oğlum Namiqə istəyirəm". Atası Tahir isə Gəncəviyə demişdir ki: "biz Namiqlə Zeynəbin evlənməsinə qəti narazıyıq, birdə söhbəti açmayın". Bundan başqa, Zeyvə kənd sakini Yusif Quliyevi o sevir və evənmək istəyir. Yusifin valideyinləri 2019-cu ilin oktyabr ayında ona elçi gəlmişlər. Atası Tahir həmin ərəfələrdə xəstə olmuş və onun Yusiflə evlənməsinə razılıq vermişdir. Bundan sonra onunla Yusifin nişanı olmalı idi. 08 noyabr 2019-cu il tarixdə atası Tahir xəstəlikdən vəfat etmişdir. Onlarda planlaşdırmışlar ki, atası Tahirin ili çıxandan sonra Yusiflə nişanlanıb evlənsinlər. X27 xidməti tərəfindən hərbi xidmətə çağırılmış və müharibədə iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Zeyvə kəndində yerləşən evlərindən çıxıb əmisı qızı Çinarəgilin evlərinə getmişdir. Çinarəgilin evlərinin yerləşdiyi küçə ilə gedərkən qabaqdan avtomobil ona tərəf gəlmişdir. Təxminən 4-5 metr qalmış açıq sarı rəngli "VAZ 2106" markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil dayanmışdır. Namiq avtomobilin arxa oturacağından düşmüş və arxa tərəfindən onu qucaqlayıb avtomobilə mindirmək istəmiş, o, dərhal qışqırmışdır. Qışqırarkən Namiq onun ağzını əli ilə tutmuşdur. Namiq onu avtomobilin arxa oturacağının ayaq altısına üzü üstə mindirmiş və avtomobil sürət götürüb getmişdir. Həmin vaxt onun sifəti ayaqaltıya tərəf olduğundan və başını arxadan Namiq sıxdığından başını qaldırıb avtomobildə kimlərin olmasını görə bilməmişdir. O, avtomobildə olarkən də qışqırmış, lakin, Namiq onun ağzını əli ilə tutmuşdur. O da avtomobilin arxa oturacağının qapısının pəncərəsindəki pərdəyə əl atıb pərdəni cırmışdır ki, bəlkə onu kimsə görər. Avtomobil təxminən 20 dəqiqə hərəkət edib dayanmışdır. Avtomobil dayananda başa düşmüşdür ki, onu Goranboy şəhərinə gətirmişlər. Avtomobil dayanandan sonra Namiq taksi sürücüsünə demişdir ki, "Zeynəb qışqıracaq, qoy darvazanı açsınlar içəri keçək". Həmin vaxt eşitmişdir ki, darvaza açılmış və avtomobil həyətə daxil olmuşdur. Avtomobil həyətə daxil olduqdan sonra onu Namiq avtomobildən düşürtmüşdür. Həmin vaxt da o, qışqırmışdır, lakin Namiq onu zorla düşürüb evə aparmışdır. Avtomobil isə çıxıb getmişdir. Sonradan o, bilmişdir ki, ev Namiq qohumu Leylanındır. Leyla da həmin vaxt evin həyətində olmuşdur. Namiq onu evə aparıb qonaq otağında kresloda otuzdurmuş və ona demişdir ki: “Sakit dur, əgər qışqırıb səs-küy salsan səni burdan Bakı şəhərinə aparacam”. Namiqin onu Goranboy rayonundan qırağa aparmasından qorxub o, kresloda ağlamağa başlamışdır. O, həmin vaxt şokda olmuş və yalnız kresloda oturub sakitcə ağlamışdır, nə edəcəyimi bilməmişdir. Bu zaman Leyla qonaq otağına girmiş və ona yaxınlaşaraq niyə ağladığımı soruşmuşdur. Həmin vaxt güclü həyəcan hissi keçirdiyindən Leylaya cavab verə bilməmişdir. Sonra Leyla ondan öz razılığı ilə qaçdığını yoxsa Namiq tərəfindən zorla qaçırıldığını soruşmuşdur. O da evə qayıtmaq istədiyini və Namiqlə evlənmək istəmədiyini bildirmişdir. Bundan sonra Leyla Namiqə öz etirazını bildirərək hansı səbəbdən onu zorla qaçırıb evinə gətirdiyini soruşmuşdur. Namiq və Leyla çölə, evin həyətinə çıxmışlar. Həmin vaxt evdə, başqa otaqda Leylanın adını bilmədiyi azyaşlı qızıda olmuşdur. Namiq və Leyla evin həyətində xeyli söhbət etmişlər. O, Namiq və Leylanın dəqiq olaraq nə haqqında danışdıqlarını eşitməmişdir, lakin səslərinin tonundan mübahisə etdiklərini başa düşmüşdür. Təxminən bir saat sonra Namiqin anası Ziyarət gəlmişdir. Ziyarət həyətdə Leyla və Namiqlə bir qədər söhbət etdikdən sonra evə, onun yanına gəlmişdir. Ziyarət ondan soruşmuşdur ki: “Qızım özün qoşulub qaçmısan?”. O da ağlaya-ağlaya Ziyarətə Namiqin onu zorla qaçırtdığını və evə qayıtmaq istədiyini demişdir. Ziyarət Namiqə demişdir ki: “Qız razı deyildisə niyə qaçırdırdın”. Namiq isə demişdir ki: “Gedək çöldə söhbət edək”. Ziyarət, Namiq və Leyla üçü də yenə evin həyətinə çıxmışlar. Həyətdən yenə mübahisə səsləri gəlmişdir, lakin dəqiq olaraq nə haqqında danışdıqlarını eşidə bilməmişdir. Sonradan Leylanın əri Şahid3 gəlmiş, həyətdə Namiq, Ziyarət və Leyla ilə bir qədər söhbət etmiş, sonra hamısı evin qonaq otağına gəlmişlər. Cuma onun ağladığını görüb əsəbiləşmiş və Namiqə demişdir ki: “götür bu qızıda çıx burdan, xatanı-balanı mənim evimdən uzaq elə”. Cuma bu sözü deyib harasa çıxıb getmişdir. Namiq isə Ziyarəti çölə çağırmışdır. Bir qədər sonra Namiq onun yanına gəlmiş və onun qolundan tutub evdən çıxartmışdır. Evin həyətinə çıxdıqda Namiq ona demişdir ki: “daha gecdi, gedək qonşuda qalaq, söz verirəm sabah səni qaytaracam”. O isə ağlayaraq Namiqə demişdir ki: “nə olar indi qaytar, evə getmək istəyirəm”. Namiq isə ona demişdir ki: “İndi gecdi, maşın hardan tapım, sabah aparacam söz verirəm, əgər mənimlə evlənmək istəmirsənsə səni məcbur eləmiyəcəm, ama çox səs küy salma”. O, Namiqə inanmışdır. Namiq onun qolundan tutub küçəyə çıxartmışdır. Artıq hava qaralmışdır. Onlar küçə ilə bir qədər gedib tanımadığı fərdi yaşayış evinin qarşısında dayanmışlar. Ziyarət qapını açıb onları içəri çağırmışdır, Namiqdə onu evin həyətinə aparmışdır. Orada Ziyarət və adının sonradan Natiqə olduğunu öyrəndiyi ev sahibəsi olmuşlar. Natiqənin evinin həyətində bir ədəd yeni tikilmiş fərdi yaşayış evi və bir ədəd yaşayış sahəsi kimi istifadə olunan yardımçı tikili var idi. Sonradan öyrənmişdir ki, Natiqə özü həmin yardımçı tikilidə qalır. Ziyarət yeni tikilmiş evi işarə edərək Namiqə demişdir ki: “Axşam burda qalacaqsınız”. Arxa otaqların birində çarpayı olmuşdur. O və Namiq həmin otağa keçmişlər. Otaqda bir küncdə döşək və palazlar yığılmışdır. O, həmin döşəklərin üstündə oturub gözləməyə başlamışdır. Namiq də evin giriş qapısını açarla bağlayıb otağa keçmişdir. Sonra Ziyarət gəlmiş və Namiqi evin digər otağına aparmışdır. Ev demək olar ki boş olduğundan o, səslərini eşitmişdir. Ziyarət Namiqə demişdir ki: “Mən gedirəm, gecə burda qalın, ama danışdığımız kimi, qız razı olmasa apar sabah qaytar anasına”. Namiqdə anasına demişdir ki: “Narahat olma, razı olacaq”. Bundan sonra Ziyarət çıxıb getmişdir, Namiq isə o, olduğu otağa gəlib çarpayıya uzanmışdır. Namiq ona demişdir ki. "mən səni sevirəm, axı niyə bu qədər inad eliyirsən, gəl birlikdə olaq". O, isə etiraz edib Namiqi sevmədiyini, birlikdə olmaq istəmədiyini bildirmişdir. Lakin, Namiq onun sözlərinə əhəmiyyət verməyib yenə israr etmişdir. Sonra Namiq ona demişdir ki, "mən yatıram, sən də yat". O, yorğun olduğu üçün döşək götürüb yerdən uzanmış və Namiqə demişdir ki: “Mən yatmıram, yatmaq istəyirsən özün yat”. Həmin vaxt Namiq ona yaxınlşamaq istəmiş, lakin o, yerdən oturub qışqırmış və Namiq ondan uzaqlaşıb yenidən çarpayıya uzanmışdır. Sonra Namiq yatmışdır. O isə evdən qaçmaq üçün əlverişli şərait yarandığını düşünmüş, lakin Namiqin onu tutub geri qaytaracağından qorxub dərin yuxuya getməsini gözləmişdir. Səhər saat təxminən 5-6 arası Namiqin oyanmadığını görüb həmin vəziyyətdən istifadə edərək digər otağa keçmiş və pəncərəni açıb bayıra tullanmışdır. Bayır darvazasını açıb küçəyə çıxarkən Namiq onu arxadan tutmuş və ağzını əli ilə tutaraq yenidən evə aparmışdır. Bundan sonra Namiq yenə qapını bağlamışdır. O, çarpayı olan otağa qayıdıb yerdən saldığı döşəyin üzərinə uzanmış və ağlamağa başlamışdır. Bu zaman o, bir iki saatlıq yuxuya getmişdir. O oyananda saat təxminən 09 radələri olmuşdur. O, Namiqdən onu nə vaxt qaytaracağını soruşmuşdur. Namiq isə onu sevdiyini və nəyin bahasına olursa olsun onunla evlənəcəyini bildirmişdir. Bu zaman o, ağlayaraq qışqırmağa başlamışdır. Namiq otağın qapısını bağlayıb onu zorla çapayıya uzatmış və əllərini bir əli ilə tutub şalvarını çıxartmağa başlamışdır. O, qışqırarkən Namiq yastığı ağzına tutmuşdur. Namiq şalvarını tumanı ilə birlikdə aşağı çəkib öz şalvarını və tumanını aşağı çəkmişdir. Sonra o nə baş verməsini hiss etməmişdir. Yalnız hər dəfə Namiqə müqavimət göstərmişdir. Namiq onun üstünə qışqıraraq ona demişdir ki, "bəsdi qışqırma, biz bu otaqdan cinsi əlaqədə olmamış çıxmayacağıq". Lakin o, yenə Namiqə müqavimət göstərmişdir. Bədənində olan ağrılardan Namiqin öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib-etməməsini hiss etməmişdir. Sonra Namiq onu buraxmış və üstündən durmuşdur. Namiq təxminən 1-2 saat ərzində onunla zorla cinsi əlaqədə olmaq istəmiş, o da Namiqə həmin vaxt ərzində müqavimət göstərmişdir. Namiq onu buraxıb çarpayıdan durduqdan sonra şalvarını geyinmiş və ona da paltarlarını geyinməsini bildirmişdir. O, həmin vaxt şokda olduğundan çarpayıya sərilmiş ağ mələfədə qan ləkəsinin olub-olmamasına fikir verməmişdir. Namiq otaqdan çölə çıxmış və bir qədər sonra geri qayıtmışdır, o isə bu müddət ərzində hərəkətsiz olaraq çarpayıda qalmışdır. Namiq ona paltarlarını geyindirib ayağa qaldırmış və qolundan tutub küçəyə çıxartmışdır. Həmin vaxt onlara hal-hazırda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi yaxınlaşmışdır. O və Namiq həmin taksiyə minib sonuncunun Zeyvə kəndində yaşadığı evə getmişlər. Orada olarkən polis əməkdaşları gəlib onu rayon polis şöbəsinə aparmışlar. Namiq heç vaxt onu sevməsi və evlənmək istəməsi barədə ona heç nə deməmişdir. Qeyd etdiyi kimi, yalnız bir dəfə Namiqin bacısı Zülfiyyə telefonla danışarkən bu barədə söz açmışdır, bir dəfə də mərhum atası sağ ikən Gəncəvi evlərinə gələrək atasına bu barədə demişdir. Onun telefonu olmamış, arada bir anasının telefonunu götürüb işlətmişdir. Anasının istifadəsində ********** nömrəsi olmuşdur. O, heç vaxt Namiq ilə telefon əlaqəsi saxlamamış və Namiqin hansı nömrəni işlətməsini bilmir. Təqsirləndirilən şəxs1 onu zorla avtomobilə mindirib qaçırarkən və onunla zorla cinsi əlqədə olarkən o, boğazından, qollarından, qıçlarından və döş qəfəsimdən çoxsaylı xəsarətlər almışdır. Təqsirləndirilən şəxs1 onu zorla avtomobilə mindirib qaçırarkən və onunla zorla cinsi əlqədə olarkən əynində süd rəngli uzunqol gödəkcə, göy rəngli uzun qol poluver, qara rəngli şalvar, qırmızı rəngli lifçik, qırmızı rəngli mayka, qırmızı rəngli tuman və qırmızı rəngli bir cüt corab olmuşdur. Həmin paltarlarından tumanı zədələnmişdir. Namiq onunla zorla cinsi əlaqədə olmaq istəyərkən o, Namiqin sinəsinə, sifətinə və kürəyinə dırnaqları ilə xəsarət yetirmişdir. Namiq onu zorla avtomobilə mindirib qaçırarkən və onunla zorla cinsi əlqədə olarkən əynində qara rəngli, cins materialdan olan uzunqol gödəkcə, qara rəngli, uzunqol köynək və qara rəngli cins şalvar olmuşdur. Hadisə zamanı o, menstrusiya dövründə olmuşdur. Bədənində ağrılar olmuşdur. Namiq onunla zorla cinsi əlaqədə olmaq istəyərkən o, aktiv müqavimət göstərmişdir, lakin Namiqin öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib-etməməsini dəqiq hiss edə bilməsə də, kəskin ağrılar hiss etmişdir. Menstruasiyada olmağı ilə bağlı ondan qan gələn zaman Namiq cinsi aktı başa çatdırmadan onu buraxmışdır. Hesab edir ki, həmin vaxt Təqsirləndirilən şəxs1 onun bakirəliyini pozduğunu düşündüyü üçün cinsi aktı başa çatdırmamışdır. Şahid1, Şahid2 və Şahid4 onun Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırılmağı barədə məlumatları olmamışdır. Namiq tərəfindən yaşadığı kənddən zorla qaçırılarkən Təqsirləndirilən şəxs2 avtomobildən düşməmiş və Təqsirləndirilən şəxs1 onu avtomobilə mindirmək üçün kömək etməmişdir. Təqsirləndirilən şəxs2 ona "istəmirsənsə, avtomobili saxlayım düş, ya da ki geri qaytarım" sözlərini deməmişdir. Təqsirləndirilən şəxs1 "mobil telefonunu ver anamla danışım, daha gəlmişəm, səninləyəm" sözlərini deməmişdir. Namiq onunla zorla cinsi əlaqədə olmağa cəhd edərkən o, arxa keçəcəyində kəskin ağrılar hiss etmişdir, lakin ilkin ifadəsində də qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs1 onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olub-olmadığını dəqiq anlaya bilməmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Namiq uzun müddətdir ki, həmkəndlisi X11 Həsənovanı sevmiş və sonuncu ilə evlənmək istəmişdir. Namiq həmişə evdə bu barədə daşmışdır. Onlar Zeynəbgilə el adəti ilə elçi getməsələr də, kənddə toylarda Zeynəbin anası Xatirə ilə söhbət zamanı o, bir neçə dəfə bu barədə söhbət açıb Xatirənin fikrini öyrənmiş, lakin sonuncu Zeynəbin Namiqi sevmədiyini üstü örtülü ona demişdir. Bundan başqa əri Gəncəvi bir dəfə Zeynəbgilə qohum kimi qonaq gedən zaman mərhum X35 Zeynəbi sevdiyini demişdir, lakin Tahir həmin vaxt ərinə mənfi cavab vermişdir. O, oğlu ilə söhbət edərək bir neçə dəfə fikrindən daşındırmaq istəmiş, lakin Namiq ona qulaq asmamış və israrla Zeynəbi sevdiyini və sonuncu ilə evlənəcəyini bildirmişdir. Namiq həmişə demişdir ki: “Xatirə qızı vermirsə qaçırdacam, xoşluqla və ya zorla”. Lakin, Namiq heç vaxt konkret olaraq Zeynəbi nə vaxt qaçırdacağını deməmişdir, arada bir də Zeynəblə özünün danışacağını və razı salacağını bildirmişdir. 11 oktyabr 2020-ci il tarixdə günorta saatlarında oğlu ona zəng edib Zeynəblə danışıb evlənmələrinə razı saldığını, lakin Zeynəbin anası Xatirənin bu işə razılıq verməməsi səbəbindən birlikdə qaçacaqlarını bildirmişdir. O, Namiqdən bu sözləri eşidib sevinmiş və fikirləşmişdir ki, yaqin neçə müddətdir Zeynəblə danışır və sevgisini qazana bilib. O, X28 şəhərində yaşayan əmisı qızı Leylanın evinə aparmasını bildirmişdir. O, sonra əmisı qızı Leylaya zəng edib Namiqin qız qaçırtdığını bildirmiş və evində Namiqlə Zeynəbi qəbul etməsini xahiş etmişdir. Leyla həmin vaxt Namiqin qızı zorla yoxsa öz razılığı ilə qaçırtdığını soruşmuş, o da qızın öz razılığı ilə qaçdığını bildirmişdir. Həmin gün axşam saatlarında o, öz yaşadığı Zeyvə kəndindən Goranboy şəhərinə əmisı qızının evinə gəlmişdir. O, orada Zeynəblə söhbət edərək fikrini öyrənmiş, həmin vaxt Zeynəb kresloda oturub sakitcə ağlamış və Namiqin zorla qaçırdıtdığını bildirmişdir. Bundan sonra o və Leyla Namiqi danlayaraq hansı səbəbdən istəmədiyi halda Zeynəbi qaçırtdığını soruşmuşlar. Namiqdə onlara and-aman etmişdir ki, Zeynəb öz razılığı ilə qaçıb, sadəcə olaraq utandığından və anası Xatirədən qorxduğu üçün zorla qaçırıldığını deyir. Sonra Leylanın əri Cuma gələrək onların evdən çıxmaqlarını tələb etmişdir. Həmin vaxt Namiq ona demişdir ki: “Ana vallah qız özü qaçıb, sən bir ev tapıb gecə orda qalaq, sabah qızı gətirəcəm söhbət edərsiz, yenədə razı olmasa aparıb anasına verərsiz, amma sabah sakitləşəndən sonra özünün qaçdığını deyəcək narahat olma”. O, oğluna inanmış və bu səbəbdən Zeynəbi başqa evə, yəni Leylanın qonşusu Natiqənin evinə aparmaq qərarına gəlmişdir. O, Natiqəni Leylanın evinə getdiyi zaman onun qonşusu kimi tanımışdır, münasibətləri yaxşı olmuşdur. O, Natiqəyə oğlunun qız qaçırtdığını və bir gecə evində qalmalarına şərait yaratmasını xahiş etmişdir. O, Natiqəyə qızın öz razılığı ilə qaçdığını bildirmişdir. Natiqə onunla razılaşmış, bundan sonra oğlu X36 evindən çıxarıb Natiqənin evinə gətirmişdir. O isə çıxıb yaşadığı Zeyvə kəndinə getmiş və oğluna demişdir ki, sabah Zeynəbi kəndə öz evlərinə gətirsin. Ertəsi gün, yəni 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Namiq və Zeynəb kəndə yaşadıqları evə gəlmişlər. Həmin vaxt o, X21 evində cinsi əlaqədə olduqlarını öyrənmiş və buna görə də Natiqənin evinə gedərək çarpayının üzərində olan ağ mələfəni götürmüşdür. Evə gəldikdən sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Sonra Zeynəbin anası Xatirədə gəlmişdir. Xatirə qızını aparacağını və onun oğlu ilə evlənməsinə razı olmadığını bildirmişdir. Zeynəb isə demişdir ki: “Anam nə deyirsə odu”. Xatirə qızınıda götürüb getmişdir, Namiqi isə rayon polis şöbəsinə aparmışlar. 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında öz evində olmuşdur. Namiq Zeynəbi kəndə gətirəndən sonra bilmişdir ki, cinsi əlaqədə olublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi qızı Şahid1 oğludur. Əmisi qızı Ziyarət və ailəsi ilə münasibətləri normal olmuş, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs isə Goranboy rayonunun Zeyvə kənd sakini kimi tanımışdır. Zeynəb və sonuncunun ailə üzvləri ilə də heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 11 oktyabr 2020-ci il tarixdə saat təxminən 16 radələrində əmisi qızı Ziyarət ona zəng edərək oğlu Namiqin Zeynəbi qaçırtdığını bildirmiş və evində qəbul etməsini xahiş etmişdir. Telefon danışığı zamanı o, Ziyarətdən Zeynəbin qaçmağa razılığının olub-olmamasını soruşduqda Ziyarət razılığının olduğunu bildirmişdir. Saat təxminən 16:30 radələrində darvazanın qabağında bir avtomobil dayanmışdır. Avtomobildən Zeyvə kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 düşərək Namiqin darvazanı açmağını xahiş etdiyini bildirmişdir. O, darvazanı açmış və Səbuhi avtomobilini həyətə sürmüşdür. Sonra arxa qapıdan Namiq düşərək Səbuhiyə 20 manat pul vermiş, sonra Zeynəbi avtomobildən düşürdüb evə aparmışdır. Bu zaman o, hiss etmişdir ki, Zeynəb narazıdı. Qonaq otağına daxil olduqda görmüşdür ki, Zeynəb kresloda oturub ağlayır. O, Zeynəbə yaxınlaşaraq niyə ağladığını soruşmuşdur. Həmin vaxt Zeynəb güclü həyəcan hissi keçirdiyindən ona cavab verə bilməmişdir. Sonra o, Zeynəbdən öz razılığı ilə qaçdığını yoxsa Namiq tərəfindən zorla qaçırıldığını soruşmuşdur. Zeynəb də evə qayıtmaq istədiyini və Namiqlə evlənmək istəmədiyini bildirmişdir. O, Namiqi həyətə çağırmış və Zeynəbi hansı səbəbdən zorla qaçırtdığını soruşmuşdur. Namiqdə ona demişdir ki: “Zeynəb özü razılığı ilə mənimlə qaçıb, sadəcə olaraq həyəcanlıdı və anasından qorxur, ona görə ağlayır”. O, Namiqə inanmamış və əri Şahid3 zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Telefon danışığı zamanı əri bir qədər sonra evə gələcəyini bildirmişdir. O, Namiqlə həyətdə söhbət edən zaman sonuncun anası Ziyarət də onun evinə gəlmişdir. O, Ziyarətə öz narazılığını bildirib Zeynəbin Namiq tərəfindən zorla qaçırıldığını demişdir. Ziyarətdə həmin vaxt Namiqə əsəbiləşərək bunun doğru olub-olmamasını soruşmuşdur. Namiq isə yenə demişdir ki, Zeynəb öz razılığı ilə qaçıb, sadəcə olaraq həyəcanlıdı, anasından qorxur və utanır, bu səbəbdən ağlayır. Ziyarət evə girib Zeynəbdən öz razılığı ilə yoxsa zorla qaçırıldığını soruşmuşdur. Zeynəb həmin vaxt Namiq tərəfindən zorla qaçırıldığını və evinə qayıtmaq istədiyini bildirmişdir. Sonra onlar yenə həyətə çıxmışlar. Namiq anasını və onu əmin etməyə çalışmışdır ki, Zeynəb utandığı üçün belə deyir. Onlar isə Namiqə Zeynəbin evinə qaytarılmalı olduğunu demişlər. Bir qədər sonra onun əri Cuma evə gəlmişdir. Cuma Namiqə əsəbiləşərək hansı səbəbədən qız qaçırdıb onların evinə gətirdiyini soruşmuşdur. O isə ərinə izah etmişdir ki, Ziyarət ona qızın özünün qoşulub qaçdığını deməsi səbəbindən evlərinə gəlmələrinə icazə vermişdir. Cuma evə girmiş və Zeynəbin ağladığını görüb Namiqə demişdir ki: “götür bu qızıda çıx burdan, xatanı-balanı mənim evimdən uzaq elə”. Bundan sonra Namiqlə Ziyarət qırağa çəkilib nəsə danışmışlar. Sonra Ziyarət onunla sağollaşıb çıxıb getmişdir. Namiqdə Zeynəbin qolundan tutub aparmışdır. Bundan sonra hadisələrin davamı barədə onun heç bir məlumatı olmamışdır. Ziyarətin sözlərindən Namiqin Zeynəbi sevməsini və sonuncu ilə evlənmək istəməsini bilmişdir. X31çırdacağından əvvəlcədən məlumatı olmamışdır. Namiqin Zeynəbi onun evindən çıxardıqdan sonra hara aparması barədə məlumatı olmamışdır. Yalnız hadisədən 2-3 gün sonra o, eşitmişdir ki, onun evindən çıxdıqdan sonra Namiq Zeynəbi onun qonşusu Natiqənin evinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun arvadı Şahid2 əmisi qızı Şahid1 oğludur. Ziyarət və sonuncun ailəsi ilə münasibətləri normal olmuş, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs isə hadisə gününədək tanımamış, sonuncu ilə və ya ailə üzvləri ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 11 oktyabr 2020-ci il tarixdə axşam saat 18-19 radələrində o, işdə olarkən arvadı Leyla ona zəng edərək əmisi qızı Ziyarətin oğlu Namiqin qız qaçırdaraq evilərinə gətirdiyini, lakin qızın Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırılmasından şübhə etdiyini və buna görə də narahatlıq keçirdiyini demişdir. O, işdən evə qayıtmışdır. Həyətə girdikdə görmüşdür ki, Ziyarət Namiq və arvadı Leyla mübahisə edirlər. O, nə baş verdiyini soruşduqda arvadı Leyla ona Namiqin Zeynəbi qaçırdıb evlərinə gətirməsini, Ziyarətin ona Zeynəbin razı olduğunu bildirdiyini, lakin hal-hazırda Zeüynəbin ağladığını və buna görə də narahat olduğunu bildirmişdir. O, Namiqə əsəbiləşmiş və ona problem yaratmamasını bildirmişdir. Namiq ona demişdir ki, Zeynəb öz razılığı qoşulub qaçmışdır. O, qonaq otağına keçmiş və Zeynəbin ağladığını görüb daha da çox əsəbiləşmişdir. O, Zeynəbdən heç nə soruşmadan Namiqə demişdir ki: “götür bu qızıda çıx burdan, xatanı-balanı mənim evimdən uzaq elə”. Bundan sonra o, Ziyarət və Namiqdən evini tərk etmələrini tələb etmişdir. Ziyarət, Namiq və Zeynəb onun evindən çıxıb getmişlər, o da yenidən işə qayıtmışdır. Bir neçə gün sonra oyrənmişdir ki, Ziyarət və Namiq onun evindən çıxdıqdan sonra qonşu Natiqənin evinə gedərək gecə orada qalmışlar. Başqa bu məsələ barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 qonşu Şahid2 əmisi qızı kimi tanımışdır, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır, Təqsirləndirilən şəxs1 isə Ziyarətin oğlu kimi tanımışdır. Zərərçəkmiş şəxs isə hadisə gününə qədər tanımamışdır. 11 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində oğlu Vüqarla birlikdə evdə olarkən darvazanın səsini eşitmişdir. O, həyətə çıxıb darvazanı açmış və Ziyarətin qapının qarşısında dayandığını görmüşdür. Ziyarət ona Leylagilə gəldiklərini, lakin orada yer olmadığından küçədə qaldıqlarını bildirmişdir və ondan bir gecəlik evində qonaq qəbul etməsini xahiş etmişdir. Ziyarət ona bildirmişdir ki, oğlu Namiq kənddən qız qaçırdıb və bir gecəlik burda qalıb səhər kəndə qayıdacaqlar. O, Ziyarətdən qızın razı olub-olmamasını soruşduqda Ziyarət qızın öz razılığı ilə qaçdığını bildirmişdir. O, Ziyarətə yalnız 2 nəfərlik yerinin olduğunu bildirmişdir. Ziyarət isə həmin vaxt ona Namiqlə Zeynəbin qalacağını, özünün isə başqa yerə gedəcəyini bildirmişdir. Onun həyətində 2 tikili vardır. Biri yardımçı tikilidir, ev kimi istifadə olunmuşdur, digəri də özünün tikdirdiyi bir mərtəbəli evdir. O, uşaqları ilə birlikdə köhnə evdə qalır, ona görə də Namiqi və Zeynəbi əsas evdə qonaq etmişdir. O, evin açarlarını Ziyarətə vermişdir. Onlar həyətdə söhbət edən zaman Namiq və Zeynəb gəlmişlər. Namiq Zeynəbi tutub evə aparmışdır. Sonra o, Ziyarətlə sağollaşıb öz qaldığı evə keçmişdir. Ziyarətdə Namiqə və Zeynəbə baş çəkib çıxıb getmişdir. O, səhər saat 05 radələrində yuxudan oyanıb ona təhkim edilmiş ərazini süpürməyə getmişdir. O, işini bitirib evə qayıdanda artıq saat 11 radələri olmuşdur. Həmin vaxt Namiq və Zeynəb artıq evdən getmişdilər. O, Namiqlə Zeynəbin qaldığı otağa keçdikdə çarpayının üzərinə sərilmiş ağ mələfənin üzərində qan olduğunu görmüşdür və Namiqlə Zeynəbin cinsi əlaqədə olduqlarını anlamışdır. Bir qədər sonra Ziyarət gəlib ağ mələfəni büküb aparmışdır və ona yenisini alıb verəcəyini bildirmişdir. O, yalnız bir neçə gün sonra Təqsirləndirilən şəxs1 həbs edilən zaman Zərərçəkmiş şəxs zorla qaçırması barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 həmkəndlilərim kimi tanıyır, sonuncularla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Zeynəbin əmisi qızı Çinarə Zeynalova onunla bir küçədə fərdi yaşayış evində yaşayır. 11 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evdə tək olmuş, həmin vaxt evdə başqa heç kim olmamışdır. Birdən küçədən bərk qışqırıq səsi eşitmişdir. Hər dəyqə evimizdə olarkən küçədən gələn səsi eşitmiş. lakin, bu dəfə elə bir bərk qışqırıq səsi eşitmişdir ki, dərhal evdən çıxıb küçəyə getmişdir. Darvazadan bayıra çıxdıqda yerdə iki ədəd göy çəkələy və “VAZ 2106” markalı, dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin uzaqlaşmasını görmüşdür. Həmin avtomobil yüksək sürətlə getmiş və arxasından toz qalxmışdır. O, avtomobili görəndə təxminən 70- 90 metr uzaqlaşmışdır. O, yerdə olan çəkələkləri götürüb evə keçmişdir. Sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırtmışdır. Həmin məsələni 13 oktyabr 2020-ci il tarixdə həmkəndlilərindən eşitmişdir. O, Zərərçəkmiş şəxs qaçırılmasının bilavasitə görməmişdir, yalnız 11 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində bərk qışqırıq səsi eşidib bayıra çıxmış və görmüşdür ki, yerdə bir cüt göy rəngli çəkələy vardır, “VAZ 2106” markalı avtomobil isə yüksək sürətlə uzaqlaşır. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 12.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarları könüllü surətdə verməsi təklif edildi. Zərərçəkmiş şəxs bildirdi ki, hadisə zamanı əynində olmuş paltarları könüllü surətdə verməyə heç bir etirazı yoxdur. Ona görə də Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq sarı rəngli uzunqol gödəkcə, 1 ədəd göy rəngli uzunqol poluver, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli lifçik, 1 ədəd qırmızı rəngli mayka, 1 ədəd qırmızı rəngli tuman və 1 cüt qırmızı rəngli corab müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürüldü. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 13.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə üzərində cinsi əlaqədə olmaq istədiyi mələfəni könüllü surətdə verməsi təklif edildi. Şahid1 bildirdi ki, həmin mələfəni könüllü surətdə verməyə heç bir etirazı yoxdur və könüllü olaraq mələfəni istintaqa təqdim edir. Ona görə də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə üzərində zorla cinsi əlaqədə olmağa cəhd etdiyi üzərində qanabənzər ləkələr və zədə olan 1 ədəd ağ rəngli mələfə müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürüldü. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 13.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş paltarları könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, paltarları könüllü surətdə verməyə heç bir etirazı yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, cins materialdan olan, üzərində zədə və qanabənzər ləkə olmayan uzunqol gödəkcə, 1 ədəd qara rəngli, üzərində zədə və qanabənzər ləkə olmayan uzunqol köynək, 1 ədəd qara rəngli, cins materialdan olan, üzərində zədə və qanabənzər ləkə olmayan şalvar və 1 ədəd sarı və göy rəngləri olan, üzərində zədə və qanabənzər ləkə olmayan tuman müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürüldü. “Avtomobilə baxış keçirilməsi haqqında” 13.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy rayon prokurorluğunun inzibati binasının yaxınlığında dayanmışdır. Avtomobil ağ(açıq sarı) rəngdə olmaqla 2 ədəd ön, 2 ədəd arxa qapıları vardır. Avtomobilin qapıları örtülü olsa da kilidli deyildir. Avtomobilin qapılarını açaraq salon bölməsinə nəzər saldıqda görünür ki, oturacaqların rəngi qırmızı rənglidir, dəri materialdandır. Ön oturacaqların üzərinə taxta materialdan üzlük keçirilmişdir, sürücü oturacağının üzərində bir ədəd döşəkçə vardır. Sürücü əyləşən oturacağın üst bölməsindəki və sərnişin tərəfdə olan gün işığı əleyhinə olan örtüklərə nəzər saldıqda orada əşya və sənəd aşkar olunmadı. Avtomobilin ön sərnişinin əyləşməsi üçün nəzərdə tutulmuş oturacağının qarşısındakı saxlanc örtülü vəziyyətdədir. Avtomobilin arxa qapılarının şüşələrinə və arxa şüşəyə pərdələr asılmışdır. Baxış zamanı sağ arxa qapının şüşəsində olan pərdənin üzərində bir ədəd dəlik aşkar edilmişdir. Ona görə də avtomobilin hər iki arxa qapılarının şüşüələrində olan pərdələr sökülərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. “Üzləşdirmə haqqında” 31.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırılarkən qışqırmağına və Təqsirləndirilən şəxs1 müqavimət göstərməsinə məhəl qoymadan avtomobili Goranboy şəhəri istiqamətində sürətlə idarə etdiyini, yolboyu Təqsirləndirilən şəxs1 ilə bərabər onun evə qaytarılmasına dair yalvarışlarına fikir vermədiyini, ona “İstəmirsənsə geri qaytarım” sözlərini demədiyini, əksinə onun avtomobilin içində Namiqə müqavimət göstərməsini görüb Namiqə “Ağzından möhkəm sıx, qoy ürəyi getsin səsi çıxmasın” sözlərini dediyini bildirmişdir. “Üzləşdirmə haqqında” 02.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı hadisə günü, yəni 11 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində ona zəng edib yaşadığı kənddəki “Çinar” marketin yanına çağırdığını, onun öz avtomobili ilə Təqsirləndirilən şəxs1 yanına gəldiyini, sonuncunun ona Zərərçəkmiş şəxs ilə bir-birilərini sevdiklərini, lakin Zeynəbin anasının razı olmadığı üçün qoşulub qaçdıqlarını dediyini, Təqsirləndirilən şəxs1 həmçinin ona Zərərçəkmiş şəxs ilə danışıb razılaşdıqlarını, Zeynəbin görünütü üçün səs küy salacağını və onun buna fikir verməyib avtomobili idarə etməsini dediyini, bundan sonra onun və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nənəsinin yaşadığı küçəyə getdiklərini və orada gözlədiklərini, bir qədər sonra Zeynəbin küçə ilə gəldiyini, Təqsirləndirilən şəxs1 ona avtomobili sürüb Zeynəbin yanında saxlamağını bildirdiyini, onun da sürüb Zeynəbin yanında dayandığını, Təqsirləndirilən şəxs1 isə düşüb Zeynəbin qolundan tutaraq avtomobilə əyləşdirdiyini, bundan sonra onun Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Goranboy şəhərində qohum evinə düşürdüb geri kəndə qayıtdığını demiş, Təqsirləndirilən şəxs1 isə onunla razılaşaraq Zərərçəkmiş şəxs zorla qaçırdacağından onun məlumatının olmadığını bildirmişdir. “Üzləşdirmə haqqında” 02.04.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı 11 oktyabr 2020-ci il tarixdə yaşadığı Goranboy rayonunun Zeyvə kəndindən sonuncunun onu zorla qaçıraraq Goranboy şəhərində yaşayan qohumu Şahid2 evinə gətirdiyini, daha sonra isə Şahid4 evinə apararaq 12 oktyabr 2020-ci il tarixdə orada onunla zorla cinsi əlaqədə olmağa cəhd etdiyini, Təqsirləndirilən şəxs2 isə onun qaçırılmasında Təqsirləndirilən şəxs1 kömək etdiyini, Təqsirləndirilən şəxs2 onun zorla qaçırılmasından əvvəlcədən məlumatının olduğunu bildirmişdir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması keçirilmiş və onun ifadəsində göstərdiyi xüsusatlar təsdiq olunmuşdur. Məhkəmə tibbi ekspertizasının 12.10.2020-ci il tarixli 660 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının sıyrığı və sol budun qançırı küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni 11.10.2020-ci il tarixdə kənar şəxs tərəfindən fiziki zor zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, tamdır. Zərərçəkmiş şəxs təbii yolla cinsi əlaqədə olma əlamətləri yoxdur. Qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi əlaqədə olmaq mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcəyində(anal dəliyində) aşkar olunan yara gərginləşmiş kişi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə xarakterikdir, müddəti müayinə olunanın göstərdiyi tarixə, yəni 12.10.2020-ci il tarixə uyğun gələ bilər. Məhkəmə tibbi ekspertizasının 12.10.2020-ci il tarixli 661 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – bədən səthinin çoxsaylı sıyrıqları küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni 12.10.2020-ci il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 14.10.2020-ci il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə trasoloji ekspertizasının 19.11.2020-ci il tarixli 16/715 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus tumanın üzərində olan bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Mələfənin üzərində olan bir ədəd zədə bərk predmetə ilişmə nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Təqdim olunan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 məxsus paltarların, həmçinin avtomobilin arxa pəncərələrinin pərdələri üzərində trasoloji zədə aşkar edilmədi. Zədələrin xarakterini nəzərə almaqla onların əmələ gəlmə mexanizminin müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyil. Materialların məhkəmə ekspertizasının 06.11.2020-ci il tarixli 16/709 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarının, bir ədəd mələfənin, VAZ 2106 markalı, **-BA-*** d.q.n. avtomobilin arxa sağ və sol pəncərələrinin pərdələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tumanın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd tumanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli matira olunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd pulloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd tumanın üzərindən tapılmış tünd-çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd tumanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd mələfənin üzərindən tapılmış tünd-çəhrayı rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd tumanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd mələfənin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd tumanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında təqdim olunmuş 01 ədəd mələfənin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, VAZ 2106 markalı, **-BA-*** d.q.n. avtomobilin arxa sağ və sol pəncərələrinin pərdələrinin səthlərinin üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında VAZ 2106 markalı **-BA-*** d.q.n avtomobilin arxa sağ və sol pəncərələrinin pərdələrinin tərkib liflərindən yoxdur. Maddi sübutların ekspertizasının 16.12.2020-ci il tarixli 801/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu o alfa, beta/İ/-dir. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu A beta(H)/İİ/-dir. Ekspertizaya təqdim edilmiş mələfə, Zərərçəkmiş şəxs məxsus gödəkçə, tuman üzərində insan qanı aşkar edildi. Bu qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni o alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan 0 alfa,beta /İ/ qruplu bir şəxsə, o cümlədən ABO sitemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus gödəkçə, şalvar(kəmər ilə), uzunqol jaket, tuman və Zərərçəkmiş şəxs məxsus şalvar, bustqalter, qolsuz mayka, uzunqol kofta, bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15.03.2021-ci il tarixli 137/38 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir.Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır(keçirməmişdir). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15.03.2021-ci il tarixli 138/39 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı Dissosial tipli şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs1 Dissosial tipli şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma(kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır(keçirməmişdir). Goranboy Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 28.01.2021-ci il tarixli 257 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Nəsirov X12 Rayon Mərkəzi xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb, onkoloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmırlar. Goranboy rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Nəsirov X12 rayon Zeyvə kəndində atası X18, anası X22, həyat yoldaşı X5, övladları X23, X19 və X24 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Goranboy rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Talışlı X13 rayon Zeyvə kəndində atası X20, anası Şahid1, qardaşları X9 və X10 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 şəkərli diabet xəstəsidir. AZ-İ № 880241saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X5 arasında 14.11.2013-cü il tarixdə nikah bağlanmışdır. AZ-İİ № 652365 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X24 12.03.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X2r. Azərbaycan Respublikası Medafiə Nazirliyi Hərbi Poliklinikasının 19.11.2020-ci il tarixli arayışından görünür ki, X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. № 1-5415 saylı vəsiqənin surətindən görünür ki, X10 44 günlük Vətən müharibəsində “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 12.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 14.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Goranboy Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 12.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 03.04.2021-ci il tarixli qərardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq sarı rəngli uzunqol gödəkcə, 1 ədəd göy rəngli uzunqol poluver, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli lifçik, 1 ədəd qırmızı rəngli mayka, 1 ədəd qırmızı rəngli tuman, 1 cüt qırmızı rəngli corab, onun qan və dırnaq nümunələri, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, cins materialdan olan uzunqol gödəkcə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli, cins materialdan olan şalvar, 1 ədəd sarı və göy rəngləri olan tuman, onun qan nümunəsi, 1 ədəd ağ rəngli mələfə və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa yan pəncərələrinin pərdələri Goranboy rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 03.04.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Şahid2 və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 11.01.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 12.02.2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 02.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Talışlı X14 Zeynəb Tahir qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, eləcə də digər Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla qaçırmasından məlumatının olmamadığını, Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs ilə bir-birilərini sevməsinə və qarşılıqlı razılıq əsasında qaçmalarını, Zərərçəkmiş şəxs kəndin içində görünütü xatirinə səs-küy salacağını dair göstərdiyi xüsusatları qeyd edsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 144.2.3, 29,149.1 və 150.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3, 29,149.1 və 150.1-ci maddələri və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, özünün “Dissosial tipli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkməsini, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, şəkərli diabet xəstəsi olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin xarkterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, özünün “Dissosial tipli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkməsini, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasını təyin eməyi, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, şəkərli diabet xəstəsi olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 14.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Goranboy Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Goranboy rayon prokurorluğunun 12.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs2 14 oktyabr 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət 03 (üç) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Goranboy rayon prokurorluğunda saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq sarı rəngli uzunqol gödəkcə, 1 ədəd göy rəngli uzunqol poluver, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli lifçik, 1 ədəd qırmızı rəngli mayka, 1 ədəd qırmızı rəngli tuman, 1 cüt qırmızı rəngli corab, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, cins materialdan olan uzunqol gödəkcə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli, cins materialdan olan şalvar, 1 ədəd sarı və göy rəngləri olan tuman, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli,eləcə də zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qan və dırnaq nümunələri, Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi, 1 ədəd ağ rəngli mələfə və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa yan pəncərələrinin pərdələri dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 96 (doxsan altı) manat 30 (otuz) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 29,149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 oktyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Goranboy rayon İcra və X16 həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilən və Goranboy rayon prokurorluğunda saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq sarı rəngli uzunqol gödəkcə, 1 ədəd göy rəngli uzunqol poluver, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı rəngli lifçik, 1 ədəd qırmızı rəngli mayka, 1 ədəd qırmızı rəngli tuman, 1 cüt qırmızı rəngli corab, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, cins materialdan olan uzunqol gödəkcə, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli, cins materialdan olan şalvar, 1 ədəd sarı və göy rəngləri olan tuman, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qan və dırnaq nümunələri, Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi, 1 ədəd ağ rəngli mələfə və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa yan pəncərələrinin pərdələri dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 96 (doxsan altı) manat 30 (otuz) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar