Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-362/2024 06.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X6, təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən evlərində olarkən onlara qonaq gəlmiş əmisi oğlu Zərərçəkmiş şəxs ona irad bildirərək kənar yerlərdə özünü apara bilməyib bütün qohumlarının adına xələl gətirən yersiz hərəkətlərə yol verməsini deyərək onu danlamasına görə əsəbləşərək həyətdən çölə çıxmış, qısa müddət sonra əmisioğlu Zərərçəkmiş şəxs onun evdən çıxıb getməsini gördükdə üzərində saxladığı müəyyən edilməyən deşici-kəsici xassəyə malik alətlə Zərərçəkmiş şəxs yaxınlaşaraq ona ailə üzvlərinin yanında niyə irad bildirməsini soruşarkən aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı qisas almaq məqsədilə həmin kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən bir dəfə zərbə endirərək, sonuncuya qarnın ön divarının epiqastral nahiyyəsinin qarın boşluğuna nüfuz edən yarası,o qara ciyərin İV seqmentinin dəlib keçən yarası bədən xəsarətlərini yetirərək dərəcəsinə görə törədildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rəhim oğlu özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində ailə ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs onun əmisi oğludur. O, Mahirlə orta məktəbi bir yerdə oxumuş, uzun müddət mehriban dolansa da, son dövrdə əmisi oğlu Mahir onu tez-tez danlayıb kənddə insanların arasında boş-boş danışmamağı, onu və digər qohumlarının adına xələl gətirməməyi demişdir. Bu məsələdən sonra Mahirlə onun arasında münasibətlər soyuqlaşmış, onlar küsülü olmuşlar. O, Mahirə dəfələrlə onu ailəsinin yanında danlamamasını demiş son dəfə də 03 noyabr 2023-cü ildə əmisi oğlu Mahir onların evinə gəlmiş, onu orda- burda ağzına gələnləri dediyi üçün danlamışdır. Bundan əsəbləşsə də ailəsinin yanında Mahirə heç nə etmək istəməmiş, çölə çıxaraq heyvanların yanına getmiş, geri qayıdanda Mahirin evdən çıxıb getdiyini görmüş, həyətdə çardağın altında olan stolun üzərindəki ağ rəngli mətbəx bıçağını götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Mahirə yaxınlaşıb ailəsinin yanında niyə danladığını soruşmuş, Mahir onu təhqir etdikdə o da Mahiri təhqir etmiş, bu zaman Mahirlə arasında mübahisə baş vermiş, şalvarının sol yan cibində olan bıçağı çıxarıb Mahirin qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş səs-küyə ailə üzvləri gəlmiş, həmin vaxt bıçağı evlərindən aralıda olan kanala atmışdır. Evdəki ailə üzvləri Mahirin ətrafında toplaşdıqda O, qorxaraq hadisə yerindən yola doğru getmişdir. Dayısıgilin evinə aparmış, sonra da polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir, törətdiyi əməldən peşmandır, əmisioğlu ilə barışıq əldə etmiş, dəymiş ziyanı tam ödəmişdir. Hadisə zərərçəkmiş şəxsin onu ailə üzvlərinin yanından danlamasına görə əsəbləşməsi və sonradan da bununla bağlı aralarında baş vermiş münaqişə zamanı olmuşdur. Himayəsində 3 azyaşlı olmaqla 4 övladı var. Məhkəmədən ona şərti cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun əmisi oğludur, eyni sinifdə oxumuş, uzun müddət mehriban şəkildə dolanmışlar. Orxan qeyri-adilik olmuş və son vaxtlar orda-burda ağzına gələni danışdığı üçün, ona hər yerdə artıq əskik danışmamağı, ailəsinin və özünü nüfuzunu aşağı salacaq hərəkətləri etməməyi məsləhət görmüşdür. Bu Orxanın xoşuna gəlməmiş və ondan küsmüş, aralarında soyuqluq yaranmışdır. O, 03 noyabr 2023-cü il Orxanın atası əmisi Şahid1 evinə qonaq getmiş, həmin vaxt Orxan da evdə olmuşdur. O, birlikdə çay süfrəsinə oturmuş, bir müddət söhbət etdikdən sonra əmisioğlu Orxan ona “səndən zəhləm gedir, bir də bizə gəlmə” desə də bunu ciddi qəbul etməmiş, bir az sonra Orxan evdən çıxaraq heyvanların arxası ilə getdiyini demişdir. O isə əmisi ilə oturub söhbət etdikdən sonra evdən çıxmış, əmisioğlu Orxan da çöldə olmuşdur. Bu zaman Orxan yenidən ona yaxınlaşıb “səndən zəhləm gedir, bir də bizə gəlmə” demişdir. Niyə belə dediyini soruşduqda Orxan ona yaxınlaşaraq mübahisə yaratmış, hava qaranlıq olduğundan dəqiq görməmişdir. Orxan ona qəfil zərbə vurmuş və həmin yerdən uzaqlaşmışdır. Əvvəlcə Orxanın ona yumruqla vurduğunu düşünmüş, əlini qarnına yaxınlaşdırdıqda yaş olduğunu görmüş, işığa tərəf yaxınlaşanda qarnından qan axdığını Orxanın ona bıçaqla zərbə vurduğunu başa düşmüşdür. Bu vaxt əmisi Nazir çölə çıxmış və onun bıçaqlandığını görmüş onu maşına qoyaraq xəstəxanaya gətirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, əmisi oğlu Orxanla ədavət və düşmənçiliyi olmamış, bir yerdə böyümüşlər, hadisə vaxtı yanlarında kimsə olmamış, hadisədən dərhal sonra əmisi Nazir yaxınlaşıb onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Əmisioğlu olduğu hadisənin onun xəstəliyi ilə bağlı baş verməsinə görə təqsirləndirilən şəxsin tutulmasını istəmir. Məhkəmədə ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, o, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onun qardaşı oğludur. Oğlu Təqsirləndirilən şəxs 2-ci qrup əlil kimi qeydiyyatdadır. Zərərçəkmiş şəxsla birlikdə böyümüş, eyni sinifdə oxumuşlar. Mahir kənddə camaatın arasında artıq-əksik danışmaması barədə Orxana məsləhətlər versə də Orxan xoşuna gəlmədiyi üçün Mahirdən küsmüşdür. 03 noyabr 2023-cü ildə axşam Mahir onlara qonaq gəlmiş, evdə çay içəndə oğlu Orxan Mahirə “səndən zəhləm gedir, nə üçün bizə gəlmisən” deyib heyvanların arxası ilə getmiş, biraz oturduqdan sonra evə getmiş, təxminən yarım saat sonra qardaşı oğlu Mahir qanlı vəziyyətdə evə yaxınlaşmış, nə olduğunu soruşduqda Mahir Orxanın onu bıçaqladığını söyləmiş, Mahiri maşına qoyaraq xəstəxanaya aparmışdır. X9 barışmış, Mahir oğlunu bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Bərdə rayonu Bala Göyüşlü yaşayır. Təqsirləndirilən şəxs bacısının oğludur. Orxanla əmisi oğlu Mahirin əvvəl aralarında heç bir münaqişə və ədavət olmamışdır. Bacısı oğlu Orxanın psixoloji problemləri var. 04 noyabr 2023-cü il tarixdə gecə Orxanı küçədə tək gedəndə görüb onu maşına əyləşdirmiş və sonradan da polis şöbəsinin əməkdaşları gəlib onu aparmışlar. Hadisəni isə sonradan bilmiş, Orxan özü ona Mahirlə arasında mübahisə zamanı sonuncunu bıçaqladığını söyləmişdir. Hadisənin Mahirin son vaxtlar Orxanı danlayaraq kənddə camaatın arasında özünü normal aparmalı olduğunu söyləməsi, digər şəxslərin yanında artıq-əksik danışmamasını məsləhət görməsinə görə sonuncu ilə aralarındakı mübahisə zamanı olmuş, Mahirin Orxanı danlamağı xoşuna gəlmədiyindən aralarındakı münasibət soyuqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs isə əmisi oğludur. X11 arasında əvvəl heç bir münaqişə və ədavəti olmamışdır. Əmisi oğlu Orxanın bildiyi qədərilə psixoloji problemləri var. Qardaşı Mahir son vaxtlar əmisi oğlu Təqsirləndirilən şəxs danlayaraq kənddə camaatın arasında özünü normal aparmalı olduğunu söyləmiş, digər şəxslərin yanında artıq-əksik danışmamasını məsləhət görmüşdür. Mahirin Orxanı danlamağı Orxanın xoşuna gəlmədiyindən münasibətləri soyumuşdur. 03 noyabr 2023-cü ildə Mahir əmisi Nazirgilə getmiş, O çöldə Mahiin avtomobilində oturmuş, qısa müddət sonra qardaşı Mahir onu çağıranda Orxanın onu bıçaqladığını demişdir. Mahirlə birlikdə əmisi Nazirgilin həyətinə keçmiş, Şahid1 ondan nə olduğunu soruşduqda o, Orxanın Mahiri bıçaqladığını söyləmişdir. Bir az sonra Orxan həyətə gəlsə də vəziyyətin qarışıq olduğunu görüb, oradan uzaqlaşmışdır. Əmisi Nazirlə birlikdə Mahiri xəstəxanaya aparmışdırlar. Sonradan bilmişdir ki, qardaşı Zərərçəkmiş şəxs və əmisi oğlu Orxanın etdiyi söhbətlər zamanı ona məlum olmuşdur ki, Orxanla Mahir çölə çıxdıqda aralarında mübahisə olmuş, Orxan evdə olarkən Mahirə ondan zəhləsi getdiyini, bir daha onlara gəlməməsini demişdir. Çölə çıxdıqda Mahir bunun səbəbini soruşmuş, Orxan isə cavabında “sən niyə ailəmin yanında məni danlayırsan” deyib Orxanı təhqir etmiş, cavabında Orxan Mahiri təhqir etmişdir. Aralarında olan mübahisə zamanı Orxan Mahirə bıçaqla zərbə vurmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:04-də Bərdə MDM-dən Bərdə RPŞ-yə Zərərçəkmiş şəxs qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023cü il tarixdə «hadisə yerinə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokol və əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə yeri Bərdə rayonu Göyüşlü kəndində yerləşir. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet və əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı əmisi oğlu Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi, hadisəni törətdiyi, daha sonra bıçağı atdığı yeri göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “əşyaya baxış və götürmə haqqında” protokol tərtib edilmiş, 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs xəstəxanaya gələrkən əynində olmuş bir ədəd ağ rəngli mayka və bir ədəd qara rəngli köynək tərəfimdən götürülmüş, baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-tibbi müayinə zamanı bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 07 yanvar 2024-cü il tarixli, 876 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qarının ön divarının epiqatral nahiyyəsinin qarın boşluğuna nüfuz edən yarası, qara ciyərin İV seqmentinin dəlib keçən yarası deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə bioloji ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 786/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynək, mayka üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Qan ləkələri 0-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə kriminalistik ekspertizanın 28 dekabr 2023-cü il tarixli, 587/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində ortada 01(bir) ədəd cırılmış zədə aşkar edilmişdir. Bu zədə köynəyin müvafiq nahiyyəsinə fiziki güc tətbiq etməklə və ya hər hansı bir səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizanın 12 dekabr 2023-cü il tarixli 785 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (əqli cəhətdən geri qalma və ləngimə halları) və psixi xəstəlik keçirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonu, Böyük Göyüşlü kəndində baş vermiş hadisə zamanı ətrafa kənar şəxslər gəlməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs aralarında yaranan mübahisə zamanı əmisi oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Tibbi Ərazi Bölmələrinin X8 Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 02 fevral 2024-cü il tarixli 18-1-28/2-205/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 07 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işininin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RİHB-nin Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 25№li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş Bərdə RİHB-nin Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 151 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvad və övladları ilə yanaşı, atası müharibə veteranı olan Şahid1, İ və İİ dərəcəli əlil olan iki bacısı və anası ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 1 (bir) qara rəngli köynək və 1 (bir) ədəd ağ rəngli mayka maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə tədqiq edilən AA3607251, AZE11736318 və AA4652528 №li şəxsiyyət vəsiqələrinin surətindən və elektron məhkəmə informasiya sistemindən əldə elimiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Nihat Rəhimli, xx.xx.2006-cı il təvəllüdlü Aysu Rəhimli, xx.xx.2010-cu il təvəllüdlü Aysel Rəhimli adlı azyaşlı övladı və yetkinlik yaşına çatmayan övladları var. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan Bərdə rayon Mərkəzi xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-28/2-205/2024 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs, xəstəxananın narkoloji və ruhi-əsəb dispanserdə qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 248 №li arayışdan görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs doğma əmioğludurlar. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024cü il tarixli ƏƏSMN X1 Sistemi vasitəsilə əldə edilmiş əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs “oliqefroniya debillik dərəcəsində doğuş travmasından sonra” diaqnozu ilə İİ qrup əlil kimi pensiya alır. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 16:10-da Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (021)-218/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə məhkəmənin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (021)-218/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olan 1(bir) qara rəngli köynək və 1(bir) ədəd ağ rəngli mayka Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Nazim oğlu ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ondan şikayətçi deyil və cəza verilməsini istəmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Nazim oğlunun qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Nazim oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Nazim oğlunun himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsin onda şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əvvəllər məhkumluğunun olmamasını, psixi xəstəlikdən əziyyət çəkməsini və İİ qrup əlil olmasını, həmçinin sağlamlıq imkanları məhdud olan və əlil olan (yaxın qohumları) onunla birlikdə yaşayan bacılarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Nazim oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin etməklə və həmin cəzanın şərti olaraq tətbiq etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşaqlarını və əlillikdıən əziyyət çəkən bacılarını ciddi məhrumiyyətlərə düçar edə, ailəsini ağır maddi vəziyyətə sala, ailəsinin maddi rifahına və həyat şəraitinə təsir edə bilər. Təqsirləndirilən şəxsin məhkəmədəki davranışı psixi xəstəliyinin kəskinləşməsi fonunda iştirak edə bilməməsi istisna edilməklə, digər məhkəmə iclaslarında iştirak etməsi, bütün məhkəmə baxışı zamanı əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsi onun islah yoluna qədəm qoyması kimi qiymətləndirir və onun cəmiyyətdən təcrid edilməsinin zəruri olmadığı qənaətini formalaşdırır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qohumu olan əmioğlusu arasında olmasını, psixi xəstəlikdən əziyyət çəkməsini himayəsindəki uşaqlarından birinin azyaşlı digərlərinin isə yetkinlik yaşına çatmaması, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədəuyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd ağ rəngli mayka Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddətinin əvvəli Bərdə rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. İş üzrə maddi sübut olan Bərdə rayon Polis Şöbəsində hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd ağ rəngli mayka Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-362/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-362/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver