Məhkəmə qərarları › İş №1(100)-361/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-361/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-361/2025 03.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1965-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan - barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində istintaqla şəxsiyyəti müəyyən olunmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qabaqcadan razılaşdırılmış şəkildə, sonuncunun ona yol pulu qismində qabaqcadan verdiyi 115 (bir yüz on beş) manat məbləğində pulun və əlavə olaraq vəd etdiyi 2000 (iki min) manat pulun qarşılığında Ağstafa rayonunda yerləşən “Limon” adlı kafenin yaxınlığında qırmızı rəngli VAZ 2107 markalı avtomobildə onu gözləyəcək orta boylu, dolu bədən quruluşlu, saçı tökülmüş, bir nəfər kişi cinsindən olan şəxsə daşıyaraq təhvil verilməsi üçün 2 ədəd qara rəngli sellofan torbanın içərisində olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə Şəmkir rayonu, Mahmudlu qəsəbəsinin ərazisində olan yarımtikilinin içərisindən götürüb qanunsuz əldə edərək 01 ədəd boz rəngli çantanın içərisinə yerləşdirib üzərində saxlamaqla Şəmkir rayonu ilə Kür qəsəbəsini birləşdirən avtomobil yolunun kənarına daşımış, həmin vaxt yolda hərəkətdə olub taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi VAZ 2106 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili əl edib saxladaraq 40 (qırx) manat pulun qarşılığında Ağstafa rayonunda yerləşən “Limon” adlı kafenin yaxınlığına getmək üçün sonuncu ilə razılaşmış, bundan sonra içərisində narkotik vasitə olan boz rəngli çantanı avtomobilin yük yerinə yerləşdirərək Ağstafa rayonu istiqamətinə yola düşmüş, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:10 radələrində Şəmkir-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu, “İpək yolu” qəsəbəsinin ərazisindən keçən hissəsində, içərisində sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı avtomobildə saxlanılaraq polis əməkdaşları tərəfindən üstü və avtomobilin içərisi yoxlanılan zaman avtomobilin yük yerindən 1 (bir) ədəd yük çantasının içərisindən 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketlərdə, tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 5500 qram və 6150 qram, ümumi təmiz çəkisi 11650 qram olan, külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir gün yuxuda məkkə, mədinə görmüş daha sonra Allah üçün yaşamağa qərar vermişdir. Həyatında elə hadisələr olub ki, o, yoldaşı ilə oturub ağlamışdır. Sonradan həyat yoldaşı ona “Səhman Allah səni dinləyir de bizi o biri dünyaya aparsın” demişdir. Daha sonra yoldaşının dəyişdiyini evlərinə qurd yağı çəkdiyni bildirmişdir. Yoldaşı ona xəyanət etdiyi üçün o, yoldaşını öldürməyi belə düşünmüşdür. Özlüyündə sən övladların üçün bunu etməməlisən demiş, başını götürüb çıxıb Türkiyə, Gürcüstan, İran başqa ölkələrə getmişdir. Ona tanımadığı şəxs zəng edib yoldaşına nəsə etsən qardaşlarını məhv edəcəklərini demiş, o da bu səbəbdən içəri girmək isdədiyini bildirmişdir. İçəri isə bir nəfərin əliylə girmişdir. Ona narkotiki vermiş, maşına qoymağını onu tutacaqlarını bildirmişdir. O da etmiş, təxmini 15 kq kimi narkotik vasitə ilə Şəmkirə çatmamış “Qrest” adlanan ərazidə tutulduğu bildirmişdir. O, Ağstafaya tutacaqlarını düşünmüş, ancaq yolda tutulmuşdur. Həmin şəxs ona “sən gedəcəksən sən narkotiki verib pulu alan vaxt səni tutacaqlar” demişdir. Bu hadisədə onun məqsədi həbsə girmək olmuşdur. Ona narkotik vasitə verən şəxslərin adlarını çəkməmiş, narkotik vasitənin ona aid oluğunu bildirmişdir. Onu saxlayan zaman polis əməkdaşlarının ona heç bir təzyiq etmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə almayıb. Psixi cəhətdən özünü sağlam hesab edir. Onu qeyd edir ki, əvvəllər narkotik vasitədən istifadə etməmişdir və hal-hazırda da istifadə etmir. Bildirir ki, gözündə yaranmış xəstəliklə bağlı əməliyyat üçün pul lazım olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində o, Şəmkir rayonu, Kür qəsəbəsi ərazisinə getmək qərarına gəlmişdir. Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı göy köynəkli, ağ saçlı orta yaşında, arıq bədən quruluşlu bir nəfər kişi ilə rastlaşmış və həmin şəxslə söhbət zamanı ailəsində yaranmış problerimdən danışıb və gözünün xəstə olduğunu, əməliyyat üçün pul lazım olduğunu bildirdikdə həmin şəxs isə ona maddi kömək edəcəyini bildirmişdir. O isə onun hansı formada ona maddi kömək göstərəcəyini soruşduqda ona narkotik vasitə olan qurudulmuş marixuananı verəcəyini və həmin nakotik vasitəni Ağstafa rayonunda “Limon” kafesinin yaxınlığında qırmızı rəngli VAZ- 2107 markalı avtomobildə orta boylu, dolu bədən qurluşlu saçı tökülmüş, bir nəfər kişi həmin əl çantasında olan narkotik vasitə olan qurudulmuş marixuananı qəbul edəcəyini və onun müqabilində ona əziyyət haqqı kimi 2000 manat pul verəcəyini bildirmişdir. O əməliyyat üçün ona pul lazım olduğundan həmin təkliflə razılaşmışdır. O həmin şəxsə onun dediyi yerə getmək üçün pulu olmadığını və xərcləmək üçün ondan pul istədikdə adını bilmədiyi həmin şəxs ona yol haqqı kimi və xərcləmək üçün 115 manat pul vermişdir. Həmin şəxs onun kimliyi barədə xəbər aldıqda ona cibindən şəxsiyyət vəsiqəsini çıxarıb göstərmişdir. Daha sonra 115 manat pulu cibinə qoyub Ağstafa rayonuna getmək üçün içərisində narkotik vasitə olan əl çantasını götürüb yolun kənarında yəni Kür qəsəbəsi avtomobil yolunun kənarında dayanıb taksi gözləmişdir. Həmin vaxt yaşıl rəngli VAZ-2106 minik markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomobilə əl edərək saxlatmışdır. Adını sonradan bildiyi taksi sürücüsü Şahid5 kimi bildiyi şəxslə söhbət etmiş və ona Ağstafa rayonunda yerləşən “Limon” adlanan kafenin yaxınlığına getməli olduğunu bildirdikdə həmin taksi sürücüsü Temraz onu Ağstafa rayonuna aparmaq üçün ondan 40 manat pul istədikdə o da onunla razılaşıb və əlində olan çantanı avtomobilin yük yerinə yerləşdirmiş, özü isə qabaq oturacaqda oturub yola düşmüşdürlər. Biraz getdikdən sonra Bakı-Qazax avtomagistiral yolunun, Şəmkir rayonu, ipək yolu qəsəbəsi ərazisindən keçən hissəsinin sağ tərəfində polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Həmin vaxt polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsi təklif olunduqda o,üzərində narkotik vasitə olmadığını, lakin avtomobilin yük yerində boz rəngli əl çantasının içərisində olan qara sellofan torbaya bükülmüş olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin əl çantasının içərisində olan iki ədəd sellofan torbalar polis əməkdaşı tərəfindən açılan zaman içərisindən marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilən zaman kütlə büküldüyü sellofanla birlikdə 12,20 kq olduğunu müəyyən edilmişdir. Təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırldıqdan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o protokolu imzalamışdır. Daha sonra başqa onun yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə öz razılığı əsasında baxış keçirilmiş, lakin polis əməkdaşı onun taksi kimi mindiyi avtomobilinin yük yerinə qoyduğu kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokola öz imzasını atmışdır. Bundan başqa o, adını sonradan bildiyi taksi sürücüsü Şahid5 Ağstafa rayonuna aparmaq istədiyi əl çantasının içərisində olan qara rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olduğunu deməmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. Bundan başqa o heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs verilən şullara cavab olaraq bildirmişdir ki, o, heç bir narkotik vasitə və psixotrop maddədən istifadə etmir. O, həmin narkotik vasitə olan marixuanaya bənzər kütləni xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisinə gələn zaman əvvəllər tanımadığım şəxsdən götürmüş ki, Ağstafa rayonunda yerləşən “Limon” adlanan kafenin yaxınlığına çatdırsın və zəhmət haqqı kimi orada qəbul edən şəxs ona 2000 manat pul verməsinə söz vermiş, o, əvvəllər həmin şəxsi tanımamış və həmin şəxs ona narkotik vasitəni daşımaq məqsədilə 2000 manat pul verdiyindən onun pula ehtiyacı olduğundan qeyd etdiyi göy köynəkli, ağ saçlı orta yaşında, arıq bədən quruluşlu bir nəfər kişidən həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni qəbul etmiş, həmin narkotik vasitəni Ağstafa rayonuna aparmaq üçün həmin şəxsdən yol haqqı kimi 115 manat pul almış, Ağstafa rayonunda yerləşən “Limon” kafesinin yaxınlığında qırmızı rəngli “VAZ-2107” markalı avtomobildə orta boylu, dolu bədən qurluşlu saçı tökülmüş, bir nəfər kişi həmin əl çantasında olan narkotik vasitə olan qurudulmuş marixuananı qəbul edəcəkmiş, o, Ağstafa rayonuna aparmaq istədiyi əl çantasının içərisində olan qara rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vastə olması barədə sürücü adını sonradan bildiyi Şahid5 narkotik vasitə daşımağı barədə heçnə deməmiş, onun bu barədə heç bir məlumatı olmamış, o, heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, isdifadə etməsinə dair əməliyyat məlumatı daxil olmuş, dərhal Şahid4 və İnar Adığözəlovla əməliyyat qrupası yaradılmışdır. Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində yaşıl rəng 06 markalı avtomobildə saxlanılmış, özlərini təqdim edib baxan zaman maşının yük hissəsində narkotik vasitə olduğu aşkar olunmuşdur. Sual verən zaman Təqsirləndirilən şəxs Kür qəsəbəsində tanış olduğu bir şəxsin ona Ağstafa şəhərinə Limon kafesinin qarşısına aparmağı dedini, bir nəfər şəxsin orda onu götürəcəyni bildirmişdir. Hadisə yerində sənədləşdirib polis şöbəsinə gətirilmişdir. İki böyük sumka olmuş, 2000 manat müqavilində narkotik vasitəni çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən 115 manat pul olmuş, Təqsirləndirilən şəxs yanında ki, şəxs taksi sürücüsü olmuş, Kür qəsəbəsindən Ağstafa şəhəri Limon kafesinə 20 manata aparmağı danışıqdırları bildirmişdir. Təqsirləndirilən şəxs özü etiraf etmiş, Kür qəsəbəsində tanış olduğu bir şəxs ona narkotik vasitəni aparmağını tapşırdığını demişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir təzyiq olmayıb. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, istintaq zamanı bildirmişdir ki, qurudulmuş marixuanaya bənzər kütlə elektron əl tərəzisi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 kq 200 qram olduğu müəyyən olnmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmuşdur ki, narkotik vasitəni Kür qəsəbəsində Ağstafa şəhərinə aparacaqla. Onlar da Şəmkir rayon ərazisində avtomobili saxlayaraq yeni qayda olaraq video çəkliş ilə maşının yük hissəsindən 11 kq marixuana aşkar edərək götürdüklərini bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs pul qarşılığında apardığının orda olan bir şəxsə çatdıracağını dedimişdir. Şahid3 olan məlumat narkotik vasitə ilə əlaqədar olub. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir təzyiq olmayıb. İfadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və X2 X5 oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heçbir yaxınlığının olmadığını öz şəxsi maşını ilə Şəmkirə dərman almağa gedən zaman Təqsirləndirilən şəxs əl edərək avtomobilə əyləşdiyini bildirmişdir. Əl etdiyi ərazidə parniklər olduğundan “parnikdənmi gəlirsən?” demiş, Təqsirləndirilən şəxs isə parnikdən gəldiyini bildirmişdir. Bu səbəbdən avtomobilin yük hissəsinə nə goyduğuna baxmamışdır. Şəmkir rayonunun ərazisində yanacaq doldurma stansiyasında polis əməkdaşları saxlamış, maşının yük hissəsinə baxılan zaman narkotik aşkar edilmişdir. İfadəsinin dəvamı olaraq bildirmişdir ki, ona Ağstafaya gedəcəyini demiş, o Təqsirləndirilən şəxs 50 manat deyən zaman Təqsirləndirilən şəxs 40 manat pulunun olduğunu demişdir. Razılaşdlqdan sonra əlindəki çantasını avtomobilin yük hissəsinə qoydu o suruşduq da isə parnikdə işlədiyi kirli geyimlərinin olduğu demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/881 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli torbanın içində 2 ədəd qara rəngli salafan torba götürüldü” sözləri və imzaları olan yük çantasmdakı 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5500 qram, 6150 qram, ümumi təmiz çəkisi 11650 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. Qeyd: marixuana ümumi təmiz çəkisi 11650 qram tədqiqata sərf edildi 0,2 (hər birindən 0,1) qalıq – 11649,8 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 X4 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 914 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk etmiş, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respulikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1957 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyinən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 16:10-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 798 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayonu Qaracəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı və iki övladı birlikdə qeyd olunan kənddə yaşayır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayonu Qaracəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri keçirilib və şübhəli şəxsin üstünə baxış keçiriliərkən üzərində qara rəngli polietilen torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd torbaya qoyaraq taksi fəaliyyəti ilə məşğul olan həmyerlisi Şahid5 idarə etdiyi “VAZ 2106” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:10 radələrində Şəmkir-Qazax magistral yolunun “İpək yolu” qəsəbəsi ərazisində, içərisində sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı 10- HF-703 dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq şübhəli şəxs qismindən üstü yoxlanılmış, sonra avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən əl çantasının içərisində iki ədəd qara rəngli politelin sellofan torbaya bükülmüş təmiz çəkisi 11,650 qram, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbiri keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, üzərində gəzdirməsində və satışında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıqla əlaqədar rayon polis şöbəsinin Şəmkir rayon polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Tapşırıqda qeyd olunanlarla bağlı olaraq bildiririk ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış iki ədəd qara rəngli polietilen torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 2000 (iki min) manat məbləğində pulun qarşılığında Ağstafa rayonuna apararaq orada satmaq niyyəti olmuş, qara rəngli polietilen torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd torbaya qoyaraq taksi fəaliyyəti ilə məşğul olan həmyerlisi Şahid5 idarə etdiyi “VAZ 2106” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:10 radələrində Şəmkir-Qazax magistral yolunun “İpək yolu” qəsəbəsi ərazisində, içərisində sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı 10- HF-703 dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq şübhəli şəxs qismindən üstü yoxlanılmış, sonra avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən əl çantasının içərisində iki ədəd qara rəngli politelin sellofan torbaya bükülmüş təmiz çəkisi 11,650 qram, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış daxil olmuş tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 2 ədəd torbada qablaşdırılmış ümumi təmiz çəkisi 11649 qram marixuana və Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən götürülmüş 115 (yüz on beş) manat pul maddi sübut kimi tanınmış və saxlanma anbarına saxlanca verilmiş, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk və fərdi yaşayış evinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən-dən götürülmüş 01 (bir) ədəd disk, iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/881 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 11650 qram olmaqla külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək , ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11649,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk və fərdi yaşayış evinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən-dən götürülmüş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti narkotik vasitənin daşınması üçün əvvəlcədən cinayətin digər iştirakçısı tərəfindən hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ilkin ödənişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə iş üzrə əhəmiyyət kəsb etdiyinə görə 115 (yüz on beş) manat məbləğində pul vəsaiti maddi sübut hesab edilmiş və banka təhvil verilməli olması qeyd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1957 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11649,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk və fərdi yaşayış evinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən-dən götürülmüş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar