Məhkəmə qərarları › İş №1(100)-357/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-357/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-357/2022 07.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X5 ibarət tərkibdə, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi X16, müdafıəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X22, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. Beləki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “HOVO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin Şəmkir rayonunun, Qədimqala kəndi ərazisindən keçən hissəsində, Qazax rayonu istiqamətində hərəkətdə olarkən Şahid2 idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə əməliyyatını icra edərək onun idarə etdiyi “HOVO” markalı yük maşınının qarşısında qəflətən manevr edib Qədimqala kəndi istiqamətində, yəni yolun sol tərəfindən sağ tərəfinə dönərək qəza şəraiti yaratdığı üçün yük maşınını yolun sağ hissəsində, torpaq yolda saxlayıb avtomobildən düşərək Şahid2 arxasınca əlini uzadıb nalayiq ifadələr işlətmiş, bunu görən X2 qismində əyləşdiyi avtomobildən düşüb Təqsirləndirilən şəxs çağıraraq Şahid2 ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə etməyə başlamış, Samir Abdullayevin nalayiq ifadələr işlətməsindən hiddətlənərək Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin sol ön qapısının daxili saxlanc yerində saxladığı, dəstəyinin uzunluğu 12 sm, eni 2,5 sm, qalınlığı isə 1,5 sm olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb heç bir əsaslı səbəb olmadan, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Samir Abdullayevin qarın boşluğu nahiyəsindən bir dəfə zərbə endirməklə ona qarnın ön divarının sol yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd insan həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə Samir Abdullayevi xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Göygöl rayon sakini Rasim adlı şəxsə məxsus olan “HOVO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Yevlax şəhəri ərazisində yerləşən qum karxanasına Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yerləşən tanımadığı şəxsə məxsus fərdi yaşayış evinə daşınmalı olan tikinti təyinatlı qumu yükləmək üçün yollanmış, qumu etibarnamə əsasında idarə etdiyi “HOVO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib Yevlax şəhərindən Şəmkir rayonu istiqamətində yola düşmüşdür. Təxminən saat 16:30 radələrində o, Bakı-Qazax magistral avtomobil yolu ilə Qazax rayonu istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olarkən Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına çatmamış yolun sol hərəkət zolağı ilə hərəkətdə olan sarı rəngli “VAZ 2106” markalı avtomobilin sürücüsü onun sol tərəfindən ötmə əməliyyatını icra edərək gözləmədiyi halda Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına dönmək üçün qarşısında qəflətən manevr etmişdir. Sürücü bu hərəkəti ilə qəza şəraiti yaratmış və o, avtomobili çətinliklə dayandıraraq baş verəcək qəzanın qarşısını almışdır. Həmin sürücü isə Qədimqala kəndinə tərəf ayrılan yola tərəf dönüb kəndin içərisinə daxil olmuşdur. O, idarə etdiyi avtomobillə təxminən 30-40 metr irəli gedərək yolun sağ kənarında, torpaq yolda avtomobilin hərəkətini dayandırmış və kabinədən düşərək həmin avtomobilin arxasınca söyünmüş, lakin həmin sürücü kəndin içərisinə doğru daxil olaraq gözdən itmişdir. O, yenidən avtomobilinə əyləşmiş və yoluna davam etmək üçün mühərriki işə salmışdır. Bu zaman arxadan bir nəfər şəxsin əli və fitlə işarə edərək onu çağırdığını görmüş, avtomobildən düşmüş, yaşıl rəngli “VAZ 21011” markalı avtomobilin Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcında dayandığını, avtomobilin sol ön (sürücü) qapısının açıq vəziyyətdə olduğunu və adının sonradan X12 olduğunu bildiyi şəxsin isə avtomobilin yanında dayanaraq əli və fitlə işarə edərək, ona tərəf gəldiyini görmüşdür. Samir Abdullayev ona yaxınlaşaraq nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, sarı rəngli “VAZ 2106” markalı avtomobilin qəflətən qarşısında manevr edərək qəza şəraiti yaratdığını söyləmişdir. Samir Abdullayev sarı rəngli “VAZ 2106” markalı avtomobilin qohumuna məxsus olduğunu və həmin sürücüyə haqq qazandıraraq heç bir qəza şəraitinə yol vermədiyini söyləmişdir. Bu zaman o, Samir Abdullayevin sərxoş olduğunu hiss etmiş, sonuncudan spirtli içki qəbul edib-etmədiyini soruşduqda, Samir Abdullayev spirtli içki qəbul etməsini təsdiq etmişdir. Samir Abdullayev sərxoş olduğu üçün o, mübahisəni dayandırıb, yoluna davam etmək üçün avtomobilinə tərəf dönmüşdür. Bu zaman Samir Abdullayev qolundan tutaraq, ünvanına yenidən nalayiq ifadə işlədərək onu təhqir etmiş, Samir Abdullayevin yenidən onu təhqir etməsinə görə əsəbiləşmiş və onlar bir-birilərinin yaxasından tutaraq dartışmışlar. Bu zaman tanımadığı iki nəfər şəxs gələrək onları aralamağa çalışmışlar. Mübahisə əsnasında Samir Abdullayev onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Samir Abdullayevin bu hərəkətinə görə o, özündən çıxmış, idarə etdiyi yük avtomobilinin yüngül təmiri üçün istifadə etdiyi və avtomobilin sol ön qapısının daxili saxlanc yerində olan mətbəx bıçağını götürərək 1 (bir) dəfə Samir Abdullayevin qarın boşluğu nahiyəsinə bıçaqla zərbə endirmişdir. Samir Abdullayev əlləri ilə qarnını tutaraq idarə etdiyi avtomobilinə tərəf getmiş və yerdə oturmuşdur. O isə bıçağı avtomobilin sol ön qapısının daxili saxlanc yerinə geri qoymuşdur. Bıçağı götürdüyü yerə qoyub geri döndükdə X37 xidmətinin iki nəfər əməkdaşının və tanımadığı bir nəfər şəxsin Samir Abdullayevin başı üzərində dayanaraq ona kömək etməyə çalışdıqlarını görmüşdür. Onu görən X37 xidmətinin əməkdaşları yaxınlaşaraq heç bir yerə getməməyini və Şəmkir rayon polis şöbəsinin Post patrul xidməti əməkdaşlarının hadisə yerinə gələcəklərini söyləmişlər. O, polis əməkdaşlarının göstərişinə tabe olaraq heç bir yerə getmədən hadisə yerini tərk etməmişdir. Hadisə yerində olan şəxslər Samir Abdullayevi “Mersedes-Benz” markalı avtomobillə xəstəxanaya yola salmışlar. Təxminən 10-15 dəqiqə sonra rayon polis şöbəsinin Post patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmış və rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, oğlu Samirin istixanası olmuş və o, istixanada müxtəlif növdə tərəvəz yetişdirərək özünəməxsus “Ford” markalı yük avtomobili ilə Bakı şəhərinə aparıb bazarda satmışdır. 08 aprel 2022-ci il tarixdə Samir Türkiyə Respublikasına yük aparmaq üçün yük maşınını Azərbaycan Respublikasının Dağıstan Muxtar Respublikası ilə sərhədində olan gömrük məntəqəsinin dayanacağına qoyub evə qayıtmışdır. O isə həmin vaxt Bakı şəhərində olmuşdur. Belə ki, o, Bakı şəhərində yerləşən “Vasmoy bazarı” deyilən bazarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Saat 20 radələrində gəlini Yaqutun atası Füzuli ona zəng edərək Şəmkir rayonu, Qədimqala kəndinin girəcəyində oğlu Samirə bıçala xəsarət yetirildiyini demişdir. O, dərhal arvadı Əntiqəyə bu barədə məlumat vermiş və onlar Şəmkir rayonuna gəlmək üçün yola düşmüşlər. Onlar yolda olarkən gəlini Yaqutun anası Tünzalə arvadı Əntiqə Abdullayeva zəng edərək oğlu Samirin öldüyünü söyləmişdir. Onlar saat 24 radələrində evə çatmışlar. O, evə toplaşan şəxslərdən hadisənin necə baş verdiyini soruşduqda, Samirin Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin, Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən hissəsində mübahisə etdiyini və mübahisə zamanı mübahisə etdiyi şəxsin ona bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Hadisə zamanı hadisə baş verən yerdə Şahid1 və Rəşad adlı həmkəndliləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X12 onun kirvəsi olmuşdur. Belə ki, o, Samirin Sənan adlı oğlunun kirvəsidir. Onun 02 (iki) ədəd yük avtomobili olmuşdur. Həmin avtomobillərdən birini o, özü, digərini isə sürücü olaraq Samir Abdullayev idarə etmişdir. Belə ki, onlar həmin avtomobillərlə Azərbaycan-Türkiyə-Rusiya-Gürcüstan ölkələri arasında müxtəlif yüklər daşımışlar. Samir Abdullayev sakit, mehriban və xoş xasiyyət bir insan olmuş, lakin, spirtli içki qəbul edərkən əsəbi olmuşdur. 08 aprel 2022-ci il tarixdə o, özünə məxsus olan istixanada işləmişdir. Saat 17 radələrində Samir Abdullayev ona zəng edərək qohumu İsmətlə restoranda yemək yediklərini söyləmiş və onu da ora dəvət etmişdir. Samir Türkiyə Respublikasına yük aparmaq üçün yük maşınını Azərbaycan Respublikasının Dağıstan Muxtar Respublikası ilə sərhədində olan gömrük məntəqəsinin dayanacağına qoyub evinə gəlmişdir. Buna görə də Samir onunla haqq-hesab etmək istəmişdir. O, Samirə istixanada işinin çox olduğunu və buna görə restorana gedə bilməyəcəyini demişdir. Lakin, Samir Abdullayev ona yenidən zəng edib təkrar restorana dəvət etmiş, bundan sonra o, restorana getmişdir. O, restorana girəndə Samir ilə İsmətin yeyib-içdiyini görmüşdür. O da əyləşmiş və yemək yeyərək spirtli içki qəbul etmişdir. Daha sonra o, Samirlə haqq-hesab edib saat 18:15 radələrində restorandan çıxmışlar. O, Samirlə birlikdə özünə məxsus yaşıl rəngli “VAZ-21011”markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. İsmət isə idarə etdiyi sarı rəngli “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Onlar Bakı-Qazax magistral avtomobil yolu ilə Şəmkir rayonu, Qədimqala kəndinə doğru yola düşmüşlər. İsmət qabaqda, onlar isə arxada getmişlər. Magistral yoldan Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına çatmamış İsmət qabağında olan və yolun sağ hissəsi ilə hərəkətdə olan “HOVO” markalı yük maşınını sol tərəfdən ötmə əməliyyatını icra edərək qəflətən yük maşınının qarşısında manevr edib Qədimqala kəndi istiqamətdə, yəni yolun sol tərəfindən sağ tərəfinə dönmüşdür. İsmət Qədimqala kəndinə dönüb yoluna davam etmişdir. Yük maşınının sürücüsü isə maşını yolun sağ hissəsində, torpaq yolda saxlayıb avtomobildən düşmüş, adını sonradan bildiyi Bağırov X14 arxasınca əlini uzadıb ona qarşı nalayiq ifadə işlətmişdir. Bunu görən Samir əsəbiləşmiş və ondan avtomobili saxlamağını istəmişdir. O isə Samirə İsmətin qəza şəraiti yaratdığı üçün Təqsirləndirilən şəxs haqlı olduğunu söyləmiş və avtomobili saxlamamışdır. Lakin, Samir avtomobil hərəkətdə olan vəziyyətdə qapını açıb avtomobildən düşmüş və Təqsirləndirilən şəxs tərəf getmişdir. O, dərhal avtomobili yolun sağ tərəfində saxlayıb avtomobildən düşərək Samirin arxasınca qaçmışdır. O, hadisə yerinə çatanda Samir ilə Rasim dartışaraq bir-birilərini vurmuşlar. O, Samirin belindən qucaqlayıb aralamağa çalışmışdır. Bu zaman ətrafda olan Rəşad adlı Qədimqala kənd sakini də köməyə gəlmiş və Rasimi tutub aralamağa çalışmışdır. X33 aralayarkən yenə mübahisə edərək birbirilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu zaman ərazidə xidmət aparan və xidməti avtomobil ilə Bakı-Qazax magistral avtomobil yolunun Bakı şəhəri istiqamətində hərəkətdə olan X37 xidmətinin əməkdaşları avtomobili saxlayıb nə baş verdiyini soruşmuşlar. O, üzünü polis əməkdaşlarına tutub danışan zaman birdən Samir qışqıraraq “kirvə, bu məni bıçaqladı”-deyə ona səslənmişdir. O, geri çevriləndə Samirin iki əli ilə qarın boşluğunu tutaraq yerdə oturduğunu görmüş,dərhal yaxınlaşıb Rasimi oradan kənarlaşdırmış, Rasim əlində olan bıçaqla öz avtomobilinə doğru getmiş bıçağı avtomobilə atmışdır. Polis əməkdaşları dərhal yoldan dönüb hadisə yerinə yaxınlaşmışlar. Bu zaman yoldan keçən “MersedesBenz” markalı avtomobilin tanımadığı sürücüsü avtomobili saxlamışdır. Onlar Samiri həmin “MersedesBenz” markalı avtomobil ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. “MersedesBenz” markalı avtomobildə Samirlə birlikdə Rəşad da getmişdir. O isə adını tam xatırlamadığı tanışının avtomobilinə əyləşərək onların arxasınca getmişdir. Onlar xəstəxanaya çatmış və həkimlər Samirə ilkin tibbi yardım göstərmişlər. Adını bilmədiyi həkim bir sıra dərmanların siyahısını yazıb ona verərək bunların alınmalı olduğunu demişdir. O, dərhal ətrafda olan aptekə getmiş və siyahıda olan dərmanları alıb geri qayıtmışdır. O, xəstəxanaya girəndə həkimlər Samiri liftlə Cərrahiyyə şöbəsinə aparmışlar. Samirin huşu yenə də yerində olmuşdur. Samir astaasta danışmışdır. X15 şöbəsində əməliyyat otağına aparmışlar və əməliyyat başlamışdır. Əməliyyat təxminən 15-20 dəqiqə davam etdikdən sonra həkim əməliyyat otağından çıxaraq Samirin artıq öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Samir Abdullayevə bıçaqla xəsarət yetirdikdən sonra Samirin qarın boşluğundan heç bir miqdarda qan axmamış və paltarları da qana bulaşmamışdır. Mübahisə zamanı o, X21 Bağırovun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, mərhum X12 onun qohumu olmuşdur. Samir və Vüsal həmin yük avtomobilləri ilə Azərbaycan-Türkiyə- Rusiya-Gürcüstan ölkələri arasında müxtəlif yüklər daşımışlar. Samir Abdullayev sakit, mehriban və xoş xasiyyət bir insan olmuş, lakin spirtli içki qəbul edərkən əsəbi olmuşdur. 08 aprel 2022-ci il tarixdə saat 09 radələrində Samir ona zəng edərək Türkiyə Respublikasına yük aparmaq üçün yük maşınını Azərbaycan Respublikasının Dağıstan Muxtar Respublikası ilə sərhədində olan gömrük məntəqəsinin dayanacağına qoyub evinə gəldiyini və evə çatdıqdan sonra istixanası üçün birlikdə örtük almağa getməyini ondan xahiş etmişdir. O da razılaşmış və kəndə çatan zaman ona xəbər etməsini söyləmişdir. O, idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənddə taksilik edir. Saat 11 radələrində Samir yenidən ona zəng etmiş və onlar istixanaya örtük almaq üçün Şəmkir şəhərinə, örtük istehsal edən sexə getmiş, 145 metr örtük sifariş edib geri qayıtmışlar. Onlar Qədimqala kəndi ərazisində yerləşən “Çinar” adlı kafeyə getmişlər. Onlar yemək sifariş etdikdən sonra Samir kirvəsi Şahid1 da zəng etmişdir. X38 ilə haqqhesab da etməli olmuşdur. Lakin Vüsal istixanada işinin çox olduğunu və buna görə restorana gələ bilməyəcəyini demiş, Samir Vüsala dörd dəfə zəng edib təkrar restorana çağırmış,bundan sonra Vüsal restorana gəlmişdir. Vüsal gələnə kimi o, Samirlə yemək yeyib xeyli spirtli içki qəbul etmişdir. Vüsal da gələrək onlarla yemək yeyərək spirtli içki qəbul etmişdir. Daha sonra Samirlə Vüsal haqq-hesab etmiş, saat təxminən 18:15-də xalası ona zəng etmiş, iftar üçün evə qonaqlar gələciyini və evə bir sıra lazımi şeylər alınmalı olduğunu demiş, buna görə də o, Samirlə Vüsala getməli olduğunu demişdir. Samirlə Vüsal da getmək istədiklərini söyləmiş və restorandan çıxmışlar. Vüsal Samirlə birlikdə özünə məxsus yaşıl rəngli “VAZ-21011”markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə, o isə idarə etdiyi sarı rəngli “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Onlar Bakı-Qazax magistral avtomobil yolu ilə Şəmkir rayonu, Qədimqala kəndinə doğru yola düşmüşlər. O, öndə, Vüsal ilə Samir isə arxada getmişlər. O, tələsdiyi üçün avtomobili bir az bərk sürmüşdür. Magistral yoldan Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına çatmamış o, önündə olan və yolun sağ hissəsi ilə hərəkətdə olan “HOVO” markalı yük maşınını sol tərəfdən ötmə əməliyyatını icra edərək qəflətən yük maşınının qarşısında manevr edib Qədimqala kəndi istiqamətində, yəni yolun sol tərəfindən sağ tərəfinə dönmüşdür. O, tələsdiyi üçün Qədimqala kəndinə dönüb yoluna davam etmişdir. O, mağazadan lazımi şeyləri alıb evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra, yəni saat 20 radələrində adını xatırlamadığı tanışı ona zəng edərək Samirin bıçaqlandığını bildirmişdir. O da dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmişdir. O, xəstəxanaya çatdıqda Vüsal Samirin əməliyyatda olduğunu demişdir. Təxminən 5-10 dəqiqə sonra adını bilmədiyi həkim əməliyyat otağından çıxaraq Samirin artıq öldüyünü bildirmişdir. O, xəstəxanada qohumlardan hadisənin necə baş verdiyini soruşduqda, qohumları Samirin onun qarşısında qəflətən manevr edərək döndüyü yük maşınının sahibi ilə mübahisə edərək dalaşdığını və adını sonradan bildiyi Təqsirləndirilən şəxs bıçaqla Samirin qarın boşluğuna zərbə endirərək xəsarət yetirdiyini söyləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və mərhum X7 əvvəllər tanımamışdır. 08 aprel 2022-ci il tarixdə o, Bakı-Qazax magistral avtomobil yolunun kənarında, Şəmkir rayonu, Qədimqala kəndinin girəcəyində dayanmışdır. Saat 19 radələrində magistral yolla Qazax rayonu istiqamətində hərəkətdə olan sarı rəngli “VAZ-2106” markalı avtomobil eyni istiqamətdə yolun sağ hissəsi ilə hərəkətdə olan “HOVO” markalı yük maşınını sol tərəfdən ötmə əməliyyatını icra edərək qəflətən yük maşınının qarşısında manevr edib Qədimqala kəndi istiqamətində, yəni yolun sol tərəfindən sağ tərəfinə dönmüşdür. Yük maşınının sürücüsü isə maşını yolun sağ hissəsində, torpaq yolda saxlayıb avtomobildən düşmüşdür. Yük maşınının sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs sonradan həmkəndlisi Şahid2 olduğunu bildiyi “VAZ-2106” markalı avtomobilin sürücüsünün arxasınca əlini uzadıb ona qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman həmkəndlisi Şahid1 məxsus yaşıl rəngli “VAZ-21011”markalı avtomobil də Qədimqala kəndinə tərəf dönmüşdür. Avtomobilin sağ qabaq hissəsində əyləşmiş, adını sonradan bildiyi X4 Qədimova avtomobili saxladaraq avtomobildən düşmüş və Təqsirləndirilən şəxs üstünə hücum etmişdir. Şahid1 da dərhal avtomobili yolun sağ tərəfində saxlayıb avtomobildən düşərək Samir Abdullayevin arxasınca qaçmışdır. X28 Bağırovla bir qədər mübahisə etdikdən sonra dalaşmağa başlamışlar. Samir ilə Rasim dartışaraq bir-birilərini vurmuşlar. Samir ilə Rasim bir-birilərini vurmaqla yanaşı, bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişlər. Vüsal Samirin belindən qucaqlayıb aralamağa çalışmışdır. Belə olan halda o, dərhal köməyə getmiş və Rasimi tutub aralamağa çalışmışdır. X33 aralayarkən Samirlə Rasim yenə mübahisə edərək bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Dava zamanı Samir Abdullayev sərxoş halda olmuşdur. Bu zaman ərazidə xidmət aparan və xidməti avtomobil ilə Bakı-Qazax magistral avtomobil yolunun Bakı şəhəri istiqamətində hərəkətdə olan X37 xidmətinin əməkdaşları avtomobili saxlayıb nə baş verdiyini soruşmuşlar. Bu zaman Samir “kirvə, bu məni bıçaqladı”-deyərək qışqırmışdır. O, geri çevriləndə Samirin iki əli ilə qarın boşluğunu tutaraq yerdə oturduğunu görmüşdür. Polis əməkdaşları dərhal yoldan dönüb hadisə yerinə yaxınlaşmışlar. Bu zaman yoldan keçən və davanı görüb avtomobilini saxlayan “MersedesBenz” markalı avtomobilin tanımadığı sürücüsü və o, Samiri həmin “MersedesBenz” markalı avtomobilə qoyaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Yol boyunca Samirin huşu özündə olmamışdır. Onlar Şəmkir rayonu Mərkəzi Xəstəxanasına çatmış və həkimlər Samirə ilkin tibbi yardım göstərmişlər. Samir özünə gələrək ayılmış və həkimlər Samiri liftlə Cərrahiyyə şöbəsinə aparmışlar. Samirin huşu yenə də yerində olmuş və asta-asta danışmışdır. X15 şöbəsində əməliyyat otağına aparmışlar. O isə xəstəxanadan ayrılıb evə qayıtmışdır. O, evə çatdıqdan sonra Samirin öldüyü xəbərini almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 08 aprel 2022-ci il tarixdə o, Şahid5 ilə birlikdə Bakı-Qazax magistral yolunda xidmət aparmışdır. Onlar Bakı-Qazax magistral avtomobil yolunun 395-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən yolun digər tərəfində üzü Qazax istiqamətində ağ rəngli “HOVO” markalı yük avtomobilinin dayandığını, avtomobilin ətrafında bir neçə şəxsin toplaşaraq mübahisə etdiyini görmüşlər. Bu zaman adını sonradan bildiyi X6 iki əli ilə qarın nahiyəsini tutaraq yerə oturmuşdur. Avtomobil yolunun tam ortasında beton arakəsmə olduğu üçün onlar hadisə yerindən təxminən 45-50 metr irəli gedərək beton arakəsmənin qurtaracağından geri qayıtmışlar. Onlar hadisə yerinə çatdıqda Samir Abdullayevin iki əli ilə qarın nahiyəsini tutaraq yerdə oturmuşdur. Samir Abdullayev halsız şəkildə “mən ölürəm, kömək eliyin”-deyə asta-asta danışmışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs isə əlindəki bıçağı idarə etdiyi “HOVO” markalı yük avtomobilinin sol qabaq qapısının içərisinə qoyub geri qayıtmışdır. Şahid5 dərhal Təqsirləndirilən şəxs idarə etdikləri xidməti avtomobilə əyləşdirmişdir. O isə hadisə yerində olan və yoldan keçən “MersedesBenz” markalı avtomobilin tanımadığı sürücüsü və hadisə yerində olan tanımadığı iki nəfər şəxslə birlikdə Samir Abdullayevi həmin “MersedesBenz” markalı avtomobilə əyləşdirərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. “Mersedes Benz” markalı avtomobildə Samir Abdullayev ilə birlikdə hadisə yerində olan tanımadığı şəxs də getmişdir. Daha sonra Şahid5 Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə Şəmkir rayon polis şöbəsinin Post patrul xidməti bölüyünün əməkdaşları gəlmişlər. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşlarına, onun idarə etdiyi “HOVO” markalı yük avtomobilini isə Şəmkir rayon polis şöbəsinə təhvil verdikdən sonra öz xidmət yerlərinə geri qayıdaraq xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli, 4(076)-55/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 aprel 2022-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədən səthində qarnın ön divarının sol yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əlatlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, Samir Abdullayevin ölümündən az əvvəl yetirilmiş, həyatı xəsarət aşkar edilmişdir. Ağırlıq dərəcəsinə görə qarnın ön divarının sol yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. X1 meyitinin bədənində aşkar edilmiş xəsarətin- qannın ön divarının sol yarısının daxilə keçən deşilmiş-kəsilmiş yaranın lokalizasiyasına və xarakterinə əsasən onu demək olur ki, xəsarət yetirilərkən zərərçəkən şəxslə xəsarət yetirən şəxs qarşı-qarşıya ayaqüstü düruş vəziyyətində olması daha çox ehtimal olunur.X6 ölümünə səbəb qarının ön divarının sol yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən deşilmiş- kəsilmiş yaranın tərətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X6 ölümü meyitin müayinəyə başlanmasından 2-3 saat baş vermişdir. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində l,4%o promilliqatılğmda etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. S.Abdullayevin qanında narkotik maddə və uyuşdurucu maddə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 aprel 2022-ci il tarixli 315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 24 may 2022-ci il tarixli, 197-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, İ. 1. Ekspertizaya təqdim edilmiş mərhum X8 məxsus idman gödəkçənin ön səthinin sol yaxalığında bir ədəd, poluverin ön səthinin orta nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlib- keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş mərhum X8 məxsus idman şalvarı və alt şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır.

3. Ekspertizaya təqdim edilmiş təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs məxsus iki ədəd gödəkçə, köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. İİ. 1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 13 may 2022-ci il tarixli, 239/2022—MTBŞ nömrəli rəyindən görünür ki, 1. X6 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ 3. Ekspertizaya təqdim edilmiş S.S. Abdullayevə məxsus qolsuz mayka, idman şal van və uzunqol koftasının ön sol aşağı hissəsində, bir ədəd bıçağm tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB(İV) qruplu bir şəxsə, o cümlədən X8 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda,bu ləkələrdə həmçinin Abeta(İİ) qruplu Təqsirləndirilən şəxs da(əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanı olması mümkündür. 4. Təqdim olunmuş S.S.Abdullayevin uzunqol koftasının boyun hissəsində və Təqsirləndirilən şəxs idman gödəkçəsi üzərində qan, S.S.Abdullayevə məxsus alt şalvarı və idman gödəkçəsi, Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkçə, uzunqol kofta və şalvar, bir ədəd bıçağın dəstəyi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleksməhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli, 395/132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əınəli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavrarhış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqalan ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranması səbəblərindən biri zbrərçəkmişləaralannda olan mübahisə ola bilərdi. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, protokolla götürülmüş dəstəyi bozumtul-sarımtıl rəngli taxta materialdan olan, ümumi uzunluğu 24 sm təşkil edən, gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş X1 hadisə vaxtı əynində olmuş boz rəngli uzunqol kofta, qara rəngli idman şalvarı və ağ rəngli mayka, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X6 hadisə vaxtı əynində olmuş yerliyi tünd yaşıl, sinə və hər iki qol nahiyəsi tünd göy rəngli olan idman gödəkcəsi və boz rəngli penjama şalvarı-gecə paltarı, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş yerliyi tünd göy, sinə və kürək nahiyəsi ağ rəngli olmaqla qol, döşaltı və kürək nahiyəsində 3 ədəd paralel çəkilmiş ağ rəngli xətləri olan idman gödəkcəsi, sol yuxarı döş nahiyəsində “R” yazılı emblemi olan qara rəngli gödəkcə, arxa boyun nahiyəsində “PORT collection” yazısı olan tünd göy rəngli uzunqol köynək və sağ arxa bel, sağ arxa cib və ön sağ cib nahiyəsində “BİLLİONAİRE” yazısı olan qara rəngli cins şalvar, 10 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqında protokolla götürülmüş 01 ədəd CD disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” barədə 08 aprel 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən 9 km məsafədə yerləşən Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən hissəsindədir. Hadisə yerinə Bakı-Qazax magistral avtomobil yolu ilə gedilir. Yolda təmirtikinti işləri aparıldığından yolun bəzi hissəsi daş və torpaq, bəzi hissəsi isə asfalt örtüklüdür. Yolun mərkəz xətti boyunca yol ayrıcı kəndir uzanır, həmçinin qoruyucu piltələr və müxtəlif yol nişanları düzülmüşdür. Gəncə şəhər istiqamətində dayandıqda yolun sol tərəfində Şəmkir rayonu Qədimqala kəndirlə bölünmüş, sağ tərəfində isə Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gedən torpaq örtüklü yol vardır. Hadisənin baş verdiyi yer üzü Gəncə şəhər istiqamətində dayandıqda Şəmkir rayonu, Qədimqala kəndinin giriş hissəsindən 25 metr, həmin istiqamətdə olan kəndin giriş hissəsindəki yolun sağ tərəfində şərti olaraq 01 (bir) nömrə ilə işarələnmiş elektrik dirəyi və elektrik transformatorundan 30 metr, kəndin girişində, yolun sol tərəfində qırmızı dam örtüklü, ikimərtəbəli fərdi yaşayış evinin qarşısındakı, şərti olaraq 02 (iki) nömrə ilə işarələnmiş elektrik dirəyindən 15 metr, şərti olaraq 03 (üç) nömrə ilə işarələnmiş qırmızı dam örtüklü, ikimərtəbəli fərdi yaşayış evinin həyətyanı sahəsindəki daş hasarın qurtaracağından (arxa tərəfindən) 10 metr, həmin fərdi yaşayış evinin arxa tərəfindəki şərti olaraq 04 (dörd) nömrə ilə işarələnmiş elektrik dirəyindən 20 metr məsafədə yerləşir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 aprel 2022ci il tarixli “meyitə baxış keçirilməsi” barədə protokoldan görünür ki, meyit kişi cinsli, Şəmkir rayonu, Qədimqala kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü X12 olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X30 şəxsinin Şəmkir rayon şöbəsinin meyitxanasında təşrih masası üzərinə uzadılmışdır. Meyitin əynində boz rəngdə üzərinə «Nike» sözləri yazılmış poliver, ağ rəngdə qolsuz mayka, qara rəngdə idmançı şalvarı, boz rəngli penjama-gecə paltarı, üzərində “NİKE” yazısı olan boz rəngli idman gödəkcəsi, qara rəngdə tursik və qara rəngdə corab vardır. Poliver və mayka ön səthində orta xətt üzrə qayçı ilə kəsik apanlaraq paltarlar çıxarıldı. Poliverin ətəyindən 7 sm yuxanda, sol yan tikişindən 19 sm sağda boylama istiqamətdə yerləşmiş 2,5x2,5 sm ölçüdə, maykanın ətəyindən 15 sm yuxanda sol yan tikişindən isə 13 sm sağda 2.3 sm ölçüdə, kənarlan hamar, dəlib keçən zərbələr vardır. Poliverin yaxalıq nahiyəsi kusuntu kütləsi ilə çirklənmişdir. Meyit kişi cinsli olub,düzgün bədən qurluşlu, kafi qidalıdır. Meyitin dəri örtüyü solğundur, avazımışdır. Meyitin boyu 180 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında inkişaf etməmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən, təzyiq kəsildikdə 5-10 saniyəyə bərpa olan, zəif inkişaf etmiş, adacıqlar şəklində qırmızımtıl-bənövşəyi rəngdə meyit ləkələri vardır. Başında tükləri 2-3 sm uzunluqda olub, qonur-qara rəngdədir, üzü nisbətən tüklüdür. Əllədikdə kəllə qapağı sümükləri tamdırlar. Xarici qulaq keçəcəkləri sərbəstdir. Meyitin gözləri qapalıdır, bəbəkləri dairəvi olub, 0,6 sm diametrindədir, ağlı qişaya qansızma yoxdur, qüzehli qişa parlaqdır. Əllədikdə burun sümük və qığırdaqlan tamdırlar. Burun dəliklərində hər hansı bir ifrazat yoxdur. Ağzı açıqdır, dili ağız boşluğunda sərbəst yerləşmişdir, dişləri təbidir və zədəsizdir. Ağız boşıuğunda, dilin üzərində qusuntu kütləsi vardır. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi yastılaşmış silindrik formada olub, simmetrikdir. Əllədikdə qabırğaları tamdırlar. Qarnıı qabırğa qövsləri səviyyəsindədir, bir qədər köplüdür. Qarnın ön divarında göbəkdən 5 sm solda, göbək səviyyəsində 2,5x0,7sm ölçüdə, kənarlan hamar, iti qurtaracaqlı, boylama istiqamətdə yerləşmiş yara vardır. Yaranın mənfəzindən 10 sm ölçüdə, bağırsaq ilgəyi və bağırsaq müsariqəsieventrasiyaolunmuşdur-bayıra çıxmışdır. Meyiti sağa sola çevirdikdə yaradan axıntı şəklində qan gəlir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzğün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmizdir. Yuxarı və aşağı ətraflar düzğün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Meyitin xarici müayinəsində başqa dəyişiklik və xəsarət aşkar edilməmişdir. X1 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Meyitin müayinəsi zamanı meyitin əynində olan boz rəngdə üzərinə «Nike» sözləri yazılmış poliver, ağ rəngdə qolsuz mayka, boz rəngli penjama-gecə paltarı, üzərində “NİKE” yazısı olan boz rəngli idman gödəkcəsi və qara rəngdə idmançı şalvarı cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “paltarlara baxış keçirilməsi və götürülməsi” barədə 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan yerliyi tünd göy, sinə və kürək nahiyəsi ağ rəngli olmaqla qol, döşaltı və kürək nahiyəsində 3 ədəd paralel çəkilmiş ağ rəngli xətləri olan idman gödəkcəsi, sol yuxarı döş nahiyəsində “R” yazılı emblemi olan qara rəngli gödəkcə, arxa boyun nahiyəsində “PORT collection” yazısı olan tünd göy rəngli uzunqol köynək və sağ arxa bel, sağ arxa cib və ön sağ cib nahiyəsində “BİLLİONAİRE” yazısı olan qara rəngli cins şalvar iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Paltarlara baxış keçirilməsi” barədə 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı X6 əynində olan boz rəngli uzunqol koftanın ümumi uzunluğu 65 sm, eni 138 sm təşkil edir. Kofta məhkəmə tibb eksperti tərəfindən orta xətt üzrə kəsilmişdir. Koftanın sol aşağı nahiyəsində 3 x 0,5 sm ölçüdə deşilmə izi vardır. Koftanın sol döş nahiyəsində “NİKE” yazısı, həmin şirkətə məxsus loqo, iç boyun nahiyəsindəki etiketin üzərində “NİKE” yazısı, həmin şirkətə məxsus loqo və müxtəlif bədən ölçüləri qeyd edilmişdir. Koftanın iç boyun nahiyəsi üzərində “NİKE” yazısı, həmin şirkətə məxsus loqo olan ağ rəngli emblemlə əhatə olunmuşdur. Koftanın hər iki qol və aşağı nahiyəsi manjetlidir. Koftanın hər iki çiyin, arxa boyun və kürək nahiyəsində qusuntu kütləsi vardır. Koftanın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Qara rəngli idman şalvarının ümumi uzunluğu 106 sm, eni 39 sm təşkil edir. Şalvarın ön hissəsində cibliklər vardır. Ciblər ağzı zəncirbəndlidir. Şalvarın sol bud nahiyəsində ağ rəngli emblem mövcuddur. Şalvarın iç bel nahiyəsində üzərində “NİKE” yazısı, həmin şirkətə məxsus loqo, müxtəlif bədən ölçüləri və yazılar qeyd edilmiş etiketlər vardır. Şalvar parça materialdan olmaqla bel nahiyəsi manjetlidir. Şalvar çirklidir və üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Ağ rəngli maykanın ümumi uzunluğu 65 sm, eni isə 44 sm təşkil edir. Mayka ön tərəfdən düz xətt üzrə kəsilmişdir. Mayka məhkəmə tibb eksperti tərəfindən orta xətt üzrə kəsilmişdir. Maykanın sol aşağı nahiyəsində 2,8x0,5 sm ölçüdə deşilmə izi vardır. Həmin deşilmə izinin ətrafında qanabənzər şübhəli ləkələr vardır. Mayka çirklidir və üzərində müxtəlif ləkələr vardır. Maykanın üzərində digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Hadisə zamanı Samir Abdullayevin əynində olan boz rəngli uzunqol kofta, qara rəngli idman şalvarı və ağ rəngli mayka iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindənqablaşdırılaraqgötürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “paltarlara baxış keçirilməsi və götürülməsi” barədə 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, yerliyi tünd yaşıl, sinə və hər iki qol nahiyəsi tünd göy rəngli olan idman gödəkcəsinin ümumi uzunluğu 72 sm, eni 156 sm təşkil edir. Gödəkcənin önü zəncirbəndli olub, hər iki yan və sol sinə hissəsində ciblər vardır. Hər üç ciblik zəncirbəndlə açılıb-bağlanır. Gödəkcənin sol döş nahiyəsində “NİKE” yazısı və həmin şirkətə məxsus loqo mövcuddur. Gödəkcənin iç boyun nahiyəsindəki etiketin üzərində “theathleticdept” yazısı və müxtəlif bədən ölçüləri olan ağ və narıncı rəngli etiket vardır. Bundan başqa gödəkcənin sol iç aşağı nahiyəsində üzərində “NİKE” yazısı, həmin şirkətə məxsus loqo və müxtəlif yazılar olan etiketlər vardır. Gödəkcənin hər iki yuxarı qol nahiyəsində ağ rəngli düz xətt vardır. Gödəkcənin üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Boz rəngli penjama şalvarı-gecə paltarının ümumi uzunluğu 101 sm, eni 41 sm təşkil edir. Şalvarın önündə üzərində “Z MADE İN CHİNA XXXXXL” yazısı olan qırmızı rəngli emblem vardır. Həmin emblemin altında uzunluğu 9 sm olan yarıq vardır. Şalvarın sol yuxarı nahiyəsində 1,5 sm uzunluqda olan cırılma izi vardır. Şalvar parça materialdan olmaqla hər iki ayaq və bel nahiyəsi manjetlidir. Şalvarın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Hadisə zamanı Samir Abdullayevin əynində olan yerliyi tünd yaşıl, sinə və hər iki qol nahiyəsi tünd göy rəngli olan idman gödəkcəsi və boz rəngli penjama şalvarı-gecə paltarı iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindənqablaşdırılaraqgötürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “avtomobilə baxış keçirilməsi” barədə 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “HOVO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı 3(üç) yerlik yük təyinatlı özüboşaldan yük avtomobili 2012-cı il buraxılış ili olmaqla, ağ rəngli, 2(iki) qapılıdır (avtomobilin ön sağ və sol tərəfində). Avtomobil 10 təkərli olmaqla, yük təyinatlıdır və avtomobilin yük yeri qum ilə yüklənmişdir. Qumun üzəri, yəni yük yerinin üstü örtüklə örtülmüşdür. Avtomobilin kabinəsi 3 (üç) yerlik olmaqla, oturacaqların arxasında istirahət üçün nəzərdə tutulmuş yataq yeri vardır. Avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapısının daxili saxlanc yerində 1 (bir) ədəd mətbəx bıçağı aşkar olundu. Təqsirləndirilən şəxs əli ilə avtomobili göstərərək hadisə zamanı “HOVO” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etdiyini, mərhum Samir Abdullayevi avtomobilin qabaq sol qapısının daxili saxlanc yerində olan mətbəx bıçağı ilə xəsarət yetirərək öldürdüyünü bildirdi. Avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapısının daxili saxlanc yerində aşkar edilmiş bıçağa baxış keçirilərkən müəyyən edildi ki, dəstəyi bozumtul-sarımtıl rəngli taxta materialdan olan, ümumi uzunluğu 24 sm təşkil edən, gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq tərəfimizdən aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqlagötürülmüşdür. Bıçağın dəstəyinin uzunluğu 12 sm, eni 2,5 sm, qalınlığı isə 1,5 sm təşkil edir. Dəstəyin üst hissəsində bıçağın tiyəsinin yerləşməsi üçün xüsusi oyma vardır. Bıçağın tiyəsi 3 ədəd millə dəstəyə bərkidilmişdir. Bıçağın tiyəsi iti və küt kənardan ibarət olub, uzunluğu 12 smdir. Tiyənin küt tərəfi 7,4 sm məsafədə, düz xətt formalıdır. Sonra kor bucaq altında aşağı enərək iti ucla birləşir. Tiyənin iti tərəfi əsasından başlayaraq 6 sm məsafədə düz xətt şəklində gedir, sonra rəvanlıqla aşağıdan yuxarıya doğru qalxaraq küt tərəflə birləşib, kəskin iti uc əmələ gətirir. Tiyənin sağ və sol yan səthində qəhvəyimtil rəngdə qanabənzər şübhəli ləkələr vardır. Bıçağın tiyəsinin sol yan səthində “JİN LANG DE” sözləri yazılmışdır. Bıçağın tiyəsinin eni ucundan başlayaraq 1 sm məsafədə 0,9 sm, 2 sm məsafədə 1,7 sm, 3 sm məsafədə 2 sm, 4 sm məsafədə 2,3 sm, 5 sm məsafədə 2,5 sm, sonrakı məsafələrdə 2,5 sm təşkil edir. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindənavtomobilə baxış zamanı aşkar edilərək götürülmüş bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Yevlax şəhərində yerləşən qum karxanasından tikinti təyinatlı qumu idarə etdiyi “HOVO” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax magistral avtomobil yolu ilə Şəmkir rayonuna daşıdığını, saat 18:30 radələrində Bakı- Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yaşıl rəngli “VAZ 21011” markalı avtomobilin sürücüsünün onun sol tərəfindən ötmə əməliyyatını icra edərək gözləmədiyi halda Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına dönmək üçün qarşısında qəflətən manevr edərək qəza şəraiti yaratdığını, o, yük avtomobilini çətinliklə dayandıraraq baş verəcək qəzanın qarşısını aldığını, həmçinin sürücünün Qədimqala kəndinə tərəf ayrılan yola tərəf dönüb kəndin içərisinə daxil olduğunu, o, idarə etdiyi yük avtomobili ilə təxminən 30-40 metr irəli gedərək yolun sağ kənarında, torpaq yolda avtomobilin hərəkətini dayandırıb kabinədən düşdüyünü, ətrafa göz gəzdirdikdən sonra yenidən idarə etdiyi yük avtomobilinə mindiyini, yola düşmək istəyərkən X6 onu əli və fitlə səslədiyini müşahidə etdiyini, avtomobildən düşüb Samir Abdullayevə tərəf yaxınlaşdıqdan sonra yaranmış qəza şəraiti ilə əlaqədar mübahisə etdiklərini, mübahisə zamanı Samir Abdullayevin onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün idarə etdiyi yük avtomobilində olan mətbəx bıçağını götürərək Samir Abdullayevin qarın nahiyəsinə zərbə endirərək xəsarət yetirdiyini bildirmiş, mübahisənin yaranmasına səbəb olmuş qəza şəraitinin yarandığı, idarə etdiyi yük avtomobilini saxladığı, Samir Abdullayevə yaxınlaşaraq onunla mübahisə etməyə başladığı və sonuncuya bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində başqa hər hansı şəxsin iştirak edib-etmədiyi barədə suallar verilmiş, sonuncu hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 09 aprel 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “diskə baxış keçirilməsi” barədə 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən CD-R diskin ümumi həcmi 700 meqabayıt həcmindədir. Diskin daxilində olan video görüntünün ümumi həcmi 358 meqabayıt olmaqla, diskdə olan boş yerin həcmi 342 meqabayıt təşkil edir. Diskin içərisində 3 ədəd fayl vardır. “20220408_193557kadr-1_ch1.avi” adlı 1-ci fayla daxil olduqda 4 dəqiqə 2 saniyə həcmində olan videogörüntü vardır. Baxış zamanı qeydə alınmış videogörüntünün üzərində qeyd edilmiş saatla reallıqda olan vaxt arasında ziddiyət vardır. Video görüntüdə qeyd edilmiş tarix 08 aprel 2022-ci il saat 19:35:57-dən başlayır. Həmin tarix reallıqda 08 aprel 2022-ci il saat 18:30 radələrinə uyğun gəlir.Videogörüntüyə baxış keçirilən məlum olmuşdur ki, video X34 xidməti avtomobilinin ön şüşəsində olan videokameradan çəkilmişdir. Videogörüntüyə baxış keçirilərkən məlum olur ki, video X34 əməkdaşlarının Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyində, Bakı şəhəri istiqamətində hərəkətdə olmaları ilə başlayır, videogörüntünün 8-ci saniyəsində yolun əks istiqamətində 1 ədəd ağ rəngli “HOVO” markalı yük avtomobilinin və gümüşü rəngli “MercedesBenz” markalı minik avtomobilinin dayandığı, sözügedən avtomobillərin ətrafında bir neçə nəfər şəxsin olduğu müəyyən edilir, videogörüntünün 18-ci saniyəsində yaşıl rəngli “VAZ 21011” markalı avtomobil müşahidə edilir. Videodan görünür ki, polis əməkdaşları xidməti avtomobilləri ilə yolun əks tərəfinə keçərək avtomobillərə yaxınlaşır. Videonun 21-ci saniyəsində X6 iki əli ilə qarın nahiyəsini tutaraq “MercedesBenz” markalı minik avtomobilinin sol qabaq yan hissəsinə söykəndiyi, Şahid1 və Şahid3 ona kömək etməyə çalışdığı və Təqsirləndirilən şəxs isə ağ rəngli “HOVO” markalı yük avtomobilinin yanında dayandığı müşahidə edilir. Daha sonra X34 əməkdaşları xidməti avtomobillərini ağ rəngli “HOVO” markalı yük avtomobilinin yanında saxlayır. Təqsirləndirilən şəxs isə asta-asta hadisə yerinə tərəf irəliləyir. Videogörüntünün 2 dəqiqə 3-cü saniyəsində hadisə yerində olan gümüşü rəngli “MercedesBenz” markalı minik avtomobilinin xəbərdaredici işıqları yandıraraq Qazax rayonu istiqamətində hərəkət etdiyi görünür. Videogörüntünün 3 dəqiqə 43-cü saniyəsində Təqsirləndirilən şəxs telefonla danışaraq yük avtomobilinə yaxınlaşdığı və avtomobilin qapısının açaraq əynində olan yerliyi tünd göy və kürək nahiyəsi ağ rəngli olanidman gödəkcəsini soyunaraq avtomobilə qoyduğu və Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 9-cu tağımının yol-patrul xidməti inspektoru, polis baş serjantı Şahid5 da telefonla danışaraq onun arxasınca getməsi müşahidə edilir.Videogörüntünün 1-ci faylına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər fakt və ya hal müəyyən edilməmişdir. “20220408_194000kadr-2_ch1.avi” adlı 2-ci fayla daxil olduqda 10 dəqiqə həcmində olan videogörüntü vardır. Videogörüntüyə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan yerliyi tünd göy və kürək nahiyəsi ağ rəngli olanidman gödəkcəsini soyunaraq yük avtomobilinə qoyub telefonla danışmağa davam edərək yük avtomobilinin qabaq tərəfinə keçir. Yol patrul xidmətinin avtomobili isə yerini dəyişərək yük avtomobilinin arxasında dayanır. Videogörüntünün 1 dəqiqə 3-cü saniyəsində Yol patrul xidmətinin avtomobili yenə yerini dəyişərək yük avtomobilinin qabağında dayanır. Videogörüntünün 2ci faylına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər fakt və ya hal müəyyən edilməmişdir. “20220408_195000kadr-3_ch1.avi” adlı 3-cü fayla daxil olduqda 9 dəqiqə 23 saniyə həcmində olan videogörüntü vardır. Videogörüntüyə baxış zamanı məlum olmuşdur ki, videogörüntünün 4-cü saniyəsində post patrul xidmətinin avtomobili Qazax rayonu istiqamətində hərəkət edərək Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə aparır. Videogörüntünün 4 dəqiqə 2-ci saniyəsində Post Patrul Xidmətinin xidməti avtomobili yaxınlaşır və Post Patrul Xidmətinin əməkdaşı avtomobildən düşür. Videogörüntünün 7 dəqiqə 54-cü saniyəsində Post Patrul Xidmətinin 2 nəfər əməkdaşı avtomobilə əyləşir və videogörüntünün 8 dəqiqə 4-cü saniyəsində digər Post Patrul Xidmətinin xidməti avtomobili ilə birlikdə Qazax rayonu istiqamətində hərəkət edirlər. Videogörüntünün 8 dəqiqə 46-cı saniyəsində X37 xidmətinin avtomobili Qazax rayonu istiqamətində hərəkətə başlayır, daha sonra yolun orta hissəsində dayanaraq birazgözlədikdən sonra videogörüntünün 9 dəqiqə 8-ci saniyəsində yenidən hərəkət edir. Videogörüntünün 3-cü faylına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər fakt və ya hal müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 aprel 2022ci il tarixli protokoldan görünür ki, protokolla rəsmiləşdirilmiş 1 ədəd «disk» öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, üzərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “avtomobilə baxış keçirilməsi” barədə 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X6 Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıldığı və X13 məxsus “MersedesBenz” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı 4(dörd) yerlik minik avtomobili gümüşü rəngli, 4(dörd) qapılıdır (iki qapı avtomobilin ön sağ və sol, iki qapı arxa sağ və sol tərəfində). X18 əli ilə avtomobili göstərərək həmin avtomobil ilə hadisə zamanı, yəni 08 aprel 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Qədimqala kəndi ərazisindən keçən hissəsi ilə üzü Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində ağ rəngli “HOVO” markalı yük avtomobilinin dayandığını, avtomobilin ətrafında isə bir neçə şəxsin toplaşdığını görmüş, o, avtomobili yolun sağ hissəsinə çəkərək sürətini azaldıb avtomobili saxlamış, Samir Abdullayevin iki əli ilə qarın nahiyəsini tutaraq avtomobilin qabağına, daha sonra sol yan hissəsinə yaxınlaşaraq yerdə oturduğunu görmüş, daha sonra hadisə yerində olan digər şəxslərlə köməkli şəkildə Samir Abdullayevi idarə etdiyi “MersedesBenz” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfində əyləşdirib Şəmkir rayon Mərkəzi Xəstəxanasına apardığını bildirmişdir. Avtomobilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 23 aprel 2022-ci il tarixli, 2466 nömrəli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 1(088)-253/2016 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 1(088)-253/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 190-12843-1222 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu, Qədimqala kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü X12 tərəfindən və ya onun barəsində Şəmkir rayon polis şöbəsinə hər hansı bir müraciət daxil olmamış, eləcə də barəsində təqsirləndirici material araşdırılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində olan 25 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının 26 aprel 2022-ci il tarixli, 92 nömrəli arayışından görünür ki, Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayon Mərkəzi Xəstəxanasının 23 aprel 2022-ci il tarixli, 73 nömrəli arayışından görünür ki, Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Bağırov X11 şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 30 aprel 2022-ci il tarixli, 120-13961-1222 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə heç bir müraciəti daxil olmayıb və onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində heç bir təqsirləndirici material araşdırılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsində təqsirləndirici və sair mənfi cəhətdən səciyyələndirilən material olmamışdır. 05 may 2022ci il tarixli, 157 nömrəli arayışından görünür ki, Bağırov X11 rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda dayanır onun barəsində icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin 05 may 2022-ci il tarixli, 2017 nömrəli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon icra hakimiyyəti başçısının Məhsəti qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin küçə üçlüyünün 06 may 2022-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon icra hakimiyyəti başçısının Məhsəti qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin küçə üçlüyünün 06 may 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində üçlüyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 568/2022 nömrəli məktubundan görünür ki, Bağırov X11 rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 1(030)-08/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 32/10 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci rayon polis şöbəsinin 11 aprel 2022-ci il tarixli, 121-14111-1222 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinə heç bir müraciəti daxil olmayıb və onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci rayon polis şöbəsində heç bir təqsirləndirici material araşdırılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 07 iyul 2022-ci il tarixli, 190-22259-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən hissəsində X12 bıçaqla qəsdən öldürən zaman ətrafda Şahid1 və Şahid3 olmuş,Təqsirləndirilən şəxs X12 ilə amansız rəftar etmə, ləyaqətinin mütəmadi alçaldılması, qeyd edilən şəxs və ya şəxslərin təhqir edilməsi, hədə-qorxu gəlmə halları müəyyən edilməmiş, Təqsirləndirilən şəxs spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyinin olması, eləcə də X7 qəsdən öldürməzdən əvvəl yaxın qohumları, eləcə də digər şəxslərlə qarşılıqlı münasibətində və ailə daxili hər hansı bir probleminin olması, Təqsirləndirilən şəxs cinayət törtəməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs(lər) olması müəyyən edilməmiş və hadisədən əvvəl Təqsirləndirilən şəxs ilə X6 arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPMnin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib zərərçəkmiş şəxsin onun ailə üzvlərini təhqir etdiyinə görə onu bıçaqla vurduğunu bildirməsi Şahid1 və digər şahidlərin ifadələri ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün verdiyi ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Samir Abdullayevi cüzi səbəbə görə bıçaqla vurub öldürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs Daşkəsən rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə hesab edir ki,təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətdiyindən və məhkumuluğu ödənilmədən hazırkı cinayəti törətdiyindən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq yenidən qəsdən xüsusilə ağır cinayət əməli törətməsi cinayətlərin xüsusi təhlükəli residivi olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə Təqsirləndirilən şəxs azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının çəkilmə müddətinin başlanğıcı 08 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan dəstəyi bozumtul-sarımtıl rəngli taxta materialdan olan, ümumi uzunluğu 24 sm təşkil edən, gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq məhv edilməli, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş X1 hadisə vaxtı əynində olmuş boz rəngli uzunqol kofta, qara rəngli idman şalvarı və ağ rəngli mayka, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X6 hadisə vaxtı əynində olmuş yerliyi tünd yaşıl, sinə və hər iki qol nahiyəsi tünd göy rəngli olan idman gödəkcəsi və boz rəngli penjama şalvarı-gecə paltarı hüquqi varisinə qaytarılsın imtina etdikdə məhv edilməli, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş yerliyi tünd göy, sinə və kürək nahiyəsi ağ rəngli olmaqla qol, döşaltı və kürək nahiyəsində 3 ədəd paralel çəkilmiş ağ rəngli xətləri olan idman gödəkcəsi, sol yuxarı döş nahiyəsində “R” yazılı emblemi olan qara rəngli gödəkcə, arxa boyun nahiyəsində “PORT collection” yazısı olan tünd göy rəngli uzunqol köynək və sağ arxa bel, sağ arxa cib və ön sağ cib nahiyəsində “BİLLİONAİRE” yazısı olan qara rəngli cins şalvar ona qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2022-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan dəstəyi bozumtul-sarımtıl rəngli taxta materialdan olan, ümumi uzunluğu 24 sm təşkil edən, gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq məhv edilsin. xx.xx.2022ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş X1 hadisə vaxtı əynində olmuş boz rəngli uzunqol kofta, qara rəngli idman şalvarı və ağ rəngli mayka, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X6 hadisə vaxtı əynində olmuş yerliyi tünd yaşıl, sinə və hər iki qol nahiyəsi tünd göy rəngli olan idman gödəkcəsi və boz rəngli penjama şalvarı-gecə paltarı hüquqi varisinə qaytarılsın imtina etdikdə məhv edilsin. xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş yerliyi tünd göy, sinə və kürək nahiyəsi ağ rəngli olmaqla qol, döşaltı və kürək nahiyəsində 3 ədəd paralel çəkilmiş ağ rəngli xətləri olan idman gödəkcəsi, sol yuxarı döş nahiyəsində “R” yazılı emblemi olan qara rəngli gödəkcə, arxa boyun nahiyəsində “PORT collection” yazısı olan tünd göy rəngli uzunqol köynək və sağ arxa bel, sağ arxa cib və ön sağ cib nahiyəsində “BİLLİONAİRE” yazısı olan qara rəngli cins şalvar ona qaytarılmalı, imtina edildikdə isə məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar