Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-362/2022 20.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X5, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 və X6 m’hk’m’ iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X12, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaralar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində yaşadığı Şəmkir rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evində əri Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunun onu sözlə təhqir etməsinə, əlləri və yumruğu ilə vurmasına əsəbləşərək qisas almaq niyyəti ilə evdə olan masanın üzərindən götürdüyü tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 115 mm və ümumi uzunluğu 240 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən, sol tərəfli hemopnevmatoraska səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət, habelə masanın üzərində olan şüşə butulka ilə baş nahiyəsinə vuraraq ona alın nahiyəsinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əridir, onların iki övladı vardır. Onlar Şəmkir rayonu, Qaralar kəndində özlərinə məxsus evdə yaşamışdır. Rəsul Rusiya Federasiyasının Moskva şəhərində işləmişdir. 21 noyabr 2021-ci il tarixdə Rəsul Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Gəldikdən sonra yaşadığı evi təmir etdirmiş və oğlu Fəridə sünnət toyu etmək qərarına gəlmişlər. Rəsul gəldikdən sonra o, digər şəxslərlə əlaqə saxlamaq üçün istifadə etdiyi mobil telefonu Rəsulun dayısı Şahinin evinə qoyduğu əşyaların içində gizlətmişdir. 11 dekabr 2021-ci il tarixdə oğlu Fəridin sünnət toyu Gəncə şəhərində yerləşən “Tural” şadlıq sarayında saat 15 radələrində başlamışdır. Həmin günü o, gözəllik salonunda olanda Rəsul dayısı Şahinin evində gizlətdiyi “Samsung” markalı mobil telefonu tapmasını sünnətdən bir gün sonra həmin telefonu Rəsulun əlində görəndə bilmişdir. 14 dekabr 2021-ci il tarixdə oğlu Fəridin evdə sünnəti olmuş və həmin günü onun, Rəsulun valideynləri və qohumları gəlmişdir. Saat 23 radələrinə kimi qohumları evdə olmuşlar və bundan sonra getmişlər. Evdə özləri qalmışdır. Rəsul ondan yemək istəmiş, o, yemək gətirmişdir. Rəsul araq süzəndə ona da süzərək arağı onunla birlikdə içməyi tələb etmişdir. O, məcbur Rəsul ilə araq içmiş və bundan sonra Rəsul ona gizlətdiyi mobil telefonu tapdığını demişdir. Sonra telefonda olan səs yazılarına qulaq asdığını bildirdib, ondan danışdığı şəxslərin kimlər olduğunu soruşmuşdur. Onun gizlətdiyi mobil telefonda əvvəllər tanış kimi “Vatsap” ın mesajlaşma proqramında danışdığı şəxslərin səs yazıları olmuşdur. O, Rəsula söhbəti bağlamasını və sonra bu barədə danışmağı təklif etmişdir. Rəsul onunla sözlə mübahisə etmişdir. O, Rəsula oğlu Fəridin yeni sünnət olduğunu və sakitləşməsindən ötrü dərman içib uzandığını demişdir. Rəsul bundan sonra sakitləşmişdir. Rəsul durmuş və yenidən araq içərək səslərə qulaq asıb ondan sorğu sual etmişdir. Ona “sənin atan və qardaşına zəng edib evə çağıracam” demişdir. O, Rəsuldan xahiş etmişdir ki, sabah desin. Rəsulun ona başqa kişilərlə danışdığını hamıya deyib onu insanların yanında biabır edəcəyini bildirmişdir. O, Rəsula bu barədə heç kimə deməməsi üçün yalvarmışdır. Rəsul əlləri ilə onun başına və üzünə bir-iki dəfə vurmuşdur. O, oğlu Fərid yatdığından sakit durmuş və Rəsula ondan uzaqlaşmasını, onu vurmamasını bildirmişdir. Rəsul onu təhqir etmiş və onu vurmaması üçün qorxutmaq məqsədilə masanın üzərində olan mətbəx bıçağını götürmüşdür. Rəsul onu əlində olan mobil telefona üzünə vurmuş və çönüb gedəndə o, bıçaqla Rəsulun kürək nahiyəsindən bir dəfə vurmuşdur. Rəsul onun üstünə gələrək onu vurmaq istədikdə masanın üzərində olan araq butulkasını Rəsulun başına vurmuş və sonra evdən çölə çıxmışdır. Rəsul arxası ilə çölə gəlib qışqıranda Rəsulun qardaşı Rauf və Raufun arvadı Aynurə səsə onlara gəlmişlər. Rauf və Aynurə onun Rəsulu bıçaqla vurmağını bilib Rəsulu qonşu Sahibin avtomobili ilə xəstəxanaya aparmışlar. Sonra hadisə yerinə polislər gəlmişdir. Mübahisə 5-7 dəqiqə davam etmiş və evdə oğlu Fəriddən başqa heç kim olmamışdır. Onun Rəsulu bıçaqla bir dəfə vurduqdan sonra yenidən vurmağa imkanı olsa da bunu etməmişdir. Onun Rəsulu bıçaqla vurmaqda niyyəti öldürmək olmamışdır. Sadəcə olaraq Rəsul onu vurduqdan sonra o, Rəsulu qorxutmaq və özünü müdafiə etmək üçün vurmuşdur. Hadisə zamanı oğlu Fərid yatmış və onun Rəsulu bıçaqla və butulka ilə vurduğunu görməmişdir. Zərərçəkmiş şəxslə barışıb, vurduğu zərəri ödəmişdir. Hazırda da ər-arvad kimi yaşayırlar, əri işləmədiyi üçün Rusiya Federasiyasına getmişdir. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır, 13 ildir ki, ailə qurmuşlar və böyük uşağı Fidanın 11 yaşı, kiçik oğlu Fəridin isə 7 yaşı var. O, Rusiya Federasiyasının Moskva şəhərində olanda bankomat kartında pul çıxarılmasına görə 1 il 6 ay həbs cəzasına məhkum edilmiş və 1 il 8 gündən sonra azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra 1 il 7 ay orada işləmiş və evini təmir etdirmək üçün arvadı Məfsunəyə pul göndərmişdir. Özü isə 20 noyabr 2021-ci il tarixdə gəlmişdir. Evdə olan vaxtlarda bir dəfə Məfsunənin tualetdə telefonla kiminləsə danışdığını eşitmiş və bunu özündən soruşanda ilk olaraq boynuna almamışdır. Lakin sonradan dayısı qızı Vüsalə ilə danışdığını demişdir. O, Məfsunəyə inanmamış və nömrəyə gələn zəngləri çıxarmasını tələb etdikdə Məfsunə ona etiraf etmişdir ki, bir tanışı ilə telefonla danışmışdır. O, oğlu Fəridə sünnət etmək istəmişdir. Fikirləşmişdir ki, sünnət toyunu etdikdən sonra Məfsunə ilə danışıb ona xəbərdarlıq etsin. O, evdə olan vaxtlarda Məfsunənin dayısı Şahinin evinə tez-tez gedib gəldiyini görüb, şübhələnmişdir. Sonra fikirləşmişdir ki, bir dəfə Şahinin evinə gedib Məfsunənin oraya apardığı əşyalara baxsın, ola bilsin Məfsunə sünnətə görə dayısının evinə müvəqqəti qoyduğu əşyaların içərisində ondan gizli işlətdiyi mobil telefon olar. Fəridin sünnət toyunu Gəncə şəhərində yerləşən “Tural” restoranında danışmışlar. 09 dekabr 2021-ci il tarixdə o, Məfsunə və uşaqları sünnət toyuna özlərinə paltar almaları üçün Gəncə şəhərinə aparmışdır. Oradan qayıtdıqdan sonra dayısı Şahinin yaşadığı evə gedib Məfsunənin qoyduğu əşyalara baxdıqda sellofan torbanın içərisində 8 ədədi düyməli, 2 ədədi isə hissiyyat ilə işləyən cəmi 10 ədəd mobil telefon olduğunu görmüşdür. O, həmin telefonları bacısı Dilbərin yaşadığı evə aparıb, orada hamısını yoxlatmışdır. Telefonlardan 2-3 ədədi istifadəyə yaralı olmuşdur. O, telefonları yoxlamaq üçün özündə saxlamış və Məfsunə şübhələnməsin deyə qalan telefonları aparıb yerinə qoymuşdur. O, sünnət üçün dəvətnamələri paylamış və istəməmişdir ki, sünnət toyu pozulsun. Fikri o olmuşdur ki, sünnət toyu olduqdan sonra Məfsunə ilə söhbət edib ondan ayrılmaq istədiyini desin və sakit şəkildə ayrılsınlar. 11 dekabr 2021-ci il tarixdə oğlu Fəridin Gəncə şəhərində yerləşən restoranda sünnəti olmuşdur. Onun kəsilməsi üçün həmkəndlisi Rüstəmin Rusiyadan gəlməsini gözləmişlər. Rüstəm ona 14 dekabr 2021-ci il tarixdə Azərbaycana gələcəyini bildirmişdir. O, Rüstəmin gəlməsini və həmin tarixdə uşağın kəsilməsini qərar almışdır. 12 dekabr 2021-ci il tarixdə o, evdən çıxıb getmişdir. Həmin günü axşam gələndə telefonların olduğu yerə baxanda bilmişdir ki, Məfsunə telefonların yerini dəyişib. Məfsunə artıq fikirli olur və özünü şübhəli aparırmış. O, Məfsunənin gizlətdiyi telefonlardan artıq başqa kişilər ilə danışmasını, səs yazılarını və nömrələrini əldə etmişdir. Sadəcə olaraq sünnət toyunun olub qurtarmasını gözləmişdir ki, özü ilə hər tərəfli söhbət edib boşanmağı tələb etsin. 14 dekabr 2021-ci il tarixdə oğlu Fəridin sünnəti yaşadığı evdə oldu. Həmin günü öz yaxın qohumları evinə gəlmişdir. Qohumları getdikdən sonra evdə o, Məfsunə və oğlu Fərid evdə qalmışdır. Qızı Fidan nənəsi Gülqayıtın yanında qaldığına görə onlarla getmişdir. O, Məfsunədən yemək gətirməsini istəmiş və Məfsunə yemək gətirdikdən sonra özünə araq süzəndə Məfsunəyə də süzmüşdür. Məfsunədən arağı onunla birlikdə içməyi tələb etmişdir. Məfsunə 50 qram araq içmişdir. O, Məfsunəni ona görə araq içməsini istəmişdir ki, aralarında olacaq söhbətə görə çox həyəcanlı olmasın və rahat söhbət edə bilsin. O, Məfsunənin gizlətdiyi telefonda olan kişi adlarını deyib, həmin şəxslərlə gəzib-gəzmədiyini soruşmuşdur. Məfsunə ona heç kimlə gəzmədiyini demişdir. O, Məfsunəyə səs yazılarına qulaq asmış və kişilərlə görüşdüyünü bilmişdir. Məfsunənin ona yalan danışması onu əsəbləşdirmişdir. O, Məfsunədən etdiyi səhvi etiraf etməsini və bundan sonra öz aralaırnda sakit şəkildə boşanacaqlarını istəmişdir. Lakin, Məfsunə elə bir şeyin olmadığını təkrar dedikdə o, Məfsunənin telefonundan götürdüyü səs yazılarını özünə dinlətmişdir. Bundan sonra Məfsunə yerində quruyub qalmış və əlində olan araq stəkanı əlindən yerə düşmüşdür. O, əsəbindən yerindən durub Məfsunəni sillə ilə bir-iki dəfə vurmuşdur. Məfsunə ona oğlu Fəridi yeni sünnət olduğunu, ağrı kəsici içib yatdığını bildirmiş, sakitləşməsini xahiş etmişdir. O, Məfsunəyə etdiyinə görə atası və qardaşını çağırıb deyəcəyini bildirmişdir. Məfsunə ona yalvarmışdır ki, gecdir, yataq və səhər ayıq başla söhbət edərik. O, Məfsunəni sillə ilə vurmaq istəyəndə Məfsunə masanın üzərində olan mətbəx bıçağını götürmüşdür. O, əlimdə olan mobil telefonla Məfsunənin üz nahiyəsinin sol tərəfinə bir dəfə vurmuş, üzü çapılaraq qanamışdır. O, siqaret çəkmək çönüb gedəndə Məfsunənin arxadan onu əlində olan bıçaqla kürək nahiyəmdən bir dəfə vurduğunu hiss etmişdir. O, çönüb Məfsunəni vurmaq istəyəndə Məfsunə masanın üzərində olan butulka ilə onun başına bir dəfə vurmuşdur. O, başından qan gəldiyini görmüş və çölə çıxıb qışqırmışdır. Səsinə qardaşı Rauf və Raufun arvadı Aynurə gəlmişdir. Qardaşı Rauf onun qan itirdiyini görüb oradan qonşu Sahibin avtomobili ilə onu Gəncə şəhərinə aparmışlar. Onu ilk olaraq Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya aparmışlar, üstlərində pul olmadığına görə sonra onu Gəncə şəhərinə Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Onu orada əməliyyat etmişlər. Mübahisə 3-5 dəqiqə davam etmiş, evdə oğlu Fəriddən başqa heç kim olmamışdır. Sonradan onlara qardaşı Rauf və arvadı Aynurə gəlmişdir. Hadisə zamanı oğlu Fərid yatmış, Məfsunənin onu bıçaqla və butulka ilə vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən Məfsunə ilə barışmış, ondan şikayəti və tələbi yoxdur. O, hal-hazırda Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyinə, yoldaşından şikayətçi olmadığına onun iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsi və yekun məhkəmə qərarı çıxarılmasına dair məhkəməyə teleqram ünvanlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Qaralar kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs Rəsulun arvadıdır və iki övladı var. Rəsul onun yaşadığı evə bitişik evdə yaşayır. Rəsul 20 noyabr 2021-ci il tarixdə Azərbaycana gəlmişdir. Rəsul Məfsunənin mobil telefonla başqa adamlarla danışmağını biliyinə görə aralarında söz söhbət yaranmışdır. 12 dekabr 2021-ci il tarixdə Rəsul oğlu Fəridə Gəncə şəhərində yerləşən şadlıq sarayında sünnət toyu etmişdir. O, ağrıdığına görə toya gedə bilməmişdir. 14 dekabr 2021-ci il tarixdə Rəsul oğlu Fəridi yaşadığı evdə sünnət etdirmişdir. Həmin günü öz yaxın qohumları Rəsulun evinə getmişdir. 15 dekabr 2021-ci il tarixdə səhərə yaxın o, yaşadığı evdə yatan zaman qardaşı Rəsulun qışqırmasını eşidib tez onun yaşadığı evə tərəf qaçmışdır. Həmin vaxtı onunla birlikdə arvadı Aynurə də getmişdir. Rəsul həmin vaxtı evlərinin həyətində olan hamam otağının qarşısında ağzı üstə yerdə uzanmışdır. O, Rəsula yaxınlaşmış və yerdən qaldırmışdır. Rəsulun kürək nahiyəsindən qan axmış, başı da yarılmış və qanamışdır. Həmin vaxtı Məfsunə evin otağının qapısından dayanıb qorxulu şəkildə baxmışdır. Məfsunənin əlində heç nə olmamışdır. O, Rəsulu qucaqlayıb yaşadığı evə aparmışdır. Rəsulun huşu özündə olmamış və ayılıb danışa biləndə kürəyinin arxasının acışdığını demişdir. O, evə girib paltarını geyinib evdən pul götürmüşdür. Həmin vaxtı qonşuluqda yaşayan Sahibə zəng edərək Rəsulun vurulduğunu, təcili onun evinə gəlməsini bildirmişdir. Sahib özünə məxsus “Chevrolet” markalı nömrəsini xatırlamadığı avtomobili ilə onun yaşadığı evin qarşısına gəlmişdir. O və Sahib köməkli Rəsulun avtomobilin arxasına yerləşdirib Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Rəsulu müayinə edib əməliyyat edilməli olduğunu demişlər və bunun üçün çox pul istəmişlər. Buna görə o, Rəsulu Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya aparmış və orada Rəsulu əməliyyat etmişlər. O, əməliyyatdan çıxdıqdan sonra nə baş verdiyini soruşanda Rəsul ona arvadı Məfsunənin bıçaqla onu vurduğunu bildirmişdir. Rəsuldan bunun səbəbini soruşanda Məfsunəni telefonla başqa şəxslərlə danışdığını bildiyini demişdir. Bununla bağlı sünnətin axşamı evlərində Məfsunə ilə söhbət edəndə aralarında mübahisə yaranmış və Məfsunə bıçaqla onu kürək nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra Məfsunə masanın üzərindən götürdüyü araq butulkası ilə Rəsulun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 əri Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 23 dekabr 2021-ci il tarixli 1667 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – ona döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən, sol tərəfli hemopnevmatoraska səbəb olmuş, bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, alın nahiyəsinin səthi yaraları isə İTİ kənarlı əşyaların təsirindən törənmişdir, şüşə butulka ilə yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddətləri 15 dekabr 2021-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə ona döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən, sol tərəfli hemopnevmatoraska səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, alın nahiyəsinin səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik və kriminalistik tədqiqinə dair 100/2022-MTKŞ saylı 11 mart 2022-ci il tarixli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda olan deşilmiş-kəsilmiş zədə onun bədənində olan döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən, sol tərəfli hemopnevmatoraska səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yara ilə nisbi olaraq üst-üstə düşür. 4. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji tədqiqinə dair 122/2022-MTBŞ saylı 11 mart 2022-ci il tarixli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O (İ) şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən. 2. Təqdim olunmuş 1 ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik ekspertizasının 10 mart 2022-ci il tarixli, 139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd bıçaq və 1 ədəd köynək iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və məhkəməyədək saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman o, arvadı Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq xəsarət yetirdiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirmiş olduğu 1 ədəd bıçaq və hadisə zamanı sonuncunun əynində olmuş 1 ədəd köynək həmin tarixdə baxış keçirilməklə götürülərək nəticəsi protokollaşdırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZE 12018270 və AZE 12018348 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 və X7 olmaqla iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Ağlavaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizədən və teleqramından görünür ki, o, Rusiya Federasiyasında yaşadığından məhkəmə iclaslarında iştirak edə bilmir, bu səbəbdən də onun iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsini və yekun qərar çıxarılmasını xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin onu vurduğu və özünü müdafiə etmək üçün sonuncunu bıçaqla vurması ilə bağlı ifadəsinin zərərçəkmiş şəxsin və özünün ibtidai istintaq zamanı verdiyi ifadələr ilə, şahid ifadələri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini, 59.1.13-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunması, səmimi etirafı, əməlindən peşman olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş zərəri ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, qadın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Şəmkir rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Şəmkir rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq məhv edilməlidir. 01 ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın imtina etdikdə məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Şəmkir rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq məhv edilsin. 01 ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın imtina etdikdə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-362/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-362/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver