Məhkəmə qərarları › İş №1(100)-359/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-359/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-359/2025 23.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi tərəfindən aparılmış, ibtidai istintaq başa çatdıqdan və ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Dövlət ittihamçısı X8 məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsalandırılmışdır ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham çərçivəsində törədilmiş 26 ayrı-ayrı epizodlardan yalnız 1 epizod üzrə əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətin təsnifatına aiddir və həmin epizod üzrə bütün hadisələr Bakı şəhəri ərazisində baş verdiyindən, yəni qeyd edilən cinayət əməli Bakı şəhərində başa çatdığından cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsini rəhbər tutaraq Bakı şəhərinin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə irəli sürülmüş ittihamda göstərilən zərərçəkmiş şəxs Anar Paşayev ilə bağlı epizod üzrə qeyd olunan 97 580,0 (doxsan yeddi min beş yüz səksən) manat məbləğində pul vəsaitinin vahid niyyətlə hissə-hissə realizə olunması ilə müşayiət olunan talama əməllərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən şossesində yerləşən Gömrük idarəsinin duracağında həyata keçirdiyini bildirərək, barəsində olan cinayət işinin aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X2 İlkin Valeh oğlu barəsində olan cinayət işinin Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən aidiyyəti üzrə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə irəli sürülmüş 26 epizoddan ibarət ittihamdan görünür ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət təsnifatına yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs10 aid hissədə göstərilən epizod aiddir. Digər epizodlarla əlaqədar irəli sürülmüş ittihamlar az ağır cinayətlərin təsnifatına aiddir. Ağır cinayətlər təsnifatına aid epizoddan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs10 birlikdə avtomobil alqı-satqısı ilə məşğul olub qazanc əldə etmək üçün Gürcüstandan ona minik avtomobilləri göndərməsini, həmin avtomobilləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin duracağında qəbul edib satdıqdan sonra pullarını hissə-hissə ödəyəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs10 hissə-hissə göndərdiyi avtomobillərin pulunu əvvəlcə bir hissəsini ödəyərək onun etibarını qazanmış, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs10 Gürcüstandan göndərdiyi, həmin dövrün məzənnəsinə görə 11.900 manat təşkil edən 7000 ABŞ dollarına razılaşdıqları 2011-ci il buraxılışlı, “U5YHC816BBL198060” ban nömrəli “Kia Ceed” markalı avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Gömrük İdarəsinin duracağında qəbul edib ələ keçirərək X1, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs10 eyni vədlə göndərdiyi həmin dövrün məzənnəsinə görə 13.940 manat təşkil edən 8200 ABŞ dollarına razılaşdıqları “Hyundai i40” markalı avtomobili, həmin dövrün məzənnəsinə görə 13.940 manat təşkil edən 8200 ABŞ dollarına razılaşdıqları 2013-cü il buraxılışlı “Toyota Prius” markalı avtomobili, həmin dövrün məzənnəsinə görə 10.200 manat təşkil edən 6000 ABŞ dollarına razılaşdıqları “Hyundai i30” markalı avtomobili 2023-cü ilin mart ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Gömrük İdarəsinin duracağında qəbul edib ələ keçirərək istintaqa məlum olmayan şəxslərə satmaqla, daha sonra öz cinayətkar hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs10 etibarını qazanmaq üçün onun göndərdiyi avtomobillərin pulunun bir hissəsini ödəyərək 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs10 yenidən Gürcüstandan ona “Kia Sorento” və “X12” markalı avtomobillər göndərməsinə nail olmuş və sonuncunun eyni vədlə göndərdiyi, həmin dövrün məzənnəsinə görə 26.860 manat təşkil edən 15.800 ABŞ dollarına razılaşdıqları 2016-ci il buraxılışlı, “KNAPH81ADGA233697” ban nömrəli “Kia Sorento” markalı avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Gömrük İdarəsinin duracağında qəbul edib ələ keçirərək cinayətin törədilməsindən xəbərsiz olan Şahid20 maya dəyərindən ucuz qiymətə, yəni 22.780 manata satmaqla, 2023-cü ilin avqust ayında eyni vədlə göndərdiyi, həmin dövrün məzənnəsinə görə 20.740 manat təşkil edən 12200 ABŞ dollarına razılaşdıqları 2014-cü il buraxılışlı, “KMHSW81UBEU202557” ban nömrəli “X12” markalı avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Gömrük İdarəsinin duracağında qəbul edib ələ keçirərək tanışı Şahid34 Şavaqat oğluna maya dəyərindən ucuz qiymətə, yəni 17500 manata satmaqla Zərərçəkmiş şəxs10 vahid niyyətlə əhatə olunmuş qəsdlə külli miqdarda, yəni 97.580 (doxsan yeddi min beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Azərbaycan Respublikasının CPM-in 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövgeyə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Bakı şəhərinin rayonları Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aid Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini Bakı şəhəri ərazisində törətdiyi üçün onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu ağır cinayətlər məhkəməsində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 74, 75 və 77-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı dövlət ittihamçısı X5 vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar