Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-350/2022 23.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1990-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, E.Əlizadə küçəsi, 2-ci döngə, ev 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram, 0,11 qram, 0,175 qram, 0,244 qram, 0,161 qram, 0, 443 qram, 0,185 qram, 0,166 qram, ümumi təmiz çəkisi 2,003 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,18 qram olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 25 mart 2022-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 22 radələrində Gəncə şəhəri, Z.İsmayılov küçəsində yerləşən “köhnə şokolad zavodu” kimi tanınan tikilinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qırımızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz təmiz çəkisi 0,18 qram olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkcənin altından geydiyi qara rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədəd ağ rəngli kağız parçası, 4 ədəd göy rəngli kağız parçası, 1 ədəd qara rəngli kağız parçası, 1 ədəd qızılı rəngli kağız parçası və 1 ədəd gümüşü rəngli falqa parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram, 0,11 qram, 0,175 qram, 0,244 qram, 0,161 qram, 0, 443 qram, 0,185 qram, 0,166 qram ümumi təmiz çəkisi 2,003 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, qeyri rəsmi ayrı-ayrı kafe və ya çayxanalarda ofisiant işləyərək dolanışığını təmin etmişdir. 1 ildən artıq müddətdir ki, narkotik vasitə hesanb edilən heroindən iynə ilə damarına vurmaqla istifadə edir. Heroini həbs edilənədək qədər tanımadığı şəxslərdən almışdır. Tutulmamışdan 1 ay əvvəl o, Bakı şəhərində olarkən yenə heroin almaq qərarına gəlmiş, bu zaman bir nəfər tanımadığı şəxslə tanış olmuş, həmin şəxs heroin olmadığını, lakin əvəzində mariuxana olduğunu və pay kimi verə biləcəyini demişdir. O da etiraz etməyərək həmin 1 ədəd büküm marixuananı götürmüş, lakin marixuana istifadə etmək istəmədiyi üçün nə vaxt ürəyi istəyərsə həmin zaman istifadə etmək üçün cibində saxlamışdır. Tutulduğu tarixdən təxminən 15-20 gün əvvəl bir nəfər tanımadığı şəxs xatırlamadığı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək heroin istifadə etdiyini bildiyini, nə vaxt lazım olarsa, təşkil edə biləcəyini demişdir. Həmin şəxslə razılaşdıqdan sonra ona “Sovxoz Nizami”nin dairəsinin yaxınlığında işıq dirəyinin altına 40 manat qoymağını demiş, həmin şəxsin qeyd etdiyi kimi pulu həmin yerə qoyaraq oradan çıxıb getmiş və həmin şəxsə zəng edərək pulu qoyduğunu demiş, təxminən 10 dəqiqə sonra həmin şəxs yenidən zəng edərək heroin bükümlərini pulu qoyduğu yerdən 100 metr aralıda yerləşən ağacın altına qoyduğunu demişdir. Həmin yerə getmiş və yerdə 1 ədəd siqaret qutusu görmüş, həmin siqaret qutusunu götürüb içərisinə baxdıqda orada 5 büküm heroin olduğunu görmüş, dərhal götürərək oradan uzaqlaşmış və hamısın təxminən 4-5 gün ərizində damarıma vurmaqla istifadə etmişdir. İstifadə edib yekunlaşdıqdan sonra yenidən həmin şəxslə əlaqə saxlamış, həmin şəxs isə yenidən həmin yerə pulu qoymağını demişdir. O, 30 manat pulu həmin yerə qoymuş və oradan çıxıb getmiş, təxminən 10 dəqiqə sonra həmin şəxs yenidən zəng edərək heroin bükümlərini pulu qoyduğu yerdən 100 metr aralıda yerləşən ağacın altına qoyduğunu demiş, həmin yerə getmiş və yerdə 1 ədəd sellofan büküm görmüş, həmin sellofan bükümün içərisinə baxdıqda orada 3 büküm heroin görmüş, dərhal götürərək oradan uzaqlaşmış və hamısın bir neçə gün ərizində damarına vurmaqla istifadə etmişdir. İstifadə edib yekunlaşdıqdan sonra yenidən xx.xx.2022-ci il tarixdə həmin şəxslə əlaqə saxlamış, həmin şəxs isə yerini dəyişdiyini, bu dəfə Gəncə şəhəri, Depo qəsəbəsi kimi də tanınan Natəvan qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığına getməyini pulu həmin yerə qoymağını demiş, təxminən saat 21-22 radələrində həmin yerə gedərək oraya 35 manat pul qoyub həmin şəxsə zəng edərək yenə də, pulun miqdarını demiş və ağrılarının çox olduğu üçün miqdarını çox etməsini xahiş etmiş, həmin şəxs isə nəzərə alacağını demişdir. Həmin vaxt əynində olan ağ-qara rəngli gödəkcənin sağ yan cibində Bakı şəhərindən aldığı marixuana bükümü də, cibimdə olmuş, təxminən 10 dəqiqə sonra həmin şəxs ona zəng edərək narkotik vasitə heroini pulu qoyduğu yerin yaxınlığında sellofanın içərisin qoyduğunu demiş, bundan sonra həmin yerə getmiş və orada sellofan görmüş, həmin sellofanın içərisinə baxdıqda orada 8 ədəd kağız büküm görmüş, hamısının içərsinə baxmış və hamısında narkotik vasitə heroin olduğunu görmüş, bundan sonra dərhal həmin 8 ədəd içərisində heroin olan kağız bükümlərini sellofandan çıxararaq əynində olan qırmızı-qara rəngli gödəkcənin altından geydiyi qara rəngli gödəkcənin sağ yan cibinə qoymuş və Daşkəsən rayonuna getmək istəmişdir. Belə ki, o Daşkəsən rayonunda da işləmiş və orada da narkotik istifadəçisi dostları olmuşdur. Həmin şəxslərlə tez tez birlikdə pul toplayıb narkotik almışlae. Aldığı narkotiki qismən ucuz qiymətə əldə etdiyi üçün, qeyd olunan 8 bükümdən bir neçəsini əvəzsiz olaraq Daşkəsəndəli dostlarına verməyi düşünmüşdür. Olduğu yerdən uzaqlaşıb yolu keçərək Zaur İsmayılov küçəsində yerləşən köhnə şokolad zavodunun yaxınlığına çatdıqda mülki geyimli şəxslər ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gedəcəklərini bildirmişlər. Bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları Kəpəz Rayon Polis Bölməsinin inzibati binasınına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ötrü müdаfiəçilərin siyаhısını təqdim edilmiş və ona həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə biləcəyini, əgər sеçməkdə tərəddüd еdərsə bu gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə biləcəyini bildirmişlər. O, təqdim оlunmuş vəkillərin siyаhısındаn X4 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişlər. Müdаfiəçi X4 оğlu dəvət оlunаrаq təqdim еdilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əvvəlcə əynində olan qırmızı-qara rəngli gödəkcənin sağ yan cibinə qoyduğu içərisində marixuana olan kağız bükümü təqdim etmişdir. Həmin kağzı bükümə baxış zamanı içərisində narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Sonra qırmızı-qara rəngli gödəkcəmin altından geydiyi qara rəngli gödəkcənin sağ yan cibindən özü içərisində heroin olan ədəd kağız bükümü təqdim edib bəlkə gizlədə biləcəyini düşünüb ikisini gizlətmiş, lakin sonra polis əməkdaşları özləri üzərinə şəxsi axtarış keçirərək qara rəngli gödəkcənin sağ yan cibində qalmış iki ədəd içərisində heroin olan kağız bükümləri də, aşkar etmişlər. Sağ yan cibindən aşkar edilmiş həmin bükümlərə baxış zamanı içərisindəkinin isə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində nakrotik vasitə heroin və marixuana olan bükümlər elektron tərəzidə çəkilmiş, əvvəlcə 8 ədəd heroin bükümləri bir-bir tərəziyə qoyularaq çəkilmiş və həmin bükümlərin ümumilikdə 2,07 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuana olan kağız büküm eletron tərəzidə çəkilmiş və çəkisinin isə 0,25 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərəsində narkotik vasitə heroin olan 8 ədəd kağız büküm və içərəsində narkotik vasitə marixuana olan 1 ədəd kağız büküm 1 ədəd kağız zərfin içərisinə qoyulub ağzı bağlanaraq möhrlənmiş və doğrulunu imzalarımızla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və 1 ədəd ağ rəngli kağız parçası, 4 ədəd göy rəngli kağız parçası, 1 ədəd qara rəngli kağız parçası, 1 ədəd qızılı rəngli kağız parçası və 1 ədəd gümüşü rəngli falqa parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram, 0,11 qram, 0,175 qram, 0,244 qram, 0,161 qram, 0, 443 qram, 0,185 qram, 0,166 qram ümumi təmiz çəkisi 2,003 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0,18 qram olan narkotik vasitə qurudulmuş marixuananı təxminən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən pay kimi, üzərindən aşkar edilmiş 8 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,003 qram olan narkotik vasitə heroini isə xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 35 manat qarşılığında almışdır. Məqsədi həmin narkotik vasitələri özü istifadə etmək olmuşdur. Həmin vaxt heroin əldə edə bilmədiyi üçün marixuana almış, lakin ürəyi istəmədiyi üçün istifadə etməmişdir. Həmin şəxsin adını, telefon nömrəsini, ünvanını bilmədiyini demişdir. Təxminən 40 yaşlarında, orta boylu, üzü tüklü kişi olmuş, təsdüfən rastlaşmış, daha sonralar görməmişdir. Həmin şəxsin adını, ünvanını bilmir. Özü ona zəng edərək narkotik vasitə istifadə etdiyini bildiyini demiş, adını soruşduqda adının önəmli olmadığını, əsas alış-verişlərinin baş tutmasını demişdir. O da əlavə sual verməyərək razılaşmışdır. Telefon nömrəsini unutduğu üçün dəqiq olaraq xatırlamır. Həmin şəxsdən 3 dəfə sadəcə özü istifadə etmək məqsədilə narkotik vasitə heroin almışdır. Narkotik vasitəsini satacağı ilə bağlı heç bir razılaşma olmamışdır. 1 ildir ki, narktoik vasitə istifadəçisi olduğundan şəhərdəki narkotik istifadəçilərinin bundan xəbəri olmuşdur. Buna görə də, həmin şəxs onu tapa bilmişdır. Əldə edib üzərində saxladığı narkotik vasitə olan heroin və marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. həmin narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. Yuxarıda da, qeyd etdiyi kimi marixuananı təsadüfən əldə etmiş, heroin isə elə bükümlər şəklində almışdır. Həmin bükümlərə uyğun dozanı müəyyən edib istifadə etmişdir. Narkotik vasitə heroin və marixuana əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Heç kəs narkotik vasitə istehlak etməyə təhrik etməmiş, özünün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Həmçinin o da heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. bu barədə ona heç kəs köməklik etməmiş, heç kəsin, xəbəri olmamış, bütün bunların hamısını tək özü etmişdir. Həmin yeri hazırda xatırlamadığı üçün oranı unutmuş, buna görə də, yerində göstərə bilməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşmandır. həmin narotik vasitələri satış məqsədilə deyil, özü istifadə üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə işləyir. xx.xx.2022-cı il tarixdə Gəncə şəhəri, E.Əlizadə küçəsi, 2-ci döngə, ev 14-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 45-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyayaraq üzərində saxlaması və satması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.İsmayılov küçəsində yerləşən “köhnə şokolad zavodu” kimi tanınan tikilinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə dəvət edildi. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmişlər. Gəncə şəhər Kəpəz RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X2 müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara-qırımızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, həmin bükülü açılmış və içərisindən ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs həmin gödəkcənin sepini açaraq altından geydiyi qara rəngli cins gödəkcənin sağ yan cibinə əlini ataraq oradan 6 ədəd kağız bükümü təqdim etmişdir. Həmin bükümlərdən biri açılmış və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxi axtarış keçirilmiş və bu zaman əynində olan qara rəngli cins gödəkcənin sağ yan cibindən əlavə olaraq iki ədəd kağız büküm də aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəkilərin də, narktoik vasitə heroin olduğunu bildirmiş, istintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərindən digər hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə bir ildir ki, məşğul olduğunu xx.xx.2022-ci il tarixdə mobil nömrəsini mobil telefonun zənglər və mesajların qeydi hissəsindən sildiyi tanımadığı şəxsin istiqamətləndirməsinə əsasən narkotik vasitə almaq üçün 35 manat pulu əvvəlcədən Gəncə şəhəri, Depo qəsəbəsində yerləşən mağazanın yaxınlığına qoyduğunu, daha sonra Gəncə şəhəri, Depo qəsəbəsində Şokolad zavodunun yaxınlığında işıq dirəyinin dibində olan daşın altından həmin narkotik vasitələri götürdüyünü, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra müdafiəçi X5 Rzayevdən həmin narkotik vasitənin kimə məxsus olmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı bir psixi və fiziki təsirə məruz qalıb qalmadığını soruşmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə saxladığını, polis əməkdaşları tərəfindən hər hansı bir psixi və fiziki təsirə məruz qalmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd heroin bükümləri ayrı-ayrılıqda eletron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 2,07 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd marixuana bükümü eletron tərəzidə çəkilmiş və çəkisinin 0,25 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan bükümlər bir ədəd zərfdə qablaşdırılıb möhürləndi və doğruluğu imzalarla təsdiq edilmişdir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavətim olmamışdır. Turala qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə edib daşıyaraq saxlamışdır. Narkotik vasitələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində onlar tərəfindən əməliyyat tədbirləri davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2022-ci il tarixli 16/-345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar...” sözlər və imzalar olan kağız paketdəki: 1 ədəd ağ rəngli kağız parçası, 4 ədəd göy rəngli kağız parçası, 1 ədəd qara rəngli kağız parçası, 1 ədəd qızılı rəngli kağız parçası və 1 ədəd gümüşü rəngli falqa parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,519 qram, 0,11 qram, 0,175 qram, 0,244 qram, 0,161 qram, 0, 443 qram, 0,185 qram, 0,166 qram ümumi təmiz çəkisi 2,003 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-75/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1336 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlrarası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1671 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlrarası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə Şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X10 şəhər Kəpəz RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara-qırımızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Həmin bükülü açılır və içərisindən ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Sonra Təqsirləndirilən şəxs həmin gödəkcənin sepini açaraq onun altından geydiyi qara rəngli cins gödəkcənin sağ yan cibinə əlini ataraq oradan 6 ədəd kağız bükümü təqdim edir. Həmin bükümlərdən biri açılır və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxi axtarış keçirilir və bu zaman əynində olan qara rəngli cins gödəkcənin sağ yan cibindən əlavə olaraq iki ədəd kağız büküm də aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdəkilərin də, narktoik vasitə heroin olduğunu bildirir. İstintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərindən digər hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə bir ildir ki, məşğul olur, xx.xx.2022-ci il tarixdə mobil nömrəsini mobil telefonun zənglər və mesajların qeydi hissəsindən sildiyi tanımadığı şəxsin istiqamətləndirməsi ilə əsasən narkotik vasitə almaq üçün 35 manat pulu əvvəlcədən Gəncə şəhəri, Depo qəsəbəsində yerləşən mağazanın yaxınlığına qoymuş, daha sonra Gəncə şəhəri, Depo qəsəbəsində Şokolad zavodunun yaxınlığında işıq dirəyinin dibində olan daşın altından həmin narkotik vasitələri götürmüş, özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonra müdafiəçi X5 Rzayevdən həmin narkotik vasitənin kimə məxsus olmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı bir psixi və fiziki təsirə məruz qalıb qalmadığını soruşur, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə saxladığını, polis əməkdaşları tərəfindən hər hansı bir psixi və fiziki təsirə məruz qalmadığını deyir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd heroin bükümləri ayrı-ayrılıqda eletron tərəzidə çəkilir və ümumilikdə çəkisinin 2,07 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd marixuana bükümü eletron tərəzidə çəkilir və çəkisinin 0,25 qram olması müəyyən edilir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan bükümlər bir ədəd zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı “SMS_Tarixçəsi__ **********4757__ 558069643” adlı faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, “**********” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 18, 19 və 23 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə “Goturdana qaqa…”, “Bu nagarmaqdi agali senol yaxwi hereket elemirsen ha qaqa...”, “Goturdana agali senol nevlenirem yeke kiwisen bele wey elemedana ay tural milet meni gozduyur...”, “Mawinanam hardasan goturum...”, “Merefetin olsundana tural senol nervlendirdin dana temiz agali bawqasi olsa g*tunu dagdardim gotur gorum vagzaldayam...”, “Qaqa goturmuraen deyen emele gelmedi nese taksi ,akaz eliyib gedirem...” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 22 və 23 radələrində “Tural gotur iwim var uwe goturerdik 10 manat var…”, “Sen allah qonaqlarimnan oturmuwam gecdirse denen bilim ay qaqaeni biyabir eleem...”, “Yeke oglansan gwcdi denen bil3kdana qaqa Goturdana yeke kiwisen qaqa qonaqlarim meni gozduyur…”, “Sen allah goturdana bir zaryatkam azdi…”, “Niye bele eliyirsenki agali emele gelmir denendana qaqa qiw qulubub yaninda meni gozduyur nedi bawim cixmir yeke kiw8sen goturdana bir...” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 02, 03 və 19 radələrində “Bidene gotur iwim var qaqa...”, “Teli gotur iwim var...”, “Burdayam sizin qapinin agzinda...” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə “**********” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 12 radələrində “Qaqa bugun menim ad gunumdu meni srownu yig hemide srownu sennen iwim var meni sevindir...” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə “**********” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 13, “Dede o dawida gotur...”, “Pawdavoya catanda de cixim gej zavodu terefə...” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə “**********” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 09 radələrində “Carli ehtiyatli ol goze cox gorumme qaqa seni ciriga qoyuflar karoci mentler terefden axdarilisan qaqa mokem ol qeh**ler efirde...” məzmununda mesaj mətni göndərilmişdir.Bundan əlavə “**********” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 20 radələrində “Ata olsa ma bir cet qara geti men sa elebir vitun yari verim bide o yarin pulnu da geti...” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə “SMS_Tarixçəsi__**********4752__558069643” adlı faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**- **” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 16:46 radələrində “**********” saylı mobil nömrəyə “Ac gorum yari lazimdi qaralti..” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində “**********” saylı mobil nömrəyə “Naxaql. danza. adam. gondara. niya. bela. elysiz. sabaq. ya. tosu. yadal. naris. galway. versiz. man. dardayam. bela. elysiz. box. yidiy. bir. qlsmad. corayi. kasdiy.” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 20:25 radələrində “**********” saylı mobil nömrəyə “Ata olsa ma bir cet...” məzmununda mesaj mətnləri göndərilmişdir. Həmin mobil nömrədən digər mesaj mətnləri göndərilsə də, iş üzrə əhəmiyyət kəsb etməmişdir. Bundan əlavə “Zənglərin_Detallaşması__**********0917___558069643” adlı faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə müxtəlif mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə Gəncə şəhərində müxtəlif anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli 16/598 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X7 Firuddin üzərindən aşkar edilib götürülmüş 11 ədəd bükülülər, 1 ədəd şprisin içərisində olan narkotik vasitə heroinə bənzər kütlələr.” sözləri və imzalar olan kağız paketdə olan heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübutlar” sözləri və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. X8 sonrakı ifadələrində həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını bildirmişdir. Buna görə də, X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən hazırkı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək bəzi zəruri sənədlərin surəti çıxarılaraq əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-23071-122 nömrəli məktubundan görünür ki, İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrılıqda təmiz çəkiləri 0,519 qram, 0,11 qram, 0,175 qram, 0,244 qram, 0,161 qram, 0, 443 qram, 0,185 qram, 0,166 qram ümumi təmiz çəkisi 2,003 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,18 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ləqəbi “Çarli”dir. Onun istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəsinə müxtəlif mobil nömrələrdən göndərilmiş mesaj mətnlərindən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs pul vəsaiti qarşılığında narkotik vasitə istifadəçiləri arasında “daş” və “şüşə” kimi adlanan psixotrop maddə metamfetamin, həmçinin “qara” kimi adlanan narkotik vasitə tiryək istəyirlər. Həmin mobil nömrələrin istifadəçilərinin müəyyən edilməsi hazırda mümkün olmasa da, bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Şahid1, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid1 oğlu və Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs isə həmin polis əməkdaşları tərəfindən hər hansı bir zorakılığa məruz qalmadığını, onlardan şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə, üzərində hаdisənin izlərini sахlаdığınа görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,489 qram, 0,08 qram, 0,145 qram, 0,214 qram, 0,131 qram, 0,413 qram, 0,155 qram, 0,136 qram ümumi qalıq çəkisi 1,763 qram olan narkotik vasitə heroin və 0,16 qram qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 25 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əldə edib üzərində daşıyaraq saxladığı narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını, satış məqsədinin olmadığını və heç kəsə narkotik vasitə satmadığını, həmçinin sonrakı ifadəsində polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “Şokolad zavodu”nun yaxınlığında saxlanılarkən döyüldüyünü, daha sonra idarəyə gətirilib orada da, döyüldüyünü, sonra isə üzərinə şəxsi axtarış keçirildiyini bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək özünü müdafiəsi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmçinin həmin faktla əlaqədar, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,489 qram, 0,08 qram, 0,145 qram, 0,214 qram, 0,131 qram, 0,413 qram, 0,155 qram, 0,136 qram ümumi qalıq çəkisi 1,763 qram olan narkotik vasitə heroin və 0,16 qram qurudulmuş marixuana Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, 25 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrıayrılıqda qalıq çəkiləri 0,489 qram, 0,08 qram, 0,145 qram, 0,214 qram, 0,131 qram, 0,413 qram, 0,155 qram, 0,136 qram ümumi qalıq çəkisi 1,763 qram olan narkotik vasitə heroin və 0,16 qram qurudulmuş marixuana məhv edilməli, 25 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 25 mart 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,489 qram, 0,08 qram, 0,145 qram, 0,214 qram, 0,131 qram, 0,413 qram, 0,155 qram, 0,136 qram ümumi qalıq çəkisi 1,763 qram olan narkotik vasitə heroin və 0,16 qram qurudulmuş marixuana məhv edilsin, 25 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-350/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-350/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver