Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-359/2021 09.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Ağstafa rayonu Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək və özgənin əmlakını yandırmaqla xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmək məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən yaşadığı fərdi yaşayış evində sifət nahiyəsinin görünməməsi üçün üzərində gözlər və ağız üçün yer açdığı özünə məxsus olan qara rəngli idman papağını maska kimi istifadə edərək başına keçirib, silah qismində istifadə edilən əşyalar olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı balta və soyuq silah hesab edilməyən turist bıçağı ilə silahlanaraq, evin həyətində yığılmış quru ot bağlamalarından quru ot kütləsini əlinə götürüb öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs mülkiyyətində olan birmərtəbəli fərdi yaşayış evinin bağ sahəsinə keçdikdən sonra quru ot kütləsini alışqanla yandırıb mətbəx otağının divarının alt hissəsində olan dəlikdən içəriyə ataraq içərisində olan əşyalarla birlikdə ümumi dəyəri 20860 manat, xeyli miqdar təşkil edən, ümumi sahəsi 76,5 kvadratmetr olan, daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmış fərdi yaşayış evini ümumi təhlükəli üsulla, yəni yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, daha sonra Zərərçəkmiş şəxs evinin həyətinin girişində olan sayğacı söndürməklə evin elektrik enerjisi ilə təminatını kəsib mətbəx otağının açıq olan pəncərəsindən evə qanunsuz olaraq girərək evin yataq otağında sol əlində tutduğu silah qismində istifadə edilən əşya olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı baltanı Zərərçəkmiş şəxs nümayiş etdirərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb sağ əlində tutduğu silah qismində istifadə edilən əşya olan, soyuq silah hesab edilməyən, tiyəsi açıq vəziyyətdə olan turist bıçağını sonuncunun çənə nahiyyəsinə yaxınlaşdıraraq Zərərçəkmiş şəxs öldürməklə və sağlamlığına zərər vurmaqla hədələyib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək 10 manat pulunu, çəkisi 5,79 qram təşkil edən, 583/585 əyarlı qızıldan hazırlanmış, halqa formalı, qırmızımtıl-sarı rəngli, 405 manat dəyərində 1 ədəd üzüyünü, çəkisi 1,94 qram təşkil edən, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli, 135 manat dəyərində 1 cüt sırğasını ələ keçirib zərərçəkmiş şəxsə ümumlikdə 550,00 manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə quldurluq etmiş, həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs evi tərk etdikdən sonra Zərərçəkmiş şəxs mətbəx otağının taxta döşəməsinin yandığını görərək su töküb alovu söndürməsi nəticəsində o, xeyli miqdarda əmlakı qəsdən məhv etməkdən ibarət qəsdini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Bundan başqa, o, təxminən 01 iyun 2021-ci il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən, hal-hazırda yaşadığı fərdi yaşayış evinə köçdükdən sonra evin yataq otağında olan babası X2 miras qalmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən xəncəri həvəskar balıq ovu ilə məşğul olan zaman istifadə etmək üçün götürüb qanunsuz olaraq əldə edərək Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən yaşadığı evin öz istifadəsində olan yataq otağında saxlamış və məlum olmayan tarixlərdə Ağstafa rayonu ərazisində balıq tutmağa gedən zaman üzərində gəzdirmiş, 14 iyul 2021-ci il tarixdə saat 18 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı sonuncunun istifadəsində olan yataq otağından həmin xəncər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2002-ci ildə X6 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı dünyaya gəlmiş, 2012-ci ildə boşanmışlar. Təxminən 01 iyun 2021-ci il tarixdən Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən atası evində qardaşı Şahid3, onun ailəsi və anası X3 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. O, qonşuluqda yerləşən evdə tək yaşayır, onunla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 13 iyul 2021-ci il tarixdə günorta saatlarında və axşam saat 20 radələrində yaşadığı evdə spirtli içki olan araq içmişdir. Bundan sonra həmin gün təxminən saat 21 radələrində o, qonşusu Cəmilənin yaşadığı evə tərəf baxanda pəncərinin açıq olduğunu görmüşdür. Onun kredit borcu olduğu üçün Cəmilənin evinə gedib ondan borca pul alıb, borcunu ödəməyi düşünmüşdür. Bundan sonra Cəmilənin evinə getmiş, Cəmilənin yanında çarpayıda oturmuş, kredit borcu olduğunu, ona pul verməsini Cəmiləyə demişdir. Cəmilə döşəyinin altından 2 ədəd 5 manatlıq çıxardıb ona vermişdir. Bundan sonra o, Cəmiləyə daha çox pula ehtiyacı olduğunu demiş, Cəmilə isə qızıl üzüyünü əlindən, sirğalarını isə qulağından çıxardıb ona vermişdir ki, gedib borclarını bağlasın. Bundan sonra o, bağ sahəsi ilə öz evinə keçmiş, tək yatdığı otağa girmişdir. O Cəmilədən aldığı 1 ədəd qızıl üzüyü və 1 cüt sırğanı yatdığı otaqda, döşəmənin üzərində olan plastik materialdan olan təzyiqölçən cihazın arxasında saxlamışdır. Həmin gün təxminən saat 22 radələrində o Cəmilədən aldığı 10 manat pulu götürüb evdən çıxmış, Aşağı Göycəli kəndində, evinin yaxınlığında yerləşən Ayazın işlətdiyi mağazaya getmiş, Ayazdan 10 manat pulun təxminən 7 manatına 2 ədəd 250 qramlıq araq, 1 qutu “Magna” markalı siqaret almışdır. Həmin puldan 3 manat onda qalmışdır. Bundan sonra o evinə qayıdıb yatmışdır. 14 iyul 2021-ci il tarixdə evinə baxış zamanı aşkar edilərək götürülmüş balta qardaşı Rəşada məxsusdur, o Zərərçəkmiş şəxs evinə girən zaman həmin balta əlində olmamışdır. Qatlanan bıçağı təxminən 5-6 ay əvvəl Ağstafa bazarından almışdır, ev təmiri ustası olduğu üçün həmin vaxtdan üstündə gəzdirmişdir. 14 iyul 2021-cui il tarixdə yaşadığı evin yataq otağına baxış zamanı aşkar edilib götürülmüş xəncər vəfat etmiş babası Səttar Heydərovdan onlara miras qalmışdır. O, təxminən 01.06.2021-ci il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən atası evinə köçmüş, həmin vaxt xəncər onun yatdığı otaqda, başqa məişət əşyalarının içərisində olmuşdur. O evə köçdükdən sonra xəncəri götürüb balıq tutumağa gedən zaman istifadə etdiyi əşyaların içərəsinə qoymuşdur. O ,xatırlamadığı tarixlərdə balıq tutmağa gedən zaman həmin xəncəri özü ilə aparmışdır. O, Zərərçəkmiş şəxs evdən çıxması üçün ot yandırıb evin altına atmamış, onun Cəmilənin evini yandırmaq, ona hər hansı xəsarət yetirmək, onu öldürmək məqsədi olmamış və onun həyatına və ya sağlamlığına zor tətbiq edəcəyi ilə hədələməmişdir. Bundan başqa o, Cəmilənin evinə girərkən maskası, baltası, cibində bıçağı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “13 iyul 2021-ci il tarixdə saat 21 radələrində o qonşusu Cəmilənin yaşadığı evə tərəf baxanda pəncərinin açıq olduğunu görmüşdür. Onun kredit borcu olduğu üçün fikirləşmişdir ki, Cəmilənin evinə girib ondan pul alsın, borcunu ödəsin. Bundan sonra Cəmilənin onu tanımaması üçün özünə məxsus olan qara rəngli papağın üzərində bıçaqla gözlər və ağız üçün yer açıb maska düzəltmiş, papağı başına qoymuş, evinin həyətində olan qurumuş saman otlarından əlinə götürmüş, bağ sahəsi ilə Cəmilənin evinin həyətinə keçmiş, evin giriş hissəsində, yolda olan sayğacdan işığı söndürmüşdür. Daha sonra quru otları alışqanla yandırıb Cəmilənin evinin onun evinə tərəf olan divarındakı dəlikdən içəriyə atmışdır ki, otun tüstüsünə Cəmilə evdən çıxsın, o evə girib rahat içərini yoxlasın, pul tapsa götürsün. Lakin o sonradan fikirləşmişdir ki, Cəmilə boğulub ölər, ona görə də həmin dəlikdən içəriyə keçib yanan otları ayağı ilə tapdalayıb söndürmüşdür. Bundan sonra o evin açıq olan pəncərəsindən evin mətbəx otağına girmiş, sağ əlində olan alışqanın işığını yandırmış, oradan da koridora çıxıb Cəmilənin yatdığı otağa girmişdir. Həmin vaxt Cəmilə çarpayıda oturmuşdur. O başında olan papağı üzünə çəkib Cəmiləyə yaxınlaşmış, həmin vaxt Cəmilə kim olduğunu soruşmuşdur. O isə kim olduğunu deməmiş, Cəmilənin yanında çarpayıda oturmuşdur. O Cəmiləyə demişdir ki, kredit borcu var, ona pul versin. Cəmilə ondan kim olduğunu soruşmuşdur. O isə kim olduğumu deməyəcəyini, ona pul lazım olduğunu bildirmişdir. Cəmilə döşəyinin altından 2 ədəd 5 manatlıq çıxardıb ona vermişdir. Bundan sonra o görmüşdür ki, Cəmilənin sol əlinin barmağında qızıl üzük, qulaqlarında qızıl sırğa var. O Cəmiləyə demişdir ki, pula ehtiyacı var, qızıl üzüyü və sırğalarını ona versin, satsın. O isə qızıl üzüyünü əlindən çıxardıb vermişdir. Sırğalarını isə qayçı ilə kəsib ona vermişdir. Bundan sonra o ayağa durmuş, Cəmiləyə işığı sayğacdan söndürdüyünü, o gedəndən yarım saat sonra evdən çıxıb gedib işığı yandıra biləcəyini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən 1986-cı ildən Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən evində tək yaşayır və təqaüdçüdür. 13 iyul 2021-ci il tarixdə, saat təxminən 18-19 radələrində o, yaşadığı evin dəmirdən olan giriş qapısını bağlayıb evdə oturmuşdur. Həmin gün saat 20 radələrində o, yataq otağında çarpayıya uzanıb yatmışdır. O yatmamışdan əvvəl yalnız evin koridorunun işığı yanmışdır. Həmin gün saat 23 radələrində o, qəfildən oyanmış, koridorun işığının söndüyünü görmüşdür. Bundan sonra o, çarpayıdan durmuş, işığı yandırmağa çalışmış, lakin işıqlar yanmamış, o, pəncərədən qonşuların işıqlarının yandığını görmüşdür. O, yataq otağına qayıtmış, çarpayıda uzanmış, yuxuya gedən vaxt kimsə üzünə işıq salmış, həmin şəxsin üzündə qara rəngli maska, sağ əlində balta və işıq, sol əlində bıçaq olmuşdur. O, qalxıb çarpayıda oturmuş, həmin şəxs ona sağ əlində tutduğu baltanı göstərib balta ilə onu doğrayaraq öldürəcəyini, sol əlində tutduğu bıçağın tiyəsini çənəsinə tərəf yaxınlaşdırıb həmin bıçaqla qarnını deşərək bağırsaqlarını yerə tökəcəyini deyərək ondan pul tələb etmiş, pulun yerini deməyini istəmişdir. O, isə qorxduğu üçün balıncının altında olan 2 ədəd 5 manatlığı həmin şəxsə vermiş, bundan sonra həmin şəxs sol əlində olan qızıl üzüyü verməyini tələb etmişdir. O isə üzüyünün yadigar olduğunu demiş, həmin şəxs isə ona “verməsən bıçağı boğazına çəkəcəm” demişdir. O, qorxduğu üçün sol əlində olan qızıl üzüyü çıxardıb ona vermişdir. Bundan sonra həmin şəxs qulaqlarında olan 1 cüt qızıl sırğasını da açıb verməyini tələb etmişdir. O, həmin şəxsə sırğalarının çıxmadığını demiş, o isə bıçaqla qulağını kəsib sırğaları götürəcəyini demişdir. Bundan sonra o, sırğaları çıxarıb ona verəcəyini demiş, həmin otaqdakı televizorun yanına qoyduğu qayçını götürmüş, sırğaların sapını kəsib həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs ona evin işığını sayğacdan söndürdüyünü, o gedəndən yarım saat sonra evdən çıxıb işığı yandıra biləcəyini demişdir. O, isə qorxduğu üçün yerindən tərpənməmiş, çarpayıda oturub gözləmişdir. Təxminən 1-2 saat sonra o çarpayıdan qalxıb yanında olan alışqanın işığını yandırıb evin içində gəzməyə başlamış, mətbəxə gedən vaxt taxta döşəmənin alovlanıb yandığı görmüş, bundan sonra döşəməyə 1 vedrə su töküb alovu söndürmüşdür. O, evin seyf giriş qapısının açıq olduğunu görmüş, lakin qorxduğu üçün evdən çıxmamış, səhərə kimi evin içində gəzmişdir. Səhər açılan vaxt o, evdən çıxmış, qonşusu Rəşadı çağırıb evinin işığını yandırmağını istəmiş, Rəşad gəlib evinin işığını yandırmışdır. Bundan sonra qonşusu Şaiqin evinə getmiş, Şaiqdən qızı Yeganəni çağırmasını xahiş etmişdir. Bundan sonra o, evinə qayıtmış, saat 09 radələrində Qıraq Kəsəmən kəndində yaşayan qızı Yeganə evinə gəlmiş, o, hadisəni Yeganəyə danışdıqdan sonra Yeganə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır, X4 onun anasıdır. Zərərçəkmiş şəxs Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən öz evində tək yaşayır. 14.07.2021-ci il tarixdə, saat 07-08 radələrində o, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən evində olan zaman anası Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Şaiq adlı şəxs həyat yoldaşına zəng vuraraq anası Cəmilənin onu evinə çağırdığını demişdir. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə anasının evinə getmiş, evə çatdıqdan sonra anası ona 13.07.2021-ci il tarixdə saat 23 radələrində tanımadığı şəxsin evinə gələrək onu balta və bıçaqla öldürməklə hədələyərək 10 manat pulunu, qulağında olan bir cüt sırğasını və əlində olan bir ədəd qızıl üzüyünü alıb, evin mətbəx otağının döşəməsinin altına quru ot yığaraq yandırdığını demişdir. O, özü həyat yoldaşının istifadəsində olan nömrə ilə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Aşağı Göycəli kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2012-ci ildə Şirzad həyat yoldaşından boşandıqdan sonra Ağstafa rayonu, Yenigün kəndində özünə məxsus olan evdə yaşamışdır. Bundan sonra aliment borcu yarandığına görə təxminən 3-4 ay əvvəl həmin evi borcun əvəzində keçmiş həyat yoldaşına vermiş və həmin vaxtdan Ağstafa rayonu, Aşağı Göycəli kəndində onunla birlikdə ata evində yaşamışdır. Zərərçəkmiş şəxs qonşusudur, onunla münasibətləri yaxşı olub, aralarında ədavət, düşmənçilik olmamışdır. Qardaşı Şirzad uzun müddətdir ki, mütəmadi olaraq spirtli içki olan araqdan istifadə etmiş, hərdən araq içməyi tərgitmiş, lakin sonrdan yenidən araq içməyə başlamışdır.13.07.2021-ci il tarixdə axşam saatlarında Şirzad evdə olmuş, həmin gün axşam saat 22-23 radələrində Şirzad evin həyətində olan çardağın altında oturub telefonda kinoya baxmışdır. Həmin vaxt o və ailə üzvləri yatmağa getmiş, Şirzad isə həyətdə qalmışdır. 14.07.2021-ci il tarixdə səhər saat 07 radələrində o yuxudan oyanan zaman eşitmişdir ki, qonşusu Cəmilə onu çağırır. O, evinin bağ sahəsi ilə qonşu olan Cəmilənin evinə tərəf getmişdir. Cəmilə evinin girişində olmuşdur. O, Cəmilənin yanına çatdıqdan sonra Cəmilə kiminsə gecə evinə girdiyini, onu hədələdiyini, qorxudaraq sırğasını, üzüyünü əlindən alıb, evin işığını söndürüb və evini yandırmaq istədiyini demişdir. Cəmilə ona həmin şəxsin səsini qardaşı Şirzadın səsinə oxşadığını demişdir. Bundan sonra o evin girişində olan sayğacdan işığı yandırmışdır. Daha sonra evin mətbəx otağına baxan zaman döşəmənin hələ də tüstülədiyini görmüşdür. O, görmüşdür ki, döşəmə taxtasının altında quru ot var, Zərərçəkmiş şəxs evinin mətbəx otağı tərəfdən onun evinin həyətində yığdığı quru ot preslərinə qədər yerdə quru otlar tökülmüşdür. O Şirzadın yatdığı otağa getmiş, Şirzadın yatdığını, yanında 1 ədəd yarımçıq 250 qramlıq araq olduğunu gösmüşdür. O Şirzadı oyatmaq istəsə də, Şirzad oyanmamışdır. Həmin gün polis əməkdaşları evinə gəlmiş, Şirzadı oyadıb polis şöbəsinə aparmışdırlar. Həmin gün günorta saatlarında polis əməkdaşları yenidən Şirzadla birlikdə evinə gəlmişlər. Onlar evin girişindəki balkonda olan ona məxsus ət doğramaq üçün istifadə etdiyi baltanı götürmüşlər. Daha sonra Şirzadla birlikdə yatdığı otağa baxmışlar, lakin həmin vaxt o otaqda olmamış, nə isə götürüb-götürmədiklərini bilməmişdir. Ona məxsus ət doğramaq üçün istifadə etdiyi balta həmişə evinin girişində olan balkonda olmuşdur. O, hal-hazırki vaxtadək qardaşı Şirzadın həmin hadisəni törətməsinə inanmır. Ola bilsin ki, qardaşı borcu olduğuna görə Cəmilədən borca pul istəmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Ağstafa rayonu Aşağı Göycəli kəndində ailəsi ilə birlikdə yaşayır, həmin kənddə evinin həyətində ərzaq mağazası işlədir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Şirzadın yaşadığı ev ilə onun yaşadığı ev arasında 6 ev vardır. Təqsirləndirilən şəxs onun işlətdiyi mağazadan hərdən siqaret, araq almışdır. 13.07.2021-ci il tarixdə axşam saatlarında Şirzad onun işlətdiyi mağazaya gəlmiş, Şirzad ondan 01 ədəd 250 qramlıq markasını xatırlamadığı araq, 01 qutu “Magna” markalı siqaret almış və pulunu ödəyib getmişdir. 14.07.2021-ci il tarixdə o eşitmişdir ki, Şirzad 13.07.2021-ci il tarixdə axşam saatlarında qonşusu Cəmilənin evinə girib, Cəmilədən pul və qızıl alıb. Şirzad mağazaya gəldikdən sonra Zərərçəkmiş şəxs evinə getməsi, ondan pul və qızıl-ziynət əşyalarını tələb edərək alması barədə ona deməmişdir”. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi Ağstafa rayonu Aşağı Göycəli kəndində, kəndarası asvalt yolun sağ kənarında yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs mətbəx otağını göstərərək naməlum şəxsin həmin otağın açıq olan plastik pəncərəsindən evə daxil olduğunu və mətbəx otağının döşəməsini yandırdığını, özünün isə döşəməyə su töküb alovu söndürdüyünü bildirmişdir. Mətbəx otağının döşəmə taxtasının kömürləşmiş hissəsi nəmlənmişdir, həmin yerin alt tərəfində torpaq üzərində, qara-boz rəngli kül və quru otlar vardır. Baxış zamanı mətbəx otağının taxta döşəməsinin yanaraq kömürləşmiş hissəsindən kömür nümunələri, əmin yerin altında olan torpaq qatı üzərindən kül nümunələri götürülmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs koridorda olan qəhvəyi rəngli taxta qapını göstərərək həmin qapının yatdığı otağa açıldığını, naməlum şəxsin həmin otaqda onu balta və bıçaqla öldürməklə hədələyərək 10 manat pulunu, 1 ədəd qızıl üzüyünü və 1 cüt qızıl sırğasını ələ keçirdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 iyul 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi Ağstafa rayonu Aşağı Göycəli kəndində, mərkəzi asvalt yolun sağ kənarında, Zərərçəkmiş şəxs evinin qonşuluğundan yerləşir. Şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə evin girişinə daxil olduqda çardağın alt hissəsində, evin giriş qapısının yanında qoyulmuş şkafın yanında 01 ədəd dəstəyi taxtadan olan balta aşkar edilmişdir. Həmin baltanın dəstəyinin uzunluğu 43 santimetr, eni 6 santimetr, dəmir başlığını eni 13 santimetrdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin baltanın qardaşı Şahid3 məxsus olduğunu, Zərərçəkmiş şəxs evinə gedən zaman əlində balta olmadığını bildirmişdir. Evin giriş hissəsində aşkar olunmuş 01 ədəd balta iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlığı 01 ədəd qızıl üzüyün və 01 cüt qızıl sırğanın, hadisə vaxtı üzərində olmuş 01 ədəd qatlanan bıçağın, hadisə vaxtı əynində olmuş paltarların və papağın, ayaqqabıların həmin evdə, yatdığı otaqda olduğunu, təqdim edə biləcəyini bildirmişdir. Bundna sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yatdığı otağın sol yan hissəsinin orta tərəfindəki yaşıl rəngli bükülmüş kilimin yanınd olan elektron təzyiqölçən aparatı göstərərək Zərərçəkmiş şəxs aldığı 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğanı həmin aparatın batareya yerində gizlətdiyini bildirmiş və batareya yerinin qapağını açaraq 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğanı təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayının baş tərəfinə qoyulmuş paltar asılqanında olan qara rəngli parça materialdan hazırlanmış papağı göstərərək hadisə vaxtı həmin papağın başında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi papağın üzərində gözlər və ağız üçün yerlər vardır, papaq quru ot parçaları və tozla çirklənmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayının baş tərəfində yerə qoyulmuş 01 ədəd göy rəngli cins şalvarı, 01 ədəd qara rəngli idman gödəkçəsini, 01 ədəd qara rəngli ayaqqabını və əynində olan 01 ədəd ağ rəngli qısaqol köynəyi təqdim edərək hadisə vaxtı həmin paltarların əynində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şalvarın sağ yan cibinə baxış zamanı dəstəyi yaşıl və qara rəngli boya ilə boyanmış plastik materialdan hazırlanmış, tiyəsi qara rəngli boya ilə boyanmış metaldan hazırlanmış 01 ədəd bıçaq aşkar edildi. Bıçağın tiyəsinin uzunluğu 7,5 santimetr, eni 3 santimetr, dəstəyin uzunluğu 11,5 eni 3 santimetrdir. Bundan sonra həmin otağa baxış zamanı Təqsirləndirilən şəxs yatdığı çarpayının baş tərəfində, paltar asılqanın yanında 01 ədəd göy rəngli polietilen torbanın içərisində 01 ədəd dəstəyinə ağ rəngli polietilen lent dolanmış, dətəyinin uzunluğu 17 santimetr, eni 4,5 santimetr, tiyəsinin uzunluğu 18,5 santimetr, eni 3 santimetr təşkil edən bıçaq aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bıçağı balıqçılıqla məşğul olan zaman istifadə etdiyini, babasından ona miras qaldığını və uzun müddətdir ki, onda olduğunu bildirmiş, həmin bıçağın götürülməsinə etiraz etmədiyini qeyd etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 iyul 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, İfadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 iyul 2021-ci il tarixdə saat 21 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə girərək yatdığı otaqda onu sözlə öldürməklə hədələyərək 10 manat pulunu, 1 ədəd qızıl üzüyün və 1 cüt qızıl sırğasını almışdır, həmin yerləri göstərə bilər. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin sağ küncündə yerləşən metal list və taxtadan hazırlanmış qapını göstərək həmin qapının bağ sahəsinə açıldığını, həmin yol ilə Zərərçəkmiş şəxs evinin bağ sahəsinə keçdiyini bildirmişdir. Həmin qapıdan evin bağ sahəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yığılmış quru ot preslərini göstərərək həmin quru otdan bir qədər götürüb Zərərçəkmiş şəxs evinin alt hissəsinə qoyub yandırdığını bildirmişdir. Daha sonra Şirzad Əsgərov yaşadığı evin sağ yanında olan metal tordan ibarət çəpəri və metal çərçivə ilə əhatələnmiş metal tordan ibarət açıq qapını göstərərək həmin qapıdan keçib Zərərçəkmiş şəxs evinin bağ sahəsinə keçdiyini bildirmişdir. Həmin yol ilə Zərərçəkmiş şəxs yaşadığı evin bağ sahəsinə keçdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin açıq olan plastik pəncərəsini göstərərək həmin pəncərədən evə girdiyini, pəncərənin altında olan deşiyi göstərərək Zərərçəkmiş şəxs 10 manat pulunu, 1 ədəd qızıl üzyünü və 1 cüt qızıl sırğasını aldıqdan sonra Zərərçəkmiş şəxs huşunu itirib yatması üçün evindən gətirdiyi quru otları yandıraraq həmin deşikdən içəriyə atdığını, daha sonra Zərərçəkmiş şəxs ölməsindən qorxduğu üçün deşikdən içəriyə keçib ayaqları ilə otu tapdalayıb söndürüdüyünü bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısından mətbəx otağına gedilmiş, Təqsirləndirilən şəxs mətbəx otağının açıq olan plastik pəncərəsini göstərib həmin pəncərədən evə girdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mətbəx otağının taxta döşəməsinin yanmış hissəsini göstərərək bildirmişdir ki, yaşadığı evin həyətindən gətirdiyi quru otları alışqanla yandırıb Cəmilənin evinin divarında olan deşikdən içəriyə atmışdır ki, otun tüstüsünə Cəmilə huş olub yatsın. Lakin sonradan fikirləşmişdir ki, Cəmilə boğulub ölər, ona görə də həmin deşikdən içəriyə keçib yanan otları ayağı ilə tapdalayıb söndürmüşdür. Lakin sonradan döşəmənin yanmasından xəbərsiz olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evin yataq otağını göstərərək mətbəx otağından çıxdıqdan sonra əlində olan alışqanın işığını yandırıb Cəmilənin yatdığı həmin otağa girdiyini, daha sonra həmin otağın sağ baş tərəfində yerləşən dəmir çarpayını göstərərək Cəmilənin həmin çarpayıda oturduğunu, başında olan papağı üzünə tərəf çəkib Cəmiləyə yaxınlaşdığını, həmin vaxt Cəmilənin ondan kim olduğunu soruşduğunu, Cəmilədən ona pul verməsini istədiyini, Cəmilənin yenidən ondan kim olduğunu soruşduğunu, ona kim olduğunu deməyəcəyini, ona pul lazım olduğunu bildirdiyini, Cəmilə pulunun olmadığını bildirəndə ona pul verməsə onu öldürəcəyini dediyini, həmin vaxt Cəmilənin döşəyinin altından 2 ədəd 5 manatlıq çıxardıb ona verdiyini, Cəmilənin sol əlinin barmağında qızıl üzük, qulaqlarında qızıl sırğa olduğunu görüb ondan üzük və sırğaları da istədiyini, Cəmilənin də qızıl üzük və sırğaları ona verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin giriş qapısını göstərərək həmin qapının üstündə olan açarla qapının kilidini açıb evdən çıxdığını və gəldiyi istiqamətdə bağ sahəsi ilə öz evinə getdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar götürülmüş 1 ədəd qızıl üzüyə, 1 cüt qızıl sırğaya, 1 ədəd dəstəyi yaşıl rəngli qatlanan bıçağa, 1 ədəd dəstəyinə ağ rəngli lent dolanmış bıçağa, 1 ədəd baltaya, 1 ədəd cins şalvara, 1 ədəd qısaqol köynəyə, 1 ədəd qara rəngli idman gödəkçəsinə, 1 ədəd ayaqqabıya, 1 ədəd papağa Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, təqdim edilən 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa ona məxsudur, təqdim edilən balta və dəstəyi yaşıl rəngli qatlanan bıçağı 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində evinə gələn tanımadığı şəxsin əlində görmüşdür, təqdim edilən maska həmin şəxsin başında olmuşdur. 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində başında təqdim edilən maska olan tanımadığı şəxs həmin balta və bıçaqla onu öldürməklə, ona xəsarət yetirməklə hədələyərək ondan həmin 1 ədəd qızıl üzüyü, 1 cüt qızıl sırğanı və 10 manat pulu almışdır. Zərərçəkmiş şəxs dəstəyinə ağ rəngli lent dolanmış 1 ədəd bıçağı əvvəl görmədiyini, həmin bıçağın 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində evinə gələn tanımadığı şəxsin əlində olmadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində evinə gələn tanımadığı şəxsin əynində olan paltarları dəqiq xatırlamadığı üçün təqdim 1 ədəd cins şalvarın, 1 ədəd qısaqol köynəyin, 1 ədəd qara rəngli idman gödəkçəsinin, 1 ədəd ayaqqabının həmin şəxsin əynində olub-olmamasını bilmədiyini qeyd etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 iyul 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əlində dəstəyi yaşıl rəngli qatlanan bıçaq olduğunu, lakin bıçağın tiyəsini açmadığını, bıçağı əlində tutaraq ona “pul verməsən səni öldürərəm” dediyini, əlində balta olmadığını, onu balta ilə öldürməklə hədələmədiyini, quru otları yandırıb onun yaşadığı evin altında olan deşikdən içəriyə atsa da, sonradan içəriyə keçib yanan otları ayaqları ilə tapdalayıb söndürdüyünü, sonradan evin yanmasından xəbərinin olmadığını Zərərçəkmiş şəxs üzünə qarşı demiş, etdiyi hərəkətdən peşman olduğunu, sərxoş vəziyyətdə olduğundan həmin hərəkətləri etdiyini, Zərərçəkmiş şəxs üzr istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs əlində balta və bıçaq, üzündə maska olduğunu, əlində olan dəstəyi taxtadan olan balta ilə və bıçaqla vurmaqla, öldürməklə hədələyərək 10 manat pulunu, 1 ədəd qızıl üzüyünü və 1 cüt qızıl sırğasını aldığını, mətbəxə gedən vaxt mətbəxin taxta döşəməsinin yandığını, mətbəxin döşəməsini özünün su tökərək söndürdüyünü, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin 15 iyul 2021-ci il tarixli 317 nömrəli eskpert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” X10 Şəxsinin 30 iyul 2021-ci il tarixli 2143/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqaiat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mükün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli 6/3088-6/3095-6/3096-3/1273-9/5111 nömrəli rəyindən görünür ki, tədqiata təqdim edilmiş 5,79 qram kütləli, halqa formalı, qırmızımtıl-sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. 1,94 qram kütləli, sarı rəngli sırğa cütü 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs jiletinin üzərindən aşkar edilmiş qara rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs papağının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs donunun üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş yanmış taxta və ot qalıqlarının üzərində tez alışan neft məhsullarının və yanacaq-sürtkü materiallarının izləri yoxdur. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla hazılranmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, kustar üsulla hazılranmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim edilən zərgərlik məmulatlarının 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 540,00 manat müəyyən olunur. O cümlədən, 5,79 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, halqa formalı, qırmızımtılsarı rəngli 1 ədəd üzük- 405 manat, 1,94 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa- 135 manat. Cinayət işi materiallarında əşyalara dəymiş ziyanla əlaqədar ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli 10/3680-10/3743 nömrəli rəyindən görünür ki, Ağstafa rayonu Aşağı Göycəli kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğının mənbəyi evin mətbəx otağının döşəməsinin altında kürsü hissədə olmuşdur. Yanğın istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni ot yığımından dolama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə evin mətbəx otağının döşəməsinin altında kürsü hissədə mənbə zonasının yaradılması nəticəsində baş vermişdir. Cinayət işinin materiallarından görünür ki, yanğın zamanı evin yalnız mətbəxinin taxta döşəməsinin 1 ədəd taxta atmasının üzərində 10 sm uzunluğunda, 5 sm enində hissəsi yanmışdır. Ekspert tərəfindən qeyd olunur ki, yanan 1 ədəd taxta materialının təmiri 50 AZN məbləğində müəyyən olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası "xxxx" MMC-dən təqdim edilmiş 11 oktyabr 2021-ci il tarixli, 90 nömrəli hesabatdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 20000 (iyirmi min) manat, Zərərçəkmiş şəxs məxsus ev əşyalarının dəyəri 810 (səkkiz yüz on) manat olmaqla həmin fərdi yaşayış evinin əşyalarla birlikdə dəyəri 20810 (iyirmi min səkkiz yüz on) manat təşkil edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevreloji Dispanserin 24 sentyabr 2021-ci il tarixli, 582/195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs praktik olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 478/g nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatriya kabinetində qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti başçısının Aşağı Göyçəli kənd İƏDÜ nüməydəlinin 15 sentyabr 2021-ci il tarixli, 392/g nömrəli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 ilə birlikdə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı verilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs 25 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 noyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş 1 ədəd bıçaq, 1 ədəd xəncər və 1 ədəd balta, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd papaq, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd idman gödəkcəsi və 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd jilet və 1 ədəd don, kömür və kül nümunələrinin qalıqları cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağstafa RPŞ-nin məsul saxlanışına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 iyul 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və 16 iyul 2021-ci il tarixli Ağstafa rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsində özünü yalnız CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilərək, qonşusu Zərərçəkmiş şəxs evinə yalnız ondan borc pul istəmək məqsədilə girdiyini, onun Cəmilənin evini yandırmaq, ona hər hansı xəsarət yetirmək, onu öldürmək məqsədi olmadığını və onun həyatına və ya sağlamlığına zor tətbiq edəcəyi ilə hədələmədiyini, Cəmilənin evinə girərkən maskası, baltası, cibində bıçağı olmadığını göstərsə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, cinayət işi üzrə tədqiq edilmiş ekspert rəyləri və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam olaraq təkzib olunduğundan həmin ifadələri onun özünü müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəzadan yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş səyi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs onun tərəfindən törədilməsi istinad olunan cinayət əməllərinə münasibətdə ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində, həmçinin 14 iyul 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolda göstərmişdir ki, özünə məxsus papaqdan maska düzəltmiş, evin sayğacından işıqları söndürmüş, quru saman otlarını yandıraraq Cəmilənin divarındakı dəlikdən içəri atmış, zərərçəkmiş şəxsin evinə girdikdən sonra məhz onu öldürməklə hədələyərək 10 manat pulunu, 1 ədəd qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almışdır. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində tam əminliklə məhz yaşadığı evə girən şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmçinin onun əlində balta və bıçaq olduğunu, əlindəki balta ilə onu doğrayaraq öldürəcəyi, bıçaqla qarnını deşərək bağırsaqlarını yerə tökəcəyi ilə hədələyərək, 10 manat pulunu, 1 ədəd qızıl üzüyünü və 1 cüt qızıl sırğasını aldığını, daha sonra mətbəxt otağında döşəmənin özü tərəfindən su tökülərək söndürüldüyünü göstərmişdir. Zərərçəkmiş şəxsin ifadəsində qeyd edilən həmin xüsusatlar məhkəmə tərəfindən müəyyən edilmiş cinayət işinin obyektiv halları ilə tam uyğunluq təşkil etməklə, tədqiq edilmiş cinayət işinin materialları ilə tam olaraq sübuta yetirilir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməllərinin cinayət tərkibini yaratmasını, cinayətin törədilməsində iştirakını, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi, həmçinin yandırmaqla xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd etməsi, qanunsuz olaraq soyuq silahı əldə etməsi və gəzdirməsi tam sübuta yetirildi. Məhkəmənin həmin mövqeyə gəlməsini “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən də qanuni hesab edir. Belə ki, həmin Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 22-ci bəndinə əsasən şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CMnin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Oğurluq, soyğunçuluq və ya quldurluq cinayətləri törədilərkən, talamanın predmeti olmayan zərərçəkmişin əmlakı (məsələn, mebel, məişət texnikası və digər şeylər) qəsdən məhv edilərsə və ya zədələnərsə, bu zaman əməl, buna əsaslar olarsa, əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməlidir. Plenum qərarının 23-cü bəndində qeyd edilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Plenum qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 oktyabr 2021-ci il tarixli tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağstafa rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilən cəza şərti olaraq tətbiq edilməklə barəsində 2 il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsini müzakirə edərəkən nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin qoca və köməksiz vəziyyətdə olan şəxs qarşı törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal olduğundan cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə qanunun həmin tələbini nəzərə alaraq hesab edir ki, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanın Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Ağstafa RPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd papaq, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd idman gödəkçəsi, 1 cüt ayaqqabı onun yaxın qohumalarına, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd jilet və 1 ədəd don onun özünə və ya yaxın qohumlarına qaytarılmalı, imtina etdikləri təqdirdə məhv edilməli, 1 ədəd bıçaq, 1 ədəd xəncər, 1 ədəd balta, kömür və kül nümunələrinin qalıqları məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 418 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-сi maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanın Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın, hökm qanuni qüvvəyə mindikdən sonra Ağstafa RPŞ-nin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd papaq, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd idman gödəkçəsi, 1 cüt ayaqqabı onun yaxın qohumuna, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd jilet və 1 ədəd don onun özünə və ya yaxın qohumuna qaytarılsın, imtina etdikləri təqdirdə məhv edilsin, 1 ədəd bıçaq, 1 ədəd xəncər, 1 ədəd balta, kömür və kül nümunələrinin qalıqları məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 418 (dörd yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-359/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-359/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver