Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-36/2025 22.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X34 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X10, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev 1-də qeydiyyatda olmaqla, Bərdə rayonu, Qaradağlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 01 (bir) ədəd şəffaf sellofan torbacıqda ümumi təmiz çəkisi 4,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 16 fevral 2023cü il tarixdə saat 17:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bərdə rayonu, Qaradağlı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi külli miqdar təşkil edən 4,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 fevral 2023cü il tarixdə səhər saat 7-8 radələrində evinin qapısı döyülmüdür. O, xəstə olduğu üçün qızı Dənizə qapının döyüldüyünü və açmasını demişdir. Həmin vaxt atasının dostunun oğlu X19 onlarda olmuş və sonuncu Dənizə özünün qapını açacağını demişdir. Surxay qapını açdıqdan sonra dörd nəfər polis əməkdaşı evə daxil olub yataq otağına girmişlər. Polis əməkdaşı ondan narkotik vasitənin harada olmasını soruşmuş, o da döşəyin altında olan 1 ədəd tam, 1 ədəd isə ¼ hissə metadon həbini təqdim edərək başqa narkotik vasitənin olmadığını demişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Təxminən saat 16:30-adək şöbədə onu döyüb təhqir etmişlər və 1 kiloqram narkotik vasitəni qarşısına qoyub üzərinə götürməyini demişlər. O da həmin narkotik vasitəni deyil, sadəcə evində olan zaman təqdim etdiyi narkotik vasitəni qəbul edəcəyini və onkoloji xəstəliyi ilə bağlı resept əsasında metadon həblərindən istifadə etdiyini demişdir. O, polis əməkdaşları ilə Surxayı buraxmaları qarşılığında onu istifadəçi kimi sənədləşdirmələrinə dair razılaşmışdır. Daha sonra onu başqa otağa aparıb videoçəkiliş etmişlər. Videoçəkilişdən əvvəl polislər ona çəkiliş zamanı narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün götürdüyünü və polislər tərəfindən evindən kənar bir yerdə saxlanıldığını deməyini tapşırmışlar. Onu saxlayan polis əməkdaşlarından yalnız İdris və Bəhruzu tanımış, digər iki nəfəri tanımamışdır. Onu döyən və üzərinə çəkilişdən əvvəl narkotik vasitəni qoyan İdris adlı polis əməkdaşı olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xəstəliyi ilə bağlı narkotik vasitə istifadə etmiş, narkotik vasitəni də “İnstagram” sosial şəbəkəsi vasitəsilə almışdır. Saxlanılmamışdan qabaq işləmiş, narkotik vasitə almış, eləcə də uşaqlarının xərclərini qarşılamışdır. O, əvvəllər gündəlik olaraq 0,5 qramdan az narkotik vasitə heroindən istifadə etmiş, lakin heroin baha olduğu üçün sonradan metadon istifadə etməyə başlamışdır. Heroinin qramını 30 manata, metadonu isə 10-15 manata almışdır. O, heç vaxt heç kimə narkotik vasitə satmamış, yaxud verməmiş, döyüldüyü üçün ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Sanksiya ilə bağlı məhkəmə iclasından qabaq prokuror onu qəbul etməmiş, müstəntiq isə azadlığa buraxılmağı üçün ona tapşırıldığı kimi danışmağını demişdir. Ona görə o, məhkəmədə polis əməkdaşlarının ona dedikləri kimi, yəni narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Ancaq sonradan polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə çoxsaylı şikayətlər etmişdir. Polis əməkdaşları onu polis şöbəsinin arxasında köhnə kitabxana olmuş otaqda döymüşlər. Polis əməkdaşları evinə daxil olduqdan sonra İdris adlı polis onu sillə ilə vurmuş, nəticədə başı çarpayının kənarına dəymiş və sol qulağı qanamışdır. Şöbədə olarkən əlləri qandallı vəziyyətdə ayağından lomla başıaşağı asıb ayağından dəyənəklə vurmuşlar. Həmin vaxt ayağında xəstəliyi ilə bağlı yaranmış zədələr də olmuşdur. Bunu dedikdən sonra onu yerə qoymuşlar. Bundan sonra onu istifadəçi kimi rəsmiləşdirəcəklərini və özlərinin dedikləri sənədə imza etməyini demişlər, o da razılaşmışdır. Sonra isə başqa otaqda video çəkiliş etmişlər. Video çəkilişdən sonra onu döyməmişlər. Asılmağına baxmayaraq, biləyində xəsarət olmamışdır. MSY-yə aparılandan sonra İdris onu MSY rəisinin otağına gətirtmiş və ona məxsus olan metadon həbini verərək ağrıları olmasını gördüyünü üçün içib yatmağını demişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək MSY-də saxlanılmışdır. Xəsarətinin sağalması üçün onu 5 gün MSY-də saxlamışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, Bərdə rayonu, Qaradağlı kəndində azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. 2009-cu ildə X2 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Onların 2011-ci il təvəllüdlü X11, 2012-ci il təvəllüdlü X3, 2016-cı il təvəllüdlü X14 və 2017-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur. Mirsadiq Sadıqov ilə təxminən 3 il bundan əvvəl boşanmış, həmin vaxtdan azyaşlı uşaqları onun yanında qalmışdır. O, 2019-cu ildə onkoloji xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzində cərrahiyə əməliyyat olunmuşdur. O, 2 ilə yaxındır narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamış, psixotrop maddənin metamfetamin növündən istifadə etmişdir. Şübhəli şəxs qismində tutulmamışdan əvvəl Bərdə rayonu, Qaradağlı kəndi ərazisi ilə yaşadığı evə piyada gedən vaxt yerdən bir bükülü tapmış və həmin bükülünün içərisindəki maddənin narkotik vasitə (kokos) heroin olduğunu görüb gələcəkdə istifadə etmək məqsədi ilə həmin bükülünü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 16 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evə tərəf piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ona narkotik vasitələri qanunsuz əldə edib saxlamasında və satışı ilə məşğul olmasında şübhəli olduğunu demişlər. Bu səbəbdən polis əməkdaşları onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Bərdə RPŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçının təklifindən sonra o, əynində olan sarımtıl rəngli uzun jaketin yan cibində olan 1 ədəd siqaret qutusunu, jaketin sağ yan cibində olan 1 ədəd “Realme” markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirildikdə içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Qeyd edilən maddə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 4,66 qram təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümü xx.xx.2023-cü il tarixdə tutulmamışdan əvvəl Bərdə rayonu, Qaradağlı kənd ərazisində küçədən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını, başqa yerlərdə narkotik vasitə gizlətmədiyini, narkotik vasitə qəbul etməsini heç kimin bilmədiyini, xəlvət qəbul etdiyini, ona məxsus olan “Realme” markalı mobil telefonda olan fotoşəkillərdən məlumatı olmadığını, ancaq mobil telefonda olan Kapital Banka məxsus üzərinə “6768 6771 7948 0995, 03/25, MRS AZİMOVA RANA” hərf və rəqəmlər yazılmış 5 ədəd fotoşəkillər olan kartın analığı Rəna Əzimovaya məxsus olduğunu, mobil telefonu 2 ay bundan əvvəl Bərdə şəhərində Rufan adlı şəxsdən əldən aldığını, saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polislər tərəfindən təzyiqə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Polis əməkdaşları gələndə evdə o, Surxay Hacıyev və 4 azyaşlı uşağı olmuşdur. X51 rayonu, Qaradağlı kəndində yaşamış, bildiyi qədəri ilə sonuncu narkotiklə yüklənmiş və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Vəkil Xanım İsayeva ilə qohumları ibtidai istintaq zamanı sonradan müqavilə bağlamış, lakin o, konkret olaraq hansı qohumun müqavilə bağladığını bilməmişdir. Müqavilə əsasında dəvət olunmuş vəkili Xanım İsayevanın onun imza etmədiyi halda 22 may 2023-cü il tarixli ifadəsinə hansı səbəbdən imza etməsini bilməmişdir. O, ilk olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı sənədləri imzalamış, lakin ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü bildikdən sonra heç bir sənədi imzalamamışdır. 22 may 2023-cü il tarixli ifadəsində qeyd olunmuş “xeyr, heç bir əlavəm yoxdur, mənim sözlərimlə düzgün yazılmışdır.” ifadəsini ola bilər ki o yazmış, lakin həmin ifadəsini oxumamışdır. O, məhkəmə-tibbi ekspertizasından keçirilməmiş, ekspertizasından keçmək istəmədiyini deməmiş, sadəcə hadisədən uzun müddət keçdiyindən qulaq nahiyəsində xəsarət izlərinin qalmadığını, bədənində isə xəsarətlərin olmadığını demişdir. Əgər o, ekspertizadan keçirilsə idi ekspert dediklərini vaxtında müəyyən etmiş olardı. Onu polis şöbəsinə aparanların arasında Şahid1 olmuş, sonuncu onu döyməmiş, sadəcə təhqir etmişdir. Onun ayaqlarında sarıqlar olmuş, çünki o, evdə xəstə yatarkən polislər onu şöbəyə aparmış və dəyənəklə ayağına vurduqları üçün ayağındakı yaraların hamısı açılmışdır. Onun saxlanılmasında Şahid2 və Şahid3 iştirak etməmiş, sonuncular onu döyməmişdir. O, ümumiyyətlə Şahid3 şəxsi axtarış zamanı görməmiş və videoçəkiliş zamanı həmin şəxs orada olmamışdır. +99***-***-**-** mobil nömrə ona məxsus olmuş, +99***-***-**-**, +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr isə olar bilər ki onun adına olsun, lakin o, həmin nömrələri xatırlamamışdır. O, Surxay Hacıyev ilə bir vaxtı saxlanılmış, onlar birlikdə qalmışlar, onun telefondakı mesajlardan məlumatı olmamış, ola bilsin həmin mesajları Surxaya yazmışdır. O, Surxay Hacıyevin narkotik vasitə satmasını görməmişdir. O, saxlanılmamışdan əvvəl Bakı şəhərində yaşamış, sonradan Bərdə rayonunda ev kirayələyib qalmışdır. Surxay onunla birlikdə qalıb evə bazarlıq edilməsinə və digər işlərə köməklik etmişdir. Surxayı atası gətirib onlarla birlikdə qalmasını demişdir. “Çox sağol hər şeyə görə pul azoıdafa çox hesab elə məmən şahinin dayısıoğlu” mesajında adı çəkilən Şahinin kim olmasını bilməmiş, onun nəinki “Gozelin necesen adam var dedene deyecem gorsecek adam var ona 2 dene ko vermey lazlmdl vere bilrsen atan versin” mesajından, ümumiyyətlə də elan edilmiş digər mesajlardan xəbəri olmamışdır. Onun mobil telefonu bütün gün ərzində Surxayda olmamışdır. Ona göndərilmiş elan edilmiş məzmunlu mesajlar barəsində hüquq mühafizə orqanlarına məlumat verməmişdir. O, özü də narkotik vasitə istifadəçisi olduğuna görə ona göndərilmiş mesajlara sərt reaksiya verməmişdir. Məhkəmə-narkoloji ekspertizadan keçirilən zaman nə sorğu-sual etmişlər, nə də ki damarı tapmadıqları üçün qan nümunəsi götürmüşlər. Surxay mobil telefonu ona verərkən həmin mobil telefon format olunmamışdır. Prokurorluqda araşdırma aparılan zaman tutulduğu vaxtdan xeyli müddət keçdiyi və xəsarət izləri qalmadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməmişdir. Mobil telefonda olan fotoşəkillərdən məlumatı olmamış, lakin Rəna Əzimli onun anası olmuşdur. Qəbzlərdən görünən 5 manat məbləğində pulu bazarda paltar satışı ilə məşğul olan şəxs göndərmişdir. Sanksiyaya çıxarılmamışdan qabaq prokuror onu qəbul etmədiyi və ilk dəfə məhkum olunduğu üçün sanksiyaya çıxarılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmağı ilə bağlı heç nə deməmişdir. Əri Mirsadiq hazırda cəza çəkmə müəssisəsində cəza çəkməkdədir. Ona görə uşaqlarına hazırda qonşuları baxır. Atası və qardaşı məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması və satışı ilə məşğul olması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kənd ərazisində saxlamışlar. Sonuncuya qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması və satışı ilə məşğul olmasında şübhəli olmasını bildirib onlarla birlikdə Bərdə RPŞ-yə getməli olduğunu demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlara birlikdə Bərdə RPŞ-yə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla dövriyyəsi qadağan edilən əşyaları çıxarıb təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən heroinə bənzər kütlələr aşkar edilmişdir. Narkotik vasitənin ümumi çəkisi 4,66 qram olmuşdur. Aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması və satışı ilə məşğul olması barədə olmuşdur. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olmuş və sonuncu özü təqdim etdiyi bükümdə heroin olmasını demişdir. Onlarda əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuş, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun narkotik vasitə satdığı şəxslərin dairəsi barədə müsbət nəticə əldə olunmamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixi zor tətbiq edilməmiş, heç kim sonuncunun üzərinə narkotik vasitə qoymamışdır. O, Təqsirləndirilən şəxs təhqir etməmiş, sonuncu doğru danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və RPŞ-nin KTQ-nun ekspert-kriminalisti Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin QMQ-nin baş inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda iştirak etmiş və sonuncunun üzərindən digər predmetlərlə yanaşı narkotik vasitə aşkar edilmişdir. Xatırladığı qədəri ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən yumru formalı içərisində narkotik vasitə heroin olan sellofan büküm aşkar edilmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs başqa bir neçə xanımla bağlı şəxsi axtarışda iştirak etdiyi üçün aşkar edilmiş narkotik vasitə ilə bağlı şifahi sorğu-sual zamanı Röyanın nə deməsini xatırlamamışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış və orada o, Təqsirləndirilən şəxs, müdafiəçi və digər polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi 4 qramdan artıq olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona bədəni üzərində hər hansı bir xəsarətin olmasını deməmişdir. O, narkotik vasitənin Fariz adlı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmasını xatırlamamışdır. Səhv etmirsə Təqsirləndirilən şəxs sarıqları olmuş, bununla belə o, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olmasını görməmiş, ümumiyyətlə həmin ərəfədə saxlanılmış hər hansı xanımın polislər tərəfindən döyülməsini dediyini xatırlamamış, eləcə də o, təqsirləndirilən şəxsin başındakı bağı açıb ona xəsarət olmasını göstərməsini xatırlamamışdır. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, sadəcə sonuncunun üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əmisinin qonşusu kimi tanımışdır. Xəstəliyi ilə bağlı yaddaş zəifliyi olmuşdur. Təqsirləndirilən şəxs saxlanılandan sonra sonuncunun telefonunda aşkar edilmiş mesajla bağlı polisə çağırılıb dindirilmişdir. Həmin vaxt onun telefonu çayxanada qalmışdır. Ola bilsin ki, həmin vaxt başqa şəxs onun telefonundan Röyaya mesaj göndərmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs nə işlə məşğul olmasını bilməmişdir. Özü əvvəllər narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməyi ilə bağlı tanımamış, əmisigilin qonşusu kimi tanımışdır. Onun Röya ilə narkotik vasitə ilə bağlı danışığı olmamış, sonuncuya mesaj göndərməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Polis şöbəsində ifadə verərkən ona heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə onun məlumatı olmamış, sonuncu da ona narkotik vasitə satmamışdır. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 həmin ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ildir ara-bir narkotik istifadə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər əmisigilin evinə gedən zaman oradan tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. O, özü də Təqsirləndirilən şəxs bir-iki dəfə narkotik vasitə istəmiş, lakin Röya ona demiş ki, onu polis əməkdaşları göndərib, buna görə ona narkotik vasitə satmamışdır. Sonuncu həm marixuana, həm də “kokos” adlanan heroin satan olmuşdur. Lakin Röya ona narkotik vasitə satmamışdır. Ruslan onun qardaşı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, elan olunmuş ifadəsindəki adı keçən Ruslan onun qardaşı olmuşdur. +99***-***-**-** mobil nömrə ona məxsus olmuş, lakin nə o, nə də qardaşı Ruslan Təqsirləndirilən şəxs mesaj yazmamışdır. Həmin vaxt telefonu çayxanada qaldığı üçün ola bilsin mesajı başqa şəxs yazmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olan şəxs kimi tanımamış, yaddaş zəifliyindən əziyyət çəkdiyinə görə ola bilsin Təqsirləndirilən şəxs əvvəllər dərmanla bağlı maraqlanmışdır. O, ibtidai istintaq zamanı elan edilmiş məzmunda ifadə verməmişdir. İbtidai istintaq zamanı dindirilərkən otaqda özü və müstəntiqdən başqa heç kim olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imza ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasından məlumatı olsa da həmin əməliyyat tədbirində iştirak etməmiş, bununla bağlı təqsirləndirilən şəxsin dedikləri yalan olmuşdur. O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış və sonuncu səhv etmirsə 2023-cü ildə saxlanılmışdır. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş və sonuncuya hər hansı fiziki yaxud psixi təzyiq göstərməmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradağlı kəndində yaşamış, lakin o, sonuncunun yaşadığı evdə olmamışdır. Bərdə rayonu, Qaradağlı kəndi onun xidməti ərazisi olduğu üçün oraya tez-tez getmişdir. Təqsirləndirilən şəxs saxlanılan gün o, Bərdə rayonu, Qaradağlı kəndində digər əməliyyat tədbirinə olmuşdur. O, iştirak etdiyi əməliyyat tədbiri nəticəsində saxladığı şəxsi şöbəyə gətirdiyi zaman Təqsirləndirilən şəxs da şöbədə saxlanıldığını gördüyü üçün sonuncunun saxlanıldığı gün başqa əməliyyat tədbirində iştirak etdiyini və bunun Təqsirləndirilən şəxs saxlanılması ilə eyni gündə olduğunu xatırlamışdır. Daimi istifadəsində olan və Röyanın saxlanıldığı vaxt da istifadə etdiyi mobil nömrə +99***-***-**-** olmuşdur. O, uzun müddət Bərdə rayonun NMQ-nin rəisi vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs ailəsini tanıdığı üçün nəinki sonuncunun, həmçinin atasının və qardaşı Ziyanın da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını, bununla bağlı məhkum olunduqlarını bildiyi üçün Təqsirləndirilən şəxs baxıb səhhətinin yaxşılaşdığını demişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman o, orada olmadığı üçün X31 evində sonuncunu vurub-vurmaması barədə heç nə deyə bilməmiş, onun Röya ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs qulaq seyvanında olmuş xəsarətdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2023-cü il tarixdə o, Bərdə rayonu, Qaradağlı kəndi ərazisində X19 barəsində keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Həmin tədbirdə o və Nemət adlı polis əməkdaşı iştirak etmişdir. X47 CM-in 234.1-ci maddəsi ilə sənədləşdirmişlər və sonuncunun işinə Bərdə rayon məhkəməsində baxılmışdır. O, Təqsirləndirilən şəxs qardaşı Ziya barəsində keçirilmiş əməliyyat tədbirində də iştirak etmiş, lakin həmin tədbir uğursuz olmuşdur. Təqsirləndirilən şəxs qardaşı barəsində keçirilmiş əməliyyat tədbiri Röyanın özünün saxlanılmasından xeyli vaxt əvvəl baş vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/232 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut.. ” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 4,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 4,367 qr., tədqiqata cəmi sərf edildi - 0,05 qr., qalıq - 4,317 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 871 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 894 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından təqdim olunmuş 1488/2023/303 nömrəli məhkumun tibbi kitabçasına əsasən təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs sol qulaq nahiyəsində qançır müəyyən edilmişdir. Bu xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, tibbi sənəddə təsvir olunan morfoloji əlamətlərinə görə qançırın əmələ gəlmə müddəti təcridxanaya daxil olduğu vaxta nəzərən 1 – 1,5 gündür (müayinə olunanın göstərdiyi tarixə uyğun gəlmir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 17:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Qeyd edilən sellofana baxış zamanı içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 4,66 qram olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və 1 (bir) ədəd boz rəngli 1 ədəd “Realme” markalı mobil telefon aşkar edilmişdir. 1 ədəd şəffaf sellofan və 1 ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümü xx.xx.2023-cü il tarixdə tutulmamışdan əvvəl Bərdə rayonu, Qaradağlı kənd ərazisində küçədən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını, başqa yerlərdə narkotik vasitə gizlətmədiyini, narkotik vasitə qəbul etməsini heç kimin bilmədiyini, xəlvət qəbul etdiyini, saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Realme” markalı mobil telefona baxış zamanı qalereya bölməsində elektron tərəzinin üzərində 86,84 qram çəkidə narkotik vasitə heroinə oxşar maddənin fotoşəkili, 88,62 qram narkotik vasitə heroinə oxşar maddənin fotoşəkili, Methadone 40 həblərinin 5 bağlamada üzəri bağlanmış vəziyyətdə fotoşəkili, 50 ədəd hər birinin içərisində 10 dənə olan Methadone 40 həblərinin masanın üzərinə qoyulmuş vəziyyətdə fotoşəkili, narkotik vasitə olan marixuanaya bənzər bitkinin fotoşəkili, 246,25 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər bitkinin sellofanın içərisində xx.xx.2023-cü il tarixdə saat 20:22 dəqiqədə çəkilmiş fotoşəkili, elektron tərəzinin üzərində 1 ədəd sellofanın içərisində 11,20 qram çəkidə narkotik vasitə olan heroinə oxşar kütlənin bağlanmış vəziyyətdə fotoşəkili, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Murad Marketdən eManat terminalı vasitəsinə Kapital Bankın 676867*****0995 kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 300 manat göndərilməsinə dair qəbzin fotoşəkili, Leobanka məxsus 4098 5844 7802 1601 nömrəli kartın fotoşəkili, ekranında **********9373318 nömrə yazılmış Nokia markalı mobil telefonun fotoşəkili, Leobanka məxsus 4098 5844 6206 0623 nömrəli kartın fotoşəkili, Kapital Banka məxsus üzərində “6768 6771 7948 0995, 03/25 MRS AZİMOVA RANA” hərf və rəqəmlər yazılmış kartın 5 ədəd fotoşəkilləri, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən Qarabağ Marketdən eManat terminalı vasitəsinə Kapital Bankın 416973*****2825 kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 8 manat göndərilməsinə dair qəbzin fotoşəkili, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən Qarabağ Marketdən eManat terminalı vasitəsinə Kapital Bankın 416973*****1976 kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 5 manat göndərilməsinə dair qəbzin fotoşəkili, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən Qarabağ Marketdən eManat terminalı vasitəsinə Kapital Bankın 416973*****1976 kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 5 manat göndərilməsinə dair qəbzin fotoşəkili aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin fotoşəkillərdən məlumatının olmadığını, Kapital Banka məxsus 6768 6771 7948 0995 nömrəli kartın analığına məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlara baxış zamanı xx.xx.2022-ci il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Ay ata men ölüm dur gorek qonaqim var sen rufanin canına dur gorek day” məzmunda, +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Dostum menim veziyetim cox pisdi tirkat eleyirem nolar cox pisdi veziyetim” məzmunda, xx.xx.2022-ci il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***- **-** mobil nömrəyə “Ata alinmirsa taksiynenem gedim men poxu aç söz dede adama” məzmunda, xx.xx.2022-ci il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**- ** mobil nömrəyə “Neyliyim bir soz de mene veziyet pisdi” məzmunda, xx.xx.2022-ci il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Sabah gelim neciye olacaq deqiq dise sabah gelim” məzmunda, xx.xx.2022-ci il tarixdə +99***-***-**- ** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Çoxsağol hərşeyəgörə pul azoıdafa çoxhesabelə məməm şahinin daysıoğlu” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***- ***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Axşamın xeyirli olsun 25 manatım var kartın varsa pramoy atım gərək gedəm umvermağın qabağına pulu çıxardım yarım sot torpağ ancağ daş isdəmirəm eləbil qonağınam başqa adam tanımıram bugünlükdə yolaver bakıda olanda mən qulluğundayam şahinin dayısı oğluyam pramida” məzmunda, “Dünən pis gündəydim pul qalmışdı kartda səndə xəcalət verdin ikisində gözdəmirdim elə elətdir ki yarını düz eləsinki sabah axşam çıxacam bakıya çatsın sən allah üzürlüsay” məzmunda, “Lüboy kart olsun əyər yoxdusa ovaxdakimi gedib çıxardım pulu gəlim” məzmunda, “Qurbansənə saatın fərqi yoxdu başqa kimsə yoxdu ağız açım ümüdüm sənədi hansına əlin çatsa de ölürəm” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***- **-** mobil nömrəyə “Gozelin necesen adam var dedene deyecem gorsecek adam var ona 2 dene ko vermey lazlmdl vere bilrsen atan versin” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Dayi qizi xais edirem mene birdene yari duz qos elede qadan alaram ureyim partdyir deli olmusam tekem” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**- ** mobil nömrəyə “Roya Salam, menem Ruslan, roya 25m Varimdi, nese Var? X62 De, yari Goturende O X48 Goturem, mene X61, veziyyetim Pisdir” məzmunda, +99***-***- **-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Roya Salam, axsam Aysuna 3 manat Bosdu Qaldim, indi X32 Elavede 25 manata X37, cemisi 28 manat Var, biraz X63” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Röya vüqardı kola lazım olsa de amma özün bil kimsə bilsə heç vəziyyət pisdi suka coxdu” məzmunda, xx.xx.2023-cü il tarixdə +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Dayi qizi nolar seherde gezirem Sevglimle bize yari das dvz qos elede xais AYNUR tincxib agriyir” məzmunda, +99***-***-**-** mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Roya Salam, 45 manat X60 Bilirsen?” məzmunda mesajlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bərdə rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsində, üzərində saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsində, üzərində saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da Bərdə rayonu, Qaradağlı kəndində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbəni, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə narkotik vasitə və ya psixotrop maddə alması müəyyən edilməmişdir. X39, X26, X27, Şahid5, X16, X13, X28, X4 və X29 adlı şəxslərin, həmçinin +99***-***-**-**, +99***-***-**-**, +994***-***-**-**, +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrin sahiblərinin şəxsiyyətini və həmin şəxslərin qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində və poliklinikanın narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11425421, 11425429, 11425432 və 11093819 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı dörd azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X8 ibtidai istintaq orqanına təqdim etdiyi qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il təvəllüdlü Dəniz Sadıqova və 2016-cı il təvəllüdlü Zəri Sadıqova onun evində qalırlar, lakin 2012-ci il təvəllüdlü Tacəddin Sadıqov və 2017-ci il təvəllüdlü Mələk Sadıqova adlı övladları Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayan qayınanası ilə birlikdə qalırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Güloğlular kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradağlı kənində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 01 (bir) ədəd “Realme” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutları saxlanma otağına təhvil verilmiş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bərdə RPŞ-nin MSY-nə yerləşdirilən zaman tibbi müayinədən keçirilmiş və həmin vaxtı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin MSY-nin rəisi Dərgah Qədimalıyevin RPŞ-nin QMQ-nin baş inspektoru Şahid4 iştirakı ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MSY-də üzərinə baxış zamanı Təqsirləndirilən şəxs hər iki ayağında köhnədən olmuş yaralar aşkar olunmuş və Təqsirləndirilən şəxs deməsinə görə həmin yaralar narkomaniya xəstəliyi ilə bağlı əmələ gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu”, həmçinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətlərindən görünür ki, şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına köçürüldüyü xx.xx.2023-cü il tarixədək RPŞ-nin MSY-də olan dövr ərzində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin olması barədə MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabında qeydiyyat aşkar edilməmiş, eləcə də qeyd edilən müddət ərzində Təqsirləndirilən şəxs yıxılaraq xəsarət alması və ya özü-özünə xəsarət yetirməsi faktları qeydə alınmamış və bu barədə Bərdə rayon prokurorluğuna məlumat verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun sol qulaq seyvanında göy-bənövşəyi rəngdə qançır aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorunun köməkçisi X30 tərəfindən 62 C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, tibbi müayinədən keçirilərkən Təqsirləndirilən şəxs sol qulaq seyvanında xəsarət aşkar edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Milli Onkologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Uşaqlığın trofiblastik xəstəliyi. Beçəxor” diaqnozu qoyulmuş və sonuncu bununla bağlı cərrahi əməliyyat olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Müalicə Müəssisəsinə göndərilmiş, xəstəyə “Xroniki virus hepatiti C, subklinik forma və erkən klimaks” diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polislərin onu Bərdə rayonu, Qaradağlı kəndi ərazisində küçədə deyil, məhz həmin kənddə yaşadığı evə daxil olaraq tutduqlarını, onu iş materiallarında adı keçən polislərin deyil, X33 və X5 tutduqlarını, İdris Əhmədlinin ona sillə vurduğunu, nəticədə yıxılaraq baş nahiyəsinin çarpayının kənarına dəydiyini və sol qulağının qanadığını, saxlanılan zaman üzərində narkotik vasitə heroin olmadığını, sadəcə 1 ədəd tam, 1 ədəd isə ¼ hissə metadon həbin olduğunu, narkotik vasitə heroini onun üzərinə İdris Əhmədlinin qoyduğunu, polis şöbəsində sonuncunun onu ayağından asaraq ona işgəncə verdiyini və ayaqlarının altından dəyənəklə vurduğunu, X9 onunla birlikdə saxlanıldığını, sonuncunun sərbəst buraxılmasından ötrü polislərlə razılaşaraq üzərinə qoyulmuş narkotik vasitə heroini videoçəkiliş zamanı özünə məxsus olduğunu etiraf etdiyini və bununla bağlı etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, eyni zamanda şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə tutulmamışdan əvvəl Bərdə rayonu, Qaradağlı kənd ərazisində küçədən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını, başqa yerlərdə narkotik vasitə gizlətmədiyini, narkotik vasitə qəbul etməsini heç kimin bilmədiyini, xəlvət qəbul etdiyini, saxlanılaraq Bərdə RPŞ-yə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmadığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şəxsdən şikayət və tələbinin olmadığını göstərmişdir. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmasını, eləcə də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suala cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi izahatla ifadələrinin sonunda əlyazma ilə olan yazıları özünün yazdığını və imzaların özünə məxsus olduğunu təsdiq etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana baxış zamanı içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 4,66 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə kokos, yəni heroinə bənzər maddə olan bükümü xx.xx.2023-cü il tarixdə tutulmamışdan əvvəl Bərdə rayonu, Qaradağlı kənd ərazisində küçədən tapdığını, onkoloji xəstə olduğuna görə özünün istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, başqa yerlərdə narkotik vasitə gizlətmədiyini, narkotik vasitə qəbul etməsini heç kimin bilmədiyini, xəlvət qəbul etdiyini, saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də əynində olan paltarların üzərində qanabənzər ləkələrin olması (iddia etdiyi kimi sol qulağının qanaması nəticəsində) öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün özünə məxsus olduğunu, həmin bükümü tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. O cümlədən məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən Təqsirləndirilən şəxs hüquqlarını müqavilə əsasında müdafiə edən müdafiəçisi X18 iştirakı ilə xx.xx.2023cü il tarixdə, təkrar isə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bir daha etiraf edərək şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu və həmin büküm tutulmamışdan qabaq tapdığını, eyni zamanda saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs tərəfindən imzalanmasa da, müqavilə əsasında müdafiəçisi tərəfindən protokollara heç bir qeyd daxil edilmədən imzalanmışdır. Hüquqlarını müqavilə əsasında müdafiə edən müdafiəçisi Xanım İsayeva ilə bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin vəkillə qohumlarının ibtidai istintaq zamanı sonradan müqavilə bağladığını, lakin konkret olaraq hansı qohumun müqavilə bağladığını bilmədiyini göstərmişdir. Sözügedən ifadələrlə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs tərəfindən imzalanmasa belə, onun özünün də dediyi kimi qohumları ilə müqavilə bağlamış müdafiəçisi Xanım İsayeva tərəfindən dindirmə protokollarına Təqsirləndirilən şəxs hər hansı fiziki zorakılığa məruz qalması, eyni zamanda sonuncunun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulması barədə qeyd daxil edilməmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Bəhruz Zamanov ifadələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradağlı kəndi ərazisində saxlanıldğını, saxlanılarkən və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunun üzərinə narkotik vasitə qoymadığını, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu və yerdən tapdığını etiraf etdiyini, sonuncu ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində polis əməkdaşları İdris Əhmədli ilə Bəhruz Zamanovun iştirak etmədiklərini göstərmişlər. Hətta iş üzrə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 ifadəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət görmədiyini, sonuncunun da bədəni üzərində xəsarətin olmasını ona demədiyini, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitəni isə Təqsirləndirilən şəxs tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişdir. Eləcə də həbs qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ona elan olunmuş ittihama münasibət bildirərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətinin olmadığını, narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə edib saxladığını və onkoloji xəstə olduğunu göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında da polislər tərəfindən qanunsuzluğa məruz qaldığını bildirməmişdir. Eyni zamanda məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq 2 ildir narkotik vasitə heroindən vena daxilinə vurmaqla istifadə etdiyini, aşkar edilən narkotik vasitəni də tapdığını göstərmişdir. Həmçinin iş materiallarında olan Bərdə RPŞ-nin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-yə yerləşdirilən zaman tibbi müayinədən keçirilmiş və həmin vaxtı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. O cümlədən iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində iddia etdiyi kimi, yəni tutulan günə uyğun döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Habelə iş materiallarında olan 2 saylı istintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs bilək və ayaqlar nahiyələrində xəsarətin aşkar edilməsi də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu döydüyünü, şöbədə olarkən əlləri qandallı vəziyyətdə ayağından lomla başıaşağı asıb ayağından dəyənəklə vurduqlarını göstərməsinə baxmayaraq, nə məhkəmə-tibbi ekspertizasının rəyində, nə polis şöbəsindən, nə də ki istintaq təcridxanasından daxil olmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs bilək nahiyəsində, yəni asılma zamanı bədən çəkisinin təsiri nəticəsində əmələ gəlməyə xarakterik, eləcə də ayaqlarının altında dəyənəklə vurma nəticəsində əmələ gəlməyə xarakterin xəsarətlərin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, ibtidai istintaqın əvvəlində hüquqlarının dövlət hesabına təyin edilmiş müdafiəçi, daha sonra isə hüquqlarının müqavilə əsasında dəvət edilmiş müdafiəçi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ibtidai istintaq materiallarında nə Təqsirləndirilən şəxs, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs sol qulaq seyvanında xəsarətin aşkar edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından daxil olmuş müraciət əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmış, həm İdris Əhmədlinin, həm də Bəhruz Zamanovun izahatları alınmış və araşdırma yekununda hər iki şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmələri faktı öz təsdiqini tapmadığından və məlumatda cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, ibtidai istintaq materiallarında nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Xanım İsayevanın bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Bundan başqa, Röya X1 onunla birlikdə saxlanıldığını, sonuncunun sərbəst buraxılmasından ötrü polislərlə razılaşaraq üzərinə qoyulmuş narkotik vasitə heroini videoçəkiliş zamanı özünə məxsus olduğunu etiraf etdiyini və bununla bağlı etirafedici ifadələr verdiyini göstərsə də Bərdə RPŞ-dən daxil olmuş MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabındaki qeydlərə əsasən Surxay Hacıyev xx.xx.2023-cü il tarixdə saat 18:35-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və sonuncu həmin gün saxlanıldığı MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Surxay Hacıyev iki gün şübhəli şəxs qismində tutulmuş, hətta ibtidai istintaq orqanı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət və təqdimatla müraciət etmişdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Surxay Hacıyevi buraxmaları qarşılığında polislər tərəfindən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etməyə razılaşdığını göstərmişdir. Bu hal isə Təqsirləndirilən şəxs Surxay Hacıyevlə bağlı göstərdiyi xüsusatın təkzib olunduğunu təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs saxlanılan günü fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, fiziki və psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Bərdə rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, işin faktiki hallarında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:10-da təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə onun barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəllənin 157.3-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir). Bununla belə, iş materiallarında olan Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən “MSY-də saxlanılan şəxslərin uçotu” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, həmin gündən hesabladıqda Təqsirləndirilən şəxs 24 saatdan artıq MSY-də saxlanılaraq yalnız xx.xx.2023-cü il tarixdə saat 11:00-da 2 saylı istintaq təcridxanasına etap olunmuşdur. Halbuki ibtidai istintaq materiallarında xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixədək hər hansı bir istintaq hərəkəti keçirilməmişdir. Ümumiyyətlə də nəyinki xx.xx.2023-cü il tarixədək, hətta xx.xx.2023-cü il tarixədək iş üzrə hər hansı bir istintaq hərəkəti aparılmamışır. Bu hal isə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-də 24 saatdan artıq saxlanılmasına zərurətin olmadığına dəlalət edir. Buna baxmayaraq, iş materiallarında ibtidai istintaqı aparmış Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs MSY-də 24 saatdan artıq saxlanılmasının qarşısının alınması üçün hər hansı bir tədbir görməsi müəyyən edilmir. Ona görə də məhkəməyədək icraat üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulmasına yol verildiyi üçün məhkəmə tərkibi hesab edir ki, xüsusi qərar çıxarılmalı və 18-20 fevral 2023-cü il tarixlərdə Bərdə RPŞ-nin MSY-nin rəisi olmuş polis leytenantı, X7, eləcə də RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X6 barəsində müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının daxili işlər nazirinə məlumat verilməlidir. Bundan başqa, Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bərdə RPŞnin MSY-nə yerləşdirilən zaman tibbi müayinədən keçirilmiş və həmin vaxtı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun sol qulaq seyvanında göy-bənövşəyi rəngdə qançır aşkar edilmişdir. Qeyd edilən halın araşdırılması zamanı məhkəmə tərəfindən Bərdə RPŞ-yə sorğu verilmiş və sorğuya cavab məktubunda xx.xx.2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasına köçürüldüyü xx.xx.2023-cü il tarixədək RPŞ-nin MSY-də olan dövr ərzində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin olması barədə MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabında qeydiyyatın aşkar edilmədiyi, eləcə də qeyd edilən müddət ərzində Təqsirləndirilən şəxs yıxılaraq xəsarət alması və ya özü-özünə xəsarət yetirməsi faktlarının qeydə alınmadığı göstərilmişdir. Buna baxmayaraq, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 894 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından təqdim olunmuş 1488/2023/303 nömrəli məhkumun tibbi kitabçasına əsasən təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs sol qulaq nahiyəsində qançır müəyyən edilmişdir. Bu xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, tibbi sənəddə təsvir olunan morfoloji əlamətlərinə görə qançırın əmələ gəlmə müddəti təcridxanaya daxil olduğu vaxta nəzərən 1 - 1,5 gündür (müayinə olunanın göstərdiyi tarixə uyğun gəlmir). Göründüyü kimi, ibtidai istintaq orqanı MSY-də saxlanıldığı müddət ərzində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olmasını inkar etsə də, təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən onun sol qulaq seyvanında sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qançır aşkar edilmişdir. İş materiallarında olan Bərdə RPŞ-dən daxil olmuş məktubda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da 2 saylı istintaq təcridxanasına etap olunması, 2 saylı istintaq təcridxanasından daxil olmuş məktubda isə sonuncunun həmin gün saat 15:45-də təcridxanaya daxil olması göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət onun xx.xx.2023-cü il tarixdə saat 15:45-də istintaq təcridxanasına daxil olmasına nəzərən təqsirləndirilən şəxsin xeyrinə olan müddət əsas götürüldükdə, yəni 1,5 gün (36 saat) əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 03:45-də əmələ gəlməyə uyğun gəlir. Qeyd edilən müddət ərzində də Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-də saxlanılırdı. Cinayət-Prosessual Məcəllənin 207.6-cı maddəsinə əsasən, bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Odur ki, 18-20 fevral 2023-cü il tarixlərdə Bərdə RPŞ-nin MSY-də saxlanılan zaman Təqsirləndirilən şəxs bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol qulaq nahiyəsində qançırın əmələ gəlməsi faktı ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinə məlumat verilməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/232 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 4,367 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, yəni xeyli miqdarın yuxarı həddindən 2,5 dəfədən çox olması, həmçinin istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair fotoşəkillərin aşkar edilməsi, eyni zamanda istifadəsində olan mobil nömrəsinə dair mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə heroini ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində dörd azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən haın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə tərkibi hesab edir ki, onkoloji xəstəlikdən əziyyət çəkən Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda himayəsində olan dörd azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala bilər, habelə ailəsinin rifahına, azyaşlı uşaqlarının tərbiyəsinə və həyat şəraitinə təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona görə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsini himayəsində olan ən balaca, yəni xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladı X12 on dörd yaşına çatanadək təxirə salınmasını qanuni və əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 93 (doxsan üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 558 (beş yüz əlli səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında dərhal həbsdən azad olunmalı və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli, 871 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladı X12 on dörd yaşına çatanadək, yəni xx.xx.2031-ci il tarixədək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 558 (beş yüz əlli səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-36/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-36/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver