Məhkəmə qərarları › İş №1(100)-35/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-35/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-35/2023 22.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bərdə şəhəri, R.Rza küçəsi ev 13-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Səttarxan küçəsi nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Bərdə rayonunun Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlanan ticarət obyektində, X40 məxsus kişi paltarları mağazasının yaxınlığında adamların gur toplaşdığı yerdə orta dərəcəli sərxoşluq vəziyyətində heç bir əsaslı səbəb olmadan obyektdə olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib obyektə alış-veriş etmək üçün gələn müştərilərin rahatlığını və dincliyini, obyektin normal iş fəaliyyətini pozmaqla, Zərərçəkmiş şəxs2 onun bibisi X1 qarşı yumruğunu qıcadığını cüzi səbəb kimi göstərək, Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozaraq sonuncu ilə dava-dalaş edərkən, mənfi nəticələrin baş verəcəyini qabaqcadan görərək aralarına girməklə müdaxilə edib onun qanunsuz əməllərdən ibarət olan aktiv hücumunun qarşısını almağa çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan cibindən çıxartdığı istintaqa məlum olmayan deşici-kəsici alətlə (bıçaq ilə) döş qəfəsinin sağ ön divarından qəsdən bir dəfə vuraraq sağ tərəfli hemopenvmotoraksla müşayiət olunan diafraqmanın və qara ciyərin sağ payının zədələnməsi ilə döş qəfəsinin sağ ön divarından daxilə keçən torakobdominal kəsilmiş-deşilmiş yaralanması ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuş, sonradan isə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan öz qərəzli hərəkətlərini davam etdirib həmin alətlə silah qismində istifadə olunan əşya kimi istifadə edərək Zərərçəkmiş şəxs2 sol əlindən bir dəfə qəsdən vuraraq sonuncuya sol əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, İİİ barmağının İİ-İİİ falanqasının ovuc səthinin, sol əlin İV barmağının İİİ falanqasının ovuc səthinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş yeni ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 10 radələrində idarə etdiyi qara rəngli “VAZ 21015” markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə anası Aygün, arvadı Aysel, qaynanası Ceyhunə, dayısı qızı Mədinə və qaynı Canpolad ilə birlikdə Bərdə rayonunun Güloğlular kəndində yerləşən təzə bazar adlanan ticarət obyektinə paltar almağa getmişdir. O, avtomobili ilə təzə bazarın 2-ci girişindən bazara daxil olub, bir qədər irəlilədikdən sonra avtomobilini yolun sağ tərəfində paltar mağazasının qarşısında saxlamışdır. Onlar birlikdə alış-veriş etdikdən sonra avtomobilə tərəf hərəkət etmişlər. Avtomobilin yanına çatanda mağazanın sahibinin narazı olduğunu, onlarla kobud danışdığını görmüşdür. Qadınlar avtomobilə əyləşdikdən sonra o, sonradan adının Rəşad olduğunu öyrəndiyi şəxsə “görüşərik”demiş və oradan kənarlaşmışdır. Həmin şəxs isə cavabında “gözləyirəm gəl”-demişdir. O, evə gəldikdən sonra atası Samir onun əsəbi olduğunu görüb, avtomobili ondan almışdır. O, dayısı Vasifin yaşadığı küçənin yuxarı tərəfi ilə piyada hərəkət etmiş, bu anda İntiqam Abidov idarə etdiyi qırmızı rəngli “VAZ 21011” markalı avtomobil ilə onun yanında saxlamışlar. İntiqam ondan hara getdiyini soruşmuşdur. O, İntiqama şəhərə getdiyini demişdir. İntiqam ondan kafeyə gedib-getməyəcəyini soruşduqda İntiqamla razılaşıb avtomobilə əyləşmişdir. O, avtomobildə olan zaman Turan, İntiqam, və Adil ləqəbli Nofələ “Təzə Bazar” adlı bazarda qolbağını itirdiyini demiş və avtomobili “Təzə Bazar”`a sürməsini xahiş etmişdir. Təzə bazara getməkdə məqsədi, Rəşaddan nə səbəbə qaynanası Ceyhunəyə əl qaldırmasını soruşmaq olmuş, lakin o, məqsədini avtomobildə olan şəxslərə deməmişdir. Onlar təzə bazara çatanda Rəşadın atası Sədi onu görən kimi ünvanına nalayiq ifadələr işlətmişdir. O, Rəşadı yanına gəlməsi üçün səsləmiş və Rəşad ilə söhbət etmək istəmişdir. Bu zaman adının sonradan Rahib olduğunu öyrəndiyi şəxs qardaşı Turan Abdullayevin üzərinə gələrək Turanı yerə yıxmışdır. O, həmin şəxsə: “qardaşının ayağı yeni əməliyyat olunub, onu vurmayın deyə qışqırmışdır. Sonra çoxlu sayda insan onun, qardaşı Turanın, dayısı oğlu Nofəl və qayını İntiqamın üzərinə düşərək onları yumruq və təpiklərlə vurmağa başlamışlar. O, özünü müdafiə etmək üçün cibindən bıçaq çıxarmışdır. Rəşad onun əlindən bıçağı almaq istəmişdir. Bu zaman o, sol əli ilə bıçağın ucundan tutaraq özünə tərəf dartmışdır. Ətrafa toplaşmış insanların vasitəsilə mübahisə sakitləşmişdir. O, qardaşını yerdən götürüb, maşına əyləşdirmiş və yaşadığı evə yollanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 necə xəsarət almasını görməmişdir. Zərərçəkmiş şəxs1 aldığı xəsarəti o, Şükrüyə yetirməmişdir. Hadisə zamanı onun əynində qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar olmuşdur. Hadisə zamanı sağ gicgah nahiyəsindən xəsarət almışdır. Həmin xəsarəti ona Rəşad adlı şəxsin yetirmişdir. O, Zərərçəkmiş şəxs1 bıçaqla vurmamışdır. Lakin Rəşada xəsarəti o, yetirmişdir. Rəşad onun əlindən bıçağı almaq üçün bıçağın ucundan tutub özünə dartmışdır. Bu zaman bıçaq Rəşadın sol əlinin barmaqlarını kəsmişdir. Hadisə vaxtı ətrafa xeyli sayda insan toplaşmışdır. Lakin həmin insaların kim olmasından xəbəri olmamışdır. Onun Rəşad ilə münasibətlərini aydınlaşdırmaq istədiyini heç kimin xəbəri olmamışdır. Onun üzərində bıçaq olmasından heç kimin xəbəri olmamışdır. O, cib bıçağını Bərdə rayonunun Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə bazar adlı bazarda xatırlamadığı şəxsdən almışdır. O, hadisədən sonra bıçağı dava-dalaş olan bazarda xatırlamadığı yerə atmışdır. O, hadisədən əvvəl xaş ilə spirtli içki qəbul etmişdir. Onun Rəşad adlı şəxs ilə dalaşaraq Rəşadı bıçaqla vurmaq niyyətinin olmasından heç kimin xəbəri olmamışdır. O, dava-dalaş zamanı Şükrünü vurmamışdır. Hadisə zamanı o və Rəşad dava-dalaş etmiş, lakin dava-dalaş zamanı qardaşı Turana Rahib adlı şəxs xəsarət yetirmişdir. Ona isə xəsarət yetirən şəxs Rəşad olmuşdur. Dava-dalaş zamanı oraya bazarda alış veriş edən şəxslər və mağaza sahibləri yığışaraq onu və Rəşadı aralamaq istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, icarə əsasında Bərdə rayonunun Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlı bazarda mağaza işlədərək parça satmaqla məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Tağı ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Sədi İmanov, Rahib İmanov və Zərərçəkmiş şəxs2 5-6 ildir ki, tanıyır, Sədi, Rahib və Rəşad onun işlətdiyi mağazanın yaxınlığında kişi paltarları satmaqla məşğuldurlar. Onun Sədi, Rahib və Rəşad adlı şəxslərlə çox yaxşı münasibəti vardır. 12 iyun 2021-ci il tarixdə saat 07 radələrində o, işlətdiyi mağazaya gələrək həmin mağazanı açmış və fəaliyyətə başlamışdır. Həmin gün sakitçilik olmuş, alveri zəif olmuşdur. Saat 14 radələrində o, mağazada olarkən səs-küy eşitmişdir. O, bazarda yanğın hadisəsinin yenidən baş verməsini düşünüb, səsə tərəf qaçaraq getmişdir. O, Sədigilin mağazasının yaxınlığına çatdıqda xeyli sayda adamın oraya toplandığını görmüşdür. O, kütlənin içərisinə daxil olduqda bir neçə nəfərin dava-dalaş etməsini müşahidə etmişdir O, dərhal dava-dalaş edən şəxsləri ayırmaq üçün kütləni kənara itələmişdir. Bu zaman anidən gözünün qaralmasını görmüşdür. Gözü qaraldıqda əynində olan köynəyi yuxarı qaldırmış və sinə nahiyəsindən qan axdığını görmüşdür. O, müvazinatını itirib yerə yıxılmış, bu zaman sağ əlindən xəsarət almışdır. O, yerə yıxıldıqdan sonra tanımadığı şəxslər onu xəstəxanaya aparmışdır. Xəstəxanaya çatdıqdan sonra o, müalicə almışdır. Sonradan ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş, belə ki, Tağı adlı şəxs idarə etdiyi avtomobili düzgün yerdə park etmədiyinə görə Rəşadla dava-dalaş etmiş, o da dalaşan şəxsləri aralayarkən Tağı əlində olan bıçaqla onu vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə hər hansı bir mübahisi olmamışdır. O, dava-dalaş edən şəxsləri araladığı üçün Təqsirləndirilən şəxs onu bıçaqla hər hansı bir səbəb olmadan bıçaqla onu vurub xəsarət yetirmişdir. Ona döş qəfəsinin sağ ön divarının daxil keçən kəsilmiş-deşilmiş yarasını Təqsirləndirilən şəxs bıçaqla vuraraq xəsarət yetirmiş, sağ əlin İİ daraq sümüyünün sınığı, sol bazunun içəri səthinin sıyrığı xəsarətləri isə o, özü yerə yıxıldıqda kənar təsir olmadan almışdır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında mübahisə Bərdə rayonu Güloğlular kəndində yerləşən fermada 6-7 dəqiqə müddət ərzində baş vermişdir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında mübahisə baş verərkən orada bazarda işləyən şəxslər və həmçinin bazara alış-veriş üçün gələn şəxslər olmuşdur. O, həmin şəxsləri xatırlamırdır. Onu Təqsirləndirilən şəxs bıçaq ilə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu vurduqdan sonra yenidən onu vurmaq imkanı olmuş, lakin Təqsirləndirilən şəxs onu yenidən bıçaq ilə vurmamışdır. Hadisə zamanı o, Təqsirləndirilən şəxs və ya digər hər hansı bir şəxsi əli və ya digər predmet ilə xəsarət yetirməmişdir. Əlavə olarq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Güloğlular kəndində yerləşən, atası Sədi İmanova məxsus paltar mağazası satılan mağazada paltar alveri edərək dolanır. 12 iyun 2021-ci il tarixdə, saat 10 radələrində qara rəngli “VAZ 21015” avtomobil bizə məxsus mağazanın giriş hissəsində saxladığı üçün atası Sədi həmin avtomobilin sürücüsündən avtomobili bir qədər kənara çəkməsini xahiş etmişdir. Həmin avtomobilin arıq və balaca boy cüssəli, əynində qırmızı rəngli ay ulduzlu kofta olan şəxs atası Sədinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin sürücünün yanında 3 nəfər qadın olmuşdur. Həmin qadınlar da atası və onların ünvanına nalayiq ifadələr işlətmişilər. Səs-küyə ətrafa yığışan qonşuluqda satıcı işləyən şəxslər araya girdikdən sonra həmin şəxslər avtomobilə əyləşib çıxıb getmişlər. Avtomobilin sürücüsü gedərkən onu hədələyərək “gözlə burda gələcəm”-sözlərini demişdir. Təxminən 2 saat sonra saat 14 radələrində o, mağazada müştəri yola salmışdır. Birdən mağazanın qarşısında dayanmış 4 nəfər onu çölə çağırmışdır. O, müştərini yola saldıqdan sonra çölə çıxacağını bildirmişdir. Həmin şəxslər nalayiq ifadələr işlətdiyi üçün o, əsəbləşib mağazadan çölə çıxmaq istəmişdir. Atası Sədi və qardaşı Rahib onu çölə çıxmağa qoymamışlar. Atası ilə qonşu mağazada işləyən Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığı 4 nəfər şəxsdən çıxıb getmələrini bildirmişlər. Həmin şəxslərdən adının sonradan Tağı olmasını bildiyi şəxs atasına və Şükrünü söyüş söyərək təhqir etmişdir. Bu zaman mübahisə yaranmışdır. Ətrada xeyli sayda insanın toplaşdığını görüb, o da mağazadan çıxmışdır. Adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onunla dalaşmağa başlamışdır. Şükrü onu və Tağını aralamaq istədikdə Tağı adlı şəxs Şükrünü əvvəlcə yumruqla vurmuşdur. Daha sonra şalvarının cibindən çıxardığı bıçaqla döş qəfəsinin sağ tərəfindən bir dəfə vurmuşdur. Tağı Şükrünü bıçaqla vurduqdan sonra ona tərəf gəlməyə başlamışdır. Onu bıçaqla vurmaq istəyəndə o, əlini qabağa verib, sol əli ilə bıçağın ağzından yapışmışdır. Tağı həmin vəziyyətdə bıçağı hərəkət elətdirmişdir. Tağı sol əlinin qanadığını görüb, bıçağı əlindən yerə atmışdır. Daha sonra ətrafa toplaşan insanlar araya girərək mübahisəni sakitləşdirmişlər. O, Şükrüyə yaxınlaşmış, Şükrünün sağ döş qəfəsi nahiyəsi qanamasını görmüşdür. Dərhal adını bilmədiyi təzə bazarda taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli “VAZ 2107” markalı avtomobili saxladıb, Şükrünü avtomobilə əyləşdirmişdir. O, özü də arxa oturacaqda Şükrünün yanında oturmuşdur. Taksi onları Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs1 isə əməliyyat olunmasından ötrü reanimasiya şöbəsinə qaldırmışlar.Həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən qabaq səhər saat 10 radələrində idarə etdiyi “VAZ 21015” markalı avtomobili mağazasının qabağında saxlamasına görə atası Sədi Tağıya irad bildirmişdir. Tağı və yanındakı 3 nəfər xanım onun və atasının ünvanına nalayiq ifadələr işlədə-işlədə çıxıb getmişlər. Yenidən saat 14 radələrində Tağı və yanında olan 3 nəfər şəxslərlə birlikdə mağazaya gələrək ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt atası mübahisəmin böyüməsinə imkan verməmişdir. Tağı qonşuluqda satıcı işləyən şəxslərində ünvanına nalayiq ifadə işlətmişlər. Həmin vaxt mübahisə böyümüşdür. Mübahisə zamanı Tağı və o dalaşan Tağını aralamaq istəyən Şükrünü Tağı bıçaqla vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı o, Tağının əlindəki bıçağı almaq istəyərkən sinəsindən itələmişdir. Hadisə vaxtı orada atası Sədi, qardaşı Rahib, Şükrü və ətrafda olan mağazalarda işləyən şəxslər orada olmuşlar. Tağı məni səbəbsiz yerə bıçaqla vurmaq istəmiş, o, əlini qabağa eləmiş, bıçağın ucundan tutub Tağının əlindən yerə salmış. Tağının onu öldürmək məqsədinin olub-olmadığını bilmir. Həmin vaxt bıçağın ucundan tutduğu üçün o, bıçağı dəqiq görməmişdir. Hadisə zamanı davanı Təqsirləndirilən şəxs başlamış və onunla dava-dalaş etmişdir. Tağının yanında gələn şəxslərdən Turan adlı şəxs sonradan qardaşı Rahib ilə dava-dalaşa qoşulmuşdur. Əlavə olarq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X58 öz ifadəsində göstərmişdir ki, atası Sədi İmanovun adına Bərdə rayonu Güloğlular kəndində yerləşən Təzə bazar adlanan ticarət obyektində 2-ci qapidan giriş istiqamətində sağ tərəfdə paltar mağazası var. O, qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə mağazada işləyirlər. Həmin mağazada kişi paltarlarının alveri ilə məşğul olurlar. Zərərçəkmiş şəxs1 qonşuluqda yerləşən mağazada müxtəlif növ parça alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. 12 iyun 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli VAZ 21015 markalı avtomobili onlara məxsus mağazanın qarşısında saxlayaraq paltar almağa getmişdir. Bir müddət sonra qadın və yanında az yaşlı uşaq avtomobilə yaxınlaşmışdır. Atası Sədi həmin xanıma səslənərək, avtomobili kənara çəkməsini xahiş etmişdir. Həmin xanım nalayiq ifadələr işlətməyə başlamışlar. Qardaşı Zərərçəkmiş şəxs2 həmin xanıma “yaşlı başlı qadınsan niyə söyüş söyürsən?”-sözlərini demişdir. Həmin qadın qardaşı Rəşadın kürək nahiyəsinə şapalaq vurmuşdur. Elə həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmıdşır. Tağı qardaşı qadın ilə Rəşadın mübahisə eləməsini anlamışdır. Ona görə Tağı qardaşımın üzərinə doğru gəlmişdir. Ətrafa toplaşmış insanların köməkliyi ilə Tağını avtomobilinə əyləşdirmişlər. Tağı avtomobilin sol qabaq qapısında gizlətdiyi mətbəx bıçağını götürüb, üzərinə gəlmək istəmişdir. Ətrafdakı insanların köməkliyi ilə Tağını avtomobilinə yenidən əyləşdirmişlər. Tağı avtomobilin qabaq pəncərəsindən qardaşı Rəşada “gözlə gəlirəm”deyib çıxıb getdi. Həmin tarixdə saat 14 radələrində mağazada müştərilərə xidmət etmişlər. Tağı yanında 3 nəfər ilə birlikdə mağazanın girişində qardaşı Rəşadı çölə çağırmışlar. Atası Sədi çölə çıxaraq Tağı gilə “gedin rədd olun burdan dava yeri deyil”demişdir. Həmin vaxt qonşuluqda olan mağazaların satıcıları səs küyə yığışmışlar. Zərərçəkmiş şəxs1 də həmin şəxslərin içərisində olmuşdur. Şükrü Tağıya yaxınlaşaraq “çıxın gedin burdan”-demişdir. Tağı və yanında gətirdiyi şəxslər Şükrünün üzərinə hücum edərək yumruq və təpiklərlə vurmağa başlamışlar. Bu zaman o, qardaşı Rəşad, atası Sədi və digər şəxslərlə birlikdə mübahisəyə qoşulmuşlar. Mübahisə zamanı Tağı cibindən çıxardığı tiyəsi uzun bıçaq ilə Şükrünün sağ böyür hissəsindən bir dəfə zərbə endirmişdir. Şükrü böyrün tutaraq yerə oturmuşdur. Daha sonra Tağı Rəşadı da bıçaqlamaq istəyərkən, qardaşı Rəşad əlini qabağa verərək Tağının əlindəki bıçağın tiyəsindən tutaraq almaq istəmişdir. Tağı bıçağı müqavimət göstərərək vermək istəməmişdir. Ona görə də Tağı qardaşı Rəşadın əlinə xəsarət yetirmişdir. X62 ifadəsində göstərmişdir ki, hadisə Bərdə rayon Mirzəxan kəndinin ərazisində 12 iyun 2021-ci il tarixdə il tarixdə saat 14 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən Təzə bazar adlanan obyektdə onlara məxsus mağazanın yaxınlığında baş vermişdir. Hadisə zamanı orada o, qardaşı Rəşad, atam Sədi, Şükrü və qonşuluqda olan mağazaların satıcıları həmçinin, sonradan adını bildiyi qırmızı rəngli kofta geyinmiş Tağı, Sarı rəngli kofta geyinmiş İntiqam, Adil və Turan olmuşdur. Hadisə zamanı o, heç kimi vurmamış və heç kimin ünvanına söyüş və ya nalayiq ifadələr işlətməmişdir. O, Tağının mübahisə zamanı döyülməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X59 şahid qismində dindirilmiş X58 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 12 iyun 2021-ci il tarixdə saat 12 radələrində yuxudan durduqda arvadı Aygün ona Tağının səhər bazarda mübahisə etməsini demişdir. O, bundan sonra evdə oturub televizora baxmışdır. Bir müddət sonra Tağı evdən getmişdir. O, isə televizora baxarkən evə Tağı, Turan, İntiqam və Canpolad gəlmişlər. Tağının sifəti qan olmuşdur. O, Tağıgilə əsəbləşmiş və Tağını danlamışdır. Tağı onun sözlərindən sonra evdən getmişdir. O, isə Tağını tapmaq üçün qardaşıgilə getmişdir. O, evdən çıxdıqdan sonra Aygün ona zəng edərək Turanın ayağının sınmasını bildirmişdir. O, dərhal evə qayıdıb Turanı xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən Tağıgilin dava etdiyi şəxsləri görmüş və həmin vaxt xəstəxanada olan tanımadığı mühafizəçi ona Tağıglin davadalaşında bıçaqlaşma olmasını demişdir. O, bundan sonra Tağının Təzə Bazarda mübahisə etməsini və mübahisə zamanı bıçaqla Rəşadı vurmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsi və qardaşı oğludur. 12 iyun 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “VAZ 21015” markalı avtomobil ilə Bərdə rayonu Güloğlular kəndində yerləşən təzə bazara paltar almağa getmişlər. Avtomobildə qardaşı arvadı Aygün, qızı Aysel, qardaşının nişanlı gəlini Mədinə və oğlu Canpolad olmuşdur. Təzə bazarın 2-ci qapısından bazara daxil olub, bir qədər irələlikdən sonra Tağı avtomobilini yolun sağ tərəfində mağazanın qarşısında saxlamışdır. Onlar paltar mağazalarının gəzdikdən sonra o, avtomobilə hamıdan qabaq yaxınlaşmışdır. Avtomobilin dayandığı mağazadan bir nəfər orta yaşlı şəxs çıxaraq, avtomobilin sürücüsünün ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Bu zaman o, də həmin kişinin ünvanına nalayiq küçə söyüşü söymüşdür. Həmin şəxsin oğlu Zərərçəkmiş şəxs2 onun üzərinə gələrək yumruğunu onun üzünə yaxınlaşdıraraq “sifətini dağıdaram”-demişdir. O, isə şillə ilə Rəşadın üz nahiyəsinə bir dəfə vurmüşdur. Daha sonra ətrafa yığışan insanlar onları aralaşdırmışdır. Tağı, Aygün, Aysel və Mədinə ilə birlikdə avtomobilə yaxınlaşmışdır. Onun əsəbi olduğunu görüb, Tağı Rəşada “gözlə bunları düşürdüb gəlirəm”-demişdir. Rəşad da cavabında gəl gözləyirəm demişdir. Daha sonra Tağı bizi yaşadığı ünvana gətirmişdir. Həmin tarixdə saat 15 radələrində oğlu Canpolad ona Tağı, Adil, Turan və İntiqamın təzə bazarda dalaşdıqlarını, Tağının 2 nəfərə bıçaqla xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X41 şahid qismində dindirilmiş X4 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X52, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atası Sədi İmanovun işlətdiyi mağazada işləyir. Zərərçəkmiş şəxs1 da qonşuluqda yerləşən mağazada müxtəlif növ parça alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində mağazada müştərilərə xidmət etmişdir. Sədi İmanovun mağazasının qarşısında Sədinin səsi gəlmişdir. Sədi İmanov 4 nəfəri mağazanın içərisindən çıxarmışdır. Həmin şəxslər Sədinin oğlu Rəşadın ünvanına nalayiq ifadələr işlətmişlər. 4 nəfərin içərisində 1 nəfəri “söyüş söyməyin”-demişdir. Elə bu zaman Rəşad və Rahib mağazadan çıxıb 4 nəfərə yaxınlaşmışlar. Yumruq və təpiklərlə dava-dalaş başlamıdır. Şükrü və bazarda işləyən çoxlu sayda şəxslər mübahisəyə qoşulmuşlar. Şükrü mübahisə edənlərə dalaşmağı düzgün hərəkət olmadığını demişdir. Adının sonradan Tağı olduğunu bildiyi şəxs əlindəki bıçağı sağa sola hərləmişdir. O, hadisə zamanı mübahisə edən şəxsləri aralaşdırmışdır. Həmin vaxt Şükrünün qarın nahiyəsinin qanadığını görmüşdür. Təqsirləndirilən şəxs Şükrünün qarın nahiyəsindən bıçaqla vurmasını, bunu görən Rəşad Tağıya yaxınlaşmasını, Tağı Rəşadı bıçaqla vurmaq istəyəndə Rəşad Əlini qabağa verməsini, bu zaman bıçaq Rəşadın sol əlinin içinin kəsilməsini öyrənmişdir. X48 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində xəsarət almamışdır. Heçkimlə də mübahisə edib dalaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X26 və X12 şahid qismində dindirilmiş X52 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs da əvvəllər tanımamışdır. O, X42 uzun müddətdir tanıyır. O, dəfələrlə Sədinin mağazasından nisyə paltar götürmüşdür. Mağazada da oğlu Rəşadı 1-2 dəfə görmüşdür. 12 iyun 2021-ci il tarixdə saat 10 radələrində Sədinin mağazasında özünə paltar almışdır. Sədinin mağazasının qarşısında qara rəngli VAZ 21015 markalı avtomobil dayanmışdır. Həmin avtomobilin orda dayanmasına görə Sədi ilə bir qadın mübahisə etmişlər. Daha sonra daha bir nəfər Sədinin yanına yaxınlaşmışdır. Ətrafa toplaşmış insanlar həmin şəxsləri avtomobilə əyləşdirmişlər. Sürücü sürüb gedən ərəfədə Sədinin oğluna “gözlə gələcəm”-sözlərini demişdir. O, paltar aldıqdan sonra çıxıb yaşadığı ünvana getmişdir. Sonradan o, çıxıb getdikdən sonra Sədinin mağazasının yaxınlığında dava-dalaş olmasını eşitmişdir. Mübahisə zamanı Sədinin oğlu Rəşadın əlinə bıçaqla xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X43 və X32 şahid qismində dindirilmiş X31 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində İntiqam Abidovun idarə etdiyi qırmızı rəngli “VAZ 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Zəfəran” aptekdən dərman almışlar. Daha sonra yaşadığı ünvana qayıdıb, bibisi Ceyhunəni və bibisi oğlu Canpoladı evə düşürtmüşlər. O, həmin vaxt evə getmək istəyəndə İntiqam ona avtomobilin rolunu dəyişdirməyə getdiyini, onun da birlikdə ustaya getməyi təklif etmişdir. Yaşadığı küçə ilə hərəkət edərkən yolda qardaşı Tağını və dayısı oğlu Nofəli görmüşlər. Tağı İntiqamdan hara getdiklərini soruşmuşdur. İntiqam Tağıya idarə etdiyi avtomobilin rolunu dəyişdirməyə getdiyini bildirmişdir. Tağı və Nofəl avtomobilə əyləşmişlər. Biz yolda hərəkətdə olarkən qardaşı Tağı İntiqama “qolbağım səhər təzə bazarda itib, sür gedək axtaraq”-demişdir. Onlar təzə bazara çatıb, avtomobildən enmişlər. Həmin vaxt İntiqam Canpolada “hansı oğlan idi anama yumruq qıcayan”-demişdir. Həmin vaxt onlar sonradan adının Rəşad olduğunu öyrəndiyi Rəşad adlı şəxsə yaxınlaşmışlar. Rəşad mağazanın qarşısında dayanmışdır. Tağı Rəşada “bir dəqiqə olar səni”-demişdir. Rəşad Tağıya “səbrli olun alver edirəm, indi gəlirəm”-demişdir. Rəşad mağazaya girən kimi Rəşadın atası Sədi çölə çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. X70 “ağzının danışığını bil, bu nə sözdü işlədirsən”-demişdir. Rəşad və adını bilmədiyi qardaşı mağazadan çölə çıxmışlar. Tağı ilə Rəşad sözlə mübahisə edirmişlər. Bu zaman qırmızı koftalı, arıq və uzun bədən quruluşlu adını bilmədiyi, əvvəllər tanımadığı şəxs təpiklə qarın nahiyəsindən zərbə endirmişdir. Daha sonra xeyli sayda insan onların üzərinə düşərək döyməyə başlamışlar. Dava dalaş zamanı görmədiyi şəxs onu arxadan boynundan sıxaraq yerə yıxmışdır. Daha sonra təxminən 9 nəfərə yaxın şəxslər onu yerdə yumruq və təpiklərlə xəsarət yetirmişlər. Hadisə zamanı o, alın, sol topuq, sol ayağının bud nahiyələrindən xəsarət almışdır. Bundan başqa həmin şəxslər onu döyərkən qəfildən bir nəfər 40-50 yaşların bir şəxs mişar daşını ona tərəf atmışdır. Həmin “kubik” onu sol bud nahiyəsindən dəymişdir. Bu zaman İntiqam qışqıraraq “hara atırsan onun ayağında mil var”-sözlərini demişdir. Sonra İntiqam onu avtomobilə gətirmişdir. Daha sonra biz yaşadığı ünvana gəlmişlər. Atası Samir onu Bərdə RMX-na gətirmişdir. Xəstəxanada olarkən ona qardaşı Tağının bıçaqla əvvəllər tanımadığı şəxslərə xəsarət yetirməsi məlum olmuşdur. X25 ifadəsində göstərmişdir ki, mübahisənin səbəbi 12 iyun 2021-ci il tarixdə saat 10 radələrində Rəşadın Ceyhunə ilə mübahisə etməsi, mübahisə zamanı yumruğunu qıcaması olmuşdur. Mübahisə zamanı ətrafa xeyli sayda şəxslər toplaşmış və mübahisə böyümüşdür. Hadisə zamanı o, tanımadığı 1 nəfər şəxs yumruq təpiklərlə vuraraq xəsarət yetirmişdir. Həmçinin 40-50 yaşların bığı olan şəxs ona tərəf mişar daşını atmaq istəmiş lakin atmamışdır. Sonradan ona xəsarət yetirən şəxsin adı Rahib olması məlum olmuşdur. Mübahisə zamanı ərtafa xeyli sayda insan toplaşmışdır. O, Tağının bıçaqla Rəşad və Şükrüyə xəsarət yetirməsini sonradan xəstəxanada olarkən öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X9 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, X23 öz ifadəsində göstərmişdir ki, adı Nofəl olsa da bütün tanışları onu “Adil” deyə çağırır. Yetkinlik yaşına çatmadığı üçün atasi Vasif Abdullayevin iştirakı ilə ifadə verir. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında münaqişə və nifaq olmamışdır. 12 iyun 2021-ci il tarixdə saat 12-13 radələrində o, evdə Tağı ilə olarkən qardaşı Canpolad, İntiqam və Turan yanına gəlmişdir. O, Tağı, Turan, Canpolad və İntiqam avtomobil ilə Füzuli küçəsində ilk olaraq kafeyə getmişlər. Lakin kafeyə daxil olmadan Tağı qolbağının səhər bazarda olan mübahisəyə görə itməsini və qolbağını tapmaq üçün bazara getməyi demişdir. Bundan sonra o, Tağı, Turan, Canpolad və İntiqam Bərdə rayonu Güloğlular kəndində yerləşən bazara getmiş və saat 14 radələrində bazara çatmışlar. Bazarda olarkən Canpolad Rəşadı göstərərək anası Ceyhunəyə yumruq göstərən şəxsin Rəşad olmasını bildirmişdir. O, Rəşad ilə hansı səbəbdən anasına yumruq qıcamasını demişdir. İntiqam Rəşad ilə söhbət edərkən Rəşadın atası Sədi çıxıb “S..... var yoxunuzu bura təzdən nəyə gəlmisiniz”demişdir. Rahib bu zaman ayağı ilə Turanı vurmuş, Turan isə öz növbəsində əli ilə Rahibi vurmuşdur. Bu zaman tanımadığı şəxslər dava-dalaş etməyə başlamışlar. Sonradan ara qarışdığından o nə baş verdiyi görməmişdir. X29 ifadəsində göstərmişdir ki, Tağı ona bazarda qolbağını itirməsini, qolbağını tapması üçün getməsini demişdir. O, Tağıya bazara getməməsini desədə, Tağı bazara getmişdir. O, Tağının bazarda mübahisə yaradacağını bilmirmişdir. O, Tağının üzərində bıçaq olmasından xəbəri olmamışdır. O, hadisə zamanı xəsarət almamış və hadisə zamanı heç kimə xəsarət yetirməmişdir. O, Tağıdan polis şöbəsində sornadan Tağı hadisədən sonra bıçağı ala qapının yanında bazarda yerə atmasını öyrənmişdir. O, sonradan dava-dalaş Turan ilə Rahibin arasında baş vermiş, həmin mübahisə zamanı Tağı bıçaqla Şükrü və Rəşada xəsarət yetirməsini öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X17 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən Təzə Bazar adlanan ticarət mərkəzində 2-cı sırada yerləşən Sədi İmanova məxsus mağazanın qonşuluqda özünə məxsus parfumeriya əşyaları satılan mağazada alver edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs2 atası Sədi İmanovun işlətdiyi mağazada işləyir. Zərərçəkmiş şəxs1 da qonşuluqda yerləşən mağazada müxtəlif növ parça alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində mağazada müştərilərə xidmət etmişdir. Sədi İmanovun mağazasının qarşısında Sədinin səsi gəlmişdir. Sədi İmanov 4 nəfəri mağazanın içərisindən çıxarmışdır. Həmin şəxslər Sədinin oğlu Rəşadın ünvanına nalayiq ifadələr işlətmişlər. 4 nəfərin içərisində 1 nəfəri “söyüş söyməyin”-demişdir. Elə bu zaman Rəşad və Rahib mağazadan çıxıb 4 nəfərə yaxınlaşmışlar. Yumruq və təpiklərlə dava-dalaş başlamıdır. Şükrü və bazarda işləyən çoxlu sayda şəxslər mübahisəyə qoşulmuşlar. Şükrü mübahisə edənlərə dalaşmağı düzgün hərəkət olmadığını demişdir. Adının sonradan Tağı olduğunu bildiyi şəxs əlindəki bıçağı sağa sola hərləmişdir. O, hadisə zamanı mübahisə edən şəxsləri aralaşdırmışdır. Həmin vaxt Şükrünün qarın nahiyəsinin qanadığını görmüşdür. Təqsirləndirilən şəxs Şükrünün qarın nahiyəsindən bıçaqla vurmasını, bunu görən Rəşad Tağıya yaxınlaşmasını, Tağı Rəşadı bıçaqla vurmaq istəyəndə Rəşad Əlini qabağa verməsini, bu zaman bıçaq Rəşadın sol əlinin içinin kəsilməsini öyrənmişdir.X48 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində xəsarət almamışdır. Heçkimlə də mübahisə edib dalaşmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X24 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X44 ifadəsində X34 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X18 ifadəsində X34 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X13 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X26 ifadəsində X34 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X27 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X53 ifadəsində X31 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X10 ifadəsində X31 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş ifadəsində X31 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X35 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş X60 ifadəsində X31 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, həmin cinayət işi 12 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi başlanmaqla icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 12 iyun 2021-ci il tarixdə Bərdə rayon mərkəzi xəstəxanasından Bərdə RPŞ-yə Bərdə rayon Türkmən kənd sakini 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Bərdə rayonu 588 saylı qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bıçaqlanıb xəsarət alaraq xəstəxanaya daxil olmaları barədə verilmiş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin qəraraı ilə 04 ay müddətində, yəni 12 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 oktyabr 2021-ci il tarixli Bərdə Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 03 ay, yəni 12 oktyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək uzadılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədov cinayət işi üzrə istintaq müddətinin 03 ay, 10 ayadək, yəni 12 yanvar 2022-ci il tarixdən12 aprel 2022-ci il tarixədək uzadılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 yanvar 2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinininin qərərından görünü ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 03 ay, yəni 12 yanvar 2022-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri tərəfimdən Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 fevral 2022-ci il tarixli Zərərçəkmiş şəxs2 ifadələrinin yerində yoxlanması haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlanan ticarət obyektində, Sədi İmanova məxsus kişi paltarları mağazasının yaxınlığında Təqsirləndirilən şəxs ilə onun dalaşdığı zaman dalaşan şəxsləri aralayan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cibindən çıxartdığı istintaqa məlum olmayan bıçaq ilə onun döş qəfəsinin sağ hissəsindən zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yuxarı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə edərək onu sol əl nahiyəsinə kəsilmiş yara xəsarəti yetirərək xuliqanlıq cinayət əməlini törətmişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs2 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlı ticarət obyektində Təqsirləndirilən şəxs dava-dalaş yaratdığı yeri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onu bıçaq ilə vurduğu yeri təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2021-ci il tarixli 560 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–sağ tərəfli hemopenvmotoraksla müşayiət olunan diafraqmanın və qara ciyərin sağ payının zədələnməsi ilə döş qəfəsinin sağ ön divarından daxilə keçən torakobdominal kəsilmi-deşilmiş yaralanması vardır. Qeyd olunan xəsarətlərdən sağ tərəfli hemopenvmotoraksla müşayiət olunan diafraqmanın və qara ciyərin sağ payının zədələnməsi ilə döş qəfəsinin sağ ön divarından daxilə keçən torakobdominal kəsilmi-deşilmiş yaralanması deşici-kəsici alətin təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “MTE və PA” ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2021-ci il tarixli 503 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sol əlin İİ barmağının dırnaq falanqasının ovuc səthinin, İİİ barmağının İİ-İİİ falanqasının ovuc səthinin, sol əlin İV barmağının İİİ falanqasının ovuc səthinin kəsilmiş yaraları kəsici təsir göstərə bilən alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 08 dekabr 2021-ci il tarixli 765-MTKŞ/2021-MTBŞ saylı məhkəmə-tibbi kriminalistik və kriminalistik rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində sağda bir ədəd dəlib-keçən zədə aşkar edildi. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində sağda dəlib-keçən zədə, Zərərçəkmiş şəxs1 diafraqmanın və qaraciyərin sağ payının zədələnməsi ilə döş qəfəsinin sağ ön divarından daxilə keçən torakobdaminal kəsilmişdeşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində sağda bir ədəd dəlib-keçən zədə xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxil olma səviyyəsində 2,0 sm-ə qədər ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 08 dekabr 2021-ci il tarixli 879/2021-MTKŞ saylı məhkəmə-tibbi biloji rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə qan qrupu A beta (İİ). Ekspertizaya təqdim edilmiş şalvar üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş köynək üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 19 yanvar 2022-ci il tarixli 86 nömrəli məhkəmə-psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli 723 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinədən keçən zaman orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixdə hadisə yerinə baxış protokolundan, fotocədvəldən və “DVD” diskdən görünür ki, 12 iyun 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlı ticarət obyektində mübahisə baş verir, mübahisə zamanı Təqsirləndirilən şəxs bazarda Zərərçəkmiş şəxs2 ilə dava-dalaş edir, həmin zaman onların ətrafına çoxlu sayda insanlar toplaşır, hadisə zamanı isə Təqsirləndirilən şəxs əlində olan bıçaqla müxtəlif şəxsləri vurmaq istəyir və nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq sonunculara xəsarət yetirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2021-ci il tarixli götürmə protokolu və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs bıçaq ilə onu vurarkən əynində olan köynək və şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2021-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 qan nümunələri götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2021-ci il tarixli 138-6654-1122 nömrəli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən baş vermiş hadisə zamanı istifadə edilmiş bıçağın Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlı bazarda yerə atdığından bıçağın yeri müəyyən edilməmişdir. Hadisə baş verərkən hadisəni görmüş şəxslər X8, X45, X33, X12 və digər şəxslər olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqlayaraq sonunculara xəsarət yetirməsi cinayət əməli tək törədilmiş, bu zaman Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətmişdir. Hadisə zamanı ictimai qayda pozulmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik edilmiş, bazara gələn müştərilərin rahatlığı pozulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinərək tərbiyəvi xarakterli məcburi tədbirlərə məhkum olunmuş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.20222-ci il tarixli 210300157/01 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 ay 05 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Zərərçəkmiş şəxs1 xx.xx.2021-cil tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Zərərçəkmiş şəxs1 xx.xx.2021-cil tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bərdə rayon İHB-nin Bərdə şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 302 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs atası X11 anası X15, bacısı X19, qardaşı X14 və qardaşı X7 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İHB-nin Bərdə şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Səttarxan küçəsi nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ 731638 nömrəli doğum haqqında şəhadətnmanənin surətindn görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X54 TağıAbdullayevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ 731639 nömrəli doğum haqqında şəhadətnmanənin surətində görünür ki, xx.xx.12018-ci il təvəllüdlü X55 TağıAbdullayevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə şəhər poliklinikası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kobinetində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə: “12 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə Bazar” adlı bazarda sən Rəşad ilə dalaşarkən mən səni Rəşadddan aralamaq üçün sənin və Rəşadın arasına girərkən sən məni bıçaqla vurub xəsarət yetirdin. Mən dava-dalaş edən səni və Rəşadı araladığım üçün sən bıçaqla vuraraq mənə xəsarət yetirmisən.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, 12 iyun 2021-ci il tarixdə hadisə yerinə baxış protokolu ilə götürülmüş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında baş vermiş mübahisənin videogörüntüləri olan “DVD” disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, 14 iyun 2021-ci il tarixli götürmə protokolu ilə götürülmüş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs bıçaq ilə onu vurarkən əynində olan köynək və şalvar cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə həllinədək saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə Zərərçəkmiş şəxs1 bıçaqla vurmamasına, onun necə xəsarət almasını bilmədiyinə dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Sözügedənb xüsusatlar açıqdan aşığa yanlış olmaqla, zərərçəkmiş şəxslərin, şahidlərin böyük əksəriyyətinin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, ekspert rəyləri ilə tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatların məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə söylənmiş ifadələr olduğunu vurğulayır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayətin zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarrşı şikayət və tələblərinin olmaması Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsi ilə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər redivin müəyyən edilməsi nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən onun əməlində cinayətlər residivi müyyən edilə bilməz. Bundan başqa Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə əsasən cəzanın çəkilməmiş hissəsində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş şərti cəza ləğv edilməli, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəzaya əvvəlki Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 12 iyun 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilən Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs bıçaq ilə onu vurarkən əynində olan köynək və şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında baş vermiş mübahisənin videogörüntüləri olan “DVD” disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və CM-nin 126.2.2, 126.2.4-cü maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(00)-78/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(00)-78/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilən Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs bıçaq ilə onu vurarkən əynində olan köynək və şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında baş vermiş mübahisənin videogörüntüləri olan “DVD” disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi çateriallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar