Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-359/2024 25.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X4 və X2 məhəkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X6 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1956-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Burunqovaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Samux rayonu, Burunqovaq kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında kürəkəni Zərərçəkmiş şəxs ilə yeyib-içərkən onun oğlu X1 ilə Zərərçəkmiş şəxs arasında əvvəllər yaranmış narazılıq üstündə Zərərçəkmiş şəxs onunla mübahisə etmiş və mübahisənin davamı olaraq yaşadığı həmin evin həyətində olan çardağın (navestin) altında sonuncu onun və vəfat etmiş valideynlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün orada Zərərçəkmiş şəxs ilə yenidən mübahisə edib dalaşmış və dalaşma prosesində ondan qisas almaq məqsədilə həmin yerdə olan masanın üzərindən kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona qarnın daxilə keçib nazik bağırsağın, köndələn çəmbər bağırsağın, mədəaltı vəzinin yaralanması ilə müşayiət olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar yemək yeyən zaman, kürəkəni Zərərçəkmiş şəxs onlara gəlmiş və həmin vaxt onlar az miqdarda spirtli içki qəbul etmişlər. Kürəkəninin oğlu ilə nəsə pul söhbətləri olmuşdur. Kürəkəni hər dəfə bu məsələni qabarmış və onun üzərinə gəlmişdir.Hadisə olan gün İlham onun oğlü aralarında olan sohbəti yenidən açmış və söhbət uzanmış, onlar mübahisə edərək dalaşmışlar. Daha sonra onlar hər ikisi çölə çıxmış və siqaret çəkmişlər. Daha sonra kürəkəni ona hüçum çəkmiş və pulunu alaçağını deyərək söyüş söyməyə başlamışdır. Sonra söhbətləri səngimiş, o siqaret çəkəndə kürəkəni İlham artıq onun üzərinə hücm çəkmişdir. O, yaşlı olduğu üçün onun İlhama gücü çatmadığından bıçaqı götürmüş və kürəkəninə xəsarət yetirmişdir. Hadisə ani halda baş vermiş və o bilmədən kürkəninə xəsarət yetirmişdir. Onların səsinə qızı və digər şəxslər gəlmiş, bundan sonra o qonşuda olan taksini çağırmış və kürəkəni İlhamı xəstəxanya aparmışlar. O, həmin vaxt təcili tibbi yardıma da zəng etmişdir. Xəstəxanaya çatmamış təcili tibbi yardım birqadası gəlmiş və onun kürəkənin Gəncə şəhərində olan xəstəxanalardan birinə gətirmişlər. Bundan sonra o da onun övladı olduğu üçün o kürəkənin mülaicəsinə köməklik göstərmişdir. Daha sonra o Samux rayon Polis şöbəsinə çağrılmışdır. Əvvəllər onun İlhamla heç bir mübahisəsi olmamışdır. İlham onu qızının yanında təhqir etdiyi və onun ölüsünə söydüyü üçün o sonuncu onun üzərinə hüsüm etdiyi üçün o gücü çatmadığından məcbur qalıb kürəkəninə xəsarət yetirmidşir. İlham oğlu ilə aralarında olan söhbəti onun üzərinə çəkmişdir. Bıçaq masada olmuş onlar həmin vaxt yemək yemişlər. Qızı da hadisə yerində olmuşdur. O, kürəkəni ilə qabaqqabağa oturmuşdur. O, siqaret yandırmış həmin vaxt İlham da siqaret yandırmış və ona hücum etmişdir. O, kürəkənini uzaqlaşdırmış, lakin kürəkəni bir daha onun üzərinə hücum etmişdir. O, biçaqi əlində gizlətmişdir. Hadisənin hansı şəraitdə baş verməsini xatırlamır. Həmin vaxt o, bıçağı özü ilə götürmüş və polis idarəsinə təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə məhkəmə istintaqı təzələnmiş, təqsirləndirilən şəxs təkrar dindirilmiş və eyni məzmunlu ifadə vermişdir, əməlindən peşimandır, məhəkəmədən yaşlı olması, zərəçəkmişlə barışması, zərəçəkmişə dəymiş ziyanı tam ödəməsi və zərəçəkmişin ondan şikayətçi olmaması nəzərə alınmaqla ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir, Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Türkiyə Respublikasına yaşayır, onun övladı olmuş və qaynanası Türkiyə Respubikasına getmişdir. O, arvadı ilə həftə sonları Təqsirləndirilən şəxs evinə getmiş ,yoldaşı ona yemək bişirmiş və paltarlarını yumuşdur. Həmin günü də o arvadı ilə Təqsirləndirilən şəxs evinə getmiş, məhlə və evi səhmana salımışlar. Daha sonra onlar yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin vaxt arvadı balıq istəmiş və Təqsirləndirilən şəxs balıq alıb gətirmişdir. Həmin vaxt o bir az artıq spirtli içki qəbul etmişdir. O, Təqsirləndirilən şəxs oğluna qoyun alıb vermiş, oğlu isə satıb pulunu ona verməmişdir. Bundan sonra Fəxrəddinin oğlu ilə aramında narazılıyları olmuşdur. Sonra gedib oğlunun yanında işləmək istəmiş,orada işi alınmadığı üçü o qayıdıb evinə gəlmişdir. Bundan sonra o hər yerdə Təqsirləndirilən şəxs oğlunu pisləmiş, bu hal isə atası Təqsirləndirilən şəxs xoş gəlməmişdir. O, bu barədə danışanda Təqsirləndirilən şəxs qızışmışdır. O, həqiqətən də içkili olmuş və Fəxrəddinə qarşı nəlayiq ifadələr işlətmiş və sonuncunu təhqir etmişdir. Bıçaq ona dəyəndə o hiss etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona söyüş söymə ayıbdır demişdir. Hal-hazırda Fəxrəddindlə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, O, qardaşı Zərərçəkmiş şəxs xəstəxanada reanimasiyada görmüşdür. Hadisənin hansı şəraitdə baş verməsindən onun məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Faxərddinin arvadı Türkiyə Respublikasında olduğu üçün dayısı həftədə bir-iki dəfə Faxrəddin əmiyə baş çəkmsəyi və kömək etməyi xahiş etmişdir.. Axırıncı dəfə onlar axşam yeməyində oturub yeyib içmişlər, o araq içmədiyi üçün küçəyə çıxmışdır. Küçədə olan zaman səs-küy eşitmiş və dərhal həyətə qayıtmışdır. Həyətə qayıdan zaman İlham əminin vurulmasını görmüşdür. Hadisə baş verən zaman o küçədə olmuşdur. O, dayısnın vurulmasını görmüşdür. Faxrəddin əmisi xahiş etmiş və qonşunun avtomobili ilə İlhamı xəstəxanaya aparmışlar. Onlar yolda olan zaman təcili tibbi yardım gəlmiş və İlhamı xəstəxanaya apararaq palataya yerləşdirmişlər. Bundan sonra Faxrəddin polisə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bıçaqlanan İlhamı o, xəsətəxanaya aparmışdır. Onu İlhamı xəsətəxanaya aparmaq üçün Faxrəddin çağırmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə “şəxsin könüllü gəlib təqdim olunması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux RPŞ-nə gələrək özünü könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 163 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarının bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsaq, köndələn çəmbər bağırsağın mədəaltı vəzin yaralanması- iti kənara malik deşici-kəsici əşyanın-əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, edilir əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-trasoloji-soyuq silah ekspertizasının 26 dekabr 2023-cü il tarixli 16\1263/1264 nömrəli rəyindən görünür ki, İ.-Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İİ.- Tədqiqata təqdim olunan poluverin üzəridə olan 01 ədəd zədə , maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin( o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş poluverin və maykanın üzərində olan zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı , yəni öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: -Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. - Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2024-cü il tarixli “Sübutlarin qiymətləndirləməsi haqqında qərardan”görünür ki, hadisə zamanı istifadə edilən və iş üzrə Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd bıçaq və hadisə zamanı bıçaq xəsarəti almış Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd poluveri və 1(bir) ədəd mayka iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən daxil olmuş 27 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünürür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının CM-nə 59.1.10-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi 59.1.13-cü maddəsinə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsi, yaşlı olması (68 yaşı vardır), yaşayış yerindən müsbət xarakterizə olunması həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2, 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyəti, müsbət xarakterizə olunması, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, könüllü gəlib təqsirini boynuna alması, yaşlı olması, yaşayış yerindən müsbət xarakterizə olunması cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “həbsdə” saxlandığı müddət, Azərbaycan Respublikasının CMnin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizas Mərkəzinin hesabına keçirilməldir. İş üzrə maddi sübut olan Samux Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd bıçaq məhv edilməldir. Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd poluveri və 1(bir) ədəd mayka ona qayatrılmalı imtina etdikdə məhv edilməldir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “həbsdə” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 04 (dörd) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizas Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Samux Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd poluveri və 1(bir) ədəd mayka ona qayatraısın, imtina etdikdə məhv edilsin. İş üzrə mülki iddia yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-359/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-359/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver