Məhkəmə qərarları › İş №1(100)-357/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-357/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-357/2024 27.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlundan və Məmmədov Abdulla Elşad oğlundan ibarət məhkəmə tərkibinə həvalə edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı məhkəmənin tərkibinə daxil olan hakimlər Ələkbərli Roman Nəriman oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlu özü-özlərinə etiraz etmişlər. Məhkəmə, həmin etirazla bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, məhkəmə tərkibi özü-özlərinə etiraz etdiklərindən etiraz məsələsinin həll edilməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayəttəqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü özünə və ya ona edilmiş etiraz apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq qeyd edilən cinayət işi üzrə məhkəmə tərkibinin özü-özlərinə verdikləri etirazabaxılması üçün cinayət işinin materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Cinayət işinin baxılmasının həvalə edildiyi məhkəmə tərkibinin hakimlərinin (Ələkbərli Roman Nəriman oğlunun (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlunun və Məmmədov Abdulla Elşad oğlunun) özü-özlərinə verdikləri etirazabaxılması üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar