Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-352/2024 09.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayonu Lək kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Lək kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada saat 20:45 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd “Pall mall” markalı siqaret qutusunun içərisindən 3 (üç) ədəd qara rəngli sellofan bükümlərdə, satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,991 qram, 1,001 qram, 1,216 qram, ümumi təmiz çəkisi 3,208 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus deyil. Bərdə rayonu, Lək kəndində yaşayır. xx.xx.2023cü ildə yaşadığı kənddə həmkəndliləri ilə söhbət edərkən qəfil mülki geyimli polis əməkdaşları adi maşınla yanlarında saxlamış, onu qolundan tutub maşına əyləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra narkotik qoyub götürməsini tələb etmiş, razılaşmayanda isə onu döyərək həmin bükümü götürməyi və guya Elbəyi adlanan şəxsdən almağı deməyi tələb etmişlər. Polis əməkdaşları siqaret qutusuna 3 büküm narkotik vasitə qoyub onu otağa gətirmiş, aparılmış video çəkiliş vaxtı cibindən çıxarmışlar. Əvvəllər açıq ürək əməliyyatı olduğu üçün daha artıq vuracaqları halda səhhətində ciddi problem yaranacağından qorxub ehtiyat edərək edilən fiziki təzyiqə dözməyib polislərin siqaret qutusunun içərisinə qoyduqları narkotik vasitəni videoçəkiliş vaxtı təqdim edib guya özünə məxsus olduğunu və Elbəyi adlı şəxsdən bir neçə gün əvvəl pulla nisyə aldığını demişdir. Sonrakı müddətdə isə polislər Elbəyinin adını çəkməməyi, narkotik vasitəni ondan almasını inkar etməyi dediyi üçün videoçəkilişlə keçirilmiş üzləşmə zamanı narkotik vasitəni Elbəyidən almadığını, yerdən tapdığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, polis şöbəsində Şahid1 ona təzyiq göstərib, üzərinə qoyduqları aşkar olunan narkotik vasitəni Elbəyidən aldığımı deməyimi istəmişdir, əks təqdirdə isə bizim həyətdə olan daxılın (əl yerinin) içinə 2 kq narkotik vasitə atacağını dediyi üçün ilk əvvəl elə ifadə vermiş, özü tutulandan sonra anası prokurorluğa şikayət etmiş, əsassız olaraq tutulmasını bildirmiş, bununla bağlı ondan izahat alınmış, məhkəmədə bildirdiklərini demişdir. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyi üçün ona bəraət verilərək azad olunmasını, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai araşdırma zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs özünü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ... narkotik vasitə olan heroini tutulmamışdan bir müddət əvvəl yaşadığı kənddə piyada hərəkətdə olan zaman tapmış və üzərində saxlamışdır. Həmin narkotik vasitədən 1-2 dəfə istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bərdə rayonu, Lək kəndi ərazisində piyada şəkildə gəzərkən tanımadığı 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Bərdə RPŞ-yə aparmışlar. Şöbədə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı bildirmişdirlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, cibində saxladığı içərisində 3 (üç) ədəd polietilen bükümdə narkotik vasitə-heroin olan “Pall mall” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmiş, elektron tərəzidə çəkilmiş, qablaşdırılıb möhürlənmişdir. “Redmi” markalı mobil telefon və 10 (on) manat pulu da götürülmüş, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün Elbəyi adlı şəxsdən almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, törətdiyi əməldən peşmandır. Həmin narkotik vasitəni təxminən 15 gün əvvəl Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Abinin yeri” adlı kafenin yaxınlığında dəqiq ünvanını bilmədiyi ünvanda yaşayan Elbəyi adlı şəxsdən elə yaşadığı ünvanın yaxınlığında 150 (bir yüz əlli) manata şəxsi istifadəsi üçün 3 (üç) büküm narkotik vasitə olan heroin almışdır. Həmin vaxtı üzərində nağd pulu olmadığı üçün həmin narkotik vasitəni nisyə almışdır. Belə ki, razılaşmalarına görə pulu daha sonra Elbəyiyə verməli olmuşdur......... İbtidai istintaq zamanı əlavə dindirilərkən Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 3,208 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Şahid4 alması barədə bildirdikləri həqiqət deyil, narkotik vasitəni yaşadığı kənddə piyada hərəkətdə olan zaman tapmışdır. Şahid4 istintaqa verdiyi ifadəsini təsdiqləyərək sonuncu ilə aralarında əvvəllər olmuş şəxsi münasibətlər zəminində yaranmış ədavətlə bağlı əvvəlki ifadəsində elə demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə rayonu X8 Mübarizə Qrupuna Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlamasına dair əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs Bərdə rayonunun Lək kəndində saxlanılmış, Bərdə rayon Baş Polis idarəsinə gətirilmiş, Bərdə rayon Baş Polis İdarəsinə gətirilən zaman üzərinə baxış əməliyyatı keçirilmiş və əməliyyatda özü də iştirak etmiş, baxış nəticəsində üzərindən heroin aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, üzərinə baxış keçirilən zaman aşkar edilən heroinin çəkisi təxminən 3 qram olmuş, soruşan zaman öz şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmiş, saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir maneçilik törətməmişdir. Təqsirləndirilən şəxs saat 19:00-20:00 radələrində Bərdə rayonunun Lək kəndi ərazisində saxlanılmış, yanında heç kəs olmasa da, ətrafında kənd sakinləri olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs portalı çıxarılmış, şəxsiyyəti o şəkilə əsasən müəyyən edilmişdir. Çəkilişdə özü 2-3 bükümdə olan narkotik vasitəni şalvarın sağ cibindən çıxarıb təqdim etmişdir. Narkotik vasitəni satmasına dair məlumatlar olsa da, satdığı şəxslər müəyyən edilə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Əliyev X7 İdrislə eyni məzmunlu ifadələr verib, təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq olmadığını, çəkiliş vaxtı narkotik vasitəni özünün təqdim etdiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2023-cü il oktyabr ayında Bərdə rayonu X3 Mübarizə bölməsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasına dair daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 ilə birlikdə Bərdə rayonun Lək kəndinə getmişlər. Təqsirləndirilən şəxs yeri Bərdə rayonun Lək kəndində dayanacaq deyilən yerdə müəyyən edilmiş, İdris yaxınlaşıb adını soruşduqda Nadir özünü təqdim etmiş, onu Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilən zaman təhqiqatçılar tərəfindən üzərinə baxış keçirilmiş, baxış zamanı mobil telefon, pul aşkar edilmiş, özü isə siqaret qabında olan narkotik vasitəni təqdim etmiş, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, üzərindən aşkar edilən narktoik vasitələr 3 bükümdə olmuş, saxlanılma və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən heç bir müqavimət olmamış, polis şöbəsinə gətirilib birbaşa təhqiqatçının otağına aparıb üzərinə baxış keçirilmiş və həmin zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Bərdə rayonunun Lək kəndi ilə Polis şöbəsinin arasındakı məsafə təxminən 3-4 dəqiqə olmuş, əvvəlcə O səhvən yanındakı digər şəxsi saxlasa da, Nadirin tutulduğunu gördükdə həmin şəxsi buraxmışdır. Əməliyyat tədbiri zamanı şərait olmadığından Nadirin üzərinə baxış keçirilə bilməmişdir. Nadirin üzərindən aşkar edilmiş narkotik vasitəni haradan, necə əldə etdiyi, kimlərə satdığı isə müəyyən edilə bilinməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəldən tanışlığı olmuş, o saxlanılarkən özü Bakı şəhərində olmuşdur. Nadirlə bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsinə çağırılmış və onunla tanışlığını soruşmuşlar. Sonradan bilmişdir ki, Nadir saxlanılarkən üzərindən aşkarlanan narkotik vasitəni ondan şəxsi istifadəsi üçün aldığını dediyinə görə polisə çağırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nadirlə aralarında narkotik alqı-satqısı olmamışdır, instagram sosial şəbəkəsində Nadirin tutulması ilə bağlı xəbərlər paylaşılmış, həmin xəbərlərdən sonra Nadirin tutulmasından məlumatlı olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raport və həmin tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı müvafiq qərar qəbul edilmiş, imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz salxadığı əşya varsa, təqdim edilməsi bildirildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Pall mall” markalı siqaret qutusunu masanın üzərinə qoymuş və içərisində heroin olduğunu bildirmişdir. Siqaret qutusuna içərisində 03 ədəd qara rəngdə polietilen bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 15 gün bundan əvvəl Bərdə rayonu ərazisində Elbəyi adlı şəxsdən 150 manata nisyə aldığını bildirmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı “Redmi” markalı mobil telefonu və 10 AZN pul da götürülmüşdür. Narkotik vasitə olan heroinə bənzər kütlələr, Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefon və 10 AZN pul qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1057 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə narkotik maddəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,991 qram, 1,001 qram, 1,1216 qram, ümumi təmiz çəkisi 3,208 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (1-ci siyahı) daxildir. Heroin ümumi təmiz çəkisi- 3,208 qram, tədqiqata sərf edildi- 0,15 qram(hər birindən 0,05 qram), qalıq- 3,058 qram. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Redmi markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı götürülmüş 01 ədəd mobil telefon və 10 manat pul Təqsirləndirilən şəxs anası X4 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2024-cü il tarixli 105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “üzləşdirmə istintaq hərəkətinin keçirilməsi haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Elbəyidən almadığını, onunla arasında olan şəxsi qərəzinə görə adını çəkdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-28/2-1383/2023 saylı məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2022-ci il tarixdə “Kannabinoid” diaqnozu ilə qeydiyyata alınmış, Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanserində qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-in BƏSİİ-dən verilmiş 30 oktyabr 2023-cü il tarixli tələbnamədən və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (021)-150/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli **********3/1 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bərdə Rayon Məhkəməsinin 1(021)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 01 ilini çəkmiş və 11 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RPŞ-dən verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli, ********* saylı cavab məktubundan görünür ki, Bərdə rayonu, Lək kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi mənbənin, bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və heroin satmasının müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satması barədə əməliyyat məlumatı olmuş, lakin satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə RİHB-nin Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 23 oktyabr 2023-cü il tarixli 1386 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən çoxsaylı laborator analiz, tibbi müayinə və digər tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “fibrinoz perakardit” xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 3,058 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, şəxsi axtarış və üzləşmə istintaq hərəkətlərinin olduğu 2 (iki) ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cİnayət işi üzrə müvafiq mobil operator tərəfindən istintaq orqanına göndərilmiş və məhkəməyə təqdim edilmiş məhkəmə baxışında araşdırılmış telefon danışıqlarına dair məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlarda və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı müdafiəsinə dəlil olaraq xx.xx.2023ci ildə polis şöbəsinə gətirilib, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulduğunu fiziki və pxisi zorakılığa məruz qaldığı - döyüldüyü üçün etmədiyi əməli etiraf etdiyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi xüsusatlarla əlaqədar aidiyyəti üzrə sorğular verilmiş, toplanmış sənədlər iş materiallarına əlavə edilib tədqiq edilmişdir. Ədliyyə Nazirliyi 2 X2 təqdim edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli 3-16-17/41/2-4683/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Təqdim edilmiş tibbi kitabçada isə 2021-ci ildə keçirildiyini bildirdiyi açıq ürək əməliyyatı ilə əlaqədar, sol bazu nahiyyəsində isə məhkəmədə uşaqlıqdan qalmasını bildirdiyi köhnə çapıq toxuması olması qeyd edilmişdir. Bərdə RPŞ-dən təqdim edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli, 3-1368/233543/24 saylı məktubdan və “tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsi qeydiyyat kitabı”-dan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə daxil olarkən tibbi müayinədən keçirilmiş və bədən səthində hər hansı xəsarət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə rayon Prokurorluğunda araşdırılmış 176c-23 saylı materialdan görünür ki, təqsdirləndirilən şəxsin anası Yeganə Teymurovanın şikayəti əsasında həmin rayon prokurorluğunda aparılmış araşdırma zamanı göstərdiyi polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan nə rayon prokuroru, nə yuxarı prokuror, nə də məhkəməyə şikayət verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(021)- 273/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə RPŞ NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitəni üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il qərarların təsviri-əsaslandırıcı və nəticəvi hissəsində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması və istifadəsi ilə məşğul olması barədə şübhələrlə əlaqədar əməliyyat məlumatları olması göstərilmişdir. İbtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində keçirilmiş şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərdə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəni istifadəçisi olduğu üçün üzərində saxladığını, digər şəxsdən aldığını sonradan isə tapdığını bildirmiş narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş hökmün təsviri hissəsində göstərilən Bərdə RPŞnin əməliyyat müvəkkilləri ibtidai araşdırma, həm də məhkəmə baxışında verdiyi ifadələrində əməliyyat məlumatlarının təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi, üzərində saxlaması barədə olduğunu bildirmiş, aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən sübutları və faktların müəyyən edilmədiyini bildirmişlər. İşdə olan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, elə həmin məktubda heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narkotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilmədiyi göstərilmişdir. Əməliyyat tapşırığına cavab məktubunda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni bir tərəfdən təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, eyni məktubda narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyində də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi, sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və 3 ədəd bükümdə və ümumi çəkisinin 3 qramdan bir qədər artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə hazırlanması üçün avadanlığı əldə etməsi və sair hərəkətlər) hallara dair hər hansı sübut əldə etməmiş, satışla bağlı hissədə onun təqsirini sübuta yetirməmişdir. Əməliyyat tapşırıqlarına verilmiş cavab məktubunda isə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. İbtidai istintaq orqanı və prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə baxışında isə dövlət ittihamçısı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsinə, aşkar edilmiş bükümlərin çəkisinə, satışla bağlı mptəbər sübut olmamasına ümumiyyətlə diqqət yetirməmişdir. Yuxarıda qeyd edilən hökmün təsviri hissəsində göstərilən hallar isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan məhz şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü tarixli 2№ li Qərarının 9-cu bəndində əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq külli miqdarda və bir neçə bükümdə olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatı əsas götürülmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, ümumiyyətlə həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilmiş məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Cinayət işi məhkəməyə göndərildikdən sonra iş materiallarına əlavə edilməsi üçün göndərilmiş və məhkəmədə baxış keçirilmiş təqsirləndirilən şəxsin istifadəsində olan nömrə ilə aparılmış telefon danışıqları və sms yazışmaların məzmunundan isə şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdardan artıq narkotik vasitə heroini əldə edib saxlayıb daşımaqla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli külli və xüsusilə külli miqdarına görə siyahılarn”nın İ siyahı “Narkotik vasitələr” 83-cü bəndinə əsasən “heroin” narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan külli miqdarın aşağı həddi isə 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılıb polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilərək döyülərək üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulmasına münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından, cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirlədirilən şəxsin daha ağır cəzadan və cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünümüdafiə xarakteri daşıdığından həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi müəyyən edilməmiş keçirilmiş istintaq hərəkəti zamanı özü sərbəst olaraq müdafiəçinin iştirakı ilə şifahi-sorğu sual zamanı eləcə də ilkin izahatından aşkar edilmiş heroinin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs ilkin istintaq hərəkəti zamanı verdiyi ifadəsini sübut qismində qəbul etməklə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir qanunsuz əşya həmçinin narkotik vasitə olmaması, polis şöbəsinə gətirildikdən sonra fiziki zorakılığa məruz qalaraq döyüldüyü üçün razılaşması, sonradan da həmin narkotik vasitəni guya Elbəyi adlı şəxsdən almasını polislərin təzyiqi ilə bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığı və cinayət işinin məhkəmə baxışı zamanlı tədqiq edilmiş və məhkəmənin təşəbbüsü ilə əldə edilmiş sənədlərlə inkar edildiyindən məhkəmə həmin hissədə təqsirləndirilən şəxsin ifadələrini həqiqətə uyğun olmayan ifadə özünümüdafiəsi üçün gətirdiyi dəlil və ağır cinayət məsuliyyəti və cəzadan qurtarmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 21 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 20:00 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu, Lək kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd “Pall mall” markalı siqaret qutusunun içərisindən 3 (üç) ədəd qara rəngli sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,991 qram, 1,001 qram, 1,216 qram olmaqla, ümumi təmiz çəkisi 3,208 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ürək xəstəliyindən əziyyət çəkməsini məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdar əldə etmə, daşımaya, saxlamaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs hazırki baxılan işə qədər törətdiyi cinayətə görə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı şəxsin əvvəl eynixarakterli əmələ görə məhkum olunması və üzərində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının olması ona məhkəmə baxışında sübuta yetirilmiş cinayət əməlinə görə nəzərdə tutulmuş maddənin sanksiyasındakı ən aşağı hədd cəzanı istisna edən haldır ki, əks təqdirdə eyni xarakterli işlər üzrə daha az ictimai təhlükəliliyə malik əməl və şəxslərə münasibətdə ədalət və qanunçuluq prinsipinin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən....hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Hazırki iş üzrə məhkəmə, şəxsin barəsində əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından qalıq qalmış hissəni azadlıqdan məhrumetmə növündə cəzaya çevirməklə və qalıq müddətinin yarısını hazırkı cəzaya birləşdirməklə, cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş islahetmə, ümumi və xüsusi xəbərdaredici məqsədlərinə nail olunmasını mümkün hesab edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd deyil, ona yaxın həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı, həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsindəki əvvəlki məhkəmə hökmünə əsasən ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı və barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-yə məsul saxlanca verilmiş ekspertizadan sonra qalıq çəkisi 3,058 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk və şəxsi axtarış və üzləşmə istintaq hərəkətinin qeydə alındığı 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsinin çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş hissəsi 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1 (bir) gün azadlıqdan məhrumetmə ilə əvəz edilməklə və təyin edilmiş hazırkı cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli müalicə tədbirləri tətbiq edilsin. Narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-yə məsul saxlanca verilmiş ekspertizadan sonra qalıq çəkisi 3,058 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 1 ədəd CD disk və şəxsi axtarış və üzləşmə istintaq hərəkətinin qeydə alındığı 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-352/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-352/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver