Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-355/2021 24.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti ev 77/1, mənzil 26-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 3.219 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, idarə etdiyi özünə məxsus VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixatrop maddələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən edilərək idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin tarixdə saat 00:30 radələrində üzərinə və ona məxsus həmin avtomobilə baxış keçirilən zaman yalnız avtomobilin mühərrik hissəsində qara rəngli eynək qabının içərisindən 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,889 qram və 2, 330 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrar olaraq istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 1,215 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyun 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi “Dəyirmanın dairəsi” adlan yerin yaxınlığında müəyyən edilib, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin gün, saat 18:30 radələrində qeyd olunan ünvanda onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 11,215 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2021-ci ildə X1 yanında polis əməkdaşları onu saxlayıb polis idarəsinə aparmışlar. Polis idarəsində avtomobilindən şpiris, limon duzu və kağızın arasında qalmış kokos tozu çıxmışdır. Polislər onun üzərindən çıxan limon duzunun metafetaminə oxşadığını ona bildirmişlər. İkinci dəfə 23 iyun 2021-ci il tarixdə saxılanılan zaman arvadı və azyaşlı uşağı yanında olmuş, o mağazadan alış-veriş edib çıxanda polislər onu saxlayıb polis idarəsinə getməli olduğunu demişlər. Bu məqsədlə onu öz avtomobillərinə mindirmişlər, onun avtomobilinii isə polislər idarə etmişlər. Polis idarəsində ona bildirmişlər ki, sən heroini boynuna almalısan, yoxsa evindən silah çıxardacağıq. O, da məcbur olub polis əməkdaşları ilə razılaşmış və hazırki ittihamları boynuna götürmüşdür. Odur ki, Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin özünə məxsus VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. Bədənində olan ağırıları sakitləşdirmək üçün uzun müddətidir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. 10.04.2021-ci il tarixdə saat 23 radələrində özünə məxsus VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Qurban adlı şəxslə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” yanacaq doldurma məntəqəsində olarkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində, eyni zamanda avtomobilində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhələndiklərini bildirib onu Kəpəz RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsində dövlət hesabına müdafiəçi təyin edildikdən sonra üzərində qanunla saxlanılması və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirdiyi üçün polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və həqiqətən də üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış əşya aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə avtomobilinə polis idarəsinin həyətində baxış keçirmişlər və baxış zamanı mühərrikxanasından əvvəlcədən özünün gizlətdiyi 01 ədəd qara rəngli içərisində 4 ədəd içərisi boş şprislər, 01 ədəd içərisi boş olan şüşə qab və 2 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddəyə şüşəni, avtomobilin salonundan qabaq ayaq altından isə 1 ədəd bükümdə və oturacağın sağ yan hissəsindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini aşakar edərək götürmüşlər. Götürülmüş kütlələr aptek tərəzisində çəkilmiş, psixotrop maddə şüşənin çəkisi sellofanla birlikdə 2,47 qram, digər büküm isə 1,09 qram, narkotik vasitə heroinin isə bükülmüş falqa ilə birlikdə 0,08 qram olmuşdur. Sorğu zamanı polis əməkdaşlarına sellofanda olan bükülülərin narkotik vasitə heroin və psixotorp maddə metamfetamin olduğunu, tutulmamışdan 3-4 gün qabaq Yevlax rayonu Aran qəsəbəsi ərazisindən tapdığını, polislər tapa bilməsin deyə sellofanda avtomobilinin matorxana hissəsində gizlətdiyini, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin avtomobilindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Sonra götürülmüş həmin bükümlər, bir ədəd boş qab və şpirislər tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və üzəri dəftərxananın 120 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, avtomobilindən aşkar olunmuş kütlələr 02 ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0, 033 qram, ümumi təmiz çəkisi 0,084 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 0,889 qram, 2,330, ümumi təmiz çəkisi 3,219 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Avtomobildən götürülmüş 04 ədəd 1 ml-lik şprislərin və 01 ədəd şüşə ampulanın içərisində olan izlər heroin izləridir, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını və müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dəyirman dairəsi” yaxınlığında olan zaman mülki geyimdə 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhələndiklərini bildirib onu Kəpəz RPİ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Kəpəz RPİ-yə gəlmiş və polis idarəsində dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da üzərində qanunsuz saxladığı heç bir əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd toplu halda ev açarı və 20 manat pul, həmin şalvarın sol yan cibindən bir ədəd polietilen sellofanda kəskin iyili, qəhvəyi rəngli bükülü aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına yalan söyləyə bilməmiş və üzərindən aşkar olunaraq götürülmüş sellofanda olan bükülünün narkotik vasitə heroin olduğunu, 20.06.2021-ci il tarixdə Gəncə şəhərində yaşadığı evin yaxınlığındakı avtobus dayanacağından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitədən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və sellofanla birlikdə çəkisi 13 qram olmuşdur. Daha sonra onun üzərindən aşkar olunaraq götürülmüş kütlənin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, onun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan kütlə 11, 215 qram çəkidə olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Ə.Gəncəvi küçəsi ev 118-də yaşayır. Özü rəsmi olaraq Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Gəncə şəhəri H.Əliyev prospekti ev 77, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 10.04.2021-ci il tarixdə Kəpəz RPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Samir adlı Gəncə şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, daimi üzərində narkotik vasitə gəzdirməkdə şübhəlidir və hazırda Gəncə şəhəri “Kral Petrol” X1 yaxınlığındadır. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin günü saat 22:40 radələrində əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid5 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” X1 qarşısında adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq idarə etdiyi VAZ-2106 markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Kəpəz RPİ-nə gətirilmiş, avtomobilin qapıları bağlanmadığı üçün avtomobilin açarı üzərində qalmışdır. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı heç bir əşya olmadığını bildirdikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərində qanunla saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Yalnız əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 12 manat 10 qəpik nəğd pul aşkar olunmuş, şəxsi axtarışdan sonra həmin pul şəxsin özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması ehtimalı olduğundan onun özünün razılığı ilə idarə etdiyi avtomobilə Kəpəz RPİ-nin inzibati həyətində baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin qapıları bağlanmadığı üçün açarının avtomobilin üzərində olması müəyyən edilmiş, baxışın davamı olaraq avtomobilin mühərrikxanasından Təqsirləndirilən şəxs avtomobilin mühərrikxanasından 01 ədəd qara rəngli içərisində 4 ədəd içərisi boş şprislər, 01 ədəd içərisi boş olan şüşə qab və 2 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddəyə bənzər şüşə olan qutunu götürərək təqdim etmişdir. Bundan sonra avtomobilin salonuna baxış zamanı qabaq sol oturacağın ayaq altı hissəsinin altından 1 ədəd bükümdə və oturacağın sağ yan hissəsindən 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr aptek tərəzisində çəkilmiş, psixotrop maddə şüşəyə bənzər 01 bükümdə kütlənin çəkisi sellofanla birlikdə 2,47 qram, digər büküm isə 1,09 qram, narkotik vasitə heroinə bənzər kütlənin çəkisi bükülmüş falqa ilə birlikdə 0,08 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülülərin limon duzu olduğunu bildirmiş, həmin vaxt iştirakçılara bildirmişdir ki, kütləni dillərinə vurub limon duzu olub-olmamasına əmin olsunlar. Bu zaman təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofanda olan kütlənin tərkibini ekspertiza özü müəyyən edəcək. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Sonra götürülmüş həmin bükümlər, bir ədəd boş qab və şpirislər tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürülmüş və üzəri dəftərxananın 120 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlələr 02 ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0, 033 qram, ümumi təmiz çəkisi 0,084 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 0,889 qram, 2,330, ümumi təmiz çəkisi 3,219 qram maddələr kustar üsulla hazırlanmış psixotorp maddə metamfetamindir. Avtomobildən götürülmüş 04 ədəd 1 ml-lik şprislərin və 01 ədəd şüşə ampulanın içərisində olan izlər heroin izləridir, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını və müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Ə.Əliyev küçəsi 2-ci döngə, ev 5, mənzil 28-də yaşayır. Özü rəsmi olaraq Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Gəncə şəhəri H.Əliyev prospekti ev 77, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 23.06.2021-ci il tarixdə Kəpəz RPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Samir adlı Gəncə şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, daimi üzərində narkotik vasitə gəzdirməkdə şübhəlidir və hazırda Gəncə şəhəri Dəyirman dairəsinin yaxınlığındadır. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin günü saat 18:30 radələrində əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi Dəyirman dairəsi deyilən yerdə adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq Kəpəz RPİ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı heç bir əşya olmadığını bildirdikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd toplu halda ev açarı və 20 manat pul, həmin şalvarın sol yan cibindən bir ədəd polietilen sellofanda kəskin iyili, qəhvəyi rəngli bükülü aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofanda olan bükülünün narkotik vasitə heroin olduğunu, 20.06.2021-ci il tarixdə Gəncə şəhərində yaşadığı evin yaxınlığındakı avtobus dayanacağından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmiş, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitədən bu günüə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və sellofanla birlikdə çəkisi 13 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürülmüş və üzəri dəftərxananın 120 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan kütlə 11, 215 qram çəkidə olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Novruzlu X3 Nicat Qurban oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 15:30-da əri Təqsirləndirilən şəxs və 3 yaşlı qızları ilə birlikdə “Bol Market” adlı ərzaq mağazasına alış-verişə getmişlər. O, hamilə olduğundan avtomobildə gözləmiş Samir və azyaşlı qızları mağazaya getmişlər. Samir mağazadan çıxanda polislərin onu mühasirəyə aldıqlarını görüb avtomobildən düşmüşdür. O, polislərdən nə məsələ olduğunu soruşmuş, lakin polislər ona heç nə deməmişlər, sadəcə Samiri polis idarəsinə aparmalı olduqlarını bildirmişlər. Onu taksiyə mindirib evə yola salmışlar, özləri isə Samirin avtomobilinə minib polis idarəsinə getmişlər. Yolda o, taksi sürücüsünə onların arxasınca getməsini demişdir. O, Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsinə çatanda polislər Samiri idarənin arxa darvazasından içəri aparmış, onu isə içəri buraxmamışlar. O, Samiri nəyə görə apardıqlarını bilmək istəimiş, lakin ona heç bir məlumat verilməmişdir. Bu hadisədən əvvəl cinayət axtarış şöbəsinin keçmiş rəsisi Şahin adlı şəxs Samiri dəfələrlə yanına çağırmışdır. Samir narkotik vasitə istifadəçisi olsa da, onlar ailə qurandan sonra istifadə etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.04.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.04.2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən edilərək idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin tarixdə saat 00:30 radələrində üzərinə və ona məxsus həmin avtomobilə baxış keçirilən zaman yalnız avtomobilin mühərrik hissəsində qara rəngli eynək qabının içərisindən 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2021-ci il tarixli 16/331 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış kağız paketdəki 2 (iki) ədəd “qırmızı” rəngli kağız bükümlərdə ayrı-aurılıqda təmiz çəkiləri 0,051 qram, 0,033 qram, ümumi təmiz çəkisi 0,084 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin ekspertiza rəyi müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,889 qram, 2,330 qram, ümumi təmiz çəkisi 3,219 qram maddələr, kustar üsullla hazırlanmış psixotorp maddə metamfetamindir. Bundan başqa ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş 4 ədəd şpris və 1 ədəd şüşə qab” sözləri yazılmış kazğı paketdəki, 4 (dörd) ədəd 1 ml-lik şprislərin və 1 (bir) ədəd üzərində “Вода для инъеции” yazılı, baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını və müqayisəli tədqiqatını hesablamaq mümkün olmamışdır. Bundan əlavə ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış bir ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.06.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqının aparılması icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.06.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.06.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyun 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi “Dəyirmanın dairəsi” adlan yerin yaxınlığında müəyyən edilib, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə dəvət edilmiş və həmin gün, saat 18:30 radələrində qeyd olunan ünvanda onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülü ilk baxışdan kəskin spesifik iyili qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2021-ci il tarixli 16/608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf rəngli, polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,215 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 4(043)-104/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23.06.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.06.2021-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 25 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin məcəllənin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 14.04.2021-ci il tarixli 1856 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin 19.04.2021-ci il tarixli 1680 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 12.01.2019-cu il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli 45 saylı Gəncə şəhəri 13 saylı MKTİB-nin xasiyyətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti ev 77/1, mənzil 26-da qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli 46 saylı Gəncə şəhəri 13 saylı MKTİB-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti ev 77/1, mənzil 26-da qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA0247467 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17.09.2018-ci il təvəllüdlü Şükran Abbasova Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 200524 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli 990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 16/992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlələr” sözləri yazılmış kağız paketdə olan heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddi sübut” sözlər və imzalar olan kağız paketdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.10.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 11, 105 qram, 0,044 qram çəkidə narkotik vasitə heroinlər və 3,119 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiqi edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli 990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əazb çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsinə dair qaydaların 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs da İİ (ikinci) qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin 19.04.2021-ci il tarixli 1680 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 12.01.2019-cu il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Odur ki, qeyd olunan xüsusatlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdən 12.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, cəzaçəkmənin əvvəli 23.06.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 11, 105 qram, 0,044 qram çəkidə narkotik vasitə heroinlər və 3,119 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 11, 105 qram, 0,044 qram çəkidə narkotik vasitə heroinlər və 3,119 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 97 manat 20 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 10.04.2021-ci il tarixdən 12.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 11,105 qram, 0,044 qram çəkidə narkotik vasitə heroinlər və 3,119 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 97 manat 20 qəpik Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-355/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-355/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver