Məhkəmə qərarları › İş №1(100)-354/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-354/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-354/2025 10.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Ağdam rayonu, Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi 30, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsi ilə danışaraq Zərərçəkmiş şəxs Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı 44 baş iribuynuzlu erkək danalarını 10 manata, yəni həmin vaxta ətin alış qiymətindən 60 qəpik baha satacağı barədə bilə-bilə yalan məlumatlar vermiş, onu inandıraraq etibarını qazandıqdan sonra, 17 avqust 2022-ci il tarixdə dəqiq olaraq istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs Bərdə rayonu Kətəlparaq kəndində icarəyə götürüb saxladığı fermada yerləşən ümumi dəyəri 35 062,50 (otuz beş min altmış iki manat əlli qəpik) manat məbləğində 11 baş iribuynuzlu erkək danalarını, bundan başqa 19 avqust 2022-ci il tarixdə dəqiq olaraq istintaqa məlum olmayan vaxtda həmin fermada yerləşən ümumi dəyəri 71 527,50 (yetmiş bir min beş yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində 33 baş irubuynuzlu erkək danalarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdar hesab edilən 106 590,00 (yüz altı min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilən ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə əvvəllər iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. O, dəfələrlə Zərərçəkmiş şəxs iribuynuzlu heyvanları nisyə alaraq aparmış, satdıqdan sonra isə Vüqara olan borcunu qaytarmışdır. Daha sonra onun anası xəstə olduqdan sonra Zərərçəkmiş şəxs müəyyən miqdarda borcu yaranmışdır. Zərərçəkmiş şəxs ilə aralarında olan pul 106.000 manat olmamış, toplam 78.400 manat olmuşdur. Zərərçəkmiş şəxs verəcəyi 78.400 manatın isə təxmini 35.000-36.000 manat təşkil edən hissəsini qaytarmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onların yaşadığı kəndə yaxın yerdə Ağcabədi rayonu, Boyat kəndində yaşayır və Zərərçəkmiş şəxs ilə Bərdə rayonunda yerləşən “Mal bazar”ında təxmini 4-5 il əvvəl tanış olmuşlar. O, aldığı iribuynuzlu heyvanları həm Bərdə rayonunda, həm də Bakı şəhərində kəsdirib alqı-satqısı ilə məşğu olmuşdur. Zərərçəkmiş şəxs təxmini 4-5 dəfə iribuynuzlu heyvanları nisyə almış, daha sonra isə pulunu qaytarmışdır. Sonuncu dəfə isə 1-2 ay ərzində iki dəfəyə aldığı iribuynuzlu heyvanlara görə Zərərçəkmiş şəxs toplam 78.400 manat borcu yaranmışdır. Anası onkoloji xəstə olduğu müddətdə və daha sonra rəhmətə getdiyi zaman xeyli məbləğdə pul xərcləndiyi üçün Zərərçəkmiş şəxs olan borcunu qaytara bilməmişdir. Həmçinin Bakı şəhərində olan qəssablara verdiyi iribuynuzlu hevyanların müqabilində qaytarılmalı olan pulları onu aldadaraq vermədikləri üçün borcunu ödəyə bilməmişdir. O, 1 il 06 ay müddətində Zərərçəkmiş şəxs olan 78.400 manat məbləğində olan borcunun 36.000 manat hissəsini qaytarmışdır. Vüqardan götürdüyü 11 baş iribuynuzlu heyvanın ümumulikdə dəyəri 26.000 manat olmuşdur. İribuynuzlu heyvanı bazarda sata bilmədikdə, həmin heyvanın 1 kiloqramına görə 9 manat 40 qəpik məbləğində Vüqara pul verməsi barədə aralarında razılıq əldə etmişlər. Onun Vüqardan aldığı iribuynuzlu heyvanın 1 ədədinin qiyməti təxmini 1450 manatdan hesablanmışdır. Onun Vüqardan ikinci dəfə götürdüyü 33 baş iribuynuzlu heyvanın dəyəri isə 40.000 manatdan biraz çox olmuşdur. Ümumilikdə isə Zərərçəkmiş şəxs 78.400 manat pul borcu olmuş, onun 35.000-36.000 manatını isə Vüqara qaytarmışdır. Zərərçəkmiş şəxs götürdüyü 11 baş, daha sonra isə 33 baş iribuynuzlu heyvanın pulu qalmış digər vaxtlar isə alqı-satqı edib pulu Vüqara qaytarmışdır. Zərərçəkmiş şəxs götürdüyü 11 baş iribuynuzlu heyvanın pulunu, yəni 26.000 manatı Vüqara qaytarmaq istəsə də, Vüqar ona həmin pulu götürüb al-satqı edib qazanc əldə etmələrini bildirmiş, o isə 1500 manat qazanc edərək pulu Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında 78.400 manat pul borcu olması barədə razılığa gəlmişlər, daha sonra isə həmin borcdan 35.000-36.000 manat hissəsini qaytarmışdır. İbtidai istintaq zamanı isə heç bir fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. İstintaq zamanı isə müstəntiq onu ekspert rəyi ilə tanış etmədən imza etdirmişdir. O, istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Alıbəyli kəndində yaşayır, evlidir, 2 qız övladı var, orta təhsillidir, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi 30, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs tanıyır və Zərərçəkmiş şəxs onun barəsində Bərdə rayon polis şöbəsinə yazmış olduğu ərizə və şikayəti ilə tanış olmuşdur. Belə ki, o, əvvəllər iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Tanıdığı şəxslərə məxsus iribuynuzlu heyvanları alıb satmış və həmin heyvanların pulunu qaytarmışdır. Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır, onunla Bərdə rayon Mal bazarında tanış olmuş və ona məxsus iribuynuzlu heyvanları alıb sataraq pulunu vermişdir. 2021-ci ildən isə Vüqarın Bərdə rayonu Kətəlparaq kəndində yerləşən icarəyə götürdüyü fermaya getmiş və həmin fermadan Vüqara məxsus iribuynuzlu heyvanları nisyə alaraq aparmış, satdıqdan sonra Vüqara olan borcumu qaytarmışdır. Onun əvvəllər Vüqar ilə aralarında heç bir narazılıq olmamışdır. Onun anası Nəsibə Hüseynova 2018-ci ildə rəhmətə getmiş və o, xəstə olarkən onun dərmanlarına, müalicəsinə xeyli pul xərcləmişdir. Buna görə də onun xeyli miqdarda borcu yaranmışdır. Bundan əlavə də onun öz ehtiyacları üçün pul lazım olmuşdur. 2022-ci ilin avqust ayının 17-də o, Vüqara mobil telefonla zəng edərək heyvan lazım olduğunu, satıb pulunu verəcəyini bildirmişdir. Vüqar da mobil telefonda ona Bakı şəhərində olduğunu, anası xəstə olduğu üçün xəstəxanada olduğunu deyərərk, ona fermadan heyvan götürə biləcəyini demişdir. O, da həmin günü Bərdə rayonu Kətəlparaq kəndində yerləşən Vüqara məxsus fermaya gedərək, oradan 11 baş iribuynuzlu heyvan götürmüşdür. Həmin heyvanları Ağcabədi rayonunda yerləşən Mal bazarında satmış və ümumulikdə 26000 (iyirmi altı min) manat pul əldə etmişdir. O, Vüqara zəng edərək ona məxsus iribuynuzlu heyvanları 26000 manat məbləğində pula satdığını və həmin pulları ona göndərmək fikrində olduğunu demişdir. Lakin Vüqar ona pulu özündə saxlamağını demiş, gələndə götürəcəyini bildirmişdir. O, da Vüqara “əgər pul sənə vacib lazım deyilsə mən həmin pul ilə alver edim pul qazanaq sənə də həmin puldan pay düşsün” demişdir. Vüqar da onunla razılaşmış, o, həmin pul ilə alver etməyə başlamışdır. Sonra o, yenidən Vüqara məxsus iribuynuzlu heyvanları fermadan götürüb satmağa başlamışdır. O, Vüqarın fermasından 2022-ci ilin avqust ayında ayrı-ayrı vaxtlarda 33 baş iribuynuzlu heyvanlar götürərək Bərdə rayonu Alpoud kəndində yerləşən Mal bazarında satmağa aparmışdır. Həmin heyvanların ümumi məbləği 52400 (əlli iki min dörd yüz) manat pul eləmişdir. Həmin heyvanların pulunu o, Vüqara qaytarmamışdır. Vüqar ilə Bakı şəhərində Memar Əcəmi metrosunun yanında kafedə görüşmüş, ona 1500 manat pul vermiş və onun Bərdə rayonunda olan pul borclarını ödəmişdir. Hazırda onun Vüqara 70000 (yetmiş min) manat məbləğində pul borcu vardır. Vüqar ona inanırmış, o, Vüqarın yanında etibar qazınmışdır, o, bilməzmiş ki, o, pulu ona qaytarmayacaqdır, buna görə də o, iribuynuzlu heyvanları satmış və həmin pulları öz ehtiyacları üçün xərcləmiş, həmin pulları geri qaytarmağa imkanı olmamış, buna görə də Vüqar haqlı olaraq ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs onun hazırda Zərərçəkmiş şəxs ümumilikdə 70000 (yetmiş min) manat məbləğində pul borcu olmuş, o, Zərərçəkmiş şəxs etibarını qazanmış, belə ki, bir neçə dəfə ondan iribuynuzlu heyvanları alıb satmış və pulunu qaytarmış, ona görədə Vüqar ona inanırmış, onun yanında etibar qazanmağa başlamış o, ümumilikdə 44 baş iribuynuzlu heyvan götürüb sataraq əldə etdiyi pulu ona qaytarmamış, onun etibarından istifadə edərək ona qarşı dələduzluq etmiş, Zərərçəkmiş şəxs məxsus 70000 (yetmiş min) manat pulu öz ehtiyacları üçün xərcləmiş, o, ümumilikdə 44 baş iribuynuzlu heyvanların 11 başını 17 avqust 2022-ci il tarixdə Ağcabədi rayonunda yerləşən Mal bazarında, qalan 33 baş iribuynuzlu heyvanları isə ayrı-ayrı vaxtlarda 2022-ci ilin avqust ayında Bərdə rayonunda yerləşən Mal bazarında satmış, həmin puldan heç kimə verməmiş və heç kimin xəbəri olmamış, Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvanlardan 33 başı 01 illik, hər birinin diri çəkisi 340 kq. erkək danalar, 11 başı 02 illik olmaqla hər birinin diri çəkisi 500 kq. erkək danalar olmaqla həmin vaxtı ətin satış qiyməti 9 manat 40 qəpik olmuş, həmin heyvanları həmkəndlisi Şahid1 məxsus Qazel markalı avtomaşınla aparmış, lakin Cavid sürücü olduğu üçün heyvanların kimə və neçəyə satmasından xəbəri olmamış, o, əməlini özü könüllü etiraf etmiş və peşman olduğunu bildirmişdir. Daha sonra, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci il avqustun 17-də Təqsirləndirilən şəxs Bakı şəhərində olan vaxt ona məxsus iribuynuzlu heyvanları götürmüşdür. Təqsirləndirilən şəxs ondan götürdüyü Heyvanların dəyəri təxmini 100.000 manat olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ona borcu yarandığı məbləğdən bir hissəsini vermiş, 78.400 manat borcu isə qalmışdır. Daha sonra qalan 78.400 manat məbləğdən də 2000-3000 manatını versə də, o qalan məbləği tələb etmiş, lakin Təqsirləndirilən şəxs ona hər dəfə verəcəyini bildirib həmin məbləği verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab vermədiyi üçün ondan Bərdə RPŞ-yə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona qalan 78.400 manat borcundan 3000 manat onun borclarına vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixindən Alının dayısoğlunun vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs əvvəl ondan 1-2 dəfə heyvan götürüb alqısatqı edərək pulunu vermişdir. 2022-ci il avqustun 17-dən - 25-dək toplam 3 dəfə heyvan aparmışdır. İribuynuzlu heyvanların birinin diri çəkisi 220-250 kq. aralığında olmuş və heyvanların sayı isə 64 baş olmuşdur. Ondan götürdüyü 11 baş iribuynuzlu heyvanı 26.600 manata satıb, həmin pulu dövr etdirərək birlikdə qazanc əldə edəcəklərini bildirmişdir. O, isə bununla razılaşıb həmin pulun onda qalmasına etiraz etməmiş, lakin Təqsirləndirilən şəxs həmin məbləği qaytarmamışdır. Sonra 17 baş bir dəfə, daha sonra 21 baş heyvanları aparıb, Sumqayıt şəhərində yerləşən “iki qardaşlar” marketə verdiyini, pulu isə ayın sonu verəcəyini bildirmişdir.Lakin sonradan hər dəfə müddəti uzadaraq pulu verməmişdir. O, Təqsirləndirilən şəxs ilə hər heyvanın diri çəkisinə görə razılaşmış, əldə olunmuş razılaşmaya görə 1 kiloqrama görə ödəniləcək məbləğ 9 manat 40 qəpik olmuş, Təqsirləndirilən şəxs isə ona, ətin 1 kiloqramını 10 manata satacağı barədə razılaşdığını və pul itirməməsini bildirərək nisyə olaraq almışdır. Ümumi məbləğ heyvanların çəkisinə əsasən hesablanan zaman 106.000 manat ola bilər, onu verilən pulları çıxdıqdan sonra aralarında 78.400 manat borc qalmış və həmin məbləğin 3 000 manatını qaytarmışdır. O, Təqsirləndirilən şəxs 70.000 manat pulun ona verməsini tələb edir. Təqsirləndirilən şəxs ona 26.000 manat pul ilə bazara çıxacağını və həmin dövriyyədən 3.000-4.000 manat pul qazanıb ona da verəcəyini bildirsə də, ilk dəfə həmin qazancdan cəmi 1.200 manat pul vermiş, lakin sonradan ona ümumiyyətlə pul verməmişdir. İkinci dəfə ondan 33 baş iribuynuzlu heyvan aparmış və bunun müqabilində razılaşdıqları məbləği xatırlamır. Təqsirləndirilən şəxs apardığı heyvanları Sumqayıt şəhərində yerləşən “iki qardaşlar” marketinə verdiyini bildirmiş, o isə Təqsirləndirilən şəxs ayın sonunadək pulunu verməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona bir neçə dəfə hissə-hissə pul vermiş, lakin o həmin məbləğlərdən də artıq ona olan borcundan çıxmışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “QAZ-33021” markalı yük avtomobili ilə ayrı-ayrı rayonlarda yerləşən “Mal bazarları”na sifarişlə heyvan daşıyır. Təqsirləndirilən şəxs tanıyır, Alı onun həmkəndlisidir. Alı ona iribuynuzlu heyvanları “Mal bazarı”na aparması üçün müraciət etmiş, o isə iribuynuzlu heyvanları özünə məxsus avtomobil ilə “Mal bazarı”na aparmışdır. Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər fermasına getdiyi və onun iribuynuzlu heyvanlarını İmişli rayonuna apardığı üçün tanımışdır. Alı ilə Vüqarın əməkdaşlığını bilməmiş, lakin Alının Vüqara məxsus iribuynuzlu heyvanlarını bazara apardığının şahidi olmuşdur. Bir neçə dəfə Alı ilə Vüqarın fermasından Ağcabədi və Bərdə rayonlarında yerləşən “Mal bazarı”na iribuynuzlu heyvan aparmışlar. Onun avtomobilinin həcmi toplam 6 ədəd iribuynuzlu heyvan tutur. Onun Vüqar ilə Alının arasında olan razılaşma barədə məlumatı olmamışdır. Alı ona demişdir ki, həmin yerdə iribuynuzlu heyvan var və ona məxsusdur, həmin heyvanları onunla birlikdə aparmasını bildirmişdir. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və Zərərçəkmiş şəxs ilə aralarında olan danışıq barədə də məlumatı olmamışdır. Zərərçəkmiş şəxs müəyyən bir müddət yeri olmadığı üçün onun tövləsində iribuynuzlu heyvanlarını saxlamışdır. Sonradan Vüqarın həmin heyvanları kimə satması və yaxud hansısa yerə aparması barədə məlumatı olmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs başqa ərazidə ferması olmuşdur. Zərərçəkmiş şəxs ona heyvan aldığını, lakin saxlamağa yeri olmadığını demiş, o isə Bərdə rayonunda özünə məxsus torpaq sahəsində yerləşən tövlədə heyvanları saxlamasına etiraz etməmişdir. Bundan sonra Vüqar həmin tövlədə iribuynuzlu heyvanlar saxlamış, lakin sonradan Vüqarın heyvanları kimin satması və yaxud kiməsə verməsi barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 sentyabr 2024-ci il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 4(021)-133/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 9/8110 nömrəli rəyindən görünür ki,

1. 33 baş diri çəkisi 340 kq olan 1 illik erkək dana – 71527,50 manat. (340:2=170 kq, 170x12,75=2167,50 manat, 2167,50x33=71527,50 manat.)

2. 11 baş diri çəkisi 500 kq olan 2 illik erkək dana – 35062,50 manat. (500:2=250 kq, 250x12,75=3187,50 manat, 3187,50x11=35062,50manat). Cəmi: 71527,50+35062,50=106590,00 manat Ekpertiza təyini haqqında qərarda göstərilən 44 baş erkək danaların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 106590,00 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli 3-21-3-46/2-4506/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası üzrə Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.22 ha həyətyanı torpaq sahəsi (JN-123A) və Ağdam rayonu, Üçoğlan kəndində yerləşən 3 nəfər ailə üzvü ilə birlikdə (1/3 hissə) 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin 07 oktyabr 2024-cü il tarixli 2165838/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdən “Qaz 33021 Yük” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 5(021)-189/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 sentyabr 2024-cü il tarixli Ağdam rayon İHB-nin Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 563 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Alıbəyli kəndində qeydiyyatdadır və yaşayır, həmin tarixli xasiyyətnamədə yaşayış yeri üzrə müsbət xarexterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Ağdam rayonu Alıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, onun inamını qazandıqdan sonra, pulunu ələ keçirmək niyyəti ilə aldadaraq Zərərçəkmiş şəxs məxsus 44 baş iribuynuzlu heyvanları sataraq 78000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq etməsi əməlləri barədə məlumatı olan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tək törətmiş, onunla bu cinayətdə əlbir olan şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs başqa cinayət edib-etməməsi barədə əməliyyat məlumatı yoxdur. Hazırda bu məqsədlə əməliyyat tədbirləri davam etdirilir və nəticə əldə olunduqda bildiriləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak - Bərdə rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 5(021)-189/2024 saylı qərarında Təqsirləndirilən şəxs adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA4780178 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 Hüseynovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA5013993 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 Hüseynovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş 78.400 manat ziyanın ödənilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları vurğulayır: Mülkiyyət məfhumu hüquqi və iqtisadi məna kəsb etməklə dövlətin və insanların həyatında əvəzedilməz rola malikdir. Məhz bu xüsusiyyətlər mülkiyyətə və mülkiyyət hüququna müqəddəslik və toxunulmazlıq gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası CM-in 23-cü fəslində təsbit olunmuş cinayətlərin obyekti mülkiyyət münasibətləridir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddələşdiyindən mülkiyyət hüququ da əşya hüquqularına aiddir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirilməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakını tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın predmeti ilk növbədə əmlakdır. Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Əşyalara yalnız fiziki obyektlər deyil, habelə pul və qiymətli kağızlar da aiddir (MM – in 135.1– ci maddəsi). Talama cinayətlərinin predmeti qismində istehlak dəyərinə malik olan istənilən maddi - əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul çıxış edir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və ( və ya ) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmur. (istisna: talamanın yalnız bir formasında – mənimsəmə və ya israfetmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elememtlərinə malik olur. Lakin həmin hüquqlar əmlakın mülkiyyətçisinin verdiyi səlahiyyətlər çərçivəsində olur və müvəqqəti xarakter daşıyır). Talama cinayətlərinin daha bir obyektiv əlaməti özgənin əmlakını götürülməsinin və (və ya) təqsirkarın və ya başqa şəxslərin xeyrinə keçirilməsinin əvəzsiz olmasıdır. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyət maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təklükəli nəticənin - əmlakın mülkiyyətçisinə real maddi ziyanın vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı götürülmüş əmlakın dəyəri ilə müəyyən edilir. Talamanın subyektiv cəhətinin daha zəruri bir əlaməti tamah məqsədinin olmasıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Sözügedən qərarın 3-cü bəndində qeyd olunmuşdur ki,dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Sözügedən qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Sözügedən qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrində göstərilənlərə müvafiq olaraq himayəsində iki azyaşlı uşağının olması və qismən ziyandan ödəməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddət, yəni xx.xx.2024-cü il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak - Bərdə rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 5(021)-189/2024 saylı qərarında Təqsirləndirilən şəxs adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı düzgün hüquqi nəticəyə gəlinməmişdir. Belə ki, “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir.Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır (“Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli, 392 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 25 oktyabr tarixli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli Qərarlar və s.).Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir.Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Xüsusi müsadirə ilə bağlı ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında verilmişdir. X7 Məhkəməsinin Plenumu müsadirə ilə bağlı Cinayət- Prosessual Məcəlləsinin 142.1, 249.1, 249.2, 249.3.3, 493.3.6-cı maddələrinin tələblərini ətraflı təhlil edərək, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən cinayət işi çərçivəsində qəbul edilən digər prosessual qərarlar kimi, əmlak üzərinə həbs qoyulması barədə qərar da yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir.Adı çəkilən Qərarda xüsusilə vurğulanmışdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz.Xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi cəmiyyətin ümumi mənafeyinə cavab verməklə cinayət fəaliyyətinə qarşı mübarizənin zəruri və səmərəli vasitəsidir (Raymondo İtaliyaya qarşı iş üzrə 1994-cü il 22 fevral tarixli Qərar, § 30). Bu kontekstdə müsadirə həmçinin “Cinayətdən əldə edilən gəlirlərin yuyulması (leqallaşdırılması), axtarışı və müsadirəsi haqqında” X1 məqsədlərinə uyğundur və bu Konvensiya iştirakçı dövlətlərdən ağır cinayətlərlə əlaqədar istifadə edilən alətlərin və cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin tətbiqini tələb edir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qərar ümumi maraqlara xidmət edir, cinayət fəaliyyəti ilə məşğul olmaq niyyətli şəxsləri bundan çəkindirir, cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınmasına təminat verir (Denisova və Moiseyeva Rusiyaya qarşı iş üzrə 2010-cu il 1 aprel tarixli § 58, X2rşı iş üzrə 2001-ci il 5 iyul tarixli § 52 Qərarlar). Bununla belə, Məhkəmə müsadirənin tətbiq edilməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunu qiymətləndirərkən güdülən qanuni məqsədlə mülkiyyət hüququ arasında ədalətli tarazlığın əldə edilib-edilmədiyini və kifayət qədər prosessual təminatların olub-olmadığını nəzərdən keçirir (Rummi Estoniyaya qarşı iş üzrə 2015-ci il 15 yanvar tarixli Qərar).X2rşı iş üzrə 2001-ci il 5 iyul tarixli, Silickiene Litvaya qarşı iş üzrə 2012-ci il 10 aprel tarixli, Geerings Niderlanda qarşı iş üzrə 2007-ci il 1 mart tarixli Qərarlarda Avropa Məhkəməsi qeyd etmişdir ki, müsadirə olunan əmlak və aktivlərin məhz cinayət yolu ilə əldə olunması cinayət işi üzrə sübut olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, konstitusiya işi üzrə əksər mütəxəssis mülahizələrində göstərilmişdir ki, cinayət törədilməsindən əvvəl əldə edilmiş əmlakın xüsusi müsadirə edilməsi yolverilməzdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan və müsadirəyə təklif olunan əmlakların cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir hesabına əldə olunmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan alət və ya sair vasitələr olmasını təsdiq edən hallar sübuta yetirilməmişdir. CPM-in 254.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Odur ki, CPM-nin 254-cü maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ formasında qeydə alınmış 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 30 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 50 (əlii) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxslər, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə baxışında zərər çəkmiş şəxslər, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar