Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-35/2024 17.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9, müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 avqust 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində ailə üzvləri ilə kirayəşin yaşaması üçün şifahi razılığa gəlib, evi əşyaları ilə birlikdə Zərərçəkmiş şəxs təhvil aldıqdan sonra həmin evdə yaşadığı müddətdə, yəni 2022-ci ilin iyun ayının ortalarından 2022-ci ilin iyul ayının ortalarına kimi olan vaxtda 10000 manat dəyərində 10 nəfərlik stolstuldan, kamotdan, termodan, televizor jurnal stolundan ibarət olan Dubay istehsalı qızılı rəngli naxışları olan ağ rəngli qonaq mebel dəstini, 3500 manat dəyərində ağ rəngli Türkiyə istehsalı olan 1 divan və 2 kreslodan ibarət mebel dəstini, 1300 manat «Samsung» markalı 100 kv-lıq kondisioneri, 500 manat dəyərində Türkiyə istehsalı krem rəngli 3 ədəd pəncərə üçün tül pərdəni, 220 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 2x3 ölçülü xalçanı, 280 manat dəyərində 1 ədəd 3x5 ölçülü Türkiyə istehsalı krem rəngli xalçanı, cəmi 450 manat dəyərində 2 ədəd «Bagema» üçmərtəbəli qablarını, cəmi 500 manat dəyərində 2 ədəd Çexoslovakiya istehsalı «Bagema» meyvə qablarını, cəmi 480 manat dəyərində 4 ədəd Çexiya istehsalı“Bagema” bakalları, cəmi 900 manat dəyərində 5 ədəd Çexoslovakiya istehsalı“Bagema” bakalları, 600 manat dəyərində 12 nəfərlik Çexoslovakiya istehsalı“Kobalt” boşqabları, cəmi 1000 manat dəyərində 4 ədəd Çexoslovakiya istehsalı xrustal konfet qabını, 1200 manat dəyərində 12 nəfərlik Çexoslovakiya istehsalı“Kobalt” yemək dəstini, 480 manat dəyərində 6 nəfərlik Çexoslovakiya istehsalı lepkalıçay dəstini, cəmi 120 manat dəyərində 2 ədəd Dubay istehsalı 2 ədəd səbət meyvə qabını, 80 manat dəyərində 1 ədəd Dubay istehsalı səbət meyvə qabını, 500 manat dəyərində 3 ədəd Dubay istehsalı meyvə qabını, cəmi 220 manat dəyərində 4 ədəd Dubay istehsalı xrustal çərəz qablarını, 3700 manat dəyərində Türkiyə istehsalı 2 nəfərlik çarpayı, şifoner, 2 ədəd tumbadan və termodan ibarət ağ rəngli yataq mebeli dəstini, 90 manat dəyərində 1 ədəd Türkiyə istehsalı 1x2 ölçülü xalçanı, 4800 manat dəyərində 8 nəfərlik Malaziya istehsalı stol-stul dəstindən, kamotdan, termodan ibarət qəhvəyi rəngli qonaq mebel dəstini, 1200 manat dəyərində «Embawood» markalı tünd qəhvəyi rəngli divan və 2 kreslo dəstini, cəmi 330 manat dəyərində 3 dəd məcməyini, 600 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 3,5x5 ölçülü lepka xalçanı, 5000 manat dəyərində 2 nəfərlik yataqdan, şifonerdən, 2 ədəd tumbuçkadan və termosdan ibarət Malaziya istehsalı qəhvəyi rəngli yataq mebel dəstini, 700 manat dəyrində 1 ədəd 3x4 ölçülüİran istehsalı xalçanı, 2200 manat dəyərində 2 nəfərlik çarpayı, şifoner, 2 ədəd tumbadan və termodan ibarət qəhvəyi rəngli yataq mebeli dəstini, 230 manat dəyərində 1 ədəd 2x3 ölçülü Gəncə istehsalı xalçanı, 2100 manat dəyərində «Umbawood» markalı 7 metr uzunluğunda mətbəx mebelini, 1700 manat dəyərində «Samsuny» markalı soyuducunu, 600 manat dəyərində «Samsuny» markalı paltaryuyanı, 800 manat dəyərində «Samsuny» markalı qab yuyanı, 240 manat dəyərində mikrodalğalı sobanı, cəmi 2000 manat dəyərində mətbəx mebelinin içərisində olan təxminən qabqacağı, 70 manat dəyərində Dubay istehsalı olan ağ rəngli dəmir qazanı, 220 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd 3x5 ölçüdə xalçanı, 1700 manat dəyərində Bakı istehsalı olan göy rəngli divan-kreslo dəstini, 1200 manat dəyərində 109 sm ölçülü «Samsung» markalı televizoru 500 manat dəyərində Dubay istehsalı olan televizor altlığını, 400 manat dəyərində ayaqqabı dolabını, 220 manat dəyərində 3x5 ölçülü Türkiyə istehsalı olan xalçanı, 700 manat dəyərində 3 nəfərlik yelləncəyi, 400 manat dəyərində 2 nəfərlik yelləncəyi, 170 manat dəyərində manqalı, 300 manat dəyərində Türkiyə istehsalı“Barbikü”nu, 150 manat dəyərində Türkiyə istehsalı böyük çətiri, 220 manat dəyərindəçadırı, 260 manat dəyərində stol-stul dəstini, 300 manat dəyərində Çin istehsalı“Geraskuter”i, 80 manat dəyərində 1 ədəd ventilyatoru, 220 manat dəyərində otbiçən maşını, 110 manat dəyərində təkərli çemodanı, cəmi 2000 manat dəyərində 3 dəst yorğan döşək, 16 ədəd balınc,7 yataq dəsti, 12 ədəd əl-üz dəsmalı və hamam dəsmalını, 700 manat dyərində qızıl suyuna batırılmış samovarı, cəmi 440 manat dəyərində 2 ədəd paxlava formalı meyvə qabını, cəmi 450 manat dəyərində 6 ədəd konfet qabını, cəmi 300 manat dəyərində 2 ədəd konfet qabını, 300 manat dəyərində 1 ədəd böyük meyvə qabını, cəmi 360 manat dəyrində 2 ədəd bakalları (mondo), cəmi 180 manat dəyərində 2 ədəd tort qablarını, 70 manat dəyərində 1 ədəd fırlanan tort qabını, 220 manat dyərində 2 ədəd qızılı meyvə qabını, 800 manat dəyərində 12 nəfərlik «Madonna» yemək boşqabı dəstini, 220 manat dəyərində 6 nəfərlik servis çay dəstini, 400 manat dəyərində 6 nəfərlik mətbəx stol dəstini, 850 manat dəyərində mətbəx, koridor, yataq otağı və qonaq otağının pərdələrini, cəmi 300 manat dəyərində 2 ədəd yun adyalları, 130 manat dəyərində 1 ədəd uşaq adyalını, cəmi 120 manat dəyərində 2 ədəd gecə lampasını, cəmi 495 manat dəyərində 3 ədəd 15 dənəlik radiatorları, cəmi 1584 manat olan 12 dənəlik 12 ədəd radiatorları, 2200 manat dəyərində Türkiyə istehsalı olan “Demirdöküm” markalı kombi aparatını, cəmi 1200 manat dəyərində 4 ədəd taxta qapıları, 130 manat dəyərində 1 ədəd «Samsuny» markalı tozsoranı, 90 manat dəyərində su nasosunu, cəmi 100 manat dəyərində 4 ədəd divar rəsmlərini, 350 manat dəyərində süni yolka ağacını, 1200 manat dəyrində 1 ədəd 100 kv-lıq «Supermax» markalı kondinsioneri, 500 manat dəyrində 1 ədəd 80 kv-lıq «Supermax» markalı kondinsioneri, 80 manat dəyərində 1 ədəd avtomobil soyuducusunu, 110 manat dəyərində çinar yarpaqlı güldanı ümumilikdə 71 319 manat dəyərində külli miqdarda olan ev və məişət əşyalarının bir hissəsini müxtəlif şəxslərə satmaqla, bir hissəsini isə bacısı X12 və qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid5 saxlamaq üçün verməklə talayaraq mənimsəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə atası Mübariz vəfat etdikdən sonra anası Sevda, qardaşları Elnur, Səməd və bacısı Kübra ilə birlikdə Gəncə şəhərinin mərkəzində «Uni Bank» ın binasının arxa tərəfində yerləşən binada kirayə mənzil tutaraq həmin mənzildə yaşamışlar. Həmin vaxtlardan Gəncə şəhəri 6 saylı orta məktəbin yaxınlığında olan bir mağazanı kirayə götürüb həmin mağazada gül alveri ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin yanvar-feral aylarında bir neçə dəfə onun həmin vaxtlar işlədiyi gül mağazasına gül almaq üçün gəlmiş Şahid5 ilə tanış olmuş və bir neçə dəfə Təhminə ilə sonuncunun kirayə yaşadığı evdə görüşdükdən sonra Təhminənən ərinin şəhid olduğunu bilmiş və sonra onunla evlənəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə tanışı Şahid5 ilə toyu olmuş, Təhminəyə rəsmi nigah bağlamasını təklf etsə də Təhminə onunla rəsmi evlənəcəyi təqdirdə ərinin valideynlərinin uşaqlarını ondan alacağını deyib rəsmi nigaha daxi olmaqdan imtina etmişdir. Toydan sonra o, Təhminənin 2 azyaşlı uşaqları ilə birlikdə kirayə tutduğu Gəncə şəhəri, Mahrasa Bağı qəsəbəsindəki mənzildə yaşamışdır. 2022-ci ilin aprel ayından telefonla «Pin-Up» mobil tətbiqi vasitəsilə oynadığı qumar oynlarının aludəçisi olduğundan işlədiyi mağazadakı gülləri dəyərindən aşağı qiymətə sataraq qumarda uduzmuşdur. 2022-ci ilin mart ayının axırlarında ev alması üçün Təhminənin «Kapital Bank»ın Gəncə filialından götürüb ona verdiyi 19500 manatı da qumarda uduzmuşdur. 2022-ci ili aprel ayının sonlarında Təhminədən aldığı pulları qumarda uduzmasının bilinməsini istəmədiyi üçün yeni kirayə ev axtardığı vaxt adını xatırlamadığı maklerin vasitəsi ilə Zərərçəkmiş şəxs Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini ayda 500 manata kirayə verdiyini bilib Zərərçəkmiş şəxs ilə görüşüb evə baxıb həmin evi kirayəyə götürmüşdür. Zərərçəkmiş şəxs ilə razılaşdığı vaxt sonuncu evin bir otağında ona məxsus ev əşyalarının olduğunu deyib həmin otağın qapısını bağlayaraq açarı özündə saxlamışdır. Evi kiaryə götürdükdən sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində Təhminəyə 30000 manat ödəniş etməklə ipoteka ilə ev aldığını deyib Təhminəni uşaqları ilə birlikdə həmin evə gətirmişdir. 3-4 gün sonra isə o, anası Sevdaya, qardaşları Elnur və Səmədə, bacısı Kübraya həmin evi ipoteka ilə aldığını deyib onları da həmin evdə yaşamaq üçün dəvət etmişdir. 3-4 gün sonra anası, qardaşları və bacısı gəlib evə baxdıqda evin otaqlarından birinin bağlı olduğunu görmüş və ondan otağın qapısının bağlı olduğunu görüb nə səbəbə bağlı olduğunu soruşduqda o, həmin otaqda ev sahibinin əşyalarının olduğunu, əşyalarını götürənə kimi otağın bağlı olacağını demişdir. Evi kirayə götürdükdən sonra Zərərçəkmiş şəxs ilə görüşüb anasını da həmin evə gətirəcəyini deyib əlavə 200 manat da kirayə pulu ödəməyə razılaşaraq bağlı otağında açarını almışdır. 2022-ci ilin may ayının axırlarında özünə məxsus olan lizinqlə aldığı « Kia Optima» markalı avtomobilini də 10 000 manata satıb pulunu qumarda uduzmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərindən anası da onun olduğu evə köçüb onlarla birlikdə yaşamağa başlamış, qardaşı Elnurla Səməd, eləcə də bacısı Kübra isə hərdən bir orada qalmışdır. 2022-ci ilin iyun ayının axırlarında Zərərçəkmiş şəxs evinin əşyalarını satıb pulun bir hissəsini banka olan borcunu verməyi, bir hissəsini isə qumar oyununa qoymaq qərarına gəlmiş və bu məqsədlə Təhminəyə, anası, qardaşları və bacısına borcu olduğu üçün ev sahibindən pulunu geri istədiyini, ev sahibinin isə pulun əvəzində ev əşyalarını satması barədə razılığa gəldiklərini, bu məqsədlə evin əşyalarını satacağını, sonra isə Bakıya, oradan da Türkiyəyə işləməyə gedəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra bacısı Kübranin vasitəsilə tapdığı Şahid17 adlı müştəriyə 430 manat dəyərində qab-qacaq satmışdır. 2022-ci ilin iyul ayının 3-də evdəki mebelləri satmaq üçün “instagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı Tərtər rayon sakini Fərrux adlı müştəriyə evdə olan ağ-krem rəngli qonaq dəsti mebelini, bütün radiatorları və kombini, eləcə də 3 kondisioneri cəmi 5800 manata satmış, sonuncu isə həmin əşyaları özü ilə gətirdiyi 2 nəfər fəhlə ilə nömrəsini bilmədiyi «Ateko» və «Qazel» markalı yük avtomaşınlara yükləyib aparmışdır. Fərruxa mebelləri satdıqdan bir neçə gün sonra isə evdə olan tünd qəhvəyi rəngli qonaq dəsti mebelini, göy-rəngli divan-kreslo dəstini, gümüşü rəngli divan-kreslo dəstini tanışı Şahid15 vasitəsi ilə tanıdığı Şahid16 3000 manata satmışdır. 2022-ci ilin iyul ayının ortalarında evdə olan sata bilmədiyi əşyalarla birlikdə arvadı Təhminəni və uşaqlarını Şəmkir rayonu Dəllərcəyir kəndinə Təhminənin valideynlərinin yaşadığı evə göndərmişdir. Evdə olmuş sata bilmədiyi əşyaların bir hissəsini isə bacısı Kübranin evinə yerləşdirmişdir. 2022-ci ilin iyul ayının ortalarında evdə qalan 3 dəst yataq mebelini, 1 dəst mətbəx mebelini və soyuducu, qabyuyan, paltaryuyan kimi məişət əşyalarını və bəzi ev əşyalarını tanışı Araza 4700 manata satmışdır. Evin əşyalarını satdıqdan 2-3 gün sonra Bakı şəhərinə getmiş, Zərərçəkmiş şəxs şübhələnməməsi üçün evin həmin aylıq kirayə pulunu sonuncunun «Kapital bank» hesabına yükləmişdir. xx.xx.2022-ci il tarixdə anasının Göygöl RPŞ-də olduğunu bildirməsi ilə əlaqədar Göygöl rayonuna gedən zaman yolda polis əməkdaşları tərəfindən saxlanılaraq Göygöl RPŞ-nə gətirilmişdir. Cəza təyin edilərkən ziyanın əsas hissəsinin geri qaytarılmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini kirayə vermək üçün məlumat verdikdən sonra makler vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs onunla görüşüb evinə baxdıqdan sonra Yusif gül alveri ilə məşğul olduğunu, Gəncə şəhəri 6 saylı orta məktəbin yaxınlığında yerləşən gül mağazasında işlədiyini, özünə məxsus olan evdə təmir işləri aparıldığı üçün həmin evdə ailə üzvləri ilə birlikdə təxminən bir il müddətində yaşayacağını deyib onun hər ay 500 manat kirayə pulu istəməsi ilə razılaşaraq, xx.xx.2022-ci il tarixdə içərisində müxtəlif ev əşyaları olan qonaq otağından və girişi həmin qonaq otağından olan yataq otağından başqa digər otaqlarını əşyalarından istifadə etmək şərti ilə birlikdə ondan təhvil almışdır. Bir ay sonra xx.xx.2022ci il tarixdə Yusif onunla Gəncə şəhərində görüşüb razılaşdıqları 500 manat evin kirayə pulunu ona vermiş və anasını da həmin evə gətirmək istədiyini deyib qapıları bağlı olan qonaq və yataq otağının da açarlarını ondan istəmişdir. O, həmin otaqlara görə əlavə 200 manat istədikdə Yusif onunla razılaşmış və o, həmin otaqlarında açarlarını Yusifə vermişdir. xx.xx.2022-ci il tarixdə müəyyən geyim paltarlarını götürməsi ilə əlaqədar yaşadığı evə gedərkən evdə bütün əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Rəna adlı qonşusu ona zəng edərək evinin həyətinə «Qazel» markalı avtomaşının daxil olduğunu gördüyünü demişdir. Həmin gün səhər saat 11 radələrində o, Yusifə zəng edərək «Qazel» markalı avtomaşının onun həyətinə daxil olmasının səbəbini soruşduqda, Yusif gül alveri ilə məşğul olması ilə bağlı avtomaşını həyətə saldığını demişdir. xx.xx.2022-ci il tarixdə Yusif onun «Kapital Bank» hesabına 700 manat kirayə pulunu ödəmişdir. O, evdən özünəməxsus bəzi əşyalar götürməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qonşusu Rəna ilə telefonla danışıb Yusifin evdə olub-olmaması barədə məlumat alan zaman sonuncu onun evində son vaxtlar kimisə görmədiyi dediyinə görə narahat olub həmin gün yaşadığı evə gələrkən evin giriş qapısının kilidinin dəyişdirildiyini görmüş, bundan sonra oğlu Ağası hasardan aşıb həyətə daxil olaraq qapını arxa tərəfdən açdıqda evin pəncərəsindən içəri baxan zaman evdə olmuş mebel dəstlərinin, stol-stulların, qab-qacaqların, digər ev əşyalarının yerində olmadığını görmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə zəng edərək, sonra isə ərizə ilə Göygöl RPŞ-nə müraciət edərək məlumat vermiş, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 72979 manat dəyərində əmlakının mənimsənildiyini bildirmişdir.O,Təqsirləndirilən şəxs onun evində olmuş əşyaları satdığı şəxsləri müəyyən etmək məqsədilə «instagram» sosial şəbəkəsi vasitəsilə axtarış aparmış və xx.xx.2022-ci il tarixdə ona məxsus ev əşyalarının fotoşəkillərini «Bogema qab alıram Gəncə» adlı istifadəçinin səhifəsində görmüşdür.O,Təqsirləndirilən şəxs evində olmuş əşyaları yaxın qohumlarının evində gizlətməsindən şübhələndiyi üçün xx.xx.2022-ci il tarixdə Yusifin qeyri-rəsmi arvadı Təhminənin valideyləri ilə birlikdə yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində gedib onunla görüşüb söhbət edərkən Təhminənin ona Yusifin evdə olmuş əşyalardan bəzilərini onunla birlikdə göndərdiyini deyib həmin əşyaları göstərmiş, həmin ev əşyalarının bir çoxunun ona aid olduğunu görmüşdür. Daha sonra Gəncə-Şəmkir avtomobil yolunun kənarındakı «Arzu» mebel mağazasında ona məxsus olan, Təqsirləndirilən şəxs kirayə verdiyi evdə olmuş tünd qəhvəyi rəngli qonaq mebeli dəstini və göy rəngli divan-kreslo dəstini görmüş, mağazada işləyən Arzu adlı satıcı həmin mebel dəstini 2000 manata, divan-kreslo dəstinin isə 800 manata satdığını demiş, Arzu ilə söhbət edərkən sonuncunun həmin mebel dəstini Aqil adlı tanışı vasitəsi ilə tanış olduğu Yusif adlı şəxsdən aldığını bilmişdir. X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun evindən oğurlanmış əşyaların bir qismi, yəni “Türkiyə istehsalı olan 01 (ədəd) divan, 02 (iki) ədəd kreslodan ibarət ağ rəngli mebel dəsti (qiymət 3500 manat), 08 nəfərlik Malaziya istehsalı olan stol, stul kamod və termo (qiymət 4800 manat), yataq dəsti mebeli (dolab, 02 ədəd tumba və termo qiymət 5000 manat), yataq dəsti mebeli (qiymət 2200 manat), yataq dəsti mebeli Türkiyə istehsalı ağ rəngli (qiymət 3700 manat), Samsung markalı paltaryuyan (600 manat), mikrodalğalı soba (240 manat), ayaqqabı dolabı (400 manat), stol-stol dəsti (260 manat), soyuducu 01 ədəd (qiymət 1700 manat), ventilyator 01 ədəd (80 manat), ot bicən maşın (220 manat), mətbəx stol stul dəsti (400 manat), sunii şam ağacı (350 manat), xalça 01 ədəd 3x5 (280 manat) qaytarılmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Məhəkəmədə tədqiq edilmiş X4 istintaq zamanı verdiyi xx.xx.2022–ci il tarixli ifadəsnidə göstərmişdir ki, «evindən Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş, 10000 manat dəyərində Dubay istehsalı olan ağ rəngli qonaq otağındakı mebel dəstinin, 2010-cu il tarixdə 1200 manat dəyərində qara rəngli divan-kreslo dəstinin, 2007-ci il tarixdə 2200 (iki min iki yüz) manata aldığı, 4279 manat dəyərində 12 radiatorluq türkiyə istehsalı olan “Demirdöküm” markalı kombi aparatının, 1300 manat dəyərində «Samsung» markalı 100 kv-lıq kondisionerin, 1200 manat dəyərində «Samsung» markalı televizorun, cəmi 460 manat olan 2 ədəd Gəncə istehsalı olan xalçaların, cəmi 360 manat dəyərində hər dəstində 12 ədəd olmaqla 2 göy rəngli bakal dəstlərinin, cəmisin 180 manat dəyərində 6 ədəd çəhrayı bakal dəsmtinin, cəmi 360 manat tolan 3 rəngli bakal dəstinin, cəmi 310 manat olan 3 xrustal bakal dəstinin, cəmi 220 olan 2 xrustal bakal dəstinin, cəmi 80 manat olan qəhvəyi rəngli şampan bakal dəstinin, cəmi 110 manata olan qəhvəyi rəngli bakal dəstinin, cəmi 200 manat olan «Mondo» markalı 2 bakal dəstinin, cəmi 400 manat olan 6 ədəd çəhrayı rəngli Çex istehsalı çay lepka dəstinin, cəmi 550 manat olan 2 ədəd 3 hissəli ləpə qablarının, cəmi 550 manat olan 2 ədəd çəhrayı rəngli İtaliya istehsalı meyvə qabının, cəmi 220 manat olan İtaliya istehsalı 2 ədəd ləpə qabının, cəmi 440 manat olan 2 ədəd üç künc “tom” meyvə qabının, 200 manat dəyərində 1 ədəd “tom” Gül qabının, 1100 dəyərində 12 nəfərlik «Madonna» boşqab serviz dəstinin, 150 manat dəyərində “moruq” formalı çay servis dəstinin, cəmi 320 manat dəyərində 4 ədəd Dubay istehsalı qızılı rəngli tutacaqlı ağ rəngli buludların, cəmi 80 manat dəyərində 2 ədəd «Meduza» gül qablarının, 40 manat dəyərində 1 ədəd «Meduza» meyvə qabının, 300 manat dəyərində 1 ədəd “Geraskuter”in, 500 manat dəyərində 1 ədəd qızılı rəngli Ukrayna istehsalı 5 litrlik samovarın, cəmi 600 manat dəyərində yaşıl rəngli Çexoslovakiya istehsalı 2 yemək boşqab dəstlərinin, cəmi 300 manat dəyərində 5 ədəd mürəbbə qablarının, 220 manat dəyərində 12 ədədli k 1 dəst Çexosovakiya istehsalı göy rəngli nəlbəkilərin, 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexosovakiya istehsalı ağ rəngli nəlbəkilərin, 220 manat dəyərində 12 ədədlik 1 dəst Çexosovakiya istehsalı qırmızı rəngli nəlbəkilərin, cəmi 36 manat dəyərində 2 ədəd şüşədən şirniyyat qablarının, cəmi 130 manat dəyərində 2 ədəd 5 metrlik pərdələrin, cəmi 130 manat dəyərində 2 ədəd elektrik çayniklərinin, 130 manat dəyərində 1 ədəd qəhvəyi rəngli böyük adyalın, 50 manat dəyərində 1 ədəd uşaq üçün adyalın, 140 manat dəyərində İtaliya istehsalı 1 yataq dəstinin, cəmi 360 manat dəyərində 6 ədəd yataq dəstinin, 120 manat dəyərində 1 ədəd 3 metrlik süfrənin, cəmi 300 manat dəyərində 5 ədəd süfrələrin, 100 manat dəyərində 1 ədəd döşəkağının (pokrıval), cəmi 50 manat dəyərində 2 ədəd “tom” şirniyyat qablarının, 50 manat dəyərində 1 ədəd qaşlı gecə lampasının (svetilnik), cəmi 100 manat dəyərində 4 ədəd əl-üz dəsmalının, cəmi 150 manat dəyərində 2 ədəd “tom” konfet qabının, cəmi 140 manat dəyərində 2 ədəd gəmi formalı konfet qablarının, cəmi 120 manat dəyərində 3 ədəd birləşdiricilərin (smistitel), 150 manat dəyərində Türkiyə istehsalı olan 1 ədəd böyük çətirin, 220 manat dəyərində 1 ədəd çadırın, 300 manat dəyərində 4 ədəd taxta qapıların, 170 manat dəyərində manqalın, 1200 manat dəyərində 1 ədəd “Supermax” markalı 100 kv-lıq kondisionerin, 500 manat dəyərində 1 ədəd 80 kv-lıq “Supermax” markalı kondisionerin, 80 manat dəyərində 1 ədəd avtomobil soyuducusunun, 700 manat dəyərində 1 ədəd yellənçəyin, 1 ədəd 110 manat dəyərində güldanın-cəmi 32405 manat dəyərində əmlakının istintaq zamanı tapılmadığını, əvvəl verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyini bildirdiyi «Samsung» markalı əyri ekranlı, 1500 manat dəyərində televizorun Bakı şəhərindəki qohumuna hədiyyə verdiyini xatırlayaraq mənimsənilmədiyini, Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş əmlakının ümumi dəyərinin 72979 manat deyil 71319 manat təşkil etdiyini, istintaq zamanı 38914 manat dəyərində əşyalarının aşkar olunaraq ona qaytarılmışdır» Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yusif 2022-ci ildə Təhminə və Təhminənin 2 övladı ilə birlikdə Gəncə şəhərində yerləşən “Məhrəsə bağı” qəsəbəsində yerləşən binaların birində kirayəşin yaşamışlar. 2022-ci ilin iyun ayının əvvəllərində Yusif ona zəng edərək Göygöl rayonu,Üçtəpə kəndində ipoteka ilə əşyalı ilə biolikdə ev aldığını bildirərək onu yeni evinə dəvət etdikdən 3-4 gün sonra anası və arvadı Humayla birlikdə Yusifin yaşadığı evə getmiş, Yusiflə söhbət edərkən Yusif ona evi 95000 (doxsan beş min) manat qiymətə alındığını, ilkin ödəmə olaraq 30000 (otuz min) manat pul ödədiyini, hər ay da 1200 manat pul ödəyəcəyini, pulun bir hissəsini dosttanışından borc aldığını, bir hissəsini “Kia Optima” markalı avtomobilini sataraq bir hissəsini isə özünün kənarda topladığı pul hesabına aldığını demişdir. 2022-ci ilin iyun ayının ortalarında Gəncə şəhəri, Atatürk pr-də yerləşən Unibankın yaxınlığında anasının kirayə qaldığı evi təhvil verdikdən sonra anası və arvadı ilə birlikdə Yusifin yeni aldığı evə köçüb orada yaşamışlar. Orada yaşadıqları müddətdə böyük qardaşı Elnur da hərdən bir onlarla qalmışdır. 2022-ci ilin iyun ayının ortalarında anası, arvadı, Təhminə evdə olduqları vaxt Yusif pula ehtiyacının olduğunu ona görə də ev əşyalarını satmaq qərarına gəldiyini, bu barədə ev sahibinə də məlumat verdiyini demiş və 3-4 gün sonra “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu müştəri ilə danışarkən qab-qacağı almaq istəyən şəxs qab-qacağı Gəncə şəhərinə “Milli” marketin yaxınlığına gətirməsini demiş, o, da bu barədə Yusifə dedikdən sonra bir neçə qutuya yüklədiyi qab-qacaqları bacısı Kübra ilə birlikdə Yusifin təklif etdiyi Qaşqay adlı taksi ilə müştəriyə göstərmək üçün aparmış, lakin qabqacağı almalı olan şəxs almaq istəmədiyini demiş o,da həmin şəxsə satılası başqa qabqacaq da olduğunu deyib Yusifin evinə dəvət etmişdir. Həmin gün axşam saatlarında qab alqı-satqısı ilə məşğul olan şəxs Yusifin evinə gəlmiş evin girişində dəhlizdə olan qabları həmin şəxsə göstərəndə anası Sevda da iştirak etmişdir.Həmin şəxslə Yusif söhbət etdikdən sonra o, 320 manatlıq qab-qacaq alaraq getmişdir. Təxminən 3 gün sonra qab alqı-satqısı ilə məşğul olan həmin şəxs bir daha evə gələrək 110 manatlıq qab-qacaq alıb aparmışdır. 2022-ci ilin iyul ayının əvvələrində evə gələn zaman evdə olan divan-kreslo dəstlərinin yerində olmadığını görüb anasından soruşduqda anası Yusifin divan-kreslonu satdığını demişdir. Yusiflə söhbət edərkən Yusif borcu olduğu üçün ev əşyalarını satdığını, Türkiyəyə gedəcəyini, buna görə bir müddət qaynatası evinə gedib orada yaşayacaqlarını, sonra işləyərək təzə ev əşyaları alacağını demişdir. 2022-ci ilin iyul ayının ortalarında Yusifin göndərdiyi taksiylə o, arvadı, anası, Təhminə, uşaqları Təhminənin Şəmkir rayonu Dəllərcəyir kəndində yerləşən ata evinə getmişlər. Təxminən 10 günə yaxın Təhminənin atası evində qaldıqdan sonra, yəni 2022-ci ilin iyul ayının sonlarında o, arvadı və anası Bakı şəhərinə gedib təxminən 10 gün də “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən evdə kirayəşin yaşadıqdan sonra Kübranın hamiləliyi ilə əlaqədar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında anası ilə telefonla danışdıqda anası Göygöl RPŞ-də olduğunu deyib onunda polis şöbəsinə gəlməsini demiş, həmin gün RPŞ-nin önündə anası ilə görüşüb danışan zaman ona məlum olmuşdur ki, Yusifin ipoteka ilə aldığını bildirdiyi ev Zərərçəkmiş şəxs adlı qadına məxsus olmuş, Yusif evin əşyalarını qanunsuz satıb pulunu mənimsəmişdir. O, eləcə də ifadəmsində Yusifin göstərişi ilə evdə olan yorğan-döşəklərdən və digər ev əşyalarından ibarət olan əşyaları «Ford Tranzit» markalı avtomaşınla Təhminənin qızı ilə birlikdə X22 kəndində yerləşən evlərinə apardığını və Yusifin evdə olan 3 ədəd kondinsionerləri satarkən iştirak etdiyini, kondinsionerlərin satıldığı şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə söhbət edərkən Dürdanə evini Təqsirləndirilən şəxs kirayə verdiyini demişdir. Bir neçə gün sonra o, Yusifin ailəsi ilə birlikdə Dürdanənin evinə gəlib orada yaşadıqlarını görmüş, arvadı Rəna ilə söhbət etdikdə Rəna ona Dürdanənin evinə köçmüş Yusifin arvadı, anası ilə ünsiyyəti olmamağına baxmayaraq, onların digər qonşu qadınlarla ünsiyyət yaratdıqlarını demişdir. İyun ayının əvvəllərində işdən evinə gəldiyi vaxt arvadı Dürdanə Yusifin arvadı Təhminənin evdən su gəlmədiyi üçün ona müraciət etdiyini, onun Dürdanənin evinə gedib suyun gəlməsini bərpa etdiyini və evə getdikdə evdə Təhminənin və azyaşlı qızının olduğunu gördüyünü demişdir.2022-ci ilin iyul ayının 7-nə keçən gecə saat 01 radələrində Dürdanənin evinə «Qazel» markalı avtomaşının daxil olduğunu görüb arvadı Rənaya bu barədə Dürdanəyə zəng edib məlumat verməsini demiş, Rəna da Dürdanə ilə telefonla danışıb evinin həyətinə «Qazell» markalı avtomaşının daxil olması barədə məlumat vermişdir.Dürdanənin ona ertəsi gün Yusiflə danışıb aydınlaşdıracağını demişdir.Ertəsi gün Rəna Dürdanənin onunla danışdığını, Yusifin gül alveri ilə məşğul olması ilə əlaqədar evin həyətinə «Qazel» markalı avtomaşının daxil olduğunu demişdir.İyul ayının əvvəllərində Dürdanə Rənaya zəng edərək Yusifi soruşmuş, Rəna isə evində kirayəşinlərin artıq yaşamadıqlarını demişdir. xx.xx.2022-ci il tarixdə Dürdanə oğlu Ağası ilə birlikdə gəlib evinə baxdıqda evin küçə qıfılının kilidinin dəyişdirildiyini görmüş, hasardan aşıb qapını açaraq evə baxdıqdan sonra evin içərisindəki əmşyaların olmadığını görmüş və evda olan əşyalarının Yusif tərəfindən ələ keçirildiyi barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 Şahid6 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə hər hansı bir düşmənçəlik, qohumluq və ya ədavəti olmamışdır. O Ford markalı avtomobilin sürücüsüdür. O sifraişi qəbul etmişdir. Sifariş ev əşyalarından ibarət olmuşdur. Ona sifarişi Yusif adlı şəxs vermişdir. O gül mağazası işlətdiyi üçün əvvəldən onu tanımış və onunla birgə ayrı-ayrı vaxtlarda gül aparıb gətirmişdir. O sifarişi günorta qəbul etmişdir. Yusif əşyaların arvadının cehizləri olduğunu və qayınanası gilə getməli olduğunu bildirmişdir . Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə hər hansı bir düşmənçəlik, qohumluq və ya ədavəti olmamışdır. O Qazel markalı avtomobilin sürücüsüdür. Sifariş qəbul edərək yükü mənzilə çatdırmışdır. Yük yataq dəstindən ibarəti olmuşdur. Həmin malları evdən götürmüşdür. Həmin vaxt hava qaranlıq olduğu üçün o təqsirləndirilən şəxsi görməmişdir. Ona sifariş vermiş şəxsin adı Araz olmuşdur. Onun xidmət haqqını Araz adlı şəxs ödəmişdir. Sifariş mənzildən mənzilə olmuşdur. O həmin ünvana Araz adlı şəxslə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o sürücü olmaqla bir qapıdan digər qapıya sifariş aparmışdır. Sifariş ev əşyalarından ibarət olmuşdur. Totanlı adlanan ərazidən Şəmkir rayonuna aparmışdır. O Göygöl rayon ərazisindən sifariş götürməmişdir. Qayını Şahid8 ondan əvvəl yük apardığı üçün, sifairişi o ona yönəltmişdir. O ödənişi qapıdan götürmüşdür. O, Yusif adlı şəxsi Totanlı adlanan ərazidə onun şəxsi evində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Bu işlə bağlı o heç nə bilmir. O sadəcə olaraq həmin şəxsdən sənədi götürərək aidiyyəti üzrə təhvil vermiş və onu şəhərə düşürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, arvadı Kübra Əliyeva ilə 2021-ci ilin sonlarında rəsmi nikahla evlənmiş, birgə nikahımızdan Adəm adlı oğlu anadan olmuşdur. Kübranın qardaşı Təqsirləndirilən şəxs bir neçə ay əvvələ qədər anası Sevda, qardaş Səmədlə Gəncə şəhər,i Atatürk prospektində yerləşən binada kirayəşin yaşamışlar, Yusif gül alveri ilə məşğul olmuşdur. 2022-ci ilin mart ayında Yusif Təhminə adlı qadınla faktiki olaraq evlənmiş və onlar Təhminənin 2 uşağı ilə birlikdə Gəncə şəhəri “Məhrəsə bağı” qəsəbəsində kirayəşin yaşamışlar. Yusifin böyük qardaşı Elnur da gül alveri ilə məşğul olmuş, kiçik qardaşı Səməd isə ailəsi ilə birlikdə başqa ünvanda yaşamış və işləmişdir. 2022-ci ilin may ayında Yusif onunla görüşüb Göygöl rayonu Üçtəpə kəndində ev aldığını deyib onu və arvadı Kübranı qonaq çağırmışdır. O, Kübra ilə birlikdə Yusifin aldığı evə gəldikdə Yusif evi ipoteka ilə aldığını ona demişdir. Həmin gündən Kübra ilə birlikdə Yusifin evinə həftədə 2-3 dəfə gedib gəlmiş, bəzi vaxtlar isə həmin evdə gecələmişlər. 2022-ci ilin iyun ayının sonlarında Yusiflə söhbət edərkən Yusif ona Bakı şəhərinə köçüb orada yaşayıb və işləyəcəyini demişdir. Sonuncu dəfə o, Kübra ilə birlikdə Yusifin həmin evinə 2022-ci ilin iyul ayının ortalarında getdikləri vaxt evdəki mebellərinin və digər əşyalarının yerində olmadığını, həyətində göy rəngli «Ford Tranzit» markalı yük avtomobilinin olduğunu, Yusifin, Səmədin, Təhminə və Sevdanın evdən qab-qacaq və paltarlarını həmin yük maşınına yığdıqlarını görmüş, soruşduqda Yusif ona Bakı şəhərinə köçdüklərini demiş o, da əşyaların avtomobilə yığılmasına kömək etmişdir. Bir neçə gün sonra Yusiflə telefonla danışmış, Yusif ona Bakı şəhərində olduqlarını, işlərinin qaydasında olduğunu demişdir. Həmin vaxtdan sonra Yusiflə danışmamış, görüşməmişdir. xx.xx.2022-ci il tarixdə Kübra anası ilə danışarkən ona məlum olmuşdur ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Yusifin satın aldığını bildirdiyi ev Zərərçəkmiş şəxs adlı qadına məxsus olmuş, Yusif həmin evin əşyalarını qanunsuz olaraq satmışdır. Arvadı Kübra ilə birlikdə yaşadıqları evdən aşkar olunaraq götürülmüş, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd süni şam ağacını, 2 ədəd şəffaf sellefon torbada şam ağacı oyuncaqları, 1 ədəd stabilizatoru, 1 ədəd manqalı, 2 ədəd balıncı, 1 ədəd gecə lampasını Kübra onun məlumatı olmadan evlərinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Yusifin Gəncə şəhəri 6 saylı məktəbin qarşısında yerləşən gül macazasında işlədiyi vaxtdan tanımış, bir neçə dəfə Yusiflə birlikdə çay içmişlər. xx.xx.2022-ci il tarixdə Yusif ona maddi sıxıntıları olduğunu, borcları yarandığını, bu səbəbdən evindəki əşyaları satdığını deyib evində olan əşyalardan almasını təklif etmişdir. O, satmaq istədiyi əşyalara baxmaq istədiyini deyib Yusiflə birlikdə Yusifin Göygöl rayonu, Üçtəpə kəndindəki evinə getmişdir. Yusif ona həmin evi 3-4 ay əvvəl ipoteka ilə aldığını, ilkin ödəniş olaraq 30000 manat pul ödədiyini, hər ay da 300 manat ödədiyini ailə üzvlərinin qaynanası evində olduğunu, hazırda pula ehtiyacı olduğundan, borcları olduğu üçün evdə olan bütün əşyaları dəyər-dəyməzə satmaq istədiyini demişdir. O, evdə olan mebellərə və digər ev əşyalarına baxdıqdan sonra 3 ədəd yataq otağı mebel dəstini, mətbəx mebelini, evdəki soyuducunu, paltaryuyanı, qabyuyanı, bəzi mətbəx əşyalarını cəmi 4700 manata alamağı Yusiflə razılaşmışdır. Ertəsi gün xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yusifin yaşadığı evə getdikdə evin həyətində göy rəngli “Ford Transit” markalı yük avtomobilinin olduğunu görüb nə səbəbə nisbətən kiçik yük avtomaşını çağırdığını soruşmuş, Yusif ev sahibinin əri ilə boşandığı üçün evi ona satan zaman ərinin bilməməsini, əks halda evin pulunun yarısını alacağınna görə böyük yük maşını çağıracağı halda qonşuların görüb ev sahibinin ərinə xəbər edəcəyi üçün nisbətən kiçik yük avtomaşını gətirdiyini demişdir.Həmin avtomobillə bir dəfə, ertəsi gün isə başqa yük avtomobili ilə Yusifin evindən aldığı ev əşyalarını öz evinə gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o evdən qab-qacaq almışdır. Daha sonra polislər gəlmiş və o şəxsi vəsaiti hesabına həmin əşyaları bərpa etmişdir. O malları Yusifdən almışdır.Həmin əşyaları alan zamanı Yusif evdə problemlər olduğundan həmin malları satdığa çıxarmasını bildirmişdir. Yuisf Totanlı adlanan ərazidə yaşamışdır. O İnstagramda ikinci əl adlı səhifə işlətmiş və Yusiflə orada tanış olmuş və qablara baxmaq üçün Yusifin yaşadığı evə getmişdir.2-3 ədəd 500-600 manat dəyərində qab almışdır. Aldığı əşyalar bazar qiymətindən ucuz olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli raportdan görünür ki, Şahid6 06 avqust 2022-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qonşusu Zərərçəkmiş şəxs evindən 10.000 (on min) manat dəyərində ev əşyalarının oğurlandığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş, X3 Göygöl Rayon Polis Şöbəsinə yazdığı 06 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Yusif adlı şəxsin etibardan sui-istifadə edərək evdə olan təxminən 70.000 (yetmiş min) manat dəyərində əşyalarını mənimsəyərək talanması müəyyə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində mebel dəstlərinin, divan-kresloların, kondisionerlərin, soyuducunun, qabyuyan aparatın, müxtəlif qab-qacaqlar, yorğan-döşəklər və müxtəlif ev və məişət əşyalarının evdə olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 163-20855-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X5 evindən mənimsədiyi əmlaklardan 6 ədəd bakalı Gəncə şəhəri, V.Xuluflu küçəsi 89 saylı evdə yaşayan Şahid17 satmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 avqust 2022-ci il tarixli “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Şahid5 Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd 1x2 metr ölçüsündə ağ rəngli döşəyi, 01 ədəd 2.2x2.2 metr ölçüdə qarışıq rəngli döşəyi, 01 ədəd 1x2 metr ölçüdə ağ rəngli döşəyi, 01 ədəd 2x2 metr ölçüdə üzərində buta naxışları olan döşəyi, 01 ədəd göy rəngli “Agidel” markalı su motoru, 02 ədəd kiçik, 01 ədəd balaca qızılı rəng vazlar, 02 ədəd qızılı rəng şamdan, 02 ədəd qızılı rəng tort qabları, 01 ədəd mavi və qara rəngli elektrik otbiçən, 01 ədəd saatlı at suveniri, 01ədəd üzərində tərəvəz şəkilləri olan ağ-qırmızı rəngli böyük, 01 ədəd üzərində mavi rəngli çiçək rəsmi olan ağ-qırımızı rəngli kiçik çuqun qazanlar, 02 ədəd qızılı rəng qənd qabları, 02 ədəd üzərində gül rəsmləri olan uzunsov şirniyyat qabları, 02 ədəd kiçik, 01 ədəd böyük üzərlərində ağ rəng kasalar olan qızılı rəng meyvə qabları, 01 ədəd 20 metrlik şlank, 01 ədəd 3 yerlik qızılı rəng meyvə qabı, 01 ədəd 3 mərtəbəli qızılı rəng meyvə qabı, 02 ədəd 2 yerlik qızılı rəng çərəz qabı, 01 ədəd qızılı rəng kül qabı, 01 ədəd üzərində çəhrayı rəng gül dekorları olan ağ rəngli termos, 01 ədəd şəffaf rəngli çaynik, 06 ədəd böyük yaşıl rəngli, 06 ədəd kiçik yaşıl rəngli, 06 ədəd bənövşəyi rəngli üzərilərində ağac budaqları və yarpaqları dekoru olan boşqab dəsti, 01 ədəd kənarlarında tutacaqları olan, üzərində gül və yarpaq naxışları olan qəhvəyi rəngli meyvə qabı, 02 ədəd qızılı rəng böyük meyvə qabı, 01 ədəd 4 yerlik qızılı rəng çərəz qabı, 03 ədəd qırmızı-qızılı rəngli şamdan, 04 ədəd aşağısı qara, yuxarısı şəffaf rəngli olan “Luminarch” markalı bakal,01 ədəd naxışlı, şəffaf rəngli “tom” meyvə qabı, 02 ədəd qızılı rəng çərəz qabı, 01 ədəd kiçik səbət formalı qızılı rəng sarfetka qabı, 01 ədəd dairə formalı qızılı rəng fırlanan tort qabı, 01 ədəd böyük və 01 ədəd kiçik üzərində gül naxışları olan qəhvəyi rəngli padnuslar, 01 ədəd 6 nəfərlik kənarları və ortası qızılı rəng olan armudu formalı çay dəsti, 01 ədəd qara qutunun içərisində yaşıl rəng vaz olan suvenir, 01 ədəd kənarlarında tutacaqları olan dairəvi səbət formalı qızılı rəng padnos, 01 ədəd kənarların üzüm dekorları olan düzbucaq formalı qızılı rəng meyvə qabı, 02 ədəd kiçik gümüşü rəngli şamdan, 01 ədəd qızılı rəng böyük şamdan, 02 ədəd qızılı rəngli “tom” limon qabı, 02 ədəd qaz formalı kiçik çəngəl dəsti, 02 ədəd üzərində tovuzquşu dekoru və dairəvi formalı qaşlar olan sarfetka qabı, 03 ədəd 6 nəfərlik gümüşü rəng tum qabı,01 ədəd üzərində “parfums de par” yazısı olan kiçik vanna formalı boz rəngli suvenir,01 ədəd 2 yerlik qızılı rəng mürəbbə qabı, 02 ədəd gümüşü rəngli duz qabı, 02 ədəd üzərində ürək formalı mirvari qaşlar olan salfetka qabı, 01 ədəd qızı rəng eyfel qülləsi suveniri, 06 ədəd aliminum qazan, 01 ədəd aşsüzən, 01 ədəd qəhvəyi rəng jaronik, 01 ədəd qırmızı qazan, 01 ədəd üzərində Leyli və Məcnun şəkilləri olan padnus və digər mətbəx ləvazimatları, 01 ədəd mini soba, 01 ədəd qara gümüşürəngli ütü, 9 m uzunluğunda pərdələri, 3 ədəd divar rəsmlərini könüllü təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “götürmə və baxış keçirilmə haqqında” protokoldan görünür ki, X11 Təqsirləndirilən şəxs aldığı, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd ağ rəngli yataq mebeli dəsti- yataq, şifoner, 02 ədəd tumuşka, termo, 1 ədəd mat tünd qəhvəyi rəngli yataq mebeli dəsti- yataq, şifoner, 2 ədəd tumba, termo, 1 ədəd parlaq tünd qəhvəyi rəngli yataq mebeli dəsti, şifoner, 2 ədəd tumba, termo, 1 ədəd tünd və açıq qəhvəyi rəngli mətbəx mebeli dəsti, 1 ədəd açıq qəhvəyi və qara rəngli plastik stol və 5 ədəd plastik stul, 1 ədəd açıq qəhvəyi rəngli taxta materialdan stol və 5 ədəd stul və bel hissəsi parça olan taxta materialdan stullar, 1 ədəd qara rəngli televizor altı, 1 ədəd qara rəngli şkaf, 1 ədəd ağ rəngli, üzəri naxışlı oturacaq, 1 ədəd bağ üçün böyük yellençək, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Siemens” markalı qabyuyan, 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Bakepro” markalı elektrik çörək bişirən soba, 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd 4 yerlik qaz və elektrik plitəsi, 1 ədəd kənarlarında çiçək fiqurları olan qızılı rəngli divar saatı, 1 ədəd tünd qəhvəyi rəngli divar saatı, 2 ədəd gümüşü rəngli 5 guşəli şamdan, 2 ədəd 3 guşəli qızılı rəng çərəz qabı, 5 ədəd şəffaf rəng duz qabı, 20 ədəd kiçik və dayaz, 13 ədəd dərin boşqab dəsti, 2 ədəd bulud boşqab, 2 ədəd dairəvi formalı salat qabı, 9 ədəd dayaz və kiçik, 11 ədəd dayaz və böyük, 12 ədəd dərin boşqab dəsti, 2 ədəd ağ rəngli, dairəvi formalı bulud boşqab, 6 ədəd kiçik və dayaz, 6 ədəd dərin, 6 ədəd böyük və dayaz ağ rəngli, dairəvi formalı boşqab dəsti,12 ədəd böyük və dayaz, 11 ədəd balaca və dayaz ağ rəngli boşqab dəsti, 6 ədəd kiçik və dayaz ağ rəngli, göy rəngli çiçək dekorlu boşqablar, 1 ədəd ağ qızılı rəng şirniyyat qabı, 1 ədəd ağ qızılı rəng meyvə qabı, 6 ədəd şəffaf rəngli dondurma qabı, 6 ədəd kənarları qızılı rəngli dondurma qabı, 2 ədəd 5 nəfərlik çəngəl, bıçaq, qaşıq dəsti, 1 ədəd gövdəsinin ortasında göy rəngli gül şəkilləri olan kompot qabı, 6 ədəd kənarları qızılı rəngli, dairəvi formalı nəlbəkilər, 6 ədəd tünd göy rəngli, ellips formalı, içərisində qızılı rəngli gül şəkli olan kiçik şirniyyat qabları, 1 ədəd kompot qabı, 6 ədədgöy tünd göy rəngli stəkanlar, 11 ədəd şəffaf rəngli stəkan, 1 ədəd meyvə qabı, 1 ədəd səbət formalı meyvə qabı,1 ədəd çaynik, 6 ədəd böyük, 4 ədəd kiçik stəkan, 6 ədəd kiçik, 4 ədəd böyük nəlbəki, 1 ədəd böyük boşqab, 1 ədəd qəndan,10 ədəd dairəvi formalı kənarlarında qızılı rəng ağ rəngli dərin boşqab, 6 ədəd dairəvi formalı kənarlarında qızılı rəng gül şəkilləri olan boşqablar, 6 ədəd dairəvi formalı, üzərində çiçək şəkilləri olan açıq yaşıl rəng dayaz boşqab, 6 ədəd dairəvi formalı, üzərində yarpaq şəkilləri olan qarışıq rəngli boşqab, 6 ədəd dairəvi formalı üzərində bantik, qoza və zəng şəkilləri olan tünd yaşıl rəng boşqab, 1 ədəd şəffaf rəng kül qabı, 3 ədəd göy rəngli kasa, 1 ədəd kiçik, 1 ədəd böyük düzbucaqlı formalı, kənarları qızılı, əl tutacaqları gümüşü rəng olan padnus,1 ədəd “Zilan” markalı qazan, 1 ədəd qızılı rənd padnus, 1 ədəd “Regent” markalı gümüşü rəng qazan götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, zərərçəkmiş X1 Əliyevlə üzləşdirmə zamanı ifadəsində evini əşyaları ilə birlikdə Təqsirləndirilən şəxs aralarında olan şifahi razılığa əsasən ailə üzvləri ilə birlikdə kirayədə yaşaması üçün təhvil verdiyini, ifadəsində göstərdiyi ev və məişət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən mənimsənilərək talan edildiyini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Şahid15 Təqsirləndirilən şəxslə üzləşdirmə zamanı da verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Şahid5 Təqsirləndirilən şəxslə üzləşdirmə zamanı da verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 oktyabr 2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, X24 Əliyevlə üzləşdirmə zamanı da verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 oktyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi ərəfədə istifadəsində olan (050) ***-**-** nömrəli telefonla X13 və X8 istifadəsində olan telefon nömrələrinə zəng edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli “göürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid15 könüllü olaraq 1 ədəd kənarları qızılı rəngli içərsində uc tərəfi haçalı qılınc suveneri olan divar suveniri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən istintaqa təqdim etmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid16 götürülmüş 01 ədəd tünd qəhvəyi rəngli qonaq mebeli dəsti 08 nəfərlik stol stul dəsti, servant, kamot, 01 ədəd göy rəngli divan-kreslo dəsti, divna və 02 ədəd kreslo, 01 ədəd gümüşü rəngli divan-kreslo dəsti, divan və 02 ədəd kreslo, 01 ədəd qızılı rəngli üzərində mavi rəngli gül şəkilləri olan “jurnalnı” stol cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmə müddətinin əvvəli 18 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının 05 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə və qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci və 03 sentyabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 601/217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmadığı, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7344 nömrəli rəyindən görününr ki, istintaq zamanı aşkar olunaraq tədqiqata təqdim olunmuş əşyaların qiymətlərinin - 200 manat dəyərində 1 ədəd qılınc divar suveniri, 60 manat dyərində 1 ədəd süni şam ağacı, 50 manat dəyərində 1 ədəd «Eurolux» markalı elektrik tənzimləyicisi, 80 manat dəyərində 1 ədəd «Beko» markalı elektrik yağ radiatoru, 10 manat dəyərində 1 ədəd «Luxell» markalı elektrik isdici, 15 manat dəyərində gecə lampası, 15 manat dəyərində 1 ədəd manqal, 20 manat dəyərində 1 ədəd «Polantek» markalı ventilyator, 35 manat dəyərində 1 ədəd «Aqidel» markalı su nasosu, cəmi 50 manat dəyərində 2 ədəd üzərində gül şəkli olan gül qabı, cəmi 20 manat dəyərində 2 ədəd balınc, 2000 manat dəyərində tünd qəhvəyi rəngli 8 nəfərlik mebel dəsti, 1500 manat dəyərində göy rəngliqızılı işləməli 3 nəfərlik divan - kreslo dəsti, 1500 manat dəyərində krem rəngli qızılı işləməli 3 nəfərlik divan - kreslo dəsti, 500 manat dəyərində krem-qızılı rəngli «jurnalni» stolu, cəmi 21 manat dəyərində 7 ədəd üzərində «krakov» yazıları olan qədəhlər, cəmi 45 manat dəyərində 3 ədəd şəffaf rəngli konfet qabları, 25 manat dəyərində 1 ədəd yaşıl rəngli «Bagema» güldan, 35 manat dəyərində 1 ədəd yaşıl qızılı rəngli «Bagema» meyvə qabı, 45 manat dəyərində 1 ədəd «Meduza» meyvə qabı, cəmi 40 manat dəyərində 2 ədəd «Meduza» meyvə qabı, 60 manat dəyərində 1 dəst üzərində oğlan və qız şəkli olan çay dəsti, cəmi 20 manat dəyərində 4 ədəd şəffaf rəngli qdəhlər, 800 manat dəyərində ağ rəngli yataq mebel dəsti, tynd qəhvəyi rəngli yataq mebel dəsti, 3000 manat dəyərində tünd qəhvəyi rəngli yataq mebel dəsti, 1800 manat dəyərində tünd və açıq qəhvəyi rəngli mətbəx mebel dəsti, 1200 manat dəyərində açıq qəhvəyi və qara rəngli mebel dəsti, 25 manat dəyərində plastik stol və stul dəsti, 200 manat dəyərində 1 ədəd açıq qəhvəyi rəngli taxta stol, 50 manat dəyərində ədəd qara rəngli televizor altlığı, 50 manat dəyərində 1 ədəd qara rəngli 4 hissəli şkaf, 30 manat dəyərində 1 ədəd ağ rəngli oturacaq, 600 manat dəyərində 1 ədəd «Samsunq» markalı soyuducu, 250 manat dəyərində 1 ədəd ağ rəngli «Siemens» markalı qabyuyan, 450 manat dəyərində 1 ədəd «Samsunq eko bubble» markalı 7 kq-lıq paltaryuyan, 150 manat dəyərində «Bakepro» markalı çörək bişirən, 50 manat dəyərində 1 ədəd «Samsunq» markalı tozsoran, 30 manat dəyərində 1 ədəd «Nutline» markalı qaz sobası, 15 manat dəyərində 1 ədəd qızılı divar saatı, 15 manat dəyərində 1 ədəd tünd rəngli divar saatı, cəmi 100 manat dəyərində 2 ədəd gümüşü rəngli şamdan, cəmi 120 manat dəyərində 2 ədəd çərəz qabı, cəmi 10 manat dəyərində 5 ədəd şəffaf rəngli duz qabı, 25 manat dəyərində 20 ədəddən ibarət boşqab dəsti, cəmi 20 manat dəyərində 2 ədəd bulud boşqab, cəmi 10 manat dəyərində 2 ədəd ağ rəngli salat qabı, 45 manat dəyərində kənarları tünd göy rəngli boşqab dəsti, 35 manat dəyərində kənarları qızılı rəngli boşqab dəsti, 30 manat dəyərində kənarları qızılı rəngli boşqab dəsti, cəmi 6 manat dəyərində 6 ədəd boşqabdan ibarəd boşqab dəsti, 50 manat dəyərində 1 ədəd kvadrat formalı ayaqlı şirniyyat qabı, 50 manat dəyərində 1 ədəd dairəvi ayaqlı şirniyyat qabı, 15 manat dəyərində 6 ədəddən ibarət şəffaf rəngli dondurma dəsti, 25 manat dəyərində 6 ədəddən ibarət qızılı rəngli dondurma dəsti, 120 manat dəyərində 24 predmetdən ibarət 2 çəngəl-bıçaq dəsti. 40 manat dəyərində 1 ədəd qrafin, 20 manat dəyərində 6 əddəddən ibarət nəlbəki dəsti, cəmi 15 manat dəyərində 6 ədəd şirniyyat qabları, 80 manat dəyərində 6 ədəd qulplu stəkan və qrafindən ibarət dəst, cəmi 110 manat dəyərində 11 ədəd xrustal stəkan, 20 manat dəyərində 1 ədəd dairəvi səbət formalı meyvə qabı, 30 manat dəyərində 1 ədəd tünd göy rəngli meyvə qabı, 150 manat dəyərində 1 çay serviz dəsti, cəmi 20 manat dəyərində 10 ədəd dairəvi formalı boşqab, cəmi 12 manat dəyərində 6 ədəd kənarları qızılı rəngli boşqab, 15 manat dəyərində 6 ədəd kənarları açıq yaşıl rəngli boşqab dəsti. 15 manat dəyərində 6 ədəddən ibarət dairəvi yarpaq şəkilli boşqab dəsti, 15 manat dəyərində üzərində bantik, qoza və zəng rəsmi olan 6 ədəddən ibarət boşqab dəsti, 10 manat dəyərində 1 ədəd şəffaf rəngli güldan, 3 manat dəyərində 3 ədəd kiçik ölçülü kasa, 25 manat dəyərində 2 ədəddən ibarət qulplu podnus dəsti, 60 manat dəyərind 1 ədəd «Zilan» markalı qazan, 35 manat dəyərində 1 ədəd qızılı rəngli padnus, 60 manat dəyərində 1 ədəd «Regent lnox» markalı qazan, 40 manat dəyərində 1 ədəd 1x2 m ölçüdə döşək, 80 manat dəyərində 1 ədəd 2x2 m ölçüdə qarışıq rəngli döşək, 40 manat dəyərində 1 ədəd 1x2 m ölçüdə döşək, 70 manat dəyərində 1 ədəd 2x2 metr ölçüdə döşək, 80 manat dəyərində qızılı rəngli vaza dəsti, cəmi 30 manat dəyərində 2 ədəd qızılı rəngli şamdan, cəmi 120 manat dəyərində 2 ədəd qızılı rəngli tort qabları, 80 manat dəyərində 1 ədəd ağ-qırmızı rəngli elektrik otbiçən, 15 manat dəyərində 1 ədəd saatlı at suveniri, 10 manat dəyərində 1 ədəd çuqun qazan, 5 manat dəyərində 1 ədəd kiçik çuqun qazan, cəmi 40 manat manat dəyərində 2 ədəd qızılı rəngli qənd qabları, cəmi 100 manat dəyərində 2 ədəd uzunsov şirniyyat qabları, 150 manat dəyərind qızılı rəngli meyvə qabı dəsti, cəmi 6 manat dəyərində 20 metr şlanq, 200 manat dəyərində 1 ədəd 3 yerlik meyvə qabı, 200 manat dəyərində 1 ədəd 3 mərtəbəli meyvə qabı, cəmi 120 manat dəyərində 2 ədəd 2 yerli çərəz qabı, 35 manat dəyərində 1 ədəd kül qabı, 50 manat dəyərində 1 ədəd «Silverfoks» markalı termos, 20 manat dyərində 1 ədəd Çin istehsalı olan çaynik, 100 manat dəyərində 6 ədəd predmetli 1 boşqab dəsti, 120 manat dəyərində 1 ədəd qəhvəyi rəngli meyvə qabı, cəmi 240 manat dəyərində 2 ədəd qızılı rəngli meyvə qabı, 70 manat dəyərində 1 ədəd 4 yerlik çərəz qabı, 60 manat dəyərində 3 predmetdən ibarət 1 şamdan dəsti, cəmi 2 manat dəyərində 4 ədəd «Luminarc» markalı qədəhlər, 170 manat dəyərində 1 ədəd şəffaf rəngli ayaqlı tom qab, cəmi 300 manat dəyərində 2 ədəd dairəvi formalı ayaqlı çərəz qabı, 30 manat dəyərində 1 ədəd qızılı rəngli salfetka qabı, 30 manat dəyrində 1 ədəd dairəvi formalı tort qabı, 60 manat dəyrində böyük və kiçik ölçüdə olan podnus dəsti, 30 manat dyərində armudu stəkan dəsti, 25 manat dəyərində 1 ədəd suvenir qab, 40 manat dəyərində 1ədəd səbət formalı podnus, 30 manat dəyərind 1 ədəd qızılı rəngli şüşə meyvə qabı, cəmi 40 manat dəyərində 2 ədəd gümüşü rəngli şamdan, 25 manat dəyərində 1 ədəd qızılı rəngli böyük şamdan, cəmi 60 manat dəyərində 2 ədəd qızılı rəngli tom limon qabı, cəmi 30 manat dəyərində 2 kiçik çəngəl dəsti, cəmi 36 manat dəyərində 2 ədəd dairəvi formalı salfet qabı, cəmi 60 manat dəyərində 3 dəst 6 nəfərlik tum qabı, 17 manat dəyərində 1 ədəd «Madame soso» markalı suvenir qab, 35 manat dəyərind 1 ədəd mürəbb qabı, cəmi 30 manat dəyərində 2 dəst duz qabı, cəmi 36 manat dəyərində 2 ədəd salfetka formalı salfetka qabı, 20 manat dəyərində 1 ədəd eyfel qülləsi formalı suvenir, cəmi 60 manat dəyərində 6 ədəd alüminum qazanlar, 5 manat dəyərind 1 ədəd aşsüzən, 3 manat dəyərində 1 ədəd qəhvəyi rəngli tava, 10 manat dəyərində 1 ədəd böyük ölçülü qazan, 5 manat dyərində 1 ədəd Leyli Məcnun şəkli olan padnus, 15 manat dəyərində 1 ədəd sac, cəmi 140 manat dəyərində 14 ədəd konfet və mürəbbə qabları, 20 manat dəyərində 6 ədəddən ibarət qaşıq dəsti, 30 manat dəyərində 1 ədəd «Sunnu» markalı kofe aparatı, 15 manat dəyərində 1 ədəd «Bodrost» markalı kofe aparatı, 25 manat dəyərində 1 ədəd «Star» markalı tüner, cəmi 700 manat dəyərində 7 növdən ibarət 7 dəst qədəh, cəmi 30 manat dəyərində 3 ədəd qrafinlər, cəmi 20 manat dəyərində 2 ədəd saxlama şüşə qabları, cəmi 10 manat dəyərində 2 ədəd çaynik, 25 manat dəyərində 1 ədəd «Simfer» markalı mini soba, 10 manat dəyərində 1 ədəd gümüşü-qara rəngli ütü, 360 manat dəyərində 9 metr uzunluğunda pardə, cəmi 360 manat dəyərində 3 ədəd divar rəsmləri, cəmi 420 manat dəyərində 2 ədəd «Cadillac» markalı Türkiyə istehsallı xalçalar, 80 manat dəyərində 1 ədəd «Kashan» markalı xalçanın qiymətinin cəmi 21987 manat təşkil etdiyi, İstintaq zamanı aşkar olunmamış 36 adda malların qiymətinin - cəmi 405 manat dəyərində 3 seksiyalı radiator, cəmi 1320 manat dəyərində 12 seksiyalı radiator, 850 manat dəyərində 1 ədəd «Samsunq» markalı kondinsioner, 300 manat dəyərində «Samsunq» markalı televizor, cəmi 240 manat dəyərində 2 ədəd xalça, cəmi 120 manat dəyərind 2 dəst bakal, cəmi 30 manat dəyərində 6 ədəd bakal, cəmi 90 manat dəyərində 3 dəst bakal, cəmi 180 manat dəyərində 3 dəst xrustal bakal, cəçmi 120 manat dəyərində 2 dəst xrustal bakal, cəmi 48 manat dəyərində 6 ədəd şampan bakalı, cəmi 48 manat dəyərində 6 ədəd bakal, cəmi 120 manat dəyərində «Mondo» markalı bakal dəsti, 80 manat dəyərində Çin istehsallı lepka çay dəsti, cəmi 360 manat dəyərində 2 ədəd üç küng tom meyvə qabı, 200 manat dəyərində «Madonna» markalı çay serviz dəsti, 120 manat dəyərində moruq formalı çay serviz dəsti, cəmi 200 manat dəyərində 4 ədəd buludlar, 80 manat dəyərində 2 ədəd «Meduza» gül qabları, 45 manat dəyərində «Meduza» meyvə qabı, cəmi 240 manat dəyərində 2 dəst Çexoslavakiya istehsalı boşqab dəsti, cəmi 125 manat dəyərində 5 ədəd mürəbbə qabları, 40 manat dəyərində göy rəngli nəlbəki dəsti, 40 manat dəyərində ağ rəngli nəlbəki dəsti, 40 manat dəyərində qızılı rəngli nəlbəki dəsti, 25 manat dəyərində 1 ədəd böyük adyal, 10 manat dəyərində 1 ədəd uşaq adyalı, 25 manat dəyərində 1 ədəd 3 metrlik süfrə, 140 manat dəyərində 1 ədəd böyük tom şirniyyat qabı, 100 manat dəyərində 1 ədəd kiçik tom şirniyyat qabı, 20 manat dəyərində 1 ədəd qaşlı gecə lampası, cəmi 8 manat dəyərində 4 ədəd əl-üz məhrəbası, cəmi 80 manat dəyərində 2 ədəd tom konfet qabları, cəmi 40 manat dəyərində 2 ədəd gəmi formalı konfet qabları, 850 manat dəyərində 1 ədəd 100 kv-lıq «Supermax» markalı kondisioner, 600 manat dəyərində 1 ədəd 80 kv-lıq «Supermax» markalı kondisioner, cəmi 7339 manat olmaqla ümumilikdə 29 326 manat təşkil etdiyi, eləcə də həmin rəydə Zərərçəkmiş şəxs məxsus olan, lakin istintaq zamanı aşkar olunmamış 23 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparılmasının mümkün olmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, 4553 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji dispanserində qeydiyyatda durmur . İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmaqla özgənin əmlakını mənimsəmə yolu ilə ələ keçirməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, baxış və götürmə, üzləşdirmə protokolları və digər mötbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X9 oğlunun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59.2-ci maddəsinə əsasən onun cinayətlərini etiraf edib peşman olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Azərbaycan Respublikasının CM-nin 59.1.14-cü maddəsinin tələbləri qaydasında təqsirləndirlən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədimiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməli, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 18 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhəkəmədə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 95 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 95 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 570 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək digər əmlak yoxdur. İş üzrə zərərçəkmiş şəxs X7 ona torədilmiş cinayət nəticəsində vurulumuş ziyanını ödənilməmiş hissəsinin Təqsirləndirilən şəxs mülki məhəkəmə qaydasında tələb etmək hüququ izah olunmaldır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 18 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 570 manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxs X7 ona torədilmiş cinayət nəticəsində vurulumuş ziyanını ödənilməmiş hissəsinin Təqsirləndirilən şəxs mülki məhəkəmə qaydasında tələb etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-35/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-35/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver