Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-354/2023 01.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X8 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhəri, 2 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, o, “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı, şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və narkotik vasitə olan qurudulmuş marixuananı 1000 manat pul müqabilində əldə edib, özündə saxlayıb məlum olmayan şəxsin dediyi qaydada sonradan onun deyəcəyi yerə çatdıracağı barədə razılığa gəldikdən sonra, məlum olmayan şəxs tərəfindən, məlum olmayan tarixdə və mənbədən əldə edilib Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində, asvalt yolun altından keçən suötürücü borunun yanındakı ağacın dibinə qoyulmuş kimyəvi tərkiblərinə görə eyni olan 2 ədəd polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram və 670 qram, ümumi təmiz çəkisi 1120 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan heroini və kimyəvi tərkiblərinə görə eyni olan 2 ədəd polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1180 qram və 825 qram, ümumi təmiz çəkisi 2005 qram təşkil edən təşkil edən, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əldə edib taksi kimi sifariş etdiyi və sərnişin kimi əyləşdiyi X2 idarə etdiyi “Vaz 21015” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyarkən, həmin gün saat 17:25də Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu keçidi yaxınlığında saxlanılaraq, həmin gün saat 18:25-dən 19:15-dək olan müddət ərzində keçirilən avtomobilə baxış zamanı «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olan qara rəngli idman çantasının içərisindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlər üzrə özünü təqsirli bilərək əməlindən peşman olmasını bildirirərək ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən bir neçə gün bundan qabaq “İnstaqram” sosial şəbəkəsində əvvəllər tanımadığı şəxslə tanış olmuş, həmin şəxslə bir dəfə “İnstaqram”da video görnütü ilə danışmış, sonra həmin şəxs xatırlamadığı “Vatsap” mobil nömrəsini ona vermişdir. Həmin şəxslə tez-tez danışıb əlaqə saxlamış, həmin şəxs ona Ağstafa rayonu ərazisində tanımadığı kəndin kənarında qara rəngli çantanın içərisində bağlamalarda narkotik vasitələr qoyacağını demiş, o da gedib həmin narkotik vasitəni onun dediyi yerdən götürüb sonra isə onun dediyi yerə aparacağına razılaşmışdır. Bunun müqabilində həmin şəxs ona 1000 manat pul verəcəyini razılaşmışlar. Həmin şəxs “Vatsap”da konum (məkan) vasitəsi ilə Ağstafa rayonu ərazisində içərisində bağlamalarda narkotik vasitə olan çantanı qoyduğu yeri onun mobil telefonuna göndərmişdir. 28 fevral 2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhərində o tanışı, taksi fəaliyyəti ilə məşğul olan, Ağdaş rayon sakini X7 ilə qarşılaşmış, ona yaxınlaşıb avtomobili ilə onu Ağstafa rayonuna aparmasını, bunun müqabilində ona 70 manat pul verəcəyini bildirmişdir. Nadir də onunla razılaşmışdır. O Nadirə Ağstafa rayonundan bir ədəd azuqə dolu çantanı götürüb cəzaçəkmə müəssisəsinə aparacağını demişdir. Natiq də etiraz etməmişdir. X9 “Vaz 21015” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı atomobili ilə Ağstafa rayonuna yola düşmüşlər, saat təxminən 17-18 radələrində Ağstafa rayonuna çatmışlar. Onun danışdığı şəxsin ona “Vatsap”da göndərdiyi konumla mobil telefonunda məkan tətbiqi vasitəsi ilə Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində narkotik vasitənin qoyulduğu yeri tapmışdır. Həmin yerə çatdıqdan sonra o, həmin şəxslə mobil telefonla əlaqə saxlamış, həmin şəxs ona içərisində narkotik vasitə olan qara rəngli çantanı yolun kənarında olan ağacın dibinə qoyduğunu demişdir. O da gedib yolun kənarında olan ağacın dibindən çantanı tapmış və həmin çantanı götürüb Nadirin avtomobilinin arxa yük yerinə qoymuşdur. Həmin vaxt tanışı Nadir İsrafilov avtomobildən düşməmiş, çantanı qoyduqdan sonra yük yerini örtüb yenidən avtomobilə əyləşmiş və Nadirə gəldikləri yolla geri qaytmasını demişdir. Onlar Dəmir yol keçid məntəqəsinin dəmir yol relsinin üzərindən keçəndən sonra yolda olan tanımadığı bir neçə mülki geyimli şəxslər avtomobili saxlatmışlar. Nadir avtomobili saxlamış, həmin şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmiş və Ağstafa rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onun ətrafında əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı təqdim edərək, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu, bu səbəbdən avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Həmni şəxslər ilkin olaraq avtomobildə narkotik vasitə olub-olmamasını soruşmuşlar, əgər varsa təqdim etməyini təklif etmişlər. Nadir avtomobilinin yük yerinə onun qara rəngli çanta qoyduğunu demişdir. O, da həmin çantanı «Vaz 21015” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürüb təqdim etmişdir. Həmin çantanın zənçirini açılmış, içərisindən 4 ədəd qara rəngli selofan torbalarda bağlamalar aşkar edilmiş, həmin bağlamaların ikisi kiçik, ikisi isə böyük ölçülü olmuşdur. Həmin bağlamalara baxış zamanı kiçik ölçülü bağlamaların içərisindən tünd qəhvəyi rəngli, ilkin baxışdan narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. Kütlələrin hər ikisi elektron tərəzi vasitəsi ilə çəkilmiş, ümumilikdə çəkisi 1, 315 kq olduğu müəyyən edilmişdir. Daha sonra iki ədəd iri ölçülü qara rəngli sellofan torbaların içərisinə baxış keçirilən zaman ot şəkilli, yaşıl rəngli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr ayrı-ayrılıqda sellofan torbalarla birlikdə elektron tərəzidə çəkilmişdir. Birinin çəkisi 1, 270 kq, digərinin çəkisi isə 0, 885 qram olduqları məlum olmuşdur. Aşkar edilmiş 4 ədəd bükümlərdə olan kütlələr sübut əhəmiyyəti kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxış avtomobilin salonunda və digər yerlərində davam etdirilmiş, avtomobilin salonunda ön tərəfdən Nadirə məxsus “Samsung A30” markalı və ona məxsus “Samsung 12” markalı mobil telefonlar aşkar edilmişdir. Həmin mobil telefonlar da qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nin Köçvəlili polis bölməsinə getmişlər. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahısı ona dair protokol təqdim olunmuş o, dövlət hesabına ona müdafiəçi X5 təyin olunmasını xahiş etmişdir. Sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilsə də üzərindən heç bir narkotik vasitə, qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Törədilmiş cinayətdə özünü təqsili bilir, peşamandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 15-16 radələrində əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Ağdaş rayonu, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və eləcə də Ağadaş rayonu ,Aral bir kənd sakini Şahid7 idarə etdiyi «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə şöbə rəhbərliyinə məruzə etmiş və avtomobilə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Şahid3, Şahid4 və Şahid5 Mayıs oğlu ilə birlikdə onlar Ağstafa rayonu, Sadıqlı kəndi istiqamətinə getmişlər. Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyası keçidinin yaxınlığında Ağstafa şəhəri istiqamətində yolun sağ kənarında saat 17:15-də əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Ağadaş rayonu, Aral bir kənd sakini Şahid7 idarə etdiyi «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Şahid7 və Təqsirləndirilən şəxs avtomobildən düşmşlər, onlara yaxınlaşıb özlərini təqdim etmişlər və əməliyyat-axtarş tədbirinin keçirilməsi barədə qərarı göstərib avtomobildə narkotik vasitə daşımalarında şübhəli olduqlarını, avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Onlar da etiraz etməmişlər. O, şöbə rəhbərliyinə məruzə edib avtomobilə baxış keçirilməsi üçün növbədə olan Təhqiqat Bölməsinin təhqiqatçısının həmin yerə gəlməsini bildirmiş, az sonra Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ceyhun Bənicəlali və Ağstafa RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis leytenantı Vüsal Vüqaroğlu avtomobilə baxış keçirilməsi üçün gəlmişlər. Bundan sonra o, Ağstafa RPŞ-nə gedib bu barədə raport yazaraq şöbə rəisinə məruzə etmişdir. Ona sonradan məlum olmuşdur ki, Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyası keçidinin yaxınlığında üzü Ağstafa şəhəri, istiqamətində yolun sağ kənarında saxlanılmış Ağadaş rayonu Aral bir kənd sakini Şahid7 idarə etdiyi «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilərkən sürücü Şahid7 avtomobilində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa təqdim etməsi təklif olunmuş, Şahid7 da avtomobilinin arxa yük yerini açaraq bir ədəd qara rəngli ağzı dəmir seplə bağlanan idman çantasını təqdim edərək, həmin çantanın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra qara rəngli idman çantasına baxış keçirilmiş, çantanın zəncirlə açılarkən içərisindən 04 (dörd) ədəd qara rəngli polietilen torbalarda bağlamalar aşkar edilmişdir. Həmin bağlamaların hər biri ayrı-ayrılıqda açılmaqla içərisinə baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd kiçik ölçülü, yumru formalı, qara rəngli polietilen torbaların içərisində tünd qəhfəyi rəngli, ilkin baxışdan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr birlikdə elektorn tərəzi vasitəsilə çəkilən zaman selofan torbalarla birlikdə ümumi çəkiləri 1,315 kq olduğu müəyyən edilmişdir. Daha sonra digər 02 ədəd böyük ölçülü, yumru formalı, qara rəngli sellefan torbalarda olan bağlamaların içərisinə baxış zamanı ot şəkilli, yaşıl rəngli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilən zaman aşkar edilmiş selofan bağlamalarla birlikdə çəkiləri 1,270 kq və 0,885 kq olduqları, üzərilərində isə dairəvi formalı ərəb hərfləri ilə yazıları olan möhürlər olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxsla sorğu-sual zamanı o həmin çantada olan kütlələrin narkotik vasitə olan heron və qurudulmuş marixuana olduqalarını və həmin narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti ona məlum olmayan şəxsin atdığı konum vasitəsi ilə Ağstafa rayonu Sadıqlı kənd ərazisində yolun kənarında olan ağacın yanından götürüb 1000 manat pul müqabilində sonuncunun deycəyi yerə çatdırmalı olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş 04 ədəd bağlamada olan kütlələr qablaşdırılmaqla üzəri Ağstafa RPŞ-nin «88» nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşlər. Daha sonra baxış «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda davam etdirilmiş, avtomobilin qabaq sürücü oturacağının üzərindən Şahid7 məxsus «Samsung A30», qabaq sərnişin oturacağının altında isə Təqsirləndirilən şəxs məxsus «Samsung A12» markalı mobil telefonlar aşkar edilərək qablaşdırılmaqla üzəri Ağstafa RPŞ-nin «88» nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra baxış avtomobilin digər yerlərində ətraflı olaraq davam etdirilsə də heç bir narkotik vasitə, psixotrop maddə, qanunsuz əşya və ya predmet aşkar edilməmiş, götürülməmişdir. Bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs Ağstafa RPŞnin Köçvəlili PB-nə getməli olduqları bildirilmiş və onlar da polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nin Köçvəlili PB-nə gəlmişlər. Şahid7 məxsus «Vaz 21015» markalı **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobil isə gətirilib Ağstafa RPŞ-nin Köçvəlili PB-nin duracağına yerləşdirilmişdir. Həmçinin ona sonradan məlum olmuşdur ki, Ağstafa RPŞ-nin Köçvəli PB-də müdafiəçi qismində dəvət olunmuş vəkil Mehti Hüseynovun, videoçəkiliş aparması üçün dəvət edilmiş Ağstafa RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Vüsal Vüqaroğlunun, həmçinin Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkiili Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Ceyhun Bənicəlali tərəfindən videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin sonuncunun paltarında və bədənində heç bir narkotk vasitə, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bir qədər sonra müdafiəçi qismində dəvət edilmiş vəkil Adil İsmayılovun, Ağstafa RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis leytenantı Vüsal Vüqaroğlu və Ağstafa RPŞ-nin Köçvəlili PB-nin əməliyyat müvəkkili, X4 iştirakları ilə Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun paltarında və bədənində heç bir narkotk vasitə, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 Mayıs oğlu, Şahid6 və X7 eyni məzmunlu ifadələr verərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs və Ağdaş rayonu Aral Bir kənd sakini Şahid7 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 28 fevral 2023-cü il tarixdə saat 17 radələrində Ağstafa RPŞ-də olarkən şöbə rəhbərliyindən ona içərisində narkotik vasitə gəzdirilməsində, saxlanılmasında şübhəli olan Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyası keçidinin yaxınlığında yolun kənarında saxlanılmış əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Ağadaş rayonu Aral Bir kənd sakini Şahid7 məxsus «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini zəruri olduğu bildirimişdir, o, da razılaşmış və Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ceyhun Bənicəlali ilə birlikdə həmin yerə getmiş, gedəndə görmüşdür ki, «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyası keçidinin yaxınlığında Ağstafa şəhəri, istiqamətində yolun sağ kənarında saxlanıdığını görmüşdür. Orada təhqiqatçı Ceyhun Bənicəlali tərəfindən «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, o da “Redmi” markalı mobil telofon vasitəsi ilə video çəkiliş apararaq baxışda iştirak etmişdir. Həmçinin Ağstafa RPŞ-nin Köçvəlili PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Ağstafa RPŞ-nin Köçvəlili PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid5 Mayıs oğlu da baxışda iştirak etmişlər. Baxış zamanı sürücü Şahid7 avtomobilində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa təqdim etməyi təklif olunmuş, Şahid7 da avtomobilinin arxa yük yerini açaraq bir ədəd qara rəngli ağzı dəmir zəncirlə bağlanan idman çantasını təqdim edərək, həmin çantanın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra qara rəngli idman çantasına baxış keçirilmiş, çantanın zəncirlə açılarkən içərisindən 04 (dörd) ədəd qara rəngli polietilen torbalarda bağlamalar aşkar edilmişdir. Həmin bağlamaların hər biri ayrı-ayrılıqda açılmaqla içərisinə baxış keçirilmiş, baxış zamanı 02 ədəd kiçik ölçülü, yumru formalı, qara rəngli polietilen torbaların içərisində tünd qəhfəyi rəngli, ilkin baxışdan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr birlikdə elektron tərəzi vasitəsilə çəkilən zaman sellofan torbalarla birlikdə ümumi çəkiləri 1,315 kq olduğu müəyyən edilmişdir. Daha sonra digər 02 ədəd böyük ölçülü, yumru formalı, qara rəngli sellefan torbalarda olan bağlamaların içərisinə baxış zamanı ot şəkilli, yaşıl rəngli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilən zaman aşkar edilmiş selofan bağlamalarla birlikdə çəkiləri 1,270 kq və 0,885 kq olduqları, üzərilərində isə dairəvi formalı ərəb hərfləri ilə yazıları olan möhürlər olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxsla edilmiş sorğu sual zamanı o həmin çantada olan kütlələrin narkotik vasitə olan heroin və qurudulmuş marixuana olduqalarını və həmin narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti ona məlum olmayan şəxsin atdığı konum vasitəsi ilə Ağstafa rayonu, Sadıqlı kənd ərazisində yolun kənarında olan ağacın yanından götürüb 1000 manat pul müqabilində sonuncunun deyəcəyi yerə çatdırmalı olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş 04 ədəd bağlamada olan kütlələr qablaşdırılmaqla üzəri Ağstafa RPŞ-nin «88» nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdur. Daha sonra baxış «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda davam etdirilmiş, avtomobilin qabaq sürücü oturacağının üzərindən Şahid7 məxsus «Samsung A30», qabaq sərnişin oturacağının altında isə Təqsirləndirilən şəxs məxsus «Samsung A12» markalı mobil telefonlar aşkar edilərək qablaşdırılmaqla üzəri Ağstafa RPŞ-nin «88» nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra baxış avtomobilin digər yerlərində ətraflı olaraq davam etdirilsə də heç bir narkotik vasitə, psixotrop maddə, qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Videoçəkiliş saat 19:15-də başa çatmışdır. Avtomobilə baxışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun doğruluğuna o da imza etmişdir. Bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs Ağstafa RPŞ-nin Köçvəlili PB-nə getməli olduqları bildirilmiş və onlar da birlikdə Ağstafa RPŞ-nin Köçvəlili PB-nə gəlmişlər. Şahid7 məxsus «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə əməliyyat müvəkkilləri tərəfindən gətirilib Ağstafa RPŞ-nin Köçvəlili PB-nin duracağına yerləşdirilmişdir. Ağstafa RPŞ-nin Köçvəlili PB-də müdafiəçi qismində dəvət olunmuş vəkil Mehti Hüseynovun, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Ceyhun Bənicəlali tərəfindən şəxsi axtarış aparılmışdır. O, «Redmi» markalı mobil telefonu ilə şəxsi axtarışda videoçəkiliş etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və bədənində heç bir narkotk vasitə, qanunsuz əşya və predmet aşkar edilməmiş, videoçəkiliş saat 20:05-də başa çatmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmış, protokolun doğruluğuna o da imza etmişdir. Bir qədər sonra müdafiəçi qismində dəvət edilmiş vəkil Adil İsmayılovun və Ağstafa RPŞ-nin Köçvəlili PB-nin əməliyyat müvəkkili, X6 iştirakları ilə Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş, o da yenə «Redmi» markalı mobil telefonu ilə şəxsi axtarışda videoçəkiliş etmişdir.Axtarış zamanı Şahid7 paltarında və bədənində heç bir narkotk vasitə, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmış, protokolun doğruluğuna o da imza etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağstafa rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 iyun 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “İfadənin yerində yoxlanlması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə keçirilmiş ifadənin yerində yoxlanılması zamanı, sonuncu ifadəsində göstərdiklərini hadisə yerində də bir daha etiraf edərək 28 fevral 2023-cü il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində, yolun kənarında asfalt yolun altından keçən suötürücü borunun yanındakı ağacın dibinə qoyulmuş içərisində narkotik vasitə heroin və narkotik vasitə olan qurudulmuş marixuana olan çantanı götürdüyü yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 fevral 2023-cü il tarixli avtomobilə baxış və götürmə protokolundan görünür ki, Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu stansiyası keçidinin yaxınlığında Ağdaş rayonu, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs tanışı Ağadaş rayonu Aral Bir kənd sakini Şahid7 məxsus «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olan qara rəngli idman çantasının içərisindən ümumi çəkisi 1, 315 kq olan narkotik vasitə heroin və ümumi çəkisi 2,155 kq olan narkotk vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 mart 2023-cü il tarixli 16/277 nömrəli rəyindən gönür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ-21015” markalı avtomobilin yük yerində olan əl çantasının içərisində 2 ədəd qara rəngli sellofanda ümumi çəkisi 1 kiloqram 315 qram olan heroinə bənzər kütlələr ...” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı digər şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram, 670 qram, ümumi təmiz çəkisi 1120 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “VAZ-21015” markalı avtomobilin yük yerində olan əl çantasının içərisində sellofan torbada ümumi çəkisi 1 kiloqram 270 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər polietilen torbada təmiz çəkisi 1180 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “VAZ-21015” markalı avtomobilin yük yerində olan əl çantasının içərisində sellofan torbada ümumi çəkisi 885 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər polietilen torbada təmiz çəkisi 825 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qara rəngli idman çantasında olan 1 (bir) ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qara rəngli idman çantasında olan 2 (iki) ədəd kağız paketlərdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 may 2023-cü il tarixli 909 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs cinayəti törətməzdən əvvəl, eləcədə cinayəti törətdikdən sonra və hal-hazırda hər hansı psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur, onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicələrin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon məhkəmənin xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2023-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********44 mobil nömrəsinə daxil olan və xaric olan SMS-lərin mətnlərindən çıxarışlar. xx-xx-2022 14:59:09 xx-xx-2022 17:36:23 **********44 - **********45 QAQAM TEMA GOTURECEM QAQAVV ONU GOZDUYUREM BURDAYAM 20 DEQAYA CATACAQ xx-xx-2022 16:53:43 xx-xx-2022 17:36:31 **********44 - **********45 Teksen qaqam xx-xx-2022 16:54:42 **********44 - **********45 20 DEQALİX OTURA BİLİRİK HE YOX DE xx-xx-2022 16:58:21 xx-xx-2022 17:36:34 **********44 - **********45 AY QAQ BİR SOZ DE xx-xx-2022 16:59:51 xx-xx-2022 17:36:36 **********44**********45 Falə . sas am birde kimse varsa de tek olmalis - a xx-xx- 2023 10:22: " **********2 - **********44 Qaqa meynen srocnu elaqe saxla Qudretdi xx-xx- 2023 12:02:48 xx-xx-2023 12:15:48 +9**********2 - +**********44 Ytm danivvdim buynan sen saat 5 de cix ki 7 in yarsi burda ol. mavvinda var. 7 de gencen girivvinden sen gotrecem cixaq. kolada gotr qaqa bavvva donum. Yim mavvinida nevveye danivvmivvam senol) xx-xx-2023 13:04:49 xx-xx-2023 13:04:50 9**********2 - +**********44 + **********434-qaqa budu nomre bele yaz ona: qaqa salam Qudret verdi nomrevi. Men taksiyem gedirem Genceye Qudreti goturub celilabada getmeliyik men cixiram. onun yana catan kimi verecem ozuynen danivvarsan. Birde deyirdiki pulu atsin karta. Biz cixiriq.ona kimi zakusqan qoydur.fso buna at ona ayqa xx-xx-2023 14:31:04 9**********2 - **********44 qaqa bavvva donm kola yaddan cixmasin. bir tike canm cixır, kimi danışıqlar olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı O, “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və narkotik vasitə olan qurudulmuş marixuananı 1000 manat pul müqabilində əldə edib, özündə saxlayıb istintaqa məlum olmayan şəxsin dediyi qaydada sonradan onun deyəcəyi yerə çatdıracağı barədə razılığa gəldikdən sonra istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edilib Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində, asvalt yolun altından keçən suötürücü borunun yanındakı ağacın dibinə qoyulmuş kimyəvi tərkiblərinə görə eyni olan 2 ədəd polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram və 670 qram, ümumi təmiz çəkisi 1120 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan heroini və kimyəvi tərkiblərinə görə eyni olan 2 ədəd polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1180 qram və 825 qram, ümumi təmiz çəkisi 2005 qram təşkil edən təşkil edən, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əldə edib taksi kimi sifariş etdiyi və sərnişin kimi əyləşdiyi X2 idarə etdiyi “Vaz 21015” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyarkən həmin gün saat 17:25də Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində yerləşən dəmir yolu keçidi yaxınlığında saxlanılaraq həmin gün saat 18:25-dən 19:15-dək olan müddət ərzində keçirilən avtomobilə baxış zamanı «Vaz 21015» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olan qara rəngli idman çantasının içərisindən həmin narkotik vasitələr aşkar edilərək götürüməsi öz təstiqini tapmışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi aşkar olunan cəmi 1119,8 qram narkotik vasitə heroinin və 2004,8 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxlərin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, baxış və götürmə protokolları və digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs cinayət haqqında icraat ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan külli miqdarda, yəni 1119,8 qram narkotik vasitə heroin və 2004,8 qram narkotik vasitə qurudulmuş marixuanın əldə edib üzərində saxlamaqla Ağstafa rayonu ərazisinə daşıması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin, marixuana və narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır; Hazırkı cinayət işinin materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 mart 2023-cü il tarixli 16/277 nömrəli ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın ümumi çəkisi 2004,8, heroin isə 1119,8 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və marixuananın ayrı-ayrılıqda ümumi təmiz çəkiləri külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus çantadan ayrı-ayrılıqda üç növ narkotik vasitələrin, 1119,8 qram narkotik vasitə heroin və 2004,8 qram narkotik vasitə qurudulmuş marixuanın əldə edib mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə 234.4.1-ci il maddəsi ilə elan olunmuş ittama münasibətdə qeyd edir ki, hazırki işin faktı hallarından görünür ki, Eləşən Şirinov məlum olmayan digər şəxsin tapşırığı əsasında 1000 manat müqabilində narkotik vasitələrin daşınmasında iştirak etmiş, “kryer” faliyyəti heyata keçirmişdir. Buna görə də, onun əməlində “qabaqcadan əlbir olan bir qurup şəxs tərəfindən CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin təkibi vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikasının CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-in 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmçinin ümumi cinayətkar niyyətin həyata keçirilməsi üçün əldə olunmuş razılaşmaya əsasən qanunsuz olaraq əldə edib üzərində saxladığını narkotik vasitələri Ağstafa rayonu ərazisində daşımışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasınının yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda barəsində teyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür ve cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum elmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Ağdaş rayon məhkəmənin xx.xx.2023-cü il tarixli 1(014)-46/2023 saylı hökmün görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmaqla və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Eyni Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə həsablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa RPŞ-nin məsul saxlanca verilmiş 1119,8 qram narkotik vasitə heroin və 2004,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Ağstafa RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqda məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa RPŞ-nin məsul saxlanca verilmiş 1119,8 qram narkotik vasitə heroin və 2004,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Ağstafa RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-354/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-354/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver