Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-359/2023 18.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X14 və X22, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X16 iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə (cəzanın ilk 5 ilini həbsxana rejimində çəkməklə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağstafa rayonunun Poylu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2005-ci ilin aprel-may aylarında Ağstafa şəhərində tanış olduğu Ağstafa rayonu, Kolair kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü X2 intim münasibətdə olmaq məqsədi ilə ətrafda yaşayış olmayan, insanların mövcud olmadığı Ağstafa çayının Ağstafa rayonu Poylu kəndi ərazisindən keçən hissəsinə - çay sahilinə aparmaq məqsədilə xx.xx.2005-ci il tarixdə, saat 15:12 radələrində "xxxx" MMC-ə məxsus “Ağstafa ray” antena dairəsində olarkən sonuncu dəfə özünə məxsus 050 ***-**-** mobil telefon nömrəsi ilə həmin antena dairəsində olan Brilyant Kosayevaya məxsus 050 661- 90-34 mobil telefon nömrəsinə zəng edib telefon əlaqəsi saxlamaqla, Brilyant Kosayeva ilə Ağstafa şəhərində yerləşən Ağstafa Dəmiryolu stansiyasının yaxınlığındakı avtobus dayanacağında görüşüb birlikdə ictimai nəqliyyat vasitəsi olan avtobusla Ağstafa rayonu Poylu kəndinin ərazisində yerləşən “Telestudio” deyilən yerin yaxınlığına gəlib ictimai nəqliyyatdan qadınla endikdən sonra Ağstafa-Poylu avtomobil yolunun kənarından Ağstafa çayının sahilinə uzanan dərə ilə təxminən 2-3 km piyada getmişlər. Ağstafa çayının sahilinə çatmağa təxminən 40 metr məsafə qalmış Brilyant Kosayeva intim münasibət üçün onun tərəfindən təklif olunan məbləğin az olmasını, əlavə pul verdiyi halda cinsi əlaqədə ola biləcəyini bildirərkən, o, sonuncunun həmin tələbini özünə qarşı hörmətsizlik kimi qəbul edib, cinsi əlaqənin baş tutmadığı halda bu qədər yolu boşuna gəlməsindən hiddətlənib tələblərinə cavab verməyən şəxsi istənilən yerdə cəzalandırmaq, bununla da öz üstünlüyünü nümayiş etdirmək imkanına malik olduğunu göstərmək, pulun az olması səbəbi ilə oradan uzaqlaşmaq və geri qayıtmaq niyyətində olan Brilyant Kosayevaya gücünü nümayiş etdirmək məqsədilə öz şəxsiyyətini digərlərinin fövqündə qoyaraq cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək məqsədi ilə əvvəlcədən üzərində gəzdirdiyi istintaqa məlum olmayan ölçüdə və quruluşda bıçağı cibindən çıxardıb ətrafda kimsənin olmamasından istifadə edərək ayaq üstdə və üzbəüz vəziyyətdə bədəninin həyat üçün vacib orqanlarının yerləşdiyi sinə və qarın nahiyələrinə ardıcıl bir neçə zərbə vurmaqla, eləcə də çənə sümüyünün ön hissəsində, 5ci boyun fəqərəsinin qövsündə və bir ədəd qabırğada küt əşyanın təsirindən törənmiş sınıqlarla müşayiət olunan ağır dərəcəli bədən xəsarətləri yetirməklə Brilyant Kosayevanı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Daha sonra o, çayın sahilinə gedib hadisənin törədilməsində istifadə etdiyi predmeti, yəni bıçağı çay dərəsinə ataraq zərərçəkmiş şəxsin qanına bulaşmış əllərini çaydan axan suda yuyub yaşadığı kəndə qayıtmış, meyitin açıq sahədə qalmasından, qısa müddət ərzində kənar şəxslər tərəfindən tapılmaqla törətmiş olduğu cinayət əməlinin ifşa olunacağından ehtiyat edib həmin tarixdə Ağstafa rayonu, Poylu kəndində həmkəndlisi X20 ilə görüşərək törətmiş olduğu cinayət hadisəsi barədə Elçin Nəbiyevə danışıb cinayətin izlərinin, yəni meyitin gizlədilməsində ona köməklik etməsini xahiş etmiş, Elçin Nəbiyev onun xahişi ilə birlikdə hadisənin baş verdiyi yerə qayıdıb 411152N-452632E koordinatlarda yerləşən Ağstafa çayının sağ sahilindən 40 metr aralı - dərənin dibində birlikdə özləri ilə əvvəlcədən gətirdikləri bel vasitəsi ilə quyu qazıb sonuncunun köməkliyi ilə zərərçəkmiş şəxs Brilyant Kosayevanın meyitini orada basdırmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu Poylu kəndində yaşayıb əkinçiliklə məşğul olmuşdur. Tarixini dəqiq xatırlamır, lakin 2005-ci ilin aprel-may aylarında həmkəndlisi Şəfəqin vasitəsi ilə Brilyant adlı xanımla tanış olmuşdur. O, Şəfəqin fahişəliklə məşğul olmasını bildiyi üçün Brilyantın da həmin tipli xanım olmasını yəqin etmişdir. O, Şəfəqdən Brilyanta məxsus mobil telefon nömrəsini alıb sonuncu ilə telefon əlaqəsi saxlayaraq tanış olub bir müddət telefon vasitəsi ilə danışmışdır. Həmin ərəfədə onun istifadəsində 050 546-21-71, Brilyantın istifadəsində isə 050 661-90-34 mobil telefon nömrəsi olmuşdur. xx.xx.2005-ci il tarixdə, gündüz saatlarında Ağstafa rayonu Qırlı kəndində yaşamış bacısı Höküməgilin evlərindən Ağstafa rayonu Poylu kəndinə qayıdan zaman Ağstafa şəhərində olarkən Brilyanta məxsus mobil telefon nömrəsinə zəng edib sonuncu ilə görüşmək və intim münasibətdə olmaq istədiyini bildirmişdir. Brilyant da onunla intim münasibətdə olmaq qarşılığında “3 şirvan” pul istəmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün və könlündən qadınla intim münasibətdə olmaq keçdiyinə görə Brilyantın təklifini tərəddüd etmədən qəbul etmişdir. Brilyanta zəngindən təxminən 1-2 saat sonra Ağstafa şəhərindəki Ağstafa Dəmiryolu stansiyasının yaxınlığında yerləşən “Poylu” avtobus dayanacağında sonuncu ilə görüşmüşdür. Brilyantın əynində qara rəngli kurtka, qara rəngli yubka, qara rəngli çəkmə, çiynində isə qara rəngli çantası olmuşdur. O, Brilyantla görüşüb Ağstafa-Poylu marşrutu üzrə avtobusa minmişdir. Həmin avtobusda tanıdığı şəxs olmamışdır. Ağstafa-Poylu avtomobil yolunun Ağstafa rayonu, Poylu kəndi ərazisindən keçən hissəsində, “Telestudio” deyilən yerdən təxminən 300 metr aralıda həmin avtobusdan düşmüşdür. Onun təklifi ilə və göstərdiyi marşrut üzrə Poylu kəndi istiqamətdə, yolun sol tərəfindən Ağstafa çayı istiqamətdə uzanan dərə ilə hərəkət etmişlər. Onun məqsədi Brilyantı Ağstafa çayının sahilinə aparmaq, heç kimin olmadığı yerdə və heç kimin görə bilməyəcəyi şəraitdə sonuncu ilə intim münasibətdə olmaq olmuşdur. Onlar birlikdə hərəkət edərkən və Ağstafa çayının sahilinə çatmağa təxminən 40 metr qalmış Brilyant getdikləri yerin şəraitinin intim münasibət üçün uyğun olmadığını və qiymətin az olmasını bildirib narazılıq etməyə başlayıb intim münasibətdə olmaq istəmədiyini və geri qayıtmaq istədiyini bildirmişdir. O isə Brilyanta uzun yol gəldiklərini və xeyli vaxt sərf etdiyini bildirib intim əlaqədə olmağı təkid edərkən sonuncu qışqırıb səs-küy salmış və polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra, o, 2002-ci ildə Tovuz rayon bazarında süpürgə satarkən aldığı və daimi üzərində gəzdirdiyi qara qulplu, qatlanan, təxminən 15-20 sm. ölçüdə bıçaqla Brilyantın sinə və mədə nahiyəsindən xatırladığı qədər 2 dəfə vurmuşdur. Brilyant əvvəlcə dizi üstə yerə yıxılmış, daha sonra sağ çiyni üstə yerə uzanmışdır. O, da çayın sahilinə gedərək cinayətin predmeti olan bıçağı çayın dərinliyinə doğru atıb çaydan axan su ilə əl və üzünü yumuşdur. Bundan sonra o, Brilyantın yanına qayıdıb öldüyünə əmin olduqdan sonra orada xəndək qazmaq və meyiti həmin xəndəkdə basdırmaq qərarına gəlmişdir. Ona görə də o, meyiti hadisə yerində qoyub həmin yerə gəldiyi yolla piyada geri qayıdıb yaşadığı kəndə getmişdir. O, törətdiyi cinayət barədə tanışı Elçin Nəbiyevə danışıb sonuncudan bel-lopatka gətirməsini və meyitin basdırılmasında ona köməklik etməsini xahiş etmişdir. Elçin də evlərinə gedərək 2 ədəd bel götürüb onun yanına qayıtmış və birlikdə meyitin olduğu “Qolpuna” getmişlər. O, Elçin Nəbiyevlə birlikdə meyitin olduğu yerdən təxminən 3-4 metr aralıda dərinliyi 60-70 sm ölçüdə, eni və uzunu təxminən 1 metr olan quyu qazıb meyiti ora atmışlar. Sonra o, meyitin yanındakı çantanı da meyitin olduğu quyuya atdıqdan sonra meyitin üzərini torpaqla basdırıb oradan uzaqlaşmışlar. İstintaq zamanı dəqiq bilmişdir ki, həyatdan məhrum etdiyi şəxsin məhz Brilyant Kosayevadır. Həmin ərəfədə onun istifadəsində olan mobil telefon cihazı nasaz olduğu üçün tez-tez mobil telefon nömrəsini çıxardıb qohum və tanışlarının istifadəsində olmuş telefon cihazlarına daxil edərək müxtəlif şəxslərə zəng etmişdir. Bundan başqa, onun Brilyantdan xoşu gəldiyi üçün sonuncuya teztez zəng etmiş, axırıncı dəfə xx.xx.2005-ci il tarixdə Brilyantla intim münasibətdə olmaq məqsədi ilə sonuncu ilə telefon vasitəsi ilə danışmışdır. O, Brilyant Kosayevanı qəsdən öldürdükdən sonra törətdiyi cinayəti gizlətmək, sonuncunun ölmədiyi və hələ də yaşadığı görüntüsü yaratmaq məqsədi ilə üzərində olmuş qara rəngli, kənar hissəsində antenası olan “Ericsson” markalı telefonu və içərisində olan mobil telefon nömrəsini götürmüşdür. 2006-cı ilin aprel ayına kimi həmin telefon cihazını və mobil telefon nömrəsini özündə saxlamış, mobil nömrəni bəzi vaxtlarda müxtəlif telefon cihazlarına daxil edib aktiv etmişdir. O, Brilyanta məxsus nömrəni aktiv edən kimi, həmin nömrəyə müxtəlif zənglər gəlmiş, xatırladığı qədər tanımadığı bir nəfər xanım da zəng edib Brilyantı soraqlamış, o da həmin nömrəni onun işlətdiyini, bir də zəng etməməsini demişdir. Xatırladığı qədər 2006-cı ilin aprel ayında o, həmin mobil telefon cihazını və telefon nömrəsini qırıb atmışdır. Bundan başqa, maddi sübutların ekspertizası rəyində göstərilən xüsusatlarla bağlı, yəni Brilyant Kosayevin əynində olmuş paltarlar üzərində müxtəlif xarakterli zədələrin olması, həmin zədələrin əksəriyyətinin qarşılıqlı mübahisə və dartışma zamanı əmələ gəlməsi, qadın gödəkçəsi üzərində boyun nahiyəsində olan bir ədəd dəlib-keçən zədənin və gödəkçənin sol yaxalıq kənarına yaxın yerləşən bir ədəd dəlib-keçən zədənin böyük ehtimal ilə hər hansı bir deşici-kəsici xassəyə malik alətin (əşyanın) təsirindən törənməsi, çənə sümüyü cismində, 5-ci boyun fəqərəsinin qövsündə və bir ədəd qabırğada sınıqlar aşkar edilməsi, həmin sınıqların küt yaranma mexanizminə malik olmaqla küt əşyanın təsiri nəticəsində şəxsin ölümündən az müddət öncə, yaxud az müddət sonra əmələ gəlməsi haqqında suallara cavab olaraq bildirmişdir ki, o, Brilyant Kosayevanın sinə və mədə nahiyələrinə bıçaq zərbələri vurmaqla xəsarət yetirdiyini xatırlayır, lakin əli ilə və ya digər bərk əşya ilə Brilyanta xəsarət yetirdiyini, eləcə də sonuncu ilə dartışdığını xatırlamır. Brilyantın paltarları üzərində xəsarətlərin necə əmələ gəlməsi barədə hər hansı fikir deyə bilmir. Ola bilsin ki, Elçinlə köməkləşib Brilyantın meyitini qazdığı quyuya atarkən paltarları üzərində zədələr əmələ gəlmişdir. O, birinci zərbəni Brilyantın sinə nahiyəsindən, daha sonra ikinci zərbəni mədə nahiyəsindən ardıcıl olaraq vurmuşdur. İstintaq zamanı müəyyən edilmiş hallar barədə, yəni meyit sonuncu tərəfindən basdırılmış yerdən çıxarılarkən meyitin yanında qadın çantasına rast gəlinməməsi, eləcə də cinayət hadisəsi barədə Elçin Nəbiyevdən başqa kim(lər)ə danışması və ötən illər ərzində hüquq mühafizə orqanlarına nə üçün məlumat verməməsinin səbəbi barədə heç nə deyə bilmir. Xatırladığı qədər, Brilyantın üzərində olmuş çantanı meyitin yanına atmışdır. O, qəsdən öldürdüyü şəxsin mobil telefon nömrəsindən və mobil telefon cihazından başqa, onun üzərində olan çantasını, boyunbağı və sırğasını, eləcə də digər əşyalarını götürməmişdir. Sonra Şahid3 da onun törətdiyi cinayət hadisəsini ondan eşitmişdir. O, Brilyantı öldürdükdən sonra ilk olaraq Elçinə demiş və sonuncunun köməkliyindən istifadə edib meyiti basdırmışdır. Şahid3la birlikdə törətdiyi başqa cinayətə görə 2006-2021-ci illərdə məhkum olunmuş, Elçin Nəbiyev 2017-ci ildə intihar edərək özünü öldürmüşdür. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Brilyant Kosayeva onun qızıdır.1993-1995-ci illərdə ailə həyatı qurmuş, təxminən 3-4 il birlikdə yaşadıqdan sonra boşanıb yenidən onlar ilə birlikdə yaşamış və həmin ərəfədə 2 yaşlı qız övladı olmuşdur. Həmin ərəfədə X25 Gigiyena və Epidemiologiya Mərkəzində işləmiş və Qazax şəhərində “Son beş” deyilən yerdə müxtəlif ünvanlarda kirayədə yaşamış, lakin kiminlə yaşadığını bilməmişdir. Brilyant Kosayeva teztez kirayədə qaldığı ünvanları dəyişmişdir. O, Brilyant Kosayevanın həmin ərəfədə istifadəsində olan mobil telefon nömrəsini xatırlamır. X9ra rəngli, yuxarı hissəsində antenası olan, “Ericsson” markalı telefon cihazı olmuş, həmin telefon cihazını təxminən 200-300 manat pula almışdır. Brilyant Kosayevanın üzərində daimi 2 ədəd boyunbağı (biri qalın, digəri isə nazik olmaqla sonunda klon olmuş) olmuşdur. Sırğa və üzüyünün üzərində gül formasında ağ rəngli qaşları olmuşdur. Bundan başqa, Brilyant Kosayevanın daimi yanında qara rəngli iri həcmli əl çantası, içərisində isə özünün və uşağının doğum şəhadətnaməsi olmuşdur. O, qızı Brilyant Kosayevanı sonuncu dəfə 2005-ci ilin noyabrdekabr aylarında Ağstafa rayonu Kolayır kəndində yerləşən evlərində görmüş, həmin ərəfədə digər qızı Ülkər də onlara qonaq gəlmişdir. Brilyant Kosayeva onlar ilə görüşdükdən sonra həmin gün axşam saat 20-21 radələrində çıxıb getmişdir. Brilyant Kosayeva arıq bədən quruluşlu, alçaq boylu, yəni təxminən 150-155 sm ölçüdə olmuş, sonuncunun saçları sarımtıl rəngli, kəsik və qıvrım olmaqla çiyninə qədər uzanmışdır. Brilyant Kosayevanın əynində qara rəngli, balıq formalı “məxmər” fason yubka, sarımtıl rəngli boğazlı və qollu, üzəri naxışlı vodolaska, qara rəngli gödəkcə olmuş, həmişə yubkasının altından gödək əlavə yubka geyinmişdir. 2005-ci ilin noyabr-dekabr aylarında sonuncu dəfə Brilyant Kosayeva ilə görüşdükdən sonra sonuncunun mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin nömrəsi ya bağlı olmuş, ya da ki, onun zəngi geri çevirilmişdir. Brilyant Kosayevanın heç kimlə düşmənçiliyi, ədavəti olmamış, istər qonşularla, istərsə də qohumlarla münasibəti yaxşı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə həyatı qurub ayrıldıqdan sonra bacısı Brilyantı az hallarda görmüş, sonuncu müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Həmin ərəfədə bacısı Brilyantın və özünün istifadəsində olan mobil telefon nömrəsini xatırlamır, lakin sonuncu itkin düşdüyü vaxta qədər tez-tez telefon əlaqəsi saxlayıb hal-əhval etmişdir. Brilyantın qara rəngli, yuxarı hissəsində antenası olan, “Ericsson” markalı telefon cihazı olmuşdur. Brilyantın üzərində daimi 2 ədəd boyunmağı olmuşdur. Brilyantın üzərində daimi 2 ədəd boyunbağı (biri qalın, digəri isə nazik olmaqla sonunda klon olmuş) olmuşdur. Sırğa və üzüyünün üzərində gül formasında ağ rəngli qaşları olmuşdur. Bundan başqa, Brilyant Kosayevanın daimi yanında qara rəngli iri həcimli əl çantası, içərisində isə özünün və uşağının doğum şəhadətnaməsi olmuşdur. O, Brilyantı sonuncu dəfə 2005-ci ilin noyabr-dekabr aylarında Ağstafa rayonu Kolayır kəndində yerləşən ata evlərində görmüş, həmin ərəfədə atasıgilə qonaq getmişdir. Brilyant Kosayeva onlar ilə görüşdükdən sonra həmin gün axşam saat 20-21 radələrində çıxıb getmişdir. Brilyant arıq bədən quruluşlu, alçaq boylu, yəni təxminən 150-155 sm ölçüdə olmuş, sonuncunun saçları sarımtıl rəngli, kəsik və qıvrım olmaqla çiyninə qədər uzanmışdır. Brilyantın əynində qara rəngli, balıq formalı “məxmər” fason yubka, sarımtıl rəngli boğazlı və qollu, üzəri naxışlı vodolaska, qara rəngli gödəkcə olmuş, həmişə yubkasının altından gödək əlavə yubka geyinmişdir. 2005-ci ilin noyabr-dekabr aylarında sonuncu dəfə Brilyant Kosayeva ilə görüşdükdən sonra sonuncunun mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin nömrəsi ya bağlı olmuş, ya da ki, onun zənginə «odboy» vermişdir. Brilyantın heç kimlə düşmənçiliyi, ədavəti olmamış, istər qonşularla, istərsə də qohumlarla münasibəti yaxşı olmuşdur. Tarixini dəqiq xatırlamır, lakin bir dəfə Brilyantın mobil nömrəsinə zəng edərkən zəngə bir nəfər kişi cavab vermiş, həmin şəxs ona mobil telefon nomrəsini işlətdiyini və Brilyantı tanımadığını bildirib zəngi geri çevirmişdir. O, təkrar həmin mobil telefon nömrəsinə zəng edərkən artıq həmin nömrə söndürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, rəfiqəsi Brilyant Kosayeva ilə uzun müddət əvvəl bir evdə yaşamışdır. O, Brilyantla tanış olarkən sonuncu Qazax Gigiyena və Epidemiologiya Mərkəzində işləmişdir. Brilyant müəyyən məbləğdə pulun müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmuşdur. Həmin ərəfədə Brilyantın istifadəsində olan mobil telefon nömrəsini bilmir. O, 20 ildən artıq müddətdir ki, 050 686-39-95 mobil telefon nömrəsini istifadə etmiş, Brilyantla da həmin mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamışdır. Brilyantı sonuncu dəfə 2005-ci ilin noyabr-dekabr ayında onun yaşadığı evdən gedərkən görmüşdür. Brilyant onunla sağollaşıb Ağstafa rayonu Poylu kəndində yaşayan falçının yanına getdiyini demişdir. Bundan sonra Brilyant onun evinə gəlməmiş, eləcə də telefon əlaqəsi saxlamamışdır. O isə Brilyanta zəng edəndə sonuncunun mobil telefon nömrəsinə zəng çatmamış və ya zəngə cavab verilməmişdir. Brilyant arıq bədən quruluşlu, alçaq boylu, yəni təxminən 150-155 sm ölçüdə olmuş, sonuncunun saçları sarımtıl rəngli, kəsik və qıvrım olmaqla çiyninə qədər uzanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2005-ci il tarixdə Qazax rayon Gigiena-Epidemiologiya Mərkəzinə direktor təyin edilmiş, həmin ərəfədə X5 orada sanitar təlimatçı işləmişdir. Brilyant Kosayevanın işə davamiyyəti pis olduğu üçün bir neçə dəfə rəsmi xəbərdarlıq etmişdir. Bundan başqa Brilyant kirayədə yaşadığı müddətdə ev sahibləri ilə aralarında mübahisələri olmuş, kirayə pulunu vermədiyi üçün dəfələrlə iş yerinə şikayətlər edilmişdir. Xatırladığı qədər, 2005-ci ilin oktyabr ayının sonlarından işə gəlmədiyi üçün Brilyanta töhmət elan etmişdir. Lakin Brilyant yenə də işə gəlməməkdə davam etmiş, işçilərin zənglərinə cavab verməmişdir. xx.xx.2006-cı il tarixdə Həmkarlar ittifaqının ümumi yığıncağında qəbul edilmiş qərara əsasən işə davamiyyətinin olmaması əsası ilə xx.xx.2006-cı il tarixdə Brilyant Kosayeva işdən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4 il 10 ay cəza çəkdikdən sonra xx.xx.2012-ci il tarixdə cəzasının qalan hissəsi daha yüngül cəza ilə əvəz edilərək X31 Çəkmə Müəssisəsinə köçürülmüşdür. O, azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə 6 saylı CÇM-də Ağstafa rayonu Poylu kənd sakini Şahid3la tanış olmuş, həmin ərəfədə sonuncu Azərbaycan Respublikası CM-in 120-ci maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onlar azadlığa buraxıldıqdan sonra bir-biri ilə telefon əlaqəsi saxlayıb hal-əhval tutub görüşmüş, hətta 2019-2020-ci illərdə Şahid3la birlikdə Bakı şəhərində avtoyuma yerində işləmişdir. Tarixini dəqiq xatırlamır, lakin 2022-ci ilin yay aylarında Şahid3la telefon əlaqəsi saxlayıb Ağstafa şəhərində yerləşən H.Əliyev adına parkdakı çayxanada görüşüb çay içərkən sonuncu söhbət əsasında 2006-cı ildə yeznəsi Fəzail və digər şəxsin öldürülməsində sonuncuya kömək etmiş dostu Təqsirləndirilən şəxs “ağzı bütöv” və möhkəm oğlan olmasını, qeyd olunan cinayətin törədilməsindən 1-2 il əvvəl, təxminən 2004-2005-ci illərdə intim münasibətdə olmaq üçün Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsi ilə çağrılmış yüngül əxlaqlı qadını Ağstafa rayonu Poylu kəndinin ərazisindən axan Ağstafa çayının sahilində bıçaqla öldürdüklərini və həmin ərazidə qazdıqları quyuda basdırdıqlarını demişdir. Bundan başqa, Şahid3 həmin cinayəti Təqsirləndirilən şəxs və başqa bir şəxslə birlikdə törətdiyini, həmin şəxsin intihar edərək özünü öldürdüyünü, həmin cinayəti heç kimin bilmədiyini, onun da bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sadəcə Şahid3 həmin şəxsin barəsində eşitmişdir. Şahid3 deməsinə görə, 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə törətdiyi cinayətə görə tutularkən sonuncu onu satmamış və hadisə barədə məlumat verməmişdir. Cinayətin açılması təmin edildikdən sonra Təqsirləndirilən şəxs həqiqəti etiraf etmişdir. Şahid3 deməsinə görə intihar etmiş şəxs də onun həmkəndlisi olmuş, cinsi əlaqədə olmaq qabiliyyəti olmadığı üçün cəmiyyətdə rüsvay olduğuna görə özünü asaraq intihar etmişdir. Şahid3 deməsinə görə öldürdükləri qadın Təqsirləndirilən şəxs tanışı olmuş, sonuncu həmin qadına zəng edərək Ağstafa şəhərinə dəvət etmişdir. Şahid3 öldürdükləri qadının adını bilmədiklərini bildirmiş, eləcə də həmin qadını təsvir etməmişdir. O, da Şahid3 öldürdükləri qadının kim olması, niyə, nə məqsədlə öldürmələri, harada badırmaları və sair barədə heç nə soruşmamışdır. Şifahi məlumatın qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qayda da həbs edilmiş və Ağstafa RPŞ-nin MSY-də saxlanılan Ağstafa rayonu Dağkəsəmən kənd sakini Şahid2 bildirmişdir ki, 2022-ci ilin yay aylarında Ağstafa şəhərində yerləşən H.Əliyev adına parkdakı çayxanada tanışı Şahid3 söhbət əsasında təxminən 2004-2005-ci illərdə Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə yüngül əxlaqlı xanımı öldürdüklərini və Poylu kəndinin ərazisində basdırdıqlarını demiş, lakin öldürdükləri xanımın kim olması və nəyin üstündə öldürmələri barədə məlumat verməmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 meyitin skeletinə və hadisə baş verən zaman sonuncunun əynində olmuş paltarlara məhkəmə tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, Brilyant Kosayevanın əynində olmuş gödəkçənin, boğazlı sviter və köynəyin üzərində müxtəlif ölçülü bir neçə ədəd kəsici-deşici xassəli alətlə yetirilməyə xaraktik zədələrin olması müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixli “Google earth” proqramı üzrə hadisənin baş verdiyi yerə və meyitin basdırıldığı məkana baxış keçirilməsinə dair protokola əsasən xx.xx.2005-ci il tarixdə Təqsirləndirilən şəxs tanışı X12 rayonu, Poylu kəndinin ərazisində "Telestudio" deyilən yerdən təxminən 300 metr aralı məsafədən, Ağstafa-Poylu avtomobil yolunun kənarından 2-3 km Ağstafa çayı istiqamətdə aparıb Ağstafa çayının sahilinə çatmağa 40 metr qalmış dərədə Brilyant Kosayevanı öldürməsinin və sonuncuya məxsus meyiti basdırmasının hərəkət trayektoriyası müəyyən edilərək sxem formasında protokola əlavə edilmişdir. “Əşyanın tanınması aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim edilən cinayət işi üzrə götürülmüş maddi sübutlar - 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə və 1 cüt göy rəngli corabı tanıyıb 2005-ci ilin payız aylarında bacısı X19 rayonu Kolayır kəndində yerləşən evlərini tərk edərkən həmin əşyaların sonuncunun üzərində olmasını gördüyünü bildirmişdir. Elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları, antena məlumatları, sms və digər ötürülən məlumatların əks olunduğu diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Brilyant Kosayevaya məxsus 050 661-90-34 mobil telefon nömrəsi xx.xx.2004-cü il tarixdən 2005-ci ilin oktyabr ayınadək **********83340 İMEİ kodlu telefonda istifadə edilmiş, növbəti xx.xx.2005-ci il tarixdən 2006-cı ilin aprel ayınadək olan müddətdə **********33280, **********51440, **********31200, **********58950, **********92520, **********06670 və **********85750 İMEİ kodlu telefonlarda istifadə edilmişdir.Bundan başqa, telefon nömrələrinə dair məlumatlara baxış keçirərkən Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** mobil telefon nömrəsinin 2005-ci ilin iyun ayında **********83340 İMEİ kodlu telefonda, 2005-ci ilin sentyabr ayında **********31200 İMEİ kodlu telefonda, 2005-ci ilin noyabr ayında **********51440 İMEİ kodlu telefonda istifadə edilmişdir. Brilyant Kosayevaya məxsus mobil telefon nömrəsi 050 661-90-34-dür. Təqsirləndirilən şəxs məxsus 050 ***-**- ** mobil telefon nömrəsi ilə Brilyant Kosayevaya məxsus 050 661-90-34 mobil telefon nömrələri arasında xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 125 dəfə telefon danışığı edilmişdir. Telefon nömrələrinə dair məlumatlara baxış keçirərkən müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixdə, saat 15:12-də sonuncu dəfə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi ilə Brilyant Kosayevaya məxsus 050 661-90-34 mobil telefon nömrəsinə zəng etmiş, hər iki mobil telefon nömrəsi “Agstafa r-nu” antena dairəsində müşahidə edilmişdir. Sonrakı dövrdə həmin mobil telefon nömrələri arasında telefon danışıqları müşahidə edilmir. Təqsirləndirilən şəxs də ifadəsində Brilyant Kosayevaya həmin tarixdə və vaxtda zəng etdiyini, Ağstafa şəhərində, “Poylu” avtobus dayanacağında görüşüb birlikdə Ağstafa rayonu, Poylu kəndinin ərazisinə, “Telestudio” deyilən yerin yaxınlığına, oradan da təxminən 2-3 km aralı məsafədə yerləşən Ağstafa çayının sahilinə getdiyini və çay sahilindən 40 metr aralı məsafədə sonuncunu öldürdüyünü bildirmişdir. Cinayət işi üzrə müəyyən olunmuş həmin faktlar cinayət hadisəsinin xx.xx.2005-ci il tarixdə saat 15 radələrində baş verməsini bir daha təsdiq edir. Bundan başqa, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** mobil telefon nömrəsi 2005-2006-cı illərdə 39 ədəd müxtəlif İMEİ kodlu telefon cihazlarında istifadə edilmişdir. Ağstafa rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə şübəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilmiş insan skeletinin üzərində olan paltarlar - 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə və 1 cüt göy rəngli corabın 2005-ci ilin payız aylarında valideynlərinin yaşadığı Ağstafa rayonu Kolayır kəndində yerləşən evindən çıxaraq bir daha geri qayıtmayan xx.xx.1973-cü il təvəllüdlü Ağstafa rayonu Kolayır kəndində doğulmuş, Ağstafa rayonu Saloğlu kəndində qeydiyyatda olan, Qazax Gigiyena və Epidemiologiya Mərkəzində sanitar təlimatçı işləmiş X3 məxsus olduğu müəyyən edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi detalları təsdiq edib Ağstafa rayonu, Poylu kəndinin ərazisində "Telestudio" deyilən yerdən təxminən 300 metr aralı, Ağstafa-Poylu avtomobil yolunun kənarından 2-3 km Ağstafa çayı istiqamətdə dərədə Brilyant Kosayevanı öldürdüyü və sonuncuya məxsus meyiti basdırdığı yeri, eləcə də hadisənin mexanizmini əyani şəkildə göstərmişdir. Onun əyani göstərdikləri ilə sərbəst ifadəsi arasında nəinki hər hansı ziddiyyət aşkar edilməmiş, hətta Ağstafa çayından 40 metr aralı məsafədə yerləşən yerin qazılması zamanı oradan üzərində qadına məxsus geyim əşyaları ilə bərabər insan skeletinin sümükləri aşkar edilmişdir. Aşkar edilmiş insan skeletinin sümükləri, eləcə də üzərində olan paltarlar, o cümlədən 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə, 1 cüt göy rəngli corab, eləcə də 1 ədəd kalçuk materialdan qapaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 228 saylı rəyindən görünür ki, psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Belə ki, məhkəmə-psixioloji ekspertizası üzrə- Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psıxi-emosıonal halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır(keçirməmişdir). .Məhkəmə-psixiatrik ekspertizası üzrə- Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlıqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM- nin 22-ci maddəsinin təsiri altına düşmür. Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/302R nömrəli məhkəmə genetik ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş sümük nümunələri - 99.99% ehtimalla X6 qadın cinsindən olan bioloji övladına məxsusdur. Təqdim edilmiş 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd boğazlı sarımtıl rəngli vodolazka, 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd qara rəngli tuman, 03 (üç) ədəd müxtəlif rəngli yubka, 01 (bir) cüt qara rəngli çəkmə və 01 (bir) cüt göy rəngli corab üzərində kifayət qədər yararlı bioloji mənşəli materialın mövcud olmadığı aşkar edildi və bu səbəbdən 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd boğazlı sarımtıl rəngli vodolazka, 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd qara rəngli tuman, 03 (üç) ədəd müxtəlif rəngli yubka, 01 (bir) cüt qara rəngli çəkmə və 01 (bir) cüt göy rəngli corabaüzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 167/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş paltarlardan bir ədəd kofta, bir ədəd qadın kalqotkası, bir ədəd jaket və bir ədəd gödəkçədə müxtəlif xarakterli zədələr vardır. Bu zədələrin əksəriyyətinin qarşılıqlı mübahisə və dartışma zamanı əmələ gəlməsi inkar edilmir. Qadın gödəkçəsi üzərində boyun nahiyəsində olan bir ədəd dəlib-keçən zədənin və gödəkçənin sol yaxalıq kənarına yaxın yerləşən bir ədəd dəlib-keçən zədənin böyük ehtimal ilə hər- hansı bir deşici-kəsici xassəyə malik alətin (əşyanın) təsirindən törənməsini demək mümkündür. Eləcə də qadın kalqotkasının sol ayağının daban nahiyəsinin sol hissəsində yerləşən bir ədəd dəlib-keçən zədənin ilişib-dartılma nəticəsində əmələ gəlməsi inkar edilmir. Ekspertizaya təqdim olunmuş sümüklər (cəmi 141 ədəd sümük və sümük fraqmentləri) hamısı insan skelet sümükləridir və eyni bir şəxsə, yaşı təxminən 25- 35 yaş ilinə uyğun olan qadın cinsli şəxsə mənsub olmuşdular. Bu sümüklər mənsub olmuş qadın cinsli şəxsin ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil, lakin sümüklərin torpaqda qalma müddəti təxminən 15-25 ilə uyğun gəlir. Sözügedən sümüklərdən çənə sümüyünün cismində öndə, V-ci boyun fəqərəsinin qövsündə və bir ədəd qabırğada sınıqlar aşkar edilmişdir. Bu sınıglar-küt yaranma mexanizminə malik olub, küt təsir nəticəsində əmələ gəlmişdilər, lakin onların yaranmasına səbəb olan alət (əşya) barədə daha konkret fikir söyləmək mümkün deyildir. Bu sınıqlar sümüklərin mənsub olduğu şəxsin ölümündən az müddət öncə yaxud az müddət sonra əmələ gəlmişdilər və onların sözü gedən qadın cinsli şəxsin ölümünə səbəb olması inkar edilmir. Ağstafa rayon Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Nəbiyev X17 rayon Poylu kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. № 5415 saylı vəsiqənin surətindən görünür ki, X4 Qarabağ müharibəsi itirakçısıdır və X13 üzvüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 66 nömrəli məktubundan görünür ki, X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena şöbəsində səhiyyə maarifi üzrə təlimatçı vəzifəsində işləmişdir. Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publi daxil olmuş xx.xx.2023-cü il tarixli HHŞ- 6-24/2-175/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsinin psixiatr, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, 2005-ci il tarixdə istifadə edilmiş “Ericsson T28s” markalı telefon cihazının işlək vəziyyətdə orta bazar dəyəri 200-300 manat, "xxxx" MMC-ə məxsus 050 661-90-34 mobil telefon nömrəsinin qiyməti isə 25 manat olmuşdur. xx.xx.2023-cü il tarixli, aktdan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 qızı X3 məxsus olan sümükləri təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli ittiham hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə (cəzanın ilk 5 ilini həbsxana rejimində çəkməklə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli tutulduğu gündən, yəni xx.xx.2006-cı il tarixdən hesablanmış, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə, 1 cüt göy rəngli corab və 1 ədəd kalçuk qapaq maddi sübut qismində tanınmış və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124–137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143–145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci, maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs qardaşının müharibə iştirakçısı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətinə başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməmişdən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsini tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə hazırki iş üzrə cinayət əməlini törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə hazırki iş üzrə cinayət əməlini törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 66.3-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz. Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə hazırki iş üzrə cinayət əməlini törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinin tələblərinə görə xüsusi ilə ağır cinayətin törədildliyi gündən on beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilməz. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə hazırki iş üzrə cinayət əməlini törətdiyi vaxtan hazırki vaxta CM-nin 75-ci maddəsində nəzərdə tutulan on beş il müddət keçmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin içtimai təhlükəliliyini və xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində CM-nin 75.4-cü maddəsində nəzərdə tutulan müddətin keçməsi ilə bağlı onun cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmir. Belə olan halda da ona cinayət əməlini törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti on beş ildən çox ola bilməz. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli ittiham hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə (cəzanın ilk 5 ilini həbsxana rejimində çəkməklə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli tutulduğu gündən, yəni xx.xx.2006-cı il tarixdən hesablanmış, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini isə xx.xx.2005-ci il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədərkən “məhkumluğu olmayan şəxs” statusunda olmuş, həmin cinayət hadisəsini törətdiyi müddətdə onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, törətdiyi cinayətin xarakterini və içtimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının yuxarı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci madələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təyin edilmiş və cəkilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına cinayətlərin məcmusu qaydasında hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təyin edilmiş və çəkilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş qəti cəza müddətinə hesablandığından cəzası çəkilmiş hesab olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağına təhvil verilmiş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə, 1 cüt göy rəngli corab və 1 ədəd kalçuk qapaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cinayətlərin məcmusu qaydasında hesablanmaqla qəti olaraq üzərində 15 (on beş) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 177.2.1 və 185.2.1-cü maddələri ilə təyin edilmiş və çəkilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş qəti cəza müddətinə hesablandığından cəzası çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağına təhvil verilmiş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd boğaz və qollu sarımtıl rəngli vodolaska, 1 ədəd qısa qol köynək, 1 ədəd qara rəngli tuman, 3 ədəd müxtəlif rəngli yubka, 1 cüt qara rəngli çəkmə, 1 cüt göy rəngli corab və 1 ədəd kalçuk qapaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-359/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-359/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver