Məhkəmə qərarları › İş №1(100)-351/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-351/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-351/2022 29.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 avqust 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Türkiyə Respublikası, İstanbul Bahçeşehir, Boğazköy 2.kısım Anadolu cad. “Jet Petek vilaları” 36K ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məxsus xüsusilə külli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmiş, bu məqsədlə 2021-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda Türkiyə Respublikası vətəndaşları İsmaıl Aktas və Albayrak Davutla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Türkiyə Respublikasının İstanbul şəhərində 6085 manat dəyərində, üzərlərində gümüşü, sarı və qırımızımtıl-sarı rəngli kürəciklər olan 583/585 əyarlı 75,06 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd kulon, 2649 manat dəyərində, üzərlərində qaşlar yerləşdirilmiş, müxtəlif formalı və müxtəlif rəngli elementləri olan “CAORO İTALY 750” damğalı, 750 əyarlı 27,88 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulon, 1099 manat dəyərində, üzərlərində “İNNOVA 750” damğası olan, müxtəlif formalı, 750 əyarlı 11,57 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulon, 781 manat dəyərində üzərlərində “585” damğası olan, müxtəlif formalı, 583/585 əyarlı 9,76 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulon, 160 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 2 qram qızıldan hazırlanmış, halqasının iç tərəfində “GOLD 34 585” damğası olan sarı rəngli 1 ədəd üzük, 1808 manat dəyərində, üzərlərində sarı, qırımızımtıl-sarı, bənövşəyi rəngli, gül formalı elementlər və sarı rəngli kürəciklər olan “CAORO İTALY 750” damğalı, 750 əyarlı 19,03 qram qızıldan hazırlanmış sarı rəngli 1 dəst üzük-qolbaq dəsti, 12520 manat dəyərində, 750 əyarlı 131,79 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 11 ədəd qolbaq, 3752 manat dəyərində, müxtəlif formalı halqalardan və romb formalı elementlərdən ibarət, 750 əyarlı 39,5 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd qolbaq, 5039 manat dəyərində, müxtəlif formalı elementlərdən və kürəciklərdən təşkil olunmuş, 583/585 əyarlı 62,99 qram qızıldan hazırlanmış sarı rəngli 17 ədəd qolbaq, 3364 manat dəyərində, 750 əyarlı 35,41 qram qızıldan hazırlanmış tros toxunuşlu, sarı rəngli 6 ədəd qolbaq, 1874 manat dəyərində, üzərlərində müxtəlif formalı (yarpaq, ürək, ulduz və sair) elementlər olan, 583/585 əyarlı 23,42 qram qızıldan hazırlanmış sarı rəngli 6 ədəd qolbaq, 1796 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 22,45 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd qolbaq, 1006 manat dəyərində, mərkəzində lövhə formalı hissəsi olan, 583/585 əyarlı 12,58 qram qızıldan hazırlanmış sarı rəngli 6 ədəd qolbaq, 894 manat dəyərində, üzərlərində kürə və yarpaq formalı elementlər olan, 750 əyarlı 9,41 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 1112 manat dəyərində, Üzərlərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 13,9 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd qolbaq, 3189 manat dəyərində, müxtəlif formalı elementlərdən ibarət, 583/585 əyarlı 39,86 qram qızıldan hazırlanmış sarı rəngli (bir ədədi qırmızımtıl-sarı rəngli) 7 ədəd qolbaq, 1498 manat dəyərində, üzərlərində gül və qayayabənzər formalı elementlər olan, 750 əyarlı 15,77 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 4702 manat dəyərində, müxtəlif formalı kulonları olan, 583/585 əyarlı 58,77 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd kulonlu boyunbağı, 1154 manat dəyərində, üzərində qara rəngli qaşlar olan, qırmızımtıl-sarı rəngli 750 əyarlı 12,15 qram qızıldan hazırlanmış 1 ədəd kulonlu boyunbağı, 9798 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 122,48 qram qızıldan hazırlanmış sarı rəngli 45 ədəd qolbaq, 5330 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 66,62 qram qızıldan hazırlanmış sarı rəngli 18 ədəd qolbaq, 4702 manat dəyərində, bəzilərinin üzərlərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 58,78 qram qızıldan hazırlanmış sarı rəngli 20 ədəd qolbaq, 1289 manat dəyərində, üzərlərində kürəciklər və ürək formalı elementlər olan, 583/585 əyarlı 16,11 qram qızıldan hazırlanmış sarı rəngli 5 cüt sırğa, 245 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar və qırmızımtıl-sarı rəngli kürəciklər olan, 583/585 əyarlı 3,07 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 515 manat dəyərində, 583/585 əyarlı 6,44 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 918 manat dəyərində, üzərlərində gözmuncuğu elementi olan, 583/585 əyarlı 11,48 qram qızıldan hazırlanmış sarı rəngli 2 qolbaq-boyunbağı dəsti, 6986 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 87,33 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd qolbaq, 7153 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 79,09 qram qızıldan hazırlanmış sarı rəngli 11 ədəd qolbaq, 6909 manat dəyərində, sadə toxunuşlu və müxtəlif formalı halqalardan ibarət, 750 əyarlı 72,73 qram qızıldan hazırlanmış sarı rəngli 15 ədəd boyunbağı, 7107 manat dəyərində, müxtəlif formalı halqalardan təşkil olunmuş, 583/585 əyarlı 88,84 qram qızıldan hazırlanmış sarı rəngli 20 ədəd qolbaq, 10459 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 130,74 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd qolbaq, 9368 manat dəyərində, bəzilərinin üzərlərində müxtəlif formalı elementlər və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı sarı rəngli 13 ədəd qolbaq, 1711 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 21,39 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 4874 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan (bir ədədinin üzərində bəzi qaş yerləri dolu-qaş yerləşdirilmişdir), 750 əyarlı 51,31 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 7 ədəd qolbaq, 3363 manat dəyərində, üzərlərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 35,40 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və sarı rənglə kombinə edilmiş 2 ədəd qolbaq, 340 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 4,25 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 597 manat dəyərində, üzərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 6,28 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 1015 manat dəyərində, qulaqcıqlarında “750” damğası olan, 750 əyarlı 10,69 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 482 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqasının iç tərəfində “Cartier” yazılmış, 750 əyarlı 5,07 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd üzük, 182 manat dəyərində, üzərində sarı rəngli kürəciklər olan 583/585 əyarlı 2,28 qram qızıldan hazırlanmış 1 ədəd kulon, 520 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl-sarı, gümüş və sarı rənglə kombinə edilmiş 750 əyarlı 5,47 qram qızıldan hazırlanmış 1 ədəd kulon, 1662 manat dəyərində, hər birinin uc hissəsindən sallanan müxtəlif formalı element olan (kəpənək, günəş, açar və sair), kilidi iynəşəkilli, 583/585 əyarlı 20,78 qram qızıldan hazırlanmış sarı rəngli 18 cüt sırğa, 69 manat dəyərində, kilidi iynəşəkilli, sarı rəngli kürəcikdən ibarət 583/585 əyarlı 0,86 qram qızıldan hazırlanmış 1 cüt sırğa, 1844 manat dəyərində,halqa formalı, gümüşü rəngli, kilidlərində “G&G 585” damğası olan, 583/585 əyarlı 23,05 qram qızıldan hazırlanmış 10 cüt sırğa, 2880 manat dəyərində, 583/585 əyarlı 36 qram qızıldan hazırlanmış, halqa formalı, sarı rəngli 17 cüt sırğa, 1157 manat dəyərində, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 14,46 qram qızıldan hazırlanmış sarı rəngli 4 cüt sırğa, 2894 manat dəyərində, 583/585 əyarlı 36,18 qram qızıldan hazırlanmış sarı rəngli 14 cüt sırğa, 17632 manat dəyərində, 750 əyarlı 185,60 qram qızıldan hazırlanmış sarı rəngli 9 cüt sırğa, 3215 manat dəyərində, 750 əyarlı 33,84 manat dəyərində, sarı rəngli 1 dəst üzük-sırğa cütü-kulonlu boyunbağı, 12466 manat dəyərində, 750 əyarlı 131,22 qram qızıldan hazırlanmış sarı rəngli, 13 cüt sırğa, 40351 manat dəyərində, 750 əyarlı 424,75 qram qızıldan hazırlanmış sarı rəngli, 25 cüt sırğa, 23774 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər və müxtəlif rəngli daşlar olan, 750 əyarlı 250,25 qram qızıldan hazırlanmış sarı rəngli 21 cüt sırğa, 7225 manat dəyərində, 750 əyarlı 76,05 qram qızıldan hazırlanmış sarı rəngli, 25 cüt sırğa, 2021 manat dəyərində, 583/585 əyarlı 25,26 qram qızıldan hazırlanmış sarı rəngli 13 cüt sırğa, 4805 manat dəyərində, 750 əyarlı 50,58 qram qızıldan hazırlanmış sarı rəngli, 8 cüt sırğa, 660 manat dəyərində, 750 əyarlı 6,95 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd üzük, 454 manat dəyərində, 750 əyarlı 4,78 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulon, 43340 manat dəyərində, 750 əyarlı 456,20 qram qızıldan hazırlanmış sarı rəngli 49 ədəd qolbaq, 13004 manat dəyərində,müxtəlif formalı elementləri olan (dairə, ürək, kürə, qıfıl və sair), 750 əyarlı 136,88 qram qızıldan hazırlanmış sarı rəngli 25 ədəd qolbaq, 5783 manat dəyərində, müxtəlif formalı elementləri (dairə, gül, sonsuzluq, balıq, nal və sair) və hər birinin üzərində qaşlar olan, 750 əyarlı 60,87 qram qızıldan hazırlanmış sarı rəngli 11 ədəd qolbaq, 22062 manat dəyərində, 583/585 əyarlı 275,77 qram qızıldan hazırlanmış sarı rəngli 56 ədəd qolbaq, 6594 manat dəyərində, hər birinin üzərində qaşlar olan, 583/585 əyarlı 82,42 qram qızıldan hazırlanmış sarı rəngli 17 ədəd qolbaq, 679 manat dəyərində, 750 əyarlı 7,15 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 2115 manat dəyərində, 750 əyarlı 22,26 qram qızıldan hazırlanmış 4 ədəd kulonlu boyunbağı, 2281 manat dəyərində, 583/585 əyarlı 28,51 qram qızıldan hazırlanmış 13 ədəd kulonlu boyunbağı, 550 manat dəyərində, qara rəngli rezinəoxşar qolbaqdan, mərkəzində və kilid hissələrində olan sarı rəngli metal hissələrdən ibarət 583/585 əyarlı 54,66 qram qızıldan hazırlanmış 11 ədəd qolbaq, 5502 qram qızıldan hazırlanmış müxtəlif rəngli iplərə düzülmüş sarı rəngli metal kürəciklərdən və müxtəlif rəngli muncuqlardan ibarət 583/585 əyarlı 68,77 qram qızıldan hazırlanmış 26 ədəd qolbaq, 42038 manat dəyərində, halqa formalı, sarı, gümüşü və qırımızımtıl-sarı rəngli, 583/585 əyarlı 525,47 qram qızıldan hazırlanmış 73 ədəd qolbaq, 4498 manat dəyərində, üzərlərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, gümüşü və sarı rəngli, 583/585 əyarlı 56,23 qram qızıldan hazırlanmış 9 ədəd qolbaq, 58635 manat dəyərində, halqa formalı, sarı və qırımızımtıl-sarı rəngli, 750 əyarlı 617,31 qram qızıldan hazırlanmış 47 ədəd qolbaq, 5134 manat dəyərində, üzərlərində müxtəlif rəngli qaşlar olan, 750 əyarlı 54,04 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 31643 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, sarı, gümüşü və qırımızımtılsarı rəngli, 750 əyarlı 333,09 qram qızıldan hazırlanmış 24 ədəd qolbaq, 1483 manat dəyərində, üzərində ümumilikdə 75 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 13,56 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 1197 manat dəyərində, üzərində ümumilikdə 103 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 10,22 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 1482 manat dəyərində, üzərlərində ümumilikdə 36 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 15,07 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 2 ədəd qolbaq, 415 manat dəyərində, üzərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 4,15 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 820 manat dəyərində, üzərində ümumilikdə 21 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 7,89 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 670 manat dəyərində, üzərində ümumilikdə 27 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 4,59 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 350 manat dəyərində, üzərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 2,93 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, 2269 manat dəyərində, 750 əyarlı 23,88 qram qızıldan hazırlanmış gümüşü rəngli 7 ədəd boyunbağı, 16113 manat dəyərində, 750 əyarlı 169,61 qram qızıldan hazırlanmış sarı rəngli 13 ədəd boyunbağı, 1386 manat dəyərində, 750 əyarlı 15,59 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 13939 manat dəyərində, üzərlərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 146,73 qram qızıldan hazırlanmış 11 ədəd kulonlu boyunbağı, 582 manat dəyərində, 750 əyarlı 5,71 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, 13803 manat dəyərində, 583/585 əyarlı 172,54 qram qızıldan hazırlanmış sarı rəngli 51 ədəd kulonlu boyunbağı, 1322 manat dəyərində, 583/585 əyarlı 16,52 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd boyunbağı, 20496 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 750 əyarlı 215,75 qram qızıldan hazırlanmış sarı, qırmızımtıl-sarı və gümüşü rəngli 37 cüt sırğa, 16954 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 211,93 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 97 cüt sırğa, 5522 manat dəyərində, müxtəlif formalı, sarı və gümüşü rənglə kombinə olunmuş, 583/585 əyarlı69,02 qram qızıldan hazırlanmış 55 ədəd kulon, 2355 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 24,79 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 7 ədəd kulon, 761 manat dəyərində, üzərlərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 9,51 qram qızıldan hazırlanmış sarı rəngli 10 cüt sırğa, 11978 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 126,08 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 18 cüt sırğa, 4339 manat dəyərində,üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 54,24 qram qızıldan hazırlanmış sarı rəngli 12 ədəd qolbaq, 8577 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 90,29 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 5 ədəd qolbaq, 1827 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 19,23 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 7 ədəd qolbaq, 1538 manat dəyərində, 750 əyarlı 16,19 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzüklü-qolbaq, 1200 manat dəyərində, üzərində ümumilikdə 28 ədəd rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,90 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, 712 manat dəyərində, üzərində ümumilikdə 22 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,23 qram qızıldan hazırlanmış sarı rəngli 1 cüt sırğa, 115 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, 583/585 əyarlı 1,44 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd üzük, 996 manat dəyərində, 750 əyarlı 10,48 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rənglə kombinə olunmuş 1 dəst sırğa cütü-üzükkulon, 6894 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 86,18 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 35 ədəd boyunbağı, 5886 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 73,57 qram qızıldan hazırlanmış sarı rəngli 15 cüt sırğa, 874 manat dəyərində, kəpənək formalı, 583/585 əyarlı 10,93 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük-kulon dəsti, 395 manat dəyərində, 750 əyarlı 4,16 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulonlu boyunbağı, 1222 manat dəyərində, üzərlərində müxtəlif rəngli qaşlar olan, halqa formalı, 750 əyarlı 12,86 qram qızıldan hazırlanmış sarı rəngli 12 cüt sırğa, 476 manat dəyərində, 583/585 əyarlı 5,95 qram qızıldan hazırlanmış sarı rəngli 6 cüt sırğa, 41953 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 441,61 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 48 cüt sırğa, 5670 manat dəyərində, üzərlərində müxtəlif rəng və formalı elementlər olan, 750 əyarlı 59,69 qram qızıldan hazırlanmış sarı rəngli 3 cüt sırğa, 7889 manat dəyərində, 750 əyarlı 83,04 qram qızıldan hazırlanmış gümüşü rəngli 9 cüt sırğa, 696 manat dəyərində, 750 əyarlı 7,33 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-kulon dəsti, 221 manat dəyərində, 750 əyarlı 2,33 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulon, 10226 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 107,64 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 14 cüt sırğa, 22345 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 279,31 qram qızıldan hazırlanmış sarı rəngli 20 sırğa cütü-üzük-kulon dəsti, 3122 manat dəyərində, üzərlərində müxtəlif rəngli elementlər olan, 583/585 əyarlı 39,03 qram qızıldan hazırlanmış sarı rəngli 3 sırğa cütü-üzük dəsti, 1628 manat dəyərində, üzərində qəhvəyi rəngli qaşlar olan, 750 əyarlı 17,14 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük dəsti, 3588 manat dəyərində, üzərində müxtəlif rəngli metal kürəciklərdən ibarət gül formalı bəzəyi olan, 750 əyarlı 37,77 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 sırğa cütü-üzük-boyunbağı-qolbaq dəsti, 4232 manat dəyərində, müxtəlif formalı, bəzilərinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 52,90 qram qızıldan hazırlanmış sarı rəngli 27 ədəd kulon, 5880 manat dəyərində, 750 əyarlı 61,89 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 4 ədəd boyunbağı, 505 manat dəyərində, üzərində kürəciklər olan, 583/585 əyarlı 6,31 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd kulonlu boyunbağı, 579 manat dəyərində, üzərində heyvan formalı elementi olan, 583/585 əyarlı 7,24 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 1899 manat dəyərində, üzərində gül formalı elementi olan, metal kürəciklərdən ibarət, 750 əyarlı 19,99 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd boyunbağı, 5637 manat dəyərində, üzərlərində müxtəlif rəngli qaşlar olan, 750 əyarlı 59,34 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulonlu boyunbağı, 1016 manat dəyərində, üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 10,70 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, 894 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 9,41 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 2 ədəd kulonlu boyunbağı, 2274 manat dəyərində, üzərindəki qaş yerləri boş olan, 750 əyarlı 23,94 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rənglə kombinə edilmiş 1 ədəd boyunbağı, 760 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 8 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd boyunbağı, 2735 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 28,79 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütüüzük-qolbaq-boyunbağı dəsti, 12443 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 130,98 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 26 ədəd kulonlu boyunbağı, 8311 manat dəyərində, üzərlərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 87,49 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 10 ədəd kulonlu boyunbağı, 42851 manat dəyərində, 750 əyarlı 451,06 qram qızıldan hazırlanmış sarı rəngli 26 ədəd boyunbağı, 29929 manat dəyərində, 750 əyarlı 315,04 qram qızıldan hazırlanmış sarı rəngli 32 ədəd boyunbağı, 1624 manat dəyərində, 750 əyarlı 17,10 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd boyunbağı, 2494 manat dəyərində, 583/585 əyarlı 31,17 qram qızıldan hazırlanmış gümüşü rəngli 16 ədəd boyunbağı, 6426 manat dəyərində, 583/585 əyarlı 80,32 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 27 ədəd boyunbağı, 14238 manat dəyərində, 583/585 əyarlı 177,98 qram qızıldan hazırlanmış sarı rəngli 50 ədəd boyunbağı, 16982 manat dəyərində, 583/585 əyarlı 212,28 qram qızıldan hazırlanmış sarı rəngli 41 ədəd boyunbağı, 9529 manat dəyərində, 583/585 əyarlı 119,11 qram qızıldan hazırlanmış sarı rəngli 13 ədəd boyunbağı, 8221 manat dəyərində, üzərlərindəki qaş yerləri boş olan, 750 əyarlı 86,54 qram qızıldan hazırlanmış gümüşü rəngli 3 ədəd boyunbağı, 1911 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 23,89 qram qızıldan hazırlanmış sarı rəngli 3 boyunbağı-qolbaq dəsti, 1436 manat dəyərində, müxtəlif formalı kulonları olan, 750 əyarlı 15,12 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd kulonlu boyunbağı, 1360 manat dəyərində, müxtəlif formalı kulonları olan, 583/585 əyarlı 17 qram qızıldan hazırlanmış sarı rəngli 5 ədəd kulonlu boyunbağı, 575 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar, kürəciklər və göy rəngli element olan, 750 əyarlı 6,05 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 381 manat dəyərində, üzərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 4,76 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 33018 manat dəyərində, 750 əyarlı 347,56 qram qızıldan hazırlanmış sarı rəngli 25 ədəd boyunbağı, 15189 manat dəyərində, 750 əyarlı 159,88 qram qızıldan hazırlanmış sarı rəngli 23 ədəd boyunbağı, 22958 manat dəyərində, 750 əyarlı 241,66 qram qızıldan hazırlanmış sarı rəngli 31 ədəd boyunbağı, 15993 manat dəyərində, 750 əyarlı 168,35 qram qızıldan hazırlanmış sarı rəngli 38 ədəd boyunbağı, 12725 manat dəyərində, 750 əyarlı 133,95 qram qızıldan hazırlanmış sarı rəngli 30 ədəd boyunbağı, 15866 manat dəyərində, 750 əyarlı 167,01 qram qızıldan hazırlanmış sarı rəngli 28 ədəd boyunbağı, 9653 manat dəyərində, 583/585 əyarlı120,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 44 ədəd boyunbağı, 10095 manat dəyərində, 583/585 əyarlı 126,19 qram qızıldan hazırlanmış sarı rəngli 35 ədəd boyunbağı, 15658 manat dəyərində, 750 əyarlı 164,82 qram qızıldan hazırlanmış gümüşü rəngli 74 ədəd boyunbağı, 14133 manat dəyərində, 583/585 əyarlı176,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 43 ədəd boyunbağı, 10382 manat dəyərində, 750 əyarlı 109,29 qram qızıldan hazırlanmış gümüşü rəngli 50 ədəd boyunbağı, 9926 manat dəyərində, 750 əyarlı 104,48 qram qızıldan hazırlanmış gümüşü rəngli 50 ədəd boyunbağı, 8208 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 86,40 qram qızıldan hazırlanmış sarı, qırmızımtıl-sarı və gümüşü rəngli 21 ədəd boyunbağı, 5528 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 69,10 qram qızıldan hazırlanmış sarı rəngli 32 ədəd boyunbağı, 1363 manat dəyərində, 750 əyarlı 14,35 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd qolbaq, 18842 manat dəyərində, halqa formalı, 583/585 əyarlı 235,52 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 36 ədəd qolbaq, 5270 manat dəyərində, halqa formalı, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 65,88 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 10 ədəd qolbaq, 6808 manat dəyərində, 583/585 əyarlı 85,01 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 31 ədəd qolbaq, 3041 manat dəyərində, qara rəngli rezinəoxşar qolbaqdan və sarı rəngli metal hissələrdən ibarət, 583/585 əyarlı 38,01 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 1343 manat dəyərində, üzərində bir ədəd yaşıl rəngli, bir ədəd qara rəngli qaş olan, 750 əyarlı 14,14 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 2215 manat dəyərində, üzərlərində müxtəlif rəngli, gül elementləri olan, 750 əyarlı 23,32 qram qızıldan hazırlanmış sarı rəngli 1 üzük-qolbaq dəsti, 11531 manat dəyərində, üzərlərində müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 121,38 qram qızıldan hazırlanmış sarı rəngli 20 cüt sırğa, 3814 manat dəyərində, kilidi iynəşəkilli, kürə formalı, 583/585 əyarlı 47,67 qram qızıldan hazırlanmış sarı və qırmızımtıl-sarı rəngli 52 cüt sırğa, 482 manat dəyərində, kilidi iynəşəkilli, ulduz və kəpənək formalı, 583/585 əyarlı 6,03 qram qızıldan hazırlanmış sarı rəngli 7 cüt sırğa, 8782 manat dəyərində, halqa formalı, 583/585 əyarlı 109,77 qram qızıldan hazırlanmış sarı rəngli 76 cüt sırğa, 5615 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 70,19 qram qızıldan hazırlanmış sarı rəngli 20 cüt sırğa, 10229 manat dəyərində, müxtəlif formalı, 583/585 əyarlı 127,86 qram qızıldan hazırlanmış sarı rəngli 36 cüt sırğa, 2514 manat dəyərində, üzərlərində müxtəlif rəngli və müxtəlif formalı elementlər olan, 583/585 əyarlı 31,42 qram qızıldan hazırlanmış sarı rəngli 30 cüt sırğa, 8010 manat dəyərində, üzərlərində rəngsiz, şəffaf qaşlar olan, müxtəlif formalı, 583/585 əyarlı 100,13 qram qızıldan hazırlanmış sarı rəngli 28 cüt sırğa, 9798 manat dəyərində, müxtəlif formalı, 750 əyarlı 103,14 qram qızıldan hazırlanmış sarı rəngli 11 cüt sırğa, 386 manat dəyərində, müxtəlif hərflər formasında (“A”, “F”, “A”) kulonları olan, 583/585 əyarlı 4,60 qram qızıldan hazırlanmış sarı rəngli 3 ədəd kulonlu boyunbağı, 1676 manat dəyərində, hər birinin üzərində rəngsiz, şəffaf qaşlar olan, 750 əyarlı 16,59 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulonlu boyunbağı, 5344 manat dəyərində, 750 əyarlı 56,25 qram qızıldan hazırlanmış sarı rəngli 9 ədəd kulonlu boyunbağı, 1627 manat dəyərində, üzərində yaşıl rəngli, kürə formalı muncuqlar olan, 750 əyarlı 17,13 qram qızıldan hazırlanmış sarı rəngli 1 ədəd qolbaq, 305 manat dəyərində, 583/585 əyarlı 3,81 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 1617 manat dəyərində, üzərlərində qaşlar olan, 750 əyarlı 17,02 qram qızıldan hazırlanmış sarı rəngli 3 cüt sırğa, 30621 manat dəyərində, 750 əyarlı 322,33 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 59 ədəd üzük, 20494 manat dəyərində, 750 əyarlı 215,73 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 47 ədəd üzük, 802 manat dəyərində, qara rəngli rezinəoxşar halqadan və sarı rəngli metal hissədən ibarət, 583/585 əyarlı 10,03 qram qızıldan hazırlanmış 5 ədəd üzük, 558 manat dəyərində, 583/585 əyarlı 6,97 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd kulon, 1085 manat dəyərində, 750 əyarlı 11,42 qram qızıldan hazırlanmış sarı rəngli 4 ədəd kulon, 435 manat dəyərində, 750 əyarlı 3,85 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 22 ədəd rəngsiz, şəffaf qaş (10 ədədi dairəvi cilalı, 12 ədədi dördkünc cilalı) olan 1 ədəd üzük, 380 manat dəyərində, 750 əyarlı 3,79 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş 1 ədəd üzük, 373 manat dəyərində, 750 əyarlı 3,61 qram qızıldan hazırlanmış, gümüşü rəngli, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş 1 ədəd üzük, 13465 manat dəyərində, 583/585 əyarlı 168,31 qram qızıldan hazırlanmış sarı rəngli 50 ədəd üzük, 9463 manat dəyərində, 750 əyarlı 99,61 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd üzük, 7850 manat dəyərində, üzərlərində qaşlar olan, 583/585 əyarlı 98,13 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 47 ədəd üzük, 2346 manat dəyərində, 583/585 əyarlı 29,33 qram qızıldan hazırlanmış sarı rəngli 14 cüt sırğa, 500 manat dəyərində, 583/585 əyarlı 6,25 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-kulon dəsti, 1010 manat dəyərində, 750 əyarlı 10,63 qram qızıldan hazırlanmış sarı rəngli 1 sırğa cütü-üzük dəsti, 17734 manat dəyərində, 750 əyarlı 186,67 qram qızıldan hazırlanmış sarı, gümüşü və qırmızımtıl-sarı rəngli 40 ədəd üzük, 8492 manat dəyərində, 750 əyarlı 89,39 qram qızıldan hazırlanmış sarı rəngli 14 ədəd üzük, 2907 manat dəyərində, 583/585 əyarlı 36,34 qram qızıldan hazırlanmış sarı rəngli 12 ədəd üzük, 3126 manat dəyərində, 583/585 əyarlı 39,08 qram qızıldan hazırlanmış sarı və gümüşü rəngli 18 ədəd üzük, 47649 manat dəyərində, üzərlərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 529,43 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 100 ədəd üzük, 465 manat dəyərində, 583/585 əyarlı 5,81 qram qızıldan hazırlanmış qara rəngli rezinəoxşar halqadan və sarı rəngli metal hissədən ibarət 3 ədəd üzük, 1634 manat dəyərində, 583/585 əyarlı 20,43 qram qızıldan hazırlanmış sarı rəngli 9 cüt sırğa, 8775 manat dəyərində, üzərlərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 92,37 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 13 cüt sırğa, 4020 manat dəyərində, 750 əyarlı 42,31 qram qızıldan hazırlanmış sarı rəngli 8 ədəd sırğa tayı, 648 manat dəyərində, üzərlərindəki bütün qaş yerləri boş olan, 750 əyarlı 6,82 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 4 ədəd sırğa tayı, 940 manat dəyərində, 750 əyarlı 9,90 qram qızıldan hazırlanmış sarı rəngli 2 ədəd qolbaq, 726 manat dəyərində, üzərində 11 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş olan, 750 əyarlı 6,59 qram qızıldan hazırlanmış 1 ədəd üzük, 170 manat dəyərində, üzərində 9 ədəd rəngsiz, şəffaf qaş (6 ədədi dairəvi cilalı, 3 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 1,66 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzük, 323 manat dəyərində, üzərində 7 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş yerləşdirilmiş, 750 əyarlı 3,40 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 1 ədəd üzük, 1044 manat dəyərində, üzərində 9 ədəd dördkünc cilalı, rəngsiz, şəffaf qaş yerləşdirilmiş, 750 əyarlı 10,99 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük, 2302 manat dəyərində, üzərlərində ümumilikdə 123 ədəd rəngsiz, şəffaf qaş (72 ədədi dairəvi cilalı, 51 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 24,23 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı və gümüşü rəngli 4 ədəd üzük, 1323 manat dəyərində, üzərlərində ümumilikdə 63 ədəd rəngsiz, şəffaf qaş (28 ədədi dairəvi cilalı, 35 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 13,19 qram qızıldan hazırlanmış qırmızımtıl-sarı rəngli 2 ədəd üzük, 445 manat dəyərində, üzərində 10 ədəd rəngsiz, şəffaf qaş (4 ədədi dairəvi cilalı, 6 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 3,42 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük və 580 manat dəyərində, üzərində 22 ədəd rəngsiz, şəffaf qaş (10 ədədi dairəvi cilalı, 12 ədədi dördkünc cilalı) yerləşdirilmiş, 750 əyarlı 5,57 qram qızıldan hazırlanmış gümüşü rəngli 1 ədəd üzük olmaqla ümumilikdə xüsusilə külli miqdarda, ******* manat dəyərində 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarını və onların qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün 40.000 ABŞ dolları məbləğində pul vəsaitini cinayətkar qrupun üzvü İsmaıl Aktasa tamah niyyəti ilə vermiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd edilən qızıl-zinət əşyalarının Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilərək ona çatdırılması üçün İsmaıl Aktas və Albayrak Davutun idarə etdikləri “Mercedes-benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin altında olan hava balonunda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilib saxlanılmasına, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmasına və cinayətkar qrupun üzvü Albayrak Davut tərəfindən 24 oktyabr 2021-ci il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda, ******* manat dəyərində 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək və ona qarşı verilmiş mülki iddianı tam həcmdə qəbul edərək ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Türkiyə Respublikası, İstanbul Bahçeşehir, Boğazköy 2.kısım Anadolu cad. “Jet Petek vilaları” 36K ünvanında yaşayır. Bununla bərabər mütəmadi olaraq Azərbaycana gəlib-gedir. İstanbul şəhərində “Kapalı Çarşı” deyilən bazarda qızıl töküm emalatxanası var. Orada qızıl-zinət əşyaları düzəltdirib satışı ilə məşğul olur. 2020-ci ilin fevral-mart aylarından başlayaraq koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə qızıl biznesində durğunluq başladığından 2020-ci ilin mart ayının 29-da Türkiyədə onların emalatxanası da daxil olmaqla bütün bazar və dükanlar bağlanmışdır. Dükanlara nisyə satılmaq üçün verdiyi mallar satılmadığı üçün toplamış və 1 il yarım özündə saxlamışdır. Həmin qızılları əridib başqa modellər düzəltmək istədikdə külli miqdarda ziyan edəcəyini görmüşdür. Əldə qalmış malların modası keçdiyindən qızılları Azərbaycana göndərib satmağı məsləhət görmüşlər. Uzun müddət Türkiyədə qızıl alveri ilə məşğul olduğundan Türkiyədən xaricə külli miqdarda qızıl çıxarılmasının qadağan olduğunun bilmişdir. Buna görə də qızılı hansısa yolla Azərbaycana göndərə biləcəyini maraqlanmışdır. Xüsusi adamların pul müqabillində qızılı asan yolla xaricə apara bildiklərini öyrənmiş, maraqlandıqda bu işlə İsmaıl Aktas deyilən şəxsin məşğul olduğu deyilmişdir. 2021-ci ilin oktyabr ayında, dəqiq yadında qalmayan tarixdə bir neçə dəfə X12 ilə görüşüb 22 kq-a yaxın müxtəlif qızıl-zinət əşyalarını Bakıya göndərtdirmək istədiyini demiş, İsmaıl bu işi 40000 (qırx min) ABŞ dolları (hər qram qızıla görə 2 ABŞ dolları)müqabilində görə biləcəyini bildirmişdir. İsmaıldən qızılları necə Azərbaycana keçirə biləcəyini soruşanda “bu iş mənim manapoliyamdı, bütün İstanbulun qızılını xaricə biz aparırıq, sən gəlib Bakıda malını təhvil alarsan” şəklində cavab vermiş, İsmaıl ilə razılaşıb nəğd qaydada 40000 ABŞ dolları pul vermiş, bundan sonra dəqiq çəkisi 21898,23 qram olan 31 bağlamadakı qızıl-zinət əşyalarını İsmaıla təhvil verməyi barədə invoys tərtib etmiş, İsmaıl öz xətti ilə həmin malı qəbul etməyi barədə qəbz yazmış və sənədinin surətini də təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə İsmaıl sabah yola düşəcəklərini, 23 oktyabrda malı gəlib Bakıda təhvil ala biləcəyini demişdir. 23 oktyabr 2021-ci il tarixdə təyyarə ilə Bakıya gedib malı təhvil alaraq müxtəlif univermaqlara topdan qaydada satıb qayıtmağı fikirləşmiş, xx.xx.2021-ci il tarixdə İsmaıl ilə əlaqə saxladıqda oğlu xəstələndiyi üçün gedə bilmədiyini, geri qayıtdığını, Albayrak Davut adlı şəxsin qızılı Bakıya apardığını deyib Davutun nömrəsini göndərərək onunla əlaqə saxlamağını istəmişdir. xx.xx.2021-ci il tarixdə “waptsapp” proqramı üzərindən Davutla əlaqə saxlamış, Davut zəngə cavab verib gömrük postunda olduğunu, bir azdan özünün əlaqə saxlayacağını demişdir. Bir neçə saat sonra isə Davuta zəng çatmamış, şübhələnib İsmaıla zəng vurmuş, Davutun cavab vermədiyini bildirmişdir. İsmaıl “ola bilsin Davut yatıb, özü səninlə əlaqə saxlayar” demiş, bundan sonra nə İsmaıl, nə də Davutla əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Bakıya gəlmiş, xx.xx.2021ci il tarixədək Bakı şəhərində olmuşdur. Həmin ərəfədə Davutla Bakıda görüşmüş, Davut onun evində qalmış, gömrükdə məsələni həll edib qızılları təhvil alacaqlarını demişdir. Bundan sonra İstanbuldakı işləriylə bağlı xx.xx.2021-ci il tarixdə İstanbula getmiş və xx.xx.2022-ci il tarixdə Bakıya qayıtmışdır. Davut “istintaqın çağırışlarına gedirəm, istintaq bitmək üzrədir, rüsumu ödəyib malı qəbul edəcəyik” demişdir. xx.xx.2022-ci il tarixdə axşam evə gələndə Davutun əşyalarının evdə olmadığını görmüş, zəng vurduqda Davuta zəng çatmamış, bundan sonra İsmaıl ilə əlaqə saxladıqda Davutun qaçdığını demişdir. Davutu tapmaq məqsədilə xx.xx.2022-ci il tarixdə Türkiyəyə getmiş, İzmit şəhərinə, Davutun yaşadığı Gölcük qəsəbəsinə gedib maraqlandıqda qonşuları Davutun orada olduğunu demiş, İsmaıl ilə maraqlandıqda isə onun İsveçrəyə gedibgəldiyini demişlər. Bundan sora Bakıya qayıdıb istintaq orqanına rəsmi müraciət edərək məsələnin necə cərəyan etdiyi barədə ifadə verməyi qərara almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq Azərbaycan Respublikasına qanuni yolla qızıl-zinət əşyalarının keçirilmədiyini, o, qiymətə ümumiyyətlə qanuni yolla qızıl zinət əşyalarının keçirməsinin mümkün olmadığını, ona görə də o, İsmayılla razılaşdığını bildirmişdir. Qızıl zinət əşyalarının Azərbaycan Respublikasına gətirilməsi üçün o, İsmayıl Aktaşa 40000 ABŞ dolları pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq yaşadığı kəndin yaxınlığında yerləşən “Qırmızı Körpü” gömrük postunda idxal xəttində vətəndaşlara məxsus əl yüklərinin daşınmasında xidmət göstərir və bunun müqabilində müəyyən miqdar pul alaraq gündəlik tələbatını ödəyir. xx.xx.2021-ci il tarixində “Qırmızı-Körpü” gömrük postunda idxal yük xəttində dayandığı zaman gömrük əməkdaşı olan Samir adlı şəxs yaxınlaşaraq yük nəqliyyat vaitəsinə gömrük yoxlaması keçirmək istədiyini və həmin yoxlamada hal-şahidi qismində iştirak etməyinə ehtiyac olduğunu bildirmiş, ona etiraz etməyib gömrük postunda yük xəttində “Mercedes-benz” markalı, nəqliyyat vasitəsinin yanına getmişdir. Orada adı və soyadını sonradan bildiyi Türkiyə Respublikasının vətəndaşı Davut və ondan başqa gömrük postunda fəhləlik edən Natiq adlı şəxs də dayanmşdır. Samir adlı gömrük əməkdaşı Davutun idarə etdiyi “Mercedes-benz” markalı, nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsinin alt hissəsində olan içərisinə hər hansı bir malın gizlədilməsi üçün xüsusi qaydada sol tərəfi kəsilmiş hava balonunda üzəri yapışqan lentlə sarınmış qutular olduğu aşkar edilmiş və aşkar olunan qutular “Qırmızı Körpü” gömrük postunun inzibati binasına aparılmışdır. Orada yapışqan lent kəsilmiş və içərisində qızıla bənzər metaldan hazırlanmış zinət əşyaları olduğu müəyyənləşdirilmişdir. Aşkar olunan zinət əşyaları sayılaraq protokolda qeyd edilmiş və həmin protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, 2015-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış, Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Əməliyyat Şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Son zamanlarda ölkə ərazisində qızıl-zinət əşyalarının nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gizlədilərək gətirilməsi ilə bağlı Əməliyyat Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən müəyyən şəxslərin Türkiyə Respublikasından qızıl-zinət əşyalarını gömrük postundan qaçaqmalılıq yolu ilə gətirdikləri və bu yolla da zinət əşyalarının gömrük rəsmiləşdirilməsi cəlb olunmadan istehlaka buraxıldığı məlum olmuşdur. Aparılmış araşdırma nəticəsində ölkə ərazisinə “çips" yükünü gətirən “Mercedes-benz” markalı, nəqliyyat vasitəsində qızıl-zinət əşyaları gizlədildiyi, həmin nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində saat 7 radələrində Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə “Qırmızı Körpü" gömrük postundan daxil olduğu və “Qırmızı Körpü” gömrük postunun terminalında saxlanıldığı müəyyən olmuşdur. Nəqliyyat vasitəsinin saxlanılma səbəbi araşdırılarkən gömrük postunun əməkdaşı tərəfindən sürücü, Türkiyə Respublikası vətəndaşı Albayrak Davut gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparıldıqdan sonra nəqliyyat vasitəsinin rentgen qurğusundan keçməsi üçün müvafiq əraziyə göndərildiyi, rentgen qurğusunda nəqliyyat vasitəsinin alt hissəsində arxa təkərlərin arasında yerləşən hava balonunda gizlədilmiş malın olduğuna işarə verən şübhəli cizgilər görsəndiyi və gömrük postunun əməkdaşları tərəfindən həmin yerinin açılmasının mütəxəssis köməyi olmadan qeyri-mümkün olduğu müəyyən olunduqdan sonra “Qırmızı Körpü” gömrük postunun terminalında saxlanıldığı məlum olmuşdur. Məlumatda qeyd olunan qızıl-zinət əşyalarının nəqliyyat vasitəsində olma ehtimalı və nəqliyyat vasitəsinin nəzarətsiz qaldığı üçün sürücü tərəfindən götürülmə ehtimalı qiymətləndirilmiş və dərhal həmin əraziyə təyin olunmuşdur. Nəqliyyat vasitəsinin sürücü və ya başqa bir şəxs tərəfindən kənar müdaxilə olunacağı təqdirdə bunun qarşısının alınması tapşırılmışdır. Təxminən saat 20 radələrində sürücü Albayrak Davutun nəqliyyat vasitəsinin alt hissəsində rentgen qurğusunda şübhəli cizgilərin qeyd olunduğu yerdə hərəkətini müşahidə etmiş və dərhal müdaxilə edərək sürücü Albayrak Davuta dayanması və həmin yerdən çıxmasını bildirmişdir. Sonra sürücü nəqliyyat vasitəsinin altından çıxmış və onun əlində üzəri yapışqan lentlə sarınmış bağlamalar olduğunu görmüşdür. Qeyd olunan bağlamalardan nəqliyyat vasitəsində əlavə olub-olmadığını müəyyən etmək üçün nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna aparılmasını təmin edərək, hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinin alt hissəsinə baxış keçirmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində olan içərisinə hər hansı bir malın gizlədilməsi üçün xüsusi qaydada sol tərəfi kəsilmiş hava balonunda üzəri yapışqan lentlə sarınmış qutular olduğunu aşkar etmiş və aşkar olunan qutular “Qırmızı Körpü” gömrük postunun inzibati binasına aparılmışdır. Orada yapışqan lenti kəsmiş və bu zaman qızıla bənzər metaldan hazırlanmış zinət əşları olduğu müəyyənləşdirmişdir. Aşkar olunan ziynət əşyaları sayılmış və bu zaman bunların qablaşdırılması ilə birlikdə 18,172 kiloqram, qablaşdırması çıxmaqla təqribən 17 kiloqram qızıla bənzər metaldan hazırlanmış zinət əşyaları olduğu məlum olmuşdur. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 ifadəsində göstərdi ki, mülki iddainı müdafiə edir və tam təmin olunmasını xahiş edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 oktyabr 2021-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Albayrak Davutun idarə etdiyi “Mercedes-benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin altında olan hava balonunda gömrük nəzarətindən gizlədilmiş ümumilikdə təqribən 17 kq müxtəlif qızıl-zinət əşyaları aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 yanvar 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Albayrak Davut 2021ci il ərzində 3 dəfə Azərbaycan Respublikasına gəlmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə “Mercedes” markalı MM881CC nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana istiqamətindən “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, keçirilən gömrük yoxlaması nəticəsində xüsusilə külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülmüş, “Mercedes” markalı MM881CC nömrə nişanlı nəqliyyat vasitəsini 2021-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində Türkiyə Respublikası vətəndaşı Aktas İsmaıl (pasport U********) idarə edərək 9 dəfə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə qeyd olunan nəqliyyat vasitəsini Albayrak Davutla birlikdə idarə edərək Azərbaycan Respublikasına gəlib-getmiş, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində mövcud olan məlumatlar “Hp LaserJet pro M102a” markalı printerdən istifadə edilməklə çap olunaraq 6 vərəqdə protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 may 2022ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2001ci ildən etibarən müxtəlif vaxtlarda Türkiyə Respublikasına gedib gəlmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasına getmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, xx.xx.2022-ci il tarixdə Gürcüstana getmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmış, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində mövcud olan məlumatlar “Hp LaserJet pro M102a” markalı printerdən istifadə edilməklə çap olunaraq 9 vərəqdə protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 20 iyun 2022ci il tarixli “Baxış keçirilməsi haqqənda” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Aktas İsmaılın istifadəsində olmuş +**********49 nömrəsi ilə 11 noyabr 2021-ci il tarixdən 19 mart 2022-ci il tarixədək olan müddət ərzində sms yazaraq əlaqə saxlamış, İsmaıl xx.xx.2021 tarixdə “İnşallah Davut 1 aya malı alıb təslim edəcək” yazmış, Təqsirləndirilən şəxs xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 tarixlərdə dəfələrlə Aktas İsmaıla zəng vurmuş, xx.xx.2022 tarixdə İsmaıla “İsmayıl, onu sən qaçırtmısan, səndən başqa tanıdığı sürücü yoxdur, yalan danışma, bütün gömrük postlarına xəbər verildi, tırların yataq yerlərini belə yoxlayacaqlar” yazmış, İsmaıl Aktas qızılın daşınması müqabilində 40000 pul aldığını etiraf etmiş, ancaq Albayrak Davutun qaçdıqdan sonra harada olmadığını qeyd etmiş, İmranova X4 Davutun istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 7 dekabr 2021-ci il tarixdən 2 mart 2022-ci il tarixədək olan müddət ərzində sms yazaraq əlaqə saxlamış, yazışmaların mətninə əsasən Albayrak Davut Bakı şəhərində olduğu müddət ərzində Təqsirləndirilən şəxs evində qalmış, X7 Türkiyədəki hesabına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul göndərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 6/4788 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi kütləsi 16113,73 qram olan məmulatlar 583/585 və 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan cədvəl 1 üzrə sıra nömrəsi: 73-79, 84, 97, 98, 185-187, 205-212 olanların qaşları qiymətli daşlara aiddir, brilyantdır. Məmulatlardn digərlərinin üzərində olan qaşlar qiymətli daşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/7772 nömrəli ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 212 adda zərgərlik məmulatlarının xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən ******* manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx/001991 nömrəli məktubuna əlavə edilmiş xidməti qeydə cavabdan görünür ki, qızıl-zinət əşyalarının gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük gömrük ödənişləri 185365,40 manat təşkil edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İsmail Aktaş əl yazısı və imzası ilə təsdiq edərək, “Təqsirləndirilən şəxs 21895 qram altın ürün və 40000 USD taşıma ücrəti teslim aldım” yazmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 iyun 2022ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 iyun 2022ci il tarixli “Mülki cavabdeh qismində tanınmaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfimdən mülki cavabdeh qismində tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 iyun 2022ci il tarixli “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərardan görünür ki, Albayrak Davutun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş cəmi 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları 27 iyun 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 daxil olmuş 1 iyun 2022-ci il tarixli, 4825 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı birliyi 64 sayl Mənzil Kommunal İstismar Birliyinin 23 may 2022-ci il tarixli, 64 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X10 ilə birlikdə Bakı şəhəri Yasamal rayon M.Müşfiq küçəsi 15/17 saylı evin 7-ci mənzilində qeydiyyatda olmasına baxmayaraq, yaşamadığından onu xarakterizə etmək mümkün deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 iyun 2022ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qızıl-zinət əşyalarının gizlədilməsi üçün istifadə edilmiş hava balonu cinayətin törədilməsi üçün alət kimi istifadə edildiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərterminalkompleks Birliyinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 9 iyun 2022-ci il tarixli “Əşyanın maddi sübut hesb edilməsi haqqında” qərardan görünür ki, “X16 LLC” şirkətinə məxsus “Mercedes-benz 930.05” markalı WDB9634061L703038 ban nömrəli, 2012-ci il buraxılşılı, MM881CC qeydiyyat nişanlı dartıcı və “KRONE”markalı, WKESD**********38 ban nömrəli, 2012-ci il buraxılışlı, BB881M qeydiyyat nişanlı qoşqusu maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 iyun 2022ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan və 2 iyul 2022-ci il tarixli “malların sahibinə qaytarılması haqqında” aktdan görünür ki, “Mercedes-benz 930.05” markalı, MM881CC qeydiyyat nişanlı nəqliyyat vasitəsi Atila Yanıka qaytarılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış atalığın müəyyən olunması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 noyabr 2010-cu təvəllüdlü 1 uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, həmin cəza 3 il sınaq müddəti ilə şərti təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməllərinin tövsifinə dair gəldiyi qənaətlə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan edilərək Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməsi istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə görə cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Göründüyü kimi qanunun yuxarıda sadalanan normalarına və plenum qərarlarında qeyd edilən hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün onun həmin cinayətin törədilməsində bilavasitə yəni cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməsini nəzərdə tutur. Lakin hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə, “WhatsApp” proqramı ilə aparılmış danışıqların məzmununa baxış protokoluna və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, o, həmin cinayəti təşkil etmiş, bu məqsədlə özünə məxsus xüsusilə külli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün Türkiyə Respublikası vətəndaşları İsmaıl Aktas və Albayrak Davutla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, həmin qızıl-zinət əşyalarını və onların qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün 40.000 ABŞ dolları məbləğində pul vəsaitini İsmaıl Aktasa vermiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilərək ona çatdırılması üçün İsmaıl Aktas və Albayrak Davutun idarə etdikləri “Mercedes-benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin altında olan hava balonunda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilib saxlanılmasına, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmasına və cinayətkar qrupun üzvü Albayrak Davut tərəfindən 24 oktyabr 2021-ci il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur. Onun bu hərəkətləri cinayətin icraçısının deyil, CM-nin 32.3-cü maddəsində təşkilatçını xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etdiyindən, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə əməlləri Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə görə təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və ya hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti icraçının hərəkətləri formalaşdırır və törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.2-ci maddəsi üzrə təqsirli bilinməsi məhz hazırki iş üzrə cinayət əməllərinin törədilməsində icraçı qismində iştirak etmiş İsmaıl Aktas və Albayrak Davutun törətdiyi cinayət ilə şərtləndirildiyindən, həmçinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edildiyindən, İsmaıl Aktas və Albayrak Davutun qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı qismində iştirak etmələri məhkəmənin Sədaət İmranovanın CM-nin 32.3-cü maddəsinə istinad etməklə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas verir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etiraf edici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən CM-nin 32.3,206.3.2-ci maddəsinə tövsif edilməli və o, həmin maddi üzrə təqsirli bilinərək cəzalandırılmaldır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, qadın olmasını, tək ana olmasını, əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olması, tək ana kimi himayəsində 1 azyaşlı övladının olması, qadın olması kimi cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,3.206.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza olan cərimə cəzası təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlətə vurulmuş maddi ziyana görə 185365,40 manat pulun X3 tutulması barədə mülki iddia ərizəsi vermiş və mülki iddiaçı qismində tanınmışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi barədə qərar çıxara bilər. Məhkəmə cinayət işi üzrə bütün halları tam və hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, mülki iddiada göstərilənlər iş üzrə olan mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli ilə bağlı olduğundan mülki iddia təmin edilməlidir. Cinayət işi üzrə mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs mülki iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə dövlətə vurulmuş maddi ziyana görə 185365,40 ( yüz səksən beş min üç yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul tutulmaqla ödənilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalı, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları dövlətə vurulmuş maddi ziyan olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə 185365,40 manat pul ödənildikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, “Azərterminalkompleks” Birliyində saxlanılan qızıl-zinət əşyalarının gizlədilməsi üçün isifadə edilmiş hava balonu isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 700 (yeddi yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi prosessual hərəkətlərdə 36 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 13000 (on üç min) manat cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilsin və 185365,40 (yüz səksən beş min üç yüz altmış beş manat qırx qəpik) manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin büdcəsinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları dövlətə vurulmuş maddi ziyan olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xeyrinə 185365,40 manat pul ödənildikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın, “Azərterminalkompleks” Birliyində saxlanılan qızıl-zinət əşyalarının gizlədilməsi üçün isifadə edilmiş hava balonu isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 700 (yeddi yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar