Məhkəmə qərarları › İş №1(100)-363/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-363/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-363/2023 12.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X5 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi ünvan 4 vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində həbs”г Qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, istintaqa məlum olmayan tarixdə və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 3,019 qram və 2,584 qram olmaqla, ümumi təmiz çəkisi 5,603 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək 2 ədəd şəffav polietilen torbada əynində olan qəhvəyi rəngli cins şalvarının sağ ön cibində daşıyaraq saxlamış, 10 mart 2023-cü il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, Şeyxzamanlı qəsəbəsi, yeni yaşayış massivində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli cins şalvarın sağ on cibindən 2 ədəd şəffav polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,019 qram və 2,584 qram olmaqla, ümumi təmiz çəkisi 5,603 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 10 mart 2023-cü ildə yaşadığım “Şeyxzamanlı” qəsəbəsində piyada gedərkən üç nəfər mülki geyimdə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Onların qara rəngli “Toyota Prado” markalı avtomobili olmuş, özlərini təqdim etdikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinə getməli olduğunu demişlər. Ayrı seçimi olmadığı üçün onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmiş, onu 2-ci mərtəbəyə qaldırıb hansısa otağa salmış, otaqda 3 nəfər əməliyyatçı və 2 nəfər başqa şəxslər olmuşdur. Əllərini arxadan bağlayıb onu döymüş, qarın, boyun və üz nahiyəsinə hardan gəldi vurmuşlar. Döyəndən sonra stolun üstünə olan 2 ədəd sellofan bükümdə narkotiki ona göstərib “denən ki, bunlar mənə məxsusdu və küçədən tapmışam” deməsini tələb etmiş, o isə narkotikin özünə aid olmadığını və üzərinə götürməyəcəyini demişdir. Polis əməkdaşları isə əgər dediyini eləməsə onu arxadan zorlayacaqlarını və qanını üzünə sürtəcəyini demişlər. Yanında dayanan ağ köynəkli, boz şalvarlı polis əməkdaşının biri şalvarının kəmərini açmağa başlayanda öz kişiliyindən, şərəfindən və ləyaqətindən qorxduğu üçün “narkotiklər mənimdir!” demiş, hər iki bükümü cibinə qoyub onu aşağı mərtəbəyə düşürtmüşlər. Ordada dediyi kimi razılaşıb çəkilişdə narkotikin guya ona məxsus olmasını etiraf etmişdir. Məhkəmədə hazırda verdiyi ifadəni işi aparan müstəntiqə də danışmış, tutulduqdan təxminən 2 ay sonra müraciəti əsasında prokurorluğun müstəntiqi gəlib ondan yazılı izahat göstərmişdir. İstintaqın sonunda işi aparan müstəntiq türməyə yanına gəlib dindar olduğu və “dini” fəaliyyətə görə tutulduğunu, lakin telefon danışıqları və dini fəaliyyətinin təmiz olduğunu demişdir. Müstəntiqə 15 yaşdan dini ibadətdə olduğunu, son 12 ildə isə “İmamzadə” ziyarətgahında xidmət etdiyini demişdir. Səhəttində olan problemlərlə bağlı istintaq təcridxanasında hal-hazırda müalicə olunur. Təqsirləndirilən şəxs məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları ona hədə-qorxu gəldiyi üçün boynuna almış, sanksiya verilənə qədər, etirafedici ifadələr vermişdir. Qeyd etdiyi ziyarətgahda və digər dini qurumlarda rəsmi işçi kimi olmamışdır. Polis əməkdaşları paltarın üstündən vurduqları üçün bədənində hər hansı iz qalmamışdır, sadəcə onların “səni zorlayacağıq” dediklərinə görə öz kişiliyimdən, şərəfimdən qorxduğu üçün etmədiyi əməli boynuna almışdır. Polislər onu “Şeyxzamanlı” qəsəbəsində saxlamışdır. Narkotiki cibinə qoyanın adını xatırlamır, onu otaqda polislərin hamısı döymüş, sonra da polis şöbəsindən məhkəməyə aparmışlar. Sanksiyaya məhkəmədə baxılarkən də narkotiki boynuna almış, polis əməkdaşı görəndə, öz kişiliyi və namusumun alçaldılmaması üçün qorxuduğundan bunu etmişdir. Müdafiəçi ilə üzbəüz söhbəti olmamış, saxlanılarkən heç bir dövlət orqanına və ya qurumuna müraciətim etməmişdir. Tutulandan sonra evində axtarış aparılmış, dini fəaliyyətlə bağlı ancaq qanunsuzluq olmamışdır. Təcridxanaya gələndən sonra isə olanlara etirazını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 göstərdi ki, Gəncə şəhəri, Baş Polis idarəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hazırki işlə bağlı tanıyıram. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı CAB-nin rəisi Ramin Mehdixanova daxil olmuş, əməliyyata Mahirlə özü getmiş, əməliyyat məlumatı onlara Baş İdarədən verilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şeyxzamanlı qəsəbəsində bir nəfər şəxslə söhbət edərkən ona yaxınlaşıb Gəncə şəhəri, Baş Polis idarəsinə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs İdarəyə gətirəndən sonra təhqiqatçının otağına aparmış və orada şəxsi axtarış keçirilmiş, qanunsuz olaraq saxladığı iki bükümdə dəqiq çəkisini xatırlamdığı və külli miqdar olan psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarəyə özlərinə məxsus şəxsi avtomobillə gətirmişlər. Əvvəlcə təhqiqatçının otağında video çəkiliş əsasında üzərinə baxış keçirtmiş, sonra CAB-ın rəisi Ramin müəllimin otağına aparmışlar. Təqsirləndirilən şəxsin evinə keçirilən isə baxışda iştirak etməmişdir. Saxlanılarkən və üzərində axtarış apararkən Təqsirləndirilən şəxs metamfetamini hardan aldığını soruşmamışdır, sonrakı dövrdə də şəxsin həmin narkotik vasitəni haradan əldə etməsi və kimlərə satmasına dair əməliyyat məlumatı əldə edə bilməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq şahid X2 Rüstəmovu həqiqətən üzərinə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirildikdən sonra CAİ-nin rəisi polis polkovnik leytenantı Ramin Mehdixanovun göstərişi ilə izah edə bilmədiyi səbəbdən sonuncunun xidməti otağı, yuxarı mərtəbəyə aparsalar da, orada təqsirləndirilən şəxsə qarşı hər hansı zorakılıq, fiziki və psixi təsir olmadığını, göstərdiklərinin əsasssız olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Gəncə şəhəri, Şeyxzamanlı qəsəbəsi ərazisində Araz Hökməliyevlə biryerdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu üçün saxlayıb Gəncə ŞBPİ-nə gətirdiklərini, saxlanılarkən, polis idarəsində gətirilərkən yolda və orada olduqları müddətdə təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, təhqiqatçısının otağında videçəkilişlə keçirilmiş üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib saxladığı 2 bükümdə psixotrop maddəni könüllü olaraq təqdim etdiyini göstərmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirildikdən sonra, əməliyyat işi ilə bağlı CAİ-nin rəisi polis polkovnik leytenantı Ramin Mehdixanovun xidməti otağına aprdıqlarını lakin Təqsirləndirilən şəxs orada hər hansı fiziki və psixi təsir olmadığını, zorakılıq edilmədiyini göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 mart 2023-cü il tarixli raportdan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbulu, üzərində gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 mart 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokol və Gəncə şəhər Məhkəməsinin 4(125)-130/2023 saylı, 12 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın sağ ön cibindən sellofana bükülmüş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş, həmin predmetlər götürülüb qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 11 mart 2023-cü il tarixli, 16/307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs.....” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd şəffav politetilen paketlərdə ayrı-ayrılıqda 2,584 qram, 3,019 qram olan ümumi təmiz çəkisi 5,603 qram maddələr, kustar üsulla hazırlanmış maddə metamfetamindir. Tədiqqata təqdim edilmiş, 1 (bir) ədəd kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış комплeкс-мящкямя психатрик-психоложи експертизасынын 13 апрел 2023-ъц ил тарихли, 226 сайлы ряйиндян эюрцнцр ки, Рцстямов Щасил Явяз оьлу емосионал давамсыз шяхсиййят позунтусу, вахташыры невротик реаксийаларла ХБТ 10 (Психи вя давраныш позунтуларынын бейнялхалг тяснифаты 10-ъу бахыш) Ф60.3 хястялийиндян язиййят чякир. Тягсирляндирилян шяхс Рцстямов Щасил Явяз оьлунун ъинайяти тюрятдийи заман емосионал давамсыз шяхсиййят позунтусу, вахташыры невротик реаксийаларла ХБТ 10 (Психи вя давраныш позунтуларынын бейнялхалг тяснифаты 10-ъу бахыш) Ф60.3 хястялийиндян язиййят чякмясиня бахмайараг щямин хястялик аз ифадяляри вя компенсасийа (йахшылашма) мярщялясиндя олмасы сябябиндян о, юз щярякятлярини идаря етмяк вя бунун мясулиййятини дярк етмяк игтидарында олмушдур. Тягсирляндирилян шяхс Рцстямов Щасил Явяз оьлу щал-щазырда емосионал давамсыз шяхсиййят позунтусу, вахташыры невротик реаксийаларла ХБТ 10(Психи вя давраныш позунтуларынын бейнялхалг тяснифаты 10-ъу бахыш) Ф60.3 хястялийиндян язиййят чякмясиня бавхмайараг о, юз щярякятлярини идаря етмяк вя бунун мясулиййятини дярк етмяк игтидарында Анлаглы олмушдур. Рцстямов Щасил Явяз оьлунун мяъбури мцалиъяйя ещтийаъы йохдур. Рцстямов Щасил Явяз оьлунун эюстярилян ъинайят щадисясини тюрядяркян ади психи-емосионал щалда олмушдур. О, ъинайят щадисяси тюрядяркян эцълц рущи щяйаъан вязиййятиндя (аффект) олмамышдыр (кечирмямишдир) Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 aprel 2023-cü il tarixli 595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X4 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 5,403 qram olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına saxlanca verilmiş, 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin olduğu bir ədəd “DVD” disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 27 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olmaması, Gəncə şəhəri, Şeyxzamanlı qəsəbəsində saxlanılıb polis şöbəsinə gətirildikdən sonra həmin psixotrop maddənin polis əməkdaşalrı tərəfindən üzərinə qoyularaq götürməsinin tələb edilməsi, etiraf etmədikdə isə fiziki zorakılığa və psixi təzyiqə məruz qalaraq döyülməsi, eyni zamadan polislər tərəfindən (cinsi) zorakılığa məruz qalıb zorlanacağını bildirmələrini deməsi dairn hissədə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə tibbi, narkoloji və kimyəvi ekspertiza rəyləri ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamış, müdafiə tərəfindən cinayət işi materiallarından olan sənədlərin araşdırılması və yaxud əlavə şahidlərinin çağırılıb dindirilməsi ilə bağlı hər hansı vəsatət verilməmişdir. Buna görə də məhkəmə həmin ifadələri təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmə araşdırması zamanı keçirilən baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixiemosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış metamfetaminin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçisinin yanında çəkiliş müddətində hər hansı psixotrop maddənin ona məxsus olmamasına dair narazılıq etməmiş, sonrakı müddətdə özü və ailə üzvləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, yuxarı prokuror, digər səlahiyyətli orqana iddia etdiyi qanunsuzluqlarla bağlı müraciəti olmamışdır. İstintaqın sonrakı mərhələsində məhz istintaqı aparan orqan Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əlavə ifadə verərkən göstərdiyi və Təqsirləndirilən şəxs məhkəmə baxışında da göstərdiyi polis şöbəsinə gətirildikdən sonra ona qarşı edilmiş qanunsuzluqlarla bağlı istintaq orqanının müraciəti əsasında Gəncə şəhər prokurorluğunda müvafiq araşdırma aparılmışdır. Bununla bağlı məhkəmənin təşəbbüsü ilə Gəncə şəhər prokurorluğuna sorğu edərək 290c- 23 saylı materalı götürmüş, aidiyyəti sənədlərin surəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Həmin materialdan görünür ki, Təqsirləndirilən şəxs material üzrə araşdırma zamanı verdiyi izahatda bədən səthi üzərində aradan xeyli müddət keçdiyinə görə xəsarət olmadığından tibbi ekspertizadan keçməkdən imtina etmiş, ibtidai araşdırmanın sonrakı müddətində ona verilən ittiham üzrə vəziyyətinin ağır olduğunu başa düşərək, təzə müdafiəçisinin iştirakı ilə verdiyi əlavə ifadəsində ona qarşı edilmiş qanunsuzluqlarla bağlı məlumat vermək qərarına gəlmişdir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən aidiyyəti üzrə şikayət(lər) verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 333 №li rəyindən isə görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət yaxud xəsarət izi aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hazırki iş üzrə Təqsirləndirilən şəxs məhz dini fəaliyyətlə məşğul olduğu üçün üstünə psixotrop maddə qoyulmasını bildirməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(125)-164/2023 saylı qərarından görünür ki, iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına narkotik vasitə psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların saxlaması ehtimalı olduğuna görə axtarış və götürmə istintaq hərəkətinin məcburi aparılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixlli “axtarış və götürmə aparılması haqqında” protokol əlavəsi olan DVD disk və fotocədvəllərdən görünür ki xx.xx.2023-cü ildə qeyd edilən ünvana videoçəkilişlə şəxsin həmin dövrdə müdafiəçisi olmuş ünvan 4 vəkili Ayaz Həsənovun iştirakı ilə axtarış və baxış istintaq hərəkəti keçirilmiş hər hansı qanunsuz əşya və predmet (o cümlədən dini ekstremist təyinatlı, milli təfriqə və düşmənçilik yayan) aşkar edilməmiş, ümumiyyətlə nə ilkin ibtidai istintaq zamanı nə də istintaqın sonrakı dövründə Təqsirləndirilən şəxs bununla bağlı hər hansı ittiham verilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhz dini fəaliyyətlə məşğul olduğuna görə qanunsuz olaraq saxlanılıb əsassız yerə məsuliyyətə cəlb edilməsi barədə məhkəmə baxışında göstərdikləri də ağlabatan deyil və məhkəmə baxışında hər hansı sübutla təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmiş saxlanılarkən hüquq və vəzifələrinin izah edilməməsi, saxlanma səbəbi barədə təqsirləndirilən şəxsə məlumat verilməməsi, Gəncə ŞPİ-ində gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildikdən sonra, Müvəqqəti saxlama yerinə təhvil verilmədən onu gətirmiş CABın əməliyyat müvəkkiləri tərəfindən sonuncunun göstərişi ilə izah edə bilmədikləri səbəbdən aparılması ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı aidiyyəti tədbir görülərək həmin halların gələcəkdə təkrarlanmaması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna rəsmi məlumat veriləcəkdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs verilmiş külli miqdar psixotrop maddənin satış məqsədilə əldə edib saxlamasını məhkəmə baxışında sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və yaxud psixotrop maddələrin satışı ilə bağlı hər hansı hərəkət və bunu təsdiq edəcək hallar cinayət işi materiallarına əlavə edilməmiş, məhkəmə baxışında şahid qismində dindirilmiş iş üzrə şahidlər (polis əməkdaşları) əvvəllər Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddə verməsindən məlumatları olmadığını, onun psixotrop maddə satdığı şəxsləri müəyyən etmədiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə istintaq tapşırığına cavab olaraq Gəncə ŞPİ CAİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-57/2-17174/2023 saylı məktubdan görünür ki, idarənin əməkdaşlarının keçirtdiyi əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini haradan və kimdən, nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini satış məqsidlə əldə edərək saxlamış, narkotik və psixotrop maddənin satışı ilə məşğul olmuş, lakin narkotik vasitə və ya psixotrop maddə olan metamfetamini satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubunda həm şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması, həm də psixotrop maddə satıdığı şəxslərin müəyyən edilməsinin mümkün olmaması barədə qeyd aparılmasını, mötəbərliyi təsdiq edilməyən əməliyyat məlumatları əsasında şəxsə qanunsuz olaraq külli miqdar psixotrop maddənin satış məqsədilə əladə edilib saxlama barədə ittiham verilməsini ədalətsiz və qanunsuz hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmə baxışında tədqiq edilən hallara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar metamfetamini şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası rəyinə əsasən də Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə ŞİHB-nin Şeyxzamanlı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ana və atası ilə birlikdə Gəncə şəhər, Şeyxzamanlı qəsəbəsi, Azərbaycan küçəsi ev 64-də yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə psixtarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu, vaxtaşırı nevrotik reaksiyalarla” psixi xəstəliyindən əziyyət çəkir. Məhkəmə təqsirləndirilən şəxsin psixi xəstəlikdən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan ən aşağı həddə cəza müddəti daxilində də mümkündür. Təqsirləndirilən şəxs məhkəmə baxışından davranışı, saxlanıldığı dövrdən hazırki məhkəmə baxışına qədər olan dövrdə faktiki həbsdə saxlanıldığı müddət daxil olmaqla cəza müddətində tətbiq ediləcək rejim daxilində psixotrop maddə asılılığından azad olmasına da inam yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, törədilmiş əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə ŞBPİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri ayrı-ayrılıqda təmiz çəkiləri 3,019 qram və 2,584 qram olmaqla, ümumi təmiz çəkisi 5,403 qram olan metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə, evdə axtarış keçirilmıəsi istintaq hərəkətinin qeydə alındığı 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə, evə axtarış zamanı götürülmüş “Şəri suallara cavab” kitabı isə təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 112,40 (bir yüz on iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş ünvan 4 vəkili Müdafiəçi 25 (iyirmi beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri ayrı-ayrılıqda 3,019 qram və 2,584 qram olmaqla, ümumi təmiz çəkisi 5,403 qram olan metamfetamin məhv edilsin, istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülər olan 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə, evə axtarış zamanı götürülmüş “Şəri suallara cavab” kitabı isə təqsirləndirilən şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 112,40 (bir yüz on iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar