Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-36/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X9, X17, X12 və Bayramova Aysel Hafiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs vəfat etmiş xalası X5 əri X14 hissə-hissə aldığı, ümumilikdə 310 (üç yüz on) manat olan borcu qaytara bilməməsi, eləcə də sonuncunun ondan borca verdiyi pulu mütəmadi olaraq təkidlə tələb etməsilə bağlı aralarında yaranmış mübahisələrdən hiddətlənərək, qeyd olunan borcdan yaxa qurtarmaq üçün Yusif Dəmirovu öldürmək qərarına gəlmiş, sonuncunun, kirayədə yaşadığı ünvan 5 evdə tək olmasından əmin olduqdan sonra 28 avqust 2020-ci il tarixdə saat 16 radələrində cinayətkar niyyətini həyata keçirməkdən ötrü özünün yaşadığı ünvan 2 ünvanında yerləşən evin mətbəx otağından “Scarlett England” markalı bıçaq dəstinə aid olan, bir tərəfi küt, digər tərəfi isə kəsici ucu deşici xassəyə malik olan, boz rəngli metaldan hazırlanmış, tiyəsinin uzunluğu 152 mm, dəstəyinin uzunluğu 123 mm olan, kustar üsulla hazırlanmış, məişət təyinatlı, qatlanmayan tipli, soyuq silah hesab edilməyən bıçağı götürüb Yusif Dəmirovun yaşadığı mənzilə gedərək maddi xərclərindən yaxa qurtarmaq, yəni tamah məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün, müstəsna qəddarlıq nümayiş etdirərək həmin bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib nahiyələrinə - ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində yerləşən, döş boşluğuna keçərək ağciyərləri və ürəyi zədələyən 4(dörd)ədəd, qarın səviyyəsində yerləşən, qarın boşluğuna keçərək qaraciyərin zədələnməsi ilə müşaiət olunan 1 (bir) ədəd, cəmi 5 (beş) ədəd daxilə keçən, ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ bazu nahiyəsində 2(iki) ədəd, sol said nahiyəsində 1(bir) ədəd, sağ çiyin nahiyəsində 1(bir) ədəd və sol əlin ovuc səthində 1 (bir) ədəd, cəmi 5 (beş) ədəd yara xəsarətləri ilə müşaiət olunan ümumilikdə çoxsaylı - 10 ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə Yusif Dəmirovu tamah məqsədi ilə, xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilərək tədqiq edilmiş ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, atası Şahid1, anası Şahid2, bacısı Nigar Rəfiyeva və bacısının övladları ilə birlikdə yaşayır. O, sağ qolunda olan əlilliyə görə təqaüd alır. X29 rəhmətlik xalası Nurlana Zeynalovanın əri olmuşdur. O, X48un ölümündə özünü təqsirli bilmir və hadisə günü ilə əlaqədar olaraq heç nə xatırlamır. 29 avqust 2020-ci il tarixdə polis əməkdaşları gedib onu Nizami Rayon Polis İdarəsinə dəvət edən zamanı o, çirkli paltarlarını dəyişmək adı ilə yaşadığı evə daxil olub evdə «esens» turşusu içib özünü intihara cəhd etdiyini xatırlamadığı üçün bu barədə heç nə bildirməmişdir. Onun əvvəllər X48a borcunun olub-olmadığını xatırlamadığı üçün bu barədə heç nə bildirməmişdir. 28 avqust 2020-ci il tarixdə yaşadığı evi tərk edib-etmədiyini xatırlamadığı üçün bu barədə heç nə bildirməmişdir. O, ümumiyyətlə baş vermiş hadisə ilə əlaqədar olaraq heç nə xatırlamadığı üçün verilən suallara cavab verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə yenidən ittiham elan olunan zaman o, özünü qeyd olunan ittihamlarla da təqsirli bilməyərək istinaqa verdiyi əvvəlki ifadələrini tam təsdiq edib göstərmişdir ki, X18 qətlə yetirilməsində özünü təqsirli bilmir, o, heç kimi öldürməmiş və hadisə ilə əlaqədar olaraq heç nə xatırlamır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs suallara verdiyi cavabında X51a borclu olduğunu, Sevinc Dəmirovadan borcla bağlı atası Yusiflə danışmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki,"xxxx" MMC-də marketoloq vəzifəsində işləyir və işi ilə əlaqədar olaraq təxminən 13 ildir ki,Bakı şəhərində yaşayır. X7 onun atası olmuşdur. X54 uzun müddət Gəncə şəhər Tibb Kollecində tarix müəllimi işləmişdir. Doğma anası X19 onun 2 yaşı olanda, ögey anası X10 isə 28 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra atası sarsıntı keçirtdiyi üçün yay aylarında, yəni Kollecdə dərslər qurtardıqdan sonra Bakı şəhərinə gəlib onunla birlikdə yaşamışdır. Atası Bakı şəhərində olan vaxt söhbət əsnasında ona bildirmişdir ki, onun xalası oğlu Təqsirləndirilən şəxs anası Nurlana rəhmətə getdikdən sonra atasından bir neçə dəfə hissə-hissə borc pul almış və ümumilikdə Seymurun atasına olan borcu təxminən 420 manata yaxın olmuşdur. Hətta atası mütəmadi olaraq Seymurdan borcunu istəyəndə sonuncu hər dəfə bir bəhanə gətirib pul borcunu verməmişdir. Lakin sonradan Seymur xəstəliyi ilə əlaqədar təqaüd aldığı üçün bank kartını atasına vermişdir ki, Seymurun atasına olan borcunu hər ay həmin kartdan atası çıxartsın. Hətta 2020-ci ilin iyul ayında o, Kapital Bankın bankomatından Seymurun kartını salıb 110 manat pul çıxardıb atasına vermiş, 2020-ci ilin avqust ayında isə yenidən Seymurun kartını bankomata salıb yoxladıqda artıq kartın bloka salındığını görüb bu barədə atasına bildirmişdir. Həmin vaxt atası Seymura zəng etməmiş və o, fikirləşmişdir ki, yəqin atası Gəncə şəhərinə gəldikdən sonra bu barədə Seymurla söhbət edər. 20 avqust 2020-ci il tarixdə iş cədvəlləri ilə bağlı məsələləri həll etmək üçün atası Yusif Gəncə şəhərinə qayıtmış, atası Gəncə şəhərinə qayıtdıqdan sonra o, mütəmadi olaraq zəng edib atası ilə hal-əhval tutmuş, hətta elə olmuşdur ki, gün ərzində 7-8 dəfə telefon vasitəsilə əlaqə saxlayıb atasının əhvalını soruşmuşdur. Gəncə şəhərində yaşayan xalası Şahid2 və sonuncunun ailə üzvləri ilə münasibətləri çox yaxşı olduğu üçün əksər vaxtlar atasına zəng edib kefini soruşanda atasının xalasıgildə olduğunu bilmişdir. 27 avqust 2020-ci il tarixdə, saat 16 radələrində xalası oğlu Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ondan xahiş etmişdir ki, atasına olan borcunu tez bir zamanda qaytaracağı üçün o, atasına zəng edib vaxt möhləti verməsini bildirsin. O, da atasına zəng edib bu barədə bildirmiş və atası da buna etiraz etməyib razılaşmışdır. Bundan sonra o, Seymura zəng edib atasının razı qaldığını və borcunu gözləyəcəyini bildirmişdir. Həmin gün axşam saatlarınadək həmişə olduğu kimi o, bir neçə dəfə atası ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur.Səhərisi gün, yəni 28 avqust 2020-ci il tarixdə də o, atası ilə telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval tutmuş, atasının danışıqlarından hər şeyin qaydasında olduğunu hiss etmişdir. Həmin gün sonuncu dəfə saat 16:30 radələrində atası ilə telefon əlaqəsi saxlamış, atasından halını xəbər almış və atası da hər şeyin yaxşı olduğunu bildirmişdir. Bundan sonra axşam radələrində halını soruşmaq üçün növbəti dəfə atasına zəng edəndə atası telefona cavab verməmişdir. O, bir neçə dəfə atasına zəng etsə də atası telefona cavab vermədiyi üçün o, narahat olub xalası Şahid2 zəng etmiş və xahiş etmişdir ki, xalasının yoldaşı gedib atasına baş çəksin və ona bir xəbər desin. Bir müddət sonra xalası ona zəng edərək atasının öldüyünü bildirmişdir. O, bu xəbəri eşidən kimi dərhal Gəncə şəhərinə yola düşmüş, ona məlum olmuşdur ki, atası yaşadığı evdə bıçaqla qətlə yetirilmişdir. Sonradan eşitmişdir ki, polis əməkdaşları tərəfindən dindirilməsi üçün Polis İdarəsinə çağırılan xalası oğlu Təqsirləndirilən şəxs esens turşusu içib intihar etməyə cəhd etmişdir.Təqsirləndirilən şəxs bu cür hərəkətlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs bıçaqla atasını qətlə yetirdikdən sonra dindirilməsi üçün Polis İdarəsinə çağırılan zaman cinayətin üstünün açılacağından qorxaraq esens turşusu içib intihar etməyə cəhd etmişdir. Bu səbəbdən atasının qətlə yetirilməsində Təqsirləndirilən şəxs şübhələnmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs adına olan Kapital Bankın təqaüd kartını 20 avqust 2020-ci il tarixdə atası Gəncə şəhərinə qayıdanda özü ilə gətirmiş, o, Təqsirləndirilən şəxs məxsus kartı istintaqa təqdim etmişdi. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxsgilin ailəsi ilə divar qonşuluğunda yaşayırlar. 28 avqust 2020ci il tarixdə o, evdə olan vaxt saat 20 radələrində əmisinin yoldaşı Şahid2 nəvəsi Mədinəni onların evinə gətirmiş və ona Yusif Dəmirovun vəfat etdiyini bildirərək ondan xahiş etmişdir ki, onu və əmisi Natiqi oraya aparsın. O, da etiraz etməyib əmisi Natiqi və arvadı Qərənfili Yusifin yaşadığı ünvana aparmış, orada qonşulardan başqa heç kəs olmamışdır. Onlar Yusifin yaşadığı evə daxil olmamışlar və sadəcə həyətdə gözləmişlər. Təxminən 10 dəqiqə keçdikdən sonra oraya təcili tibbi yardım briqadası gəlmişdir. Təcili tibbi yardım briqadasının işçiləri onlara Yusif Dəmirovun bıçaqlanaraq öldürüldüyünü bildirmişlər və bu səbəbdən də hadisə yerinə polis çağırmışlar. Həmin gecə onlar orada saat 23radələrinə qədər olmuşlar və daha sonra evə qayıtmışlar. Onlar geri qayıdan zaman o, əmisigilin evinin qarşısında Seymurla rastlaşmış və salamlaşaraq evə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qapılarının qarşısında oturub siqaret çəkmişdir. Bir qədər sonra Seymuronların evinə gəlmiş, Seymur anasının halının pisləşdiyini bildirmiş və onun anasını evlərinə çağırmışdır. Anası da Seymurgilə getmişdir. Həmin vaxt o, evdə olmamış, evə qayıtdıqdan sonra o, yatmışdır. 29 avqust 2020-ci il tarixdə səhər saatlarında o, öz otağında yatan vaxt qəfildən qəribə səslər eşitmiş və dərhal oyanıb həyətə çıxanda Seymurun boğazını tutaraq qəribə səslər çıxardığının şahidi olmuşdur. Onlar Seymura ilkin yardım göstərmək üçün sonuncunu evə aparmışlar, daha sonra isə təcili tibbi yardım çağırmışlar. Seymur xəstəxanada olan zaman onlar Seymurun “esens” turşusu içdiyini öyrənmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs X51a pul borcunun olması, həmçinin Təqsirləndirilən şəxs hansı səbəbdən intihara cəhd etməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,X7 onun bacanağı olmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Mərhum yoldaşı ilə birlikdə mütəmadi olaraq onlara qonaq gəlmişdir. X3 həyat yoldaşı X10 28 aprel 2020-ci ildə dünyasını dəyişmiş, sonuncunun cənazəsi onların evində götürülmüşdür. Yoldaşının vəfatından sonra Yusif bir neçə aylıq Bakıya qızının yanına getmişdir. Yusifin onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilmişdir. Təxminən 20 avqust 2020-ci il tarixində X51 Bakıdan Gəncə şəhərinə qayıdan kimi əvvəlcə onların evinə gəlmiş, bir müddət sonra isə öz evinə çıxıb getmişdir. 28 avqust 2020-ci il tarixdə axşam saatlarında yoldaşı Şahid2 ona Yusifin qızı Sevincin zəng edərək atasının telefona cavab vermədiyini bildirmiş, xahiş etmişdir ki, o, gedib Yusifə baş çəksin və bu barədə Sevincə xəbər versin. O, gedib Yusifin yaşadığı evə yaxınlaşanda giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, Yusifi çağıraçağıra içəri girmiş, içəri daxil olub Yusifi səsləmiş, lakin sonuncu cavab vermədiyi üçün o, Yusifin yaşadığı otağa yaxınlaşanda otağın qapısının da açıq olduğunu görmüşdür. O, otağa daxil olan zaman otağın işığı keçirili olmuş,televizor da tam səslə işləmiş, qapı da aralı olmuş, yenə çağırsa da , səs verməmiş, Yusifin tərpənməz vəziyyətdə divanda uzandığını görmüşdür. Həmin vaxt Yusifin mobil telefonuna zəng gəlmişdir. Bu vaxt Yusifin üst-başının qan olduğunu görüb içəri girməmişdir. Həyəcanlanaraq çölə çıxmış, ilk öncə təcili tibbi yardım çağırmaq istəmiş, lakin üzərində telefon olmadığından Yusifin qonşusundan bunu etməyi xahiş etmişdir. Onlar təcili tibbi yardıma zəng etmişlər, lakin nömrə səhv yığıldığından zəngə cavab verilməmiş, bu səbəbdən həmin qonşu onu təcili tibbi yardım xəstəxanasına aparmış və o, baş verənləri anlatmışdır. Daha sonra təcili tibbi yardım briqadası həmin ünvana getmiş, o, da yoldaşı ilə birlikdə oraya yollanmışdır. Bir müddət sonra ona Yusifin qətlə yetirildiyi məlum olmuşdur. O, oğlu Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün, yəni 28 avqust 2020-ci il tarixdə səhər saatlarında yaşadıqları evdə görmüş, daha sonra isə Seymur getdiyi yeri ona bildirmədən evi tərk edib getmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxslə X43n münasibətlərinin həmişə yaxşı olduğunu, Seymurun X51a borcunun olması barədə onun məlumatının olmadığını, Təqsirləndirilən şəxs kiminləsə ədavətinin və ya düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs Bakıda işləyən zaman 4-cü mərtəbədən yıxılaraq müxtəlif xəsarətlər aldığını və bu hadisədən sonra onun oğlunda aqressiya, əsəbilik hiss olunduğunu, sağ tərəfinin bütün iflic olduğunu, sağ qolunun işləmədiyini göstərmişdir. Əlavə etmişdir ki, Yusif Dəmirovun ölümündən əvvəl Seymur anası ilə mübahisə etmiş, qapını vurmuş, anası da ona hirslənmiş, anası onu sillələmiş, sinəsini cırmış, Seymurun əynindəki köynəkdə dartılma olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X7 onun yeznəsi olmuş, sonuncu ilə həmişə yaxşı münasibətləri olmuş, Yusif Dəmirov sağlığında ikən yoldaşı ilə birlikdə mütəmadi olaraq onun evinə qonaq gəlmişlər. Yusif Dəmirovun həyat yoldaşı Nurlana Zeynalova onun bacısı olmuş, sonuncu 28 aprel 2020-ci il tarixdə xərçəng xəstəliyindən dünyasını dəyişmiş və hüzr mərasimi onların evində keçirilmişdir. Bacısının vəfatından sonra Yusif bir neçə aylıq Bakı şəhərində yaşayan qızı Sevincin yanına gedib orada qalmışdır. Yusif Dəmirov təxminən 20 avqust tarixində Bakı şəhərindən Gəncə şəhərinə qayıdan kimi onların evinə gəlmiş, bir az rahatlaşdıqdan sonra öz evinə qayıtmışdır. Yusif Dəmirov onların evində olan vaxt öz xəstəliyindən danışmış və hər şeyin yaxşı olduğunu söyləmişdir. 28 avqust 2020-ci il tarixdə, saat 11 radələrində Yusif Dəmirov onların evinə qonaq gəlmişdir. Yusif Dəmirov onların evinə qonaq gələn vaxt onun oğlu Təqsirləndirilən şəxs evdə olmamış, təxminən 30-40 dəqiqə sonra evə qayıtmışdır. Yusif Dəmirov bir qədər oturub söhbət etdikdən sonra hamama daxil olmuş, daha sonra isə hamamdan çıxdıqdan sonra onlar birlikdə nahar etmişlər, lakin Təqsirləndirilən şəxs onlarlabirlikdə nahar etməmişdir. Həmin gün saat 15 radələrində Yusif Dəmrov taksi sürücüsünə zəng edib bildirmişdir ki, gəlib onu evinə aparsın. Yusif Dəmrov çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs ondan 2 manat pul almış, gedib özü üçün 50 qram araq alıb evə qayıtmış və nahar edərkən spirtli içki olan araq içmişdir. Həmin gün saat 16 radələrində gedib evə şəkər alması üçün o, Təqsirləndirilən şəxs pul vermiş və sonuncu da 10 dəqiqə ərzində mağazaya gedib şəkər alaraq evə qayıtmışdır. Həmin gün saat 19 radələrində X21 ona zəng edib bildirmişdir ki, atası zənglərə cavab vermir. Bundan sonra o, Yusif Dəmirova zəng etsə də sonuncu yenə onun zənglərinə cavab verməmişdir. Daha sonra Sevinc ondan xahiş etmişdir ki, onun həyat yoldaşı Natiq gedib Yusifə baş çəksin. O, bu barədə Natiqə demiş və sonuncu da Yusif Dəmirovun yaşadığı evə getmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Natiq evə qayıtmış və Yusifin vəfat etdiyini ona bildirmişdir. Bundan sonra o, qaynı oğlu Pərvinin idarə etdiyi avtomobillə həyat yoldaşı Natiq və Lətifə ilə birlikdə Yusif Dəmirovun yaşadığı evə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş və o, oğlu Təqsirləndirilən şəxs hadisə yerində görmüşdür. Hadisə yerində onlara məlum olmuşdur ki, Yusif Dəmirov qətlə yetirilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, həmin gün Seymur evdə ondan pul istəmiş, pulunun olmadığını deyəndə əsəbiləşib qapını çırpmış, qapı aralanaraq qırılmış, o da Seymuru vurmuş, yaxasından tutduğu vaxt köynəyinin düymələri qırılmış, həm də boğazı cızılmışdı.Polislər hadisədən sonra onlara gələndə Seymur Moskvadakı haqq-hesaba görə onların gəldiklərini zənn edib «esens» turşusu içərək intihara cəhd etmişdir. Oğlu Təqsirləndirilən şəxs X51a pul borcunun olub-olmaması barədə onun məlumatı olmamış, hadisədən sonra Sevincin polisdə bu barədə bildirməsindən sonra Seymurun mərhum Yusifə pul borcunun olduğunu bilmişdir. O, Yusif Dəmirovun vəfat etməsi barədə xəbər tutub sonuncunun yaşadığı evə gedənə kimi oğlu Təqsirləndirilən şəxs öz yaşadığı evdə olmuş, sonra onların arxasınca gəlmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, onlar Rəfiyevlər ailəsi ilə uzun müddətdir ki tanışdırlar və yaxın münasibətləri var.28 avqust 2020-ci il tarixdə, axşam saat 19 radələrində Şahid1 ona zəng edib oğlu İlkinin evdə olub-olmaması ilə maraqlanmış və maşın lazım olduğunu söyləmişdir. Şahid7 da Natiqgilə getmiş, lakin İlkin Natiqgilin küçəsinə gedəndə artıq onlar getmişlər. Daha sonra Natiqin yoldaşı Qərənfil ona zəng etmiş və Yusif Dəmirovun vəfat etdiyini bildirmişdir. Qərənfil ondan xahiş etmişdir ki, o, oğlu ilə birlikdə Yusifin yaşadığı evə gəlsin. O, Yusifin yaşadığı ünvana gedib giriş qapısından içəri daxil olsa da hadisənin baş verdiyi otağa keçməmişdir. Həmin vaxt həyətdə Qərənfil, Natiq, Pərvin və qonşular əyləşmişlər. Bir qədər sonra oraya təcili tibbi yardım briqadası gəlmiş, həkimlər içəri daxil olmuşlar və bir müddətdən sonra çölə çıxıb Yusif Dəmirovun bıçaqlanaraq qətlə yetirildiyini bildirmişlər. Daha sonra həkimlər hadisə yerinə polis çağırmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs sonuncu dəfə 28 avqust 2020-ci il tarixdə, saat 16:00 radələrində evlərinə gedərkən görmüşdür. Təqsirləndirilən şəxs kimdənsə maddi asılılığı olması barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Rəfiyevgilin ailəsi ilə qonşuluqda yaşayır. 28 avqust 2020-ci il tarixdə, saat 16 radələrində o, özünə məxsus VAZ-2115 markalı, **-XU-*** dövlət qeydiyyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Səbizkar qəbristanlığının yanından keçəndə Semyur Rəfiyevi görmüş və sonuncu əli ilə işarə edərək avtomobili sağlamağını ona bildirmiş, o, avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin sürücü tərəfdən ön qapısını açıb onu Gəncəvi küçəsinin giriş hissəsində yerləşən «Yaşıl Aptekin» yanında düşürməyi xahiş etmişdir. O, da etiraz etməyib həmin yerə kimi aparacağını Seymura bildirmiş və sonuncu da avtomobilə minmişdir. Bundan sonra o, dostu Orucla «Yaşıl Aptekin» yanından keçəcəkləri üçün Totanlı küçəsində yerləşən dairənin yaxınlığında dostu Orucu gözləyəcəyini və həmin yerdən Orucu da götürəcəyini bildirəndə Təqsirləndirilən şəxs atası ilə evdə mübahisə etdiyi üçün yaşadıqları evin yaxınlığında atasının onu görməməsini bildirmiş və ondan xahiş etmişdir ki, onu Gəncəvi küçəsinin giriş hissəsində yerləşən «Yaşıl Aptekin» yanında düşürtdükdən sonra gedib Totanlı küçəsində yerləşən dairənin yaxınlığında dostu Orucu götürsün. Eyni zamanda Təqsirləndirilən şəxs danışığından sonuncunun harasa tələsdiyi hiss olunmuşdur. O, Təqsirləndirilən şəxs işinə qarışmayıb sonuncunun atası ilə hansı səbəbdən mübahisə etdiyini Seymurun hara getdiyini maraqlanmamışdır. O, Seymura dostu Orucun Totanlı dairəsinin yanında gözlədiyini və sonuncunu həmin yerdən götürməli olduğunu bildirmişdir. Onlar Totanlı küçəsinin yanına çatanda o, idarə etdiyi avtomobili saxlamış, Oruc avtomobilin arxa oturacağında əyləşmiş və o, yoluna davam etməyə başlamışdır. Totanlı dairəsi Seymurun gedəcəyi «Yaşıl Aptek»ə yaxın yerləşdiyindən qısa müddətdan sonra onlar həmin yerə çatmışlar. O, avtomobili «Yaşıl Aptekin» yanında saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb onlardan ayrılmış və o, yoluna davam etmişdir. 29 avqust 2020-ci il tarixdə, saat 12 radələrində o, yaşadığı küçədə olan vaxt oradakı çoxlu sayda qonşulardan kimsə bildirmişdir ki, Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixdə Yusif adlı müəllimi qətlə yetirmiş, həmin gün isə, yəni 29 avqust 2020-ci il tarixdə «esens» turşusu içərək özünü öldürmək istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsgilin ailəsi ilə divar qonşuluğunda olmaqla bir həyətdə yaşayırlar. 28 avqust 2020-ci il tarixdə yaşadığı evdə olan vaxt saat 20 radələrində eltisi Şahid2 nəvəsi Mədinəni onların evinə gətirmiş və onlara Yusif Dəmirovun vəfat etdiyini bildirərək onun oğlundan onları həmin ünvana aparmağı xahiş etmişdir. X55 də əmisi Natiqi və həyat yoldaşı Qərənfili oraya aparmışdır. Saat 23:00 radələrində geri qayıtmışlar. Bir qədər sonra Seymur onlara gələrək anası Qərənfilin halının pisləşdiyini bildirib onu evlərinə çağırmışdır. O, da Qərənfilgilə getmiş, Qərənfil ona Yusif Dəmirovun öldürüldüyünü demişdir. Daha sonra o, evlərinə qayıtmışdır. Sabahsı gün o, səhər radələrində bazarlıq etmək üçün mağazaya getmiş və evinin yaxınlığında polis əməkdaşları ilə rastlaşmışdır. Polis əməkdaşları ondan Seymurun evdə olub-olmamasını soruşmuşlar və o, da Seymurun evdə olduğunu demişdir. Bundan sonra o, mağazadan qayıdanda evinin qarşısında təcili tibbi yardım maşınını görmüş, içəri keçdikdə həkimlərin Seymura tibbi yardım göstərdiklərini görmüşdür. O, Seymrun qan qusduğunu görmüşdür. Bundan sonra Seymuru xəstəxanaya aparmışlar. Bir müddət sonra onlar Seymurun “esens” turşusu içərək intihara cəhd etdiyini öyrənmişlər. Təqsirləndirilən şəxs X51a pul borcunun olması barədə onun məlumatı olmamışdır.Təqsirləndirilən şəxs hansı səbəbdən intihara cəhd etməsi barədə onun məlumatı olmamış, Təqsirləndirilən şəxs əvvəllər intihara cəhd etməsini eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, bacısı X42 Federasiyasında yaşadığı üçün mərhum X20 onun bacısının evində uzun müddət kirayədə qalmış, X51 aylıq kirayə pulu olaraq 80 manatı həmişə ödəsə də xəstə olduğu üçün son 5 ayın kirayə pulunu verməmişdir.28 avqust 2020-ci il tarixdə günorta saatlarında o, qızı ilə birlikdə bazarlıq etmək üçün evdən çıxmış, lakin biraz getdikdən sonra qızı özünü pis hiss etdiyi üçün geri qayıtmağa məcbur olmuşdur. O, qızını evə yola salıb bazarlıq üçün “Əminə” marketə getmişdir. Qızı ilə birlikdə olan vaxt X51a zəng edib əhvalını soruşmuş, daha sonra isə sağollaşaraq yoluna davam etmişlər. Həmin gün axşam saatlarında oğlu ona zəng edib Yusifin öldüyünü bildirmiş və o, dərhal Yusif Dəmirovun yaşadığı evə gedəndə sonuncunun qətlə yetirildiyi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Rəfiyevlər ailəsi ilə uzun müddətdir ki tanışlıqları və yaxın münasibətləri var. 28 avqust 2020-ci il tarixdə axşam saat 19 radələrində Şahid1 onun anasına zəng etmiş və maşınla gəlməyini ondan xahiş etmişdir. O, da dərhal maşınla Natiqgilə getmiş, Natiqgilin evinə çatmamış Natiqin yoldaşı Qərənfil ona zəng etmiş və “Yusif müəllim rəhmətə gedib, mamanı da götür gəl” demişdir. Bundan sonra o, geri qayıdıb anasını götürmüş və onlar Yusif Dəmirovun yaşadığı evə getmişlər. Onlar oraya gedib giriş qapısından içəri daxil olmuşlar, lakin hadisənin baş verdiyi otağa keçməmişlər. Həmin vaxt həyətdə Qərənfil, Natiq, Pərvin və Lətifə əyləşmişlər. Bir qədər sonra oraya təcili tibbi yardım briqadası gəlmiş, həkimlər içəri daxil olmuşlar və Yusif Dəmirovun bıçaqlanaraq qətlə yetirildiyini bildirmişlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları çağırılmışlar. Onlar saat 00:00 radələrinə qədər orada olmuşlar və daha sonra evlərinə qayıtmışlar. Səhərisi gün, yəni 29 avqust 2020-ci il tarixdə, saat 08:30 radələrində o, gedib işlətdikləri dükanı açmış, həmin vaxt anası oraya gəlmişdir. O, anasından ötən gün baş vermiş hadisə ilə bağlı soruşanda anası heçnə bilmədiyini demiş, bu səbəbdən də o, Natiqgilə getmiş, həyətdə heç kəs olmamışdır. O, Natiqgilin evinə daxil olmuş, evin içərisində olan zaman o, mətbəxdə X16, sonuncunun rəfiqəsini və Qərənfili görmüşdür. O, həmin şəxslərlə salamlaşıb bir qədər söhbət etdikdən sonra oranı tərk edib gedəndə Seymurla rastlaşmış, Seymur ondan nə baş verdiyini, onun nə üçün oraya gəldiyini soruşanda o, eləcə maraqlanmaq üçün gəldiyini bildirmişdir. Seymur ona ”sən nə üçün küçədə Yusif Dəmirovun rəhmətə getdiyini deyibsən? Lazım olsa mən özüm bunu deyərdim” deyə bildirəndə o, küçədə qonşuların ondan kimin rəhmətə getdiyini soruşduqda bunu dediyini Seymura bildirmişdir. Bundan sonra o, evə getmiş, biraz dincəldikdən sonra dükana qayıtmışdır. Küçədən keçən zaman o, Seymurun qohumu Pərvini görmüş, sonuncu ona “tez təcili tibbi yardım çağır, Seymurun halı pisləşib!” demişdir. O, da dərhal təcili tibbi yardım xəstəxanasına qaçmış və həkimləri həmin ünvana çağırmış və geri, Natiqgilin evinə qayıtmışdır. Seymurun yanına yaxınlaşanda o, Seymurun pis vəziyyətdə olduğunu və qusduğunu görmüşdür. Təcii tibbi yardım gəldikdən sonra Seymuru xəstəxanaya aparmışlar, daha sonra o, Seymuru görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, mərhum X20 onun bacısının evində uzun müddət kirayədə qalmışdır. O, təxminən 10 ildir ki, Yusif Dəmirovu tanımış, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Eyni zamanda o, uzun müddətdir ki Yusifin yaşadığı həyətdən istifadə edir, o, həmin evin həyətində ot tayası qurmuşdur. Bu səbəbdən də X43 tez-tez görmüş, sonuncu ilə görüşəndə sadəcə olaraq bir-birləri ilə hal-əhval tutmuşlar. X51 əvvəllər yoldaşı ilə birlikdə həmin evdə yaşamış, 28 aprel 2020-ci il tarixdə isə həyat yoldaşı vəfat etmişdir. Daha sonra isə X51 qızının yanına Bakı şəhərinə gedib bir müddət orada qalmışdır. Sonuncu dəfə o, Yusif Dəmirovu 28 avqust 2020-ci il tarixdə görmüşdür. Həmin gün o, Yusif Dəmirovun evinin pəncərəsinin yaxınlığından keçəndə sonuncuya salam vermiş və yoluna davam etmişdir. Həmin gün, yəni 28 avqust tarixində o, həmişəki kimi evdə iş görmüş, axşam vaxtı bayıra çıxanda məhəllədə polis maşınlarının olduğunu görmüşdür. O, polis əməkdaşlarının bacısıgilin evinə gəldiyini görüb həmin ünvana gedəndə ona məlum omuşdur ki, Yusif Dəmirov qətlə yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 Həmzə oğlu ifadəsində göstərmişdir ki, X7 onun qonşusu olmuş, sonuncu ünvan 3 ünvanda kirayədə yaşamışdır. Yusif Dəmirovun yaşadığı evlə onların yaşadığı ev arasında təxminən 15-20 metr məsafə var. Yusif Dəmirovla qonşuluqda yaşadığı müddət ərzində onun kiminləsə münaqişə və ya mübahisə etdiyini görməmişdir. 28 avqust 2020-ci il tarixdə axşam saatlarında işdən gəlib yaşadığı evdə olmuş, həmin gün axşam saatlarında yaşadığı küçəyə Tibbi Yardım Xidmətinin və Polis maşınlarının gəldiyini görsə də nəyin baş verdiyini anlamamış, lakin sonradan ona məlum olmuşdur ki, həmin gün qonşusu Yusif Dəmirov qətlə yetirilmişdir. Hadisədən bir müddət sonra eşitdiyinə görə X52 adlı qohumu tərəfindən öldürülmüşdür. Mərhum X1 ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 və Şahid14 Şahid12 Həmzə oğlunun ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 oğlu ifadəsində göstərmişdir ki, 8 ildir ki Gəncə şəhər Tibb Kollecində mühafizəçi işləyir. Onun iş rejimi növbəlidir və 3 gündən bir səhər saat 9-dan növbəti gün saat 9-a kimi növbədə olur. X43 tanımış, sonuncu uzun müddət Gəncə şəhər Tibb Kollecində tarix müəllimi işləmişdir. X32 işlədiyi müddət ərzində kollecdə işləyən şəxslərin və tələbələrin heç biri ilə ədavəti, düşmənçiliyi və mübahisəsi olmamışdır. Yusif Dəmirov aqressiv və özünə qapanıq bir insan olmuşdur. Yusif Dəmirovun davranışında müəyyən qədər aqresivlik hiss olunmuş, son zamanlar da Yusif Dəmirovun psixi durumunda dəyişiklik hiss edilmişdir. 2020-ci ilin aprel ayının sonlarında Yusif Dəmirovun arvadı Nurlana onkoloji xəstəlikdən rəhmətə getmiş, sonuncu da Gəncə şəhər Tibb Kollecində laborant vəzifəsində işləmişdir. 29 avqust 2020-ci il tarixdə, saat 09 radələrində növbədə olduğu zaman tanımadığı bir neçə polis əməkdaşları Gəncə şəhər Tibb Kollecinə gəlmişlər və ona Yusif Dəmirovun yaşadığı evdə qətlə yetirildiyini bildirmişlər. Polis əməkdaşları X44 şəhər Tibb Kollecində hansı işlə məşğul olması, kollecin müəllim və tələbə kollektivi ilə olan münasibətləri barədə ondan maraqlandıqdan sonra çıxıb getmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan eşitdiyinə görə Yusif Dəmirovun bacanağının oğlu X36 borcu olmuş, bu səbəbdən Seymur Yusifi qətlə yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 2105” markalı, **-CL-*** dövlət nişanlı avtomobillə taksi fəaliyyətilə məşğul olur, adətən Bağbanlar deyilən ərazidə «Yaşıl aptekin» yanında dayanıb müştəri gözləyir. X31 taksi kimi idarə etdiyi avtomobillə işlədiyi X53, şəhər mərkəzinə və digər yerlərə mütəmadi olaraq getmişdir. 28 avqust 2020-ci il tarixdə saat 13 radələrində Yusif Dəmirov istifadəsində olan mobil nömrədən onun istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəyə zəng edib Totanlı dairəsinin yaxınlığında yaşayan Natiq adlı bacanağının evində olduğunu və həmin ünvandan onu götürüb öz yaşadığı evə aparmağı ondan xahiş etmişdir. Həmin gün saat 14 radələrində o, Yusif Dəmirovu götürmək üçün sonuncunun bacanağı Natiqgilin yaşadığı evə getmiş, Yusif Dəmirov həmin evdən çıxıb onun avtomobilinə əyləşmiş və o, Yusif Dəmirovu həmin yerdən götürüb yaşadığı ünvana aparmışdır. 28 avqust 2020-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsindən adını xatırlamadığı polis əməkdaşı ona zəng edib Yusif Dəmirovun rəhmətə getdiyini və sonuncunun yaşadığı evə gəlməyi ona bildirmişdir. Polis əməkdaşı ilə telefon danışığından sonra o, Yusif Dəmirovun kirayə yaşadığı evə gedəndə orada çoxlu sayda adamların, polis əməkdaşlarının, avtomobillərin və Təcili Tibbi yardım avtomaşının olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, Yusif Dəmirov qətlə yetirilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Yusif Dəmirov sakit təbiətli, mülayim və mehriban bir insan olmuş, onun kiminləsə ədavətinin, düşmənçiliyinin və mübahisənin olmasını eşitməmişdir. Əlavə etmişdir ki, bacanağı Natiqin oğlu Seymur adlı şəxs tərəfindən Yusif Dəmirovun qətlə yetirildiyini eşitsə də hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Yusif Dəmirovun arvadının hüzr mərasimi Yusif Dəmirovun bacanağı Natiqgilin evində keçirildiyi üçün Seymur adlı şəxsi də həmin hüzr mərasimində görmüş, oradan Seymurun sağ qolunun yaxşı işləmədiyi onun xatirində qalmışdır. İş materiallarına əlavə olunmuş «Hadisə yerinə baxışın aparılması haqqında» 28.08.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, E.T.Qurbanov küçəsi 38-də yerləşən yaşayış evidir. Yaşayış evi torpaq avtomobil yolundan sağ tərəfdəki küçədə yerləşir. Yaşayış evinin iki taylı qapısından içəri daxil olduqda sol tərəfdə X18 divanın üzərində yarımoturaq vəziyyətdə, üzərində kəsicideşici alətlə yetirilməyə xarakterik olan xəsarətlərilə meyiti aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş «baxış keçirilməsi barədə» 29.08.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,X3 yaşadığı Gəncə şəhəri E.T.Qurbanov küçəsi ev 38 ünvanından götürülmüş bir ədəd dəstəyi qara rəngli bıçaq qatlanmayandır, tiyə və dəstək hissədən ibarətdir. Bıçağın tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt olsa da digər tərəfi kəsici-ucu deşici xassəyə malikdir və bıçağın tiyəsinin uzunluğu 152 mm-dir. Bıçağın tiyəsinin hər iki yan səthində "Scarlet England" sözləri yazılıbdır. Bıçağın dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, dəstəyinin uzunluğu 123 mm-dir. Həmin bıçağın tiyəsinin dəstəyə birləşən hissəsində gözlə görünəcək formada qanabənzər ləkələr aşkar olundu. Bundan başqa X3 yaşadığı Gəncə şəhəri E.T.Qurbanov küçəsi ev 38 ünvanından götürülmüş bir ədəd dəstəyi yaşıl rəngli bıçaq qatlanmayandır, tiyə və dəstək hissədən ibarətdir. Bıçağın tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt olsa da digər tərəfi kəsici-ucu deşici xassəyə malikdir və bıçağın tiyəsinin uzunluğu 130 mm-dir. Bıçağın tiyəsinin sol yan səthinə "Exselient housevare" sözləri yazılıbdır. Bıçağın dəstəyi yaşıl rəngli plasmasa oxşar materialdan hazırlanmışdır. Bıçağın dəstəyinin uzunluğu 95 mm-dir. İş materiallarına əlavə edilmiş «baxış keçirilməsi haqqında» 29.08.2020-ci il tarixli protokoldan görünür ki, X3 istifadəsində olmuş “Samsung Galaxy J4+” markalı mobil telefona baxış keçirilmişdir. Telefona gələn zənglər və çıxan zənglərin siyahısına baxış keçirilən zamanı X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə sonuncu dəfə 27 avqust 2020-ci il tarixdə, saat 11:30-da zəng edilərək 27 saniyə danışıq olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən isə X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə sonuncu dəfə 27 avqust 2020-ci il tarixdə, saat 12:29-da zəng edilərək 1 dəqiqə 15 saniyə danışıq olmuşdur. Bundan başqa telefona gələn və çıxan sms mətlərinin siyahısına baxış keçirilən zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında hər hansı bir sms yazışması aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş « baxış keçirilməsi haqqında » haqqında 05.09.2020-ci il tarixli protokoldan görünür ki, X15 yaşadığı evin qarşısında quraşdırılmış təhlükəsizlik kamerasından qeydə alınmış görüntülər əks olunan diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qara rəngli şalvar və göy rəngli köynəklə tək 28.08.2020ci il tarixdə saat 15:58-də Aydın Sadıqovun yaşadığı evin qarşısından keçərək Yusif Dəmirovun kirayə yaşadığı Gəncə şəhəri E.T.Qurbanov küçəsi istiqamətində hərəkət etmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 29.08.2020-ci il tarixli 55 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X3 meyitinin bədənində on ədəd kəsilmiş-deşilmiş yara aşkar edilmiş: yaralardan beş ədəd yara daxilə keçən yaralar olduqları üçün ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; yaralardan dördü döş qəfəsinin ön səthində yerləşir döş boşluğuna keçərək ağciyərləri və ürəyi zədələmiş, bir ədəd yara isə qarın nahiyəsində yerləşir, qarın boşğuluna keçərək qaraciyəri zədələmişdir. Digər beş ədəd yaralar isə yerləşmə nahiyələrinə görə: sağ bazu nahiyəsində iki ədəd, sol said nahiyəsində bir ədəd, sağ çiyin nahiyəsində bir ədəd və sol əlin ovuc səthində bir ədəd yara; bu xəsarətlər ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, Y.F.Dəmirovun ölümündən az qabaq bir tərəfi kəsici xüsusiyyətə malik olan kəsici-deşici alətlə (alətlərlə) yetirilmişdir. Xəsarətlərin özünü müdafiyəyə və qarşılıqlı dalaşmağa xarakterik olubolmamasını müəyyən etmək, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil. X3 ölümünə səbəb döş qəfəsinin və qarının daxilə keçən hər iki ağciyərin, qaraciyərin və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaraları nəticəsində əmələ gələn, kəskin daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətləri nəzərə alınaraq belə hesab edilmişdir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 4-5 saatdır (meyit 29.08.2020-ci il tarixdə, saat 00:45-də müayinə olunmuşdur). X3 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 16.12.2020-ci il tarixli 1910 nömrəli rəyindən (29.08.2020-ci il tarixli 55 nömrəli meyitin ekspertizasına dair rəyə əlavə)görünür ki,X3 meyitinin bədənində olan on ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi: Bu yaralardan beş ədəd yara daxilə keçən yaralar olduqları üçün ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; yaralardan dördü döş qəfəsinin ön səthində yerləşir, döş boşluğuna keçərək ağciyərləri və ürəyi zədələmiş, bir ədəd yara isə qarın nahiyəsində yerləşir, qarın boşluğuna keçərək qaraciyəri zədələmişdir. Digər beş ədəd yaralar isə yerləşmə nahiyələrinə görə: sağ bazu nahiyəsində iki ədəd, sol said nahiyəsində bir ədəd, sağ çiyin nahiyəsində bir ədəd və sol əlin ovuc səthində bir ədəd yara; bu xəsarətlər ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, Y.F.Dəmirovun ölümündən az qabaq bir tərəfi kəsici xüsusiyyətə malik olan kəsici-deşici alətlə (alətlərlə) yetirilmişdir. Təqdim edilən tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs hər iki yuxarı ətraflarında mövcud olan patoloji vəziyyətlərin ağırlıq dərəcələrini müqayisə edərək, onun sağ yuxarı ətrafında dərin hemiparez, spastik hemiplegia, əzələ atrofiyası, ətrafda kəskin funksiya pozğunluğu, sağ əl barmaqlarında bükücü kontraktura əlamətlərinin olmasını nəzərə alaraq belə hesab edirəm ki, Təqsirləndirilən şəxs xəsarətləri sol əli ilə ekspertizaya təqdim edilən bıçaqla yetirə bilərdi. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 30.08.2020-ci il tarixli 1314 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində ümumi toksiki təsirlə müşayiət olunan - ağız, udlaq, qida borusu və mədənin kimyəvi yanıq yaraları - sirkə turşusunun təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti təqdim olunmuş stasionar xəstənin tibbi kartasında göstərilən tarixə, yəni 29.08.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş kimyəvi yanıq yaralarından başqa - boyun, hər iki əl, sağ said, sol baldır və burun nahiyələrində sıyrıqlar kimi xəsarətlər də aşkar edildi. Həmin sıyrıqlar bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 1-3 gündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 27.10.2020-ci il tarixli 48 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, X3 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır ; -Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür ; - Təqdim olunmuş bir ədəd qara dəstəkli bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan X7na məxsus ola bilər ; -Təqdim olunmuş bir ədəd yaşıl dəstəkli bıçaq üzərində müayinə zamanı qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. - Təqdim olunmuş hadisə yerindən götürülmüş pambıq tamponlar, bir ədəd şüşə fincan üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan X7na məxsus ola bilər. -Təqdim olunmuş X22 məxsus qısaqol köynək, bir ədəd ağ rəngli mayka üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər ; - Təqdim olunmuş X22 məxsus bir ədəd idman şalvarı, bir ədəd tursik üzərində qanaoxşar ləkələr aşkar olunmadığından müayinə edilmədi. -Təqdim olunmuş Təqsirləndirilən şəxs esens turşusu içdikdən sonra xəstəxanadan götürülmüş bir ədəd mayka, bir ədəd cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs esens turşusu içdikdən sonra xəstəxanadan götürülmüş bir ədəd ədiyal, bir ədəd tursik, bir cüt corab üzərində qan ləkələri aşkar olunmadığından müayinə edilmədi.Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd cins şalvar, bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd qırmızı-boz rəngli köynək, bir ədəd boz rəngli mayka, bir ədəd ağ rəngli məhraba, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli "Colins" etiketli köynək, bir ədəd qəhvəyi rəngli cib dəsmalı, bir ədəd "Andss" etiketli tursik, hadisə yerindən götürülmüş bir ədəd yodlşu pambıq üzərlərində qanoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi.Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd "Eze" etiketli jaketdən götürülmüş kəsikdə (ob.11) qan aşkar olunmadı. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 25.12.2020-ci il tarixli 937/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, 1. X3 ABO sistemi üzrə qrup göstəricisi O alfa, beta (İ).
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi AB (İV), onun ağız suyunda "A" və "B" antigenləri vardır.
3. Ekspertizaya təqdim olunmuş Y.F.Dəmirovun sağ və sol əl dırnaq kəsikləri və fraqmentləri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə "A" və "B" antigenləri alındı. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər.
4. Ekspertizaya təqdim olunmuş bir ədəd siqaret kötüyündə ağız suyu aşkar olundu. Bu siqaret kötüyündə ağız suyunun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri alınmadığı üçün onun qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı.
5. Təqdim olunmuş Təqsirləndirilən şəxs 01 ədəd sağ və 01 ədəd sol əl dırnaq kəsikləri üzərində qan ləkələri aşkar olunmadı.
6. Y.F.Dəmirovun sağ və sol əl dırnaq kəsikləri və fraqmentləri, Təqsirləndirilən şəxs 01 ədəd sağ və 01 ədəd sol əl dırnaq kəsikləri üzərində hər hansı bir toxumaya şübhəli hissəciklər aşkar olunmadı. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi MəhkəməEkspertizası X27 Bölməsi tərəfindən təqdim edilmiş 13.11.2020-ci il tarixli 16/731 nömrəli materilların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X22 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X18 və Təqsirləndirilən şəxs əl barmaq dırqanlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, X22 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X22 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X18 əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin X22 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 29.03.2021-ci il tarixli T 48/2021 nömrəli rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətlə (alətlərlə), o cümlədən də ekspertizaya təqdim olunmuş "Scarlet" markalı bıçaqla da yetirilə bilərdi. Bu məsələnin dəqiq həlli hadisə vaxtı mərhumun əynində olan paltarların tibbi-kriminalistik müayinəsi ilə həll edilə bilər. Təqsirləndirilən şəxs hazırda sağ yuxarı ətrafında mövcud olan patologiya (dərin hemiparez, spastik hemiplegia, əzələ atrofiyası, ətrafda kəskin funksiya pozğunluğu, sağ əl barmaqlarında bükücü kontraktura əlamətləri) Y.F.Dəmirovun meyitində aşkar edilmiş xəsarətlərin Təqsirləndirilən şəxs sol əli ilə yetirə bilməsini məhkəmə-tibbi baxımdan inkar etmir. Mərhum Y.F.Dəmirova xəsarət yetirilərkən o həmlə edən şəxslə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Kriminalistik tədqiqatlar İdarəsinin 04.03.2021-ci il tarixli 21/177R nömrəli rəyindən görünür ki, X6 və sol əl dırnaq kəsintiləri altında olan qan nümunəsi vardır və həmin qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi MəhkəməEkspertizası X27 Bölməsi tərəfindən təqdim edilmiş 18.11.2020-ci il tarixli 16/732/733 nömrəli məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 ədəd bıçaq kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdırlar və soyuq silah hesab edilmirlər. Üzərlərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Üzərində "SCARLETT ENGLAND" yazıları olan bıçağın, üzərindəki yazılara, materialına, ölçüsünə və s. xüsusiyyətlərinə əsasən təqdim olunan "SCARLETT ENGLAND" markalı bıçaq dəstinə aid olması istisna edilmir. Tədqiqata təqdim olunan zərərçəkmiş şəxs X22 məxsus köynəyin üzərində olan "a", "b", "c", "d", "e", "f" zədələri və maykanın üzərində olan "k", "m" zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçaqların və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərində olan "a", "b", "c", "d", "e", "f" zədələrində və maykanın üzərində olan "k", "m" zədələrində zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq təqdiqata təqdim edilmiş bıçaqların təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan zərərçəkmiş şəxs X22 məxsus şalvarın və kişi alt tumanının üzərində, Təqsirləndirilən şəxs məxsus 02 ədəd şalvarın, 03 ədəd köynəyin, 03 ədəd maykanın, 01 ədəd poliverin, 01 ədəd alt tumanın, 01 ədəd cib dəsmalının üzərində hər hansı trosoloji zədə aşkar edilmədi. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus tumanın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 29.08.2020-ci il tarixli, 55 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş zərərçəkmiş şəxs X22 məxsus köynəyin üzərində olan "a", "b", "c", "d", "e", "f" zədələri və maykanın üzərində olan "k", "m" zədələri müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən 10 ədəd yaralardan "dördü: döş qəfəsinin ön səthində yerləşir, bir ədəd yara qarın nahiyəsində yerləşir, sağ bazu nahiyəsində iki ədəd, sağ çiyin nahiyəsində bir ədəd" xəsarətləri ilə köynəyin üzərində olan "a", "b", "c", "d", "e", "f" zədələri və maykanın üzərində olan "k", "m" zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd olunan xəsarətlər üst-üstə düşür. İşmateriallarına əlavə olunmuş Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X56 tərəfindən verilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 11.01.2021-ci il tarixli 01 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «yüngül dərəcəli rekurrent (qayıdan) depressiv pozuntu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 33.0) formasında psixi pozuntudan əziyyət çəkir. Elmi ədəbiyyatdakı məlumata əsasən rekurrent (qayıdan) depressiv pozuntu təkrar depressiv epizodların yaranması, kəskin və yaxud gizlin başlanması, bir neçə həftədən bir neçə aya qədər davam etməsi ilə səciyyələnən bir psixi patologiyadır. Həmin patologiyanın yüngül, orta ağırlıqda (mülayim), psixotik simptomlar olmadan ağır və psixotik simptomları olan ağır dərəcələri ayırd edilir. Təqsirləndirilən şəxs rekurrent (qayıdan) depressiv pozuntunun yüngül dərəcəsi aşkarlanır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidiır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Xəstəliklərin beynəlxalq təsnifatının onuncu baxışının tələblərinə görə depressiv pozuntudan əziyyət çəkən şəxs əksər hallarda ətrafdakılar üçün deyil, özü üçün təhlükə yaradır. Lakin bununla yanaşı Təqsirləndirilən şəxs ağır cinayət əməli (qətl) törətməkdə təqsirləndirilməsi nəzərə alınaraq ona münasibətdə nəzarətin gücləndirilməsi şəklində ehtiyat tədbirinin görülməsi zəruridir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs «Rekurrent (qayıdan) depressiv pozuntu» formasında psixi pozuntudan əziyyət çəkməsi, onun xəstəliyinin təkrarlanan xarakterli olması, indiyə qədər bir neçə dəfə suisidal cəhdinin qeydə alınması, psixiatrik profilli tibb müəssisəsində müalicə alması və neqativ təbiətli qeyri-əlverişli amillərin uzun müddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçə bilməsi nəzərə alınaraq həmin şəxsin istənilən şəraitində (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Məhkəmə psixoloji ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təfəkkürü bir qədər ləng olsa da təfəkkürünün ümumiləşdirmə və təhlil etmə proseslərində normadan kənara çıxma hallarına təsadüf olunmur. Yaddaşın tədqiqi zamanı ixtiyari yadda saxlamasının normaya uyğun olması, emosional yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayanıqsızlıq, gec mərkəzləşməsi, tez yayınması, qavrama proseslərinin normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, neqativ amillərə qarşı dözümsüzlük kimi əlamətlər aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı hansı psixi-emosional halda olduğunu, emosional halını şərtləndirən amilləri müəyyən etmək mümkün omadı. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə barəsində istintaqa ifadə vermədiyindən, ekspertlərə bu barədə danışmadığından, hadisənin digər şahidləri olmadığından onun hadisə dövründə hansı psixi-emosional halda olduğunu, fizioloji affekt vəziyyətində olub-olmadığını müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş «diskə baxış keçirilməsi haqqında» 08.01.2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisində olan birinci sırada dayanmış «SMS Tarixçəsi_**********2041_559031902» adlı faylı açıldı. Baxış zamanı məlum olmuşdur ki, 20 avqust 2020-ci il tarixdən 29 avqust 2020-ci il tarixədək X3 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında sms yazışmaları olmayıbdır. Bundan başqa ikinci sırada dayanmış «Zənglərin Detallaşması_**********4631_552410785» adlı faylı açılmış. Həmin faylda X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 20 avqust 2020-ci il tarixdən 29 avqust 2020-ci il tarixədək gələn zənglərin tarixçələri qeyd olunubdur. Baxış zamanı məlum olmuşdur ki, Yusif Dəmirovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 25.08.2020-ci il tarixdə, saat 13:52:53-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zəng daxil olaraq 29 saniyə, 25.08.2020-ci il tarixdə, saat 14:46:08-də zəng daxil olaraq 26 saniyə, 25.08.2020-ci il tarixdə, saat 20:09:56-da zəng daxil olaraq 74 saniyə, 26.08.2020-ci il tarixdə, saat 10:50:15-də zəng daxil olaraq 83 saniyə, 26.08.2020-ci il tarixdə, saat 13:14:40-da zəng daxil olaraq 8 saniyə, 26.08.2020-ci il tarixdə, saat 13:38:02-də zəng daxil olaraq 70 saniyə, 27.08.2020ci il tarixdə, saat 12:29:15-də zəng daxil olaraq 76 saniyə danışıq getmişdir. İş materiallarına əlavə olunmuş « əşyanın götürülməsi və baxış keçirilməsi barədə» 04.11.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmış onun qızı X13 təqdim etdiyi bir ədəd Kapital Banka məxsus kart götürülmüş, karta baxış zamanı müəyyən olunmuşdur ki, üzərində Təqsirləndirilən şəxs yazılmış kart göy rənglidir, kartın yuxarı hissəsində ağ rənglə Kapital Bank, kartın orta hissəsində qara rənglə 16 rəqəmdən ibarət 6768 6755 8570 4164 yazılıb, kartın aşağı hissəsində isə 6768 PS yazılıbdır. Karta baxış zamanı məlum oldu ki, həmin kart Təqsirləndirilən şəxs məxsusdur və kartın üzərində 02/25 bitmə tarixi yazılıbdır. Kartın son aşağı hissəsində isə GKM-**********94150 yazılıbdır. Baxış zamanı iştirak edən X24 bildirmişdir ki, atası X3 yaşadığı Gəncə şəhəri E.T.Qurbanov küçəsi ev 38 ünvanda atasına məxsus paltarlarını səliqəyə salarkən atasının pencəyinin cibindən Təqsirləndirilən şəxs məxsus həmin bir ədəd Kapital Bankın kartını tapmışdır. Bu barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş 31.08.2020-ci il tarixli, 121-19088-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, 15.11.1953-cü il təvəllüdlü ünvan 5 ünvanda yaşayan X23 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 48-də yaşayan, əvvəllər RF-nın CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs törətmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa cəlb edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilən zamanı Təqsirləndirilən şəxs intihar etmək məqsədilə uksus (esens) adlanan məhlul içdiyi üçün dərhal X28 Mərkəzinə yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş 10.11.2020-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 4(044)-144/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 (bir) ay 18 (on səkkiz) gün həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 10 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Psixonevroloji Dispanserinin 25.09.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Narkoloji Dispanserinin 06.10.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının SİƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının SİƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməməklə ifadə verməkdən imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməməsilə bağlı hesab edir ki, həm işin faktiki halları, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla təqsirli olduğu öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki,“...Atası Bakı şəhərinə gəlib onunla birlikdə yaşadığı vaxt söhbət əsnasında ona bildirmişdir ki, onun xalası oğlu Təqsirləndirilən şəxs anası Nurlana rəhmətə getdikdən sonra ondan bir neçə dəfə hissə-hissə borc pul almış və ümumilikdə Seymurun ona olan borcu təxminən 420 manata yaxın olmuşdur. Hətta atası mütəmadi olaraq Seymurdan borcunu istəyəndə sonuncu hər dəfə bir bəhanə gətirib pul borcunu verməmişdir. Lakin sonradan Seymur xəstəliyi ilə əlaqədar təqaüd aldığı üçün bank kartını atasına vermişdir ki, Seymurun atasına olan borcunu hər ay həmin kartdan atası çıxartsın. Hətta 2020-ci ilin iyul ayında o, Kapital Bankın bankomatından Seymurun kartını salıb 110 manat pul çıxardıb atasına vermiş, 2020-ci ilin avqust ayında isə yenidən Seymurun kartını bankomata salıb yoxladıqda artıq kartın bloka salındığını görüb bu barədə atasına bildirmişdir. Həmin vaxt atası Seymura zəng etməmiş və o, fikirləşmişdir ki, yəqin atası Gəncə şəhərinə gəldikdən sonra bu barədə Seymurla söhbət edər. 20 avqust 2020-ci il tarixdə iş cədvəlləri ilə bağlı məsələləri həll etmək üçün atası Yusif Gəncə şəhərinə qayıtmış, atası Gəncə şəhərinə qayıtdıqdan sonra o, mütəmadi olaraq zəng edib atası ilə hal-əhval tutmuş, hətta elə olmuşdur ki, gün ərzində 7-8 dəfə telefon vasitəsilə əlaqə saxlayıb atasının əhvalını soruşmuşdur. 27 avqust 2020-ci il tarixdə, saat 16 radələrində xalası oğlu Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ondan xahiş etmişdir ki, atasına olan borcunu tez bir zamanda qaytaracağı üçün o, atasına zəng edib vaxt möhləti verməsini bildirsin. O, da atasına zəng edib bu barədə bildirmiş və atası da buna etiraz etməyib razılaşmışdır. Bundan sonra o, Seymura zəng edib atasının razı qaldığını və borcunu gözləyəcəyini bildirmişdir. Həmin gün axşam saatlarınadək həmişə olduğu kimi o, bir neçə dəfə atası ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. Səhərisi gün, yəni 28 avqust 2020-ci il tarixdə də o, atası ilə telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval tutmuş, atasının danışıqlarından hər şeyin qaydasında olduğunu hiss etmişdir. Həmin gün sonuncu dəfə saat 16:30 radələrində atası ilə telefon əlaqəsi saxlamış, atasından halını xəbər almış və atası da hər şeyin yaxşı olduğunu bildirmişdir. Bundan sonra axşam radələrində halını soruşmaq üçün növbəti dəfə atasına zəng edəndə atası telefona cavab verməmişdir. O, bir neçə dəfə atasına zəng etsə də atası telefona cavab vermədiyi üçün o, narahat olub xalası Şahid2 zəng etmiş və xahiş etmişdir ki, xalasının yoldaşı gedib atasına baş çəksin və ona bir xəbər desin. Bir müddət sonra xalası ona zəng edərək atasının öldüyünü bildirmişdir. O, bu xəbəri eşidən kimi dərhal Gəncə şəhərinə yola düşmüş, ona məlum olmuşdur ki, atası yaşadığı evdə bıçaqla qətlə yetirilmişdir. Sonradan eşitmişdir ki, polis əməkdaşları tərəfindən dindirilməsi üçün Polis İdarəsinə çağırılan xalası oğlu Təqsirləndirilən şəxs esens turşusu içib intihar etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs bu cür hərəkətlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs bıçaqla atasını qətlə yetirdikdən sonra dindirilməsi üçün Polis İdarəsinə çağırılan zaman cinayətin üstünün açılacağından qorxaraq esens turşusu içib intihar etməyə cəhd etmişdir. Bu səbəbdən atasının qətlə yetirilməsində Təqsirləndirilən şəxs şübhələnmişdir...” Göründüyü kimi Təqsirləndirilən şəxs X51a ödənilməmiş 310 manat məbləğində borcu olmuş, həmin borcun ödənilməsi ilə bağlı aralarında narazılıq olmuş, hətta hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs mobil telefonla Sevinc Dəmirovaya zəng edib atasına olan borcunu tez bir zamanda qaytaracağını, buna görə də atasına zəng edərək ona vaxt verməsi üçün razılıq almasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 Həmzə oğlu, Şahid13, Şahid14, Şahid3 vəŞahid4 ifadələrində X38 Rəfiyev tərəfindən öldürülməsini eşitdiklərini bildirmişlər. Bundan başqa iş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 25.12.2020-ci il tarixli 937/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş mərhum Y.F.Dəmirovun sağ və sol əl dırnaq kəsikləri və fraqmentləri üzərində insan qanı ləkələri aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə "A" və "B" antigenləri alınmışdı. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilərdi. Həmçinin iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş 31.08.2020-ci il tarixli, 121-19088-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, 15.11.1953-cü il təvəllüdlü ünvan 5 ünvanda yaşayan X23 qətlini xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 48-də yaşayan, Təqsirləndirilən şəxs törətmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa cəlb edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilən zaman Təqsirləndirilən şəxs intihar etmək məqsədilə uksus (esens) adlanan məhlul içdiyi üçün dərhal X28 Mərkəzinə yerləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sağ yuxarı ətrafında patologiyanın mövcud olmasına baxmayaraq iş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X11 29.03.2021-ci il tarixli T 48/2021 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Y.F.Dəmirovun meyitində aşkar edilmiş xəsarətlərin Təqsirləndirilən şəxs sol əli ilə yetirə bilməsiməhkəmə-tibbi baxımdan inkar edilməmişdir. Həmçnin X3 meyitinin müayinəsi zamanı aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətlə (alətlərlə), o cümlədən də ekspertizaya təqdim olunmuş "Scarlet" markalı bıçaqla da yetirilə bilərdi. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki,Yusif Dəmirovun ölümündən əvvəl Seymur anası ilə mübahisə etmiş, qapını vurmuş, anası da ona hirslənərək onu sillələmiş, sinəsini cırmış, Seymurun əynindəki köynəkdə dartılma olmuşdur. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsilə oxşar ifadə verərək göstərmişdir ki, Seymur evdə ondan pul istədiyi vaxt pulunun olmadığını deyəndə əsəbiləşib qapını çırpmış, qapı aralanaraq qırılmış, o da Seymuru vurmuş, yaxasından tutduğu vaxt köynəyinin düymələri qırılmış, həm də boğazı cızılmışdı. Həmçinin əlavə olaraq göstərmişdir ki, polislər hadisədən sonra onlara gələn vaxt Seymur Moskvadakı haqqhesaba görə onların gəldiklərini zənn edib «esens» turşusu içərək intihara cəhd etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş kimyəvi yanıq yaralarından başqa - boyun, hər iki əl, sağ said, sol baldır və burun nahiyələrində sıyrıqlar kimi xəsarətlər də aşkar edilmişdir. Həmin sıyrıqlar bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 1-3 gündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə şahidlər Şahid1 və Şahid2 yuxarıda qeyd edilmiş məzmunlu ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs anası Şahid2 tərəfindən xəsarət yetirilməsi inandırıcı deyildir, yaxın qohum olduqlarından onlar tərəfindən verilmiş qeyd olunan məzmunlu ifadələr Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmişdir. Belə ki, Şahid2 ifadəsində Seymuru vurduğunu, yaxasından tutduğu vaxt köynəyinin düymələrinin qırıldığını, həm də boğazının cızıldığını göstərsə də, ekspert rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs boyun, hər iki əl, sağ said, sol baldır və burun nahiyələrində sıyrıqlar kimi xəsarətlər aşkar edilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər təsnifatına aid olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmiş maddi sübutlar - 28 avqust 2020-ci il tarixdə, saat 22 radələrində ünvan 9 ünvana baxış keçirilən zamanı hadisə yerindən qablaşdırılaraq götürülmüş, üzərində qanabənzər ləkələr olan stəkan, dəstəyi yaşıl və qara rəngli (“Scarlett” markalı) olan bıçaqlar, X3 və Təqsirləndirilən şəxs əl barmaq dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri məhv edilməli, “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılmalı, hadisə zamanı X3 əynində olmuş boz rəngli idman şalvarı, ağ rəngli qısaqol köynək, qara rəngli tursik, ağ rəngli mayka yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, X3 meyitinə baxış keçirilən zamanı götürülmüş bir ədəd açar dəsti yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanına baxış keçirilən zamanı götürülmüş sonuncuya məxsus üzərində sarı nöqtələri olan göy rəngli uzunqol köynək, üzərində sarımtıl və ağ rəngləri olan göy uzunqol köynək, üzərində tünd boz və çəhrayı rəngli xəttləri olan uzunqol köynək, boz rəngli mayka, ağ rəngli mayka, mavi nöqtələri olan qara rəngli tursik, tünd göy rəngli uzunqol kofta, göy rəngli cins şalvar, qəhvəyi rəngli cib dəsmalı, ağ rəngli məhrəba yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, mətbəx üçün nəzərdə tutulan "Scarlett England" markalı bıçaq dəsti, şüşə qabdakı esens və “Nokia” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, 29 avqust 2020-ci il tarixdə öz yaşadığı evdə esens turşusu içərək intihara cəhd etdiyinə görə X28 Mərkəzinə yerləşdirilmiş Təqsirləndirilən şəxs Diaqnostika Mərkəzinə yerləşdirilən vaxt əynində olmuş ağ rəngli mayka, göy rəngli cins şalvar, qara rəngli corab, qara rəngli tursik, üzərinə salınmış iri ölçülü adyal yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, X3 hüquqi varisi qismində tanınmış qızı X13 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus bir ədəd Kapital Banka aid kart yaxın qohumlarına qaytarılmalı, protokol əlavələri olan 07 (yeddi) ədəd DVD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 127 (bir yüz iyirmi yeddi ) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmiş maddi sübutlar - 28 avqust 2020-ci il tarixdə, saat 22 radələrində ünvan 9 ünvana baxış keçirilən zamanı hadisə yerindən qablaşdırılaraq götürülmüş, üzərində qanabənzər ləkələr olan stəkan, dəstəyi yaşıl və qara rəngli (“Scarlett” markalı) olan bıçaqlar, X3 və Təqsirləndirilən şəxs əl barmaq dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri məhv edilsin, “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılsın, hadisə zamanı X3 əynində olmuş boz rəngli idman şalvarı, ağ rəngli qısaqol köynək, qara rəngli tursik, ağ rəngli mayka yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, X3 meyitinə baxış keçirilən zamanı götürülmüş bir ədəd açar dəsti yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanına baxış keçirilən zamanı götürülmüş sonuncuya məxsus üzərində sarı nöqtələri olan göy rəngli uzunqol köynək, üzərində sarımtıl və ağ rəngləri olan göy uzunqol köynək, üzərində tünd boz və çəhrayı rəngli xəttləri olan uzunqol köynək, boz rəngli mayka, ağ rəngli mayka, mavi nöqtələri olan qara rəngli tursik, tünd göy rəngli uzunqol kofta, göy rəngli cins şalvar, qəhvəyi rəngli cib dəsmalı, ağ rəngli məhrəba yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, mətbəx üçün nəzərdə tutulan "Scarlett England" markalı bıçaq dəsti, şüşə qabdakı esens və “Nokia” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, 29 avqust 2020-ci il tarixdə öz yaşadığı evdə esens turşusu içərək intihara cəhd etdiyinə görə X28 Mərkəzinə yerləşdirilmiş Təqsirləndirilən şəxs Diaqnostika Mərkəzinə yerləşdirilən vaxt əynində olmuş ağ rəngli mayka, göy rəngli cins şalvar, qara rəngli corab, qara rəngli tursik, üzərinə salınmış iri ölçülü adyal yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, X3 hüquqi varisi qismində tanınmış qızı X13 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus bir ədəd Kapital Banka aid kart yaxın qohumlarına qaytarılsın, protokol əlavələri olan 07 (yeddi) ədəd DVD cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 127 (bir yüz iyirmi yeddi ) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.