Məhkəmə qərarları › İş №1(100)-354/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-354/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-354/2022 27.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid1, Şahid2, Şahid5 və Şahid8 Sadıq qızı, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında X13 vasitəsi ilə tanıdığı Füzuli rayonu, 1-ci Qayıdış qəsəbə sakini Şahid5 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid5 Dövlət Neft Şirkətində aylıq 920 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 4.000 manat pul vəsaitindən 1.000 manatının özünə, qalan 3.000 manatının isə Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, “Heydər Əliyev adına olan park”da yerləşən “Paxlava” adlanan kafedə Şahid5 inandırmaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hərbi biletinin surətlərini, habelə 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb, bundan sonra, Şahid5 2 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 1.500 (bir min beş yüz) manat, 4 dekabr 2020-ci il tarixdə Beyləqan rayonu, Magistral küçəsində yerləşən “Sizin market”də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 1.500 (bir min beş yüz) manat pul vəsaitini köçürməsinə nail olub, 3.000 (üç min) manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan həmin müddətdə çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, cəmi 4.000 (dörd min) manat pul vəsaitini əldə edib, inandırmaq məqsədi ilə Şahid5 13 dekabr 2020-ci il tarixdə işə başlayacağını, 21 dekabr 2020-ci il tarixdə isə 1 günlük “X28” kursa cəlb ediləcəyini, daha sonra Füzuli rayonu ərazisində sürücü kimi işləyəcəyini yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid9 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Suraxanı rayon sakini Şahid3 qardaşı Şahid4 və xalası X6 işə düzəlmələrində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncunu inandırmaq məqsədilə ona guya özünün “İdeal” adlı şirkətin müdiri "xxxx" olmasını bildirməklə aldadaraq özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid4 Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla sürücü kimi, Mehriban Ağayevanın isə Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla aşbaz kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Mehriban Ağayevanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün Şahid4 görə verilməli olan 644 manat pul vəsaitindən 144 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin, eyni zamanda Mehriban Ağayevaya görə verilməli olan 664 manat pul vəsaitindən 164 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid3 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid3 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 102 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 144 (bir yüz qırx dörd) manat, 29 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ərzaq mağazasında yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi tanışı X21 məxsus olan "xxxx" ASC-yə aid “4169********2570” nömrəli debet kartın “388**************224” hesab nömrəsinə 500 (beş yüz) manat, 2021-ci ilin fevral ayının əvvəllərində Şahid3 məxsus “Birkart” vasitəsi ilə əvvəlcədən verdiyi tanışı X21 məxsus olan "xxxx" ASC-yə aid “4169********2570” nömrəli debet kartın “388**************224” hesab nömrəsinə 500 (beş yüz) manat, 08 fevral 2021ci il tarixdə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 164 (bir yüz altmış dörd) manat köçürməsinə nail olmaqla, cəmi 1.308 (bir min üç yüz səkkiz) manat pul vəsaitini əldə edərək həmin pul vəsaitini Tovuz rayonu ərazisində qeyd edilən müddətdə ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləyib, inandırmaq məqsədi ilə Şahid4 və Mehriban Ağayevanın 2021-ci ilin fevral ayının ortalarında sürücü və aşbaz kimi işə başlayacaqlarını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 anası Şahid2 məxsus cəmi 1.308 (bir min üç yüz səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Mehriban Ağayevanın xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid9 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Xəzər rayon sakini Şahid8 Sadıq qızının bacısı oğlu X15 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncunu inandırmaq məqsədilə ona guya özünün “İdeal” adlı şirkətin müdiri "xxxx" olmasını bildirməklə aldadaraq özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, X33 Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Vüsal Vəliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 664 manat pul vəsaitindən 164 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə guya sürücülük stajı məsələsinin həll edilməsindən ötrü rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid8 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid8 1 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starchuk 18 ünvanında yerləşən marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 124 (bir yüz iyirmi dörd) manat, 2 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, XX Qurultay küçəsində yerləşən “OBA-Market-188”-də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 40 (qırx) manat, 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 102 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat köçürməsinə nail olmaqla, həmin pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, inandırmaq məqsədi ilə Vüsal Vəliyevin 2021-ci ilin fevral ayının ortalarında işə başlayacağını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid8 Sadıq qızına məxsus cəmi 664 (altı yüz altmış dörd) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Vüsal Vəliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid8 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Suraxanı rayon sakini Şahid1 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid1 Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla aşbaz kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 1.160 manat pul vəsaitindən 160 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, 500 manatının guya ümumi portal sistemindən Şahid1 hazırda işlədiyi xadiməçi vəzifəsinin silinməsinə görə, qalan 500 manatının isə rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid1 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 160 (bir yüz altmış) manat, 03 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat, 5 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat köçürməsinə nail olmaqla, cəmi 1.160 (bir min bir yüz altmış) manat pul vəsaitini əldə edərək həmin pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, inandırmaq məqsədi ilə Şahid1 şəxsiyyət vəsiqəsi, əmək kitabçasının şəkillərini “Whatsapp” proqramı vasitəsi ilə əldə edərək sonuncunun 16 fevral 2021-ci il tarixdə aşbaz kimi “Socar” şirkətində işə başlayacağını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 1.160 (bir min bir yüz altmış) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Qazax-Tovuz regional məşğulluq filialının 022-29-5-23-53 saylı xidməti telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq telefon zənginə cavab verən həmin filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən X16 özünün X43 İstismarı İdarəsinin İnsan resursları üzrə mütəxəssisi “Anar” olmasını bildirərək, guya çalışdığı müəssisədə Qazax-Tovuz rayonu üzrə əmək haqqı 620 manat olan mühafizəçi və əmək haqqı 870 manat olan sürücü işi üzrə vakant yerinin olduğunu qeyd etməklə istifadəsində olan ***-***-**-** mobil nömrəsini həmin əməkdaşa verib iş axtaran namizədlərin şəxsən onunla əlaqə saxlamasını istəməsindən sonra, 24 yanvar 2022-ci il tarixdə ***-***-**-** mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan iş axtaran vətəndaş kimi bildiyi üçün Tovuz rayonu üzrə sürücü vakansiyasına namizəd olduğunu qeyd etdiyi Qazax-Tovuz regional məşğulluq filialının Filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Şahid10 işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı özünün X43 İstismarı İdarəsinin İnsan resursları üzrə mütəxəssisi “Anar” olmasını bildirərək Tovuz rayonunda sürücü kimi işə götürüləcəyinə nail olacağını ona yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu X43 İstismarı İdarəsinin rəisinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 484 manat pul vəsaitindən 84 manatının guya həkim müayinəsindən keçmək üçün rüsum kimi, qalan 400 manatının isə X43 İstismarı İdarəsinin rəisinə verilməsinin zəruri olmasını Şahid10 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid10 onunla telefon danışığı zamanı 24 yanvar 2022-ci il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti 78 ünvanında yerləşən, “Oba” marketdə yerləşdirilmiş “eManat” ödəniş terminalında bank xidmətləri bölməsində “ATB” seçildikdən sonra açılmış pəncərədə kart nömrəsi hissəsində özünə məxsus olmaqla, rəqəmlərini dediyi “5213********8373” nömrəsinin yazılması nəticəsində açılmış pəncərədə “Təqsirləndirilən şəxsH” adı və “410**************012” hesab nömrəsinin görsənməsinə nail olmasına baxmayaraq, Şahid10 şübhələnərək əməliyyatda donma olmasını bəhanə gətirərək qeyd olunan pul vəsaitini köçürməkdən imtina etməsi ilə əlaqədar, həmin pul vəsaitini ondan ala bilməyib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Füzuli rayon sakini Şahid5, Bakı şəhər sakinləri Şahid1, Şahid2, Şahid8 Sadıq qızını əvvəllər tanımamışdır. Həmin şəxslərlə tanışlığı 2020-ci ilin sonları, 2021-ci ilin əvvəllərində yaranmışdır. Həmin şəxslərin bəziləri ilə canlı olaraq görüşməmiş, bəziləri ilə isə canlı olaraq görüşmüşdür. Maddi durumu aşağı səviyyədə olduğu üçün qeyd olunan vətəndaşlara özünü "xxxx" kimi təqdim edərək həmin şəxslərin pul vəsaitlərini aldadaraq ələ keçirtmişdir.Belə ki, maddi durumu aşağı olduğu üçün Füzuli rayon sakini Şahid5 ilə 2020-ci ilin noyabr ayının sonları, delabr ayının əvvəlllərində tanış olmuşdur. Fuad onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək nömrəsini tanışı X2 aldığını, iş məsələsi ilə bağlı narahat etdiyini demişdir. O, Elşən Zamanova bundan əvvəl demişdir ki, guya Socar şirkətinin əməkdaşıdır, işğaldan azad olunmuş torpaqlarda tikinti işlərinin aparılması ilə bağlı “Socar” şirkətində sürücü tələb olunur, həmin şirkətdə yaxşı əlaqələri vardır, həmin əlaqələrdən istifadə edərək tanış vəzifəli şəxslər vasitəsi ilə vətəndaşları sürücü işinə düzəldə bilir. Elşən Zamanovdan da işə düzəldəcəyi adı altında pul vəsaiti alaraq həmin şəxsi də aldatmışdır. Bu barədə artıq barəsində Abşeron rayon məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Elşən də ona inandığı üçün bu barədə tanışı Şahid5 məlumat vermişdir. Fuad da onunla 2020-ci ilin noyabr ayının sonunda telefonda danışan zaman özünü yalandan “Socar” şirkətində İnsan resurları şöbəsində işləyən əməkdaş kimi təqdim etmiş, həmin şirkətdə yüksək vəzifədə çalışan vəzifəli şəxslərlə tanışlığının olduğunu demiş, həmin şəxsi sürücü kimi işə düzəldə biləcəyini bildirmışdır. Fuad da razılaşdıqdan sonra Bakı şəhərinə dəvət etmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, Heydər Əliyev adına parkda olan “Paxlava” kafedə Şahid5la görüşmüşlər. Görüşdə Fuadın X35 da iştirak etmişdir. İş məsələsi barədə danışmışlar, yalandan demişdir ki, Socar şirkətində çalışır, həmin şirkətdə çalışan yüksək vəzifəli əməkdaşlarla yaxınlığı vardır, həmin əlaqələrindən istifadə edərək işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması ilə əlaqədar sürücü kimi işə düzəldə bilər. Sürücü kimi şirkətə işə düzəlməyi müqabilində 3.000 manat pul verilməlidir, həmin 3.000 manat isə şirkətin vəzifəli şəxslərinə çatacağını demişdir. Həmçinin bildirmişdir ki, həmin iş üzrə aylıq 920 manat maaş alacaqdır. Fuad da razılıq vermişdir. Eyni zamanda əvvəlcədən istədiyi şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, hərbi biletinin sürətlərini də almışdır. Yerdə qalan 3.000 manatın da ilk öncə yarısını göndərməsinə razılaşmışlar. O, Fuada demişdir ki, pulun qalanını özünün adına olan "xxxx" ASC-yə məxsus “4169 7413 0612 3942” saylı kart hesabına göndərər. Fuad da onun şəxsiyyət vəsiqəsini alıb baxaraq şəklini çəkmişdir. Sağollaşdıqdan sonra Fuad 1.500 manat pulu həmin gün, yəni xx.xx.2020-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə qeyd etdiyi kart hesabına köçürtmüşdür. O, Fuada xx.xx.2020-ci il tarixdə zəng edərək işin guya alınmadığını, pulun hamısının köçürülməsinin lazım olduğunu, yalandan kadrlar şöbəsinin pulun 3.000 manat tam ödənməsini istədiyini bildirmişdir. Fuad da bundan sonra xx.xx.2020-ci il tarixdə 1.500 manat pulu “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASCyə məxsus həmin qeyd etdiyi hesabına göndərmişdir. O da həmin pul vəsaitini Tovuz rayonu ərazisində müxtəlif bankomatlardan çıxardaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün, o, öz istifadəsində olan başqa nömrədən - ***-***-**-** saylı mobil nömrədən Fuada zəng edərək səsini dəyişərək özünü qadın kimi göstərməklə SOCAR şirkətinin işçisi kimi təqdim etmiş, demişdir ki, guya Fuad artıq işə qəbul olunmuşdur, sənədləri də təsdiq edilmişdir, xx.xx.2020-ci il tarixdən 1 günlük “X28” kursa getməlidir. Orada 1 günlük kurs keçərək həmin günü zavodun adına maşın götürərək geri Füzuli rayonuna qayıdacaq və işə başlayacaqdır. Fuada yalandan söz vermişdir ki, guya xx.xx.2020-ci il tarixdə işə çağıracaqlar. Həmin tarix keçdikdən sonra Fuad ona zənglər etməyə başlamış, Elşən də ona zənglər etmiş, guya işə çıxacağını həmin şəxsə də demişdir. Bildirmişdir ki, səbrli olsunlar, ikisini də eyni vaxda işə çağıracaqlar. Sonradan Fuadın ona zəngləri zamanı müxtəlif bəhanələr gətirmiş, demişdir ki, guya hələ boş yerlər tam dolmamışdır, tam dolsun çağıracaqlar. Beləliklə, məsələni uzatmışdır ki, Fuad bəlkə yorular ondan əl çəkər. Sonra artıq aldadıldığını başa düşdükdən sonra xx.xx.2020-ci il tarixdə Fuad zəng etmiş, konkret olaraq pulunu geri istəmişdir. O da demişdir ki, hesab kartı göndəsin, pulunu həmin karta qaytarsım. Fuad da kartı olmadığı üçün, əmisi oğlu Şahid7 adına olan “4169 7413 1949 4272” saylı "xxxx" ASC-yə məxsus kart hesabının şəklini “Whatsapp proqramı” vasitəsi ilə ona göndərmişdir. Fuad istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onunla əlaqə saxlamışdır. Fuad kartın şəklini ona göndərsə də o, pulu qaytarmamış, çünki pulu olmamışdır. xx.xx.2021-ci il tarixdə Fuadın israrlı tələblərindən sonra 1.000 manat pul taparaq göndərdiyi əmisi oğlu Mirağaya məxsus kart hesabına göndərmiş, qalanın da sonra göndərəcəyini demişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə isə 250 manat olmaqla, ümumilikdə 1.700 manat pulunu Fuada geri qaytarmışdır. Maddi imkanı olmadığı üçün Şahid5 yerdə qalan 2.300 manat pulunu hələ də qaytarmamışdır. Fuad da buna görə onun barəsində polis orqanlarına şikayət etmişdir. Bundan başqa, 2021-ci ilin yanvar ayının əvvəllərində “Tiktok” sosial şəbəkəsində Şahid9 məxsus profilə (hazırda özünün və həmin şəxin profilinin adını xatırlamır) yazaraq özünü “X24” kimi təqdim etməklə həmin xanımla tanış olmuşdur. Xəyalə xoşuna gəldiyi üçün özünü yalandan “İdeal” parfüm şirkətinin müdiri kimi təqdim etmiş, eyni zamanda müxtəlif idarələrdə, o cümlədən “Socar” şirkətində yaxşı əlaqələrinin olduğunu bildirmişdir. Beləcə, aralarında münasibər yaranmış və sosial şəbəkədə yazışmışlar. Həmin yazışmalar artıq silinmişdir. Hətta Xəyalə ilə bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüş, guya “İdeal” parfüm şirkətində yaxşı bir işə düzəldəcəyini demişdir. O, açığı həmin xanımla yaxınlıq etmək üçün belə yalanlar danışaraq münasibət yaratmışdır. Xəyalə də ona inanmış, işə düzəldəcəyinə inanmışdır. Lakin həmin xanımdan guya “İdeal” şirkətinə işə düzəlməyindən ötrü pul istəməmişdir. Sadəcə özünü imkanlı biri kimi göstərməklə münasibət qurmağa çalışmışdır. Hər görüş zamanı da demişdir ki, yaxşı əlaqələri vardır, “Socar” şirkətində də yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri olarsa, həmin şirkətdə sürücü, aşbaz və s. işlərə də qəbul etdirə bilər. Xəyalə də ona inanaraq öz tanışlarına bu haqda danışmışdır. Ona görə də 2021-ci ilin yanvar ayının təxminən sonlarında (konkret tarixi xatırlamır) Xəyalənin iş yoldaşı Şahid3 istifadəsində olan ***-***-**-** nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edərək qardaşı Şahid4 işə düzəlmək istəməsi barədə danışmışdır. O da telefon danışığı zamanı Könülə yalandan demişdir ki, adı Akşindir, “İdeal” parfüm şirkətinin müdiridir, “Socar” şirkətində də yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə qəbul etdirə bilir, həmin işlərin də təxminən 800 manat əmək haqqısı olur. Könül də qardaşı Cabirin sürücü kimi işə düzəlməsini istədikdə, demişdir ki, Cabiri “Socar” şirkətinə sürücü kimi işə düzəldə bilər. Sürücü işinə düzəlməyi müqabilində 500 manat pul verilməlidir, həmin pul guya “Socar” şirkətində tanıdığı vəzifəli şəxslərə çatacaqdır. Bundan əlavə isə işə qəbul olmaq üçün “Socar” şirkətinin həkim komissiyasından keçərək sağlamlıq barədə arayış almaq üçün 144 manat da pul verilməlidir, həmin 144 manat müqabilində Cabir komissiyaya getməyəcəkdir, müayinə sənədi isə hazır olacaqdır, həmin şirkətdə işləyən tanışı vasitəsi ilə bunu həll edəcəkdir. O, bu formada danışmaqla Könülü özünə inandırmağa çalışmışdır. Əslində heç bir işdən söhbət getməmişdir, həmin alacağı pulu özünə görə almışdır. Razılaşdıqdan sonra demişdir ki, “Whatsapp” vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid plastik kartın şəklini çəkib göndərəcəkdir, həkim komissiyası ilə bağlı verməli olduqları 144 manat pulu həmin hesaba köçürsünlər. Könül ilə razlaşdıqdan sonra eyni qaydada Könülün ***-***-**-** nömrəsinə “Whatsapp” vasitəsi ilə "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” plastik kartının şəklini çəkib göndərmişdir. Könül də bundan sonra 29 yanvar 2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə 144 manat pulu həmin karta göndərmişdir. Bir az sonra yenidən əlaqə saxlayaraq işlə bağlı dediyi 500 manat pulu da Bakı şəhərində yaşayan dostu X17 "xxxx" ASC-yə aid “4169 7413 2361 2570” plastik kartına göndərməyini xahiş etmişdir. İlfaqa pul borcu olduğu üçün düşünmüşdür ki, elə pul həmin şəxsin kartına köçsün, o da pul borcunun bir qismini ödəsin. Könül də bundan sonra 29 yanvar 2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə 500 manat pulu həmin karta göndərmişdir. O da pulu qəbul etdiyini bildirərək 2021-ci ilin fevral ayının ortalarına kimi qardaşı Cabirin “Socar” şirkətinə sürücü kimi işə başlayacağını yalandan demişdir. İlfaqa da borcunun bir hissəsini qaytardığını demişdir. İlfaqla hazırda xeyli müddətdir ki, heç bir əlaqəsi yoxdur, telefon nömrəsini də xatırlamır. Könülün ona köçürtdüyü pul vəsaitini də Tovuz rayonunda yerləşən "xxxx" ASC-nin müxtəlif bankomatlarından hissə-hissə çıxardaraq şəxsi ehtiyaclarına xərcləmişdir Bundan başqa, Könül və anası Şahid2 Cabiri işə düzəldəcəyinə, həmin şirkətdə doğurdan da yaxşı əlaqələrinin olmasına inandıqları üçün Könül ondan telefon danışğı zamanı xahiş etmişdir ki, xalası X9 da “Socar” şirkətində aşbaz kimi işə düzəltsin. O da Könüllə razılaşaraq eyni qaydada 500 manat pul verilməli olduğunu demişdir. Eyni zamanda “Socar” şirkətinin həkim komissiyasından keçirilməsi üçün 164 manat da pul istəmişdir. Könülgil də ona inanaraq 2021-ci ilin fevral ayının təxminən ilk günlərində özünə aid birkartdan 500 manat pulu onun verdiyi dostu X17 "xxxx" ASC-yə aid “4169 7413 2361 2570” plastik kartına köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə isə Könül 164 manat pulu da "xxxx" ASC-yə aid onun “4169 7413 0612 3942” saylı plastik kartına Milliön ödəmə terminalı vasitəsi ilə köçürtmüşdür. Könülgilə xalası Mehribanın da fevral ayının uzağı ortalarına kimi guya aşbaz kimi işə başlayacağını yalandan demişdir. Öz kartına köçürülən pulu isə Tovuz rayonunda müxtəlif bankomatlardan çıxardaraq özü üçün xərcləmişdir. Köçürülən 500 manat pul isə İlfaq Quliyevə olan borcu kimi ödənilmişdir. Təbii ki həmin şəxsin bu olanlardan heç bir xəbəri olmamışdır. Onun Könülgildən (500 manat+500 manat) aldadaraq aldığı pulla İlfaqa olan borcunu tam ödəmiş olmuşdur.Bundan başqa, həmin ərəfədə Könülgil, əsasən də anası Şahid2 onun barəsində iş yoldaşı Şahid1 da danışdığı və telefon nömrəsini verdikləri üçün sonuncu 03 fevral 2021-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrədən ona zəng edərək nömrəsini Aida xanımdan aldığını, işlə bağlı maraqlandığını demişdir. “Socar” şirkətində aşbaz kimi işə düzəlmək istədiyini bildirmişdir. Söhbət zamanı özünü Akşin kimi təqdim edərək “Socar” şirkətində yaxşı əlaqələrinin olduğunu, orada yüksək vəzifələrdə çalışan şəxsələrlə yaxınlığının olduğunu, həmin əlaqələrindən istifadə edərək həmin şirkətdə aşbaz işinə düzəldə biləcəyini demişdir. Bildirmişdir ki, guya bu işdə 800 manat əmək haqqı alacaqdır. Sonra isə aşbaz işinə düzəlməyi müqabilində mükafat olaraq ona 500 manat pul verməli olduğunu, həmin pulun həm özünə, həm də tanıdığı vəzifəli şəxslərə çatacağını demişdir. “Socar” şirkətinin həkim komissiyasından keçməyi üçün də 160 manat da pul verməli olduğunu, komissiyaya getmədən sənədinin hazır olacağını qeyd etmişdir. Zülfiyyənin ona tam inanması üçün şəxsiyyət vəsiqəsinin surətini və əmək kitabçasının surətini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə şəklini çəkib göndərməyini xahiş etmiş, Zülfiyyə də bundan sonra sənədlərin şəkillərini telefonu ilə çəkərək “Whatsapp” proqramı vasitəsi ilə onun ***-***-**-** saylı nömrəsinə göndərmişdir. Təxminən bir neçə saat sonra isə Zülfiyyə ilə danışaraq Whatsapp” vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” plastik kartın şəklini çəkib göndərmiş, Zülfiyyə də ona inanaraq xx.xx.2021-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə 160 manat və daha sonra 500 manat pulu, ümumilikdə isə 660 manat pulu kart hesabına göndərmişdir. Bir az sonra zəng edərək pulu qəbul etdiyini bildirmiş və 2021-ci ilin fevral ayının 16-sı aşbaz kimi “Socar” şirkətində işə çıxacağını yalandan demişdir. Bundan sonra, ona yenə pul lazım olduğu üçün, xx.xx.2021ci il tarixdə Şahid1 zəng edərək yalandan guya ümumi portal sistemində adının xadiməçi getdiyini və həmin məlumat “Socar” şirkətində aşbaz kimi işə qəbul olunmağı üçün problem yaratdığını, həmin məlumatları portal sistemindən sildirmək üçün əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmiş, 500 manat pulun “Socar” şirkətində işləyən vəzifəli tanışına çatacağını, bu qeyd olunan problemin aradan qaldırılacağını demişdir. Zülfiyyə də ona bir daha inanaraq xx.xx.2021-ci il tarixdə ödəmə terminalından 500 manat pulu “4169 7413 0612 3942” nömrəli kart hesabına göndərmişdir. O, yenə də zəng edərək 500 manat pulu qəbul etdiyini və 16 fevral 2021-ci il tarixdə adı gedən işə qəbul olunacağını və işə çıxacağını söyləmişdir. Daha sonra həmin pul vəsaitlərini Tovuz rayonu ərazisində bankomatlardan çıxardaraq xərcləmişdir. Bundan bir-iki gün sonra Zülfiyyə ona zəng edərək terminal ödəniş qəbzində Təqsirləndirilən şəxs yazıldığını, kartın nə səbəbə başqa adama aid olduğunu soruşmuş, o da müxtəlif bəhanələr gətirmiş, demişdir ki, guya ki adına çoxsaylı bank kartları vardır, ona görə də bəzi kartları başqa şəxslərin adına açdırmışdır. Sonradan isə Zülfiyyə artıq aldadıldığını başa düşdüyü üçün ondan 1.160 manat pulunu geri istəməyə başlamışdır. O da guya işin alınmadığını deyərək almış olduğu 1.160 manat pulu geri qayatracağına söz verməyə başlamışdır. Bundan bir az sonra isə eşitmişdir ki, Şahid1 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə barəsində şikayət etmişdir. Zülfiyyə artıq onun Akşin olmadığını, özünə qarşı qanunsuzluq etdiyini anlamışdır. Barəsində şikayət etdiyini bildikdən sonra 28 fevral 2022-ci il tarixdə 200 manat, təxminən 1 həftə sonra isə 100 manat pulu Zülfiyyənin “5103 0714 0720 3377” nömrəli “Kapital banka” aid kartına göndərmişdir. Maddi imkanı olmadığına görə yerdə qalan 860 manat pulunu isə qaytara bilməmişdir.Bundan başqa, həmin ərəfədə Şahid9 onun barəsində iş yoldaşı Şahid8 Sadıq qızına da danışmışdır. Ona görə Şahid8 da 2021ci ilin yanvar ayının təxminən sonlarında (konkret tarixi xatırlamır) istifadəsində olan ***- ***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək bacısı oğlu X15 işə düzəlmək istəməsi barədə danışmışdır. O da həmin şəxsə birdaha yalandan özünü “İdeal” parfüm şirkətinin müdiri kimi təqdim edərək, “Socar” şirkətində də yaxşı əlaqələrimin olduğunu, tanış vəzifəli şəxslər vasitəsi ilə bacısı oğlunu həmin şirkətdə sürücü kimi işə qəbul etdirə bilər. Həmçinin yalandan ona inanması üçün vurğulamışdır ki, işə qəbul olmaq üçün “Socar” şirkətinin həkim komissiyasından keçərək sağlamlıq barədə arayış almaq üçün 164 manat da pul verilməlidir, həmin 164 manat müqabilində Vüsal komissiyaya getməyəcəkdir, müayinə sənədi isə hazır olacaqdır, həmin şirkətdə işləyən tanışı vasitəsi ilə bunu həll edəcəkdir. Bundan başqa Vüsalın sürücülük stajının olub-olmadığını da soruşmuş, Mətanət də demişdir ki, Vüsalın sürücülük stajı yoxdur. Bundan sonra bunu əldə bəhanə tutaraq demişdir ki, sürücülük stajı məsələsini Socar şirkətində həll etmək üçün 500 manat pul verilməlidir, həmin pul vəsaiti də “Socar” şirkətində tanıdığı vəzifəli şəxslərə çatacaqdır. Bundan sonra Mətanət bir daha onunla danışaraq buna razılamışdır. “Whatsapp” vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid plastik kartın “4169 7413 0612 3942” nömrəsini Mətanətə istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Whatsapp” vasitəsi ilə yazmışdır, eyni zamanda “Təqsirləndirilən şəxs” sözünü də yazmışdır. Mətanət Süphanın kim olduğunu soruşmuş, o da yalandan demişdir ki, guya həmin şəxs Socarın əməkdaşıdır, tanış adamdır. Mətanət də bundan sonra ona inanaraq 01 fevral 2021-ci il tarixdə ödəmə terminalı vasitəsi ilə 124 manat pulu kartına göndərmişdir. Sabahı günü, 02 fevral 2021-ci il tarixdə ödəmə terminalı vasitəsi ilə 40 manat pulu həmin qeyd olunan kartına göndərmişdir. O da bundan sonra pulu qəbul etdiyini bildirərək bir neçə gün ərzində qalan 500 manat pulu da göndərməsini xahiş etmişdir. Mətanət də 10 fevral 2021-ci il tarixdə ödəmə terminalı vasitəsi ilə 500 manat pulu həmin kartına gödərmişdir. Beləliklə, Mətanət ona cəmi 664 manat pul köçürtmüşdür. O da yalandan demişdir ki, 2021-ci ilin fevral ayının ortalarına kimi bacısı oğlu Vüsal Vəliyev guya “Socar” şirkətinə sürücü kimi işə başlayacaqdır. Sonra həmin pul vəsaitini də Tovuz rayonu ərazisində yerləşən Kapital banka aid bankomatlardan çıxardaraq özü üçün xərcləmişdir. Müddət keçdikcə, həmin aldatdığı şəxslər artıq başa düşmüşlər ki, heç bir işə düzəltmədən söhbət getmir, aldanılmışlar, onun “Socar” şirkətində heç bir əlaqəsi də yoxdur, İdeal şirkətinin də müdüri deyildir. Akşin olmadığını, əsl ad, soyad, ata adının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Hətta münasibət yaratmağa çalışdığı Şahid9 da onun İdeal şirkəti ilə əlaqəsinin olmadığını bildikdən, yalan vədlər verdiyini anladıqdan sonra onunla bütün əlaqəni kəsmişdir. Sonra isə hər bir şəxs verdikləri pul vəsaitlərini ona telefon zəngləri edərək geri tələb etməyə başlamışlar. O da bundan sonra işə düzəltmək adı altında aldatdığı şəxslərə pullarını qaytaracağına söz vermiş, lakin qaytara bilməmişdir. Qısa zaman ərzində həmin şəxslərin pullarını qaytaracağına söz verir, törətdiyi əməllərə görə isə çox peşmandır. Əsl adını gizlədərək, "xxxx" qismində özünü “İdeal” parfüm şirkətinin müdiri kimi Bakı şəhər sakinləri Şahid1, Şahid3, Şahid8 Sadıq qızına təqdim etmişdir, yalandan özünün “Socar” şirkətində əlaqələrinin olduğunu demişdir, həmin şəxslərin tanış vəzifəli şəxslər vasitəsi ilə Socar şirkətində işə götürülməsindən ötrü qeyd etdiyi pul vəsaitlərini həmin şəxslərdən almışdır. Aldığı pul vəsaitlərinin tanış vəzifəli şəxslərə çatacağını demiş, əlbəttə ki, bunu deməklə həmin şəxsləri aldatmış, çünki onun elə tanışları olmamışdır, həmin qəbul etdiyi pulları da özü üçün almış və şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə 22 saylı Ərazi Məşğulluq filialının 5-23-53 daxili nömrəsinə zəng etmiş, zəngə Filialın əməkdaşı İlyas adlı şəxs cavab vermişdir, özünü yalandan X43 İstismarı İdarəsinin İnsan resursları üzrə mütəxəssisi “Anar” adlı müəllim kimi təqdim edərək, müəssisədə Qazax-Tovuz rayonu üzrə mühafizəçi (əməkhaqqı 620.00 manat) və sürücü (əməkhaqqı 870.00 manat) vakant yerin olduğunu bildirmişdir. Ona qeyd etdiyi vakansiyaların qanunamüvafiq olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsisteminə yerləşdirilməsinin mütləq olduğu bildirilmişdir. Lakin o, vakansiyaları münasib namizədlər tapılacağı təqdirdə yükləyəcəyini yalandan qeyd edərək istifadəsində olan ***- ***-**-** mobil nömrəsini verərək namizədlərin şəxsən onunla əlaqə saxlamasını istəmişdir. Bundan sonra 24 yanvar 2022-ci il tarixdə Tovuz rayon sakini olan bir vətəndaş (adını artıq xatırlamır) ***-***-**-** nömrəsi ilə onunla əlaqə saxlamışdır, telefon danışığı zamanı Tovuz rayonu üzrə sürücü vakansiyasına namizəd olduğunu yalandan qeyd etmiş, bir sıra suallar verərərək əlaqə saxlayacağını bildirmişdir. Daha sonra zəng edərək Qazax rayonunda yer olduğunu və həkimlərdən keçmək üçün 84 manat rüsum ödəmək gərəkdiyini, eyni zamanda Tovuz rayonunda işləmək üçün bunun müqabilində guya “rəis”ə əlavə 500 manat şirinlik vermək lazım olduğunu bildirmişdir. Məqsədi təbii ki vətəndaşı aldadıb pulunu ələ keçirtmək olmuşdur. Vətəndaş da Tovuzda işləmək istədiyini, 400 manata gücü çatdığını bildirmiş, o da razılaşmışdır. Həmin vətəndaşı inandırmaq üçün təxminən on dəqiqə sonra yenidən zəng edərək “rəis”-i razı saldığını, pul barədə heçkimə heç nə deməməyi və ödəniş terminallarından birinə yaxınlaşmaq lazım olduğunu, hesabı “Whatsapp” vasitəsilə göndərmək mümkün olmadığından özü necə etmək lazım olduğunu başa salacağını demişdir. Həmin şəxs də həmin günü ödəniş terminalına pulu daxil etmək üçün yaxınlaşıb onun ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, pulu hazır etdiyini, hansı hesaba, necə daxil etməli olduğunu soruşmuş, o da həmin şəxsə izah etmişdir ki, terminalda bank xidmətlərinə daxil olsun, “ATB” seçib açılmış pəncərədə kart nömrəsi hissəsinə daxil olaraq, həmin hissədə dediyi “5213 6751 0465 8373” 16 rəqəmli kart nömrəsini yazsın, lakin həmin vətəndaş onunla telefonda danışa-danışa bu hərəkətləri icra etdikdən sonra bildirmişdir ki, terminalda donma baş vermişdir, pulu köçürdə bilməmişdir. Sonra isə həmin şəxsə bir neçə dəfə zəng etsə də telefonuna cavab verməmişdir. Qeyd olunan videoçəkilişə baxmışdır, orada hərəkətləri icra edən şəxslə telefonda danışan şəxs odur. İstintaq zamanı Şahid5 4000 manat pul verdiyüni dedyi üçün o da ifadəsində onun dediklərinə uyğun ifadə vermişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı Şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən 323 saylı bağçada aşbaz kimi işləyir. 2021-ci ilin yanvar ayının təxminən sonlarında bağçada işdə olan zaman iş yoldaşı, bağçada müəlliməsi işləyən Şahid2 (***-***-**-**) ilə söhbət edərkən sonuncu bildirmişdir ki, tanışı "xxxx" adlı şəxsin “Socar” şirkətində yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək yaxşı əmək haqqı olan aşbaz işinə adam qəbul etdirə bilir. O da uşaq bağçasında az əmək haqqı aldığı üçün, bu yüksək əmək haqqılı aşbaz işi onu maraqlandırmışdır. O, Aida xanımdan həmin adamın kim olduğunu soruşduqda sonuncu bildirmişdir ki, həmin Akşin adlı şəxs öz bacısını da “Socar” şirkətinə aşbaz işinə düzəldəcəkdir. O da bundan sonra bu aşbaz işinə inanmış, həmçinin həmin iş onu maraqlandırdığı üçün Aida xanımdan onu da həmin Akşin adlı şəxslə tanış etməsini xahiş etmişdir. Aida xanım da Akşin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona verərək demişdir ki, özü əlaqə saxlayar. O da bundan sonra 03 fevral 2021ci il tarixdə günorta saatlarında öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Akşin adlı şəxsin göstərilən mobil telefonuna zəng etmişdir. Söhbət zamanı Akşin ondan nə işlə məşğul olduğunu soruşduqda uşaq bağçasında aşbaz işlədiyini və “Socar” şirkətində aşbaz kimi işə düzəlmək istədiyini bildirmiş, eyni zamanda mobil nömrəsini Aida xanımdan aldığını demişdir. Həmin şəxs də xəbərinin olduğunu, barəsində danışıldığını qeyd etmişdir. Söhbət zamanı özünü Akşin kimi təqdim edən şəxs demişdir ki, “Socar” şirkətində yaxşı əlaqələri vardır, orada yüksək vəzifələrdə çalışan şəxslərlə yaxındır, həmin əlaqələrindən istifadə edərək onu həmin şirkətdə aşbaz işinə düzəldə bilər. Həmin işdə çalışdığı zaman 800 manat əmək haqqı da alacaqdır. Sonra isə qeyd etmişdir ki, aşbaz işinə düzəlməyi müqabilində mükafat olaraq 500 manat pul verməlidir, həmin pul həm özünə, həm də tanıdığı vəzifəli şəxslərə çatacaqdır. Bundan əlavə isə işə qəbul olmaq üçün “Socar” şirkətinin həkim komissiyasından keçməyi üçün 160 manat da pul verməlidir, həmin 160 manat müqabilində o, komissiyaya getməyəcək, müayinə sənədi hazır olacaqdır. Belə ki, həmin şirkətdə işləyən tanışı vasitəsi ilə bunu həll edəcəkdir. O da Akşinin bu sözlərindən sonra haqqında danışılan aşbaz işinin əmək haqqısı onu tam qane etdiyi üçün, həmin işi əldən buraxmaq istəməmiş, ona görə də Akşin adlı şəxslə telefonda danışan zaman dedikləri ilə razılaşmışdır. Akşin razılaşmağından sonra ondan şəxsiyyət vəsiqəsinin surətini və əmək kitabçasının surətini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə şəklini çəkib qeyd olunan mobil telefonuna göndərməyini xahiş etmişdir. O da sağollaşandan sonra Akşin adlı şəxsin dediyi kimi etmiş və deyilən sənədlərinin şəkillərini telefonu ilə çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Akşinin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə göndərmişdir. Təxminən bir neçə saat sonra isə Akşin ona zəng edərək demişdir ki, “Whatsapp” vasitəsi ilə özünə məxsus Kapital Bank-a aid plastik kartın şəklini çəkib göndərəcəkdir, verməli olduğu ümumilikdə 660 manat pul vəsaitini həmin hesaba köçürsün. O da razılaşdıqdan sonra Akşin eyni qaydada onun nömrəsinə “Whatsapp” vasitəsi ilə Kapital Bank-a aid “4169 7413 0612 3942” plastik kartın şəklini çəkib göndərmişdir. O da inanaraq etibar edib xx.xx.2021-ci il tarixdə saat 17:33 dəqiqədə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, “Ballı” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 160 manat və daha sonra saat 17:59 dəqiqədə 500 manat pulu, ümumilikdə isə 660 manat pulu Akşinin ona verdiyi “4169 7413 0612 3942” nömrəli kart hesabına göndərmişdir. Bir neçə dəqiqədən sonra Akşin zəng edərək həmin pulu qəbul etdiyini bildirmiş və 2021-ci ilin fevral ayının 16-sı aşbaz kimi “Socar” şirkətində işə çıxacağını demişdir. O, həmin pul köçürmələri ilə bağlı terminal ödəniş qəbzlərinin surətlərini ilkin araşdırma zamanı təqdim etmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Akşin onun mobil telefonuna zəng edərək ümumi portal sistemində adının xadiməçi getdiyini və həmin məlumat “Socar” şirkətində aşbaz kimi işə qəbul olunmağı üçün problem yaratdığını, həmin məlumatları portal sistemindən sildirmək üçün əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 500 manat pul “Socar” şirkətində işləyən vəzifəli tanışına çatacaqdır və bu qeyd olunan problem aradan qaldırılacaqdır. O da Akşinə yenə də etibar etdiyi üçün və həmin aşbaz işini əldən çıxartmaq istəmədiyi üçün dediyi ilə razılaşmış, Akşin yenə də pulu eyni qaydada göndərməyini xahiş etmişdir. O da həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə 15:58 dəqiqədə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalından 500 manat pulu Akşinin ona verdiyi “4169 7413 0612 3942” nömrəli kart hesabına göndərmiş, Akşin yenə də zəng edərək 500 manat pulu qəbul etdiyini və 16 fevral 2021-ci il tarixdə adı gedən işə qəbul olunacağını və işə çıxacağını söyləmişdir. Həmin terminal ödəniş qəbzinin də şəklini araşdırma zamanı təqdim etmişdir. Bir neçə gündən sonra evdə olan zaman mobil telefona təsadüfən baxarkən özünü Akşin adlı şəxs kimi təqdim edən adamın ona göndərdiyi "xxxx"-a aid plastik kartın üzərində “Təqsirləndirilən şəxs” yazıldığını görüb şübhələnmişdir. Həmin vaxta kimi düzü buna diqqət etməmişdir. Dərhal da Akşin kimi tanıdığı şəxsə zəng edərək kartın nə səbəbə başqa adama aid olduğunu soruşmuş, həmin şəxs də ona müxtəlif bəhanələr gətirmiş, demişdir ki, guya ki adına çoxsaylı bank kartları vardır, ona görə də bəzi kartları başqa şəxslərin adına açdırmışdır. O da düzü buna tam inanmamış, yenə də işinin sonunu gözləməyə qərar vermişdir. Növbəti günlərdə isə Akşinin verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib işinin nə yerdə olduğunu, əgər işi alınmayacaqsa, bəribaşdan vermiş olduğu 1.160 manat pulu geri qaytarmasını xahiş etmişdir. Akşin isə əvvəlki günlərdə səblri olmağını, işə çıxacağını bildirmişdir. Lakin artıq şübhələndiyi üçün pulunu geri tələb etməyə başlamışdır. Akşin adlı şəxs də artıq onun hərşeyi başa düşdüyünü görüb guya işin alınmadığını, ondan almış olduğu 1.160 manat pulu geri qaytaracağına söz verməyə başlamışdır. Daha sonrakı günlərdə isə artıq mobil əlaqəsini onunla kəsmişdir. Bundan sonra o da Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə ona qarşı qanunsuz hərəkət edən "xxxx" adı ilə tanıdığı şəxsin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin Polis bölməsində araşdırma zamanı ona məlum olmuşdur ki, özünü ona "xxxx" adı ilə təqdim edən şəxs əslində Tovuz rayonundan olan Təqsirləndirilən şəxsdur və ona özünü Akşin adı ilə təqdim edərək pul vəsaitini ələ keçirdib onu aldatmışdır. Özünü ona Akşin kimi təqdim edən Təqsirləndirilən şəxs ilə aralarında aparılmış “Whatsapp” yazışmaları telefonunda yaranmış nasazlıq ucbatından silinmişdir və həmin mesajları təqdim edə bilmir. Barəsində şikayət etdiyini bildikdən sonra Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə 200 manat, təxminən 1 həftə sonra isə 100 manat pulu onun “5103 0714 0720 3377” nömrəli “Kapital banka” aid əmək haqqı kartına göndərmişdir. 200 manatın ona göndərilməsini təsdiq edən qəbzin şəklini ifadəsinə əlavə etmişdir. Süphan yerdə qalan pulu da göndərəcəyinə söz versə də bu vaxta kimi pulunu tam olaraq qaytarmamışdır. Ona görə də Təqsirləndirilən şəxs yerdə qalan 860 manat pulumun alınaraq ona qaytarılmasında köməklik edilməsini xahiş edir.Şahid1 bundan başqa ifadəsində göstərmişdir ki, özünü ona Akşin kimi təqdim edən Sübhan Tağıyev onu “Socar” şirkətində həmin şirkətdə çalışan vəzifəli tanışları vasitəsi ilə 800 manat əmək haqqı olan aşbaz işinə düzəldəcəyinə vəd vermişdir və o da inanaraq ümumilikdə 1.160 manat pulu həmin şəxsə vermişdir. Süphan konkret olaraq vəzifəli tanışlarının adını, vəzifəsini ona deməmişdir. O da sonradan başa düşmüşdür ki, Süphanın həmin “SOCAR” şirkətində heç bir tanışı da yox imiş, sadəcə olaraq onu aldadaraq pulunu ələ keçirtmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Akşin adlı şəxsin, yəni Təqsirləndirilən şəxs barəsində iş yoldaşı Şahid2 ona danışmışdır, qeyd etmişdir ki, Akşin adlı şəxsin “Socar” şirkətində yaxşı əlaqələri vardır, hətta dediyinə görə bacısını da “Socar” şirkətinə aşbaz işinə düzəldəcəkdir. O da bundan sonra həmin şəxslə əlaqə yaradaraq aşbaz kimi işə götürülməyində köməklik etməsini xahiş etmişdir. Şahid9 tanımır, həmin şəxs barədə yəqinki Şahid2 məlumat verə bilər. Könül isə Şahid2 qızıdır. Konkret olaraq Süphanın həmin şəxsləri də aldadıb-aldatmaması barədə məlumatı yoxdur. Çünki bu hadisənin şahidi olmamışdır. O, düzü aldadıldığını biləndən sonra sadəcə Aidaya bir kəlmə deyərək Akşin adlı şəxsin onu aldatdığını, əsl adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Aida da bildirmişdir ki, həmin şəxsi Akşin kimi tanımışdır, Akşini çox yaxından tanımasa da barəsində məlumatı olduğu üçün inanaraq ona danışmışdır, Akşinin onu aldadacağını düşünməmişdir. Aida bacısının işə düzəlmə məsələsi ilə bağlı ona məlumat verməmişdir. Ona görə də bu barədə məlumatı yoxdur.Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Füzuli rayonu ərazisində taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətlə əlaqədar bildirmək istəyir ki, Təqsirləndirilən şəxs ona qarşı etdiyi qanunsuz hərəkətləri barədə 27 yanvar 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, şikayəti əsasında Beyləqan RPŞ-də araşdırma aparılmışdır. Sonradan isə ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan araşdırma materialı Suraxanı RPİ-də istintaq edilən cinayət işinə əlavə edilmiş və sonra cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. O, hazırda Baş İdarədə istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qeyd etmək istəyir ki, əslən Tovuz rayonundan olan Təqsirləndirilən şəxs Füzuli rayonu, 3-cü Qayıdış qəsəbə sakini X13 vasitəsi ilə tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu “Socar” şirkətində sürücü işinə düzəldəcəyini vəd edərək cəmi 4.000 manat pul vəsaitini ələ keçirtmişdir. Belə ki, X7 bir rayon sakini kimi tanımışdır. Həmin şəxslə normal münasibətləri olmuşdur. Qardaşı Şahid6 ona 2020-ci ilin noyabr ayının sonlarında demişdir ki, Elşən Zamanov adlı Füzuli rayonu, Qayıdış qəsəbə sakinindən eşitmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı “Socar” şirkətində işə adam düzəldə bilir. O da bundan sonra həmin şirkətdə işə düzəlmək üçün Elşən Zamanovla telefon əlaqəsi saxlamış, bildirmişdir ki, tanışı Süphan barədə eşitmiş, telefon nömrəsini versin, o da özünün iş məsələsi üçün Süphanla əlaqə saxlasın. Elşən da bundan sonra Süphan adlı tanışının ***-***-**-** saylı telefon nömrəsini ona vermiş, bildirmişdir ki, işğaldan azad olunmuş torpaqlarda tikinti işlərinin aparılması ilə bağlı “Socar” şirkətində sürücü tələb olunur, Sübhan da tanışıdır, Süphanın həmin şirkətdə yaxşı əlaqələri vardır, həmin əlaqələrdən istifadə edərək sürücü işinə düzəldə bilir. Elşən ona həmçinin demişdir ki, özü də Socar şirkətində sürücü kimi işə düzəlməsi üçün Süphana 3.100 manat pul vermişdir, Sübhan da işə düzəldəcəyinə vəd vermişdir, Sübhan etibarlı adamdır, dediyinə görə Socar şirkətində insan resursları şöbəsində işləyir. O da bundan sonra Elşənin də işə düzəlməsi üçün Süphana müraciət etməyinə görə Süphana inanmış, Süphanın ***-***-**-** saylı telefon nömrəsinə 30 noyabr 2020-ci il tarixdə zəng etmişdir. Telefon danışığı zamanı Süphanı iş məsələsi ilə bağlı narahat etdiyini demiş, Süphan özünü ona Socar şirkətində İnsan resurları şöbəsində işləyən əməkdaş kimi təqdim etmiş, həmin şirkətdə yüksək vəzifədə çalışan vəzifəli şəxslərlə tanışlığının olduğunu demiş, onu sürücü kimi işə düzəldə biləcəyini vurğulamışdır. O da razılaşdıqdan sonra Süphan onu Bakı şəhərinə dəvət etmiş, o da bundan sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gələrək Nizami rayonu, Qara Qarayev prospektində, Heydər Əliyev adına parkda olan “Paxlava” kafedə Təqsirləndirilən şəxslə görüşmüşdür. O, Süphanla iş məsələsi barədə danışmış, Süphan iş barədə ona bir daha danışaraq demişdir ki, Socar şirkətində çalışır, həmin şirkətdə çalışan yüksək vəzifəli əməkdaşlarla yaxınlığı vardır, həmin əlaqələrindən istifadə edərək onu işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması ilə əlaqədar sürücü kimi işə düzəldə bilər. Onun sürücü kimi şirkətə işə düzəlməyi müqabilində 4.000 manat pul verilməlidir, həmin pul vəsaitinin 1.000 manatı özünə çatacaq, 3.000 manat isə şirkətin vəzifəli şəxslərinə çatacaqdır. O da həmin iş üzrə aylıq 920 manat maaş alacaqdır. O da bundan sonra Süphana razılıq vermiş, həmin gün görüşdə 1.000 manatı əlbəəl həmin kafedə Süphana onu işə düzəltməyi üçün vermişdir. Eyni zamanda Süphana ondan əvvəlcədən istədiyi şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, hərbi biletinin sürətlərini də təqdim etmişdir. Yerdə qalan 3.000 manatın da ilk öncə yarısını göndərməyə razılaşmışlar. O, əlbəəl pulun hamsını verməmişdir ki, pulu rəsmi ödəsin, əlində pulun göndərilməsinə dair qəbz olsun. Təqsirləndirilən şəxs ona görüşdə bildirmişdir ki, pulun qalanını özünün adına olan “Kapital Banka” məxsus “4169 7413 0612 3942” saylı kart hesabına göndərsin. O da Süphandan xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsini ona versin, şəkini çəksin. Süphan da vəsiqəsini vermiş, şəklini telefonla çəkmiş, həmin şəklin sürətini ifadəsinə əlavə etmişdir. Süphanla sağollaşdıqdan sonra 1.500 manat pulu həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” marketdə yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına köçürtmüşdür. Sonra yenidən Füzuli rayonuna gəlmiş, Süphan xx.xx.2020-ci il tarixdə ona zəng edərək işin alınmadığını, pulun hamısının köçürülməsinin lazım olduğunu, kadrlar şöbəsinin pulun 3.000 manat tam ödənməsini istədiyini bildirmişdir. O da bundan sonra xx.xx.2020-ci il tarixdə 1.500 manat pulu Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, “Sizin Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus həmin qeyd etdiyi hesabına göndərmişdir. Bu barədə terminal ödəniş qəbzlərinin sürətlərini araşdırmaya təqdim etmişdir. Həmin gün, pulu göndərdikdən sonra ona ***-***-**-** saylı mobil nömrədən özünü SOCAR şirkətinin işçisi kimi təqdim edən bir qadın zəng edib demişdir ki, artıq işə qəbul olunmuşdur, sənədləri də təsdiq olunmuşdur, xx.xx.2020-ci il tarixdən 1 günlük “X28” kursa getməlidir. Həmin qız bildirmişdir ki, orada 1 günlük kurs keçərək həmin günü zavodun adına maşın götürərək geri Füzuli rayonuna qayıdacaq və işə başlayacaqdır. O da bundan sonra inanaraq işə çağrılacağı vaxtı gözləməyə başlamışdır. Təqsirləndirilən şəxs Elşən Zamanova da söz vermişdir ki, xx.xx.2020-ci il tarixdə işə çağıracaqlar. Lakin həmin tarix keçsə də Elşəni də işə çağırmamışlar. Elşənlə də əlaqə saxlamışdır, bilirdi ki, Elşən də pul verib, ona görə işə çıxıb-çıxmamağı barədə maraqlanmışdır. Elşənin işə çağrılmadığını eşitdikdən sonra o, Süphana zəng edib demişdir ki, Elşən işə çağrılmayıbsa, onu da işə çağırmayacaqlar. Süphan demişdir ki, yox, ikisini də də eyni vaxda işə çağıracaqlar. xx.xx.2020-ci il tarixdə onu da işə çağırmamışlar. Buna görə də o, həmin günü Süphana zəng edib nə üçün onu işə çağırmadıqlarını soruşmuş, Süphan da demişdir ki, hələ boş yerlər tam dolmayıb, tam dolandan sonra işə çağıracaqlar. Beləliklə, Süphan onu hər gün ləngitmiş, müxtəlif bəhanələr gətirmişdir. Sonra artıq aldadıldığını başa düşdükdən sonra xx.xx.2020-ci il tarixdə o, Süphana zəng edib demişdir ki, ona konkret olaraq iş lazım deyil, pulunu geri göndərsin. Süphan da demişdir ki, hesab kartı göndərsin, pulunu həmin karta qaytaracaqdır. O da kartı olmadığı üçün, əmisi oğlu Şahid7 adına olan “4169 7413 1949 4272” saylı Kapital Banka məxsus kart hesabının şəklini “Whatsapp proqramı” vasitəsi ilə Süphana göndərmişdir. Süphanla həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı nömrəsinin “Whatsapp” proqramından istifadə edərək mesajlaşmışdır, pulunu geri istəmişdir. Bəzi mesajların sürətlərini çıxartmışdır, ifadəsinə əlavə etmişdir. Amma onun telefonunun “Whatsapp” prorqamında yenilənmə getdiyi üçün hazırda bütün mesajlaşmaları silinmişdir. Kartın şəklini Süphana göndərsə də, sonuncu onu günlərlə ləngitmiş və pulunu göndərməmişdir. xx.xx.2021-ci il tarixdə Süphan 1.000 manat pulu onun göndərdiyi əmisi oğlu Mirağaya məxsus kart hesabına göndərmişdir. Qalanın da sonra göndərəcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə isə 250 manat olmaqla, ümumilikdə 1.700 manat pulunu ona geri qaytarmışdır. Mirağa da kartını xahiş etdiyi üçün həmin müddətdə ona vermişdir, o da kartdan həmin pulları çıxartmışdır. Süphan yerdə qalan 2.300 manat pulunu hələ də qaytarmamışdır. Təqsirləndirilən şəxs 2.300 manat pulunun alınıb ona verilməsinə köməklik edilməsini xahiş edir. Eyni zamanda Süphanın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Elşən Zamanov və digər tanışları da Süphanın barəsində Füzuli RPŞ-yə şikayət etmişlər, cinayət işi istintaq edilmiş və Süphanın barəsində məhkəmənin hökmü çıxarılmışdır. Lakin bu barədə ətraflı məlumata malik deyildir.Şahid5, həmçinin, ifadəsində qeyd etmişdir ki, o, Bakı şəhərində 1.000 manat pulu əlbəəl Sübhana vermişdir. Bu zaman yanında qardaşı X22 olmuşdur. 1.500 manat pulu X4 hesabına Bakı şəhərində xx.xx.2020-ci il tarixdə milliön ödəmə terminalından ödəmişdir. Qalan 1.500 manat pulu isə xx.xx.2020-ci il tarixdə Beyləqan şəhərində yerləşən “Sizin market”də olan milliön ödəmə terminalından göndərmişdir. Həmin vaxt da qardaşı Fərid yanında olmuşdur. X35 bu barədə ətraflı olaraq araşdırma zamanı izahat vermişdir. Hazırda isə Fərid 2022-ci ilin aprel ayından Azərbaycan Respublikasında deyildir, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və işləyir. Bunun nəzərə alınmasını xahiş edir. X14 qeyd olunan pul vəsaitini onu işğaldan azad olunmuş torpaqlarda tikinti işlərinin aparılmasında Socar şirkətində 920 manat maaşlı sürücü kimi işə düzəldəcəyini vəd edərək almışdır. Təqsirləndirilən şəxs onun Socar şirkətində sürücü kimi işə düzəlməyindən ötrü ondan aldığı 4.000 manat pul vəsaitinin 1.000 manatının özünə çatacağını demişdir, yerdə qalan 3.000 manat pulu isə Socarda yüksək vəzifədə işləyən adını demədiyi vəzifəli tanışlarına verəcəyini demişdir. Lakin konkret olaraq vəzifəli tanışlarının adını, vəzifəsini ona deməmişdir. O da sonradan başa düşmüşdür ki, Süphan Socarda işləmirmiş, həmin qurumda heç bir tanışı da yoxdur. Sadəcə olaraq Süphan onu aldadaraq pulunu ələ keçirtmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs guya əlbəəl pul almamağı, yalnız 3.000 manat almağı ilə bağlı yalan danışmışdır, o, Bakı şəhərində görüşləri zamanı Süphana 1.000 manat pul əlbəəl vermişdir, yerdə qalan 3.000 manat pulu isə ödəmə terminalları vasitəsi ilə Süphana köçürtmüşdür. ***-***-**-** saylı telefon nömrəsi ilə onunla danışan şəxs bir xanım olmuşdur, bəlkə də ola bilər ki, Süphan səsini xeyli dərəcədə dəyişərək onunla xanım səsi ilə danışmışdır, Süphan bir dələduz insandır, insanları özünə inandırmaq üçün hər cür addıma əl atar. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid8 Sadıq qızı ifadəsində göstərdi ki, "xxxx" MMC-də istehsalat bölməsində qablaşdırıcı işləyir. Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətlə əlaqədar bildirmək istəyir ki, Təqsirləndirilən şəxs özünü ona "xxxx" kimi təqdim edərək onu aldatmışdır, pul vəsaitini ələ keçirtmişdir. Belə ki, o, bacısı oğlu X30 işsiz olduğuna görə, həm də anası xəstə olduğu üçün Vüsala yaxşı bir iş axtarmış, bu barədə qohum-əqrəbaya, eyni zamanda iş yoldaşlarına da demişdir ki, münasib iş olarsa, ona xəbər verərlər. 2021-ci ilin yanvar ayının təxminən sonlarında (konkret tarixi xatırlamır) iş yoldaşı Şahid9 söhbətlərin birində bacısı oğlu Vüsal Vəliyevin işsiz olduğunu bildiyi üçün ona demişdir ki, "xxxx" adlı tanışı vardır, Akşin bildirmişdir ki, “İdeal” parfüm şirkətinin müdiridir, “Socar” şirkətində də yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə qəbul etdirə bilir, həmin işlərin də təxminən 800 manat əmək haqqısı olur. O da Xəyaləyə demişdir ki, lap yaxşı, Vüsalla bu barədə danışıb razılığını alar, Akşinlə danışar. Sonra Xəyalədən xahiş etmişdir ki, Akşinin telefon nömrəsini ona versin, özü əlaqə saxlasın. Xəyalə də Akşinin ***-***-**-** saylı telefon nömrəsini ona vermiş, demişdir ki, bundan sonra özləri əlaqə saxlasınlar. O da bundan sonra öz istifadəsində olan ***-***-**-** saylı nömrədən Akşinin ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək bacısı oğlu Vüsalın işə düzəlmək istəməsi barədə danışmışdır. Akşin də ona demişdir ki, Vüsalı “Socar” şirkətinə sürücü kimi işə düzəldə bilər. Sonra isə qeyd etmişdir ki, işə qəbul olmaq üçün “Socar” şirkətinin həkim komissiyasından keçərək sağlamlıq barədə arayış almaq üçün 164 manat da pul verilməlidir, həmin 164 manat müqabilində Vüsal komissiyaya getməyəcəkdir, müayinə sənədi isə hazır olacaqdır, həmin şirkətdə işləyən tanışı vasitəsi ilə bunu həll edəcəkdir. Bundan başqa Vüsalın sürücülük stajının olubolmadığını soruşmuş, o da Vüsalın sürücülük stajının olmadığını demişdir. Bundan sonra Akşin demişdir ki, sürücülük stajı məsələsini Socar şirkətində həll etmək üçün 500 manat pul verilməlidir, həmin pul vəsaiti də “Socar” şirkətində tanıdığı vəzifəli şəxslərə çatacaqdır. O da bundan sonra Vüsalla danışmış, Vüsal işləməyə razılıq verdiyi üçün, həm də maddi imkanları olmadığı üçün özü həmin pul vəsaitini Akşinə vermək qərarına gəlmişdir. Daha sonra Akşinlə telefonda danışaraq razılaşdığını dedikdən sonra, Akşin də ona “Whatsapp” vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid plastik kartın nömrəsini yazacağını demişdir. Onlar da razılaşdıqdan sonra Akşin eyni qaydada istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Whatsapp” vasitəsi ilə "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” plastik kart nömrəsini və Təqsirləndirilən şəxs adını yazmışdır. O, Süphanın kim olduğunu soruşmuş, Akşin də demişdir ki, Süphan adlı həmin şəxs Socarın əməkdaşıdır, tanış adamdır. O da bundan sonra 01 fevral 2021-ci il tarixdə saat 16:52 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starchuk 18 ünvanında yerləşən marketin içərisində quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə 124 manat pulu həmin karta göndərmişdir. Sabahısı günü, 02 fevral 2021-ci il tarixdə saat 16.39 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsbəsi, XX Qurultay küçəsində yerləşən Oba marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 40 manat pulu həmin qeyd olunan karta göndərmişdir. Akşin də bundan sonra pulu qəbul etdiyini ona bildirərək bir neçə gün ərzində qalan 500 manat pulu da göndərməyini xahiş etmişdir. O da 10 fevral 2021-ci il tarixdə saat 12.09 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 102 ünvanında yerləşən Bravo Supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat pulu Akşinin ona nömrəsini yazdığı həmin karta göndərmişdir. Beləliklə, o, cəmi Akşinə 664 manat pul köçürtmüşdür. Akşin ona demişdir ki, 2021-ci ilin fevral ayının ortalarına kimi bacısı oğlu Vüsal Vəliyev “Socar” şirkətində sürücü kimi işə başlayacaqdır. Bundan başqa, sonradan bilmişdir ki, iş yoldaşı Şahid9 digər iş yoldaşı Şahid3 da Akşin barəsində danışmışdır. Könülgil qardaşı Cabirin “Socar” şirkətinə sürücü kimi işə düzəlməyi üçün 500 manat bir, 144 manat da bir olmaqla, cəmi 644 manat pulu karta köçürtmə yolu ilə Akşinə vermişlər. Həmçinin Könül xalası Mehribanın “Socar” şirkətinə aşbaz kimi işə düzəlməyi üçün pul vəsaitini karta köçürtmə yolu ilə Akşinə vermişdir. Akşin həmiş şəxsləri işə düzəldəcəyinə söz vermişdir. Həmçinin Könüldən eşitmişdir ki, anası Aida xanım da öz iş yoldaşı Şahid1 da Akşin barəsində danışmış, Zülfiyyə də “Socar” şirkətinə aşbaz işinə düzəlməyi üçün Akşinlə əlaqə quraraq cəmi 1.160 manat pulu Akşinin göndərdiyi karta köçürtmüşdür. Sonradan hamıya məlum olmuşdur ki, Akşin adlı şəxs yoxdur, həmin Akşin adı ilə onunla, eləcə də digərləri ilə telefonda danışmış şəxs əslən Tovuz rayonundan olan Təqsirləndirilən şəxsdur, heç bir qurumda da işləmir, əlaqələri də yoxdur, bir sözlə hamını aldatmışdır. Süphan Xəyaləni də aldatmış, özünü “İdeal” şirkətinin rəhbəri kimi təqdim etməklə, münasibət qurmağa çalışmışdır. Xəyalə də həmin şəxsə inanaraq onlara həmin şəxsin barəsində danışmışdır. Ona özünü Akşin kimi təqdim edən Təqsirləndirilən şəxs pul köçürtməyini təsdiq edən terminal ödəniş qəbzlərinin sürətlərini, eyni zamanda Süphanın ona “whatsapp” proqramında yazdığı mesajların sürətlərini ifadəsinə əlavə etmişdir. Şahid8, habelə, ifadəsində qeyd etmişdir ki, qeyd etdiyi bu hadisə ilə bağlı hər hansı dövlət orqanına bu barədə müraciət etməmişdir. Özünü ona Akşin kimi təqdim edən Sübhan Tağıyev bacısıoğlu Vüsal Vəliyevi “Socar” şirkətində həmin şirkətdə çalışan vəzifəli tanışları vasitəsi ilə 800 manat əmək haqqısı olan sürücü işinə düzəldəcəyinə söz vermişdir və o da həmin şəxsə inanaraq ümumilikdə 664 manat pulu Təqsirləndirilən şəxs karta köçürtmək yolu ilə vermişdir. Süphan konkret olaraq vəzifəli tanışlarının adını, vəzifəsini ona deməmişdir. Sonradan başa düşmüşdür ki, Süphanın həmin “SOCAR” şirkətində heç bir tanışı da yox imiş, sadəcə olaraq onu aldadaraq pulunu ələ keçirtmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,” ünvan 6 ünvanında yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, X48 qəsəbəsi, 323 saylı uşaq bağçasında tərbiyəçi müəllim işləyir. Bakı şəhər sakini X3 Təqsirləndirilən şəxs barəsində etdiyi ikayətlə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş “qarəsində istintaq edilən cinayət işi ilə bağlı bildirir ki, Zülüyyə İsayeva onun işlədiyi uşaq bağçasında aşbaz işləmiş, onunla yaxşı münasiətləri olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 2021-ci ilin yanvar ayında tanımışdır. Təqsirləndirilən şəxs özünü "xxxx" kimi təqdim edərək həm onu, həm də iş yoldaşı Şahid1 aldatmışdır, onların pul vəsaitlərimini mənimsəyərək ələ keçirtmişdir. Belə ki, oğlu Şahid4 yaxşı əmək haqqısı olan iş axtarmışdır. Bu barədə qızı Şahid3 da yaxın ərafina demişdi ki, yaxşı iş olsa onlara xəbər etsinlər. 2021-ci ilin yanvar ayının təxminən sonlarında (konkret tarixi xatırlamır) qızı Şahid3 ona demişdir ki, iş yoldaşı Şahid9 ona "xxxx" adlı şəxsdən danışmış. bildirmişdir ki, Akşin “ideal” parfüm şirkətinin müdiridir, “Socar” şirkətində yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə qəbul etdirə bilir, həmin işlərin də təxminən 800 manat əmək haqqısı olur. O, da oğlu Cabirin həmin şirkətə sürücü kimi işə qəbul edilməsinə razılaşmış, qızına demişdir ki, həmin Akşin adlı şəxsin əlaqə nömrəsini alsın, işlə bağlı əlaqə saxlasın və ona da bir məlumat versin. Bundan sonra qızı Könül iş yoldaşı Xəyalədən Akşinin ***-***-**-** saylı nömrəsini alaraq onunla telefonla danışmışdır, Akşin də telefon danışığı zamanı qızına demişdir ki, Cabiri “Socar” şirkətinə sürücü kimi işə düzəldə bilər. Sonra isə qeyd etmişdir ki, oğlunun sürücü işinə düzəlməyi müqabilində 500 manat pul verilməlidir, həmin pul “Socar” şirkətində tanıdığı vəzifəli şəxslərə çatacaqdır. Bundan əlavə isə işə qəbul olmaq üçün “Socar” şirkətinin həkim komissiyasından keçməyi üçün 144 manat da pul verilməlidir, həmin 144 manat müqabilində oğlu Cabir komissiyaya getməyəcək, müayinə sənədi hazır olacaqmış. Həmin şirkətdə işləyən tanışı vasitəsi ilə bunu həll edəcəkmiş. O, da qızının ona Akşinin bu sözlərini çatdırmasından sonra oğlunun sürücü kimi işə düzəlməsinə razılıq vermiş və Akşinlə razılaşmışdır. Onu da qeyd edir ki, o, Akşin adlı şəxslə telefonda danışmamışdır, onunla ancaq qızı əlaqə qurmuşdur. Qeyd edir ki, daha sonra Akşin qızı Könülə zəng edərək demişdir ki, “VVhatsapp” vasitəsi ilə özünə məxsus Kapital Bank-a aid plastik kartın şəklini çəkib göndərəcəkdir, ona həkim komissiyası ilə bağlı verməli olduqları 144 manat pulu həmin hesaba köçürsünlər. Onlar da razılaşdıqdan sonra Akşin eyni qaydada qızının istifadəsində olan 055-47750-51 nömrəsinə “VVhatsapp” vasitəsi ilə Kapıtal Bank-a aid “4169 7413 0612 3942” plastik kartın şəklini çəkib göndərmişdir. O, da bundan sonra qızı Könülə 144 manat pul vermişdir və o, 29 yanvar 2021-ci il tarixdə saat 12:33 dəqiqədə iş yerinin yerləşdiyi ünvandan ünvan 8ravo Supermarketdə quraşdırılmış eManat” ödəmə terminalı vasitəsi ilə 144 manat pulu həmin karta göndərmişdir. Biraz sonra Akşin yenidən qızıyla əlaqə saxlayaraq işlə bağlı dediyi 500 manat bulu da dostu X21 məxsus Kapital Bank-a aid “4169 7413Tİ 2510” plastik kartına göndərmklərini xahiş etmişdir. O, yenə də qızına işən gələndən sonra həmin günü 500 manat pul vermişdir, o da 29 yanvar 2021-ci il təkrarən ünvan 2 V avanında yerləşən ərzaq mağazasında yerləşdirilmiş “eManat” ödəmə terminalı asitəsi ilə 500 manat pulu həmin karta göndərmişdir. Akşin də bundan sonra pulu qəbul etdiyini bildirərək 2021-ci ilin fevral ayının ortalarına kimi oğlu Cabirin ,Şocar” şirkətinə sürücü kimi işə başlayacağını demişdir.O da bundan sonra Akşinin oğlunu işə düzəldəcəyinə, həmin şirkətdə doğrudan da yaxşı əlaqələrinin olmasına inanaraq, işsiz olan bacısı X6 da “Socar”şirkətində aşbaz kimi işə düzəlməsini istəmişdir, bu barədə Mehribana danışmışdır.Mehriban da ona demişdir ki, hal-hazırda işə güzəlməkdən ötrü pul vermək imkanı yoxdur, pul verə bilməyəcəkdir, o da bacısına demişdir ki, o özü onun əvəzinə pul verər, təki işə düzəlsin, sonra pulumu qaytarar. Mehriban da onunla razılaşmış, demişdir ki, əgər iş düzəlsə, gedib aşbaz kimi həmin şirkətdə işləyər. Bundan sonra o, qızı Könülə demişdir ki, Akşinlə bu barədə danışsın, ona da məlumat versin. Bundan sonra Könül Akşinlə danışaraq bacısı Mehribanın da aşbaz kimi Socar şirkətinə işə düzəlməsində köməklik etməsini xahiş etmişdir, Akşin də razılaşaraq eyni qaydada 500 manat pul verilməli olduğunu demişdir. Eyni zamanda “Socar” şirkətinin həkim komissiyasından keçməsi üçün 164 manat da pul istəmişdir. O, da razılaşaraq özündə nağd pul olmadığına görə Könüldən xahiş etmişdir ki, öz kartında olan puldan 500 manat pul Akşinə köçürtsün. Könül də 2021-ci ilin fevral ayının təxminən ilk günlərində Akşinin onlara verdiyi Kapital Bank-a aid “4169 7413 2361 2570” plastik karta öz istifadəsində olan kartdan 500 manat pul köçürtmüşdür. Sonra isə o, Könülün 500 manat pulunu nağd şəkildə qaytarmışdır. Daha sonra Akşin 164 manat pulu da istədiyinə görə Könülə 164 manat pul vermiş, Könül də 164 manat pulu xx.xx.2021-ci il tarixdə Akşinin onlara verdiyi Kapital Bank-a aid “4169 7413 0612 3942” plastik karta Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, “Ballı” marketin içərisində Milli ön ödəmə terminalı vasitəsi ilə köçürtmüşdür. Akşin onlara oğlu kimi, bacısı Mehribanın da fevral ayının uzağı ortalarına kimi aşbaz kimi işə başlayacağını demişdir. Onlar da təbii ki ona inanmışdır.Bundan başqa, qeyd edir ki, həmin ərəfədə təxminən 2021-ci ilin yanvar ayının sonlarında o, uşaq bağçasında işdə olan zaman iş yoldaşı, bağçada aşbaz işləyən Şahid1 ilə söhbət edərkən ona bildirmişdir ki, tanışı "xxxx" adlı şəxsin “Socar” şirkətində yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək yaxşı əmək haqqı olan aşbaz işinə adam qəbul etdirə bilir, Zülfiyyə həmin adamın kim olduğunu soruşduqda bildirmişdir ki, həmin Akşin adlı şəxs bacısına da “Socar” şirkətinə aşbaz işinə hazırda düzəldir. Zülfiyyə həmin Akşin adlı şəxslə onu tanış etməyini xahiş etmişdir. O, da bundan sonra Akşin adlı Şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini Zülfiyyəyə vermişdir, demişdir ki, özləri əlaqə saxlasınlar. Qızı Könülə də demişdir ki, Akşinə desin ki, Şahid1 adlı şəxs də işə düzəlmək istəyir, onunla əlaqə saxlayacaqdır. Bundan sonra o Zülfiyyədən öyrənmişdir ki, o, Akşinlə telefonla əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə 160 manat bir, 500 manat bir, xx.xx.2021-ci il tarixdə isə 500 manat, cəmi 1.160 manat pulu Akşiningöndərdiyi karta aşbaz kimi “Socar” şirkətində işə götürülməsindən ötrü köçürtmüşdür. Vəd edilən müddət keçdikdən sonra Akşin kimi bilib tanıdıəqları şəxs onun oğlunu və bacısını işə düzəltməmişdir, onunla övladları Könül, Cabir dəfələrlə telefon əlaqəsi saxlamışlar, o da hər dəfəsində övladlarına müxtəlif bəhanələr gətirərək guya yaxın zamanda iş məsələsinin həllini tapacağını bildirmişdir. Sonradan isə artıq aldadıldıqlarını başa düşüb pullarını geri tələb etməyə başlamışlar. Eyni zamanda məlum olmuşdur ki, Akşin adlı şəxs yoxdur, həmin Akşin adı ilə onlarla telefonda danışmış şəxs əslən Tovuz rayonundan olan Təqsirləndirilən şəxsdur, Şahid1 da həmçinin aldatmışdır, onlara qarşı gələduzluq etmişdir. Onu da qeyd edir ki, o, utandığına görə Süphanın onları aldatmağı barədə Şahid1 çox geniş məlumat verməmişdir. Özünü Akşin kimi təqdim edən Təqsirləndirilən şəxs pullarını qaytaracağına söz versə də bu vaxta kimi pullarını qaytarmamışdır. Ona görə də Təqsirləndirilən şəxs ona verilmiş cəmi 1.308 manat pulunun alınaraq ona qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 zərərçəkmiş şəxs Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsində yerləşən "xxxx" MMCdə istehsalat bölməsində qablaşdırıcı işləyir. Təqsirləndirilən şəxs “X24” adı ilə tanımış, sonuncu özünü ona “İdeal” parfüm şirkətinin müdiri kimi təqdim etmiş, “Socar” şirkətində də yaxşı əlaqələrinin olduğunu demiş, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə qəbul etdirə biləcəyini demişdir. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəllərində özünü Akşin kimi təqdim edən bir şəxs ona “Tiktok” sosial şəbəkəsində profilinə yazaraq özünü “İdeal” parfüm şirkətinin müdiri kimi təqdim etmişdir, eyni zamanda yaxşı əlaqələrinin olduğunu bildirmişdir. O da bundan sonra Akşinlə yazışmış, münasibətləri yaranmışdır. Həmin yazışmaları artıq silinmişdir. Hətta Akşin adlı şəxs onunla bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüşdür, guya onu “İdeal” parfüm şirkətində yaxşı bir işə düzəldəcəyini demişdir. Bir sözlə həmin şəxs onunla yaxınlıq etmək üçün münasibət yaratmışdır. O da inanaraq Akşinlə bir neçə dəfə şəhərdə iş məsələsi ilə bağlı kafedə görüşərək münasibət qurmuşdur. Lakin Akşin ondan “İdeal” şirkətinə işə düzəlməyindən ötrü pul istəməmişdir. Sadəcə özünü ona imkanlı biri kimi göstərməklə onunla münasibət qurmağa çalışmışdır. Hər görüş zamanı da ona özünü tərifləyərək demişdir ki, yaxşı əlaqələri vardır, həyət evi, mənzilləri vardır. Bundan başqa, “Socar” şirkətində də yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə də qəbul etdirə bilir. O da təbii ki həmin şəxsə inanmışdır. 2021-ci ilin yanvar ayının təxminən sonlarında (konkret tarixi xatırlamır) iş yoldaşı Şahid3 söhbətlərinin birində demişdir ki, "xxxx" adlı tanışı vardır, Akşin bildirmişdir ki, “İdeal” parfüm şirkətinin müdiridir, “Socar” şirkətində də yaxşı əlaqələri vardır, həmin əlaqələrindən istifadə edərək tanış şəxsləri həmin şirkətdə sürücü, aşbaz və s. işlərə qəbul etdirə bilir, həmin işlərin də təxminən 800 manat əmək haqqısı olur. Könülün qardaşı Cabir üçün iş axtardığını bilmişdir. Könül də söhbət zamanı demişdir ki, evdə bu barədə anasına danışar, razılıq versələr, Akşinlə Könülü tanış edər, iş barədə söhbət edərlər. O da razılaşmışdır. Bundan sonra Könül onunla görüşərək demişdir ki, Akşinin telefon nömrəsini versin. O da bundan sonra Akşinin ***-***-**-** saylı telefon nömrəsini Könülə vermiş, demişdir ki, iş barəsində özləri danışsınlar, burada onluq heçnə yoxdur. Könül də razılaşmışdır. Sonradan Könüldən eşitmişdir ki, Akşinlə danışmışdır, qardaşı Cabirin “Socar” şirkətinə sürücü kimi işə düzəlməyi üçün 500 manat bir, 144 manat da bir olmaqla, cəmi 644 manat pulu karta köçürtmə yolu ilə Akşinə vermişlər. Həmçinin Könüldən eşitmişdir ki, xalası Mehribanın “Socar” şirkətinə aşbaz kimi işə düzəlməyi üçün 500 manat bir, 164 manat da bir, cəmi 664 manat pul vəsaitini karta köçürtmə yolu ilə Akşinə vermişlər. Akşin həmiş şəxsləri işə düzəldəcəyinə söz vermişdir. Akşin ona bu barədə heçnə deməmişdir. O, yalnız Könüldən bu məlumatları eşitmişdir. 2021-ci ilin fevral ayından etibarən o, Akşindən şübhələnməyə başlamış, çünki Akşinin hər sözündə dediklərinin real olmadığını, hətta ona qarşı da pis fikirdə olduğunu anlamışdır. O, Akşinin ona qarşı münasibətinin ciddi olub-olmadığını yoxlamaq üçün onların şirkətinə “İdeal” parfüm şirkətindən təzə gələn xanım işçilərdən İdeal şirkətinin rəhbərinin kim olduğunu soruşmuş, məlum olmuşdur ki, Akşin orada müdür deyil, ümumiyyətlə orada işləmir, həmin şirkətin müdürü Nərminə xanımdır. O, bundan sonra Akşinlə bütün əlaqələri kəsmiş, Könül də həmin ərəfədə ona demişdir ki, Akşin hamını aldatmışdır, işə düzəltmə adı altında pul vəsaitlərini ələ keçirtmişdir. O da Könülə Akşinin onu da aldatdığını, onunla guya ciddi münasibət qurmaq üçün yalan vədlər verdiyini demişdir. Bundan başqa, Könüldən eşitmişdir ki, Könülün anası Aida xanım da öz iş yoldaşı Şahid1 da Akşin barəsində danışmış, Zülfiyyə də “Socar” şirkətinə aşbaz işinə düzəlməyi üçün Akşinlə əlaqə quraraq cəmi 1.160 manat pulu Akşinin göndərdiyi karta köçürtmüşdür. Bundan başqa iş yoldaşı Şahid8 Sadıq qızına da Könüllə danışan ərəfədə Akşin barəsində demiş, Akşinin telefon nömrəsini vermişdir, Mətanət də özü Akşinlə əlaqə quraraq bildiyinə görə cəmi 664 manat pulu Akşinin kartına köçürtmüşdür. O, bu pul verilməsi proseslərində iştirak etməmişdir. Sonradan hamıya məlum olmuşdur ki, Akşin adlı şəxs yoxdur, həmin Akşin adı ilə onunla görüşmüş, eyni zamanda Könülgillə telefonda danışmış şəxs əslən Tovuz rayonundan olan Təqsirləndirilən şəxsdur, heç bir qurumda da işləmir, əlaqələri də yoxdur, bir sözlə hamını aldatmışdır. Bir daha bildirir ki, onun Akşinin cinayət əməllərindən xəbəri olmamışdır, sadəcə bir iş yoldaşı kimi Könülə, eyni zamanda Mətanətə məlumat vermiş, özlərinin iş barədə Akşinlə danışmalarını xahiş etmişdir. Yəni onun bu məsələlərə aidiyyatı olmamışdır. Şahid1 Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə şikayət etmişdir, buna görə də onu da çağıraraq izahatını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 zərərçəkmiş şəxs Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Qazax-Tovuz regional məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir. Onun vəzifəsinə region üzrə vakansiyaların toplanması, işəgötürənlərlə sıx əməkdaşlıq qurmaq, işə düzəltmədə fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin tərtib edilməsi, əlaqələndirmə komitəsi ilə birgə fəaliyyət, əmək bazarının təhlili və. s daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Tovuz rayon sakini Təqsirləndirilən şəxs barəsində daxil olmuş materialla tanış olmuşdur, bildirir ki, X5 rəsmi səhifəsi olan DMA.gov.az saytında əlaqə nömrələri, eləcə də daxili əlaqə nömrələri yerləşdirilməklə cəmiyyətə açıq formadadır. Bundan da bəzi insanlar sui-istifadə edib Agentliyin regional məşğulluq filiallarına zəng edib özünü işə götürən kimi təqdim edərək vakansiyalar təqdim edir, məşğulluq tərəfindən yönləndirilən vətəndaşlardan müxtəlif bəhanələrlə pul vəsaiti alaraq dələduzluq edirlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 12–13 arası 22 saylı Ərazi Məşğulluq filialının 022-29-5-23-53 daxili nömrəsinə zəng daxil olmuşdur. Zəngə Filialın aparıcı mütəxəssisi vəzifəsində işləyən X25 cavab vermişdir. Zəng edən şəxs özünü X43 İstismarı İdarəsinin (Şəmkir RQİİ) İnsan resursları üzrə mütəxəssisi “Anar” müəllim kimi təqdim edərək müəssisədə Qazax-Tovuz rayonu üzrə mühafizəçi (əməkhaqqı 620.00 manat) və sürücü (əməkhaqqı 870.00 manat) vakant yerinin olduğunu bildirmişdir. Həmin Anar adlı şəxsə qeyd etdiyi vakansiyaların qanunamüvafiq olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsisteminə yerləşdirməyinin mütləq olduğu bildirilmişdir. Lakin, Anar adlı şəxs cavabında vakansiyaları münasib namizədlər tapılacağı təqdirdə yükləyəcəyini qeyd etmiş, istifadəsində olan ***- ***-**-** mobil nömrəsini verərək namizədlərin şəxsən özü ilə əlaqə saxlamasını istəmişdir. Sözügedən məsələ Filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri olaraq onda şübhə yaratdığı üçün dərhal Şəmkir RQİİ-nin İnsan resrusları üzrə mütəxəssisi Kənan adlı şəxslə əlaqə saxlamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Şəmkir RQİİ-nin Anar adlı əməkdaşı yoxdur, Anar adlı şəxsin orada işləmədiyi və Anar adlı şəxsin qeyd etdiyi vakant yerlərinin mövcud olmadığı da müəyyən edilmişdir. Bundan sonra, zəng edən şəxsi ifşa etmək məqsədilə, elə həmin günü, 24 yanvar 2022-ci il tarixdə iş axtaran kimi “Məşğulluq” alt sistemində qeydiyyata alınan Tovuz rayon sakini olan vətəndaşın adından o, əməkdaşı - İlyas Quluyevin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə özünü Anar kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə işaxtaran vətəndaş adından zəng etmişdir, telefon danışığı zamanı həmin Anar adlı şəxs Tovuz rayonu üzrə sürücü vakansiyasına namizəd olduğunu qeyd etmiş, daha sonra bir sıra suallar, yəni şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, covid pasportunun olub-olmaması, mobil nömrəsini kimdən almağı, məşğulluğun əməkdaşı ilə münasibətinin olub-olmaması, əvvəllər harda işləməyi, bacarığı, harda yaşamağı, hansı rayonda işləməyin uyğun olması kimi suallar verib tam əmin olduqdan sonra namizədin uyğunluğunu dəqiqləşdirib geri dönüş edəcəyini bildirmişdir, halbuki, həmin şəxslə danışan, namizəd yox, o elə özü olmuşdur. Təxminən on dəqiqə sonra həmin şəxs geri zəng edərək Qazax rayonunda yer olduğunu və həkimlərdən keçmək üçün 84 manat rüsum ödəmək gərəkdiyini demiş, eyni zamanda Tovuz rayonunda işləmək istəyini soruşmuş, bunun müqabilində “rəis”ə əlavə 500 manat şirinlik vermək lazım olduğunu bildirmişdir. O da namizədin adından danışıb Tovuzda işləmək istədiyini, 400 manata gücü çatdığını bildirmişdir. Anar adlı şəxs onunla razılaşıb rəislə danışandan sonra zəng edəcəyini bildirmişdir. Təxminən on dəqiqə sonra Anar adlı şəxs zəng edərək “rəis”-i razı saldığını, pul barədə heç kimə heç nə deməməyi və hər hansı ödəniş terminalına yaxınlaşmaq lazım olduğunu, hesabı “Whatsapp” vasitəsilə göndərmək mümkün olmadığından özü necə etmək lazım olduğunu deyəcəyini bildirmişdir. O da bundan sonra həmin günü ödəniş terminalına pulu daxil etmək üçün Qazax şəhəri, Heydər Əliyev prospekti 78 ünvanında yerləşən, “Oba” marketdə yerləşdirilmiş “eManat” ödəniş terminalına yaxınlaşıb Anar adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib pulu hansı hesaba, necə daxil etməli olduğunu soruşmuş, eyni zamanda həmin anın telefon ilə çəkilişini aparmışdır. Daha sonra telefonun səsucaldıcı hissəsini açıq saxlayıb Anar adlı şəxsin diqtəsi əsasında terminalda bank xidmətlərinə daxil olmuş, sonuncunun göstərişi ilə “ATB” seçmiş, açılmış pəncərədə kart nömrəsi hissəsinə daxil olmuş, həmin hissədə Anar adlı şəxsin dediyi “5213 6751 0465 8373” 16 rəqəmli kart nömrəsini yazmış, həmin vaxt açılmış pəncərədə “Təqsirləndirilən şəxsH” adı və “********************” hesab nömrəsi yazılmışdır. Bundan sonra, guya terminalda donma olduğunu, əməliyatı yenidən edəcəyini deyib Anar adlı şəxslə telefon danışığını yekunlaşdırmışdır. Anar adlı şəxsin əvvəldən hərəkətlərindən şübhələndiyindən bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində X5 daxili nəzarət və auidit departamentinə məlumat vermişdir, rəhbər şəxslərin göstərişi ilə yuxarıda qeyd etdiyi hərəkətləri icra edib, toplanmış materialı araşdırılması üçün arayışla birlikdə həmin departamentə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Üç ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, 03 fevral 2021-ci il tarixdə saat 17:33 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 160 (bir yüz altmış) manat, 03 fevral 2021-ci il tarixdə saat 17:59 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 500 (beş yüz) manat, 5 fevral 2021-ci il tarixdə saat 15:58 dəqiqədə isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 500 (beş yüz) manat pul vəsaiti köçürülmüşdür. İki ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, 02 dekabr 2020-ci il tarixdə saat 13:50 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” marketdə yerləşdirilmiş “Milliön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 1.500 manat, 04 dekabr 2020-ci il tarixdə saat 11:31 dəqiqədə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, “Sizin Market”də yerləşdirilmiş “Milliön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 1.500 manat pul vəsaiti köçürülmüşdür. İki ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, 28 fevral 2022-ci il tarixdə saat 21:03 dəqiqədə Tovuz rayonu, Bakı – Qazax şosesi, Azpetrol YDM-Tovuz ünvanında yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə Şahid1 məxsus olan "xxxx" ASC-yə aid “5103 0714 0720 3377” nömrəli debet kartın “********************” hesab nömrəsinə 200 manat, 02 mart 2022-ci il tarixdə saat 17:35 dəqiqədə ünvan 10 ünvanında yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə Şahid1 məxsus olan "xxxx" ASC-yə aid “5103 0714 0720 3377” nömrəli debet kartın “********************” hesab nömrəsinə 100 manat pul vəsaiti köçürülmüşdür. Üç ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 11 yanvar 2021-ci il tarixdə saat 22:18 dəqiqədə "xxxx" ASC-nin Tovuz rayon filialında yerləşdirilmiş ödəmə terminal aparatı vasitəsi ilə Şahid7 məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 1949 4272” nömrəli debet kartın “********************” hesab nömrəsinə 1.000 manat, Təqsirləndirilən şəxs tərəfindən 19 fevral 2021-ci il tarixdə saat 17:03 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsində yerləşdirilmiş “Milli Ön” aparatı vasitəsi ilə Şahid7 məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 1949 4272” nömrəli debet kartın “********************” hesab nömrəsinə 200 manat, Təqsirləndirilən şəxs tərəfindən 20 fevral 2021-ci il tarixdə saat 15:52 dəqiqədə "xxxx" ASC-nin Qara Qarayev filialında yerləşdirilmiş ödəmə terminal aparatı vasitəsi ilə Şahid7 məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 1949 4272” nömrəli debet kartın “********************” hesab nömrəsinə 250 manat pul vəsaiti köçürülmüşdür. İki ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, 29 yanvar 2021-ci il tarixdə saat 12:33 dəqiqədə ünvan 8ravo Supermarketdə yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 144 manat, 29 yanvar 2021-ci il tarixdə saat 16:34 dəqiqədə ünvan 2 ünvanında yerləşən ərzaq mağazasında yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə X21 məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 2361 2570” nömrəli debet kartın “********************” hesab nömrəsinə 500 manat pul vəsaiti köçürülmüşdür. Üç ədəd terminal ödəniş qəbzlərinin sürətindən görünür ki, 01 fevral 2021-ci il tarixdə saat 16:52 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starchuk 18 ünvanında yerləşən marketin içərisində yerləşdirilmiş “Milli Ön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 142 manat, 02 fevral 2021-ci il tarixdə saat 16:39 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsbəsi, XX Qurultay küçəsi, “Oba market-188”-də yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 40 manat, 10 fevral 2021-ci il tarixdə saat 12:09 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 102 ünvanında yerləşən Bravo Supermarketdə quraşdırlmış “Milliön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “4169 7413 0612 3942” nömrəli debet kartın “********************” hesab nömrəsinə 500 manat pul vəsaiti köçürülmüşdür. “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların sürətindən görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 29 dekabr və 30 dekabr 2020-ci il tarixlərdə “Whatsapp” proqramında mesajlaşmalar aparılmışdır. Həmin mesajlardan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs pulunu geri tələb edir, Təqsirləndirilən şəxs isə karta pulu vuracağını dəfələrlə bildirir, gecə də olsa pulu karta yükləyəcəyini deyir, növbəti gün isə saat 11-də karta pulu vuracağını bildirir və qarşı tərəfin telefon zənginə cavab vermir. “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların sürətindən görünür ki, Şahid3 ilə telefonun kontaktında “Socar Akşin” kimi qeyd edilən, əsl ad, soyadı Təqsirləndirilən şəxs olan şəxsin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında “Whatsapp” proqramında mesajlaşmalar aparılmışdır. Həmin mesajlardan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs Akşin kimi tanıdığı üçün telefonunun kontakt bölməsində həmin şəxsin adını “Socar Akşin” kimi qeyd etmişdir. Həmin mesajlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid3 “X31”, "xxxx", “4169 7413 2361 2570”, “çeki də atasınız zəhmət olamasa ki özünə atım” məzmunlu mesajlar yazmışdır. Şahid3 da ona 500 manat pul vəsaitinin küçürülməsini təsdiq edən məlumatı göndərmiş, həmin məlumatda 500 manat pul vəsaitinin “4169 7413 2361 2570” nömrəli karta köçürülməsi təsdiq edilmişdir. Həmçinin mesajlardan görünür ki, Şahid3 Zülfiyyə xanımın pulunun, eləcə də qardaşı Cabir, xalası Mehribana görə verilmiş pulların qaytarılmalı olduğunu, pul qayıtmasa adının polisə veriləcəyini, işindən olmaq istəmədiyini, məsələni həll etməyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs isə narahat olmamasını, pulların qaytarılacağını qeyd etmişdir. “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların sürətindən görünür ki, Şahid8 Sadıq qızı ilə telefonun kontaktında “Akşin Socar” kimi qeyd edilən, əsl ad, soyadı Təqsirləndirilən şəxs olan şəxsin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında “Whatsapp” proqramında mesajlaşmalar aparılmışdır. Həmin mesajlardan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs Akşin kimi tanıdığı üçün telefonunun kontakt bölməsində həmin şəxsin adını “Akşin Socar” kimi qeyd etmişdir. Həmin mesajlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid8 “Salam”, “4169-7413-0612-3942”, “Təqsirləndirilən şəxs” məzmunlu mesajlar yazmışdır. Şahid8 isə pul vəsaitini köçürməsini təsdiq edən 3 ədəd terminal ödəniş qəbzinin şəklini ona göndərmişdir. “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Whatshapp video 2022- 02-04” faylındakı videogörüntünün aşağıdakı məzmunda olduğu müəyyən edilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Qazax-Tovuz regional məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Şahid10 Qazax rayonunda yerləşən “Oba” marketdə olan terminala yaxınlaşıb özünü Anar adlı şəxs kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib pulu hansı hesaba, necə daxil etməli olduğunu soruşmuş, eyni zamanda həmin anın telefon ilə çəkilişini aparmışdır. Daha sonra, telefonun səsucaldıcı hissəsini açıq saxlayıb özünü Anar adlı şəxs kimi təqdim edən şəxsin diqtəsi əsasında terminalda bank xidmətlərinə daxil olmuş, sonuncunun göstərişi ilə “ATB” seçmiş, açılmış pəncərədə kart nömrəsi hissəsinə daxil olmuş, həmin hissədə özünü Anar adlı şəxs kimi təqdim edən şəxsin dediyi “**********658373” 16 rəqəmli kart nömrəsini yazmış, həmin vaxt açılan pəncərədə “Təqsirləndirilən şəxsH” adı və “********************” hesab nömrəsi yazılmışdır. Bundan sonra, guya terminalda donma olub əməliyatı yenidən edəcəyini deyib özünü Anar adlı şəxs kimi təqdim edən şəxsin telefon danışığını sonlandırmışdır. “Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən telefon məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmişdir. diskdə “10652.zip” qovluğu vardır, həmin qovluq açıldıqda ümumilikdə 8 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur.Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında aşağıdakı məzmunda mesajlaşmalar aşkar edilmişdir:xx/xx/2020, 18:41:59,**********01, **********97,Var yoxuna lənət hələ burdayam Gecə də olsa pulu vuracam, xx/xx/2020, 22:22:37, **********01,**********97,Varyoxunu - yalan deyənin hələ də burdayıq Yığma dalbadal vuru xx/xx/2020,22:22:38,**********01, **********97,m deyecem özüm xx/xx/2020, 22:30:29,**********97, **********01, Bə deyirdin yekunlaşırq bu vaxtı iş olur xx/xx/2020, 23:13:09,**********01, **********97, Gir vatsapa görüntülü yığ sən canın gör mən hələ də burdayam, vuracam xx/xx/2020, 23:33:24, **********01, **********97, dalbadal yığanda nə olur ki dedim vuracam pulu onsuzda gedib bu dəq xx/xx/2020, 23:33:25, **********01, **********97, iqe çıxarırsan ki nə olub vuracam dedimsə vuracam xx/xx/2020, 23:34:24, **********97, **********01, Hə gedib çixaracam xx/xx/2020, 23:36:22, **********97, **********01, Pul lazimdı mənə başa düşmədin sən, xx/xx/2020, 23:37:04,**********01, **********97, Vuracam pul yalan deyənin var yoxunu ---mən hələdə işdəyəm xx/xx/2020, 23:39:40, **********97, **********01, Gəl bir birimizi incitmiyək mənim pulumu vur gəlsin, xx/xx/2020, 23:40:17, **********97, **********01, Mənə vacib lazımdı pul, xx/xx/2020, 23:43:34, **********97, **********01, Bilirem vuracaqsan nə vaxt vaxtın denən mənə, xx/xx/2020, 05:55:41, **********01, **********97, Məzələnisənmi bu vaxt adam adama zəng mi vurur 11 də kartdan pulunu, xx/xx/2020, 05:55:41, **********01, **********97, götür xx/xx/2020, 05:58:30, **********97, **********01, Sən məzlənirsən yoxsa mən bə deyirdin gecədə olsa vyracam, xx/xx/2020, 05:59:37, **********97, **********01, Telefonu aç sənə bir iki soz deyəcəm, xx/xx/2020, 06:01:51, **********01, **********97, Dedim ki 11 də pul vuracam, 0/12/2020, 06:07:11, **********97, **********01, Əlbətdə pul vurassan telefonaBaxış zamanı telefon danışıqlarını əhatə edən fayllarda müəyyən edildi ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 oktyabr 2020-ci il tarixdən 20 may 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. “Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmişdir. Diskdə ümumilikdə 4 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur.Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir.Baxış zamanı telefon danışıqlarını əhatə edən fayllarda müəyyən edildi ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021 - xx.xx.2022-ci il tarixədək olan dövrdə 69 dəfə telefon danışıqları həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, həmin bankın müştərisi Təqsirləndirilən şəxs “4169 7413 0612 3942” nömrəli kart hesabının xx.xx.2020xx.xx.2022-ci illəri əhatə edən ödəniş kartı üzrə çıxarışından görünür ki, qeyd olunan kart hesabına 02 dekabr 2020-ci il tarixdə 1.500 manat, 04 dekabr 2020-ci il tarixdə 1.500 manat, 29 yanvar 2021-ci il tarixdə 144 manat, 01 fevral 2021-ci il tarixdə 124 manat, 02 fevral 2021-ci il tarixdə 40 manat, 03 fevral 2021-ci il tarixdə 160 manat, 03 fevral 2021-ci il tarixdə 500 manat, 05 fevral 2021-ci il tarixdə 500 manat, 08 fevral 2021-ci il tarixdə 164 manat, 10 fevral 2021-ci il tarixdə 500 manat ödəniş terminalları vasitəsi ilə köçürdülmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR–dan verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs SOCAR-da işləməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Ağstafa Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Öysüzlü kəndində atası X26, anası X23, bacısı X18 və qardaşı X19 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmlərin surətlərindən görünür ki, Tağıyev X11 rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli, qərarı ilə zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş, onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli CB-56926/164/2022 nömrəli məktubundan görünür ki, Tağıyev X11 rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzasından 21 (iyirmi bir) gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün təşkil edir. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, özündə video çəkilişi əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, istintaq materiallarında olan “WhatsApp” yazışmalarının surətləri, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri və bank hesabından çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs Şahid1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs Şahid2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs Şahid5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs Şahid8 Sadıq qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Tağıyev X8 Fuad Ramil oğludan 3000 manat pul aldığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid5 sürücü kimi şirkətə işə düzəlməyi müqabilində 4.000 manat pul verilməlidir, həmin pul vəsaitinin 1.000 manatının ona çatacağını, 3.000 manat isə şirkətin vəzifəli şəxslərinə çatacağını demişdir. Fuad da razılıq vermişdir, həmin gün görüşdə 1.000 manat pulu kafedə ona vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs dələduzluq cinayət əməli üzrə vurduğu ziyanı qismən ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs, Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli CB-56926/164/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin edilmiş cəzasından 21 (iyirmi bir) gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Azərbaycan Respublikası CM-нin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir.Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə tutulmuş və o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən özündə video çəkilişi əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, istintaq materiallarında olan “WhatsApp” yazışmalarının surətləri, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri və bank hesabından çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə təyin edilmiş 02 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 05 (beş) il 03 (ay) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən özündə video çəkilişi əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, istintaq materiallarında olan “WhatsApp” yazışmalarının surətləri, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri və bank hesabından çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar