Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-356/2022 31.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci ildə Tovuz rayonu, İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində, Tovuz rayonu, İbrahimhacılı kəndində yaşadığı evin qonaq otağında həmkəndlisi Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sonuncu onun ünvanına söyüş söydüyü, daha sonra onu yaşadığı evdən çıxarıb öz evinə getməsini tələb etdiyi halda Zərərçəkmiş şəxs yenidən geri qayıdıb yaşadığı evin zirzəmisinə onun icazəsi olmadan girdiyi üçün o, Zərərçəkmiş şəxs öz iradını bildirərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyyələrinə yumruq, təpik və hadisə yerindən götürdüyü şüşə butulka ilə qəsdən vuraraq ona sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol əng sümüyünün cisminin və sol paranazal sinusun ön divarının daxilə doğru basılmış sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, başın sol təpəgicgah nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, həmçinin sol tərəfli gicgah-alın şırımı səviyyəsində sınıq və baş beyinin sol gicgah nahiyəsinin hemorragik kontuziyası ilə müşayiət edilən qançır-şişkinliyi kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləlik edib ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun qonşusudur. Elşadı 30 ilə yaxındır tanıyır, onunla arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. 26 dekabr 2021-ci il tarixdə saat 18-19 radələrində Elşad onun yaşadığı evə gəlmişdir. Həmin vaxt o yemək yeməyə hazırlaşmışdır. Elşad onun evinə gələrkən sərxoş olmuş, Elşad əlində dolu araq şüşəsi ilə gəlmişdir. Elşad ona araq içməyi təklif etmiş, O isə Elşada içmək istəmədiyini demişdir. Lakin Elşad israr etdikdə o öz evində onunla oturub araq içmişdir. Onlar arağı içdikdən sonra Elşad sərxoş olduğu üçün onun ünvanına söyüş söymüşdür. O Elşadın sərxoş olduğunu gördükdə onu evin həyətindən çıxıb getməsini bildirdirmişdir. O Elşadı göndərdikdən təxminən 15-20 dəqiqə sonra Elşad gəlmiş, onun evinin zirzəmisinə girmişdir. O evə yanacaq üçün odun gətirməyə evin zirzəmisinə daxil olduqda orada Elşadı görmüşdür. O Elşaddan zirzəmiyə nə üçün girdiyini soruşduqda Elşad ona yaxşı edirəm demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. O, Elşadla mübahisə edərkən onun sifətinin sol hissəsindən bir sillə və bir yurmuq vurmuşdur. O Elşadı vurduqdan sonra Elşad çıxıb getmişdir. Həmin vaxt Elşadı butulka ilə vurmamış, əli ilə vurmuşdur. Hadisədən sonra Elşadla barışmağa cəhd etmiş, Elşad ondan pul istəmiş, pulu olmadığı üçün Elşada pul verə bilməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz rayonu İbrahimhacılı kəndində yaşayan Təqsirləndirilən şəxs, onun qardaşı X3 və onların atası Şahid4 Qara oğlunu bir kənd sakinləri kimi uşaqlıq vaxtlarından tanımışdır. Onların heç bir ilə onların nə qohumluğu nə də ki, ədavəti olmamışdır. Bir kənd sakinləri kimi bir-birilə münasibəti normal olmuşdur. O Rafiq ilə birlikdə iş olanda bir yerdə işləmişlər. Rafiqin oğlunun ağackəsən cihazı olmuş, ayrı-ayrı şəxslərin sifarişi əsasında həmin cihazla ağacları kəsir, o isə kəsilmiş ağacları kənara daşınmasına köməklik edir, çörək pulu qazanmışlar. 26 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Rafiq, öz istifadəsində olan (050) ***-**-** nömrədən onun istifadəsində olan (050) 671-86- 31 nömrəsinə zəng etmiş, ona demiş ki, bir iş var, gəl gedək onu danışaq. Ona görə də o təkcə Rafiq yaşadığı evə piyada getmişdir. Onların yaşadığı evin qapısını döymüş, qapını Rafiq açmış, onu evlərinə dəvət etmişdir. O onunla birlikdə yaşadığı evin otağına daxil olanda görmüş ki, Rafiq, qardaşı Qaroğlan və ataları Məzahir şam yeməyi yeyib spirtli içki qəbul edirlər. O da onlarla əyləşmiş, 100 qrama yaxın spirtli içki qəbul etmişdir. Artıq saat 20 radələri olmuş, onlar şam yeməyini yeyib qurtarandan sonra o Rafiqə demiş ki, “artıq gecə olur gəl gedək işimizi danışaq”. Bunu deyəndə Rafiqin atası, masanın arxasından ayaqüstə qalxmış, onun yanına gəlmiş və ona, «mənim gəliniməmi baxmağa gəlibsən» demiş, sifətinin sol hissəsindən, sol göz nahiyyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbədən o geriyə getmiş, arxaya baxmış, elə həmin anda Rafiq, əlindəki araq butulkası ilə onun başının sol təpə nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra onun başında bərk, kəskin ağrı yaranmışdır. Sonradan o huşunu itirmiş və ayılanda görmüş ki, evdədir. Bundan sonra onu təcili tibbi yardım avtomobili ilə Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar və 10 gün həmin xəstəxanada qalmış, müalicə olunmuşdur. Sonra vəziyyətinin pisləşdiyi üçün onu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmışlar. Həmin xəstəxanada da 9 gün müalicə olunduqdan sonra evə buraxmışlar. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. 26 dekabr 2021-ci il tarixdə saat 19 radələrində o yaşadığı evdə yataq otağı kimi istifadə etdiyi otaqda oturmuşdur. Bu vaxt qapının döyüldüyünü eşitmiş qapıya çıxmışdır. Elşadı yerdə qapının qarşısında olduğunu görmüş ona kömək etmiş otağa aparmış və onu çarpayıya uzandırmışdır. Həmin vaxt üzü şişmiş və qaralmış vəziyyətdə olmuşdur. O, Elşaddan nə üçün bu vəziyyətdə olduğunu soruşmuş, Elşad həmin vaxt danışa bilməmişdir. Elşadın burnunda pambıq olmuşdur. O, Elşada köməklik etmiş onu çarpayıya uzatdıqda Elşadın burnundan qan gəlmiş və yediklərini qaytarmağa başlamışdır. O, həmin vaxt heç kimi köməyə çağıra bilməmiş özü Elşada ilkin yardım göstərmişdir. Səhər saat 10 radələrində o Elşadın əmisi oğlu Hüseynin yaşadığı evə getmiş Hüseyni çağırmış və evə gətirmişdir. Hüseyin gəlmiş Elşadı yatdığı yerdə danışdırmaq istəmişdir. Lakin Elşad danışa bilməmişdir. Bundan sonra Rafiqin yanına getmişdir. Sonra onlar X13 Rayon xəstəxanasına aparmışlar. Orada Elşada ilkin tibbi yardım göstərilmiş və onlara məsləhət görmüşlər ki, daha yaxşı müalicə üçün Elşadı Bakı şəhərinə aparsınlar. Onlar da Elşadı Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmışlar. Orada Elşad 10 gün müalicə almışdır. Elşad 10 gün müalicə aldıqdan sonra onlar Elşadı yaşadıqları evə gətirmişlər. Elşad müalicə aldığı təxminən 6-7 gün ərzində danışa bilməmişdir. Təxminən 7 gün sonra o özünə gəlmiş onlarla danışmağa başlamışdır. Elşad ona və Hüseynə onu Rafiq, Rafiqin atası Məzahir və qardaşı Qara tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, Zərərçəkmiş şəxs isə həmkənlisidir. 26 dekabr 2021-ci il tarixdə saat 18-19 radələrində Elşad onların yaşadığı evə gəlmişdir. Həmin vaxt o evdə yemək hazırlamış və Rafiqlə birlikdə yemək yeməyə hazırlaşırmışlar. Elşad qapıdan Rafiqi çağırmış və Rafiq Elşadın səsinə evin həyətinə çıxmışdır. Elşad əlində araq şüşəsi ilə gəlmişdir. Elşad Rafiqə araq içmək istədiyini demiş və birlikdə içməyi təklif etmişdir. Rafiq isə Elşada içmək istəmədiyini bildirmişdir. Lakin Elşad israr etmiş və evin həyətindən getməmişdir. Bu vaxt Rafiq onun xətrinə dəyməmək üçün onu evə dəvət etmişdir. O balıq qızartmış və həmin balığı süfrəyə gətirmişdir. Rafiq və Elşad balıq yemiş ikisi birlikdə 500 qram spirtli içki olan araq içmişlər. Arağı içdikdən sonra Elşad heç bir səbəb olmadan Rafiqin ünvanına söyüş söymüşdür. Rafiq isə onunla dalaşmamaq üçün Elşadı evin həyətindən çıxarmış getməsini bildirmişdir. Rafiq Elşadı evin həyət qapısının önünə küçəyə çıxarmış sonra geri qayıtmışdır. Təxminən 15-20 dəqiqə keçmişdir ki, o Rafiqə odun sobasının söndüyünü demiş və odun gətirməsini bildirmişdir. Bu vaxt Rafiq həyətə çıxmış, zirzəmidən odun gətirməyə getmişdir. Rafiq evdən bayıra çıxdıqdan sonra onun səsinə o da bayıra çıxmışdır. O bayıra çıxdıqda Rafiqlə Elşadın mübahisə etdiyini görmüşdür. Rafiq Elşada nə üçün zirzəmiyə girdiyini soruşmuşdur. Elşad isə cavabında “zirzəmiyə girmişəm yaxşı etmişəm” demişdir. bu vaxt Rafiqlə Elşad arasında sözlə mübahisə yaranmış və Rafiq bir dəfə sillə, bir dəfə isə yumruqla Elşadın sifətinin sol hissəsindən vurmuşdur. O araya gimiş onları aralaşdırmış və Elşad onların yaşadığı evin həyətini tərk edib getmişdir. Həmin gündən bir gün sonra o eşitmiş ki, Elşad polisə şikayət etmiş, onu 26 dekabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində Rafiqin araq şüşəsi ilə başından vuraraq xəsarət yetirdiyini, həmin vaxt onu qaynatası Məzahir və qaynı Qaroğlanın da döydüklərini bildirmişdir. Lakin 26 dekabr 2021-ci il tarixdə saat 19 radələrində əri Rafiqlə Elşad mübahisə etmiş dalaşarkən orada qaynatası Məzahir və qaynı Qaroğlan olmamışdır. Orada Rafiq və Elşaddan başqa yalnız o olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs 30 ildən artıqdır ki, tanıyır, onun həmkəndlisidir. Elşadın döyülməsi ilə bağlı bildirmişdir ki, o hadisə baş verən gün, daha doğrusu Elşadın dediyi gün 26 dekabr 2021-ci il tarixdə o öz yaşadığı evdə olmuşdur. Elşadın döyülməsini 27 dekabr 2021-ci il tarixdə günorta saatlarında öyrənmişdir. 27 dekabr 2021-ci il tarixdə günorta saatlarında Rafiqin arvadı, yəni gəlini Briliant yaşadığı evə gəlmişdir. Onun yaşadığı evlə Rafiqin yaşadığı ev Tovuz rayonu, İbrahim Hacılı kəndində eyni bağın içərisində yerləşir. Bağın bir başında o digər başında isə Rafiq yaşayır. Rafiq ailəli olduğu üçün özünə ayrıca ev tikmişdir. Briliant 27 dekabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə tək gəlmişdir. Briliant ona bildirmiş ki, 26 dekabr 2021-ci il tarixdə axşam saatlarında həmkəndlisi X11 yaşadığı evə gəlmiş, Rafiqə əlində olan araq şüşəsini göstərmiş araq içmək istədiyini demişdir. Həmin vaxt Rafiq Elşadla içmək istəməsə də, Elşad israr etdiyi üçün Rafiq onunla evdə oturmuş araq içmiş və yemək yemişdir. Onlar araq içdikdən sonra Elşad Rafiqin ünvanına söyüş söymüş, Rafiq də onu həyətdən çıxarmış getməsini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Rafiq odun gətirmək üçün evin zirzəmisinə getmiş, Elşadın orada olduğunu görmüşdür. Elşadla mübahisə etmiş, Elşadı bir dəfə yumruq və bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra Elşad çıxıb getmişdir. Briliant bunları ona danışdıqdan sonra o hadisə barədə maraqlanmış və onun Rafiqdən, ondan və oğlu Qaroğlandan şikayət etdiyini öyrənmişdir. Hadisə baş verən tarix və saatda o öz yaşadığı evdə olmuşdur. 26 dekabr 2021-ci il tarixdə saat 19 radələrində sözlə mübahisə və dava Elşadla Rafiq arasında olmuşdur. Orada nə o nə də oğlu Qaroğlan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi və evin həyatyanı sahəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 26 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs özü ilə apardığı içərisi araqla dolu vəziyyətdə olan 1 ədəd 500 qramlıq araq şüşəsi ilə Tovuz rayonu, İbrahimhacılı kəndində Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Rafiq və Elşad birlikdə yemək yeyib spirtli içki olan araq içmiş, spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına söyüş söymüşdür. Təqsirləndirilən şəxs mübahisə böyüməsin deyə Zərərçəkmiş şəxs evdən çıxarıb getməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmasını görüb evin həyətini tərk edib getməmiş, həmin evin zirzəmisinə girib orada qalmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs zirzəmiyə daxil olmuş, Zərərçəkmiş şəxs zirzəmidə görüb onu bayıra çıxarmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə üçün evin zirzəmisinə girdiyini soruşmuş, bu vaxt onlar arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yumruq, təpik və yerdən götürdüyü araq şüşəsi ilə Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif yerlərindən bir neçə dəfə vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətini tərk edib piyada şəkildə yaşadığı evə getmişdir. Yolda olarkən Zərərçəkmiş şəxs hər hansı digər şəxslə mübahisə və dava-dalaşı olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs araq şüşəsi ilə başından, yumruq və təpiklə isə bədəninin müxtəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Hadisə baş verən vaxt Şahid4 və X4 orada olmamışlar. Məzahir və Qaroğlan Musayevlər hadisə zamanı yaşadıqları evdə olmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirərkən orada Rafiqin arvadı Şahid3 olmuş, hadisəni yalnız Şahid3 görmüşdür. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-cu il tarixli 829 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:-başın sol təpə-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, həmçinin sol tərəfli gicgah-alın şırımı səviyyəsində sınıq və baş beyinin sol gicgah nahiyəsinin hemorragik kontuziyasi ilə müşayiət edilən qançır-şişkinliyi;sol əng sümüyünün cisminin və sol paranazal sinusun ön divarının daxilə doğru basılmış sınığı; -sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları.Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci tarixdə əmələ gələ bilməsi istisna edilmir. Həmin xəsarətlərdən başın sol təpə-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, həmçinin sol tərəfli gicgah-alın şırımı səviyyəsində sınıq və beyinin sol gicgah nahiyyəsinin hemorragik kontuziyası ilə müşayiət edilən qançır-şişkinliyi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlıga ağır zərər vurmaya, sol əng sümüyünün cisminin və sol paranazal sinusun ön divarının daxilə doğru basılmış sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan saglamlıga az ağır zərər vurmaya, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə yəni, həm məhdud səthli küt əşya(lar), eləcə də şüşə butulka ilə, həm də insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Tovuz rayon İbrahimhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon İbrahimhacılı kəndində arvadı X7 və övladı X10 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. AZ-İİ № 414178 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. AZ-İV № 535650 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli “Həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə gələrək özünü təqdim etmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid4 və X2 Zərərçəkmiş şəxs döyərək oan hər hansı bədən xəsarətləri yetirməsi faktı sübuta yetmədiyindən həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Polis Şöbəsinin 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “ev dustaqlığında olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “ev dustaqlığında olduğu 03 (üç) ay 20 (iyirmi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-356/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-356/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver