Məhkəmə qərarları › İş №1(100)-352/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-352/2025

19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-352/2025 19.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X2 və X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X11 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 01 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik maddə formasında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 06 avqust 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” yaşayış massivində yerləşən sığınacağın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə y/m, R.Allahverdiyev küçəsi döngə 7-də yerləşən 40-cı PB-nin inzibati binasına gətirilmiş və həmin gün saat 19:35 dəqiqədən 19:55-dək olan müddətdə üzərinə vidoeçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik maddə formasında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, naməlum çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evinin zirzəmisində qanunsuz olaraq saxlamış, 13 sentyabr 2024-cü il tarixdə saat 17:35 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 18:20 dəqiqədən 18:32-dək olan müddətdə üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış, şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 20,796 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmin tədbirin davamı olaraq saat 19:23 dəqiqədən 19:35-dək olan müddətdə yaşadığı Bərdə şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin zirzəmisinin sol künc hissəsində qara rəngli kauçuk materialdan hazırlanmış vannanın içərisində 1 (bir) ədəd polietilen torbada, üzəriləri yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd qara rəngli polietilen torbaların içərisində olan şəffaf polietilen torbalarda satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1355 qram və 710 qram olmaqla, ümumi təmiz çəkisi 2065 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakıdakı epizod üzrə günorta saatlarında sığınacaqda yatarkən polis əməkdaşları qəfil içəri girib narkotik vasitə istifadəçisi olduğunu demiş, narkotikdə şübhəli olduğunu deyib onu Sulutəpə polis bölməsinə aparmışlar. Üzərinə keçirilmiş baxış zamanı tanımadığı şəxsdən aldığı və yarısını istifadə etdiyi psixotrop maddə olmuş və polis əməkdaşları tərəfindən üzərinə baxanda aşkar olunmuşdur. Onu polis bölməsinə aparmış, orada videoçəkiliş etmişlər, videoçəkilişdə hamısı özünə məxsus olmasa da aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Bərdə epizodunda isə Bərdəyə bacısı oğlunun toyuna gəlmiş, toyda içib ailə üzvləri ilə mübahisə etmiş, restoranın qarşısına çıxıb avtomobildə sərxoş vəziyyətdə yatmışdır. Anasını narkotik vasitə əldə etmək üçün pul vermədiyinə görə mütəmadi narahat etdiyi üçün onlar şikayət etmiş buna görə onu polis əməkdaşları Bərdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona psixoloji təzyiq edib üzərinə az miqdar tiryək qoymuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə məcburi qol çəkdirmişlər ki, onu buraxacaqlar. Bunu edənlər Bərdənin polis əməkdaşları İdris, Bəhruz və Şahid adlı şəxslər olmuşdur. Bəhruz ona 48 saat saxlanılıb buraxacaqlarını, evdə çəkiliş etdikdən sonra azad ediləcəyini, məhkəmədən də qandal cəzası ilə çıxacağını demişdir. Daha sonra polislər yaşadığı evə tiryəki gizli yolla qoymuş, sonra da guya onun iştirakı ilə keçirtdikləri axtarışda aşkar edib götürmüşlər. Evə 2 dəfə gəlmiş, ilk dəfə razılaşmayanda şöbəyə aparıb elektroşok verərək boynuna qoymuşlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Bakıda narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. Bakıda polis şöbəsinə gətirildikdən sonra tutularkən və polis əməkdaşları üzərinə baxış keçiriləndə yanında vəkil olmamışdır. Vəkil sonradan gəlmişdir. Bərdə rayonunda üzərindən aşkarlanan narkotik vasitə isə ona aid deyil. Üzərində və evində çəkiliş vaxtı aşkar edilən narkotik vasitə ona aid deyil. Polis tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün evindən aşkarlanan narkotik vasitənin özünün olduğunu demişdir. Evə baxış zamanı arvadı da qonşuda olmuşdur. İçində yatdığı maşın restoranın yanında olmuş, polislər onu aparanda toy hələ bitməmişdir. Onu aparanda toya getdiyi vaxtdan təxminən bir saat keçmiş, polislər onu xalası nəvələrindən soruşmuş, maşında yatdığını demişlər. Onu Bərdədə “Sarayın kruqu” adlanan yerdə maşında yatarkən saxlamışlar. X15 elektroşokla işgəncə verən İdris, Bəhruz və Şahid adlı polislər olmuşdur. Polislər evə daxil olan kimi sol tərəfdəki vannanın içərisinə narkotik vasitəni özləri yerləşdirmişlər. Əvvəlki dövrlərdə metamfetamin və heroin istifadə etmişdir. Tiryək istifadə etməmiş, evə baxış keçirilən zaman anası evdə yox, dayısıgildə olmuşdur. Əvvəllər narkotik vasitə istifadə etsə də, məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər məhkumluğu olmuşdur. 06 avqust 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” yaşayış massivində yerləşən evin yaxınlığında olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmalarını bildirərək üzərində narkotik vasitə, psixotrop maddə saxlamağında və narkotik vasitədən, psixotrop maddədən istifadə etməkdə şübhəli olduğunu bildirib onu Binəqədi rayon 40-cı bölməyə gətirmiş, üzərində aparılan axtarış zamanı polis əməkdaşı ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşaraq könüllü təqdim etməyi demiş, qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına vermiş, içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Üzərində şəxsi axtarış aparılsa da, başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təqdim etdiyi psixotrop maddə-metamfetamin sellofan bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Digər epizod üzrə isə şübhəli şəxsin qismində dindirilməsi protokol və əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərmişdir ki, xx.xx.2024-cü ildə Bərdə şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq....narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Bərdə RPŞnin inzibati binasına aparmış, orada şübhəli şəxs qismində tutulmuş,....hüquq və vəzifələri elan olunmuş, üzərinə axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuş, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan narkotik vasitə olan tiryəki masanın üzərinə qoymuşdur. Təqdim etdiyi yapışqanlı lentlə sarınmış kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Özünəməxsus narkotik vasitə olan tiryək olduğunu polis demiş, tiryəki onlara təqdim edəcəyini demişdir. Ardınca yaşadığı evə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmış və polis əməkdaşları ilə yaşadığı ünvana getmiş, könüllü olaraq evin zirzəmisində saxladığı narkotik vasitə olan tiryəki polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları onun və müdafiəçisinin iştirakı ilə həmin narkotik vasitəni çəkərək qablaşdırmışlar. Bundan sonra onun izahatı alınmış, daha sonra ona ekspertiza rəyini göstərmişlər. O, heç kimə narkotik vasitə satmamış və heç kimə təklif etməmişdir, tiryəki lazım olarsa, müəyyən tanışlarına pay vermək məqsədilə yaşadığı evin zirzəmisində saxlamışdır. Özünü təqsirli bilir. Tutularkən və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Tutulmamışdan 3 gün əvvəl “Sədərək ticarət mərkəzi”nə şəxsi işləri ilə əlaqədar getmiş, tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış, bir neçə dəqiqə söhbət etdikdən sonra həmin şəxs ona İran vətəndaşı olduğunu bildirmiş, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, həmin şəxsə əvvəllər narkotik vasitə istifadə etdiyini dedikdən sonra həmin şəxs özündə tiryək olduğunu demişdir. Ona həmin narkotik vasitədən bir hissəsini pay verəcəyini, narkotik vasitə olan tiryəki müxtəlif şəxslərə çatdırmağı istəmiş, buna görə həmin şəxslə razılaşmışdır. Həmin şəxs əlaqə saxlamaları üçün ondan “whatsapp” işlədib-işlətmədiyini soruşmuş, yalan danışaraq işlətdiyini demiş, ona nömrəsini götürməyi dedikdə isə telefonunun üzərində olmadığını, evdə qaldığını, mobil nömrəsini isə əzbərə bilmədiyini demişdir. Bundan sonra həmin şəxs cibində olan kağıza özünün dediyinə görə “whatsapp” işlətdiyi nömrəsini yazmış və evə gedən kimi yazmağı demişdir. Narkotik vasitənin bir qismini özünə götürdükdən sonra onunla əlaqədə olub müxtəlif şəxslərə çatdıracağı həmin narkotik vasitə olan tiryəki götürüb oradan uzaqlaşmışdır. Həmin şəxsin ona verdiyi kağızı cırıb atmış, tiryəki yaşadığı Bərdə şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 12-yə gətirib gizlətmiş, bir qismini isə üzərində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşayır. 14 sentyabr 2024-cü ildə Bərdə rayon polis şöbəsinə şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, şəxsi Bərdə şəhəri Koroğlu küçəsində saxlayıb Bərdə rayon polis şöbəsinə aparmış, üzərinə polis şöbəsində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təxminən 23-24 qram narkotik vasitə aşkar olunmuş, şəxs aşkar olunan narkotik vasitəni Bakı şəhərindən konum vasitəsi ilə əldə etdiyini və bundan başqa evində də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra şəxsin evinə baxış keçirilmiş, baxış nəticəsində evindən 2 kq-dan çox narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Hadisə uzun müddət bundan əvvəl olduğundan tam dəqiqliyi ilə yadında deyil. Şəxsin əvvəllər də konumla narkotik vasitə gətirməsi, narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs ailə üzvləri onun əlidən bezmiş, dəfələrlə anası onun qarşısını kəsib oğlunun əlindən bezdiyini narkotik aludəçisi olduğunu bildirmişdir. Anası narkotik vasitə istifadəçisi olması barədə şifahi məlumat vermişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə tiryək olmuş, şəxs üzərində aşkar olunan narkotk vasitəni konum vasitəsi ilə Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı isə satışla bağlı olmuş, özləri tərəfindən şəxsə qarşı fiziki və psixoloji təsir göstərilməmiş, özü şəxsi axtarışda əməlini səmimi etiraf etmişdir. Əvvəllər konumla Bakı şəhərindən narkotik vasitəni əldə edib satışı ilə məşğul olmasına dair məlumatı olsa da, əməliyyat qeydiyyat işi açmamışdır. Şəxsi özü və Şahid2 saxlamış, həmin vaxt küçədə olmuşdur. Şəxsi saxladığı saat yadında deyil. Səhv etmirsə, günorta saatları olmuşdur. Şəxsi saxlayanda yanında heç kəs olmamış, üzərinə baxış keçirilməsi nəticəsində tiryək aşkar olunmuş, aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Təhqiqatçı şəxsdən əlavə hardasa narkotik vasitə olduğunu soruşduqda evində olduğunu demişdir. Evə keçirilən axtarış zamanı isə evdə heç kəs olmamışdır. Şəxs narkotik vasitəni ətrafında olan narkomanlara satmış, saxlayanda üzərindən və evindən mobil telefon aşkar olunmamışdır. Şəxsə qarşı polisin hər hansı fiziki və psixoloji təsiri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs barəsində Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, şöbə rəhbərliyinə bu barədə məruzə etmiş, Şahid1la birlikdə vətəndaşı Bərdə rayon Koroğlu küçəsində saxlayıb, Bərdə RPŞ-yə aparmışlar. Şəxsə orada müdafiəçi təqdim olunmuş, daha sonra üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təxminən 23 qram tiryək aşkar olunub götürülmüşdür. Şəxsin yaşadığı ünvana da baxış keçirilmiş, evə baxış nəticəsində yaşadığı evin zirzəmisindən təxminən 2 kq-a yaxın tiryək aşkar olunmuşdur. Həmin narkotik vasitə 2 sellofan torbada olmuşdur. Şəxsi Bərdə şəhəri Koroğlu küçəsində saxlamış, həmin vaxt sonuncu piyada hərəkətdə olmuşdur. Şəxsi Bərdə rayon Koroğlu küçəsində saxlamışlar, ona qarşı fiziki zorakılıq tətbiq edilməmişdir. Şəxsin barəsində şifahi şəkildə məlumatı olmuş, şəxs üzərində aşkar olunan narkotik vasitəni Bakıdan İran vətəndaşından aldığını demiş, şəxsin narkotik vasitəni nə məqsədlə saxladığını deməsi yadında deyil, səhv etmirsə, şəxsin üzərinə baxış keçirilməsi nəticəsində üzərindən telefon aşkar edilmişdir. Şəxsin evinə baxış keçirəndə özü ilə birlikdə getmişlər, şəxs evinə girməyə heç bir etiraz etməmiş, sonuncu ilə birlikdə evinə girmişlər. Şəxsə qarşı özü tərəfindən heç bir fiziki zorakılıq olmamışdır. Şəxsin evindən aşkar olunan narkotik vasitənin yerini şəxsin özü göstərmişdir. Narkotik vasitə şəxsin evində zirzəmidə qara sellofan torbanın içində olmuşdur. Şəxslə bağlı əməliyyat qeydiyyat işi açılmamışdır. Saxlanıldığı yerdə isə şərait olmadığı üçün üzəri yoxlanıla bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılıb Bərdə RPŞ-yə gətirildikdən sonra şəxsin yaşadığı ünvana yollanıb evinə baxış keçirmişlər. Çəkilişdə iştirak etmiş, şəxsin yaşadığı evin zirzəmisindən təxminən 2 kq-a yaxın tiryək aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsin üzərində təxminən 20 qram tiryək aşkar olunmuşdur. Şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin nə məqsədlə əldə etdiyini bilmir. Çəkilişi özü etmiş, ona qarşı fiziki zorakılıq tətbiq edilməmişdir. Şəxs aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində daşıdığını bildirmişdir. Şəxsin anasının onunla bağlı DİN-nin “102 xidməti”nə məlumat verilməsi ilə bağlı məlumatı yoxdur. Şəxsin yaşadığı evdə narkotik vasitə evin zirzəmisinin sol tərəfində olan vannanın içərisindən aşkar olunmuşdur. Narkotik vasitənin aşkar olunduğu vanna balaca olmuşdur. Şəxsə elektroşokla cərəyan verilməsi hər hansı üsulla hədə-qorxu gəlinməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməliyyat axtarış müvəkkili polis kapitanı Şahid4 göstərdi ki, 06 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, qrupa rəhbərliyi özü etmişdir. Əməliyyat axtarış qrupunun tərkibində polis şöbəsinin sahə inspektoru Şahid5 da iştirak etmişdir. Həmin günü axşam saatlarında şəxsin olduğu ünvana getmiş, onu Binəqədi rayonu “Matadrom” adlanan ərazidə yerləşən sığanacağın yaxınlığında görüb yaxınlaşmış, ona özlərini təqdim etmiş, barəsində məlumat daxil olduğunu bildirib Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunaraq vəkil təyin olunmuş və şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində qeyriqanuni əşya varsa, təqdim etməsi bildirilmiş, şəxs üzərindəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şəxsin təqdim etdiyi narkotik vasitə isə metamfetamin olmuşdur. Çəkisi tam dəqiqliyi ilə yadında qalmayıb. Şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün Qaradağ rayonundan “Meyvəli” adlanan ərazidən 10 manat qarşılığında aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi saxlayanda tək olmuş, əməliyyat məlumatı şəxsin narkotik vasitənin istifadə etməsi ilə bağlı olmuş, üzərinə baxış isə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin inzibati binasında həyata keçirilmişdir. Şəxsə qarşı özləri tərəfindən və eləcə də şəxs tərəfindən onlara qarşı hər hansı müqavimət və fiziki zorakılıq olmamışdır. Şəxsi 06 avqust 2024-cü ildə saxlamış, şəxsi şöbəyə dəvət edib şöbədə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Narkotiklərlə bağlı saxlanılan şəxslərin üzərinin yerində yoxlanılması barədə qərar isə 2024-cü ilin sonundan tətbiq edilməyə başlanılmışdır. Həmin vaxta qədər şəxsin üzərinə baxış polis bölməsinin təhqiqatçının otağında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunsa da, şəxs axtarışın onun iştirakı olmadan keçirilməsini istəmiş, buna görə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Şəxsin üzərində axtarış keçirilənə qədər müdafiəçi dəvət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, “Motadrom” qəsəbəsində saxlayıb Bakı şəhəri Binəqədi rayon polis idarısinin 40-cı polis bölməsinə dəvət etmiş, üzərinə təhqiqatçının otağında baxış keçirtmişlər. Üzərinə baxış keçirilməsi nəticəsində arxa sol cibindən narkotik vasitə olan metamfetamin aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs sığınacağın içində deyil çölündə saxlamış, saxlanılarkən sonuncu tək olmuşdur. Aşkar olunmuş narkotik vasitənin isə özünün olduğunu və şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Şəxsin üzərinə saxlanıldığı yerdə şərait olmadığı üçün baxış Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsininin inzibati binasında təhqiqatçının otağında keçirilmiş, şəxsə müdafiəçi təqdim olunmuş, şəxsin üzərinə baxış keçiriləndə müdafiəçisi də yanında olmuşdur. Şəxsə müdafiəçi təqdim olunanda ondan imtina etməsi ilə bağlı isə yadında heçnə qalmayıb. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki,əri saxlanarkən qonşudan öz həyətlərini müşahidə etmiş və polis əməkdaşlarının əri ilə birlikdə yaşadığı evə gəldiklərini görmüşdür. Narkotik vasitənin kim tərəfindən yaşadıqları evin zirzəmisinə qoyulmasını görməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raport və qərarlardan görünür ki, Bərdə rayonunda qeydiyyatda olmaqla Binəqədi rayonu “Motodrom” adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinn həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupunun üzvləri və rəhbəri müəyyən edilmiş, qərarın 2-ci bəndinə əsasən saxlanıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə “Motodrom” yaşayış massivində yerləşən sığınacağın yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 18:10-da əməliyyat müvəkkili Şahid4 tərəfindən 40-cı PB-yə gətirilmiş, həmin gün saat 21:00-da Binəqədi RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi” və müdafiə hüququnun izah edilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmək istəyini bildirmiş və ona Bakı şəhəri 11 saylı Vəkil Bürosundan növbətçi vəkil X4 müdafiəçi təyin edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 1956 №-li vəkil orderi və vəkilin təqdim edilməsi haqqında protokoldan görünür ki, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 19:00-da müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli saxlanıldığı 18:00-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışda şübhəli şəxsin öz istəyi ilə 11 saylı vəkil bürosunun vəkili X4 iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, iş üzrə müstəntiq tərəfindən verilmiş təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 06 avqust 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və əlavəsi olan DVD diskdən görünür ki, video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Binəqədi RPİnin 40-cı PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Bİnəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X14 və əməliyyat müvəkkili Şahid4, sahə inspektoru Şahid5 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 manat nağd pul vəsaiti və sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə kristal şəkilli, ağ rəngli metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bükümü xx.xx.2024-ü ildə səhər saatlarında Qaradağ rayonu, “Meyvəli bazarı” adlanan yerdən tanımadığı şəxsdə 10 manata aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2024-cü il tarixli 1596/24 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 234 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,262 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,212 qram. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda qanunsuz olaraq külli miqdar narkotik vasitə saxlaması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-atxarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:35 radələrində Bərdə şəhəri Koroğlu küçəsində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, saat 17:45-də Bərdə RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 17:55də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən 13 sentyabr 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və əlavəsi olan DVD diskdən dan görünür ki, Bərdə RPŞ-də vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncuya Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, üzərində qanunsuz olaraq saxladığı əşya, narkotik vasitə varsa, təqdim etməsi bildirildikdə əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı Şahid1 tərəfindən yoxlanılmış, əlavə hər hansı bir əşya, predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün tiryək olduğunu bildirmiş, həmin narkotik vasitəni 3 gün əvvəl tanımadığı İran vətəndaşından aldığını bildirmiş, kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. 01 ədəd “prima” markalı siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Çəkilişdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan tiryək olduğunu və təqdim edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Bərdə rayon X10 bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən sol tərəfdə yerləşən həmin evin giriş qapısı olmayan zirzəmisində girişdən sol tərəf künc hissədə olan qara rəngli kauçuk materialdan hazırlanmış vannanın içərisinə qoyulmuş 1 (bir) ədəd polietilen torbada, üzəriləri yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd qara rəngli polietilen torbalarda saxladığı narkotik vasitə olan tiryəkə bənzər kütlələri təqdim edərək həmin kütlələrin narkotik vasitə olan tiryək olduğunu və ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitə olan tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, iştirakçıları tərəfindən imzalanıb möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan tiryəkə bənzər kütlələri tanımadığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2024-cü il tarixli 16/972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyində təmiz çəkisi 20,796 qram maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə olan tiryəkə bənzər kütlə...” yazılar və imzalar olan 1 (bir) ədəd polietilen torbadakı, üzəriləri yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd qara rəngli polietilen torbalardakı şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1355 qram, 710 qram, ümumi təmiz çəkisi 2065 qram maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki tiryək ilə “Vət.Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə olan tiryəkə bənzər kütlə...” yazılar və imzalar olan 1 (bir) ədəd polietilen torbadakı tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd Tiryəkin təmiz çəkisi 20,796 qr (1№li ob.) 2065 qr (2-3№li ob.) tədqiqata cəmi sərf edildi-0,6 qram (hər obyektən 0,2 qram tədqiqata götürüldü), qalıq-20,596 qr (1№li ob.) 2064,6 qr(2-3№li ob) İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizası xx.xx.2024-cü il tarixli 5474 №li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2024-cü il tarixli 1829 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın 14 sentyabr 2024-cü il tarixli 733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(021)-152/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-də qəbul edilmiş qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Binəqədi RPİ İstintaq Şöbəsində istintaq olunan ********* №li cinayət işi Bərdə RPŞ İB-də istintaq olunan ********* №li cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab oaraq Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən verilmiş xx.xx.2024-cü il tarixli, 46-6/2-24644/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi - 0,262 qram psixotrop maddə metamfetamin ona məxsus olmuş, Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etsə də, o həmin maddələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq məqsədinin olduğu, hər hansı bir şəxsə metamfetamin satması, onun metamfetamini aldığını bildirdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ-dən verilən xx.xx.2024-cü il tarixli, ********* saylı məktubdan görünür ki, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki əldə etdiyi mənbə, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və tiryək satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satması barədə məlumat olmuş, lakin satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X6 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin cəzadan 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 01 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3 maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bərdə rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RMX Publik hüquqi şəxsdən verilən xx.xx.2024-cü il tarixli 18-1-28/2-1777/2024 saylı məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixində "Opium qəbulu” diaqnozu ilə Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixində qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RİHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəlikdən verilən 3951 nömrəli tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 12-də yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Spirtli içkilərə və narkotikaya meyillidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 1519 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarın surəti məhkəmənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından narkotik vasitə olan tiryəkin əldə edilmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işi icraata ayrılmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyində ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,596 qram xaşxaş bitkinsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar edilmiş 1 (bir) ədəd polietilen torbadakı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2064,6 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram psixotrop maddə olan və cinayət işi materialları ilə birlikdə Bərdə RPŞ-yə göndərilən metamfetamin iş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-129/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları biri digər ilə müqayisə edərək, qanuni və daxili inamı rəhbər tutuaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən İ epizod üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməli, digər epizod üzrə isə Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində ittiham hökmü çıxırlmalıdır. Belə ki, ittihamda göstərilən İ epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi haqqında qərardan görünür ki, iş üzrə əməliyyat məlumatının daxil olduğu əməliyyat müvəkkili Şahid4 tərəfindən həmin qərarın 2-ci bəndinə əsasən şəxsin üstünün yoxlanılmasına dair əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qeyd edilsə də, “naməlum səbəblərdən” Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə gətirilmişdir. İş üzrə dindirilmiş şahid polis əməkdaşları Şahid4 və Şahid5 şəxsin saxlanıldığı yerdə üstünün yoxlanılmamasını şərait olmaması ilə əlaqələndirmiş, Şahid4 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportda eyniməzmunlu qeyd aparılmışdır. Lakin məhkəmə, əməliyyat axtarış tədbirinin keçirildiyi yeri və tarixi (mövsümü, işin obyektiv hallarını və digər amilləri) nəzərə alaraq hesab edir ki, polis əməkdaşlarının şübhəli şəxsin saxlanıldığı yerdə üstünün yoxlanılmaması barədə göstərdikləri ağlabatan və məntiqi deyil. Çünki qeyd edilən tarixə əsasən hava aydın və işıqlı olmuş, şahid qismində məhkəmədə dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanıldığı vaxt olduğu sığınacağın yaxınlığında və tək olduğunu ətrafda, yaxud təqsirləndirilən şəxsin yanında hər hansı digər (mane ola biləcək, yaxud müdaxilə edə biləcək) şəxs olmadığını bildirmişlər. Məhkəmədə iş üzrə dindirilmiş polis əməkdaşları şəxsi sığınacağın yaxınlığında, Təqsirləndirilən şəxs isə məhz sığınacaqda yatdığı yerdə saxlanıldığını və üzərində olan az miqdar narkotik vasitəni təqdim etdiyini, sonradan isə daha iri bükümünü polisdə ona verildiyini bildirmişdir. Qeyd edilən hal, eləcə də göstəriləcək digər kobud qanun pozuntuları (saxlanıldığı yerdə üstünün yoxlanılmaması, əməliyyat -axtarış tədbirinin gedişatı və nəticələrinin fiksasiya (qeyd) edilməməsi və audio-videoyazıdan yazan qurğulardan istifadə edilməməsi, tərəflər (təqsirləndirilən şəxs və iş üzrə şahidlərin göstərdikləri arasında əhəmiyyətli ziddiyyət olmaqla yanaşı şəxsin üzərində fakltiki olan narkotik vasitə (yaxud psixotrop maddə)nin sonradan Binəqədi 40-cı Polis Bölməsində aşkar olunan eyni narkotik vasitə (yaxud psixotrop maddə) olmadığına dair əsaslı şübhələr yaratmış, həmin şübhələr də qanunverciliyə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilmişdir. Tədqiq edilmiş iş materiallarına əsasən, eləcə də şahidlər olan polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrinə görə təqsirləndirilən (şübhəli) şəxs Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə saat 18:10-da gətirilmiş, ona dövlət hesabına növbətçi vəkil təyin edilmiş, bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan orderə əsasən 11 saylı Vəkil Bürosunun vəkili Çingiz Mansurov xx.xx.2024-cü ildə saat 18:40-da (əlyazma ilə qeydiyyat aparılmışdır) təqsirləndirilən şəxsə təqdim edilmiş və iş materiallarındakı prosessual sənədlərə və qərarlara əsasən, məhz vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərtib edilmiş prosessual sənədlərə imza etmişdir. Lakin sonradan məlum olmayan səbəbdən vəkil Çingiz Mansurov digər proseslərdə iştirak etməmiş, məhkəmədəki ifadəsinə əsasən “oxuma-yazma bilməyən” və kompüter vasitəsilə məhkəmənin qənaətinə əsasən təhqiqatçı tərəfindən yazılmış ərizəyə imza edərək, şəxsi axtarış istintaq hərəkətinin müdafiəçinin iştirakının olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, aparılmış ilkin təhqiqat və istintaq zamanı şəxsin müdafiə hüquqları ibtidai araşdırma orqanı tərəfindən kobud şəkildə pozulduğundan həmin protokol və əlavəsi olan DVD disk, eləcə də Təqsirləndirilən şəxs tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində verilmiş etirafedici ilkin izahat və ifadələri qanunvericiliyin müəyyən etdiyi və sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi prinsiplərinə uyğun olmadığı üçün, iş üzrə ittihamedici sübutlar siyahısından çıxarılmalı, həmin sənədlər ancaq qanun pozuntusuna yol verilmiş şəxslər barədə çıxarılacaq xüsusi qərarın əsası kimi nəzərdən keçirilməlidir. Nəzərdən qaçırılmamalıdır ki, hazırki cinayət işi üzrə qeyd edilən İ epizod üzrə həyata keçirilən əməliyyat axtarış tədbiri zamanı narkotik vasitələrin dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının aparılması tətbiq edilməsinə baxmayaraq Azəraycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı 8 №li qərarı qüvvədə olsa da, Binəqədi RPİ 40-cı PB-nin şahid qismində dindirilmiş polis əməkdaşları həmin qərarın ancaq 2024-cü ilin sonundan başlayaraq təhqiqat orqanında tətbiq edildiyini göstərmişlər. Məhkəmə qeyd edir ki, həm vəkilin keçirilən şəxsi axtarışda iştirak etməməsi, həm də şəxsin saxlanıldığı yerdə deyil, polis şöbəsinə gətirildikdən sonra üzərindən psixotrop maddə aşkar edilməsi təqsirləndirilən şəxsə məxsusluğu ilə bağlı əsaslı və təkzibedilməz şübhələr yaratmışdır. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxsin tutulması iştirakı ilə aparılsa da, vəkilin sonradan videoçəkilişlə keçiriləcək şəxsi axtarışda iştirak etməməsi ağlabatan və inandırıcı deyil. Bu isə məhkəmədə vəkilin ümumiyyətlə şübhəli şəxs qismində tutulma istintaq hərəkəti zamanı Binəqədi RPŞ 40-cı Polis Bölməsində olmadığını, lakin sonradan tərtib edilmiş prosessual sənədlərə heç bir qeyd vermədən imza etdiyini göstərir. Belə ki, iş materiallarında olan 1956 №li orderdən görünür ki, həmin order üzərində əlyazma ilə “18:40” qeydi aparılmış, tarix qrafasında olan “08”.08.2024-cü il kimi qeyd edilən tarix üzərində isə sonradan gözlə aşkar görünən “əlyazma ilə “06”.08.2024-cü il qeydi aparılmışdır. Bundan başqa alındığı tarix göstərilməyən iş üzrə şübhəli şəxs tərəfindən 40-cı Polis Bölməsinin təhqiqatçısı Hacı Musayevə ünvanlanmış izahatda və sonrakı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrdə sonuncu səhifədən başqa digər səhifələrdə müdafiəçinin imzası olmamışdır. Məhkəmə qeyd edir ki, qanunverciliyə əsasən sübut növlərindən biri kimi qeyd edilən şübhəli və təqsirləndirilən şəxs qismində verilən ifadələrin müdafiəçi (vəkil) iştirakı ilə verilməsi qanunvericinin həmin statusda olan şəxsləri sonradan ibtidai araşdırma orqanının vəzifəli şəxslərinin sui-istifadə meyllərindən (ifadə və izahatların məzmununu əsaslı təhriflərdən), qorumaq, eləcədə verilən ifadələrin məzmunu və sonrakı davranış və ifadələrinin hüquqi nəticəsi və verdiyi ifadələrinin məzmunundan xəbərdar etmək xarakteri daşıyır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü ildə Binəqədi RPŞ 40-cı Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X14 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə dindirilmiş, həmin dindirmə zamanı müdafiəçi tərəfindən iştirak etməməsinə baxmayaraq psixotrop maddənin aşkar edilmə şəraiti çəkisi, niyə onun iştirakı olmadan istintaq hərəkətinin keçirilməsi, eləcə də əhəmiyyət kəsb edən hallar barədə sual verilməmiş, şəxsin müdafiə hüququnun həyata keçirilməsi üçün hər hansı fəaliyyəti olmamışdır. Bundan sonra xx.xx.2024-cü ildə cinayət işi istintaq bölməsinə verilmiş və polis kapitanı X7 iş üzrə etiraz edilə bilən şəxslər barədə məlumat verilmiş, həmin gün saat 19:00-dan 19:35-dək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində təkrar dindirilmişdir. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, bundan sonra eyni tarixdə saat 10:30-dan 11:15-ə qədər dindirilmiş və ifadəsi protokollaşdırılmışdır (şübhəli şəxs qismində verdiyi ifadəsi sözbəsöz köçürülmüşdür). İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 15:45-dən 16:40 radələrinə qədər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən keçirilmiş şəxsi axtarışa dair videogörüntülər təqsirləndirilən şəxs və müdafiəçisinə nümayiş etdirilmiş, lakin yenə də müdafiəçi tərəfindən hər hanası qeyd və sual verilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə digər şəxslər əməliyyat müvəkkilləri, təhqiqatçı və müstəntiq tərəfindən yol verilmiş qanun pozuntuları ilə yanaşı, müdafiəçi proseslərdə ancaq formal olaraq iştirak etmiş, nə şəxsin dindirilməsi, nə də onsuz keçirilmiş şəxsi axtarış keçirilməsinə dair proseslərə dair fikir bildirməmiş, şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi üçün hər hansı aktiv hərəkət göstərməmiş və müdafiəçi olaraq ümumiyyətlə hər hansı vəsatət verməmişdir. Qanunvericiliyin tələblərinə əsasən şəxsə istintaq yaxud təhqiqat orqanı tərəfindən müdafiəçi təyin edilməsi, yaxud onun keçirilən prosessual hərərkətlərdə iştirakı heç də şəxsin müdafiə hüququnun təmin edilməsi demək deyil. Çünki həmin fəaliyyət səmərəli və arzuolunan olmalıdır. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərmişdir ki, 10 manata aldığı psixotrop maddədən istifadə etmiş və qalıq hissə onun olduğu yerdə saxlanılarkən üzərindən aşkar edilmiş və sonradan Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə gətirilmiş, müdafiəçini isə üzərinə şəxsi axtarış keçirildikdən sonra görmüşdür. Məhkəmənin qənaətinə əsasən təhqiqat orqanı əməkdaşları qanunvericiliyin verdiyi imkandan vaxtında istifadə edə bilmədikləri (saxlanıldığı yerdə şəxsin üzərinə yoxlamadıqları, yaxud həmin hərəkəti hal şahidləri yaxud videoçəkilişdən istifadə ilə həyata keçirtmədikləri üçün) sonradan şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini qanunsuz çıxış yolu kimi seçmişlər. Məhkəmə, yol verilmiş qanun pozuntularını və bunlara münasibətini iş üzrə qəbul ediləcək xüsusi qərarda göstərəcəyindən hökmdə əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Odur ki, qeyd edilənlərə əsasən təqdim və təhlil edilmiş ittihamedici sübutların əldə edilmə mənbəyi mümkünlüyü və mötəbərliyinə dair əsaslı şübhələr olduğundan və şəxsin müdafiə hüquqlarının kobud şəkildə pozulması ilə əldə edildiyindən həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlir. İttihamda göstərilən digər epizod üzrə isə Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi xüsusatlar, yəni saxlanılarkən onun üzərində ümumiyyətlə narkotik vasitə olan tiryək olmaması, yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin polis əməkdaşlarının özləri tərəfindən qoyulması, onu da məcbur etdikləri, elektroşokla işgəncəyə məruz qoyduqları üçün keçirilmiş şəxsi axtarış zamanı guya evdə də narkotik vasitə olmasını bildirməsinə dair ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə haqqında”, eləcə də evdə axtarış keçirilməsi haqqında protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə istifadəsində olan şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. İlk növbədə Təqsirləndirilən şəxs müdafiəsinə əsas olaraq göstərdiyi digər dəlillərə münasibətdə daha üstün və təqsirliliklə bağlı məsələyə təsir edəbiləcək etirafedici ifadələrin işgəncə ilə elektroşok verilməsi nəticəsində alınmasına münasibətdə məhkəmə qeyd edir ki, materiallara əsasən saxlanıldıqdan sonra xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizadan keçirilmiş və bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi aşkar edilməmişdir. Mövcud məhkəmə praktikasına əsasən müdafiə tərəfi əksər hallarda haqlı olaraq fiziki zorakılığa məruz qaldığını iddia edən şübhəli və təqsirləndirilən şəxslərin məhkəmə tibbi ekspertizadan vaxtında, yəni özü yaxud ailə üzvlərinin müraciəti, barəsində qətimkan tədbiri məsələsi müzakirə edilərkən nəzarəti həyata keçirən məhkəmə, yaxud da daxil olduğu istintaq təcridxanası tərəfindən qəbul edilərkən keçirilmiş müayinə zamanı aşkar edilmiş xəsarətlərlə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq tərəfindən obyektiv və subyektiv səbəblərdən məhkəmə tibbi müayinəsinin vaxtında həyata keçirilmədiyini göstərirlər. Lakin hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonrakı gün məhkəmə tibbi müayinədən keçirilmiş, bədən səthində nəinki xəsarət, xəsarət izi belə aşkar edilməmişdir. Bundan başqa məhkəmədə sənədlərin tədqiq mərhələsində nümayiş etdirilən şəxsi axtarış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs gözlə görünən əl-ayaq, üz və boyun nahiyyələrində hər hansı xəsarət, yaxud xəsarət izi müşahidə edilməmişdir. Həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin həqiqətən sərxoş vəziyyətdə olmasına dair əsaslı şübhələr olsa da, öz fikirlərini sərbəst şəkildə bildirməsi və sonrakı istintaq hərərkətləri (evində keçirilmiş şəxsi axtarış zamanı) proseslərdə fəal aktiv iştirakı aydın iradə ifadəsi mövcud olduğundan sonuncu tərəfindən istintaqa verilmiş ifadələrini şübhə altına almır. Lakin məhkəmə çıxarılacaq xüsusi qərarda həmin halı da pozuntuya yol vermiş təhqiqat orqanı əməkdaşlarının məsuliyyətinin əsaslarından biri kimi qiymətləndirəcəkdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi əsasında fiziki zorakılığa və işgəncəyə məruz qalmasına dair iddiaların yoxlanılması üçün Baş Prokurorluğa göndərilmiş, Xidməti Araşdırmalar İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və cinayət işinin başlanması 11/2288c-24 saylı material üzrə xx.xx.2024-cü ildə göstərdiyi xüsusatlar təsdiq olunmadığına görə rədd edilmişdir. Təqsirləndirilən şəxs İİ epizod üzrə məhkəmə baxışında müdafiəsinə dəlil olaraq göstərdiyi digər hal isə onun küçədən deyil, iştirak etdiyi və ailə üzvləri ilə mübahisə etdikdən sonra polis əməkdaşları tərəfindən şadlıq sarayının yaxınlığında içində yatdığı qohumlarına məxsus avtomobildən Bərdə RPŞ-yə aparılması və saxlayan polis əməkdaşlarının istifadəsində olan mobil telefon nömrələrinin anten dairələrinin götürülməsi ilə bağlı olmuşdur. Həmin vəsatət məhkəmə tərəfindən şəxsin təqsirliliyi ilə bağlı məsələlərə hər hansı təsir etmədiyi üçün rədd edilmişdir. Çünki şəxsin saxlanıldığı ərazi ilə Bərdə RPŞ-nin inzibati binası bir neçə kilometrlik məsafədə olduğundan onu saxlayan əməliyyat müvəkkilləri ilə təqsirləndirilən şəxsin eyni anten dairələrində olması ehtimalı yüksəkdir və bu ümumiyyətlə işin mahiyyətinə hər hansı təsir etmir və şəxsin təqsirsizliyi ilə bağlı yekun qənaətə gəlməyə imkan verməyəcəkdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növünü və çəkisini əvvəlcədən ayrılmış və xüsusi olaraq qablaşdırılmış formada və bükülülərdə olması, şəxsin özünün əvvəllər ancaq metamfetamin və heroin qəbul etməsi, tiryək istifadə etməməsi üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib, saxlamasını göstərir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli İİ epizod üzrə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladları olmasını göstərsə də nə iş materiallarında nə elektron məhkəmə informasiya sistemində, nə də əvvəlki məhkəmə hökmlərinə və qərarlarına əsasən şəxsin himayəsində hər hansı şəxsin övladı olması müəyyən edilmədiyindən və bununla bağlı məhkəməyə nə təqsirləndirilən şəxs nə ailə üzvləri tərəfindən hər hansı təsdiqedici sənəd təqdim edilmədiyindən məhkəmə həmin halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan hal kimi nəzərə almır. yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal isə cinayətlərin residividir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (ağır cinayətlərə aid olması) təqsirləndirilən şəxsin özünün şəxsiyyətini xarakterizə edən hallar, (məhkumluğu ödənilsə də, əvvəllər dəfələrlə həm eyni xarakterli, həm də digər cinayətlərə görə məhkum olunması, nəhayət son dəfə törətdiyi əmələ görə şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq cinayətlərin residivini yaradan əməlləri törətməsi, müalicə olunaraq narkotik vasitə asılılığından xilas olmaq əvəzinə tapdığı hər fürsətdə narkotik vasitə əldə edib istifadə etmək cəhdləri, ailəsi ilə narkotik vasitə əldə etmək üçün daimi münaqişədə olması), eləcə də hazırki əməlin ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitənin növü, miqdarda, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması,) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə qanunvercinin müəyyən etdiyi həddə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 65.2- ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin resdiivindən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə narkoloji ekspertiza rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyində ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,596 qram xaşxaş bitkinsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar edilmiş 1 (bir) ədəd polietilen torbadakı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2064,6 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək məhv edilməli, şəxsi axtarış və dindirmə, evdə axtarış istintaq hərəkətlərinin olduğu 04 (dörd) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram psixotrop maddə olan metamfetamin əldə edilmə mənbəyinə aydınlıq gətirilənə qədər Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respuplikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyi üçün Azərbaycan Respuplikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs həmin epizod üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat ekspertiza xərcini ödəməkdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz olaraq tutulduğu xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə tutulduğu 2 (iki) gün üçün mülki mühakimə qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,212 qram psixotrop maddə olan metamfetamin əldə edilmə mənbəyinə aydınlıq gətirilənə qədər Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyində ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,596 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar edilmiş 1 (bir) ədəd polietilen torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2064,6 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək məhv edilsin, şəxsi axtarış və dindirmə, evdə axtarış istintaq hərəkətlərinin olduğu 04 (dörd) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Həmin epizod üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar