Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-358/2022 28.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X7 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs kimi tutulanadək ünvan 2nvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,774 qram, 0,362 qram, 0,412 qram, 0,393 qram, 0,368 qram, 0,364 qram, 0,442 qram, 0,365 qram, 0,391 qram, 0,397 qram, 0,375 qram, 0,396 qram, 0,348 qram, 0,142 qram olmaqla ümumi təmiz çəkisi 5,529 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ayrı-ayrılıqda təmiz çəkiləri 10,411 qram, 0,310 qram, 0,375 qram, 0,407 qram, 0,364 qram, 0,382 qram, 0,381 qram, 0,358 qram, 0,391 qram, 0,110 qram, 0,341 qram, 0,249 qram olmaqla ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 0,16 qram, 1,44 qram olmaqla ümumi təmiz çəkisi 1,6 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvan 3 ünvanında yerləşən evin yataq otağındakı çəkməcənin üzərində saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Qarabağ küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,774 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı həmin evin yataq otağındakı çəkməcənin üzərindən 13 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,412 qram, 0,393 qram, 0,368 qram, 0,364 qram, 0,442 qram, 0,365 qram, 0,391 qram, 0,397 qram, 0,375 qram, 0,396 qram, 0,348 qram, 0,142 qram olmaqla ümumi təmiz çəkisi 4,755 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11 ədəd şəffaf polietilen kəsiyi bükmlərində və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,411 qram, 0,310 qram, 0,375 qram, 0,407 qram, 0,364 qram, 0,382 qram, 0,381 qram, 0,358 qram, 0,391 qram, 0,110 qram, 0,341 qram, 0,249 qram olmaqla ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram və 1 ədəd yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,44 qram olmaqla ümumi təmiz çəkisi 1,6 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ünvan 2nvanında yaşamışdır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq özünü dolandırmışdır. Uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 02 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək Bakı şəhərində olan zaman “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanıyıb əlaqə saxladığı şəxsdən 15 büküm metamfetamin, 15 büküm heroin, 1 ədəd yarı bölünmüş kibrit qutusunda və 1 ədəd qara rəngli kağız bükümdə qurudulmuş marixuana alaraq onları 05 aprel 2022-ci il tarixdə axşam saatlarında Bərdə şəhərində yaşadığı evə gətirmişdir. Bu barədə heç kimə məlumat vermədən aldığı narkotik vasitə və psixotrop maddələri həmin vaxtdan yaşadığı evin yataq otağında olan çəkməcənin üzərində saxlamışdır. Yataq otağında qanunsuz kütələr saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Həmin vaxtdan içərisində heroin olan bükümlərin 3-nü, metamfetamin olan bükümlərin isə 1-ni istifadə etmişdir. 06 aprel 2022-ci il tarixdə içərisində metamfetamin olan bükümlərdən nisbətən böyük olanını istifadə etmək məqsədilə əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 15:00 radələrində yaşadığı küçtlədə olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirərək Bərdə rayon polis şöbəsinə aparmışlar. Saat 15:30 radələrində polis şöbəsinə gətirildikdən sonra üzərində psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Rəhim Ağamalıyev də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı qanunsuz kütlə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, üzərində olan bükümü əynindəki şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoyub içərisində metamfetamin olduğunu etiraf etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi bükümü haradan əldə etdiyi soruşulduqda, Bakı şəhərində “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, lakin tanımadığı şəxsdən aldığını, həmçinin yaşadığı ünvanda da metamfetamin, heroin və marixuana saxladığını demişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Saat 16:00 radələrində polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvana yollanmışlar. Evin darvazası qarşısına çatdıqda polis əməkdaşları ondan baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuş, o isə bu barədə ərizə yazıb imzalamaqla baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra iştirakçılarla birgə yaşadığı ünvana daxil olmuşdur. Daha sonra evin ikinci mərtəbəsinə qalxaraq qonaq otağına daxil olunmuşdur. Ondan yataq otağının harada yerləşdiyi soruşularkən, polis əməkdaşlarına qonaq otağının baş tərəfində olan otağı göstərib orada yatdığını söyləmişdir. Yataq otağına daxil olduqdan sonra ona narkotik vasitə və psixotrop maddələri harada saxlaması barədə sual verilmiş, həmin vaxt otaqdakı üçgözlü çəkməcəni göstərib üzərində olan bükümlərin içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Əslində isə otaqda olan qurudulmuş marixuana və şüşə boru ona məxus olub, təziq olunduğu üçün etirafedici ifadə verib. Evlərinə iki dəfə baxış keçirilib, birinci dəfə heçnə aşkar olunmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən daxili işlər orqanlarında xidmət edir. 2022-ci ilin fevral ayından Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 06 aprel 2022-ci il tarixdə polis şöbəsinə Bərdə şəhəri Qarabağ küçəsində yaşayan 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Yusif Əliyevin, İctimai təhlükəsizlik bölməsinin sahə nəfəri Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilərək Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Saat 15:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Qarabağ küçəsində saxlanılaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu bildirilmiş və Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi olduğuna görə polis əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı qeyd olunmuşdur. Şəxsi axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Rəhim Ağamalıyev də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilərək müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoyub içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarış həyata keçirilsə də, heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü haradan əldə etdiyi soruşulduqda, Bakı şəhərində “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsdən aldığını, həmçinin yaşadığı evin yataq otağında da metamfetamin, heroin və marixuana saxladığını etiraf etmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış, ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə təhqiqatçının tərtib etdiyi protokolu imzalamışdır. Saat 16:00 radələrində o, adlarını qeyd etdiyi polis əməkdaşları və vəkil Rəhim Ağamalıyev ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışdır. Həmin ünvanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar baxış keçirilməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulduqda, bu barədə tərtib edilmiş ərizəni imzalamaqla heç bir etirazı olmadığını demişdir. Bundan sonra polis əməkdaşlarının iştirakları ilə baxış keçirilməsinə başlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs darvazadan həyətə keçib evin ikinci mərtəbəsinə qalxaraq qonaq otağına daxil olmuş vdur. Bu zaman Təqsirləndirilən şəxs yataq otağının harada yerləşdiyi soruşulmuş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına qonaq otağının baş tərəfində olan otağı göstərib orada yatdığını söyləmişdir. Yataq otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri harada saxlaması ilə bağlı sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs otaqdakı üçgözlü çəkməcəni göstərib üzərində olan bükümlərin içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Bundan sonra həkim bükümlər, həmçinin içərisində marixuana olan kağız büküm, yarı bölünmüş siqaret qutusu və içərisinə metamfetamin doldurub istifadə edildiyi bildirilən şüşə boru götürülmüşdür. Bükümlər elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bunun ardınca təhqiqatçı tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş və baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində olarkən “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı şəxsdən aldığını söylədiyini bildirmiş,narkotik vasitələrin aşkar edilməsində özü şəxsən olmayıb, evə iki dəfə baxılıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Şahid5 ilə birlikdə ünvan 2nvanında yaşayır. Təqsirləndirilən şəxs anasıdır. İntiqam rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmaqla ailələrini dolandırmışdır. Onun İntiqamın narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsindən və qanunsuz olaraq yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamasından xəbəri olmamışdır. Oğlu İntiqam 06 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində yaşadıqları küçədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi səbəbindən polis şöbəsinin inzibati binasına aparılmışdır. Sonradan onlara məlum olmuşdur ki, polis şöbəsində İntiqamın üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa həmin gün saat 16:00 radələrində İntiqam polis əməkdaşları ilə birgə yaşadıqları evə gəlmiş, evin ikinci mərtəbəsində yerləşən yataq otağına baxış keçirilərkən oradakı çəkməcənin üzərindən bükümlər halında narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Ancaq nə onun, nə də Raminin İntiqamın yataq otağında qanunsuz kütlələr saxlamasından məlumatı olmamışdır. Həmçinin onun oğlu Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri kimdən, harada və nə zaman əldə etməsi, kiməsə narkotik vasitə və psixotrop maddə satıb-satmaması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 07 aprel 2022-ci il tаriхli 16/399 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,774 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş 13 büküm metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan zərfdəki 13 (on üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,412 qram, 0,393 qram, 0,368 qram, 0,364 qram, 0,442 qram, 0,365 qram, 0,391 qram, 0,397 qram, 0,375 qram, 0,396 qram, 0,348 qram, 0,142 qram, ümumi təmiz çəkisi 4,755 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroinə bənzər kütlələr..” sözləri və imzalar olan zərfi açdıqda içərisində 11 (on bir) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,411 qram, 0,310 qram, 0,375 qram, 0,407 qram, 0,364 qram, 0,382 qram, 0,381 qram, 0,358 qram, 0,391 qram, 0,110 qram, 0,341 qram, 0,249 qram, ümumi təmiz çəkisi 14,079 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 (ədəd) qara rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş yarım kibrit qutusunda marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,44 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş psixotrop maddə istifadə etmək üçün xüsusi hazırlanmış..” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd baş hissəsinə boru formalı plastik keçirilmiş şüşə borunun içərisində metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli 617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktik qеydiyyаtа alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,774 qram olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nvanına 06 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin evin yataq otağında saxladığı 13 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 4,755 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 11 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, 1 qara rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, 1 ədəd yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,44 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı və 1 ədəd baş hissəsinə boru formalı plastik keçirilmiş şüşə borunu təqdim etmiş, həmin bükümlər və şüşə boru müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 08 dəqiqə 30 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,774 qram olan psixotrop maddə metamfetamini təqdim etməsi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 21 dəqiqə 38 saniyə müddətində davam edən videogörüntülərdə 06 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nvanına videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında saxladığı 13 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 4,755 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 11 ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə ümumi təmiz çəkisi 14,079 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, 1 qara rəngli kağız bükümdə təmiz çəkisi 0,16 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, 1 ədəd yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,44 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd baş hissəsinə boru formalı plastik keçirilmiş şüşə borunu təqdim etməsi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 aprel 2022ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 16 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə saxladığı müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 25 aprel 2022-ci il tarixli 2393 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2nvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 19 iyun 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,724 qram olan psixotrop maddə - metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,362 qram, 0,343 qram, 0,318 qram, 0,314 qram, 0,392 qram, 0,315 qram, 0,341 qram, 0,347 qram, 0,325 qram, 0,346 qram, 0,298 qram və 0,092 qram olmaqla ümumi təmiz çəkisi 4,105 qram olan psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 10,361 qram, 0,260 qram, 0,325 qram, 0,357 qram, 0,314 qram, 0,332 qram, 0,331 qram, 0,308 qram, 0,341 qram, 0,060 qram, 0,291 qram, 0,199 qram olmaqla ümumi təmiz çəkisi 13,479 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 0,14 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1,42 qram olan narkotik vasitə - qurudulmuş marixuana və içərisində metamfetamin izləri olan, baş hissəsinə boru formalı plastik keçirilmiş 1 ədəd şüşə boru, şəxsi axtarış və götürmə aparılması və baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk 05 iyul 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələrin yalnız qurudulmuş marixuana ona məxsus olması, onu da öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması, evlərinə iki dıfı baxış keçilməsini ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda aşkar edilərək götürməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və qanunsuz olaraq əldə edib, uzun müddət daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 06 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,724 qram olan psixotrop maddə - metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,362 qram, 0,343 qram, 0,318 qram, 0,314 qram, 0,392 qram, 0,315 qram, 0,341 qram, 0,347 qram, 0,325 qram, 0,346 qram, 0,298 qram və 0,092 qram olmaqla ümumi təmiz çəkisi 4,105 qram olan psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 10,361 qram, 0,260 qram, 0,325 qram, 0,357 qram, 0,314 qram, 0,332 qram, 0,331 qram, 0,308 qram, 0,341 qram, 0,060 qram, 0,291 qram, 0,199 qram olmaqla ümumi təmiz çəkisi 13,479 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 0,14 qram olan narkotik vasitə - qurudulmuş marixuana, təmiz çəkisi 1,42 qram olan narkotik vasitə qurudulmuş marixuana və içərisində metamfetamin izləri olan, baş hissəsinə boru formalı plastik keçirilmiş 1 ədəd şüşə boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Bərdə Rayon polis Şöbəsi və“Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,724 qram olan psixotrop maddə - metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,362 qram, 0,343 qram, 0,318 qram, 0,314 qram, 0,392 qram, 0,315 qram, 0,341 qram, 0,347 qram, 0,325 qram, 0,346 qram, 0,298 qram və 0,092 qram olmaqla ümumi təmiz çəkisi 4,105 qram olan psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 10,361 qram, 0,260 qram, 0,325 qram, 0,357 qram, 0,314 qram, 0,332 qram, 0,331 qram, 0,308 qram, 0,341 qram, 0,060 qram, 0,291 qram, 0,199 qram olmaqla ümumi təmiz çəkisi 13,479 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 0,14 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1,42 qram olan narkotik vasitə - qurudulmuş marixuana və içərisində metamfetamin izləri olan, baş hissəsinə boru formalı plastik keçirilmiş 1 ədəd şüşə boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Bərdə rayon Polis Şöbəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-358/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-358/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver