Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-358/2023 08.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 1 dekabr 1981-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, evdar qadın, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri, Nizami küçəsi, döngə 5 ev 1-də qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X8 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X10 Günay Vaqif qızı ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb Türkiyə Respublikasının Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa,Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X8 və qardaşı X9 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Arzu Qəhrəmanova 2017-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Kəpəz rayonu ərazisində ünvanı istintaqla araşdırılan kirayə götürdüyü mənzildə Zərərçəkmiş şəxs onun 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Bursa şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra qrupun digər üzvü Rəşad Qəhrəmanovla birlikdə bütün yol xərclərini ödəyərək onu 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla Rəşad Qəhrəmanovla birlikdə 01 fevral 2017ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən Bursa şəhərinə gedib-gəlmiş, 2018-ci ildən etibarən Türkiyə Respublikası Bursa şəhərinə gedərək orada yaşamışdır. Bacısı Arzu da tez-tez Bursa şəhərinə gedib gəlmiş orada tapdığı kişi müştərilərlə görüşüb pul qarşılığında cinsi əlaqədə olmuş, maddi ehtiyaclarını ödəmişdir. Özü 2016-cı ildən Türkiyə vətəndaşı ilə daimi münasibət saxlamış, qeyri rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs uzun müddət əvvəl Gəncə şəhərindən tanımışdır. Onlar rəfiqə olmuş, Günaya dəstək olmuşdur. Günayın Türkiyə gəlməsi və bacısı Arzunun yanında olmasından əvvəlcə məlumatı olmamış, onları sonradan görmüşdür. Danışıq zamanı Günay ona kişilərlə cinsi əlaqədə olub pul almaq üçün gəldiyini, bacısı Günayın da həmin işlə məşğul olduğunu demişdir. Günayla Arzu təxminən 2-3 gün onun evində qaldıqdan sonra onunla qonşuluqda yer tutub həmin mənzildə yaşamışlar. Həmin vaxt bacısı Arzu ilə münasibəti yaxın olmadığı üçün onlarla daha əlaqə saxlamamışdır. Bir dəfə Günayla ona müştərilərlə cinsi əlaqədə olmaq üçün gəlsə də işlərin onu qane etmədiyini, İstanbulda bacısının yaşadığını, bacısı ona pul göndərdikdən sonra geri Azərbaycana qayıdacağını demişdir. Sonrakı dövrdə isə Günayla əlaqəsi olmamışdır. Günayın bacısı Arzu tərəfindən aldadılaraq və hədə qorxu gəlinərək Türkiyədə Bursa şəhərində fahişəliyə cəlb edilməsi, onun pasportunun bacısı tərəfindən götürülərək saxlanılmasından məlumatı olmamış, Günayın öz istəyi ilə Bursa şəhərində həmin işlə məşğul olmasını güman etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2010-cu ildə Gəncə şəhərində «Pasyolka» deyilən ərazidə kirayə evdə yaşayan zaman Arzu Qəhrəmanova ilə tanış olmuş, Arzunun onunla qonşuluqda yaşamışdır. Arzu ilə aralarında yaxın münasibət yaranmış, əlaqə üçün bir-birinə telefon nömrələrini vermişlər. Tanışlıqdan sonra Arzu mütəmadi olaraq onunla əlaqə saxlayıb görüşmüşdür. 2016-cı ildə Tovuz rayonunun Qovlar şəhərində yerləşən çay evlərində ofisiant işləmiş, ayda bir-iki dəfə Balakənə getmişdir. Bir gün Balakənə evinə gedərkən avtobusda təsadüfən Arzu ilə rastlaşmış və əlaqələrini bərpa etmişlər. Arzuya ofisiant işlədiyini, maddi imkanının aşağı olduğunu, sıxıntı içərisində olduğunu bildirmişdir. Balakəndə olduğu müddətdə Arzu onunla əlaqə saxlayıb ona normal iş tapmaqda köməklik edəcəyini bildirmişdir. Həmin danışıq 2016-cı il dekabr ayının əvvəlləridə olmuş, Arzuya bir neçə banka kredit borcunun olduğunu, həmin borcları ödəyə bilmədiyini bildirmişdir. Arzu ona Türkiyə Respublikasının Bursa şəhərinə gedib-gəldiyini, orada tekstil fabrikində işlədiyini, yaxşı qazancı olduğunu, onu da yüksək gəlirli işə düzəldə biləcəyini demişdir. O, bu təklifin onun üçün çıxış yolu olduğunu, maddi sıxıntılardan qurtara biləcəyini düşünüb Arzu ilə razılaşmışdır. Arzu ona yol xərclərini, bilet alacağını demiş 11 dekabr 2016-cı ildə Türkiyəyə getmək barədə razılaşmışlar. 10 dekabr 2016-cı ildə taksi ilə Arzunun yaşadığı Tovuz rayonu, Qovlar şəhəri, Nizami küçəsində yerləşən evinə getmiş, 11 dekabr 2016-cı ildə isə Tovuz rayonundan Bakı-Bursa avtobusu ilə Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Təxminən 2 gün sonra, yəni 13 dekabr 2016-cı il tarixdə Bursa şəhərinə çatmış, Arzunun bacısı Təqsirləndirilən şəxs onları qarşılayıb yaşadığı evə aparmışdır. Bir iki gün Yeganənin evində qaldıqdan sonra Yeganə ilə qonşuluqda yerləşən mənzili Arzu kirayə tutmuş və onlar həmin evə köçmüşlər. İki-üç gündən sonra Arzu söhbət zamanı Azərbaycanda ona düzəldəcəyi işin əsl mahiyyəti barədə yalan dediyini, Türkiyədə ancaq onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim edəcəyini bildirib razılaşmalı olduğunu demişdir. Əvvəl Arzuya etiraz etsə də Arzu ona dediklərini etməsə yaşadığı yerdə rüsvay edəcəyini və ailəsinə əxlaqsız həyat tərzi sürəcəyi barədə deyəcəyii bildirmişdir. Arzu ilə mübahisə edib əvvəlcə imtina etsə də Arzu onu nalayiq sözlərlə təhqir edib bura gəlməyi üçün çoxlu pul xərclədiyini, ancaq pulu qaytardıqdan sonra gedə biləcəyini demişdir. Arzunun orada çoxlu tanışları olmuş, o isə heç kimi tanımadığı üçün məcbur qalıb Arzunun dedikləri ilə razılaşmışdır. Arzu onu bir ay müddətində yanında saxlamış, gün ərzində 15-20 dəfə nəzarəti altında kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Müştərilərdən pulu Arzu özü almışdır. Arzunun bacısı Təqsirləndirilən şəxs da bir neçə dəfə onu tanıdığı müştərilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Arzunun qardaşı Rəşad da onu Arzunun müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim edərək pul almışdır. 6 yanvar 2017-ci il tarixədək Arzu onu müştərilərlə görüşdürmüş, 7 yanvar 2017-ci il tarixdə Arzu ilə birgə geri Gəncə şəhərinə qayıtmışdır. Təxminən 3 həftə Gəncədə qaldıqdan sonra Arzu ona zəng edib birlikdə Türkiyə Respublikasının Bursa şəhərinə gedəcəklərini bildirmiş, getməyəcəyi halda hədələyərək ailəsi və ona problemlər yaradacağını demişdir. Pulu olmadığına görə həmin müddətdə Arzunun Gəncə şəhəri Kəpəz rayonunda yerləşən kirayə evində qalmış, Arzu onu yenidən Türkiyəyə getməyə məcbur etmişdir. Sonda Arzunun hədələri ilə razlaşmış, 30 yanvar 2017-ci ildə yenidən Tovuz rayonunda gedib oradan Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Yenidən kirayə ev tutaraq orada qalmış, Arzu onu əvvəlki qaydada müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Təxminən 3 ay orada qalmış, müştərilərdən alınan pulların hamısı Arzuda olmuş, ona isə pulun az bir hissəsini verilmişdir. Arzu həmçinin onun pasportunu əlindən alıb özündə saxlamış, səbəbini soruşduqda guya qeydiyyata salacağını bildirsə də, sonradan Arzunun qaçacağını düşündüyü üçün pasportu özündə saxladığını öyrənmişdir. Çıxıb getmək istəsə də Arzu onu buraxmayaraq valideynlərinə bu barədə məlumat verəcəyi ilə hədələmişdir. Bütün bunlardan narahat olmuş, səhhətində problemlər yaranmışdır. 27 aprel 2017-ci ildə Arzunun yanından qaçıb Azərbaycana gəlmiş, ailəsinin, qohumlarının biləcəyindən qorxduğu üçün başına gələnlər barədə heç kimə bir söz deyə bilməmişdir. X14 Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilib ərizə ilə müraciət etmək qərarına gəlmiş və 12 mart 2020-ci ildə həmin idarəyə müraciət etmişdir. Təqsirləndirilən şəxs bacısı Arzu ilə onları qarşılayıb bir neçə gün evində saxlamış, sonradan da müyyən müştərilərə cinsi əlaqədə olmaq üçün göndərsə də, onun pasportunun Arzu Qəhrəmanova tərəfindən götürülüb saxlanılmasında məlumatı olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Azyaşlı qız övladı olduğu üçün onun tutulmasını istəmir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs C 00035288 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə saat 20:36-da “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 22:09-da həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 18:52-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 02:12-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Həmin protokoldan müəyyən olunur ki, X4 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə saat 18:36-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 22:58-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 19:18-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 02:39-da həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144-2.5-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış C 02316955 saylı ümumvətəndaş pasportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə ölkə ərazisini “Şıxlı” sərhəd nəzarət məntəqəsindən tərk etmiş, xx.xx.2023-cü ildə Heydər Əliyev adına Beynəlxalq Hava limanından Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Tovuz rayon Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Tovuz rayon Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi yaşayış yeri üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlb etmə” və “iş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ibtidi istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-802-2023 saylı qərardan görünür ki, baxışında araşdırılmış Bakı Şəhər Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış xx.xx.2023-cü iı tarixli “könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikasına gələrək könüllü olaraq özünü istintaqa təqdim etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış AZE № 123087 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qəhrəmanova Dəniz xx.xx.2010-cu ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulmuş, atası Anar Qəhrəmanov, anası isə Təqsirləndirilən şəxsdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-13/2022 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq etdiyi və məhkəmə baxışında bilavasitə verdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-13/2022 saylı hökmündən görünür ki, X8, X9 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib müxtəlif növ cəzalara məhkum edilmişlər. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edərək araşdırılmış Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (104)-52/2023 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinmiş X5 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumretmə cəzası, X7 təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılmış, X6 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası isə artırılmaqla ona qəti olaraq 4 (dörd) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs fahişəliyə cəlb etmədiyini, onu Türkiyədə kişi müştərilərlə görüş üçün göndərmədiyini bildirsə də onun ifadəsinin həmin hissəsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokol və zərərçəkmiş şəxsin ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə təkzib edildiyindən, eləcə də məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları və işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək onlara tənqidi yanaşır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, daxili inamına əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində həmin cinayətlərin tərkibi vardır və onun təqsirliliyi həmin hissələrdə məhkəmə baxışında sübuta yetirilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən şəxsin qrup üzvləri tərəfindən törədilmiş cinayət əməllərinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi yalnız onun göstərilən əməllərinin törədilməsində iştirakını sübut edəcək kifayət qədər sübutların mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti ilə müəyyən oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmədə araşdırılmış və müəyyən edilmiş faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın Zərərçəkmiş şəxs pasportunun Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq götürülüb saxlanılması, eləcə də qrupun digər üzvü (Arzu Qəhrəmanova) tərəfindən Zərərçəkmiş şəxs pasportunun götürülüb saxlanılması barədə məlumatı olması və niyyəti ilə əhatə olunması hissəsi ittiham tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Hazırki iş üzrə keçirilmiş məhkəmə baxışı zamanı da Zərərçəkmiş şəxs verdiyi ifadələrində, ittiham və müdafiə tərəfi, məhkəmə tərkibi tərəfindən dindirilərkən dəfələrlə qəti şəkildə ona məxsus ümumvətəndaş pasportunun Türkiyə Respublikası, Bursa şəhərində olarkən hazırki iş üzrə Təqsirləndirilən şəxs deyil, məhz bacısı Arzu Qəhrəmanova tərəfindən götürülüb saxlanılmasını, Yeganənin ona məxsus olan pasportun bacısı Arzu tərəfindən götürülüb saxlanılmasından məlumatsız olduğunu, buna görə də Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmadığını bildirmiş, bunu həm məhkəmə baxışında verdiyi ərizəsində, həm də məhkəmə iclasına qədərki dövrdə yazılı olaraq məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində açıq şəkildə ifadə etmişdir. Həmin epizod üzrə Təqsirləndirilən şəxs təqsirliliyini göstərən digər sübutlar isə cinayət işi materiallarında olmamış və ittiham tərəfindən məhkəməyə təqdim edilməmiş, yaxud bunu təsdiq edə biləcək digər halların tədqiqi ilə bağlı hər hansı vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qərara gəlir ki, göstərilən epizod üzrə təqsirləndirilən şəxsin təqsirliliyi məhkəmə baxışında sübuta yetirilmədiyindən ittiham olunduğunu Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrində ona verilmiş ittihamda göstərilən əməlləri, yəni Zərərçəkmiş şəxs tanımaması onun Türkiyəyə aldadılıb gətiriərək orada hədə-qorxu altında saxlanılması, qardaşları və bacısı tərəfindən cinsi istismar edilməsindən məlumatsız olması, özünün Günayı ayrı-ayrı şəxslərə cinsi əlaqədə olmaq üçün göndərməməsini bildirməsi cinayət məsuliyyətindən yayınması üçün özünümüdafiə xarakteri daşıyır və məhkəmə iclası zamanı tədqiq edilmiş və araşdırılmış sübutlar (sənədlər, zərərçəkmiş şəxsin ifadələri və sair) ilə təkzib edilmişdir. Göstərilənlərlə əsasən məhkəmə, ibtidai araşdırma dövründə toplanılmış sübutları yəni sərhədkeçmə məlumatlarını, zərərçəkmiş şəxsin ifadələrini əsas götürərək işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərinə aidiyyətini və həmin əməllərin törədilməsində bilavasitə iştirakını sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X8 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X10 Günay Vaqif qızı ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onu Türkiyə Respublikasının Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə göndərib təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı X8 və qardaşı X9 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Arzu Qəhrəmanova 2017-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Kəpəz rayonu ərazisində ünvanı istintaqla araşdırılan kirayə götürdüyü mənzildə Zərərçəkmiş şəxs onun 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Bursa şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra qrupun digər üzvü Rəşad Qəhrəmanovla birlikdə bütün yol xərclərini ödəyərək onu 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirmiş, 1 fevral 2017-ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə göndərib təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi hazırki iş üzrə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən peşman olmasını, həmçinin himayəsində olan azyaşlı X3 həyat şəraitini və gələcək inkişafını nəzərə alır. Belə ki, məhkəmənin hazırlıq və baxış iclaslarında azyaşlı olan Dəniz Qəhrəmanovanın anası Təqsirləndirilən şəxs ilə mənəvi-psixoloji bağlılığın güclü olması, onun yaşı və inkişaf səviyyəsi nəzərə alınmaqla valideyn himayəsinə tələbatının olması azyaşlının bütün yaxın qohumlarının məhkumluq həyatı sürməsi və anası Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş uzun müddət azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi təqdirdə azyaşlı Dəniz Qəhrəmanovanın himayəsiz qalmasının onun gələcək psixi və fiziki inkişafına, təhsil və tərbiyəsinə mənfi təsir göstərmə ehtimallarının yüksək olacağını nəzərə alır. Məhkəmə tərkibi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin qardaşı Rəşad Qəhrəmanovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi göstərilən cinayət əməllərini tamah məqsədilə törətməsi göstərilsə də göstərilən maddənin dispozisiyasında tamah niyyəti cinayətin motivi olaraq nəzərdə tutulduğundan təkrar cəzanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsində ifadə olunan hərəkətlərlə törədilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2-ci maddəsinə əsasən həmin əməlləri təkrar törədilməsi, CM-nin 144-1.2.4-1-ci maddəsinə əsasən insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə və CM-nin 144- 1.2.5-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeydin 1-ci hissəsinə əsasən "insanın istismarı" dedikdə....cinsi istismar....məqsədilə cəlb etmə başa düşülür. Qeydin 2-ci hissəsinə əsasən insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əməlin törədilməsində iştirak etmiş digər şəxslər, yəni qabaqcadan əlbir olan qrupun digər üzvləri Təqsirləndirilən şəxs ailə fərdləri olmuş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin yuxarı qeyd edilən hökmü ilə təqsirli bilinib məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə isə 1 (bir) təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddəti artırılmaqla İ instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmış, hökm qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Odur ki, hazırki iş üzrə də cəza təyin edilərkən məhkəmənin əvvəlki hökmü ilə müəyyən edilmiş hallar və Təqsirləndirilən şəxs cinayətin törədilməsinə faktiki iştirakının xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Məhkəmədə araşdırılmış işin hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərin törədilməsində iştirakı bacısı olmadığı müddətdə Zərərçəkmiş şəxs pul müqabilində ayrı-ayrı kişilərlə görüşünün təşkil edilməsi üçün ayrı-ayrı ünvanlara cinsi istismarı məqsədilə göndərilməsi olaraq, cinayətkar qrupun digər üzvlərinin törətdiyi əməllərlə münasibətdə nisbətən daha az ictimai təhlükəli olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə də cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Həmçinin məhkəmə kollegiyası əvvəlki hökmlə qrup üzvlərinə təyin edilmiş cəzanın növü və həddinə yaxın cəzanın təyin edilməsini ədalət prinsipinə daha uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmamasını, onun sosial-məişət şəraitini, himayəsində onunla sıx psixiemosional bağlılığa malik olan 14 yaşına çatmamış azyaşlı qızının olmasını, həbsdə saxlanıldığı müddətdə törətdiyi əməldən səmimi peşmançılıq çəkməsinin, barəsində seçilmiş qətimkan tədbiri dövründə məhkəmədə davranışını davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzasını yüngülləşdirən halların göstərilən məcmusu müstəsna hal kimi qiymətləndirilərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab etməklə, həmçinin cəzanın məqsədlərinə, sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə uyğun olduğu qənaətinə gəlir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13.3-cu maddəsi ilə məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1 azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkumun üzərinə: 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək kimi vəzifələr müəyyən edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhərində qeydiyyatda olsa da məşğulluğun təmin edilməsi, mövcud ailə-məişət şəraitini, tibbi zərurət və sair hallarla əlaqədar yarana biləcək zərurət, eləcə də müvafiq sənədləşmələrlə bağlı dövlət idarə və müəssisələrinin regional bölmələri, publik hüquqi şəxslərin filial və nümayəndəliklərinin Gəncə şəhərində yerləşdiyini nəzərə alıb təqsirləndirilən şəxsə ərazi hüdudları təyin edərkən həmin halları da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət işinin materiallarından da göründüyü kimi barəsində xeyli müddət əvvəl məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilsə də Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə könüllü olaraq Azərbaycan Respublikasına gələrək istintaqa təslim olmuş və həmin tarixdən azadlığı məhdudlaşdırılaraq həbsdə saxlanılır. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza hesablanarkən Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınaraq 1 (bir) gün azadlıqdan məhrumetmə 2 (iki) gün azadlığın məhudlaşdırılması kimi hesablanaraq ibtidai istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə tətbiq edilməklə ona 3 (üç) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 5 (beş) ay 5 (beş) gün 1 (bir) günə 2 (iki) gün hesablanaraq cəza müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il, 7 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Tovuz və Şəmkir rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, saat 22:00-dan saat 07:00-dək yaşadığı evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Tovuz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-358/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-358/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver