Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-360/2023 28.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri V.Xuluflu küçəsi, 1-ci döngə, ev 81A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən Dubay bazarı adlanan yerin yaxınlığında olan Avto dayanacağın kənarında ona 10 manat borcu səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı təyinatı istintaqa məlum olmayan kəsici-deşici alətlə sonuncunun döş qəfəsinin sağ tərəfinə bir dəfə zərbə vuraraqdöş qəfəsinin sağyarısının arxa səthinin daxilə keçən hemopnevmotoraksla müşayət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yuxarıda qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, O, ustalıqla məşğul olub ailəsini dolandırır. X3 2 ay olar ki, tanıyır, həmin şəxslə düşmənçiliyi və ya ədavəti olmayıbdır. 12 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Ülviyə Whatsapp ani mesajlaşma vasitəsilə mesaj yazaraq soruşmuşdur ki, “mənə 10 manat borcunu qaytaracaqsan?” O isə mesajını oxuyub ona cavab verməmişdir. Həmin gün təxminən saat 21 radələrində, əvvəllər Ülvi ilə bir dəfə narkotik istifadə etdiyi üçün Ülvi ona zəng vuraraq bildirmişdir ki, “mənə qurudulmuş marixuana tapabilərsən?” O, 10 manat pulunu geri almaq üçün onu qurudulmuş marixuana almaq adı ilə aldadaraq ondan 10 manat kartına atmağını istəmişdir. O isə ona məxsus məxsus LEO bank kartına 10 manat pul köçürtmüşdür. Ülvi ona məxsus karta 10 manat pul köçürtdükdən sonra ona Whatsapp ani mesajlaşma vasitəsilə mesaj yazmışdır ki, “sənin mənə olan borcuna bu 10 manatı çıxıram”. Həmin gün təxminən gecə 23 radələrində Ülvi ona zəng vuraraq “gəl səninlə Dubay bazarına gedən yolda yerləşən avtodayanacağın yanında görüşək” demişdir. Onda hiss etmişdir ki bu tək deyil və niyyəti başqadır. Buna görə də evdən mətbəx bıçağı götürərək evdən çıxıb onunla deyilən yerdə gecə saat 24 radələrində görüşmüşlər və aralarında dava-dalaş baş vermişdir. Ülvi onun yaxasından tutub sifətinə iki dəfə şillə vurmuş və o yerə yıxılmışdır. Həmin vaxt onunla bir yerdə gələn tanımadığı şəxs onun üzərinə bıçaq çəkərək ona bildirmişdir ki, “sənin qulağını kəsərəm”. Həmin şəxs onun üzərinə bıçaqla gələndə dərhal üzərində olan mətbəx bıçaqı ilə Ülvinin bel nahiyyəsindən 1 dəfə zərbə endirmişdir. Ülvini bıçaqla vurduqdan sonra onun yaxasından əlini çəkmiş və əlini belinə tutaraq dostuna bildirmişdir ki, “belim ağrıyır”. Dostu əlindəki bıçağı yığışdıraraq ona kömək edərək xəstəxanaya aparmışdır. O, isə həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Sonra səhəri gün 2-ci Polis Şöbəsinə gedərək cinayət törətdiyini bildirərək təslim olmuşdur. Hadisə Dubay bazarına gedən yolda yerləşən avtodayanacağın yanında baş verib, həmin vaxt Ülvinin yanında onunla gələn dostu olub onlardan başqa heç kim olmayıb başqa orada digər şəxslər olmamışdır. Ülvinin əvvələr ona 10 manat borcu olduğu üçün onda olan 10 manat pulunu geri almaq üçün qurudulmuş marixuana almaq adı ilə onu aldadaraq ondan 10 manat kartına atmağını istəmişdir. Hadisə bu səbəbdən baş vermişdir. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, hər hansısa bir xəsarət almamışdır. Həmin bıçağı hadisədən sonra Gəncə çayına tulladığı üçün istintaqa təqdim edə bilmir. Hadisə baş verən vaxt Zərərçəkmiş şəxs onun yaxasından tutan vaxtı onunla gələn adını bilmədiyi dostu bıçaq açaraq onu hədələyərək onun qulağını kəsəcəyini deyib üzərinə gələndə o, bıçaqla vurmağından ehtiyatlanaraq özü ilə gətirdiyi mətbəx bıçağını onu tutan Ülvinin kürək nahiyyəsinə 1 dəfə zərbə endirmiş və hadisə yerindən uzaqlaşmışdır. Bütün bunlara baxmayaraq hadisədən sonra Zərərçəkmiş şəxs oğlu ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, taksiliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs 4 ay olar ki, tanıyır, həmin şəxslə düşmənçiliyi və ya ədavəti olmamışdır.10 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində O, Yadigara zəng vurmuşdur ki, “mənə 30 manat dəyərində bir çet “patı” yəni metafetamin tapa bilərsənmi?” Yadigar isə ona bildirmişdir ki, “10 manat dəyərində “patı” yəni metafetamin tapa bilərəm”. O, isə metafetamin almaq üçün onun LEO bank kartına 10 manat pul köçürtmüşdür. Lakin bir müddətdən sonra zəng vuraraq soruşmaq istəmişdir ki, ona verəcəyi metafetamin bəs noldu ancaq ona məxsus mobil telefonuna gecə saat 3-ə qədər zəng çatmamışdır. 12 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Yadigara zəng vuraraq soruşmuşdur ki, əgər metafetamini almaq alınmırsa göndərdiyi 10 manat pulu geri qaytarsın. Yadigar isə ona cavab olaraq bildirmişdir ki, göndərəcək. Danışığlarından 15 dəqiqə sonra Yadigar ona yenidən zəng vuraraq harda olduğunu soruşmuşdur. O isə cavab olaraq bildirmişdir ki, evdədir özü əlaqə saxlayacaq. Danışığlarından 30 dəqiqə sonra O, evdən çıxaraq Yadigara zəng vurmuşdur ki, “haradasan yerini de ora gəlirəm”. Yadigar isə ona cavab olaraq bildirmişdir ki, “nə mızıldanırsan “ə” biraz bərk danış de görüm hardasan gəl Dubay bazarına gedən yolda yerləşən avto dayanacağınyanına səni gözləyirəm”. O, Ramin adlı dotunun kartı vasitəsi ilə Yadigara 10 manat pul atdığı üçün dostu Raminə zəng vuraraq soruşmuşdur ki, “sənin kartına Yadigar 10 manat yükləyibdirmi?” Ramin isə cavab olaraq bildirmişdir ki, “xeyir mənə məxsus karta hər hansısa bir məbləğdə pul köçmüyüb”. O, Raminə demişdir ki, “gedirəm Yadigarla görüşməyə”. Ramin isə ona bildirdi ki, “gözdə birlikdə gedək”. O, Ş.İ.Xətai prospektində yolun kənarına çıxmışdır. Ramin isə taksi ilə gəlib onu götürərək deyilən yerə getmişdirlər. O, Yadigarla Dubay bazarına gedən yolda yerləşən avtodayanacağın yanında görüşəndə Yadigara bildirmişdir ki,“ə kimə deyirdin” Yadigar isə onu söyünclə təhqir etdiyi üçün O, üz nahiyyəsindən iki dəfə sillə ilə vurduğu üçün yerə yıxılmışdır. Həmin vaxtı onunla gələn Ramin adlı dostu onları aralamışdır. O, üzünü çevirərək yol tərəfə gedəndə Yadigar özü ilə gətirdiyi mətbəx bıçağı ilə onun kürək nahiyyəsindən 1 dəfə vurmuşdur. Ramin Yadigara qışqararaq səslənmişdir ki, “gəl kömək et aparaq xəstəxanaya”. Yadigar ona təzdən yaxınlaşaraq yarasına baxmaq adı ilə ona məxsus Samsung A70 markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşmışdır. Ramin adlı dostu Təcili tibbi yardıma zəng vuraraq onu Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparmışdır. Hadisə Dubay bazarına gedən yolda yerləşən avtodayanacağın yanında baş verib, həmin vaxt onun yanında onunla gələn dostu Ramin olub onlardan başqa heç kim olmayıb başqa orada digər şəxslər olmamışdır. Yadigarın kartına “patı” yəni metafetamin almaq üçün 10 manat pul atdığını, lakin Yadigar dediyi sözə əməl etməyib, hətda onu söyərək təhqir etdiyi üçün aralarında dava-dalaş baş vermişdir. Baş vermiş hadisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə vaxtı Yadigar ona özü ilə evdən gətirdiyi mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Həmin bıçağı hadisədən sonra əlində apararaq Gəncə çayına tərəf getdiyini görmüşdür. Raminin Yadigarın üstünü bıçaq çıxarmağını görməmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə düşmənçiliyi və ya ədavəti olmamışdır. Dostu Zərərçəkmiş şəxs ona 10 manat borcu olduğu üçün 12 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq bildirmişdir ki, özünə məxsus katın şəklini ona Whatsapp vasitəsi ilə atsın ona olan borcunu qaytarsın. O da özünə məxsus 4098 0944 2109 4853 olan Ünibank kartının şəklini Zərərçəkmiş şəxs göndərmişdir. Bundan 2 saat sonra Ülvi ona zəng vuraraq soruşmuşdur ki, “sənin kartına 10 manat yüklənibmi?” O, isə bildirmişdir ki, “yox mənim kartıma 10 manat pul yüklənməyib”. Bundan sonra soruşmuşdur ki, “bəs mənə olan borcunu nə vaxt qaytaracaqsan”. Ona bildirmişdir ki, “alacağım var gəl bir yerdə gedək alım sənə olan borcumu qaytarım”. O, yaşadığı ünvandan taksi sifariş verərək dostu Zərərçəkmiş şəxs Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində yolun qırağından götürərək Gəncə şəhəri Dubay Bazarı adlanan yerə gedən yolun solunda yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulmuş dayanacağın qarşısına getmişlər. Onlar ora çatanda Zərərçəkmiş şəxs sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs zəng vuraraq harda olduğunu soruşduqda həmin zaman dayanacağın yan tərəfindən yola tərəf çıxmışdır. Təqsirləndirilən şəxs onunla salamlaşdıqdan sonra Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüşdür. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, “ə kimə deyirdin” Yadigar isə Zərərçəkmiş şəxs söyüşlə təhqir etdiyi üçün Zərərçəkmiş şəxs onun üz nahiyyəsindən 2 dəfə sillə ilə vurmuş o, yerə yıxılmışdır. Həmin vaxtı onları aralamışdır. Bu zaman Təqsirləndirilən şəxs özü ilə gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurmaq istəmişdir. O Yadigarın qarşısına çıxaraq Zərərçəkmiş şəxs bıçaqla vurmasının qarşısını almışdır. Zərərçəkmiş şəxs yerdən daş götürərək Təqsirləndirilən şəxs tərəf atmış lakin daşın Təqsirləndirilən şəxs dəyməsini görməmişdir. Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə bıçaqla gəlmişdir. O, yenidən onları aralaşdırmışdır. O, Təqsirləndirilən şəxs aralamaq məqsədi ilə Gəncə çayı istiqamətinə aparan zaman Zərərçəkmiş şəxs qışqıraraq onun səsləmişdir ki, “ölürəm gəl köməyə”. O, dərhal qaçaraq Zərərçəkmiş şəxs yanına gəlib soruşmuşdur ki, “nə olubdur sənə?” Ülvi isə bildirmişdir ki, “belimdə istilik var və ağrıdan tərpənə bilmirəm”. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu soruşduqda ona bildirmişdir ki, “bəli vurmuşam hələ ona o da azdır” ifadəsini işlətmişdir. O, dərhal Zərərçəkmiş şəxs üzərində olan gödəkçəni alt hissəsinə baxanda görmüşdür ki kürək nahiyyəsindən qan axır. O, Təqsirləndirilən şəxs qışqıraraq bildirmişdir ki, kömək et Zərərçəkmiş şəxs xəstəxanaya çatdırsınlar. Bundan sonra Yadigar ilə birlikdə Zərərçəkmiş şəxs yola tərəf çıxartmışdır ki, Zərərçəkmiş şəxs hər hansısa bir maşınla tez xəstəxanaya çatdırsın. Lakin gecə saatları olduğu üçün maşın tapa bilmədiyinə görə 103 zəng xidmətinə zəng vuraraq təcili tibbi yardım maşını ilə Gəncə şəhər Abbas Səhhət xəstəxanasına aparmışdır. Hadisə Gəncə şəhəri Dubay Bazarı adlanan yerə gedən yolun solunda yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulmuş dayanacağın yanında baş vermiş, həmin vaxt o,Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuş, onlardan başqa heç kim olmamışdır. Baş vermiş hadisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özü ilə evdən gətirdiyi mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Həmin bıçağı hadisədən sonra əlində apararaq Gəncə çayına tərəf getdiyini görmüşlər. O, Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansısa bir telefon götürdüyünü görməmişdir. Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, onun üzərinə bıçaq çıxararaq qulağını kəsəcəyi ilə hədələmədiyini bildirmişdir. O, hadisə vaxtı yalnız Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş vermiş dava dalaşın qarşısını almağa çalışmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən Dubay bazarı adlanan yerin yaxınlığında olan Avto dayanacağın kənarıdır. Hadisə yerinə baxış keçirilən zamanı hadisə yerindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Əşyaya (paltara) baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qış gödəkçəsi, 1 ədəd qara rəngli köynək və 1 ədəd boz rəngli mayka baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2040 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2078 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə keçən hemopnevmotoraksla müşayət olunan deşilmiş-kəsilmiş yarası- kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri nəticəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixdı uyğun gəlir və həyat üçün təhlükəli olan şağlamlığa ağır zərər vurmaya aid edilir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 40 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür. Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər.Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçənin üzərində qan aşkar olunmadı. Məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/145 saylı rəyindən görünür ki,tədqiqiata olunan gödəkçənin, poluverin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 79 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə yerini əhatə edən müşahidə müşahidə kameralarının olub-olmamasını, hadisənin şahidi olmuş xx.xx.1986-cı il təvəllüdlü Şahid ifadəsinin alınması üçün istintaqa təqdim edilməsi, baş vermiş hadisə zamanı orada başqa şəxslərin olub-olmaması müəyyən edilməsi, hadisəni görə biləcək orada yaşayan, işləyən şəxslərin və hadisənin şahidi olmuş digər şəxslərin əhatə dairəsinin müəyyənləşdirib dindirilmələri üçün istintaqa cəlb edilməsi, baş vermiş hadisənin birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozub-pozmaması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olub-olmaması müəyyən edilməsi, hadisə zamanı ictimai qaydanın kobud formada pozulub-pozulmaması, ora kənar şəxslərin toplaşıb-toplaşmaması müəyyən edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq aşkar edilərək istintaqa təqdim edilməsi, həmin hadisənin hansı səbəbdən, hansı şəraitdə baş verməsi və hadisənin mexanizmi müəyyən edilməsi, Təqsirləndirilən şəxs rayon ərazisində başqa cinayətlər törədib-törətməməsi müəyyən edilməsi, Təqsirləndirilən şəxs hər hansısa bir narkotik vasitəsinin alqı-satqısı ilə məşğul olub olmaması əməliyyat yolu müəyyən edilməsi, Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisi olub-olmamasının əməliyyat yolu müəyyən edilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, hadisə yerini əhatə edən müşahidə müşahidə kameralarının olması,hadisənin şahidi olmuş xx.xx.1986-cı il təvəllüdlü Şahid ifadəsinin alınmasıüçün istintaqa təqdim edilməsi, baş vermiş hadisə zamanı orada başqa şəxslərin olması, hadisəni görə biləcək orada yaşayan, işləyən şəxslərin və hadisənin şahidi olmuş digər şəxslərin əhatə dairəsinin müəyyənləşdirib dindirilmələri üçün istintaqa cəlb edilməsi,baş vermiş hadisənin birgə yaşayış vəədəb qaydalarını qərəzli surətdə pozubpozmaması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması, hadisə zamanı ictimai qaydanın kobud formada pozulub-pozulmaması, ora kənar şəxslərin toplaşması, Təqsirləndirilən şəxs MehtizadəÜlvi Elsevər oğluna xəsarət yetirdiyi bıçaq aşkar edilərək istintaqa təqdim edilməsi, Həmin hadisənin hansı səbəbdən, hansışəraitdə baş verməsi və hadisənin mexanizmi müəyyən edilməsi, Təqsirləndirilən şəxs rayon ərazisində başqa cinayətlər törətməsi, Təqsirləndirilən şəxs hər hansısa bir narkotik vasitəsinin alqı-satqısı ilə məşğul olub olmamasıəməliyyat yolu müəyyən edilməsi, Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisi olub-olmamasının əməliyyat yolu müəyyən edilməsi həmçinin İşüçün əhəmiyyət kəsb edən başqa hallar müəyyən etmək mümkün olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy J5 markalı mobil telefonu anası Xəzəngül Rəhimova təhvil verilmişdir. Zərərçəkmiş şəxs X2 istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 əynində olmuş 1 ədəd qara rəngli qış gödəkçəsi, 1 ədəd qara rəngli köynəy, 1 ədəd boz rəngli mayka iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, hadisə zamanı zərərçəkmiş şəxs X2 əynində olmuş 1 ədəd qara rəngli qış gödəkçəsi, 1 ədəd qara rəngli köynəy, 1 ədəd boz rəngli maykası zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 13 noyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, hadisə zamanı zərərçəkmiş şəxs X2 əynində olmuş 1 ədəd qara rəngli qış gödəkçəsi, 1 ədəd qara rəngli köynəy, 1 ədəd boz rəngli maykası zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-360/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-360/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver