Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-35/2025 24.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Gəncə şəhəri, Pişnamazzadə küçəsi, ev 24A-da qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tamah və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki o, məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış və tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq, külli miqdarda, 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda 48,544 qram və 54,220 qram olmaqla ümumi çəkisi 102,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 yanvar 2023-cü il tarixdə saat 13:20 radələrində Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl rayonu, Qızılqaya qəsəbəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyin sağ kiçik cibində qanunsuz olaraq satış və tamah məqsədi ilə saxlayaraq daşıdığı iki ədəd şəffaf sellofan bükümlərin içərisində ayrı ayrılıqda 48,544 qram və 54,220 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 102,764 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmuşdur. Səhər saat 10-11 radələri olmuşdur. Tanışı adını ona Elşən demiş, lakin o dəqiq adını bilməmişdir. O həmin vaxt ona zəng etmiş və “kakos” götürmək istəmişdir. Ona Göygölə gəlməsi bildirilmiş və o taksi ilə Göygöl rayonuna getmişdir. Həmin vaxt Elşən ona zəng eərək pulun karta vurulmasını istəmişdir. O, Göygöl rayonuna doğru hərəkətdə olan zaman yol üstü bir nəfər şəxsi də götürmüşdür. Orada olan marketin qarşısında “Kapital Bank” olmuşdur. Həmin vaxt o bank kartından 60 manat pul çıxarmışdır. Bundan sonra o 1,5 qram narkotik vasitəni götürdükdən sonra, Gəncə şəhərinə gələn zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. O hadisədən öncə öz kartından 60 manat pul çıxarmışdır. Pulu “kakos” götürmək üçün çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işlə bağlı o, Habili əvəllər şəhər adamı kimi tanımışdır. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində saxlanılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olknmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə çəkilmiş və yadında qalan qədər 99 qram olmuşdur. Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxslə danışmasını və ondan almasını bildirmişdir. Əməliyyat tədbiri zamanı avtomobil olmuş və həmin avtomobil taksi fəaliyyəti ilə məşğul olan şəxs olmuşdur. Bundan sonra o xidmətini yerini dəyişmiş və Göyçay Rayon Polis Şöbəsində xidmət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə tarixi onun yadında qalmamışdır. Belə ki, o özü də narkotik vasitə qəbul etmişdir. Polis şöbəsində olan zaman ona hər hansı bir təzyiq olmamışdır. Həmçinin onun narkotik vasitənin qramı yadında qalmamışdır. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan) Şahid2 istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi bina 5 m 8-də daimi qeydiyyatda olmaqla yaşayır və hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməsinin səbəbi ona tam aydındır. Təqsirləndirilən şəxs tanıyır və münasibətləri yaxşıdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng vuraraq Gəncə şəhərinin Gülüstan qəsəbəsindən keçib Göygöl rayonu mərkəzi xəstəxanasına getməsini bildirməklə onunla getməsini xahiş etmişdir. O, da həmin vaxt Təqsirləndirilən şəxs təklifinə etiraz etməmiş və razılaşmışdır. Bu vaxt o, yaşadığı Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki evindən çıxıb Göygöl rayonun Qızılqaya qəsəbəsi ərazisində yerləşən “Sevimli” marketin yaxınlığına gəlmiş və oradan onu Təqsirləndirilən şəxs “Chevralet” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı, “Maksim” taksi şirkətinin şəbəkəsində olan avtomobil ilə götürmüşdür. Daha sonra Göygöl RMX-na getmək üçün yola düzəlmişlər.Həmin vaxt avtomobili adını bilmədiyi taksi sürücüsü idarə etmişdir. Onlar Göygöl RMX-nın qarşısına gəldikləri vaxt Təqsirləndirilən şəxs Göygöl RMX-nın içərisinə getmək üçün avtomobildən düşmüş, daha sonra xəstəxanaya getmişdir. 3-5 dəqiqədən sonra geri qayıtmışdır. Daha sonra onlar Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 bulaq deyilən yerə qayıdan zaman Göygöl rayonun Qızılqaya qəsəbəsi ərazisində yolun hərəkət hisəssində DYPB-nin əməkdaşları yolda xidmət aparan zaman onların olduqları avtomobilə saxla işarəsi verdikdə adını bilmədiyi talksi sürücüsü avtomobili saxlayan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və daha sonra onları Göygöl RPŞ-nə gətirmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Göygöl rayonun polis şöbəsinə gətirildikdən sonra o eşitmişdir ki, tanışı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan kimin vasitəsi ilə əldə etməsini bilməmiş, Habilin Göygöl rayon xəstəxanasına gəlməsini düşünmüş, Təqsirləndirilən şəxs ona bu barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Uzun müddət keçmişdir. Hadisə 2023-cü il tarixdə olmuşdur. Əməliyyat tapşırığı Şahid1 olmuşdur. Məhkəmədə (şahidi qısa ifadə verdiyindən) Şahid3 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, hazırda Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 03 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Pişnamazzadə küçəsi ev 24A qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması, alqı-satqısı ilə məşğul olması və Göygöl rayonu ərazisində istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı ehtimal olunan cinayət əməlini ifşa edilməsi məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində narkotik vasitəni üzərlərində daşımaqda, alqı-satqısında, istifadə edilməsində şübhəli olan Təqsirləndirilən şəxs hazırda Göygöl rayon ərazisində olmasını bildirilmişdir. Ona görədə Şahid1la birlikdə Göygöl rayonu Qızılqaya qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs göstərilən ünvanda saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edib üzərində narkotik vasitə və psixatrop maddə daşımaqda, rayon ərazisində narkotik vasitə daşımaqda şübhəli olduğu üçün saxlandığını və məhz bu səbəbdən də Göygöl rayon Poliş Şöbəsinə getməli olduqlarının zərurliyini izah etmişlər. Təqsirləndirilən şəxs qeyd edilən ərazidə Şahid4 idarə etdiyi “Chevrolet” markalı, **-BF-*** nömrə nişanlı “Maksim” taksi şirkətinə məxsus avtomobildə olan zaman saxlanılaraq onunla birlikdə olan Şahid2 ilə birlikdə polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Namiq Həsənov gəldikdən sonra artıq 03 yanvar 2023-cü il tarixdə saat 13:45-də iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sağ kiçik cibində saxladığı iki ədəd şəffaf selofan bükümü təqdim edərək bildirmişdir ki, həmin iki ədəd şəffaf rəngli sellofan bükümün içərisindəki kütləni Göygöl rayon ərazisindən Elşən kimi tanıdığı şəxsdən əldə edərək, üzərində gəzdirdiyini, əvvəllər istifadəçisi olduğunu, bədənində olan ağrılara görə istifadə etmişdir. Bundan başqa üzərindən hərhansı əşya aşkar edilməmişdir. Təqdim edilmiş kütlə xüsusi tərəzidə çəkilərək, iki ədəd şəffaf sellofan bükümdə olan kütlənin bükümlə birlikdə ümumi çəkisinin 101,9 qram olması müəyyən edilmiş və həmin kütlələr şəffaf sellofan bükümlərlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vemiş olduğu ifadəsini təsdiq edir. O dövlət müəsissəsində işləmiş eyni zamanda taksi fəaliyyəti ilə məşğul olmuşdur. O işdən sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün proaqrama daxil olmuş və həmin vaxt sifariş qəbul olunmuşdur. Budan sonra o müştərinin arxası ilə getmiş və müştərini qəbul etmişdir. Müştəri Xanlar rayonu ərazisinə getməsini bildirmişdir. Bundan sonra o yola düşümş və yoldan yəni «Münasib» şadlıq sarayının yanında yerləşən yanacaq doldurma məntəqəsindən bir nəfər şəxs avtomobilə əyləşmiş və onlar Xanlar rayonuna getmişlər. O Xanlar rayonunda olan zaman «Əminə» market adlanan yerdə dayanmış və daha sonra oradan xəstəxana istiqamətində hərəkət etmişdir. O xəstəxanaya daxil olmuş təqribən 5-10 dəqiqədən sonra çıxmışdır. Oradan isə “bizi Gülüstan parkı adlanan ərziyə düşürərsən” demişdir. Onlar hərəkətdə olan zaman onların avtomobilinə DYP-in əməkdaşı saxla işarəsi vermiş və o avtomobili saxlamışdır. Həmin vaxt polis əməkdaşları avtomobilin Xanlar Rayon Polis İdarəsinin inzibati binasının qarşısına sürülməsi tələb edilmiş və o avtomobili Xanlar Rayon Polis İdarəsinin inzibati binasının qarşısına sürmüşdür. 03 yanvar 2023-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə, 03 may 2023-cü il tarixədək həbs növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şəxsin şübhəli kimi saxlanıldığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 03 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sağ kiçik cibində saxladığı İki ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 101,9 qram narkotik vasitə olan heroini təqdim etmiş, kütləni Göygöl rayon ərazisindən Elşən kimi tanıdığı şəxsdən əldə edərək, üzərində gəzdirdiyini, əvvəllər istifadəçisi olduğunu, bədənində olan ağrılara görə istifadə etdiyini bildirmişdir. Bundan başqa üzərindən hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş bükümlər zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokola əlavə edilməsi üçün “Samsung” markalı videoaparatın tətbiqindən istifadə edilməklə video çəkiliş aparılmış və 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə, psixatrop maddə olub-olmaması, onların dəqiq çəkisinin və növünün müəyyən edilməsi üçün 03 yanvar 2023-cü il tarixdə məhkəməkimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizasının Gəncə regional bölməsinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi X5 xx.xx.2023-cü il tarixdə daxil olmuş 16/07 nömrəli məhkəmə ekspertizası rəyindən görünr ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 54,220 qram olan maddə heroin və digər bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 48,544 qram, ümumi təmiz çəkisi 102,764 qram olan maddə kustar üsul ilə hazılranmış narkotik vasitə olan heroindir. Tədqiqata 0,4 qram sərf edildikdən sonra qalıq 102,364 qram qalmışdır. 04 yanvar 2023-cü il tarixli “əşyanın maddi subut kimi tanınması haqqında” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüşdür bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 54,220 qram olan maddə heroin və digər bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 48,544 qram, ümumi təmiz çəkisi 102,764 qram olan maddə kustar üsul ilə hazılranmış narkotik vasitə olan heroin, tədqiqata 0,4 qram sərf edildikdən sonra qalıq qalmış 102,364 qram kustar üsul ilə hazılranmış narkotik vasitə olan heroin iş üzrə maddi subut hesab edilmişdir. Məhkəmə narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini haradan əldə etməsi müəyyən edilməmiş, satış məqsədi ilə üzərində daşımaqla saxlamışdır. Narkotik vasitəni konkret olaraq kimdən əldə etməsi, kimlərəsə satıb satmamasını müəyyən edilməsi istiqamətində şöbənin şəxsi heyyətinin təlimatlandırılması, aidiyyatı əməkdaşlara tapşırıqlar verilərək müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Göygöl rayon Məhkəməsinin 15 feval 2023-cü il tarixli 5(066)-14/2023 nömrəli qərarından görür ki, anten dairəsi haqqında məlumatların Azərbaycan Respublikası DİNnin Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülmüş, əldə edilmiş məlumatların əks olunduğu bir ədəd diskə baxış keçirilərkən iş üzrə əhəmiyyətli bir hal müəyyən edilməmişdir. Göygöl rayon məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Göygöl rayon Polis şöbəsinin X3 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 03 yanvar 2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən xx.xx.2004-cü il tarixli hökm dəyişməklə cəzası 10 ildən 8 ilə endirilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhəkəmə Təqsirləndirilən şəxs özünü cinayət işi üzrə təqsirli bilməyərək, narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsi mötəbər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, o cümlədən təqsirləndirlən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması barədə ekspertiza rəyini, şəxsi axtarış keçirilməsi barədə protokol, baxış və götürmə keçirilməsi barədə protokol, həmin protokollara əlavə olunmuş videogörüntülər, maddi sübutlar, iş üzrə keçirilmiş əməliyyat tapşırıqları və digər sübutlarala təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış və tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq, külli miqdarda, 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı ayrılıqda 48,544 qram və 54,220 qram olmaqla ümumi çəkisi 102,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması, 03 yanvar 2023-cü il tarixdə saat 13:20 radələrində Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl rayonu Qızılqaya qəsəbəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilməsi, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyin sağ kiçik cibində qanunsuz olaraq satış və tamah məqsədi ilə saxlayaraq daşıdığı iki ədəd şəfaf seleofan bükümlərin içərisində ayrı ayrılıqda 48,544 qram və 54,220 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 102,764 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi 102,764 qram, tədqiqatdan sonra qalıq qalmış 102,364 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən üst qis qanaxması bulbusda qanayan xort (forrest 2C) xəstəliyindən əziyyət çəkməsi cəzasının yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən xx.xx.2004-cü il tarixli hökm dəyişməklə cəzası 10 ildən 8 ilə endirilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün altı illik müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 03 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Göygöl rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 102,764 qram, tədqiqatdan sonra qalıq qalmış 102,364 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Göygöl rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu vaxtdan, 03 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Göygöl rayon Polis Şöbəsində saxlanılan ümumi 102,764 qram, tədqiqatdan sonra qalıq qalmış 102,364 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Göygöl rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-35/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-35/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver