Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-353/2021 18.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmiş Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüseynov Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Kəpəz RPİ-nin CAŞın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 29.07.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsində saxlanılaraq Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan ağ rəngli yay şalvarının ön sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə olmaqla, təmiz çəkisi 2.411 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Hüseynov Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, G.Zeynalov küçəsi, ev 14-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, 8 aydır ki, metamfetamindən istifadə edir. O, metamfetaminin tüstüsünü falqada yandırıb tüstüsünü iyləməklə istifadə edir. Üzərindən aşkar olunmuş metamfetamini o, tutulmamışdan bir gün əvvəl Sumqayıtdan almışdır. O, 29.07.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsi ilə gedərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə şübhəli olduğunu bildirib və onu Gəncə şəhər Kəpəz RPİ-nin binasına aparmışlar. Orada üzərindən müdafiəçinin iştirakı ilə, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan ağ rəngli şortikinin cibində saxladığı sellofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin maddə elektron tərəziyə qoyularaq çəkilmiş və üzərində 0,4 qram olmasına baxmayaraq, təxminən çəkisi 2 qramdan çox gəlmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, psixotrop maddənin miqdarın ittihamda göstəriləndən az olmuş, aşkar olunmuş psixotrop maddə tərəzidə çəkilərkən çəkisinə etiraz etmək istədikdə polis əməkdaşları tərəfindən “səsini kəs, hamısı sənindi” dedikləri üçün çəkiyə etiraz etməmiş, onun heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmaq niyyəti olmamış, təxmini 0,4 qram metamfetamini öz istifadəsi üçün saxlamışdır. Belə ki, o xəstə olduğu üçün hər səhər 1 dəfə metamfetamindən istifadə edir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 29.07.2021-ci il tarixdə Gəncə şəhər sakini Hüseynov Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair eyni tarixli qərar əsasında əvvəlcədən tanımadığı Hüseynov Təqsirləndirilən şəxs ətrafında Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Təqsirləndirilən şəxs1 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Hüseynov 29.07.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt özlərini Təqsirləndirilən şəxs Hüseynova təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və Ş.Hüseynovu özləri ilə birlikdə təxirəsalınmadan Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirmişlər. Orada Təqsirləndirilən şəxs Hüseynovun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs Hüseynovun əynində olan paltarlarında axtarış aparıldıqda ağ rəngli yay şalvarının ön sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış zamanı ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs Hüseynov həmin kütlənin içərisindəki “patı” və “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni Bakı şəhərində yerdən tapıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra qeyd olunan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 2 qramdan çox təşkil etmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verimiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, onun tərəfindən tərtib edilmiş raportda Təqsirləndirilən şəxs Hüseynovun psixotrop maddəni satması barədə əməliyyat məlumatının olması göstərilsə də, ona daxil olan məlumat ümumi olmuş, onda Təqsirləndirilən şəxs Hüseynovun psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar konkret məlumat olmamış, Təqsirləndirilən şəxs Hüseynov tutulduqdan sonra da əməliyyat yolu ilə təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasına dair məlumat əldə edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və video görüntüdən görünür ki, Hüseynov Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şortunun sol yan cibindən 4 manat 1 manatlıq pul əskinazı, həmin şortun sağ yan cibindən bir ədəd Samsung markalı telefon, bir ədəd ev açarı və sellofan kəsiyinə bükülmüş şəffaf rəngli kəskin iyli şüşə metamfetamin aşkar edilərək götürülmüş, metamfetaminə bənzər kütlə sellofan kəsiyi ilə birlikdə çəkilmiş və çəkisi 2,57 qram olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 30 iyul 2021-ci il tarixli 16/774 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Hüseynov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı........” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2.411 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci Siyahısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22 sentyabr 2021-ci il tarixli, 1138 nömrəli rəyindən görünür ki, Hüseynov Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 02 sentyabr 2021-ci tarixli, 4778 nömrəli arayışdan görünür ki, Hüseynov Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 02 sentyabr 2021-ci tarixli, 4175 nömrəli arayışdan görünür ki, Hüseynov Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 sentyabr 2021ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış tədqiqatdan sonra qalıq çəkisi 2.311 qram metamfetamin saxlanılması üçün Gəncə şəhər BPİ-yə verilmiş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Hüseynovun üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini əks etdirən bir ədəd “DVD” disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası əncə şəhər Kəpəz rayon 179 nömrəli evlər üçlüyünün 15 noyabr 2021-ci il tarixli arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 29 iyul 2021-ci il tarixli protokoldan və 31 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərarından görünür ki, Hüseynov Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində 31 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 21 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş psixotrop maddənin miqdarının ittihamda göstəriləndən az olması, aşkar olunmuş psixotrop maddə tərəzidə çəkilərkən çəkisinə etiraz etmək istədikdə polis əməkdaşları tərəfindən “səsini kəs, hamısı sənindi” dedikləri üçün çəkiyə etiraz etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkiliş və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini həmin hissədə özünü müdafiə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hüseynov 29 iyul 2021-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başqa, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Hüseynov həmin vaxt üzərindən aşkarlanmış metamfetaminin ona məxsus olmasını bildirmiş, o cümlədən aşkarlanmış psixotrop maddə metamfetamin onun yanında elektron tərəzidə çəkilmiş, psixotrop maddənin çəkisi təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Əksinə Təqsirləndirilən şəxs Hüseynov yuxarıda qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşıması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin satışını həyata keçirmək məqsədilə onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs 2.411 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya Təqsirləndirilən şəxs ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddənin çəkisinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs əməlini psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən psixotrop maddənin çəkisi onun satış məqsədi ilə əldə edilib üzərində saxlanılmaqla daşınması qənaətinə gəlinməyə əsas vermir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Hüseynov Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş psixotrox maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Hüseynov Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşınması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs Hüseynovun psixotrop maddənin satış məqsədi ilə deyil, qanunsuz olaraq özü qəbul etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımasını təsdiq etdiyi halda, onun əsassız olaraq onun psixotrop maddəni satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 2.411 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 2.411 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün verdiyi etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı övladının olmasını onun cəzanısını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Hüseynov Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halları, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasının onun ailəsinə təsirini nəzərə almaqla hesab edir ki, Hüseynov Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı 29 iyul 2021-ci il tarixli «şübhəli şəxs qismində tutma haqqında» protokolu, 31 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CM-nin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Hüseynov Təqsirləndirilən şəxs bu iş üzrə 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə hesablanmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökm çıxarıldığı gündən, yəni 18 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2.311 qram psixatrop maddə olan metafetamin məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, bir ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Hüseynov Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Hüseynov Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hüseynov Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən ümumi cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Hüseynov Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2.311 qram psixatrop maddə olan metafetamin məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, bir ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat xs Hüseynov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hüseynov Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Hüseynov Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-353/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-353/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver