Məhkəmə qərarları › İş №1(100)-36/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-36/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-36/2023 06.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X21, X13 və X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi6, Müdafiəçi7, X22, Göygöl rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi8, Müdafiəçi9, Tovuz rayon Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan, Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci maddələri ilə, xx xxx 1992-ci il tarixdə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, hazırda heç yerdə işləməyən, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Göygöl rayonunun Yeni Qızılca kəndində yaşamış, Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1983-cü il tarixdə Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, S.Vurğun küçəsi 67 saylı evdə qeydiyyatda olmaqla Göygöl rayonunun Bəhrambəy kəndində yaşayan, Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, 17 avqust 1978-ci il tarixdə Göygöl rayonu Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,144.2.3-cü maddəsi ilə, xx xxxx 1993-cü il tarixdə Daşkəsən rayonunun Qıyıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olan, Göygöl rayonunun Gəncə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,144.2.3-cü maddəsi ilə, xx xxx 1991-ci il il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonunun Topalhəsənli kəndində qeydiyyatda olmaqla Gəncə qəsəbəsində yaşayan, Gəncə Apelyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama barədə razılığına gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və qonşusu Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Zərərçəkmiş şəxs olduğu həmin yerə gedib Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor tətbiqi ilə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs2 əllərindən, o, isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutaraq hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki evinə gətirib saat 19 radələrində sonuncu ilə təbii yolla cinsi əlaqəyə girməyə cəhd göstərərkən Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyindən, o, bu müqaviməti qırmaq məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq edərək əl və ayaqları ilə zərbələr vurub hər iki sağ gicgah, hər iki çiyin nahiyələrini, sağ bazunu tam əhatə edən, sol bazunun 1/3-nin bayır səthini, hər iki milbilək oynağının arxa səthinin, hər iki sağrı, bud və baldır nahiyələrinin çoxsaylı qançırları ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra təbii yolla cinsi əlaqədə olmaqla bağlı hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kiçik cinsiyyət dodaqlarının arxa bitişməsindən anal dəliyə qədər davam edən, cırılmış yara ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsinə baxmayaraq Hicran İskəndərovanın öz ayaqlarını bir-birinə möhkəm sıxaraq ona fəal müqavimət göstərdiyi üçün o, öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs zorlamağa cəhd etmiş və bundan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə yeridərək anal dəlik nahiyyəsində saat sferblatının 12 və 6 rəqəmlərinə uyğun hissələrində cırılmış yaralar əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 qabaqcadan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama təklifinə razılıq verib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və qonşusu Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor tətbiqi ilə avtomobilin arxa oturacağına mindirib, o, əlləri ilə Zərərçəkmiş şəxs qollarından saxlamaqla Təqsirləndirilən şəxs1 isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutmaqla, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama təklifinə razılıq verib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və qonşusu Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor tətbiqi ilə onun idarə etdiyi avtomobilin arxa oturacağına mindirdikdən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qollarından saxlamaqla Təqsirləndirilən şəxs1 isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutmaqla, o, idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs4 25 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Gəncə qəsəbə sakini olan baldızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 məxsus “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zorla Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mindirərək qaçırıb oğurlamaqla adam oğurluğu etmələrinə Zərərçəkmiş şəxs su gətirmək üçün bulağa getdiyi dəqiq vaxt, Zərərçəkmiş şəxs məhz bulağın yanından qaçırılmasının daha münasib olması, bu işdə onlara öz məsləhətləri ilə Zərərçəkmiş şəxs dayısı oğlu Təqsirləndirilən şəxs6 də kömək edə biləcəyi barədə məsləhət və məlumatlar verməklə cinayətin törədilməsinə yarana biləcək maneələri aradan qaldırıb yardım edərək köməkçilik etmişdir. Təqsirləndirilən şəxs5 25 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində uzaq qohumu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Gəncə qəsəbə sakini olan həmkəndlisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 məxsus “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zorla Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mindirərək qaçırıb oğurlamaqla adam oğurluğu etmələrinə avtomobilin saxlanması üçün daha münasib yer və Zərərçəkmiş şəxs su gətirmək üçün bulağa getdiyi dəqiq vaxt barədə məsləhət və məlumatları ilə cinayətin törədilməsinə yarana biləcək maneələri aradan qaldırıb yardım edərək köməkçilik etmişdir. Təqsirləndirilən şəxs6 25 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Gəncə qəsəbə sakini olan dayısı qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 məxsus “VAZ 2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zorla Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mindirərək qaçırıb oğurlamaqla adam oğurluğu etmələrinə avtomobilin saxlanması üçün daha münasib yer və Zərərçəkmiş şəxs su gətirmək üçün bulağa getdiyi dəqiq vaxt barədə məsləhət və məlumatları ilə cinayətin törədilməsinə yarana biləcək maneələri aradan qaldırıb yardım edərək köməkçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 29,149.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.4 və 150.1-ci maddəsi ilə isə təqsirli bilməyərək ifadəsində göstərdi ki, qardaşının əsgərlik yoldaşı olmuş Təqsirləndirilən şəxs4 ona baldızı Hicranla evlənməyi təklif etdiyi üçün o, Hicranın evinə elçi göndərmiş, lakin Hicran mal-qara saxlayan şəxsə ərə getmək istəmədiyini deyərək onunla evlənməkdən imtina etmişdir. Bundan sonra o, Elşən və Hicranın dayısı oğlu Vaqiflə Hicranla evlənmək barədə dəfələrlə danışmışdır. 24 iyun 2021-ci il tarixdə Vaqiflə anası Xanımzər Elşənin avtomobili ilə onun mal-qara saxladığı yaylağa gəlmişlər, yemək yeyib söhbət edərkən Elşən, Xanımzər və Vaqif ona Hicranı qaçırmağı təklif etmişlər, Vaqif də Hicranın hər gün saat 5-6 arası bulağa su gətirməyə getdiyini deyib, bulağın yanından onu qaçırmağını demişdir. Xanımzər oğlu Vaqifi bu işə qatmamağını xahiş edib, ona köməklik edəcəyinə söz vermişdir. Bundan sonra o, həmkəndlisi “VAZ-2106” markalı avtomobili olan Sahəddinlə və əmisi nəvəsi Turalla danışıb Hicranı qaçırmaq istədiyini deyib, qızı qaçırarkən kimsə müdaxilə edərsə ona köməklik etmələrini xahiş etmişdir. 25 iyun 2021-ci il tarixdə Vaqiflə bir neçə dəfə telefonla danışmış, Sahəddin və Turalla görüşüb Hicranın yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə gəlib Vaqifin təklifi ilə mağazanın yanında təxminən 1 saat müddətə kimi Hicranın evdən çıxıb bulağa gəlməsini gözləmişlər. Saat 18-30 radələrində Hicran su gətirmək üçün bulağa çatdıqda, o, avtomobilin arxa oturacağından düşüb Hicranı arxa tərəfindən qucaqlayıb avtomobilin arxa oturacağına dartmış, Hicranı mindirməkdə çətinlik çəkdiyi üçün bulağın yanında dayanmış Xanımzər yaxınlaşıb Hicranın başından basaraq avtomobilə salmaqda ona köməklik etmişdir. Yolda gedərkən qışqırmaması üçün o, Hicranın ağzını və əlini tutub saxlamışdır. Hicranı evə gətirdikdən sonra qaçmaması üçün evin qapılarını bağlamışdır. Daha sonra Hicranın evin otağının şüşəsini sındırdığını bilib onun qolundan tutaraq yataq otağına aparıb çarpayıya uzatmış, təxminən 1 saat Hicranla söhbət edib onunla evlənmək istədiyini və bu məqsədlə onu qaçırdığını demiş, Hicran isə onu qaçırmağından narazı olduğunu, toyla gəlin gəlmək istədiyini demişdir. Sonra isə Hicranın qohumları Elşən, Elşənin arvadı Məhbubə, dayısı arvadı Xanımzər, adını bilmədiyi dayısı oğlu və dayısı arvadı onun evinə gəlmişlər və onlar Hicranla görüşüb söhbət edərkən Hicran qohumlarına da onunla evlənməyə razı olmadığını demişdir. Həmin vaxt o, Elşənə Hicranı aparmalarını təklif etmiş, lakin Elşənin arvadı Məhbubə ona Hicranı apara bilməyəcəklərini deyib getmişdir. Hicranın qohumları getdikdən sonra o, Hicranı zorla yataq otağındakı dəmir setkalı yatağın üstünə uzatmış, əvvəlcə öz paltarlarını, sonra isə Hicranın paltarlarını zorla dartıb əynindən çıxarmışdır. Hicranla cinsi əlaqədə olmaq istədiyi vaxt Hicran ona müqavimət göstərdiyi üçün Hicranın ayaqlarından, qollarından tutub sıxaraq ayaqlarını aralamağa çalışmış, təxminən 10-15 dəqiqə Hicranla təbii yolla cinsi əlaqədə olmağa çalışdıqdan sonra Hicranın artıq yorulduğunu hiss etmiş və bundan istifadə edərək cinsiyyət orqanını Hicranın cinsiyyət orqanına sala bilmişdir. Bundan sonra çarpayının üzərinin qan olduğunu görmüş və Hicranın qızlıq bəkarətini pozduğunu hiss etmişdir. Həmin gecə çarpayıda Hicranla birlikdə olsalar da yatmamışlar. 26 iyun 2021-ci il tarixdə saat 07 radələrində bir anlıq yuxulamış və oyandığı vaxt otağın pəncərəsinin açıq olduğunu, Hicranın otaqda olmadığını görmüşdür. Pəncərədən baxdıqda Hicranın düzənlik istiqamətinə qaçdığını görüb pəncərədən tullanaraq Hicranın dalınca qaçıb onun qolundan tutaraq evinə qaytarmışdır. Həmin gün saat 12 radələrində Elşən, arvadı Məhbubə və iki nəfər tanımadığı qadınla birlikdə yaşadığı evə gəlib Hicranla görüşüb söhbət etdikdən sonra Hicran onlarla evlərinə qayıtmaq istədiyini bildirdiyi üçün qohumları Hicranı evlərinə aparmışlar. Hadisədən sonra Hicranın ondan şikayət etdiyini bildikdən sonra Hicranı qaçırması ilə bağlı Elşən və Vaqiflə aralarında olan səs yazılarını mobil telefonunda olan proqram vasitəsi ilə köçürərək qardaşı İsaya verərək hadisəyə görə həbs olunacağı təqdirdə istintaqa təqdim etməsini xahiş etmişdir. Qeyd etdiyi səs yazılarında hadisədən əvvəl Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6lə telefonla danışarkən onların Hicranı qaçırması ilə əlaqədar ona məsləhətlər verməklə köməklik etdikləri öz əksini tapmışdır. Daha sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclasında sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs ona adət-ənənə ilə gəlin getmək istədiyini demişdir. Zərərçəkmiş şəxs ailə üzvləri onu qaçırmağına razı olmuşlar, lakin o, Hicranla mobil telefonla əlaqə saxlamamışdır. Avtomobildə o, Hicranla arxa, Sahəddin və Tural qabaq oturacaqlarda oturmuşlar, o, Hicranı qaçırarkən dava düşəcəyini fikirləşdiyi üçün Təqsirləndirilən şəxs2 kömək etmək üçün onunla getməsini təklif etmişdir. Hicranı qaçırarkən ona Vaqif, Xanımzər və Rüfət də köməklik etmişlər, onlar Hicranı qaçırmaq üçün şərait yaratmışlar. Zərərçəkmiş şəxs o, avtomobilə tək mindirmişdir. Hicran onu qaçırmağına qismən razı olmuş, çünki hər şey onun istədiyi kimi olmamışdır. Zərərçəkmiş şəxs narazı olmadığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da görmüşlər. Daha sonra 30 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs ailə üzvləri onu qaçırmağına razı olmuşlar, ona Hicranla ailə qurmağı Elşənlə Vaqif, Hicranı qaçırmağı isə Elşən təklif etmişdir. Elşən telefonda ona “qız özbaşına deyil, götür apar” demişdir. Elşən ona Hicranın qaçırılmağa razı olmaması barədə heç nə deməmişdir. Hicranı bir dəfə dayısının evində görmüş, onunla başqa danışığı olmamış, onunla danışmadığı üçün ona özü evlənmə təklifi etməmişdir. O, Hicranın nömrəsini bilməmişdir. Vaqiflə Rüfət Hicranın bulağa getdiyi vaxtı ona demişlər. Nə Turalın, nə də Sahəddinin onun Hicranı zorla qaçıracağından xəbərləri olmamışdır. Hicran yolda “mən toyla getmək istəyirdim, niyə belə elədin” demişdir. Hicran yolda özünü avtomobildən atmaq istəməmişdir. O, Hicranla təbii yolla bir dəfə cinsi əlaqədə olmuş, Hicranın da buna razılığı olmuşdur. O, Hicranla normal qaydada əyinlərini soyunub cinsi əlaqədə olmuşdur. O, Hicranla qeyri-təbii yolla cinsi əlaqədə olmamış, bu səbəbdən Hicranla qeyri-təbii yolla cinsi əlaqədə olmağı ilə bağlı ekspert rəyi ilə razı deyil. O, Hicranı ailə qurmaq məqsədi ilə qaçırmış, başqa heç bir niyyəti olmamışdır. Hicrana anası ilə danışmaq üçün telefon vermədiyinə görə Hicran evin pəncərəsinin şüşəsini sındırmış, Hicran şüşəni sındırandan sonra qaçmaq istəyi olmamışdır. Həmin vaxt Hicranın əl-ayağı kəsilməmişdir. O, Hicranı qaçırdıqdan sonra Hicranın onun evinə gələn qohumları xeyir dua verib getmişlər. Elşən ona zəng edib Hicranın anasının 102 xidmətinə çıxdığını və özlərinin bu məsələni yoluna qoyacaqlarını demişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 15 radələrində uzaq qohumu olan Sərvaz ona zəng edərək Hicran adlı bir qızı sevdiyini, qızın özü razı olmasa da qohumlarının onların evlənməsinə razı olduqlarını, buna görə qızı qaçırmaq qərarına gəldiyini deyib qızı qaçırmaq üçün onunla getməyini xahiş etmişdir. O, da Sərvazla razılaşdıqdan təxminən 30 dəqiqə sonra Sərvaz əvvəllər tanımadığı Sahəddin adlı həmkəndlisi ilə Göygöl rayonunda «Daş bazarı» adlanan yerə gəlib onu götürərək birlikdə Sərvazın qaçırmaq istədiyi qızın yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə getmişlər. Yolda olarkən Sərvaz bir nəfərlə danışmış, həmin adam qızın nə vaxt, hara getdiyini, avtomobili harada saxlayacağını demişdir. Sərvaz telefonla danışdığı həmin adamın qaçırmaq istədiyi qızın dayısı oğlu olduğunu dedikdən sonra onlar qəsəbədə olan mağazanın yaınında avtomobili saxlamışlar və bu zaman Sərvazın telefonuna zəng gəlmiş, Sərvazla danışan şəxs Hicranın bulağa tərəf getdiyi barədə məlumat vermişdir. Bundan sonra onlar dayandıqları yerdən avtomobil ilə bulağın yanına gəlib avtomobili 3-4 metr məsafədə saxlamışlar. Hicran bulağa yaxınlaşdıqda, avtomobilin arxa oturacağında əyləşmiş Sərvaz düşüb Hicranı qucaqlayıb avtomobilin arxa oturacağına tərəf dartmış, həmin vaxt Hicranın avtomobilə əyləşmək istəmədiyini görən, bulağın yanında dayanmış qadın Hicranın ayaqlarını avtomobilin içərisinə basaraq Sərvaza köməklik etmişdir. Daha sonra onlar Hicranı Sərvazın Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən evinə aparmışlar. Sərvazla Hicran evin içərisinə daxil olduqdan sonra o, həyətdə olarkən evdən nəyinsə qırılma səsini eşitmiş və bu barədə Sərvazdan soruşduqda, sonuncu ona Hicranın toyla gəlmək istədiyini deyib narazılıq etdiyini demişdir. Bundan sonra o, yaşadığı evə getmiş və saat 23 radələrində Sərvazla telefonla danışdıqda Sərvaz qızın qohumlarının gəlib xeyir-dua verib getdiklərini demişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 bildirdi ki, o, həmin gün Hicranın qaçırılmasına razılığının olmamasını bilmiş, lakin Sərvaz Hicranı avtomobilə mindirərkən Hicran ona müqavimət göstərməmiş, Sərvaz Hicranın əlindən tutub avtomobilə mindirmiş, Hicran yolda heç bir narazılıq etməmiş, çünki o, Hicranın narazılıq etdiyini görsəydi onu avtomobildən endirərdi. Sərvaz onun yanında Elşən və Vaqiflə telefonla danışmışdır. Hadisə yerində Xanımzər və digər qonşu qız olmuşlar, onlar da Hicranın öz razılığı ilə gəldiyini görmüşlər. Sərvaz Hicranı qaçıran zaman o, avtomobildən düşməmiş, o, Sərvazla Hicranı Sərvazgilə gətirdiyi zaman onlar özləri avtomobildən düşüb evin darvazasını açıb evə girmişlər, onlar isə geri qayıtmışlar. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində ona CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşam. 24 iyun 2021-ci il tarixdə saat 20 radələrində xalasının qaynı oğlu Təqsirləndirilən şəxs1 ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən mağazalardan birinin qarşısında görüşüb söhbət edərkən Sərvaz ona sevdiyi qız olduğunu, qızın və qohumlarının Hicranın qaçırılmasına razı olduqlarını, ertəsi gün gedib qızı götürüb gətirmək istədiyini deyib, sabah saat 16 radələrində onun avtomobili ilə getmək üçün həmin mağazanın qarşısında görüşməyi təklif etmişdir. O, Sərvazla razılaşaraq ertəsi gün, yəni 25 iyun 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Sərvazla görüşərkən Sərvaz Tural adlı qohumunun da onlarla birlikdə gedəcəyini demiş və onlar “Daş Bazarı” adlanan ərazidən Turalı götürüb birlikdə Göygöl rayonunun Gəncə qəsəbəsinə getmişlər. Yolda olarkən Sərvaz qızın qohumu olduğunu dediyi Vaqif adlı şəxslə telefonla danışıb Hicranın evdə olub-olmadığını soruşmuş, Vaqif ona Hicranın saat 17-19 aralığında yaşadıqları evin yaxınlığında olan bulaqdan su dolduracağını demişdir. Saat 17 radələrində onlar Gəncə qəsəbəsinin girişinə çatıb bulağın yanında gözləməyə başlamışlar. Həmin vaxt Vaqif yenidən Sərvaza zəng edib bulağın yanında durmalarını, bir müddət sonra Hicran bulağa gəldikdə Hicranı götürüb aparsını bildirmişdir. Buna görə onlar qəsəbənin mərkəzindəki mağazanın qarşısında dayanıb gözləmişlər. Saat 18:30 radələrində Hicran bulağın yanına gələn zaman Sərvazın göstərişi ilə o, avtomobili bulağın yanına sürmüş, arxa oturacaqda oturan Sərvaz avtomobildən düşüb arxa tərəfdən qıza yaxınlaşıb əli ilə qızın ağzından tutaraq avtomobilin arxa oturacağına mindirmiş, həmin vaxt qızın ayaqları avtomobilin çölündə qaldığı üçün bulağın yanında olan göy rəngli don geyinmiş qadın qızın ayaqlarını avtomobilin içərisinə salmağa köməklik etmişdir. O, sükan arxasında olduğundan avtomobildən düşməmiş, Hicran qışqırıb onu hara apardıqlarını soruşduqda Sərvaz ona elçi göndərən şəxs olduğunu demişdir. Sərvazın telefonla danışdığı oğlan arxa yolla getmələrini dediyi üçün o, avtomobili həmin yol ilə idarə etmişdir. X23 kəndində yerləşən evinə çatdıqda Sərvaz avtomobilin arxa oturacağından düşüb evin darvazasını açdıqdan sonra o, kənardan Hicranı heç kimin görməməsi üçün avtomobili evin həyətinə salmış, Hicran avtomobildən düşəndən sonra o, avtomobili həyətdən çıxarıb yaşadığı evə qayıtmışdır. Həmin gün saat 23:30 radələrində o, Sərvaza zəng etmiş, Sərvaz ona qızın qohumlarının evinə gəlib xeyir-dua verdiklərini demişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 bildirdi ki, avtomobildə Hicran narazılıq etsəydi onları polis bölməsinə təhvil verərdi. O və Tural Hicranın narazılıq edəcəyini bilsəydilər Sərvazla onu qaçırmağa getməzdilər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində ona CM-nin 32.5, 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 25 iyun 2021-ci il tarixdə saat 17-30 radələrində yaşadığı Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən evimdə olarkən həmkəndlisi Vaqif ona zəng edib Sərvazın mağazanın yanında olduğunu deyib Sərvaza lazım olan köməkliyi göstərməyini xahiş etmişdir. O, , idarə etdiyim VAZ-2106 markalı avtomobili ilə mağazanın yanına getdikdə orada əvvəllər də Vaqifgilin evinə gəldiyi vaxt gördüyü, tanışı Sərvazın VAZ-2106 markalı ağ rəngli avtomobilin yanında dayandığını görüb Sərvaza yaxınlaşaraq onunla salamlaşdıqda avtomobildə olan cavan oğlan və sürücü də düşüb onunla görüşmüşlər. O, Sərvazla söhbət edərkən Vaqif ona zəng edib Sərvazla görüşüb-görüşmədiyini soruşmuş, o, da Sərvazın yanında olduğunu demişdir. Vaqif isə ona Sərvazın Hicranı qaçırmaq üçün gəldiyini deyib Hicran evlərindən çıxıb bulağa getdiyi vaxt Sərvaza məlumat verməyini demiş, o, Sərvazla söhbət edərkən avtomobilin sürücüsü və cavan oğlan da avtomobilin yanında dayanmışdılar. Vaqiflə telefonla danışarkən Sərvazgilə köməklik edəcəyini, Hicran evlərindən çıxanda məlumat verəcəyini demişdir. Bundan sonra o, avtomobili ilə yaşadığı evə gəlib avtomobili evin həyətinə salmış və qonşu evdə yaşayan Hicranın evlərindən çıxdığı barədə məlumat vermək üçün evinin qapısının önündə gözləməyə başlamışdır. Bu vaxt Vaqif ona zəng edib küçədə kimlərin olduğunu soruşmuş, o, da küçədə yalnız anası Xanımzərin və qardaşı arvadının olduğunu demişdir. Bir neçə dəqiqədən sonra Xanımzər evinə daxil olmuş, sonra isə evlərindən qab götürüb bulaq istiqamətinə getmişdir. Həmin vaxt Vaqif ona zəng edərək Hicranın evdən çıxdığı vaxta kimi telefonu söndürəməsini deyib konfrans rejimində Hicranın evdən çıxmasını gözləmişlər. Telefon konfrans rejimində olduğu üçün Vaqiflə onun danışığını Sərvaz da eşitmişdir. Bu zaman Hicranın əlində iki qabla evlərindən çıxıb bulaq istiqamətinə getdiyini görüb bu barədə Vaqifə bildirmiş, Hicran bulağa tərəf getdiyi vaxt Sərvazgilin də olduğu VAZ-2106 markalı avtomobilin də bulağa tərəf getdiyini görüb evinin giriş qapısının qabağında dayanıb bulaq istiqamətinə baxmağa başlamışdır. Sərvazgilin avtomobili bulağın yanında dayandıqda kiminsə Hicranı avtomobilin arxa oturacağına qoyaraq avtomobilin «Lüləli» yolu ilə hərəkət edib getdiyini və bulaq tərəfdən qışqırıq səsləri gəldiyini eşitmişdir. Hadisədən 6-7 gün sonra Sərvazın olduğu avtomobili idarə edən Sahəddin onunla telefonla danışdıqda o, Sahəddinə hadisə zamanı qaçırılma barədə məlumatsız olduğunu demişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs5 bildirdi ki, o, Hicranla qonşuluqda yaşayır, o, Vaqif və Sərvazla telefonla söhbət edən zaman sonda Hicranın qaçırılacağını bilmişdir. Vaqifin onu niyə telefon əlaqəsinə qoşduğunu bilmir. Sərvaz ondan küçədə kimin olduğunu soruşmuş, o, da kim olduğunu demiş, telefonda Hicranın bulaqda olduğunu da demiş, Vaqifin Hicranın harada olduğunu ondan soruşmasının səbəbini bilmir. Həmin gün onun Elşənlə əlaqəsi olmamışdır. O, Hicranın qaçırıldığını görməmiş, lakin bulaq tərəfdə çığırtı səsi eşitmişdir. Hadisə zamanı Vaqifin anası və qardaşı qızı orada olmuşlar. O, Sahəddinə mesaj yazaraq Hicranın qaçırılmasında əli olmadığını demişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs6 ifadəsində ona CM-nin 32.5, 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ilin yay aylarında bibim qızı Məhbubənin əri Təqsirləndirilən şəxs4 məxsus malqaraya çobanlıq etdiyi vaxt Elşən onun yanında əsgərlik yoldaşının qardaşı Sərvazla söhbət edərkən evli olub-olmadığını soruşmuş, Sərvaz 35 yaşı olmasına baxmayaraq evlənmək üçün münasib qız tapa bilmədiyi üçün evlənmədiyini demişdir. Bu zaman Elşən ona baldızı, yəni bibisi qızı Hicranla evlənməsini təklif etmişdir. 2021-ci ilin əvvəllərində Sərvaz Hicran üçün elçi göndərmiş, lakin Hicran Sərvazla evlənməyə razılıq verməmişdir. 24 iyun 2021-ci il tarixdə Sərvaz onunla telefonla danışarkən yaylaqda olduğunu, evlənməyə qız tapdığını deyib olduğu yaylağa gəlməyini təklif etmişdir. Həmin gün o, anası Xanımzər ilə birlikdə Elşənin avtomobili ilə Sərvazın olduğu yaylağa getmişlər. Lakin həmin qız yas mərasimində olduğu üçün Sərvaz qızı ona göstərə bilməmişdir. Sərvazla söhbət edərkən ona Hicranı qaçırmaq istədiyini deyib Hicranı qaçırmaqda ona kömək etməyini xahiş etmiş, o, isə Hicranın bibisi qızı olduğu üçün onu qaçırmasında kömək edə bilməyəcəyini demişdir. 25 iyun 2021-ci il tarixdə Sərvaz bir neçə dəfə ona zəng edib, Hicranı qaçırmaq üçün Gəncə qəsəbəsinə gəldiyini, Hicranı gözlədiyini demiş, o, da öz növbəsində Hicranın nə vaxt su gətirmək üçün bulağa getdiyi vaxtı, onların getdikləri avtomobili başqa adamların diqqətini cəlb etməməsi üçün mağazanın yanında saxlamaları barədə məlumat və məsləhət vermişdir. Sərvaz onunla danışarkən ona kömək etməli olan bir nəfər göndərməsini xahiş etmiş, o, da həmkəndlisi Rüfətlə telefonla danışıb Sərvazın olduğu yeri demiş, daha sonra Sərvazın Hicranı qaçırmaq üçün getdiyini deyib Rüfətdən Sərvaza köməklik etməsini xahiş etmişdir. Sonra atası Gülağa ona zəng edərək Sərvazın Hicranı qaçırdığını bildirmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs6 bildirdi ki, Elşən Sərvaza Hicranla ailə qurmağı məsləhət görmüşdür. O, Rüfətə zəng edib Sərvazla danışmasını demişdir. O, Hicranın saat 17- 18:00 aralığında bulağa getdiyini Sərvaza bildirmişdir. Hadisə günü o, içkili olduğundan Sərvaza qızın yerini demişdir. O, Sərvaza Hicranın qaçırılmağa razı olmayacağını demişdir. O, sadəcə Hicranın yerini demişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində ona CM-nin 32.5, 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2019-cu ilin may ayının axırlarında mal-qarasını yaylağa apararkən Sərvazla tanış olmuşdur. Sərvazla söhbət edərkən Sərvaz onun Hicran adlı baldızı olduğunu bilib Hicranla evlənmək barədə onun fikrini soruşmuş, o, Hicranın mal-qaraya xidmət etməyən qız olduğunu demişdir. 2021-ci ilin yanvar ayında Sərvaz Hicran üçün elçi göndərmiş, lakin Hicran Sərvazla evlənməkdən imtina etmişdir. Həmin vaxt Sərvaz ona Hicranı qaçırmaq fikrinin olduğunu demiş, o, isə Hicranın tərs qız olduğunu, qaçırılacağı təqdirdə şikayət edəcəyini demişdir. 24 iyun 2021-ci il tarixdə Vaqif Sərvazın ona qız tapdığını deyib qıza baxmaq üçün olduğu yaylağa dəvət etmiş, buna görə o, Vaqif və Vaqifin anası Xanımzər ilə birlikdə onun «Niva» markalı avtomobili ilə Sərvazın olduğu yaylağa getmiş, axşam yemək yeyib söhbət etdikdə Sərvaz onlara Hicranı qaçırmaq istədiyini deyib Hicranın fikrini öyrənmələrini xahiş etmiş, o, isə Hicranın şikayət edib-etməyəcəyini bilmədiyini demişdir. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən Sərvaz ona zəng edib həmin gün Hicranı qaçırmaq istədiyini demiş və ondan Hicranın nə vaxt evdən çıxdığını, Hicranı haradan qaçırmasını soruşub məsləhət istəmiş, o, isə Sərvaza Hicranın saat 17- 18 radələrində bulağa su gətirməyə getdiyini demişdir. Həmin gün saat 18 radələrində Məhbubə ona zəng edib Hicranın evlərinin yanında olan bulağın yaxınlığından tanımadıqları adamlar tərəfindən qaçırıldığını demişdir. O, əvvəl Sərvaza zəng etmiş, lakin sonuncu telefona cavab verməmişdir. Daha sonra Sərvazın qardaşı Musaya zəng etmiş, Musa Hicranın Sərvaz tərəfindən qaçırıldığını, Sərvazın Hicranı Yeni Qızılca kəndindəki evinə apardığını demişdir. Bundan sonra o, Məhbubəyə zəng edib Hicranın Sərvaz tərəfindən qaçırıldığını demişdir. Saat 20 radələrində evə gəldikdə, qaynanası Şəfiqənin Hicranın zorla qaçırılması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat verdiyini bilmişdir. Məhbubə Hicranla görüşmək üçün dayısı arvadları Xanımzər və Bəyimlə birlikdə Bəyimin oğlu Nofərin VAZ-21015 markalı avtomobili ilə Yeni Qızılca kəndinə Sərvazın evinə getmişlər. Təxminən saat 21-də Sərvazın evinin yanına çatdıqda o, Nofərlə birlikdə avtomobildə oturmuş, Məhbubə, Xanımzər və Bəyim evə keçmişlər. Həmin vaxt Sərvaz və Hicran həmin evdə olmamışlar. Bu səbəbdən onlar geri qayıtmışlar. 26 iyun 2021-ci il tarixdə saat 12 radələrində o, Məhbubə, Xanımzərin qızı Pakizə, xalam Ulduzun qızı Gülərlə birlikdə yenə Hicranla görüşmək məqsədi ilə onun «Niva» markalı avtomobili ilə Sərvazın evinə getmişlər. O, avtomobildə gözləmiş, qadınlar isə Hicranla görüşmək üçün evə getmişlər. Qadınlar Sərvazın Hicranı döydüyünü, eləcə də Hicranın onu evlərinə aparmasını tələb etdiyini, Sərvazla evlənmək istəmədiyini bildikləri üçün Hicranı götürüb evlərinə aparmışlar. Avtomobildə olarkən Hicran Sərvazın onu döydüyünü və zorladığını, heç vaxt Sərvazla evlənməyə razı olmayacağını demişdir. Həmin vaxt o, Hicranın qollarında, sifətində, bədənində xəsarətlər olduğunu görmüşdür. Hicran evlərinə qayıtdıqdan sonra Sərvaz və Sərvazın tanışları tərəfindən qaçırılması və zorlanması ilə əlaqədar hüquq mühafizə orqanlarına şikayət etmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 bildirdi ki, Sərvaz ona Hicranı qaçırmaq istədiyini dedikdə ona məsləhət olmadığını demişdir. Sərvazla onun arasında Hicranın qaçırılmasına dair hər hansı bir söhbət olmamışdır. Hicran qaçırılan gün o, Hicranı Sərvazın qaçırdığını fikirləşdiyindən Sərvaza zəng etmişdir. Hadisə günü Sərvazla Hicranın qaçırılması barədə söhbət etməmişdir. Onlar Hicranı Sərvazgildən götürərkən onun paltarı pis vəziyyətdə olmuş, qolu isə qaralmışdır. Hadisə gününün axşamı Sərvazgilə gedəndə evdə işıq yanmamış və yalnız qardaşı ilə bir qadın evdə olmuşlar. Həmin vaxt onlar Sərvazgilə getdikdə Hicranla görüşməmişlər. O, Sərvaza Hicranı qaçırması barədə məsləhət verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 onunla evlənmək məqsədi ilə evlərinə elçi göndərməsinə baxmayaraq o, Sərvazı bəyənmədiyi üçün onunla evlənməkdən imtina etmişdir. 25 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində o, yaşadığı evdən çıxıb su götürmək üçün evlərinin yaxınlığında yerləşən bulağın yanına çatdıqda Təqsirləndirilən şəxs1 sonradan adı ona məlum olan Tural və Sahəddin adlı şəxslərlə birlikdə onu bulağın yanında olan dayısı arvadı Xanımzərin və qonşuluqda yaşayan azyaşlı Pərvanənin yanında zorla ağ rəngli avtomobilin arxa oturacağına əyləşdirib Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən evə gətirmişlər. Belə ki, o, bulağın yanında əlində su qabları dayanarkən arxa tərəfdə ağ rəngli “VAZ 2106” markalı minik avtomobili dayanmış, Sərvaz avtomobildən düşərək onun ağzından tutub zorla avtomobilə mindirməyə çalışmış, Sərvazın adını bilmədiyi əmisi nəvəsi də Sərvaza kömək edərək onun qollarından tutub avtomobilə mindirməyə çalışmışdır. Sərvaz avtomobildə oturmuş vəziyyətdə onu dartmış, əmisi nəvəsi isə onun arxadan ağzından tutub avtomaşına doğru aparıb avtomobilə mindirmişlər. Sərvaz avtomobilin arxa oturacağında onu tutub saxlamış, əmisi nəvəsi isə qabaq oturacaqda əyləşmiş vəziyyətdə onun hər iki əllərini tutub saxlamış, həmin vaxt 40 yaşlı, ağ saçlı sürücü avtomobili hərəkətə gətirmiş, ayaqları çöldə qaldığı üçün Sərvaz onu dartıb ayaqlarını avtomobilə salmışdır. Yolda onların kim olduğunu soruşarkən Sərvaz onu istəyən oğlan olduğunu dedikdə Sərvazı tanımışdır. Avtomobildə onu apardıqları vaxt Sərvaza, Turala və Sahəddinə, o cümlədən onu avtomaşından düşürüb evə saldıqdan sonra Sərvaza və Turala onu buraxmaları üçün yalvarmasına baxmayaraq onu buraxmaqdan imtina etmişlər. Tural evi tərk edib getdikdən sonra Sərvaz onu evlənmək məqsədi ilə qaçırdığını bildirmiş və onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, yenə də Sərvaza onu buraxmasını deyib yalvarsa da onu buraxmadığı üçün evin pəncərəsini dəmir vedrə ilə qırmışdır. Sərvaza onunla evlənmək və cinsi əlaqədə olmaq istəmədiyini deyib müqavimət göstərərkən Sərvaz əli ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarətlər yetirmişdir. Sərvaz onun müqavimətini qırmaq üçün dizini onun kürəyinə sıxıb ağzı üstə yerə yıxaraq çətinliklə də olsa otaqdan götürdüyü şal ilə əlllərini möhkəm bir-birinə sıxıb bağlamışdır. O, var gücü ilə qışqırsa da başqa evlər Sərvazın evindən təxminən 50 metr məsafədə olduğundan səsini eşidən olmamışdır. Sərvaz onun qışqıra bilməməsi üçün otaqdan götürdüyü digər şal ilə ağzını bağlamış, arxası üstdə çevirib metal setka haşiyəli, üzərində döşək olan yatağa atıb geyindiyi şalvarını, tursikini çıxarmış, özü də əynində olan qara rəngli şalvar və qara rəngli qısaqol köynəyini, qara rəngli tumanını və ağ rəngli maykasını çıxarıb onunla cinsi əlaqədə olmaq istəyərkən əlləri bağlı olduğundan öz gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salmaq üçün onun ayaqlarını əlləri ilə zorla aralamaq istədiyi vaxt onu sürüşdürüb başını dəmir çarpayının baş hissəsində olan iki dəmir dirəyin arasına salmışdır. Bütün gücü ilə ayaqlarını bir-birinə sıxdığına görə Sərvaz onun baldır hissələrindən möhkəm tutub sıxaraq ayaqlarını aralamaq istəmiş, bədəninin müxtəlif nahiyələrinə, qollarına vurması səbəbindən güclü ağrı hiss etmişdir. Sərvaz əli ilə onun cinsi orqanına toxunduğu üçün cinsi orqanını zədələmiş və Sərvaz cinsi orqanını əliylə tutaraq onun anal dəliyinə salmış, bu vaxt arxa nahiyəsində möhkəm ağrı hiss etmişdir. Bu zaman çarpayının üzərində olan yorğan üzlüyündə qan ləkələri olduğunu görmüş, həmin vaxt ayaqlarının arasında güclü ağrılar hiss etmiş və Sərvazın onun qızlıq bakirəliyini pozduğunu fikirləşmişdir. Sərvaz çarpayının üzərində qan ləkələrini görüb onun qızlıq bəkarətini pozduğunu zənn etmiş, buna görə də ondan əl çəkmişdir. Sərvaz onunla cinsi əlaqədə olan zaman onun ayaqlarına və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr vurduğu üçün bədənində olan ağrılara görə Sərvazın onunla təbii yolla, yoxsa qeyri-təbii yolla cinsli əlaqədə olduğunu tam başa düşməmiş, Sərvaz onunla cinsi əlaqədə olduqdan sonra əllərini açmışdır. Sərvaz dəsmal parçaları və bir ədəd əl dəsmalı ilə onun bədəninin qanını və döşəyin üzərinə axan qanları silmişdir. Sonra Sərvaz onunla söhbət edərkən bir daha onunla evlənməyi təklif etsə də heç vaxt Sərvazla evlənməyə razı olmayacağını demiş və sonra Sərvaza yuyunmaq istədiyini dedikdə Sərvaz evdə su olmadığını demiş, o, alt paltarlarını və şalvarını geyinərək çarpayıda oturmuşdur. Axşam saatlarında Sərvazın adını bilmədiyi qardaşı arvadı evə gəlmiş, o, həmin qadından ona köməklik etməsini xahiş etsə də qadın ona köməklik etməmişdir. Saat 22 radələrində bacısı Məhbubə, kiçik dayısının arvadı Xanımzər və böyük dayısının arvadı Bəyim onun yanına gəlib onunla görüşərək, Məhbubənin əri Elşənin və Bəyimin oğlu Nofərin də onlarla birlikdə gəldiklərini demişlər. O, qohumları ilə söhbət edərkən Sərvazın onu zorladığını, Sərvazdan şikayət edəcəyini deyib onu evlərinə aparmalarını xahiş etmiş, lakin qohumları onun sonra sakitləşəcəyini deyib evlərinə aparmaqdan imtina etmişlər. Ertəsi gün saat 8 radələrində Sərvazla bir otaqda olduğu vaxt Sərvazın yatdığını görüb otağın pəncərəsini açıb tullanıb qaçarkən Sərvaz onu tutub evə qaytarmışdır. Həmin gün, yəni 26 iyun 2021-ci il tarixdə saat 12 radələrində bacısı Məhbubə digər qohumları ilə birlikdə Sərvazın evinə gəlib onunla görüşdükləri vaxt o, bir daha Sərvazla evlənmək istəmədiyini və onu evlərinə aparmalarını xahiş etdiyi üçün qohumları onu götürüb evlərinə gətirmişlər. O, evlərinə gəldikdən sonra Sərvaz, Tural və Sahəddin tərəfindən zorla qaçırılaraq oğurlanması və Sərvaz tərəfindən zorlanması barədə Göygöl rayon polis şöbəsinə ərizə vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs4 onun bacısının yoldaşı, Təqsirləndirilən şəxs6 dayısı oğlu, Təqsirləndirilən şəxs5 isə qonşusudur və onların Sərvazın onu qaşıracağından əvvəllcədən məlumatları olmuşdur. Su götürdüyü bulaqdan su hər gün saat 17:00-dan sonra gəldiyindən o, hər gün saat 17:00-dan sonra bulğa gedir, bulaqla evləri arasındakı məsafə 100-200 metr təşkil edir. O, bulağa gedərkən bulağın yanında avtomobil olmamışdır. Sərvazın qaçıracağından məlumatı olmamışdır. Sərvaz onunla cinsi əlaqədə olduqdan sonra yatağın üzərində qan olduğunu görüb, bəkarətinin pozulduğunu düşünmüşdür. Ekspert rəyindən sonra düşünmüşdür ki, Sərvaz onunla cinsi əlaqədə olarkən o, arxasıüstə olmuş, Sərvaz isə onun üstünə uzanmışdır və onunla zorla cinsi əlaqədə olduğundan o, ağrı hiss etmiş, bu səbəbdən Sərvazın onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bilməmişdir. Ancaq o yadındadır ki, Sərvaz öz cinsiyyət orqanını əli ilə tutub idarə etmişdir. Hadisədən sonra aldığı xəsarətlər səbəbindən əlləri və bədəni göyərmişdir. Hazırda təqsirləndirlən şəxslərdən şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində əri Elşənin tanışı, malqara saxlamaqla məşğul olan Sərvaz onun bacısı Hicran üçün elçi göndərməsinə baxmayaraq Hicran Sərvazla evlənməyə razı olmamışdır. 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində əri Elşənin valideynlərinin evində olduğu vaxt anası Şəfiqə ona zəng edərək bacısı Hicranın qaçırıldığını demişdir. O, təcili anasının evinə getdikdə anası Hicranın tanımadığı şəxslər tərəfindən qaçırıldığını, hadisə barədə polisə məlumat verdiyini demişdir. Bir qədər sonra evə gəlmiş polis işçiləri anasının və Xanımzərin izahatlarını alıb getmişlər. Anası evində olduğu vaxt evə gəlmiş əri Elşən onun yanında kiminləsə telefonla danışdıqdan sonra Hicranın Sərvaz tərəfindən qaçırıldığını və Sərvazın Göygöl rayonunun Yeni Qızılca kəndindəki evinə aparıldığını demişdir. Hicranla görüşmək üçün o, Elşən, Xanımzər, dayısı arvadı Bəyim və Bəyimin oğlu Nofər Sərvazın evinə getmişlər. Sərvazın evinin yanında avtomobildən düşdükləri vaxt Sərvazın adını bilmədiyi qardaşı və qardaşının arvadı onlarla söhbət edərək Sərvazın Hicranla cinsi əlaqədə olduğunu, artıq Hicranın onların gəlini olduğunu deyib onları evə buraxmamışlar və Hicranla görüşmələrinə icazə verməmişlər. Onlar Hicranın Sərvazla evlənməyə razı olacağını fikirləşmiş və bu səbəbdən də hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. 26 iyun 2021-ci il tarixdə saat 12 radələrində o, əri Elşən və qohumları ilə birlikdə Sərvazın evinə getmiş, orada Hicranla görüşdüyü vaxt Hicran Sərvazın onu döydüyünü, onunla zorla cinsi əlaqədə olduğunu dediyi üçün Hicranı götürüb evlərinə gətirmişlər. Evlərinə gəldikdən sonra Hicran Sərvaz tərəfindən zorla qaçırıldığı və döyülərək zorlandığı barədə ərizə vermişdir. O, Hicranın Sərvaz tərəfindən qaçırılaraq yaşadığı evə gətirildiyini bilməsinə baxmayaraq Hicranın Sərvazla evlənməyə razılaşacağını fikirləşdiyinə görə Hicranın Sərvaz tərəfindən qaçırılması barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. Daha sonra şahid X4 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, hadisədən sonra bacısı Zərərçəkmiş şəxs bədənində xəsarətlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində qızı Hicran su gətirmək üçün evlərinin yanında yerləşən bulağa getdikdən təxminən 10 dəqiqə sonra Hicranın bulağın yanından qaçırıldığını bilmişdir. Bulaqdan gələn Xanımzər Hicranın tanımadığı şəxslər tərəfindən «Jiquli» avtomobili ilə qaçırıldığını gördüyünü demişdir. O, telefonla qızı Məhbubəyə, sonra isə DİN-in “102 Məlumat Mərkəzi”nə Hicranın zorla qaçırılması barədə məlumat vermişdir. Bir qədər sonra qızı Məhbubə onun evinə gələrək əri Elşənlə telefonla danışdıqdan sonra Hicranın Sərvaz tərəfindən qaçırıldığını bilmişlər. Həmin vaxt onun evində olan qardaşı oğlu Nofər, kürəkəni Elşən, qızı Məhbubə və qaynı arvadı Xanımzər Sərvazın evinə getmişlər və saat 22 radələrində qayıdıb gəldikdən sonra Məhbubə Sərvazın Hicranla cinsi əlaqədə olduğunu dediyi üçün Hicranı qaytarmaq istəməmişdir. Ertəsi gün Məhbubə ilə Elşən yenidən gedib Hicranla görüşdükdə Sərvazın Hicranı döydüyünü, zorladığını, eləcə də Hicranın Sərvazı istəmədiyini dediyi üçün Hicranı evlərinə gətirdikdə o, Hicranın qollarında, sifətində, bədənində xəsarətləri olduğunu görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evə yaxın olan bulaqdan su gətirməyə gedərkən bulağın yanında qonşusu Xanımzəri və Hicranı görmüşdür. Xanımzər su qablarını doldurub Hicranla bulağın yanında dayanmışdır. Su qablarını doldurub evlərinə aparıb boşaltdıqdan sonra yenidən su götürmək üçün bulağa gələrkən, bulağa çatmağa təxminən 50 metr qalmış arxa tərəfdən gələn ağ rəngli avtomobil bulağın yanında dayanmış, avtomobilin arxa oturacağından düşən oğlan Hicranı arxa tərəfdən qucaqlayıb bir əli ilə ağzından tutaraq avtomobilin arxa oturacağına mindirmiş və həmin an avtomobil hərəkət edib getmişdir. Xanımzər isə üzünü tutub bulağın yanında oturmuşdur. Səs-küyə gələnlər Xanımzərin üzünə su vurmuş və Xanımzər bulağın yanına gəlmiş Hicranın anası Şəfiqəyə Hicranın tanımadığı şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdir. Daha sonra şahid X5 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Hicranı qaçıran şəxs onun ağzını tutduğundan Hicran qışqıra bilməmişdir. Hicran onu qaçıranlara müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərində qaynı Sərvazın bacısı Məhbubə ilə birlikdə Göygöl rayonunun Gəncə qəsəbəsində yaşayan Hicrangilin evinə Sərvazla bərabər elçi getmişlər. Həmin vaxt Hicran başqa otaqdan evə dəvət olunmuş, Sərvaza baxmış, Sərvazın maldarlıqla məşğul olduğunu bilib mal-qara olan yerə getməyəcəyini, ümumiyyətlə maldarlıqla məşğul olan adama ərə getmək istəmədiyini, əgər Sərvaz başqa işlə məşğul olarsa ona ərə getmək barədə fikirləşəcəyini demişdir. Elçilikdən sonra Sərvaz Hicranın fikrini öyrənib malqarasını satıb başqa işlə məşğul olacağını, həqiqətən də Hicranı çox bəyəndiyini demişdir. Həmin hadisədən 1-2 ay sonra qohumlarından eşitmişdir ki, Sərvaz yenə də Hicrangilə elçi göndərməsinə baxmayaraq Hicran ona ərə getməkdən imtina etmişdir. 25 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində o, əri ilə birlikdə yaşadıqları evdə olarkən Mürsəl Sərvazla telefonla danışdıqdan sonra Sərvazın qız qaçırıb yaşadığı evə gətirdiyini, onlara baş çəkmək üçün birlikdə Sərvazın evinə getməli olduqlarını demişdir. Bundan sonra o, Mürsəl ilə birlikdə Sərvazın yaşadığı evə gəldikdə Sərvazın evinin yanında bir avtomobil olduğunu və avtomobilin yanında 2 nəfər kişinin dayandığını görmüşdür. Mürsəl kişilərə yaxınlaşıb salamlaşmış, o, isə evə daxil olduqda Hicranın bacısı Məhbubənin evin ön tərəfində dayandığını görüb onunla salamlaşmışdır. Həmin vaxt Sərvazı da evin həyətində görmüş, eləcə də Məhbubə də Sərvazı görmüşdür. Məhbubə ondan Sərvazın evində başqa adam olub-olmadığını soruşmuş, evdə başqa adam olmadığını bilib Sərvazın Hicranı heç kimin olmadığı evə gətirməsindən narazılığını bildirib ondan Hicranın yanında olmasını xahiş etmişdir. O, isə anası xəstə olduğuna görə orada qala bilməyəcəyini deyib Hicranın olduğu otağa keçdikdə Hicranın adını bilmədiyi dayısı arvadı ilə söhbət etdiyini görmüş, onların hər ikisi ilə salamlaşıb Hicrana «xoş gəlibsən» sözlərini demiş, lakin Hicranla qadının nə barədə söhbət etmələrini bilməmişdir. Bir neçə dəqiqə sonra o, Hicranın dayısı arvadı ilə otaqdan çıxmış və əri Mürsəl ilə evlərinə getmişlər. 25 iyun 2021-ci il tarixdə Hicranla görüşəndən sonra həmin gün və ertəsi gün Hicranla görüşməmişdir. 26 iyun 2021-ci il tarixdə günorta saatlarında eşitmişdir ki, Hicranın qohumları Hicranı Sərvazın evindən aparmışlar və Hicran Sərvazın onu zorla qaçıraraq zorlaması barədə ərizə vermişdir. Bir müddət sonra isə Hicranı zorla qaçırmasına və onu zorlamasına görə Sərvazın, eləcə də Sərvazın Hicranı qaçırmağa getdiyi avtomobilin sürücüsünün və ona kömək edən qohumu Turalın da həbs edildiyini eşitmişdir. Daha sonra şahid X9 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Hicran ona Sərvaz tərəfindən döyülməsi barədə heç bir söz deməmiş, həmçinin o, Hicranın bədənində xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2021ci ilin əvvəllərində qardaşı Sərvaz Göygöl rayonunun Gəncə qəsəbəsində yaşayan Hicran adlı qıza elçi göndərməsinə baxmayaraq Hicran Sərvazla evlənməyə razılıq verməmişdir. 25 iyun 2021-ci il tarixdə saat 22 radələrində Sərvaz ona zəng edərək Hicranı qaçırıb Göygöl rayonunun Qızılca kəndində yerləşən evinə gətirdiyini, Hicranın 2 nəfər kişi, 3 nəfər qadın qohumlarının gəlib Hicranla görüşdüklərini, heç bir problemləri olmadığını bildirmişdir. Ancaq ertəsi gün Sərvaz onunla telefonla danışarkən Hicranın onunla evlənməyə razı olmadığını, Hicranın qohumlarının gəlib Hicranı apardıqlarını, Hicranın ondan şikayət etdiyini bildirmişdir. Hicranın şikayəti əsasında Göygöl rayon prokurorluğunda cinayət işi başlanıb istintaq aparıldığı vaxt Sərvaz onunla söhbət edərkən Hicranı yeznəsi Elşənin vasitəsi ilə tanıdığını, hadisədən bir gün əvvəl Elşənin, Hicranın dayısı arvadı və dayısı oğlu ilə birlikdə onun olduğu yaylağa gəldiklərini və söhbət zamanı Hicranın qohumlarının Hicranı qaçırmasını ona təklif etdiklərini, onlar təklif etməsəydilər Hicranı qaçırmaq fikri olmadığını demiş, sonra isə onun telefon nömrəsinə səs yazısı göndərərək Hicranın qohumlarının səs yazısı olduğunu demişdir. O, səs yazısına qulaq asdıqda Hicranın yeznəsi Elşənin və dayısı oğlu Vaqifin səslərini tanımış və Sərvaz həbs edildikdən sonra Elşənlə görüşüb söhbət edərkən Sərvazın Hicranla evlənməsini istədiyi üçün Sərvaza köməklik etdiyini Elşən ona etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021ci ilin əvvəllərində oğlu Vaqifin tanışı olan Sərvaz baldızı Şəfiqənin qızı Hicran üçün elçi göndərmiş, lakin Hicran Sərvaz ilə evlənmək istəmədiyini bildirmişdir. 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində su gətirmək üçün yaşadığı evin yaxınlığında olan bulağa getmiş və bulağın yanında Pərvanə adlı azyaşlı qızın yanında dayanmışdır. Onlar bulaqda olarkən Hicran da əlində su qabları həmin yerə gəlib gözləmiş və bir qədər sonra ağ rəngli “VAZ” markalı avtomobilin arxa oturacağından düşən cavan oğlan Hicranı arxa tərəfindən qucaqlayaraq zorla avtomobilə əyləşdirmiş, o, Hicranın aparılmasına imkan verməmək üçün oğlana tərəf getdikdə avtomobilin qabaq oturacağında oturmuş oğlan düşüb onun yaxasından itələyib onu yerə yıxaraq Hicranın qaçırılmasına mane olmasına imkan verməmiş və avtomobil Hicranın ayaqları avtomobildən kənarda qalmış vəziyyətdə 100- 150 metr hərəkət etdikdən sonra qapısı örtülmüşdür. O, qışqıraraq adamları köməyə çağırmış və hadisə barədə Hicranın anası Şəfiqəyə demiş, Şəfiqə isə öz növbəsində “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şəfiqənin böyük qızı Məhbubə əri Elşənin Hicranın Sərvaz tərəfindən qaçırıldığını bildiyini demişdir. Bundan sonra o, qaynının oğlu Nofərin avtomobili ilə Məhbubə və Elşənlə birlikdə Sərvazın Yeni Qızılca kəndində yerləşən evinə getmişlər. Evin yanında onları qarşılayan Sərvazın qardaşı Mürsəl və sonuncunun arvadı onlarla söhbət edərək artıq Hicranın “gəlin olduğunu” deyib onların Hicranla görüşməsinə icazə verməmişlər. 26 iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, Hicranın qohumları Hicranı Sərvazın evindən götürüb evlərinə gətirmişlər, Hicranın Sərvaz tərəfindən zorla qaçırılması və zorlanması barədə şikayət etmişlər. O, Hicranı qaçıran şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 19 radələrində o, Göygöl rayonunun Gəncə qəsəbəsində yerləşən əmisi Gülağanın evində qonaq olarkən əmisi arvadı Xanımzər ağlayaraq evə gəlib onun bibisi qızı Hicranı bulağın yanından tanımadığı adamların avtomobilə qoyub qaçırdıqlarını demişdir. Təxminən 10-15 dəqiqə sonra Hicranın bacısı Məhbubə əri Elşənlə birlikdə gəlmiş və Elşən Hicranın onun əsgərlik yoldaşının qardaşı Sərvaz tərəfindən qaçırılıb yaşadığı Yeni Qızılca kəndindəki evinə aparıldığını demişdir. Bundan sonra Elşən, Məhbubə və Xanımzər onun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə Sərvazın evinə getmişlər. Elşən evin qapısını döyərkən Sərvaz qapını açmış, onlar hamısı həyətə daxil olmuşlar. O, avtomobildə gözləmiş, Məhbubə, Elşən və Xanımzər evə daxil olmuş və 30- 40 dəqiqə sonra evdən çıxıb onun avtomobilinə əyləşmişlər. Onların danışığından başa düşmüşdür ki, razılıq əldə olunmuşdur. Hicranın naməlum şəxslər tərəfindən qaçırılması barədə Hicranın anası Şəfiqənin DİN-in 102 xidmətinə məlumat verdiyini bildiyi üçün Hicranın Sərvaz tərəfindən qaçırılması barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 25 iyun 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olduğu vaxt baldızı Şəfiqənin qızı Məhbubə, qonşusu, eləcə də qohumu olan Xanımzər və Məhbubənin əri Elşən onun evinə gəlib Məhbubənin kiçik bacısı Hicranın Sərvaz adlı oğlan tərəfindən evlərinin yanındakı bulağın yaxınlığından qaçırılıb Yeni Qızılca kəndində yerləşən evinə aparıldığını demişlər. Daha sonra Hicranla görüşüb Hicranın Sərvazla evlənmək niyyətinin olub-olmamasını və Sərvazın evində qalmağa razı olub-olmamasını öyrənmək məqsədi ilə Sərvazın evinə getmək istədiklərini demişlər. Onlarla birlikdə getməsini xahiş etdikləri üçün Nofərin avtomobilinə əyləşərək birlikdə Yeni Qızılca kəndinə getmişlər. Sərvazın evinin yanına çatdıqda Məhbubə ilə Xanımzər ondan qabağa düşüb evin həyətinə daxil olmuşlar, Elşənlə Nofər avtomobilin yanında qalmışlar, o, isə Məhbubə ilə Xanımzərin arxasınca evin həyətinə daxil olmuşdur. Evin yuxarısına, yəni yaşayış yeri olan hissəsinə qalxan pilləkənin yanına çatıb pilləkənlə qalxmaq istədikdə Xanımzər ilə Məhbubənin evin içərisindən çıxıb ona tərəf gəldiklərini görmüş, Məhbubədən və Xanımzərdən Hicranla görüşüb-görüşmədiklərini soruşduqda Məhbubə Hicranla görüşdüklərini və Hicranın Sərvaz tərəfindən evlərinin yaxınlığındakı bulağın yanından 2 nəfər oğlan tərəfindən zorla qaçırıldığını, lakin Sərvazın Hicranla cinsi əlaqədə olmadığını, ona qarşı hər hansı zor tətbiq etmədiyini deyib bu barədə gedib Hicranın anası Şəfiqə ilə söhbət etdikdən sonra bir qərara gələcəklərini demişlər və onlar Nofərin avtomobili ilə evlərinə qayıtmışlar. Ertəsi gün, yəni 26 iyun 2021-ci il tarixdə qohumlarından eşitmişdir ki, Məhbubə yenə də Hicranla görüşmək üçün Sərvazın evinə getmiş və orada Hicranı gördükdə Sərvaz tərəfindən Hicranın döyüldüyünü və zorlandığını bilib Hicranı götürüb evlərinə gətirmiş, Hicran da Sərvazdan polisə şikayət etmişdir. Hadisədən bir neçə gün sornra Məhbubə ilə görüşüb Hicran barəsində söhbət edərkən Məhbubə ona demişdir ki, 26 iyun 2021-ci il tarixdə yenə də Hicranla görüşmək məqsədi ilə Sərvazın evinə getdikdə Hicranın Sərvaz tərəfindən döyülərək zorlandığını bilib Hicranı evlərinə gətirmişdir. O, Sərvazın evinə gedərkən orada başqa qadın və ya kişi görmədiyini, Hicranla görüşüb söhbət etmədiyini, Hicranın Sərvaz tərəfindən zorla qaçırıldığını, oğurlandığını, Hicranın orada olduğunu bildiyi halda hüquq mühafizə orqanlarına məlumat vermədiyini, Hicranı özləri ilə aparmağı tələb etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 iyun 2021-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi protokolundan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş geyim paltarları, 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd tursik, 1 ədəd mayka, 1 cüt corab və 1 ədəd lifçik götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan ev ikitaylı dəmir qapısı, həyətyanı torpaq sahəsi olan ev olmaqla Göygöl rayonu Yeni Qızılca kəndində yerləşir, baxış zamanı iştitrak etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 evinin şüşəsini sındırdığı pəncərəsini, zorlandığı otağı, çarpayını, zorlandığı vaxt Təqsirləndirilən şəxs1 tərəfindən qollarının bağlandığı şalı, lent parçasını, bədənini sildiyi dəsmalı, alt paltar kəsiklərini, zorlandığı vaxt dəmir çarpayının başının keçdiyi dəmir barmaqlıqlarını göstərmiş, baxış zamanı 2 ədəd döşək üzü, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd şal, 1 ədəd mayka kəsiyi götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs qaçırıldığı yer, yəni bulaq onun yaşadığı evdən 200 metr məsafədə yerləşir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2021ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş geyim paltarları, 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2021ci il tarixli avtomobilə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs oğurlandığı avtomobil Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Şahid8 təqdim etdiyi səs yazıları olan 2 ədəd disk götürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 noyabr 2021-ci il tarixli, Təqsirləndirilən şəxs4 iştirakı ilə səs yazılarına qulaq asılması barədə protokoldan görünür ki, Şahid8 təqdim etdiyi diskdə Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs qaçırmaq istədiyini deməsi, Təqsirləndirilən şəxs4 isə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hər gün saat 17-18 radələrində yaşadığı qəsəbədə yerləşən bulağa su gətirmək üçün getdiyini, Hicranın çox hiyləgər qız olduğunu, Hicranın qaçırılacağını biləcəyi təqdirdə evdən çıxmayacağını, buna görə də Hicranı qaçırmaq üçün ən münasib yerin bulağın yanı olduğunu deyərək məsləhət verməsi, Hicranı qaçırdığı vaxt kənardan heç kimin ona maneçilik törətməyəcəyini bildirməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs6 iştirakı ilə səs yazılarına qulaq asılması barədə protokoldan görünür ki, Şahid8 təqdim etdiyi diskdə Təqsirləndirilən şəxs6 ilə Təqsirləndirilən şəxs1 arasında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 avtomaşınla Zərərçəkmiş şəxs qaçırmaq üçün gəldiyini və bulağın yanında gözlədiyini bildirdikdə, Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs1 avtomobili bulağın yanında saxlamaqla ətrafda olanları şübhələndirəcəyini, Hicranı gözləmək üçün avtomaşını mağazanın yanında saxlamalarını, Hicranın bulağa su gətirmək üçün gedəcəyi vaxtı deməklə yanaşı Hicranı bulağın yanından qaçırması, avtomaşının gedəcəyi istiqaməti bildirməklə məsləhətlər vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskdə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6lə Təqsirləndirilən şəxs1 arasında, eləcə də Təqsirləndirilən şəxs5la Təqsirləndirilən şəxs6 arasında günün müxtəlif saatlarında, eləcə də Zərərçəkmiş şəxs qaçırıldığı vaxtda, yəni saat 18 radələrində mütəmadi olaraq telefon danışıqları olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 dekabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakcell Telecom MMC-dən rayon prokurorluğuna daxil olmuş 1 ədəd CD diskdə 24 iyun 2021-ci il tarixdə və 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında mütəmadi telefon danışıqları olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 fevral 2022-ci il tarixli əşyaların maddi sübut kimi tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin Zərərçəkmiş şəxs zorlandığı otağından götürülmüş alt paltar kəsikləri, üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzü, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd mayka kəsiyi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini bağladığı lent kəsiyi, 1 ədəd şal, Zərərçəkmiş şəxs hadisə vaxtı geyinmiş olduğu 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd mayka, 1 ədəd tursik, 1 cüt corab və 1 ədəd büstqalteri, həmçinin Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək maddi sübut kimi tanınaraq məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 qardaşı Şahid8 təqdim etdiyi 2 ədəd disk, eləcə də istintaq zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 28 iyun 2021-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızlıq bakirəliyinin tamlığı pozulmamış, anal dəlik nahiyəsində 12 və 6 rəqəmlərinə uyğun hissələrdə cırılmış yaralar vardır. Göstərilən xəsarətlər anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir, xx.xx.2021-ci il tarixdə fiziki güc tətbiq etməklə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşdirilmiş kişi cinsiyyət orqanının düz bağırsağa yeridilməsi nəticəsində əmələ gəlməyə uyğundur. Anal dəlik nahiyəsində əvvəllər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı təsdiq edən dəyişikliklər, xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs - hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gicgah, hər iki çiyin nahiyələrini, sağ bazunu tam əhatə edən, sol bazunun orta 1/3-nin bayır səthinin, hər iki mil-bilək oynaqlarının arxa səthinin, hər iki sağrı, bud və baldır nahiyələrinin çoxsaylı qançırları və kiçik cinsiyyət dodaqlarının arxa bitişməsindən anal dəliyə qədər davam edən cırılmış yara küt mexanizmdən, bərk küt əşyanın təsirindən, özü tərəfindən yetirilməsi, hündürlükdən yıxılması nəticəsində törənməsi mümkün olmayan, xx.xx.2021-ci il tarixdə fiziki güc tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə, əsasən əllə yetirilməyə xarakterikdirlər. Hər iki yanaq nahiyəsinin əzilməsi və aralıq nahiyəsinin cırılmış yarası ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmayan, dərəcəsi təyin edilməyən xəsarətlərdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 242 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sol baldırın orta 1/3-nin iç səthində qançır, arxa-iç səthində və aşağı 1/3-nin iç səthində sıyrıqlar olduğu, həmin xəsarətlərin xx.xx.2021-ci il tarixdə əmələ gəlməyə, sağlamlığın pozulmasına səbəb olmayan, dərəcəsi təyin edilməyən xəsarətlər olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kompleks tibbi-bioloji, kriminalistik ekspertizasının 05 iyul 2021-ci il tarixli 25 nömrəli, 16 avqust 2021-ci il tarixli 16/781, 16/779 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan maykada, dəsmal və mayka kəsiklərində, lent üzərində olan qan ləkəsinin Zərərçəkmiş şəxs qan qrupu ilə eynilik təşkil etdiyi, Zərərçəkmiş şəxs məxsus olan şalvar üzərində olan spermatozidlərin qrup göstəricisinin Təqsirləndirilən şəxs1 məxsus ola bildiyi, Zərərçəkmiş şəxs məxsus köynəkdə, büstqalterdə, tursikdə, 1 cüt corabda qan və spermaya oxşar maddənin aşkar edilmədiyi göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində trassoloji zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan şalvar üzərindən götürülmüş poliester liflərin Zərərçəkmiş şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəldiyi, Zərərçəkmiş şəxs məxsus olan digər geyim paltarlarından götürülmüş liflərdən Təqsirləndirilən şəxs1 paltarından götürülmüş liflərdə olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 796/256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs6 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 797/257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 798/258 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 799/259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 800/260 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 23 dekabr 2021-ci il tarixli 801/261 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmaları barədə əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 noyabr 2022-ci il tarixli müayinə məlumatından görünür ki, Təqsirləndirilən şəxs6 İİ dərəcə əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 müharibə iştirakçısıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 himayəsində 26 iyun 2015-ci il təvəllüdlü X10 və 04 aprel 2017-ci il təvəllüdlü X14 adlı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X20 Mərkəzinin 27 may 2020-ci il tarixli diaqnostikasından görünür ki, Təqsirləndirilən şəxs5 uşağı X11 psixi nitq inkişaf ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı X12 Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə, 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X33” X29 Endokrinoloji Şöbəsinin 14 fevral 2023-cü il tarixli 15 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 şəkərli diabet İİ tip diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 4(066)-40/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 4(066)-41/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 4(066)-45/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli 4(104)-124/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 4(066)-43/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 4(066)-44/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 4(066)-46/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 4(066)-58/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 4(104)-128/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 25 iyun 2021-ci il tarixdə qaçırmasından məlumatının olmaması, hadisə günü Sərvazla Hicranın qaçırılması barədə söhbət etməməsi barədə ifadə versə də, onun bu ifadəsi özünün məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadəsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Sayəddin Məmmədovun məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 səs yazıları olan disklə, həmçinin "xxxx" MMC-dən daxil olmuş diskdə 24 iyun 2021-ci il və 25iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs1 arasında telefon danışıqları ilə təkzib edildiyindən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs belə ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 ifadəsi özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Sayəddin Məmmədovun ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 səs yazıları olan disklə, həmçinin "xxxx" MMC-dən daxil olmuş diskdə 24 iyun 2021-ci il və 25iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs1 arasında telefon danışıqları isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri, səs yazıları olan disk və "xxxx" MMC-dən daxil olmuş disk qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən Zərərçəkmiş şəxs Sərvaz tərəfindən qaçırılmağa razı olduğunu, Təqsirləndirilən şəxs1 müqavimət göstərmədiyini bildirsələr də, həmin xüsusatlar həmin şəxslərin Hicran bulağa yaxınlaşdıqda, avtomobilin arxa oturacağında əyləşmiş Sərvazın düşüb Hicranı qucaqlayıb avtomobilin arxa oturacağına tərəf dartması, həmin vaxt Hicranın avtomobilə əyləşmək istəmədiyini görən, bulağın yanında dayanmış qadının Hicranın ayaqlarını avtomobilin içərisinə basaraq Sərvaza köməklik etməsi, qışqırmaması üçün Sərvazın əlləri ilə onun ağzını tutması barədə verdikləri ifadələri, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və X3 məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri təkzib edildiyindən, məhkəmə kollegiyası həmin hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdürlər. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan hissədə özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və X3 ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri qoyulmalıdır. Həmçinin Sərvazın Hicranla qeyri-təbii yolla cinsi əlaqədə olmaması barədə ifadəsi 28 iyun 2021-ci il tarixli 234 nömrəli ekspertiza rəyi ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə birbaşa təkzib edil diyindən, həmin hissədə ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Belə ki, CM-nin 150-ci maddəsində nəzərdə tutulan əməllər törədildiyi andan başa çatmış hesab edilir. Hazırki iş üzrə 28 iyun 2021-ci il tarixli 234 nömrəli rəy ilə zərərçəkmiş şəxsin arxa keçəcəyində göstərilən xəsarətlər aşkar edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-nin 144.2.3-cü, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 əməllərində CM-nin 32.5,144.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 144.2.3-cü, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 əməli CM-nin 32.5,144.2.3-cü maddəsi ilə tövsif edilməli ilə və onlar müvafiq olaraq həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cinayət cəzası daşımalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraqr ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs6 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olamasını, İİ dərəcə əlil olmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs5 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, azyaşlı uşağının psixi nitq inkişaf ləngiməsi xəstəliyindən əziyyət çəkməsini, İİ Qarabağ Müharibəsində iştirak edib sücaət göstərməsini və buna görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olamasını, İİ tip şəkərli diabet xəstəsi olmasını, qardaşının İİ Qarabağ Müharibəsində iştirak edib sücaət göstərməsini və buna görə qardaşı X12 Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə, 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edlimədi. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edlimədi. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edlimədi. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edlimədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamsını Azərbaycan Respublikasının CM-in 59.1.12-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən edlimədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində rollarını, şəxsiyyətlərini nəzərə alaraq, onların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza çəkməklə islah olunmalarını qeyri-mümkün hesab edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli olacağı barədə nəticəyə gəlir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti məsələsini həll edərkən işdə olan və yuxarıda şərh olunan cəzalarını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirib, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xususi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası, eləcə də, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzalar qismən toplanılmaqla onun barəsində qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 17 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 17 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxil olduğundan Təqsirləndirilən şəxs4 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 15 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs6 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir və Təqsirləndirilən şəxs5 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 13 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 61 manat 90 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi subutlar Göygöl rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evin Zərərçəkmiş şəxs zorlandığı otağından götürülmüş alt paltar kəsikləri, üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzü, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd mayka kəsiyi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini bağladığı lent kəsiyi, 1 ədəd şal, Zərərçəkmiş şəxs hadisə vaxtı geyinmiş olduğu 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd mayka, 1 ədəd tursik, 1 cüt corab və 1 ədəd büstqalteri, həmçinin Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək şalvar sahiblərinə qaytarılmalı, imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs1 qardaşı Şahid8 təqdim etdiyi 2 ədəd disk, eləcə də istintaq zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələrində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin, ona CM-nin 144.2.3, 144.2.4-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29, 149.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 144.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin, ona CM-nin 144.2.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin, ona CM-nin 144.2.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs6 cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Göygöl rayon prokrorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evin Zərərçəkmiş şəxs zorlandığı otağından götürülmüş alt paltar kəsikləri, üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzü, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd mayka kəsiyi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini bağladığı lent kəsiyi, 1 ədəd şal, Zərərçəkmiş şəxs hadisə vaxtı geyinmiş olduğu 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd mayka, 1 ədəd tursik, 1 cüt corab və 1 ədəd büstqalteri, həmçinin Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək qanuni sahiblarınə qaytarısın. Təqsirləndirilən şəxs1 qardaşı Şahid8 təqdim etdiyi 2 ədəd disk, eləcə də istintaq zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 61 manat 90 qəpik təqsirləndirlən şəxslər müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar