Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-364/2022 19.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X10 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, ev 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni təmiz çəkisi 15.785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”-i məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək ağ rəngli polietilen sellofan torbada qablaşdırıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində, bir ədəd elektron tərəzini isə əynində olan qara rəngli gödəkcənin sol yan cibində daşıyaraq saxlamış, 22 mart 2022-ci il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, 1 nömrəli binanın qabağında Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 15.785 qram çəkidə narkotik vasitə olan heroin və qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin qarşısında iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, o da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Gəncə şəhər BPİ-yə gəlmişdir. Gəncə şəhər BPİ-nin inzibati binasında müdafiəçisi Rihat Məmmədovun və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və əşya olub olmaması soruşulmuşdur. O isə əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində olan şəffaf rəngli polietilinə bükülmüş heroini və həmin gödəkcənin sol yan cibində olan elektron tərəzini təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin heroini 3-4 gün əvvəl Goranboy rayonu, Dəliməmmədli kəndində olarkən təsadüfən özünü Bəhruz adı ilə təqdim edən şəxsdən aldığını demişdir. O, Bəhruzdan istifadə etməsi üçün ona heroin tapmasını demiş, Bəhruz da etiraz etməmiş, sonra çayxanada olan salfet kağızının üzərində bank hesab nömrəsi və öz mobil telefon nömrəsini yazıb ona vermişdir. Bəhruzla danışığına əsasən o, heroinin bir qramını görə 25 manat ödəməli idi. O, Bəhruza 20 qram heroin alacağını bildirmiş, Bəhruz da ona 500 manat pulu kart hesabına köçürdükdən bir gün sonra həmin 20 qram heroini Gəncə şəhəri, DOS 102-də yerləşən “Palyot” adlı kafenin arxa hissəsinə atacağını demişdir. O, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, H. Əliyev prospektində yerləşən X15 yaxınlığında olan ödəmə terminalı vasitəsi ilə Bəhruzun ona verdiyi hesab nömrəsinə 500 manat pul göndərmişdir. Onun təqdim etdiyi tərəzi özünə məxsus olmuş, lakin işlək vəziyyətdə olmamışdır. Bundən sonra onun üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 19,03 qram olduğu müəyyən olunmuşdur. Həmin heroin zərfdə qablaşdırılmış, onun, vəkilinin və polis əməkdaşlarının imzaları ilə zərfin üzəri imzalanmışdır. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 mart 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədə Gəncə şəhəri, DOS-102, 1 nömrəli binanın qarşısında olması və narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, o, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, DOS-102, 1 nömrəli binanın qarşısında saxlayaraq Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil X6 müdafiəçi təyin edilmiş, sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir qanunsuz əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilenə bükülmüş narkotik vasitə heroini, həmin idman gödəkcəsinin sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxardıb təqdim etmiş və sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, tərəzini isə həmin heroini çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 3-4 gün əvvəl Goranboy rayonu, Dəliməmmədli şəhərində təsadüfən tanış olduğu Bəhruz adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 19.03 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir neçə dəfə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna dair DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçı polis mayoru X3, Gəncə şəhər BPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kiçik leytenantı Şahid2, həmçinin Gəncə 1 saylı Vəkil Bürosunun vəkili X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və gödəkcənin sol yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükülü açıldıqda içərisindən toz şəkilli narkotik vasitə olan heroin, aşkar olunmuşdur. Həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və sellofanlarla birlikdə çəkisi 19.03 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzərləri iştirakçılar tərəfindən imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroini 3-4 gün əvvəl Goranboy rayonu, Dəliməmmədli şəhərində təsadüfən tanış olduğu Bəhruz adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Bəhruzun bank hesab nömrəsini və mobil nömrəni kağıza yazaraq ona verdiyini, xx.xx.2022-ci il tarixdə Bəhruzun verdiyi hesaba 500 manat pul köçürdüyünü, bu gün isə Bəhruz əvvəldən danışdıqları kimi narkotik vasitə olan 20 qram heroini «Palyot» kafesinin arxasına qoyduğunu və onunda həmin narkotik vasitəni götürdüyünü bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 23 mart 2022-ci il tarixli 16/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …..» yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 15.785 qram olan maddə kustar üsula hazırlanmış narkotik vasitə –heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 03 iyul 2022-ci il tarixli 978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığından görünür ki, əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsi müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünürü ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və psixotrop maddə olan metafetamin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 15.785 qram heroin külli miqdar təşkil edirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 15.585 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat başa çatanadək Gəncəşəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, «Baksell» operatorundan daxil olmuş disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması, üzərindən aşkar olunan elektron tərəzinin işlək vəziyyətdə olmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 15.785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” məlum olmayan tarixdə və mənbədən satış məqsədi iləqanunsuz olaraq əldə edərək ağ rəngli polietilen sellofan torbada qablaşdırıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində, bir ədəd elektron tərəzini isə əynində olan qara rəngli gödəkcənin sol yan cibində daşıyaraq saxlamış, 22 mart 2022-ci il tarixdə saat 12:50 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 15.785 qram çəkidə narkotik vasitə olan heroin və qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, təmiz çəkisi 15.785 qram çəkidə narkotik vasitə olan heroin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli residiv hesab edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində cinayətlərin təhlükəli residivi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsindəsaxlanılan bir ədəd elektron tərəzi təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarılmalı imtina etdikdə məhv edilməldir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 15.585 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan bir ədəd ödəniş qəbzi və həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01ədəd “DVD” disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinəəsasən ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat ( otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşüzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İşüzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarısın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 15.585 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəüzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan bir ədəd ödəniş qəbzi və həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01ədəd “DVD” disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılSİN. İşüzrə 30.40 manat ( otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-364/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-364/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver