Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-354/2021 26.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X7 və X1 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Rafayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyətilə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib yetişdirərək onları toplamaq barədə razılığa gəlib 2021-ci ilin mart ayının sonlarında Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsində müxtəlif yerlərdən əldə etmiş olduqları narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumларыны qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 345 (üç yüz qırx beş) ədəd 121.800 kiloqram çətənə kolları və 15 (on beş) ədəd 0,91 qram narkotik tərkibli çətənə ştilləri olmaqla ümumilikdə 360 (üç yüz altmış) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolлarı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Rafayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyətilə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib yetişdirərək onları toplamaq barədə razılığa gəlib 2021-ci ilin mart ayının sonlarında Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsində müxtəlif yerlərdən əldə etmiş olduqları narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlаrını qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 345 (üç yüz qırx beş) ədəd 121.800 kiloqram çətənə kolları və 15 (on beş) ədəd 0,91 qram narkotik tərkibli çətənə ştilləri olmaqla ümumilikdə 360 (üç yüz altmış) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Rafayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyətilə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib yetişdirərək onları toplamaq barədə razılığa gəlib 2021-ci ilin mart ayının sonlarında Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsində müxtəlif yerlərdən əldə etmiş olduqları narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 345 (üç yüz qırx beş) ədəd 121.800 kiloqram çətənə kolları və 15 (on beş) ədəd 0,91 qram narkotik tərkibli çətənə ştilləri olmaqla ümumilikdə 360 (üç yüz altmış) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 Rafayıl oğlu tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyətilə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib yetişdirərək onları toplamaq barədə razılığa gəlib 2021-ci ilin mart ayının sonlarında Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsində müxtəlif yerlərdən əldə etmiş olduqları narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumларыны qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 345 (üç yüz qırx beş) ədəd 121.800 kiloqram çətənə kolları və 15 (on beş) ədəd 0,91 qram narkotik tərkibli çətənə ştilləri olmaqla ümumilikdə 360 (üç yüz altmış) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxslər və onların müdafiəçiləri vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçilər və təqsirləndirilən şəxslər vəsatətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə işin faktiki hallarına uyğun olmayan qeyri-müəyyən ittiham verilmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması və 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxslərə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham verilsə də, onlara verilmiş ittihamın məzmununda “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə” sözləri yalnız qeyd edilmiş, hansı miqdarda, çəkidə, çeşiddə və növdə olan narkotik vasitələrin qanunsuz olaraq nə vaxt, harada əldə edilməsi kimi mühüm əlamətlər qeyd edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxslərə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə işin faktiki hallarına uyğun olmayan qeyri-müəyyən ittiham verilmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Qeyd edilən Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Bundan başqa cinayət işinin materiallarında olan “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermək haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14.25-də Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X6 cinayət işi üzrə ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş, cinayət işinin materialları ilə 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində tanış ola biləcəkləri izah edilmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan müəyyən olunmuşdur ki, həmin tarixdə Bakı şəhərində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 cinayət işinin materialları ilə tanış edilmişlər. Həmin protokolun giriş hissəsində tanış olmanın başlandığı vaxt kimi saat 14:35, tanış olmanın qurtardığı vaxt kimi saat 15:45 göstərilsə də, protokolun təsviri hissəsində təqsirləndirilən şəxsin və müdafiəçinin cinayət işinin materialları ilə saat 14:45-dən saat 16:10-dək tanış olduqları öz əksini tapmış, təqsirləndirilən şəxsin cinayət işi üzrə maddi sübutlarla tanış olmaq istəmədiyi göstərilmişdir (maddi sübutların tanış olmaq üçün təqdim edilməsi protokolda öz əksini tapmamışdır). Bundan başqa qeyd edilən protokolda cinayət işinin İİİ cildinin 67 vərəqədən ibarət olmaqla tanış etmə üçün təqdim edildiyi göstərilmiş, halbuki, qeyd edilən tanış etmə protokolu həmin cildin 67-ci vərəqəsində olmuşdur. Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdə cinayət işinin materialları ilə tanış edildikdən sonra 16 oktyabr 2021-ci il tarixdə iş üzrə digər təqsirləndirilən şəxslərə ibtidai istintaqın qurtarması elan edilmiş, 17 və 19 oktyabr 2021-ci il tarixlərdə isə həmin şəxslər cinayət işinin materialları ilə tanış edilmişlər. Göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 ibtidai istintaqın qurtarması elan edildikdən sonra cinayət işinin materialları ilə 16 oktyabr 2021-ci il tarixdə tanış ola biləcəyi izah edilsə də, bundan təxminən 15-20 dəqiqə sonra cinayət işinin materialları ilə tanış edilmiş, maddi sübutların müalicə müəsissəsinə keçirilməsi barədə hər hansı bir sənəd iş materiallarına əlavə edilməmiş, maddi sübutlar tanış olmaq üçün təqdim edilməmiş, bununla da onun iş üzrə maddi sübutlarla tanış olmaq imkanı aradan qalxmış, digər təqsirləndirilən şəxslərə ibtidai istintaqın qurtarması barədə məlumat verilmədən Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış edilmişdir. Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış edildikdən sonra digər təqsirləndirilən şəxslərə ibtidai istintaqın qurtarması barədə məlumat verilmişdir. Bundan başqa protokoldan Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdə cinayət işinin materialları ilə tanış edilməsinin vaxtı qeyri müəyyən olaraq göstərilmişdir. Belə ki, protokolda tanış etmənin həm saat 14:35-dən 15:45-dək, həm də saat 14:45-dən saat 16:10-dək olan müddətdə aparılması əks etdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir (284.1.1) və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir (284.1.2). Həmin Məcəllənin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 286.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir (286.3). Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir(286.4). CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində Şəmkir rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarları ilə “həbs” qətimkan tədbiri seçilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə onların barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-354/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-354/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver