Məhkəmə qərarları › İş №1(100)-356/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-356/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-356/2023 25.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatını, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ nömrəli əlavə siyahısına daxil edilmiş, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolu qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 17 fevral 2023-cü il tarixdə saat təxminən 16:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Nüşabə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən külli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatı, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadol aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-ü maddəsi ilə özünü təqsirli bəlməyərək, 240.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 fevral 2023-ci il tarixdə saat 16:10 radələrində evdən çıxaraq evinin yaxınlığında olan Nüşabə küçəsində olarkən 2 nəfər şəxs yaxınlaşaraq onu tutub polis şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilmiş və içərisində 09 ǝdəd Metadon m40 həbləri və içərisində 02 ədəd Tramadol 50 mq olan həbləri aşkar olunmuşdur. Sonra polis əməkdaşları onun evinə külli miqdarda narkotik vasitə qoyacaqlarını deyərək onu hədələmiş, razı olarsa evinə deyil, üzərinə az miqdarda narkotik vasitə qoyacaqlarını təklif etmişlər. O da qorxaraq polisin təklifi ilə razı olmuş və üzərinə bir bükümdə narkotik vasitə heroin də qoymuşlar. Sonra vəkil dəvət olunmuş və onun üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən "Arqo" markalı siqaret, alışqan və qara rəngli nokia markalı mobil telefonunu və sol yan cibindən "Winchester" markalı qapağı cırılmış vəziyətdə olan siqaret qutusu içərisində olan şəffaf rəngli 1 ədəd sellofan kəsiyinə bükülmüş heroini, açılmamış vəziyətdə olan içərisində 09 ǝdəd Metadon m40 həbləri və içərisində 02 ədəd Tramadol 50 mq olan həbləri cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra təqdim etdiyi heroin bükümü elektron tərəzidə çəkilmişdir. Maddənin çəkisi təxminən 6 qram olmuşdur. Aşkar olunmuş kütlə və metadon, tramadol həbləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin ona məxsus 1 ədəd Nokia markalı telefon da 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Ona deyilən kimi bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və həbləri Əli adlı İran vətəndaşından almış, belə ki, Sumqayıt şəhəri, Saray qəsəbəsində yolun qırağından götürmüş, bunun üçün Milliön vasitəsilə 400 manatı Əliyə pul göndərmişdir. Bundan başqa bildirmişdir ki, o, üzərindən aşkar edilən narkotik vasitələri və metadon, tramadol həblərini şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, onları satmaq məqsədi olmamışdır. İstintaq zamanı vəkilinə ona qarşı edilmiş hərəkət barədə bir söz deməmiş və qorxduğu üçün narkotik vasitənin ona məxsus olması barədə ifadə vermişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİO-da xidmət edir. 17 fevral 2023-cü il tarixdə ona Bərdə şəhəri, Nüşabə küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və buna görə də, həmin tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 16:10 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsamyılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti gödəkcənin qabaq sol cibindən və sağ cibindən eyni zamanda “Aqro” markalı siqaret, sarı rəngli alışqan və qara rəngli “Nokia” markalı mobil telefon və sol yan cibindən “Whinchester” markalı qapağı cırılmış vəziyyətdə olan siqaret qutusu içərisində şəffaf rəngli polietilen kəsiyinə bükülmüş heroinə bənzər 01 ədəd kütlə, tam vəziyyətdə olan içərisində 09 ədəd “Metadon M40” həbləri və içərisində 02 ədəd “Tramadol” 50 mq olan həbləri cibindən çıxardaraq masanın üzərinə qoymuş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən və haradan alması soruşulmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs türmədə olan zaman İran İslam Respublikası ilə tanış olduğunu və orada olan zaman həmin şəxsə zəng edib danışdığını, İran İslam Respublikası olan vətəndaşla azadlığa çıxdıqdan sonra “Skayp” mobil tətbiqi ilə danışdığını və Bakı şəhərində olan zaman 400 manat pul məbləğində İran İslam Respublikası vətəndaşından aldığını və Sumqayıt şəhər ərazisində yol kənarından götürdüyünü bildirmişdir. Şübhəli şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində el arasında “Kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin 01 ədəd ağ rəngli polietilen kəsiyi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 6,76 qram olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş həmin 01 ədəd ağ rəngli polietilen kəsiyi bükümü və açılmamış vəziyyətdə olan içərisində 09 ədəd “Metadon M40” həbləri və içərisində 02 ədəd “Tramadol” 50 mq olan həblər bir ədəd boş olan ağ rəngli zərfə qoyularaq möhürlənib ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon bir ədəd boş olan ağ rəngli zərfə qoyularaq möhürlənib maddi sübut kimi götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən heç bir qeyd aparılmadan imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, lakin sonradan keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və yaxud psixotrop maddələr satması təsdiq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2023-cü il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(021)-42/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan gödəkçəsinin sağ yan cibində olan 01 ədəd heroinə bənzər kütlə və metadon, tramadol həbləri təqdim etmiş, həmin kütlə və həblər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan gödəkçəsinin sağ yan cibində olan 01 ədəd heroinə bənzər kütlə və metadon, tramadol həbləri təqdim etmiş, həmin kütlə və həblər təhqiqatçı Vəli İsmayılov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “VİD_20230217_165209” adında fayl görsənir. Həmin fayla daxil olan zaman “MP4” formatlı 01 (bir) ədəd videofayl aşkar edildi. Həmin “VİD_20230217_165209” adlı videofaylı açıb içərisinə baxış keçirən zaman videofaylın 18 dəqiqə 04 saniyə müddətində davam etdiyi müəyyən edildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi:- Təqsirləndirilən şəxs müdafiəçisi X10 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektorkriminalisti polis kapitanı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X12 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirdi. Bundan sonra üzərində narkotik vasitə olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən “Aqro” markalı siqaret, sarı rəngli alışqan və qara rəngli “Nokia” markalı mobil telefon və sol yan cibindən “Whinchester” markalı qapağı acırılmış vəziyyətdə olan siqaret qutusu içərisində şəffaf rəngli polietilen kəsiyinə bükülmüş heroinə bənzər 01 ədəd kütlə, açılmamış vəziyyətdə olan içərisində 09 ədəd “Metadon M40” həbləri və içərisində 02 ədəd “Tramadol” 50 mq olan həblər cibindən çıxardaraq masanın üzərinə doydu. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən və haradan alması soruşuldu. Bu vaxt Təqsirləndirilən şəxs türmədə olan zaman İran İslam Respublikası ilə tanış olduğunu və orada olan zaman həmin şəxsə zəng edib danışdığını, İran İslam Respublikası olan vətəndaşla azadlığa çıxdıqdan sonra “skaype” mobil tətbiqi ilə danışdığını və Bakı şəhərində olan zaman 400 manat pul məbləğində İran İslam Respublikası vətəndaşından aldığını və Sumqayıt şəhər ərazisində yol kənarından götürdüyünü bildirdi. Şübhəli şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində el arasında “Kakos” deyilən narkotik vasitə olduğunu bildirdi. Bundan sonra həmin 01 ədəd ağ rəngli polietilen kəsiyi elektron tərəzidə çəkildi və ümumi çəkisi 6,76 qram olması müəyyən olundu. Daha sonra Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra aşkar olunmuş həmin 01 ədəd ağ rəngli polietilen kəsiyi bir ədəd boş olan ağ rəngli zərfə qoyularaq DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon 01 ədəd boş olan ağ rəngli zərfə qoyularaq DİN-nin 94 saylı möhürü ilə möhürlənib maddi sübut kimi götürüldü. Daha sonta protokol tərtib edildi təhqiqatçı tərəfindən ucadan oxundu və iştirakçılar tərəfindən heç bir qeyd aparılmadan imzalandı. Telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Nokia markalı C2-01 markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda iş üzrə əhəmiyyətə malik hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X3 qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd Nokia markalı C2-01 markalı mobil telefonu təhvil almışdır. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsi ev 4 ünvanında yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə üzərində saxlamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-ci il tarixli 16/235 saylı rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinə bəznər, digər həblər..” sözləri və imzalar olan kağız pakterdəki, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir.-üzərində “Tramadol 50...xx.xx.2023” göstəriciləri olan 1 (bir) ədəd konvalyutda, 2 (iki) ədəd ağ-göy rəngli kapsulalar zavod üsulu ilə hazırlanmış tramadol dərmən preparatıdır. (beynəlxalq adına görə Tramadol hidroxlorid) Təqdim olunmuş sayı 2 (iki) ədəd tramadol kapsulaların təsir maddəsinin miqdarı 0, qram təşkil edir.Tramadol Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə1) daxildir.-üzərində “Methadone 40..03.24” göstəriciləri olan 1 (bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon dərman preparatıdır. (beynəlxalq adına görə metadon) Təqdim olunmuş sayı 9 (doqquz) ədəd metadon həblərinin təsir maddəsinin miqdarı 0,36 qram təşkil edir.Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in İİ siyahısının İ bəndinə (sıra №6) daxil olduğu müəyyən olundu. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 920 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 fevral 2023-cü ildən hesablanmışdır. Bərdə şəhər ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsi ev 4də yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatdadır. № 007615 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 08 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatı, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolun tədqiqatdan sonrakı qalığı olan təmiz çəkisi 6,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 8 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış metadon dərman preparatı, 1,5 ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadol olan 1 ədəd möhürlənmiş zərf Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, bildirsə də, məhkəmə onunun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəm islasında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 17 fevral 2023-ci il tarixdə saat 16:10 radələrində evdən çıxaraq evinin yaxınlığında olan Nüşabə küçəsində piyada hərəkət edən zaman 2 nəfər şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində olan raportla qərarla tanış edib onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər, burada şübhəli şəxs qismində tutulmuş, sonra isə təqdim olunan siyahıdan seçdiyi dövlət hesabına vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən "Arqo" markalı siqaret, alışqan və qara rəngli nokia markalı mobil telefonunu və sol yan cibindən "Winchester" markalı qapağı cırılmış vəziyətdə olan siqaret qutusu içərisində olan şəffaf rəngli 1 ədəd sellofan kəsiyinə bükülmüş heroini, açılmamış vəziyətdə olan içərisində 09 ǝdəd Metadon m40 həbləri və içərisində 02 ədəd Tramadol 50 mq olan həbləri cibindən çıxardaraq masanın üzərinə qoymuş və daha sonra şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin bükümü elektron tərəzidə çəkilmişdir. Maddənin çəkisi 6.79 qram olmuşdur. Aşkar olunmuş kütlə və metadon, tramadol həbləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin ona məxsus 1 ədəd Nokia markalı telefon da 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənərək üzəri o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və həbləri Əli adlı İran vətəndaşından almış, belə ki, Sumqayıt şəhəri, Saray qəsəbəsində yolun qırağından götürmüş, bunun üçün Milliön vasitəsilə 400 manatı Əliyə pul göndərmişdir.Bundan başqa bildirmişdir ki, o, üzərindən aşkar edilən narkotik vasitələri və metadon, tramadol həblərini şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, onları satmaq məqsədi olmamışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulan ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə maddə əldə etmiş, saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, istintaqı aparan müstəntiq Kənan Firudunlu Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş, lakin xx.xx.2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroru Rəşad İsgəndərov onun əməlini CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün yazılı göstəriş vermişdir. Bundan sonra istintaqı aparan müstəntiq, prokurorun yazılı göstərişi ilə razılaşmayaraq iş üzrə sübutlar toplanmamış istintaqın hazırki mərhələsində onun əməlini CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün yazılı göstərişin əsassız olmasını qeyd edərək yuxarı prokurora etiraz (şikayət) yazmışdır. xx.xx.2023-cü il tarixdə yuxarı prokuror tərəfindən istintaqı aparan müstəntiqin etirazı təmin olunmamış və Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsinə dair prokurorun yazılı göstərinin içra olunması göstərilmişdir. Bunda sonra iş üzrə polis əməkdaşları şahid qismində dindirilmiş və əməliyyat tapşırığı verilərək cavab alınmışdır. İstintaq orqanı yekunda Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olması barədə raporta, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə dair yazılı göstərişdən sonra dindirilmiş polis əməkdaşlarının onun barəsində verdikləri raporta qeyd edilən eyni məzmunlu ifadəsinə və xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda «Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin satışı, istifadəsi və üzərində saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlamışdır» yazılmış sözlərə əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, lakin sonradan keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və yaxud psixotrop maddələr satması təsdiq olmadığını bildirmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə dair icra edilməsi müstəntiq üçün məcburi olan yazılı göstərişdən sonra dindirilmiş polis əməkdaşlarının prokurorun yazılı göstərişinin icrasını təmin etmək məqsədi ilə verdikləri ittihamı möhkəmləndirmək xarakterli ifadəsinə və xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda qeyri-müəyyən və ehtimal olunan və prokurorun yazılı göstərişinin icrasını təmin etmək məqsədi ilə toplanmış sübutlara əsaslanmışdır. İstintaq orqanınn sübut kimi əsaslandığı xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubun da həqiqiliyi də şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında olan Bərdə Rayon Polis Şöbəsi sözləri yazılmış digər məktubların forması yazı şriftləri ilə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunun forması və yazı şriftləri fərqlidir. Bundan başqa cinayət işində olan digər məktublar müvafiq qaydalara əsasən ştamp vurularaq qeydiyyata alındığı halda, sözü gedən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubuna müvafiq qaydalara zidd olaraq daxil olma ştampı vurulmamış və qeydiyyata alınmamışdır. Bundan başqa ibtidai istintaqın Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində sübüt kimi əsaslandığı xx.xx.2023-cü il tarixli «Raportan» la həmin raport əsasında qəbul olunmuş «Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərarın məzmunun da fərqlər mövcuddur. Belə ki, qeyd olunan rapotda Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, gəzdirməkdə və satmaqda şübhəli olduğu göstərildiyi halda, sözü gedən qərar da isə onun narkotik vasitəni satmaqda deyil, saxlamaqda şübhəli olması göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Bir sözlə ibtidai istintaq orqanı fəaliyyəti cinayət təqibinin başlanmasından iki gün sonra xx.xx.2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilən və istintaqı aparan müstəntiqin isə etiraz etdiyi, yuxarı prokuror tərəfindən etirazın təmin edilmədiyi, şəxsin əməlini CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə icrası müstəntiq üçün məcburi olan, əslində isə əsassız və ehtimala əsaslanan yazılı göstərişin yerinə yetirilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X4 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 240.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs övladının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatı, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolun tədqiqatdan sonrakı qalığı olan təmiz çəkisi 6,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 8 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış metadon dərman preparatı, 1,5 ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadol olan 1 ədəd möhürlənmiş zərf hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 9 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin miqdarı 0,36 qram təşkil edən metadon dərman preparatı, təsir maddəsinin miqdarı 0,1 qram olmaqla 2 (iki) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolun tədqiqatdan sonrakı qalığı olan təmiz çəkisi 6,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Methadone 40...03.24” göstəriciləri olan 1(bir) ədəd konvalyutda, 8 (doqquz) ədəd boz rəngli üzərində F/M40 ştampı olan zavod üsulu ilə hazırlanmış metadon dərman preparatı, 1,5 ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadol olan 1 ədəd möhürlənmiş zərf hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar