Məhkəmə qərarları › İş №1(100)-36/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-36/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-36/2021 24.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X28 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1963-cü ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, Göygöl Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 və 228.2-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 1002,308 qram kustar üsulla hazırlanmış narkotik sitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 61,436 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daşıyaraq həmin narkotik vasitə olan heroini 0,236 qram, 395,124 qram, 126,522 qram, 379,410 qram, 88,794 qram, 11,297 qram, 0,925 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda yeddi ədəd bükümdə və psixotrop maddə metamfetamini 0,144 qram, 56,153 qram, 1,001 qram, 0,970 qram, 0,964 qram, 0,859 qram, 1,087 qram, 0,258 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda səkkiz ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evin həyətyanı sahəsindəki kauçuk vedrənin içərisində gizlətməklə saxlamış, əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə tanışı Şahid9 təklif etmiş, sonuncunun bu qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinə ünvanladığı 24 dekabr 2019-cu il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı külli miqdarda heroinin 0,236 qramını bir ədəd kağız bükümdə və psixotrop maddə olan metamfetaminin 0,144 qramını bir ədəd kağız bükümdə gizlətdiyi yerdən götürüb üzərində saxlamaqla Qazax şəhərinə daşıyıb həmin gün, saat 15:00 radələrində yol kənarındakı «Gülül» restoranında əvvəlcədən əməliyyat-axtarış tədbirlərinə «təlimatlandırılmış şəxs» kimi cəlb edilmiş Şahid9 və Şahid10 iştirakı ilə «şərti alıcı» olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili Şahid2 70 manata qanunsuz olaraq satıb əlavə olaraq bir qramı 38 manatdan olmaqla 500 qram heroin və bir qramı 77 manatdan olmaqla 50 qram metamfetamin satmağı vəd etmiş, 25 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə gizlətdiyi heroinin 395,124 qram və 126,522 qram olmaqla iki ədəd ayrı-ayrı polietilen torbalarda qablaşdırdığı, ümumilikdə təmiz çəkisi 521,646 qramını satmaq məqsədi ilə üzərində saxlamaqla Bakı- Qazax avtomobil yolunun Şəmkir rayonu, Çinarlı kəndindən keçən hissəsinə daşıyıb həmin gün saat 18:30-da Şahid2 15200 manat pul müqabilində satdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və üzərinə baxış keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış iki ədəd iki yüz manatlıq, yüz otuz iki ədəd yüz manatlıq və otuz iki ədəd əlli manatlıq pul əskinaslarından ibarət ümumilikdə 15200 manat pul Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:00-da Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 11 ünvanında yerləşən yaşayış evinə baxış keçirilərkən evin həyətyanı sahəsindəki kauçuk vedrənin içərisindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 379,410 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 88,794 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,297 qram və bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,925 qram olmaqla, külli miqdarda təmiz çəkisi 480,426 qram narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 56,153 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,001 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,970 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,964 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,859 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,087 qram və bir ədəd kümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,258 qram olmaqla, külli miqdarda təmiz çəkisi 61,292 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid9 çoxdan, 1990-cı illərdən tanımışdır. 2017-2018-ci ildə Xanlarda, Bakı yolunun sağ tərəfində yerləşən 06 sot torpağını Maarif adlı şəxsə 6000 manata satmış, həmin ərəfədə də Zirəddin onda pul olduğunu bildiyindən borca pul istəmiş və o Zirəddin adlı şəxsə borca pul vermişdir. 2018-ci ilin sentyabr ayında AR CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətdiyindən tutulmuş,1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra evə qayıtmışdır. 2019-cu ilin sentyabr ayının 3-də evə qayıtdıqdan 3-4 gün sonra onu “insult” vurmuş, sağ tərəfi iflic olmuş və iki ay müalicə almışdır. Təxminən oktyabr ayında evdə xəstə yatdığı vaxt narkotiklərlə mübarizə üzrə regional şöbənin rəisi Zəfər müəllim ona zəng edərək“iş” verməyini demiş, o da Zəfər müəllimə kobud cavab vermişdir. Sonra ondan Zirəddini görüb-görmədiyini soruşmuş, o da görmədiyini bildirmişdir. X26 bir yerdə olduqlarını bilmişdir. Pulu olmadığından müalicə vaxtı Zirəddindən borc verdiyi pulu istəmiş, Zirəddin də pulu qaytaracağını bildirmiş, lakin bugün-sabah deyə-deyə pulu verməyi uzatmışdır. Sonra Zirəddin ona “məndə narkotik vasitə var, onu satıb sənin pulunu verəcəm” demiş,o da Zirəddinə “neynirsən elə, nə satırsan sat mənə maraqlı deyil, pulumu ver” demişdir. Ona inanmırsa onunla getməyini təklif etmiş,o da Zirəddinə inanmadığı üçün və pulu verməyi xeyli yubatdığı üçün onunla getməyə razılaşmışdır. Bundan sonra bir gün Zirəddin ona Qazaxa getməyi təklif etmiş o da Zirəddinlə birlikdə yol avtomobili ilə Qazaxa getmiş,orada iki şəxslə görüşmüş, həmin şəxslərə Zirəddin nə isə vermiş, onlar da həmin şeyi götürmüşlər. Həmin vaxt Zirəddinə pulun verilməsini görməmişdir. Onlar həmin vaxt orada çay içmiş,sonra isə qayıdıb Xanlara, evə gəlmişlər. Zirəddin “elə malı bunlara verəcəm, mənə 1-2 gün vaxt lazımdır” demiş və getmişdir. 1-2 gündən sonra onlara gəlmiş, “malı” istədiklərini demiş,onu evdən götürmüşdür. O da Zirəddinin narkotiki satıb pulunu verməyəcəyini düşünüb onunla getmiş, birlikdə yol avtomobili ilə stansiya Şəmkirə getmişlər. Yol maşını ilə gedəndə Zirəddinin əlində heç nə olmamış, hətta yolda Zirəddindən soruşduqda Zirəddin narkotikin üzərində olduğunu bildirmişdir. Orada düşəndən sonra onları “Niva” markalı bir avtomobil gəlib götürmüş,həmin avtomobillə bir dairə vurub, mindikləri yerdə də dayanmışlar. Avtomobili tanımadığı bir şəxs idarə etmiş,avtomobildə Zirəddin, o və tanımadığı sürücü olmuş, Zirəddin arxada, o isə qabaq oturacaqda əyləşmişdir. Alış-verişi Zirəddin etmiş, Zirəddin narkotiki arxa oturacaqda çıxarmışdır. Bildiyinə görə narkotiki Zirəddin üzərində saxlamışdır. Zirəddin narkotiki elə avtomobilin içərisində vermişdir. Narkotiki verəndə sellofan səsi gəlmiş, Zirəddin narkotiki arxa oturacaqdan, oturacağın yanından həmin şəxsə vermişdir. Zirəddin narkotiki verdikdən sonra həmin tanımadığı şəxs bükümdə pulu Zirəddinə vermişdir. Sürücünün narkotik vasitəni aldıqdan sonra hara qoymasına fikir verməmiş,sürücü Zirəddinə pulu saymasını desə də, Zirəddin pulun düz olacağını bildirmişdir. Həmin “Niva” markalı avtomobilə mindikləri yerdə yenidən dayandıqda 7-8 nəfər mülki geyimli, sonradan polis olduqlarını bildiyi şəxslər onları saxlamışlar. Pulun 15000 manat, narkotikin isə 300-400 qram olduğunu orada deyildikdən sonra bilmiş,polis əməkdaşları saxladıqdan sonra onları Qərb Regional şöbəyə gətirmişlər.Ona avtomobildə polislər zorla pulu cibinə qoymağını demiş,o da imtina edərək, pulun Zirəddin tərəfindən götürüldüyünü, onluq heç bir şeyin olmadığını bildirirmişdir. Zəfər müəllim də avtomobili saxladıqları yerdə olmuş, ona “yadına gəlir mənə dediyin söz?, gedək görərsən başına nə oyun açacam” demişdir. Ona hətta əl-qol da atmışlar. İfadəsinə əlavə olaraq əvvəllər, o cümlədən həbsdən çıxandan sonra da narkotik vasitədən istifadə etdiyini, Zirəddini 90-cı illərdən tanıdığını, Zirəddinin ona istifadə etmək üçün narkotik gətirdiyini, Zirəddinin ondan borc aldığını yalnız ailə üzvlərinin bildiyini, Maksimi tanımadığını, Qazaxda narkotik vasitəni alıcılara Zirəddinin verdiyini, yalnız borcunu qaytarması üçün Zirəddinlə birlikdə getdiyini bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki,saxlanıldıqdan sonra şöbəyə gətirilmiş, şöbədə ona hədə-qorxu gəldikdən sonra evinə aparılmış,polislərin özləri tərəfindən gətirilmiş narkotik vasitə toyuq hininə qoyulduqdan sonra çəkilişə başlanılmış, çəkilişə həyətdən başlanılmış, evə giriş hissəsi çəkilməmiş, əvvəldən ona deyildiyi kimi çəkiliş vaxtı narkotik vasitəni təqdim etmişdir. Bundan başqa ifadəsində ibtidai istintaq zamanı ifadələri təzyiq altında verdiyini, özünü AR CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilmədiyini, özünü əvvəldən təqsirli bilmədiyini, bütün ifadələrini təzyiq altında verdiyini,ona hətta fiziki zor tətbiq etdiklərini, onu vurduqlarını, istintaq zamanı öz vəkilini tələb etdikdə onun uzaqda olduğunu bildirdiklərini,ifadələri alınarkən müdafiəçisi E.Osmanovun yanında olmadığını, E.Osmanovun onun dindirilməsindən bir neçə gün sonra gəldiyini,o həmin mərhələdə sözünü deyə bilməyəcəyini gördüyündən, məhkəmədə bütün bunları deməyi qərara aldığını bildirmiş, birinci dəfə dindiriləndə oğlu ilə hədələndiyi üçün Şahid1 dediklərini yazdığını göstərmişdir. Həmçinin ifadəsində Bakıda “Space” kanalının yanından zibil qutusundan narkotik vasitə götürmədiyini, istintaqda ona təqdim edilən iran nömrəsinin İrandakı həkimin nömrəsi oluğunu, iki dəfə müalicəsilə bağlı İrana getdiyini, istintaqın əvvəlində ona qaçaqmalçılıqla bağlı da ittiham verildiyini, lakin bunun həqiqət olmadığını göstərmişdir. Əlavə etmişdir ki, Zirəddini narkotik satışı ilə məşğul olan şəxs kimi tanımış, Zirəddinin ona dəfələrlə bir çəkimlik xırda bükümlərlə narkotik vasitə verdiyini, Şahid1 isə əvvəldən tanıdığını, onunla salam-sağolunun olduğunu, bir-iki dəfə narkotiklə bağlı “çətinliyə” düşdüyü vaxt Şahid1 onu qurtardığını, üzərində narkotiklə tutulmasa da “səni tutacağıq” deyilərək hədə-qorxuya məruz qaldığını, lakin onlara heç bir məlumat vermədiyini, onlarla əməkdaşlıq etmədiyini göstərmişdir. Həmçinin əlavə etmişdir ki, Qazaxda kafedə o, Zirəddin, Fərid və Maksim olmuşlar, kafedə narkotik vasitəni yanında Maksimə Zirəddin vermiş, həmin vaxt ona pul verilməmiş, ümumiyyətlə pulun verilməsini görməmiş, o cümlədən Şahid3 görməmiş, orada digər şəxs olmamışdır. Bundan başqa ifadəsində ibtidai istintaq dövründə övladları tərəfindənqanunsuz həbs edilməsi ilə bağlı müxtəlif dövlət qurumlarına şikayət edildiyini, özünün isə Baş prokurorluğa qanunsuz olaraq həbs edilməsilə bağlı ərizə verdiyini göstərmişdir. Həmçinin əlavə etmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadələrinin həqiqətə uyğun olmadığını, hədə-qorxu ilə, oxumadan həmin ifadələrə imza etdirildiyini, narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, Şahid1 ona etdiyi təkliflərlə razılaşmadığından Zirəddinin vasitəsilə oyun qurularaq həbs edildiyi barədə həm özü, həm də yaxınları tərəfindən yuxarı orqanlara şikayətlər ünvanlandığı halda sonradan özünü təqsirli bilməklə ifadələr verməsi həqiqəti əks etdirməmiş, həmin ifadələr təzyiq və təsir altında ondan alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışdığı vaxt 24 dekabr 2019-cu il tarixdə Göygöl rayonunun Gəncə kəndində yaşayan ZirəddinMəhərrəmov şöbəyə şifahi ərizə protokolu ilə müraciət edərək Göygöl şəhər sakini Arif adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmin şəxsin narkotik vasitə olan heroinin hər bir qramını 38 manata, psixotrop maddə metamfetaminin isə hər bir qramını 77 manata satdığını və 500 qram heroin, 50 qram metamfetaminə alıcı tapması üçün ondan xahiş etdiyini, Arif adlı şəxsin ifşa olunmasını istədiyini bildirmişdir. Daxil olmuş məlumatı dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Arif adlı şəxsin 1963-cü il təvəllüdlü Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir. Daha sonra şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat planına əsasən Şahid9 «təlimatlandırılmış şəxs» qismində əməliyyat tədbirinə cəlb olunmalı, bundan sonra sonuncu ona narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satılmasına köməklik etməyi xahiş etmiş Təqsirləndirilən şəxs ifşa etmək üçün onu Təqsirləndirilən şəxs Qazax rayonunda yaşayan Aydın adlı qohumu kimi təqdim etməli, o da özünü guya narkotik vasitələrin və psixotrop maddələrin ticarəti ilə məşğul olan şəxs kimi təqdim etməli və özü ilə Təqsirləndirilən şəxs nümunə kimi gətirəcəyi narkotik vasitənin və psixotrop maddənin keyfiyyətini yoxlayan bir nəfər şəxs aparmalı olmuş, bunun üçün əməliyyat tədbirinə Qazax şəhərində yaşayan Şahid10 da «təlimatlandırılmış şəxs» qismində tədbirə cəlb olunmuşdur. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş və onların iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə alınması üçün xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 22.850 manat pul seriya və nömrələri qeyd edilməklə protokollaşdırılaraq götürülmüşdür. Şahid9 görüş yerinə Təqsirləndirilən şəxslə birlikdə gedəcəyindən sonuncu ilə görüşmək üçün şöbədən çıxıb getmişdir. 24 dekabr 2019-cu il tarixdə, saat 11 radələrində o, əməliyyat qrupunun üzvü Şahid4la birlikdə özünə məxsus «Niva» markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobillə Qazax şəhərinə getmişdir. Qazaxda Maksimi evindən götürmüşlər, Teymur Nəsirov da şöbənin maşınını idarə etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan telefonla əlaqə saxlanılmış, Arif Şahid9la birlikdə Qazax şəhərində avtovağzalda olduğunu bildirmişdir. Bundan sonra o, Şahid10lə birlikdə həmin yerə gedib Təqsirləndirilən şəxslə görüşmüş, həm onu, həm də Şahid9 avtomobilə əyləşdirdikdən sonra saat 15:00 radələrində Qazax rayonunda yolun kənarında yerləşən «Gülül» restoranına getmiş və orda əyləşmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs satmaq üçün onda qramı 38 manata olmaqla 500 qram narkotik vasitə heroin və qramı 77 manata olmaqla 50 qram psixotrop maddə metamfetamin olduğunu, hazırda özü ilə həmin narkotik vasitə və psixotrop maddədən nümunə gətirdiyini, əgər razılaşarlarsa həmin narkotik və psixotrop maddəni ertəsi gün, yəni 25 dekabr 2019-cu il tarixdə görüşüb sata biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bir büküm heroin və bir büküm metamfetamini əynindəki gödəkçənin sol yan cibindən çıxarıb Şahid10 verərək 70 manat verliməli olduğunu bildirmişdir. O da həmin vaxt 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq olmaqla tədbirdən əvvəl protokollaşdırılmış pul əskinaslarından 70 manat götürüb Təqsirləndirilən şəxs vermişdir. Şahid10 əvvəlcədən planlaşdırıldığı kimi guya alınan narkotik vasitənin və psixotrop maddənin keyfiyyətini yoxlamaq üçün otaqdan bayıra çıxmış və təxminən 10 dəqiqədən sonra yenidən otağa qayıdaraq heroin və metamfetaminin guya keyfiyyətinin normal olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs olan külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin dövriyyədən çıxartmaq məqsədilə həmin tədbirdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmamışdır. Təqsirləndirilən şəxs ertəsi gün, yəni 25 dekabr 2019-cu il tarixdə onunla görüşərək özündə olan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satacağı barədə razılığa gəldikdən sonra o, Şahid10lə birlikdə Təqsirləndirilən şəxs və Şahid9 ayrılaraq kafedən çıxıb birbaşa X5yıtmışdır. Bir müddət sonra Şahid9 da şöbəyə gəlmişdir. Həmin gün, saat 18:00 radələrində QBRŞ-də Şahid10 guya keyfiyyətinin yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ona verdiyi bir bükümdə olan narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metamfetamini videoçəkiliş aparılmaqla təqdim etmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin, digər bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümlər video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Ertəsi gün, yəni 25 dekabr 2019-cu il tarixdə, saat 14:30 radələrində Təqsirləndirilən şəxs Şahid9 istifadə etdiyi nömrəyə zəng edərək qramı 38 manatdan 400 qram heroini 15200 manata satmaq istədiyini bildirmişdir. Həmin məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmış, bundan sonra əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 15200 manat pul hal şahidlərinin iştirakları ilə protokollaşdırılaraq götürülmüşdür. Əvvəlcədən qurulmuş əməliyyat planına uyğun olaraq Şahid9 görüş yerinə Təqsirləndirilən şəxslə birlikdə gələcəyindən sonuncu ilə görüşmək üçün şöbədən çıxıb getmişdir. 25 dekabr 2019-cu il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs ona və Şahid9 zəng edərək özündə olan 400 qram narkotik vasitə heroini satması üçün Bakı- Qazax avtomobil yolunun Çinarlı yaşayış məntəqəsindən keçən hissəsində, «Çinar» kafesinin qarşısında görüşəcəklərini bildirmiş, o da təxminən 20-30 dəqiqəyə guya yaşadığı Qazax rayonundan çıxıb gələcəyini bildirmişdir. Ona görə də, saat 17:00 radələrində özünə məxsus «Niva» markalı avtomobillə görüş yerinə yollanmış, əməliyyat qrupunun üzvləri isə onu BNMİ-nin QBRŞ-nin balansında olan «BMV» markalı **-AP-*** və polis mayoru Şahid5 məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə müşayiət etmişlər. Şəmkir rayonuna, Bakı-Qazax avtomobil yolunun Çinarlı yaşayış məntəqəsindən keçən hissəsində yolun sol tərəfində yerləşən «Çinar» kafesinin qarşısına çatdıqdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayıb təyin etdiyi görüş yerində olduğunu bildirmiş, sonuncu da yol gəldiyini, bir az sonra həmin yerə çatacağını bildirmişdir. Saat 18:10 radələrində Təqsirləndirilən şəxs Şahid9la birlikdə gələrək «Çinar» kafesinin qarşısında onunla görüşmüşlər, əməliyyat qrupunun digər üzvləri onu müşayiət etməsi üçün o, mobil telefonu ilə əməliyyat qrupunun digər üzvü Şahid7 zəng edərək telefonu açıq saxlamışdır ki, qrupun üzvləri onların danışıqlarını eşidə bilsin. Təqsirləndirilən şəxs Şahid9la idarə etdiyi avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs təyin etdiyi görüş yerində narkotik vasitə və psxiotrop maddənin satılmasının təhlükəli olduğunu bildirib avtomobili Çinarlı kəndi istiqamətinə sürdürmüş, kəndə çatarkən ara yola dönmüş və bir qədər gedib avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs avtomobilin arxasınca gələn olmadığına əmin olduqdan sonra sağ ayağındakı corabında gizlətdiyi iki ədəd ayrı-ayrı sellofan bükümlərdəki narkotik vasitə heroini ona verərək ümumilikdə çəkisinin 442 qram olduğunu bildirmişdir. O da bunun müqabilində protokollaşdırılaraq götürülmüş 15200 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da həmin pulu sayılması üçün arxada əyləşən Şahid9 vermiş, sonuncu da pulu saydıqdan sonra pulu Təqsirləndirilən şəxs qaytarmış, sonuncu da pulu əynindəki paltonun cibinə qoymuşdur. Bundan sonra onlar geri qayıdıb yola çıxarkən yolun kənarında əməliyyat qrupunun üzvlərini görüb avtomobili saxlamış, bundan dərhal sonra, saat 18:30 radələrində əməliyyat qrupunun üzvləri avtomobilin qabaq qapısını açaraq avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs video çəkiliş altında xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı əməliyyataxtarış tədirlərinin keçirildiyini və onun da polis əməkdaşı olduğunu bildirmişlər. Artıq cinayət başında yaxlanadığını görən Təqsirləndirilən şəxs ilk əvvəl hər şeyi boynundan atıb bir az əvvəl satmış olduğu narkotik vasitənin guya Şahid9 məxsus olduğunu bildirsə də sonradan etiraf etmişdir. Həmin vaxt onda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs pulun guya Şahid9 olduğunu bildirmiş, təkidlərdən sonra Təqsirləndirilən şəxs 15200 manat pulu əynindəki gödəkçənin sol yan cibindən götürüb təqdim etmişdir. Həmin pul əskinaslarına baxış keçirilərkən 200, 100 və 50 manatlıq pul əskinaslarından ibarət olduğu və tədbirdən əvvəl protokollaşdırılaraq götürülən pul əskinasları ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmin pul əskinasları sayılıb video çəkiliş altında zərfdə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda o, əyləşdiyi oturacağın üzərində olan Təqsirləndirilən şəxs aldığı iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmiş, həmin iki ədəd sellofan bükümlərə baxış keçirərkən içərisindəkinin qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş həmin kütlələr video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Həmin yerdə sənədləşmə aparılmasına şərait olmadığından Təqsirləndirilən şəxs dəvət olunaraq polis əməkdaşları ilə birlikdə Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-nə aparılmış, Şöbədə Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin və iştirakçıların iştirakları ilə bu haqda tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu həm Təqsirləndirilən şəxs, həm də digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hər şeyi səmimi olaraq etiraf edib yaşadığı mənzildə də narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin saxladığını bildirmiş və həmin narkotik vasitəni və psixotrop maddəni təqdim etmək üçün yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Bununla əlaqədar olaraq 25 dekabr 2019-cu il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxslə birlikdə sonuncunun Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 11 ünvanında yerləşən yaşayış evinin qarşısına getmişlər, Təqsirləndirilən şəxs evin qapısını açaraq onları yaşadığı evə dəvət etmişdir. Onlar həyətə daxil olaraq video çəkiliş altında Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də öz növbəsində evin həyətyanı sahəsində olan böyük həcmli plastmas vedrənin içərisində saxladığı plastmas qabı götürüb təqdim edərək içərisindəkinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin plastmas qab həyətdəki masanın üzərinə qoyularaq baxış keçirilərkən içərisindən iki ədəd böyük sellofan bağlama və iki ədəd sellofan büküm və bir ədəd böyük sellofan bağlama, beş ədəd sellofan büküm və bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş büküm aşkar olunmmuşdur. Aşkar olunmuş həmin əşyalara tərəflərindən baxış keçirilərkən iki ədəd böyük sellofan bağlamanın və iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd böyük sellofan bağlamanın, beş ədəd sellofan bükümün və bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş bükümün içərisində şəffaf rəngli, kristal formada psixitrop maddə metamfetaminə bənzər kütlələr olduğu məlum olmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənib götürülmüş, Təqsirləndirilən şəxs həmin aşkar olunanların ona məxsus olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, pulun məbləği çox olduğundan, pulu aparmaqlarından ehtiyatlanıb özü əməliyyatda şərti alıcı kimi iştirak etmiş, şərti adı “Aydın” olmuşdur. Maksim görüşə yanında gəlmişdi ki, guya narkotik vasitənin keyfiyyətini yoxlayacaq. Narkotik vasitə Təqsirləndirilən şəxs hər iki ayağının ətəyində, corabının içərisində olmuşdur. Arif narkotik vasitəni verən zaman ondan pulu almışdır. Şahid10 və Zirəddini çoxdan tanımış, Zirəddinlə əvvəllər başqa tədbirdə də olmuşdur. Zirəddin heç bir maraq güdməmiş, sadəcə Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək istəmişdir. Onlara Arifin narkotik satması barədə məlumatı Zirəddin vermiş, Maksimin isə bu barədə məlumatı olmamışdır. Maksim, onu evdən götürən zaman şöbənin avtomobilini Teymur Nəsirov idarə etdiyi üçün onu evdən Teymurun götürdüyünü deyib, Maksimi Qazaxda evindən gedib götürmüşlər, Teymur da şöbənin maşınını idarə etmişdir. Maksimə heç bir təsir təzyiq göstərilməmişdir, o tədbirə özü könüllü qoşulmuşdur. Teymur Nəsirovun protokolda iştirakçı kimi qeyd olunduğunu xatırlamadığını göstərmişdir. Arifin özünün deməsinə görə narkotiki İrandan əldə etmiş, Arifin evindən aşkarlanmış narkotik vasitənin olduğu qabın üzərində İranın möhürü olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, hadisə yerinə Şahid1lə birlikdə getdikləri vaxt Arifin yanında əməliyyatçı Fərid, Rafiq və 2 nəfər sonradan tanımadığı Maksim və Zirəddin adlı şəxslər olmuşlar. Ora gedib çatdığı vaxt artıq çəkiliş başlamış, narkotik aşkar olunmuşdu. Narkotikin haradan çıxmasını görməsə də narkotik vasitənin avtomobildə sellofanda olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər əməliyyatçı olduğundan Təqsirləndirilən şəxs tanımış, Arifin əvvəllər onlarla əməkdaşlığının olduğunu göstərmişdir. Əlavə etmişdir ki, o Arifə birinci dəfə silahla bağlı tutulub buraxılandan sonra zəng etmiş, zəng etməkdə məqsədinin köhnə tanış olduqlarından onun halını, nəyəsə köməklik lazım olub-olmamasını soruşmaq olduğunu, Arifin isə ona həbsdən çıxdıqdan sonra imkanının olmadığını, borclarının olduğunu, həbsdə olarkən iranlılarla tanış olduğunu bildirdiyini, Arifə zəng edib onlara “iş” verməsilə bağlı təklif etmədiyini, onun imtina etməsindən sonra isə ona heç bir hədə-qorxu gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki,əməliyyat məlumatı Şahid2 daxil olmuş, o yalnız narkotik vasitə nümunəsinin alınması ilə bağlı birinci tədbirdə Seymur, Rafiq və Fəridlə birlikdə iştirak etmişdir. Həmin, birinci tədbirdə Maksim və Zirəddin də iştirak etmiş, kafedə Maksim, Zirəddin və Arif görüşmüşlər. Həmin tədbirdən sonra Maksim narkotik vasitəni şöbəyə gətirmiş və qablaşdırılmışdır. Əlavə etmişdir ki, Maksimin şöbəyə verdiyi şifahi məlumata görə Arif narkotik vasitə satışı ilə məşğul olmuşdur. Tədbir zamanı “şərti alıcı” Şahid2 olmuşdur. X16, Maksimin isə Gəncədə bir işdə iştirak etmələrini xatırladığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, əməliyyat tədbiri zamanı şərti alıcı Maksim olmuşdur. Birinci əməliyyat tədbirində iştirak etməmiş, yalnız evə baxışda iştirak etmişdir. Arifin evinə baxış keçirərkən 3-4 nəfər olmuşlar, Şahid2 orada olması yadında qalmasa da Şahid1 orada olduğunu, evində olan narkotik vasitəni Təqsirləndirilən şəxs özünün əl damından götürüb verdiyini, həmin narkotikin sellofan bükümdə olduğunu, Zirəddin və Maksimin cinayətkarlıqla mübarizədə polisə köməklik etdiklərini eşitdiyini, Maksimin bu işlə birlikdə 2 əməliyyatda iştirak etməsini bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, Qazaxda olan tədbirdə iştirak etməmiş, həmin tədbirdə şərti alıcı kimi Şahid2, təlimatlandırılmış şəxs kimi isə Maksim iştirak etmiş, Şəmkirdə olan əməliyyat tədbirində iştirak etmiş, həmin tədbirdə Fərid və təlimatlandırılmış şəxs Zirəddin iştirak etmişlər. Təqsirləndirilən şəxs şərti alıcı Şahid2 narkotiki “Niva” markalı avtomobildə satmış, Şahid2 həmin vaxt sürücü yerində, Zirəddin arxa oturacaqda, Arif isə qabaq sağ oturacaqda əyləşmişdi, Arif özü gətirdiyi narkotiki corabının balağında saxladığını etiraf etmiş, narkotik iki bağlamada olmuş, elə maşının içərisində şərti alıcı Şahid2 vermişdi. Bundan sonra onlar videoçəkilişlə avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs əvvəlcə etiraf etməsə də sonra özü könüllü olaraq narkotiki verib pulu aldığını etiraf etmişdi. Avtomobilə yaxınlaşdıqları vaxt pulun kimdə olduğunu xatırlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, əməliyyat tədbirində o, Fərid, Azər, Taleh, Teymur və Rafiq iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi yalnız əməliyyat tədbiri zamanı Qazax rayonunda yeməkxanada görmüşdür. Regional şöbədə polis əməkdaşı işləyən Teymur Nəsirov adlı şəxs “Niva” markalı avtomobillə Qazax rayonunda onun yaşadığı ünvana gəlmiş, onu çağıraraq “bir nəfər narkotik gətirib, 30 manata deyir, 28 ya da 27 manata sal, de ki, elə belə şeydir” deyə təlimatlandırmışdır. Bundan sonra onu götürüb, yeməkxanaya getmişlər. Həmin vaxt avtomobildə saqqallı bir nəfər də olmuşdur. Yeməkxanada Zirəddin adlı şəxsi görmüş, Arif də həmin vaxt orada olmuş,sonuncu stolda əyləşmişdir. Arif, o, “Ziriş” kimi çağırılan Zirəddin və saqqallı Fərid olmaqla dörd nəfər olmuşlar. Əvvəllər Zirəddini və Arifi tanımamışdır. “Ziriş” cibindən kağıza bükülü narkotikiçıxararaq ona verərək demişdir ki, “ağsaqqal bunu yoxla, gör nətər şeydi”. O da həmin bükülünü götürüb çölə çıxmış,çəkmədən qayıdıb “bekara şeydi” deyərək qaytarıb Zirəddinə vermiş, həmin vaxt heç kim heç kimə pul verməmişdir. Bundan sonra “Ziriş” və Arif getmişlər, o da evə getmişdir. Arifin tutulmağını görməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki,polisə gələrək Arifin narkotik vasitə satdığını, bununla bağlı məlumat vermək istədiyini deməmiş,polis əməkdaşı Şahid2 könüllü olaraq “təlimatlandırılmış şəxs” qismində iştirakla bağlı hər hansı ərizə ilə müraciət etməmiş, ərizə onun tərəfindən yazılmamış,yeməkxanada görüşmələrindən qabaq Zirəddinlə birlikdə polis şöbəsinə getməmiş, o cümlədən X39 getməmiş, sonradan gedib Baş Narkotiklərlə Mübarizə İdarəsində sənədlərə qol çəkmişdir. Yeməkxanada olduqları vaxt Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmiş, narkotik vasitəni ona Zirəddin vermiş, Təqsirləndirilən şəxs polis Fərid tərəfindən pul verilməmiş, ümumiyyətlə həmin vaxt kiməsə pul verilməsinin şahidi olmamışdır. Videoçəkiliş üçün şöbəyə bir neçə gün sonra gəlmiş, çəkilişdə işlətdiyi “o verdiyi narkotik vasitələrdir, mən heç birini istifadə eləməmişəm” ifadəsində “O” dedikdə Zirəddini nəzərdə tutmuş, həmin videoçəkilişin həqiqəti əks etdirmədiyini, Zirəddinin ona narkotik vasitəni bir bükümdə verdiyini göstərmişdir. Bundan başqa ifadəsində Arifin narkotik vasitə satması barədə onda hər hansı bir məlumat olmamış, Arifin Göygöl rayonunda yaşadığını sonradan bilmiş, özü isə Qazax rayonunda yaşadığından Arifin narkotik vasitə satmasından guya onun məlumatının olmasının mümkünsüzlüyünü göstərmişdir. Əlavə etmişdir ki, əvvəl də narkotiklə bağlı işdə iştirak etmişdir. Belə ki, Aydın İsgəndərov adlı narkotik satışı ilə məşğul olan qonşusu ilə bağlı işdə narkotik vasitəni alan şəxs kimi iştirak etmişdir. Həmin işdə də Teymur Nəsirov onu əməliyyat tədbirində iştirak üçün çağırmışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9ifadəsində göstərmişdir ki, Arifi çoxdan tanımış, əvvəllər Arifin narkotik vasitə istifadə etməsi, yaxud satması ilə bağlı məlumatı olmamışdır. Göygöl rayonunda Təqsirləndirilən şəxslə görüşdüyü vaxt Arif onda narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitəni satmağı təklif etmiş, o da sata biləcəklərini demişdir. Miqdarını soruşduqda Arif narkotik vasitənin 1 kq olduğunu bildirmişdir. Arifə müştərisi olduğunu, ondan soruşacağını deyərək aralaşmışdır. Arifdən ayrıldıqdan sonra BNMİ-nin QBRŞ-nə getmiş,orada lazımı şəxsləri ərizə formasında məlumatlandırmışdır. Əməkdaşlar onu məlumatlandıraraq nə etməli olduğunu demişlər. Ona şöbədə təlimat verilmişdir ki, Ariflə Qazax rayonuna narkotik vasitədən nümunə aparsınlar. BNMİ-nin əməkdaşları Qazax rayonunda olmuşlar, onlar da narkotik vasitədən nümunəni aparıb vermişlər. Nümunə kimi həm heroin, həm də metamfetamin aparılmışdı. Bundan iki gün sonra əməkdaşlar pulları çatmadığı üçün 400 qram narkotik vasitə gətirməsini demiş və Arif 400 qram narkotik götürmüşdür. O əməkdaşlara zəng etmişdir ki, guya onlar Qazaxdan gəlirlər. Şəmkirdə görüşmüşlər. Alqı-satqı zamanı “Niva” markalı avtomobildə özü arxada, Arif və polis əməkdaşı qabaqda əyləşmişdi. Pulu polis işçisi Arifə vermiş, Arif də pulu sayması üçün ona vermiş, lakin pulu saymamışdır. Pul onun olmadığı üçün həmin pulu saymamış, pulu ortaya qoymuş, Arif də bükümləri “Niva” markalı avtomobildə hər iki ayağından, corabından çıxarıb vermişdi.Arifin gətirdiyi narkotik vasitənin çəkisi təqribən 400 qram olmaqla iki büküm olmuşdur. Həmin vaxt Arifi tutmuşlar. Bundan sonra o oradan getmişdir. Ondan başqa orada idarənin polis əməkdaşları iştirak etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Arif torpaq sataraq ona 6000 manat verməmiş, onun ümumiyyətlə Arifin torpaq satmasından məlumatı olmamış, onun Təqsirləndirilən şəxs borcu olmamışdır. Narkotik vasitədən verilmiş nümunənin qarşılığında Arifə 20 manat pul verilmiş, o pulu da yol pulu etmişlər. Narkotik vasitədən nümunə verilməsi təklifi polisdən gəlmiş, polis əməkdaşları tərəfindən təlimatlandırılmışdı ki, Arifə 400 qram narkotik gətirməsini desin ki, pulları bu qədərə çatır. Əlavə olaraq göstərmişdir ki, əvvəllər bu kimi əməliyyatlarda 1-2 dəfə iştirak etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, alqı-satqı zamanı “Niva” markalı avtomobili idarə edən polis əməkdaşını tanımamışdır. O məlumatı ərizə ilə Şahid1 vermişdir. Şahid1lə əvvəldən tanışlığı olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 25 dekabr 2019-cu il tarixdə gecə radələrində çölə çıxan zaman çöldə 3-4 avtomobilin dayandığını görmüşdür. Avtomobillərin birində atası Təqsirləndirilən şəxs və polis əməkdaşı olan Şahid1 əyləşmişlər. Atası ona anası və bibisinə narahat olmamalarını deməsini və onları qonşu evə keçirməsini söyləmişdir. Həmin vaxt yaxınlıqda olan qonşulardan təxminən 8-9 nəfər onların evinə yaxınlaşaraq nə baş verdiyini öyrənmək istəmiş, lakin polis əməkdaşları onlara silahlarını göstərərək geri çəkilmələrini və bu məsələnin onlara aid olmadığını bildirmişlər. Evlərinə baxış keçirilən zaman polis əməkdaşının birinin əlində sellofan torba olmuş və həmin sellofanı evlərində toyuq hininin yanındakı içərisində dən olan vedrənin içərisinə qoymuşdur. O, həmin vaxt onlardan təxminən 8-9 metr aralıda dayanmışdır. Daha sonra Şahid1 onun polislərə baxdığını görmüş, polislərə onu evdən çıxarma göstərişi vermişdir. O, evdən çıxarıldıqdan sonra narkotikin başqa qabın içərisinə qoyulduğunu bilmişdir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2019-cu il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindəntərtib edilmiş Şahid9 24 dekabr 2019-cu il tarixli “şifahi ərizə” protokolundan görünür ki, Göygöl şəhər sakini kimi tanıdığı Arif adlı şəxs külli miqdarda güclü təsir edən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Belə ki, Arif güclü təsir edən narkotik vasitə heroinin hər bir qramını 38 manata, psixotrop maddə metamfetaminin isə hər bir qramını 77 manata satmaqla, ona 500 qram narkotik vasitə heroin, 50 qram psixotrop maddə metamfetamin satmaq üçün alıcı tapmağını ondan xahiş etmişdir. Onun narkotik vasitə satanlara dərin nifrətindən irəli gələrək Arif adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədilə keçiriləcək əməliyyat tədbirində polis orqanına yaxından köməklik göstərməyə və tədbirdə “təlimatlandırılmış şəxs” qismində iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təfindən AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi Şahid1 ünvanlanmış 24 dekabr 2019-cu il tarixli raportdan görünür ki, 24 dekabr 2019-cu il tarixdə Şahid9 DİN-in BNMİ-nin X38 şöbəsinə şifahi ərizə protokolu ilə müraciət edərək Göygöl şəhər sakini Arif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması, belə ki, narkotik vasitə olan heroınin hər bir qramını 38(otuz səkkiz) manata, psixotrop maddə metafetaminin isə hər bir qramını 77(yetmiş yeddi) manata satmaqla 500(beş yüz) qram heroin və 50(əlli) qram metafetamini satmaq üçün alıcı tapmasını xahiş etdiyini, Arifin ifşa olunması ilə bağlı keçirilən əməliyyataxtarış tədbirində “təlimatlandırılmış şəxs” qisimində iştirak etməyə razı olduğunu bildirmiş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin Arif adlı şəxsin, xx.xx.1963-cü ildə Xanlar şəhərində anadan olmuş, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11 ünvanında daimi qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmuş X8 olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, onun “şərti аlıcı”, Şahid9 “təlimatlandırılmış şəxs” qismində iştirakları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat axtarış qrupunun yaradılmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 24 dekabr 2019-cu il tarixdə xx.xx.1963-cü il tarixdə Göygöl şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə ondan nəzarət qaydasında narkotik vasitə alınması, eləcə də saxlanılarkən üzərinə, yaşadığı evə, olduğu nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə QBRŞ-nin şöbənin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik–leytenantı Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təfindən AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi Şahid1 ünvanlanmış 24 dekabr 2019-cu il tarixli raportdan görünür ki,əməliyyat-axtarış tədbirində “şərti alıcı” qismində iştirak etmək üçün ona xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 22850 (iyirmi iki min səkkiz yüz əlli) manat pul vəsaitinin ayrılmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli “pul vəsaitinin verilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş puldan “şərti alıcı” qismində iştirak edəcək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 22850 (iyirmi iki min səkkiz yüz əlli) manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş Şahid10 24 dekabr 2019-cu il tarixli “şifahi ərizə protokolu”ndan görünür ki, onun narkotik vasitə satanlara dərin nifrətindən irəli gələrək Göygöl şəhər sakini Arif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, yəni Arifin qanunsuz olaraq külli miqdarda güclü təsir edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasının ifşa olunması məqsədilə keçiriləcək əməliyyat tədbirində polis orqanına yaxından köməklik göstərməyə və tədbirdə “təlimatlandırılmış şəxs” qismində iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” Azərbaycan Respublikası DİN-in BNMİnin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, həmin şöbənin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid4, təlimatlandırılmış şəxslər Şahid9 və Şahid10 iştirakları ilə həmin tarixdə “şərti alıcı” qismində iştirak edən polis kapitanı Şahid2 xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 22850 (iyirmi iki min səkkiz yüz əlli) manat pul protokollaşdırılaraq verildikdən sonra əməliyyat-axtarış qrupunun üzvlərinə daxil olmuş məlumatın mahiyyəti barədə məlumat verilmişdir. Şahid9 görüş yerinə Təqsirləndirilən şəxslə birlikdə gələcəyindən sonuncu ilə görüşmək üçün şöbədən çıxıb getmiş, 24.12.2019cu il tarixdə saat 11:20 radələrində Şahid2əməliyyat qrupunun üzvü polis polkovnikleytenantı Şahid4la və təlimatlandırılmış şəxs Şahid10lə birlikdə Şahid2 məxsus “Niva” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobillə Qazax şəhərinə getmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan telefonla əlaqə saxlanılarkən sonuncu ZirəddinMəhərrəmovla birlikdə gələrək Qazax şəhərində avtovağzalda olduğunu bildirmiş, Şahid2Şahid10lə gedərək onlarla görüşmüş, onları götürüb təxminən saat 15:00 radələrində Qazax rayonunda yolun kənarında yerləşən “Gülül” restoranına gəlmişlər.Kafedə oturub söhbət edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, hər bir qramını 38 manata olmaqla 500 qram narkotik vasitə heroini və hər bir qramını 77 manata olmaqla 50 qram psixotrop maddə metamfetamini satmaq üçün özü ilə gətirməmişdir, həmin narkotik vasitədən və psixotrop maddədən nümunə gətirmişdir. Əgər razılaşarlarsa həmin narkotik və psixotrop maddəni sabah, yəni 25.12.2019-cu il tarixdə görüşərək şərti alıcıya, yəni Şahid2 satacaqdır. Bundan sonra Təqsirləndirilən şəxs gətirdiyi 1 bükümdə olan narkotik vasitə heroini və 1 bükümdə olan psixotrop maddə metamfetamini əynindəki gödəkçənin sol yan cibindən çıxarıb Şahid10 verərək 70 manat verməli olduqlarını bildirmişdir. Şahid2 həmin vaxt 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq olmaqla tədbirdən əvvəl protokollaşdırılaraq verilmiş pul əskinaslarından 70 manat götürüb Təqsirləndirilən şəxs vermiş, Şahid10 əvvəlcədən danışdıqları kimi guya alınan narkotik vasitənin və psixotrop maddənin keyfiyyətini yoxlamaq üçün otaqdan çıxıb çölə getmiş və təxminən 10 dəqiqədən sonra yenidən otağa qayıdaraq həmin narkotik vasitənin və psixotrop maddənin guya keyfiyyətinin normal olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs olan külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin dövriyyədən çıxartmaq məqsədilə həmin tədbirdə Təqsirləndirilən şəxs saxlanılmamışdır. Təqsirləndirilən şəxs sabah, yəni 25.12.2019-cu il tarixdə onlarla görüşərək özündə olan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satacağı barədə razılığa gəldikdən sonra Şahid2 Şahid10lə birlikdə Təqsirləndirilən şəxs və Şahid9 ayrılaraq kafedən çıxıb getmişlər. Şahid10 Şahid2la birlikdə X38 Şöbəyə gəlmiş, biraz sonra Şahid9 şöbəyə gəlmişdir. Təxminən saat 18:00 radələrində QBRŞ-də Şahid10 guya keyfiyyətinin yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ona verdiyi 1 bükümdə olan narkotik vasitə heroini və 1 bükümdə olan psixotrop maddə metamfetamini videoçəkiliş altında əynindəki gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin, digər bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümlər video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Şahid2, Şahid9 və Şahid10 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin25 dekabr 2019-cu il tarixli 717 nömrəli Məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindəngörünür ki, tədqiqata təqdim edilmiş üzərində «24.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs satmış olduğu....» sözləri olan kağız paketdəki 1 (bir) ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,236 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin kağız paketdəki 1(bir) ədəd «gümüşü» rəngli kağız bükümdə çəkisi 0,144 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təfindən AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi Şahid1 ünvanlanmış 25 dekabr 2019-cu il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonundan Şahid9 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək 400 qram narkotik vasitə heroini hər bir qramını 38 manata olmaqla 15200 manata satmaq istədiyini bildirmişdir.Bununla əlaqədar olaraq, onun “Şərti аlıcı”, Şahid9 “Təlimatlandırılmış şəxs” qismində iştirakları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat axtarış qrupunun yaradılmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 25 dekabr 2019-cu il tarixdə xx.xx.1963-cü il tarixdə Göygöl şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə ondan nəzarət qaydasında narkotik vasitə alınması, eləcə də saxlanılarkən üzərinə, yaşadığı evə, olduğu nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə ələqar qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin şöbənin rəisi, polis polkovniki Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6 Azat oğlundan və sürücü polis nəfəri, polis baş serjantı Şahid7 ibarət əməliyyataxtarış qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təfindən AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi Şahid1 ünvanlanmış 25 dekabr 2019-cu il tarixli raportdan görünür ki, əməliyyat-axtarış tədbirində “şərti alıcı” qismində iştirak etmək üçün ona xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 15200 (on beş min iki yüz) manat pul vəsaitinin ayrılmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “pul vəsaitinin verilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş puldan “şərti alıcı” qismində iştirak edəcək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 15200 (on beş min iki yüz) manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” Azərbaycan Respublikası DİNin BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi, polis polkovniki Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6 və sürücü polis nəfəri, polis baş serjantı Şahid7,təlimatlandırılmış şəxs Şahid9, Təqsirləndirilən şəxs və müdafiəçi X9 iştirakları ilə həmin tarixdə “şərti alicı” qismində iştirak edən polis kapitanı Şahid2 xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 15200 (on beş min iki yüz) manat pul protokollaşdırılaraq verildikdən sonra əməliyyat-axtarış qrupunun üzvlərinə daxil olmuş məlumatın mahiyyəti barədə məlumat verilmişdir. Şahid9 görüş yerinə Təqsirləndirilən şəxslə birlikdə gələcəyindən sonuncu ilə görüşmək üçün şöbədən çıxıb getmiş, 25.12.2019cu il tarixdə saat 16:20 radələrində Təqsirləndirilən şəxs Şahid9 istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Şahid2 istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək özündə olan 400(dörd yüz) qram narkotik vasitə heroini satmaq üçün Bakı-Qazax avtomobil yolunun Çinarlı yaşayış məntəqəsindən keçən hissəsində, “Çinar” kafesinin qarşısında görüşəcəklərini bildirmiş, Şahid2 da təxminən 20-30 dəqiqəyə guya yaşadığı Qazax rayonundan çıxıb gələcəyini bildirmişdir. Ona görə də təxminən saat 17:00 radələrində Şahid2 özünə məxsus “Niva” markalı avtomobillə, əməliyyat qrupunun üzvləri isə onu müşayiət edərək BNMİ-nin QBRŞ-nin balansında olan “BMV” markalı **-AP-*** və polis mayoru Şahid5 məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Şəmkir rayonuna, Bakı-Qazax avtomobil yolunun Çinarlı yaşayış məntəqəsindən keçən hissəsində yolun sol tərəfində yerləşən “Çinar” kafesinin qarşısına gəlmişlər.Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlanılarkən Şahid2 kafenin qarşısında olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə yol gəldiyini, bir az sonra həmin yerə çatacağını bildirmişdir. Təxminən saat 18:10 radələrində Təqsirləndirilən şəxs Şahid9la birlikdə gələrək Çinar kafesinin qarşısında Şahid2la görüşmüşlər. Şahid2 istifadəsində olan telefonla Şahid7 istifadə etdiyi telefona zəng edərək telefonu açıq saxladığından onların danışıqları dinlənilmişdir. Təqsirləndirilən şəxs Şahid9la Şahid2 avtomobilinə əyləşdikdən sonra avtomobili Çinarlı kəndi istiqamətinə sürdürmüş, onlar kəndə çatarkən ara yola dönmüş və bir qədər gedib avtomobili saxlamışlar. Təqsirləndirilən şəxs olduqları avtomobilin arxasınca gələn olmadığına əmin olduqdan sonra gətirdiyi narkotik vasitə heroini Şahid2 verərək çəkisinin 442 qram olduğunu bildirmiş, Şahid2 protokollaşdırılaraq verilmiş 15200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra onlar getdikləri yola çıxaraq Çinarlı qəsəbəsindən Bakı-Qazax avtomobil yoluna tərəf gəlmişlər və yola çatarkən Şahid2 yolun kənarında əməliyyat axtarış qrupunun üzvlərini görüb avtomobili saxlamışdır. Həmin vaxt, yəni təxminən saat 18:30 radələrində onlar avtomobilin qabaq qapısını açaraq avtomobilin sürücüsü Şahid2 yanında qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs və arxa oturacaqda əyləşmiş Şahid9 video çəkiliş altında xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli olduğunu izah edib, barəsində qəbul edilmiş qərarı elan etmişlər. Təqsirləndirilən şəxs əvvəl etiraf etmək istəməsə də 24.12.2019 və 25.12.2019-cu il tarixlərdə şərti alıcı Şahid2 narkotik vasitə və psixotrop maddə satması barədə əsaslı sübutlar olduğunu bilib, həmin faktları etiraf etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsonda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs 442 qram narkotik vasitə heroini şərti alıcıya satdığına görə Şahid2 ona verdiyi 15200 manat pulu əynindəki gödəkcənin sol yan cibindən götürüb təqdim etmişdir. Həmin pul əskinaslarına baxış keçirilərkən 200, 100 və 50 manatlıq pul əskinaslarından ibarət olduğu və Şahid2 tədbirdən əvvəl protokollaşdırılaraq verilmiş 15200 manat pul əskinasları olduğu müəyyən edilmişdir. Həmin pul əskinasları sayılıb video çəkiliş altında ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs, təlimatlandırılmış şəxs Şahid9, eləcə də şərti alıcı Şahid2 tərəfindən imzalanmış və əməliyyat axtarış qrupunun üzvləri tərəfindən götürülmüşdür. Bundan sonra Şahid2 əyləşdiyi oturacağın üzərində olan Təqsirləndirilən şəxs ona satdığı iki ədəd sellofan paketdə olan narkotik vasitə heroinə bənzər kütlələri götürüb təqdim etmişdir. Həmin iki ədəd sellofan paketlərə baxış keçirərkən içərisindəkinin qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş həmin kütlələr video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, təlimatlandırılmış şəxs Şahid9, eləcə də şərti alıcı Şahid2 tərəfindən imzalanmış və əməliyyat axtarış qrupunun üzvləri tərəfindən götürülmüşdür.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs səmimi etiraf etmək istəməyərək 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə, bir az əvvəl satmış olduğu narkotik vasitəni və psixotrop maddəni guya təlimatlandırılmış şəxs Şahid9 əldə etdiyini bildirmişdir.Həmin yerdə sənədləşmə aparılmasına şərait olmadığından Təqsirləndirilən şəxs dəvət olunaraq polis əməkdaşları ilə birlikdə Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-nə gətirilmiş, şöbədə Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan seçdiyi, onun razılığı ilə dəvət edilmiş vəkilin və iştirakçıların iştirakları ilə bu haqda əməliyyat axtarış qrupunun üzvləri tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, əməliyyat tədbirinin keçirilməsi, maddi sübutun götürülməsi, qablaşdırılması və digər hərəkətlər barədə heç bir şikayət və təklif daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs 25 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 25 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığıünvan 4 ünvanında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək axtarış aparılması məqsədi ilə Gəncə şəhər prokurorluğuna vəsatət verilməli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qrupa AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin şöbənin rəisi, polis polkovniki Şahid1, QBRŞ-nin şöbənin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik–leytenantı Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6 Azat oğlu və sürücü polis nəfəri, polis baş serjantı Şahid7 daxil edilməsi, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə rəhbərlik edilməsi X38 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığıünvan 4 ünvanında yerləşən yaşayış evinə, həyətdə yerləşən qapalı tikililərə baxış keçirilməsi növündə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi, polis polkovniki Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6, sürücü polis nəfəri, polis baş serjantı Şahid7 və sürücü polis nəfəri, polis baş serjantı Şahid8, Təqsirləndirilən şəxs və müdafiəçi X9 iştirakları iləhəmin tarixdə QBRŞ-da araşdırma apararkən Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə satmış olduğu narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalan hissəsinin Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 11 ünvanında yerləşən yaşadığı evdə saxladığını bildirmiş və həmin narkotik vasitəni vəpsixotrop maddəni polis əməkdaşlarına təqdim etmək üçün yaşadığı ünvana baxış keçirilməyə dəvət etmiş, bununla əlaqədar olaraq 25.12.2019-cu il tarixdə təxminən saat 22:00 radələrində əməliyyat axtarış qrupunun üzvləri,protokolda adları qeyd edilən şəxslər Təqsirləndirilən şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11 ünvanında yerləşən yaşayış evinin qarşısına gəlmiş,Təqsirləndirilən şəxs onlarla birlikdə yaşadığı evin küçə qapısını açaraq onları yaşadığı evə dəvət etmiş və saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etmək istədiyini bildirmişdir. Onlar yəni protokolda göstərilən şəxslər həyətə daxil olaraq video çəkiliş altında Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan plasmas vedrənin içərisində saxladığı plastmas qabı götürüb təqdim edərək içərisindəkinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Həmin plastmas qab həyətdəki qabaq stolunun üzərinə qoyularaq baxış keçirilərkən içərisində 2(iki) ədəd böyük sellofan bağlama və 2(iki) ədəd sellofan büküm və 1(bir) ədəd böyük sellofan bağlama, 5(beş)ədəd sellofan büküm və 1(bir) ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş büküm olduğu aşkar olunmuşdur. Aşkar olunmuş həmin əşyalara protokolda adları qeyd edilən şəxslər tərəfindən baxış keçirilərkən 2(iki) ədəd böyük sellofan bağlamanın və 2(iki) ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələr və 1(bir) ədəd böyük sellofan bağlamanın,5(beş)ədəd sellofan bükümün və 1(bir) ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş bükümün içərisində şəffaf rəngli, kristal formada psixitrop maddə metamfetaminə bənzər kütlələr olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür.Şifahı sorğu zamanı Təqsirləndirilən şəxs 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə satmış olduğu, eləcədə təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 15-20 gün əvvəl İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində əldə etdiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 25 dekabr 2019-cu il tarixli 718 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindəngörünür ki, tədqiqata təqdim edilmiş üzərində «25.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şərti alıcıya 15200 (on beş min iki yüz) manata satdığı və şərti alıcı Şahid2 təqdim etdiyi iki ədəd sellofan torbada, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr» yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen torbaya qoyulmuş, digər 2 (iki) ədəd şəffaf rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -395,124 qram, -126,522 qram, ümumi təmiz çəkisi -521,646 qram ola maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «25.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində olan plasmas vedrənin içərisindəki plasmas qabdan götürüb könüllü təqdim etdiyi...» yazılar və imzalar olan kağız paketdəki: 01 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 01 (bir) ədəd üzəri kağız parçası ilə birlikdə yapışqanlı lentlə sarınmış olan şəffaf rəngli polietilen torbada və 02 (iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri -379,410 qram, 88,794 qram, 11,297 qram, 0,925 qram, ümumi təmiz çəkisi 480,426 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen torbada, 5 (beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində və 1 (bir) ədəd «gümüşü» rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri -56,153 qram, 1,001 qram, 0,970 qram, 0,964 qram, 0,859 qram, 1,087 qram, 0,258 qram, ümumi təmiz çəkisi -61,292 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 27dekabr 2019-cu il tarixli qərarından görünür ki, X10 barəsində həbsetmənin əvvəli 25 dekabr 2019cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilnərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 03.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 08yanvar 2020-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 25 dekabr 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş «"xxxx" MMC-nin 03.03.2020-ci il tarixli BKC/LGL- 3889/20 nömrəli müşayət məktubu ilə əldə edilmiş bir ədəd CD diskdəki telefon məlumatlarına baxış zamanı tərtib edilmiş 31 mart 2020-ci il tarixli “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid9 istifadəsində olan ***-***-**-** nömrə arasında 18.12.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək zənglər olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə 24.12.2019-cu il tarixdə, saat 13:48-dən saat 17:35-dək olan müddətdə Agstafa rayonu ilə Tovuz rayonu Aşağı Ayıblı kəndi arasındakı antenn əhatə dairəsində olmuşdur. Həmçinin müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə Şahid9 istifadəsində olan ***- ***-**-** nömrəyə 25.12.2019-cu il tarixdə, saat 14:45-də zəng edərək 187 saniyə, saat 14:52-də zəng edərək 95 saniyə danışıq aparmış, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə 25.12.2019-cu il tarixdə, saat 17:00-dan, saat 18:18-dək olan müddətdə Şəmkir rayonu Muxtariyyət kəndi ərazisində antenn əhatə dairəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayonuİcra hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 10.02.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında həyat yoldaşı X4, oğlanları X11 və X13, bacısı X29 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayonu İcra hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X47 Şəxsi Ambulator X2 04.03.2020-ci il tarixli 597 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibidə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2020-ci il tarixli 4845 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindəngörünür ki, tədqiqata təqdim edilmiş, üzərində «24.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs satmış olduğu 1 büküm heroinə bənzər kütlə və 1 büküm kristal formada metamfetaminə bənzər kütlə» yazısı olan zərfdəki: -bir ədəd bükümdə olan açıq qəhvəyi rəngli narkotik vasitə heroin, 25.12.2019-cu il tarixdə şərti alıcı Şahid2 satdığı və Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponetlərinə görə fərqlidir; -bir ədəd bükümdə psixotrop maddə metamfetamin, 25.12.2019-cu il tarixdə şərti alıcı Şahid2 satdığı və Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilnərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli № 1(019)-75/2019 nömrəli məktubu və 31 iyul 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Baləkən Rayon Məhkəməsində baxılmış, X22 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(019)-75/2019 nömrəli cinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 şərti alıcı qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmünün surətindəngörünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmış, X3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cümaddələri ilə təqsirləndirilməsinə dair 1(100)-131/2020 nömrəli cinayət işində 13.03.1957-ci ildə anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan Şahid10 şərti alıcı qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, ŞəkiAğır Cinayətlər Məhkəməsində baxılmış, X14 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(091)-131/2015 nömrəlicinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 hal şahidi qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 25noyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmış, X23 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(091)- 144/2015 nömrəlicinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 hal şahidi qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 18yanvar 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmış, X20 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(091)- 006/2016 nömrəlicinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 taksi sürücüsü qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 31iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmış, X33, X34 və X1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(091)-131/2017 nömrəlicinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 “təlimatlandırılmış şəxs” qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 17iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmış, X24 və X12 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(091)-16/2020 nömrəlicinayət işində 09.09.1957-ci ildə anadan olmuş, Göygöl rayonu Gəncə kəndində qeydiyyatda olan Şahid9 “şərti alıcı” qismində iştirak etmişdir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Şahid2 tərəfindən tərtib edilmiş Şahid10 24 dekabr 2019-cu il tarixli “şifahi ərizə protokolu”ndan (cild 1, səh. 31) müəyyən olunmuşdur ki, Şahid10 Göygöl şəhər sakini Arif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, yəni Arifin qanunsuz olaraq külli miqdarda güclü təsir edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasının ifşa olunması məqsədilə keçiriləcək əməliyyat tədbirində polis orqanına yaxından köməklik göstərməyə və tədbirdə “təlimatlandırılmış şəxs” qismində iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan (cild 1, səh. 40-42) müəyyən olunmuşdur ki, 24.12.2019-cu il tarixdə saat 11:20 radələrində Şahid2 əməliyyat qrupunun üzvü polis polkovnik-leytenantı Şahid4la və “təlimatlandırılmış şəxs” Şahid10lə birlikdə Qazax şəhərinə getmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan telefonla əlaqə saxlanılarkən sonuncu Şahid9la birlikdə gələrək Qazax şəhərində avtovağzalda olduğunu bildirmiş, Şahid2 Şahid10lə gedərək onlarla görüşmüş, onları götürüb təxminən saat 15:00 radələrində Qazax rayonunda yolun kənarında yerləşən “Gülül” restoranına gəlmişlər. Kafedə oturub söhbət edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, hər bir qramını 38 manata olmaqla 500 qram narkotik vasitə heroini və hər bir qramını 77 manata olmaqla 50 qram psixotrop maddə metamfetamini satmaq üçün özü ilə gətirməmişdir, həmin narkotik vasitədən və psixotrop maddədən nümunə gətirmişdir. Əgər razılaşarlarsa həmin narkotik və psixotrop maddəni sabah, yəni 25.12.2019-cu il tarixdə görüşərək şərti alıcıya, yəni Şahid2 satacaqdır. Bundan sonra Təqsirləndirilən şəxs gətirdiyi 1 bükümdə olan narkotik vasitə heroini və 1 bükümdə olan psixotrop maddə metamfetamini əynindəki gödəkçənin sol yan cibindən çıxarıb Şahid10 verərək 70 manat verməli olduqlarını bildirmişdir. Şahid2 həmin vaxt 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq olmaqla tədbirdən əvvəl protokollaşdırılaraq verilmiş pul əskinaslarından 70 manat götürüb Təqsirləndirilən şəxs vermiş, Şahid10 əvvəlcədən danışdıqları kimi guya alınan narkotik vasitənin və psixotrop maddənin keyfiyyətini yoxlamaq üçün otaqdan çıxıb, çölə getmiş və təxminən 10 dəqiqədən sonra yenidən otağa qayıdaraq həmin narkotik vasitənin və psixotrop maddənin guya keyfiyyətinin normal olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs olan külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin dövriyyədən çıxartmaq məqsədilə həmin tədbirdə Təqsirləndirilən şəxs saxlanılmamışdır. Təqsirləndirilən şəxs sabah, yəni 25.12.2019-cu il tarixdə onlarla görüşərək özündə olan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satacağı barədə razılığa gəldikdən sonra Şahid2 Şahid10lə birlikdə Təqsirləndirilən şəxs və Şahid9 ayrılaraq kafedən çıxıb getmişlər. Şahid10 Şahid2la birlikdə X38 Şöbəyə gəlmiş, biraz sonra Şahid9 şöbəyə gəlmişdir. Təxminən saat 18:00 radələrində QBRŞ-də Şahid10 guya keyfiyyətinin yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ona verdiyi 1 bükümdə olan narkotik vasitə heroini və 1 bükümdə olan psixotrop maddə metamfetamini videoçəkiliş altında əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etmiş, həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin, digər bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümlər video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Şahid2, Şahid9 və Şahid10 tərəfindən imzalanmışdır. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid10 Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onun narkotik vasitə satması barədə hər hansı bir məlumatının olmadığını, Arifin Göygöl rayonunda yaşadığını sonradan bildiyini, özünün isə Qazax rayonunda yaşadığını, buna görə də Arifin narkotik vasitə satmasından onun məlumatının olmasının mümkünsüz olduğunu, polis əməkdaşı Şahid2 könüllü olaraq “təlimatlandırılmış şəxs” qismində iştirakla bağlı hər hansı ərizə ilə müraciət etmədiyini, ərizənin onun tərəfindən yazılmadığını, ərizənin polis şöbəsində sonradan yazılaraq ona imza etdirildiyini, Teymur və Fərid adlı polis əməkdaşlarının onu Qazax rayonunda yaşadığı ünvandan götürərək Arif və Zirəddinlə görüşəcəkləri yeməkxanaya apardıqlarını, orada yoxlaması üçün ona narkotik vasitənin Zirəddin tərəfindən verildiyini, bayıra çıxaraq guya narkotiki yoxlayıb qayıdaraq həmin narkotikin keyfiyyətli olmadığını bildirərək bükümü Zirəddinə qaytardığını, heç kimə pul verilmədiyini, videoçəkiliş üçün şöbəyə bir neçə gün sonra gəldiyini, həmin videoçəkilişin həqiqəti əks etdirmədiyini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər Şahid10 tanımadığını, onu ancaq Qazax rayonunda yeməkxanada görüşdükləri vaxt gördüyünü bildirmişdir. Bundan başqa Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onlara Arifin narkotik vasitə satması barədə məlumatı Zirəddinin verdiyini, Maksimin isə bu barədə məlumatının olmadığını, Maksimin görüşə narkotik vasitənin keyfiyyətini yoxlamaq məqsədilə gətirildiyini, Şahid10 Qazaxda evindən gedib götürdüklərini, həmin vaxt Teymurun da şöbənin maşınını idarə etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, birlikdə Qazax rayonunda olduqları vaxt Arif narkotik vasitədən verilmiş nümunənin qarşılığında 20 manat pul almış, o pulu da yol pulu etmişlər. Bundan başqa verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonunda yerləşən kafedə nümumə üçün aparılmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 70 manata şərti alıcıya satmışdır. Lakin iş materiallarında həmin əməliyyat tədbiri üçün ayrılmış vəsaitdən 70 manatın qeyd edilən narkotik vasitənin və psixotrop maddənin alınmasına sərf edilməsinə dair hər hansı sənəd (akt və.s) tərtib edilməmişdir. Bu da həmin vaxt nümumə üçün gətirilmiş narkotik vasitə və psixotrop maddənin 70 manat müqabilində satılmasını şübhə altına almışdır. Göründüyü kimi həm Şahid10, həm də Təqsirləndirilən şəxs ifadələrindən onların qeyd olunan əməliyyat tədbirinə qədər bir-birini tanımamaları, həmçinin Şahid10 Qazax rayon sakini, Təqsirləndirilən şəxs isə Göygöl rayon sakini olması nəzərə alındıqda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasından Şahid10 məlumatının olmasının inandırıcı olmaması, həmçinin əməliyyat tədbirinə rəhbərlik edən Şahid2 ifadəsində Arifin narkotik vasitə satması barədə Şahid10 məlumatının olmaması, protokolda iştirakı əksini tapmayan Teymurun şöbənin maşınını idarə etməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi (Teymurun iştirakına dair Şahid10 də göstərdikləri), habelə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində və 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda göstərilmiş xüsusatları təkzib etməklə Təqsirləndirilən şəxs ona narkotik vasitə vermədiyini və bunun müqabilində Arifə hər hansı məbləğdə pulun ödənilmədiyini göstərməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, həmçinin Şahid9 Arifin narkotik vasitədən verilmiş nümunənin qarşılığında 20 manat pul almasına dair verilmiş ittihamla ziddiyyət təşkil edən ifadəsi 24 dekabr 2019-cu il tarixli “şifahi ərizə protokolu”nun və 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolun həqiqiliyini şübhə altına almış olur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan ərizə və protokol etibarsız hesab edilməklə sübut kimi qəbul olunmamalıdır. Həmçinin iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan (cild 1, səh. 76-79) müəyyən olunmuşdur ki, həmin tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs Şahid9la birlikdə gələrək Çinar kafesinin qarşısında Şahid2la görüşmüş, Şahid2 istifadəsində olan telefonla Şahid7 istifadə etdiyi telefona zəng edərək telefonu açıq saxladığından onların danışıqları dinlənilmiş, Təqsirləndirilən şəxs Şahid9la Şahid2 avtomobilinə əyləşdikdən sonra avtomobili Çinarlı kəndi istiqamətinə sürdürmüş, onlar kəndə çatarkən ara yola dönmüş və bir qədər gedib avtomobili saxlamışlar. Təqsirləndirilən şəxs olduqları avtomobilin arxasınca gələn olmadığına əmin olduqdan sonra gətirdiyi narkotik vasitə heroini Şahid2 verərək çəkisinin 442 qram olduğunu bildirmiş, Şahid2 protokollaşdırılaraq verilmiş 15200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra onlar getdikləri yola çıxaraq Çinarlı qəsəbəsindən Bakı-Qazax avtomobil yoluna tərəf gəlmişlər və yola çatarkən Şahid2 yolun kənarında əməliyyat axtarış qrupunun üzvlərini görüb avtomobili saxlamışdır. Həmin vaxt, yəni təxminən saat 18:30 radələrində əməliyyat qrupunun üzvləri avtomobilin qabaq qapısını açaraq avtomobilin sürücüsü Şahid2 yanında qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs və arxa oturacaqda əyləşmiş Şahid9 video çəkiliş altında xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli olduğunu izah edib, barəsində qəbul edilmiş qərarı elan etmişlər. Təqsirləndirilən şəxs əvvəl etiraf etmək istəməsə də 24.12.2019 və 25.12.2019-cu il tarixlərdə şərti alıcı Şahid2 narkotik vasitə və psixotrop maddə satması barədə əsaslı sübutlar olduğunu bilib, həmin faktları etiraf etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs 442 qram narkotik vasitə heroini şərti alıcıya satdığına görə Şahid2 ona verdiyi 15200 manat pulu əynindəki gödəkcənin sol yan cibindən götürüb təqdim etmişdir. Həmin pul əskinasları sayılıb video çəkiliş altında ağ rəngli kağız zərfə qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs, təlimatlandırılmış şəxs Şahid9, eləcə də şərti alıcı Şahid2 tərəfindən imzalanmış və əməliyyat axtarış qrupunun üzvləri tərəfindən götürülmüşdür. Bundan sonra Şahid2 əyləşdiyi oturacağın üzərində olan Təqsirləndirilən şəxs ona satdığı iki ədəd sellofan paketdə olan narkotik vasitə heroinə bənzər kütlələri götürüb təqdim etmişdir. Həmin iki ədəd sellofan paketlərə baxış keçirərkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş həmin kütlələr video çəkiliş altında tədbirdə iştirak edən şəxslərin iştirakı ilə ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, təlimatlandırılmış şəxs Şahid9, eləcə də şərti alıcı Şahid2 tərəfindən imzalanmış və əməliyyat axtarış qrupunun üzvləri tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs səmimi etiraf etmək istəməyərək 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə, bir az əvvəl satmış olduğu narkotik vasitəni və psixotrop maddəni guya təlimatlandırılmış şəxs Şahid9 əldə etdiyini bildirmişdir.Həmin yerdə sənədləşmə aparılmasına şərait olmadığından Təqsirləndirilən şəxs dəvət olunaraq polis əməkdaşları ilə birlikdə Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-nə gətirilmiş, şöbədə vəkilin və iştirakçıların iştirakları ilə protokol tərtib edilmişdir. Lakin “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş həmin tədbirin videoçəkilişi məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, polis əməkdaşı Şahid5 avtomobilin sürücüsü Şahid2 yanında, qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs və arxa oturacaqda əyləşmiş Şahid9 video çəkiliş altında xidməti vəsiqəsini göstərərək özünü təqdim edərək ona narkotik vasitələrin satışında şübhəli olduğunu izah edib, barəsində qəbul edilmiş qərarı elan edərkən Təqsirləndirilən şəxs dəfələrlə baş verənlərin Zirəddin tərəfindən törədildiyini, bu barədə onun bildiyini, özünün isə baş verənlərdən xəbərinin olmadığını bildirmişdir. Şahid5 isə əməliyyat zamanı baş verənlər barədə məlumat verərkən Təqsirləndirilən şəxs alqı-satqı üçün Şahid2 idarə etdiyi avtomobillə getdiyini, onun səs yazılarının da qeydə alındığını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən o pulu Zirəddinin götürdüyünü bildirmiş, polis əməkdaşlarının isə dəfələrlə ondan pulu təqdim etməsini istəmələrinə baxmayaraq pulun onda olmadığını, həmin pula əlinin belə dəymədiyini bildirmiş, həmin vaxt polis əməkdaşı Şahid2 əlində olan sözügedən pulu Şahid5 təqdim etmiş, bundan sonra götürülmüş pul qablaşdırılaraq üzərinə möhür olan kağız parçaları yapışdırıldıqdan sonra polis əməkdaşı Şahid5 Təqsirləndirilən şəxs ondan götürülmüş pulun qablaşdırıldığını bildirdikdə, Təqsirləndirilən şəxs həmin zərfi imzalamayacağını, pulun Zirəddindən götürüldüyünü bildirmiş, bundan sonra pul qablaşdırılmış və zərfin üzəri imzalanmış, həmçinin Şahid2 çəkilişin əvvəlindən əlində saxladığı narkotik vasitələri təqdim etdikdən və həmin narkotik vasitələr qablaşdırılması üçün zərfin üzəri yazıldıqdan sonra Şahid5 zərfin üzərini imzalamasını təklif edərkən Təqsirləndirilən şəxs “mənim deyil axı, bunu imzalayım” demiş, Şahid5 isə “sizindir, siz satmısınız, indicə videoçəkiliş vaxtı özünüz etiraf etdiniz” dedikdə, Təqsirləndirilən şəxs “ Zirəddinindi, mənim deyil”, Şahid5 isə “ayağınızdan çıxarıb özünüz təqdim etmisiniz, elədirmi?, ayağınızdan çıxarıb siz təqdim etmisiniz” bildirdikdə, Təqsirləndirilən şəxs “onu siz deyirsiniz” deyərək qəti şəkildə narkotik vasitənin ona məxsus olmadığını göstərmiş, həmin vaxt isə videoçəkiliş heç bir səbəb göstərilmədən dayandırılmışdır. Qeyd edilən videoçəkilişdən Şahid5 əməliyyat zamanı baş verənlər barədə Təqsirləndirilən şəxs məlumat verərkən onun alqı-satqı üçün Şahid2 idarə etdiyi avtomobillə getdiyini, onun səs yazılarının da qeydə alındığını göstərmişdir. Lakin iş materiallarından əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxslə Şahid2 arasında narkotik vasitələrin alqı-satqısı zamanı baş verənlərin audioyazısının aparılması öz əksini tapmamışdır. Həmçinin həmin çəkilişdən narkotik vasitənin qablaşdırılması zamanı Təqsirləndirilən şəxs zərfin üzərini imzalamaqdan imtina edərək qəti şəkildə narkotik vasitənin ona məxsus olmadığını bildirərək imza etməmiş, həmin vaxt isə videoçəkiliş səbəbi göstərilmədən dayandırılmış, bununla da Təqsirləndirilən şəxs həmin zərfi hansı şəraitdə imzalaması müəyyən olunmamışdır. Habelə Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində “Niva” markalı avtomobildə pulu polis əməkdaşının Arifə verdiyini, Arifin də həmin pulu sayması üçün ona vediyini, lakin o, pulu saymayaraq, həmin pulu ortaya qoyduğunu göstərmişdir. Bundan başqa həmin protokolun 25 dekabr 2019-cu il tarixdə saat 18.30-dan saat 18.50-dək olan müddətdə Gəncə şəhərində tərtib olunduğu göstərilsə də protokolun təsviri hissəsində qeyd edilmişdir ki, “...saat 18.30 radələrində biz avtomobilin qabaq qapısını açaraq avtomobilin sürücüsü Şahid2 yanında qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs və arxa oturacaqda əyləşmiş Şahid9 video çəkiliş altında xidməti vəsiqələrimizi göstərərək özümüzü təqdim etdik, barəsində qəbul edilmiş qərarı elan etdik. Təqsirləndirilən şəxs əvvəl etiraf etmək istəməsə də 24.12.2019 və 25.12.2019-cu il tarixlərdə şərti alıcı Şahid2 narkotik vasitə və psixotrop maddə satması barədə əsaslı sübutlar olduğunu bilib, həmin faktları etiraf etdi. Həmin vaxt onda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs 442 qram narkotik vasitə heroini şərti alıcıya satdığına görə Şahid2 ona verdiyi 15200 manat pulu əynindəki gödəkcənin sol yan cibindən götürüb təqdim etdi...” Göründüyü kimi protokolda qeyd edilmiş həmin protokolun tərtib edilmə müddəti ərzində, yəni saat 18.30-dan saat 18.50-dək olan müddətdə protokolu tərtib etmiş şəxs, yəni əməliyyat müvəkkili Şahid2 həmin əməliyyat tədbirində iştirak etmişdir. Həmçinin həmin protokolun tərtibinin göstərildiyi yer Gəncə şəhəri olsa da, həmin müddətdə əməliyyat tədbirinin keçirildiyi yerin Şəmkir rayonunun Çinarlı qəsəbəsindən Bakı-Qazax avtomobil yolu istiqamətində olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hadisə yerinə Şahid1lə birlikdə getdikləri vaxt Arifin yanında əməliyyatçı Fərid, Rafiq və 2 nəfər sonradan tanıdığı Maksim və Zirəddin adlı şəxslər olmuşlar. Ora gedib çatdığı vaxt artıq çəkiliş başlamış, narkotik aşkar olunmuşdu. Narkotikin haradan çıxmasını görməsə də narkotik vasitənin avtomobildə sellofanda olduğunu görmüşdür. Lakin iş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 25 dekabr 2019-cu il tarixli protokoldan müəyyən olunmuşdur ki, həmin əməliyyat tədbirində Şahid8 iştirakı öz əksini tapmamışdır. Beləliklə, göründüyü kimi qeyd olunan protokolda göstərilənlərin əksinə olaraq videoçəkilişdən Təqsirləndirilən şəxs gətirdiyi narkotik vasitə heroini Şahid2 verərək çəkisinin 442 qram olduğunu bildirməsi, Şahid2da protokollaşdırılaraq verilmiş 15200 manat pulu Təqsirləndirilən şəxs verməsi, saat 18:30 radələrində əməliyyat qrupunun üzvlərinin avtomobilin qabaq qapısını açaraq avtomobilin sürücüsü Şahid2 yanında qabaq oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs və arxa oturacaqda əyləşmiş Şahid9 video çəkiliş altında xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmələri (yalnız Şahid5 özünü təqdim etmiş, digər iştirakçılar müəyyən edilməmişdir),Təqsirləndirilən şəxs əvvəl etiraf etmək istəməsə də 24.12.2019 və 25.12.2019-cu il tarixlərdə şərti alıcı Şahid2 narkotik vasitə və psixotrop maddə satması barədə əsaslı sübutlar olduğunu bilib, həmin faktları etiraf etməsi, həmin vaxt Təqsirləndirilən şəxs onda olan pulu könüllü olaraq təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs 442 qram narkotik vasitə heroini şərti alıcıya satdığına görə Şahid2 ona verdiyi 15200 manat pulu əynindəki gödəkcənin sol yan cibindən götürüb təqdim etməsi öz əksini tapmamış (həmçinin Şahid9 ifadəsində də Təqsirləndirilən şəxs pulu könüllü olaraq təqdim etməsini təsdiq etməmişdir), protokolun tərtib edilməsi vaxtı və yeri həqiqəti əks etdirməmişdir. Bundan başqa iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan (cild 1, səh. 108-109) müəyyən olunmuşdur ki, DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən həmin protokol tərtib edilmiş, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi, polis polkovniki Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6, sürücü polis nəfəri, polis baş serjantı Şahid7 və sürücü polis nəfəri, polis baş serjantı Şahid8, Təqsirləndirilən şəxs və müdafiəçi X25həmin prosesdə iştirak etməklə həmin tarixdə QBRŞ-da araşdırma apararkən Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə satmış olduğu narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalan hissəsinin Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 11 ünvanında yerləşən yaşadığı evdə saxladığını bildirmiş və həmin narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmək üçün yaşadığı ünvana baxış keçirilməyə dəvət etmiş, bununla əlaqədar olaraq 25.12.2019-cu il tarixdə təxminən saat 22:00 radələrində əməliyyat axtarış qrupunun üzvləri, protokolda adları qeyd edilən şəxslər Təqsirləndirilən şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11 ünvanında yerləşən yaşayış evinin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə yaşadığı evin küçə qapısını açaraq onları yaşadığı evə dəvət etmiş və saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etmək istədiyini bildirmişdir. Onlar yəni protokolda göstərilən şəxslər həyətə daxil olaraq video çəkiliş altında Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan plasmas vedrənin içərisində saxladığı plastmas qabı götürüb təqdim edərək içərisindəkinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Həmin plastmas qab həyətdəki qabaq stolunun üzərinə qoyularaq baxış keçirilərkən içərisində 2(iki) ədəd böyük sellofan bağlama və 2(iki) ədəd sellofan büküm və 1 (bir) ədəd böyük sellofan bağlama, 5 (beş)ədəd sellofan büküm və 1 (bir) ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş büküm olduğu aşkar olunmuşdur. Aşkar olunmuş həmin əşyalara protokolda adları qeyd edilən şəxslər tərəfindən baxış keçirilərkən 2(iki) ədəd böyük sellofan bağlamanın və 2(iki) ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələr və 1(bir) ədəd böyük sellofan bağlamanın, 5 (beş)ədəd sellofan bükümün və 1(bir) ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş bükümün içərisində şəffaf rəngli, kristal formada psixitrop maddə metamfetaminə bənzər kütlələr olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq DİN-in 7(2) möhürü ilə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şifahı sorğu zamanı Təqsirləndirilən şəxs 24.12.2019-cu il tarixdə və 25.12.2019-cu il tarixdə satmış olduğu, eləcədə təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 15-20 gün əvvəl İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində əldə etdiyini etiraf etmişdir. Lakin həmin protokola əlavə edilmiş həmin tədbirin videoçəkilişi məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki,protokola əsasən həmin tədbirdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X38 Şöbəsinin rəisi, polis polkovniki Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, sürücü polis nəfəri, polis baş serjantı Şahid6, sürücü polis nəfəri, polis baş serjantı Şahid7 və sürücü polis nəfəri, polis baş serjantı Şahid8, müdafiəçi X9 iştirakları göstərilsə də videoçəkilişdən yalnız Şahid5 və müdafiəçi Hidayət Məmmədovun iştirakları müəyyən edilmiş, baxış zamanı Şahid5 Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan plastmas vedrənin içərisində olan plastmas qabı götürüb təqdim etmiş, Şahid5 “nədir burda ?” sualına cavab olaraq Təqsirləndirilən şəxs “dediyinizdir, narkotik heroin demədiniz?” deyə cavab vermiş, Şahid5 isə yönəldici şəkildə “ərizədə göstərdiyiniz narkotik vasitə heroinin və metamfetaminin qalan hissəsidir, elədirmi?” deyə soruşmuş, Təqsirləndirilən şəxs isə bunu təsdiq etmişdir. Bundan sonra həmin plastmas qab həyətdəki stolun üzərinə qoyularaq baxış keçirilərkən içərisində 2(iki) ədəd böyük sellofan bağlama və 2(iki) ədəd sellofan büküm və 1 (bir) ədəd böyük sellofan bağlama, 5 (beş)ədəd sellofan büküm və 1 (bir) ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş büküm olduğu aşkar olunmuşdur. Göründüyü kimi iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” və həmin tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolların DİN-in BNMİ-nin QBRŞ-in əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən tərtib edildiyi göstərilsə də protokollara əlavə edilmiş videoçəkilişlər məhkəmə istintaqı zamanı tədqiq edilərkən qeyd edilən hərəkətlərin Şahid2 tərəfindən deyil, əməliyyat müvəkkili Şahid5 tərəfindən aparıldığı, həmçinin “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda iştirakı qeyd edilmiş Şahid1, Şahid6, Şahid7 və Şahid8 iştirak etmələri videoçəkiliş zamanı elan edilməmişdir. Bundan başqa 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan və həmin protokola əlavə edilmiş həmin tədbirin videoçəkilişindən görünür ki, polis kapitanı Şahid2 tədbir zamanı “şərti alıcı” qismində iştirak etmiş, baxış isə Şahid5 tərəfindən aparılmışdır. Protokol və videoçəkilişdə çəkilişin kimin tərəfindən aparıldığı, o cümlədən çəkilişdə kimlərin iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin 25 dekabr 2019-cu il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş videoçəkilişdən müəyyən olunmuşdur ki, baxış əməliyyat müvəkkili RafiqƏhmədov tərəfindən aparılmış, baxış zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxslə yanaşı müdafiəçi Hidayət Məmmədov iştirak etmiş, digər şəxslərin, o cümlədən protokolu tərtib edən şəxs, Şahid2 həmin tədbirdə iştirakı müəyyən edilməmişdir. Beləliklə Məhkəmə göstərilənlərə əsasən, həmçinin 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” və həmin tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolların da ziddiyyətli olmaqla reallığı əks etdirmədiyindən, etibarsız hesab edilməklə sübut kimi qəbul olunmamalı olduğu qənaətinə gəlir. Bundan başqa cinayət işinin materiallarında olan 25 dekabr 2019-cu il tarixli “əməliyyat axtarış tədbrinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən müəyyən olunur ki, əməliyyat tədbiri zamanı pul vəsaiti götürüldükdən sonra qablaşdırılmaqla möhürlənmiş və imzalanmışdır. Cinayət işi materiallarında olan 08 iyun 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda isə həmin pul əskinasları maddi sübut kimi tanınmış və kserosurətlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Lakin qablaşdırılmaqla götürülmüş maddi sübut olan pul vəsaitinin harada saxlanılması iş materiallarında öz əksini tapmamışdır. Halbuki, CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsində göstərilmişdir ki, maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. Qeyd edilən Məcəllənin 129.2.2-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, qiymətli kağızlar, istiqraz vərəqələri və lotereya biletlərinə baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq həmin əşyalar cinayət prosesini həyata keçirən orqan tərəfindən dövlət bankına təhvil verməlidir. Həmçinin cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, Şahid9 və Şahid10 verdikləri şifahi ərizə əsasında tərtib edilmiş 24 dekabr 2019-cu il tarixli protokollardan (cild 1, səh. 5; səh. 31) görünür ki, həmin protokollar DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunmuşdur. Bundan başqa həm 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol, həm də 25 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol və həmin tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunmuşdur, baxmayaraq ki, Şahid2 qeyd edilən əməliyyat tədbirlərində “şərti alıcı” qismində iştirak etmişdir. Bundan başqa 24 dekabr 2019-cu il tarixli “məhkəmə kimyəvi ekspertizasının təyin edilməsi haqqında” qərardan da görünür ki, həmin qərar Şahid2 tərəfindən qəbul olunmuşdur. Həmçinin 25 dekabr 2019-cu il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs verdiyi ilkin izahatdan müəyyən edilmişdir ki, həmin izahat Şahid2 tərəfindən alınmışdır. Həmçinin Şahid2 tərəfindən tərtib edilmiş “pul vəsaitinin verilməsi barədə” 24 dekabr 2019-cu il tarixli (cild 1, səh. 9-37) və 25 dekabr 2019-cu il tarixli (cild1, səh. 56-75) protokollardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərinin nömrələri qeyd edilərək tədbirdə “şərti alıcı” qismində iştirak edəcək DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 22850 manat və 15200 manat pul verilmişdir. Göründüyü kimi Şahid2 əməliyyat tədbirində “şərti alıcı” qismində iştirak etməsilə yanaşı (əməliyyat tədbirində istifadə olunacaq pul vəsaitlərinin verilməsinə dair protokolların da özü tərəfindən tərtib edilməsi) “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolları, həmçinin “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolları tərtib etməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutması, onun ilkin olaraq izahatını alması, ekspertizanın təyin edilməsi haqqında qərar qəbul etməsi və digər bu kimi hallar bütövlükdə həmin əməliyyat tədbirinin obyektivliyini və həqiqiliyini şübhə altına almışdır. İş materiallarında olan şikayət ərizəsinin surətindən (cild 2, səh 40) görünür ki, Təqsirləndirilən şəxs övladları X13 və X11 dövlət qurumlarına müraciət edərək ataları Təqsirləndirilən şəxs qanunsuz olaraq X7 İdarəsinin rəisi Şahid1 tərəfindən həbs etdirildiyini göstərmişlər. Belə ki, Şahid1 əməkdaşlıq etmək təklifilə razı olmadığından Zirəddin adlı şəxsin vasitəsilə guya narkotik vasitənin satışı ilə bağlı təqsirli bilinərək atası həbs etdirilmişdir. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş Prokurorunun İ müavininə ünvanladığı 10 fevral 2020-ci il tarixli ərizədən (cild 2, səh. 42) görünür ki, o X7 İdarəsinin əməkdaşları tərəfindən üzərinə 400 qram heroin, yaşadığı evə isə 500 qram “kakos” qoyularaq tutulmuşdur. QRNMİ-nin rəisi Zəfər adlı şəxs ətrafında olan narkotiklərlə məşğul olanların adlarını verməsini, əks halda həbs edəcəyini bildirmiş, ona etiraz etmiş, etiraz etdikdən 20 gün sonra isə onu tutmuşlar. Qeyd etdiyi narkotik vasitələri boynuna qoymuşlar, ailəsilə təhdid edildiyindən, qorxaraq, məcburiyyət qarşısında qalaraq sənədləri oxumadan imzalamışdır. Narkotik istifadəçisi olsa da heç vaxt külli miqdarda narkotik əldə etməmişdir. Narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə həm özünün, həmçinin yaxınlarının dövlət qurumlarına ünvanladığı müraciətlərdən sonra 22.04.2020-ci il tarixdə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilməklə göstərmişdir ki, aşkar olunan narkotik vasitə və psixotrop maddəni tutulmamışdan on gün əvvəl yaşadığı evin qarşısında, çinar ağacının dibində, vedrənin içərisindən tapmış, narkotik vasitə istifadəçisi olduğundan həmin narkotiki özü yavaş-yavaş qəbul etmək üçün vedrə ilə birlikdə evin həyətində gizlətməyi qərara almışdır. Həmin ərəfədə xəstə olduğu üçün pula ehtiyacı olduğundan və tapdığı heroin və metamfetaminin çox olmasına görə satmaq qərarına gəlmiş və bu barədə tanışı Zirəddinə bildirmiş, bundan sonra baş verənləri əvvəl verdiyi ifadələrində göstərdiyini, ona qaçaqmalçılıqla bağlı ittiham verildiyi üçün baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşlarından ona qarşı qanunsuzluqlar edildiyi barədə şikayətlər etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadələrində isə ibtidai istintaq dövründə verdiyi ifadələrinin həqiqətə uyğun olmadığını, hədə-qorxu ilə, oxumadan həmin ifadələrə imza etdirildiyini, narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, Şahid1 ona etdiyi təkliflərlə razılaşmadığından Zirəddinin vasitəsilə oyun qurularaq həbs edildiyi barədə həm özü, həm də yaxınları tərəfindən yuxarı orqanlara şikayətlər ünvanlandığı halda sonradan özünü təqsirli bilməklə ifadə verməsinin həqiqət olmadığını göstərmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində birinci əməliyyat tədbirində iştirak etmədiyini, yalnız evə baxış keçirilməsində iştirak etdiyini, Arifin evinə baxış keçirərkən 3-4 nəfər olduqlarını, evində olan narkotik vasitəni Təqsirləndirilən şəxs özünün əl damından götürüb verdiyini, həmin narkotikin sellofan bükümdə olduğunu göstərmişdir. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid4 Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində deyil, həmin ifadəsində Şahid10 guya keyfiyyətinin yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs 70 manatın müqabilində verdiyi bir bükümdə narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metamfetamini videoçəkiliş aparılmaqla təqdim edərkən iştirak etdiyini göstərmişdir. İş materiallarında olan 24 dekabr 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda da qeyd olunan hal öz əksini tapmışdır. Həmçinin iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda (A.Allaheverdiyevin yaşadığı evdən narkotik vasitənin aşkar olunmasına dair) Şahid4 iştirakı öz əksini tapmamışdır. Göründüyü kimi Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etdiyini, narkotik vasitənin aşkar edilməsinin şahidi olduğunu göstərmişdir. Bundan başqa Şahid2 ifadəsində Şahid10 və Şahid9 çoxdan tanıdığını, Zirəddinlə əvvəllər başqa tədbirdə də olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən həm Şahid9, həmçinin Şahid10 əvvəllər polis orqanları tərəfindən keçirilmiş müxtəlif əməliyyat tədbirlərində iştirak etdiklərini göstərmişlər. Hazırkı işdən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şahid9 və Şahid10 Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-in əməkdaşı Şahid2 yazdığı ərizə əsasında keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı sorğu verilməklə götürülmüş hökmlərin surətlərindən müəyyən edilmişdir ki, Şahid9 Balakən rayon Məhkəməsi tərəfindən baxılaraq yekun qərar çıxarılmış 1 iş üzrə “şərti alıcı” qismində, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekun məhkəmə qərarı çıxarılmış 2 iş üzrə hal şahidi qismində, 1 iş üzrə “şərti alıcı” qismində, 1 iş üzrə digər iştirakçı (taksi sürücüsü kimi) qismində, 1 iş üzrə isə “təlimatlandırılmış şəxs” qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekun qərar çıxarılmış 1 iş üzrə Şahid10 “şərti alıcı” qismində iştirak etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə “təlimatlandırılmış şəxs” qismində adı keçən şəxslər narkotiklə bağlı başqa çox saylı cinayət işlərində də eyni, yaxud oxşar prosessual statusda iştirak etmişlər. Məhkəmə tərkibi hesab edir ki, eyni şəxslərin cinayət işlərində “hal şahidi”, “şərti alıcı”, yaxud “təlimatlandırılmış şəxs” kimi iştiraklarının mütəmadi xarakterli olması onların iştirakları ilə həyata keçirilmiş əməliyyat istintaq tədbirlərinin və tərtib olunmuş prosessual sənədlərin mötəbərliyini şübhə altına alır və sübut əhəmiyyətini heçə endirir. İş materialları ilə Şahid9 və Şahid10 mütəmadi olaraq “hal şahidi”, “şərti alıcı”, yaxud “təlimatlandırılmış şəxs”qismində iştirak etmələri onların polis qurumları ilə əməkdaşlıq etmələri, «növbətçi» əlaqələrə malik olduqları aydın görünür. Yəni həmin şəxslərin obyektiv həqiqətlərin üzə çıxarılması üçün əməliyyat tədbirində iştiraklarının qərəzsiz olması ciddi şübhələr yaradır, odur ki, məhkəmə onların iştirakı ilə tərtib edilmiş protokolların mötəbər sübut kimi qəbul edilməməklə etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına yalnız şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi barəsində həyata keçirilən baxış istintaq hərəkətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud prosessual pozuntularla aparılması qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8, o cümlədən şahidlər Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş Şahid10 və əlavə şahid qismində dindirilmiş X6 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, üç ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıqları 0,206 qram, 521,506 qram, 480.146 qram heroin, 0,114 qram və 60,802 qram metamfetamin həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. 03 (üç) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 176 (yüz yetmiş altı) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, üç ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıqları 0,206 qram, 521,506 qram, 480.146 qram heroin, 0,114 qram və 60,802 qram metamfetamin həmin maddələrin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. 03 (üç) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 176 (yüz yetmiş altı) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar