Məhkəmə qərarları › İş №1(100)-364/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-364/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-364/2024 23.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X7 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X23 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi - X4 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Daşkəsən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2001-ci il tarixdə Samux rayonu, Burunqovaq kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Burunqovaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Samux rayonu, Burunqovaq kəndində iştirak etdiyi toy məclisində spirtli içki qəbul edib toy məclisinin təşkil olunduğu mağarın qarşısında dayanarkən, həmin vaxt həmkəndlisi X5 arvadı Şahid1 ilə birlikdə toy məclisindən çıxıb getdiklərini gördükdə, Muraz İbrahimovun arvadı Şahid1 ilə onun intim münasibətdə olmasından şübhələnməsi səbəbi ilə onunla 2023-cü ilin iyun ayında sözlə mübahisə etməsini cüzi səbəb kimi bəhanə edərək, onların arxasınca gedib mağardan 60 metr məsafədə küçədə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla hədələyib nalayiq söyüşlər söyərək ictimai qaydaya və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirərək xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə Muraz İbrahimovu münaqişəyə cəlb edərək aralarında yaranmış əlbəyaxa münaqişə zamanı həmin bıçaqla sonuncunu vurmaq istədikdə Muraz İbrahimovun oradan qaçmaq istəməsinə baxmayaraq, cinayətkar niyyətini həyata keçirməkdən ötrü sonuncunun arxasınca qaçıb orada əlbəyaxa münaqişəsini davam etdirərək əlində olan bıçaqla arvadı Şahid1 gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib sonuncuya xüsusi əzab verdiyini dərk edərək Muraz İbrahimovun bədən səthinə ardıcıl zərbələr vurub ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol qalça nahiyəsinin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthində yerləşən sol döş boşluğuna keçərək ürəyin sağ mədəciyinin zədələnməsi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid 01 (bir) ədəd kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək Muraz İbrahimovu xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verməzdən 7-8 ay qabaq mərhum Muraz İbrahimovun qapılarının qarşısından keçərkən sonuncunun atası ona gəlini Sədətin yanına nə üçün gəldiyini soruşaraq öz evlərinə girmişdir. Halbuki o, Mirazgilin evlərinə getməmiş, sadəcə sonuncunun yaşadığı evin həyətinin qapısının qarşısından keçmiş və kənd yeri olduğundan evlərin qapılarının hamısı bir-birlərinə yaxın olmuşdur. Bundan əvvəl də Muraz iş yerində onun yaxşı oğlan olmaması barədə sözlər demişdir. O da bu söhbətə görə Murazın evinə gedib sonuncudan nə pis şey etdiyi üçün onun barəsində bu formada sözlər dediyini soruşmuşdur. Muraz da ona yaddaş problemi olduğunu və dedikləri sözlərə görə üzrlü saymağını xahiş etmişdir. Bir neçə gün sonra kənddə əsgər qonaqlığı olmuş, o da orada iştirak etmişdir. Qonaqlıqdan çıxanda mərhum Muraz öz evində çay içməyi təklif etmiş, o isə içkili olduğundan gedə bilməyəcəyini desə də, Muraz təkid etdiyi üçün o, sonuncu ilə getmiş və evlərində olan zaman içkili olduğu üçün qaytarmışdır. Həmin hadisədən sonra o, Murazın kənddə onun öz evlərində qaytardığını dediyini eşitmişdir. Bununla da Murazla aralarında yenə söz-söhbət yaranmış, o, Murazgilin əlindən kəndə gələ bilməmiş, ona gəlinləri Sədətlə aralarında intim münasibətin olduğunu demişlər, lakin elə şey olmamışdır. Bir dəfə o, avtomobillə kəndə gələndə Murazın anası onun avtomobilini daşlamış və əlində yaba ilə onu hədələmişdir. Buna görə də o, Mingəçevir şəhərinə gedib 3-4 ay bibisigildə qalmış, oradan isə işləmək üçün Laçın rayonuna getmişdir. Laçından qayıdandan sonra atası evdə olmadığından sonuncunun əvəzinə toya getmişdir. Toya pul yazılıb mağarın qarşısında dayanan zaman Muraz ona arvadı Sədətə nə üçün baxdığını demiş, o da Sədətə baxmadığını, onunla Sədətin adına söz çıxarıb sonuncunu atası evinə qoyduğunu, sonra da geri gətirdiyini və yaxşı kişi olsaydı bu cür etməməli olduğunu demişdir. Bununla da Murazla aralarında söz-söhbət yaranmış və onlar mağardan çöldə dalaşmışlar. Muraz onu vurmuş və o da yıxılmışdır. Daha sonra o, özünü qorumaq üçün Murazın qoluna bir bıçaq atmış, lakin bıçaq sonuncunun ürək nahiyəsinə dəymişdir. Lakin o, Murazın ölməsini istəməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, kənddə Sədətlə onun münasibəti olması barədə söz-söhbəti Murazın atası Rəhim yaymış, bu barədə Rəhim onun atasına da demiş, lakin atası bununla bağlı ona heç nə deməmişdir. O, bu barədə Mingəçevirdən qayıtdıqdan sonra bilmişdir. Rəhim onu evlərinin qarşısında görüb gəlini Sədət ilə gəzdiyini demiş, lakin Murazın özü ona bu barədə heç nə deməmişdir. Murazla aralarında Sədətlə bağlı söz-söhbətə görə davaları olmamış, Sədətlə bağlı söz-söhbətə görə nə o, nə də ki Muraz bir-birlərinin barəsində polisə şikayət etməmişdir. Atası Rəhim bu barədə Muraza dedikdən sonra sonuncu ertəsi gün arvadı Sədəti atası evinə qoymuş və bundan sonra ona zəng edərək nə üçün ailəsini dağıtdığını soruşmuş, o isə belə bir şeyin olmadığını demişdir. Bildiyinə görə Murazla Sədət boşanmaq üçün məhkəməyə də müraciət etmişlər. O, Sədətlə aralarında münasibət olmasından nə üçün şübhə etdiklərini bilməmiş, Sədətlə onun heç bir münasibəti olmamış, o, sonuncunu kənd sakini kimi tanımışdır. Bir dəfə Murazın anası avtomobilini daşladığı və oğlunun ailəsini dağıtdığını deyib əlində yaba ilə üzərinə gəldiyi üçün o, kəndə gələ bilməmişdir. Muraz bir qədər sonra arvadı Sədəti evlərinə qaytarmış, çünki onun Sədətlə heç bir münasibəti olmamış, əgər olsa idi Muraz Sədəti yenidən evlərinə qaytarmazdı. Hadisə günü o, atasının əvəzinə toya getmiş, mağardan çıxıb pul yazılmış və çöldə sinif yoldaşı Kərəmlə siqaret çəkmişdir. Bir qədər sonra Kərəm mağara qayıtmış, o da evə getmək istəmişdir. Bu vaxt Muraz qabaqda, arvadı Sədət isə arxada mağardan çıxaraq evlərinə getmişlər. O, toyda iştirak etsə də mağarda Murazı görməmişdir. Muraz mağardan çıxarkən ona durduq yerdə heç bir səbəb olmadan arvadı Sədətə nə üçün baxdığını demiş, həmin vaxt onun yanında heç kim olmamış, Kərəm isə gödəkçəsini götürmək üçün mağarın içərisinə qayıtmışdır. Həmin vaxtı Murazgil ondan təxminən 10 metr qarşıda getmişdir. Mağardan təxminən 70 metr aralandıqdan sonra Muraz geriyə çevrilib nə üçün arxaları ilə gəldiyini demiş, o da yavaşyavaş sonuncuya yaxınlaşıb işlətdiyi sözlərin yaxşı olmadığını, onun adına söz çıxardıqlarını, indi arvadı Sədəti yenidən saxladığını demiş, Muraz isə ona söyüş söymüş və onlar Sədətin yanında dalaşmışlar. Muraz ona söyüş söyərək sinəsindən yumruqla vurmuş, bundan sonra onlar tutaşmışlar. Bu zaman bir dizi üstə yerdə üzbəüz dayanmışlar. Muraz yerdən daş götürüb onun kürəyinə, ardınca isə yumruqla qulaq nahiyəsinə vurmuş, o, kürəyi üstə yerə yıxılmış, Muraz da üzərinə çıxıb onu yumruqla vurmuşdur. Bu vaxt o, özünü qorumaq üçün gödəkçəsinin cibində bağlı olan düyməli bıçağı çıxarıb qol nahiyəsindən vurmaq istəmiş, lakin sonra bilmiş ki, bıçaq sonuncunun ürəyindən dəymişdir. Murazı bıçaqla vurduqdan sonra arvadı Sədət qışqırmış, o da qorxduğu üçün evə qaçmışdır. Murazın arvadı Sədət həmin vaxtı onları görmüşdür. Üzərində olan bıçaq adi cib bıçağı olmuş, həmin bıçağı Laçın rayonunda işləyən zaman döyüş bölgəsi olduğu üçün üzərində gəzdirmiş, hadisə günü də həmin bıçaq yadından çıxıb üzərində qalmışdır. O, Muraza bir dəfə bıçaqla xəsarət yetirmiş və sonuncu yıxılmış, daha sonra Sədət qışqırmış, o da qorxub evə qaçmışdır. Murazı öldürmək fikri olsa idi sonuncuya bir yox, on-on beş bıçaq vurmuş olardı. Əlində və biləyində kəsiklər olmuş, biləyindəki kəsikləri özü etmiş, əlindəki kəsiyi isə hadisəni törətdikdən sonra yerdən qalxarkən bıçaq qatlanıb əlini kəsdiyi üçün almışdır. O, Muraz ailəsi ilə mağardan çıxandan dərhal sonra sonuncunun arxası ilə getməmiş, həmin vaxt evinə getmiş, evə getmək üçün də yolları bir olmuşdur. Hadisədən dərhal sonra oradan qaçmış, hadisəni törətdiyi bıçağı da məktəbin yaxınlığında suya atmış, sonra həmin yerə baxış keçirilsə də bıçaq aşkar edilməmişdir. Hadisə mağardan 90-100 metr aralıda baş vermiş, o, Muraza bıçaqla xəsarət yetirən zaman ətrafda Sədətdən başqa heç kimi görməmiş, hadisə vaxtı da Murazla onu ayıran, yaxud bu məqsədlə mağardan çıxıb gələn və ətrafdan tamaşa edən şəxsləri görməmişdir. Ona görə də hadisə vaxtı Murazın yanında arvadı Sədət olmuşdur. Muraz fiziki olaraq ondan güclü olsa da o, bıçağı öldürmək yox, özünü müdafiə etmək məqsədilə vurmuşdur. Hadisə də səbəbsiz yerə baş verməmiş, Muraz ona Sədətin yanında söyüş söyüb təhqir etdiyi üçün hadisə baş vermiş, o, Murazı durduq yerdə vurmamışdır. Murazın arxası ilə sonuncunu vurmaq üçün də getməmiş, evə getmək üçün bir yol olmuşdur. Mağardan çölə çıxanda Murazgil içəridə olmuş, mağardan çölə çıxmaqda məqsədi pul yazılıb evə getmək olmuşdur. Hadisədən sonra evlərinin həyətindən baxanda hadisə yerinə adamların toplaşdığını görmüş, bundan bir qədər sonra polislər gəlib onu aparmışdır. 2021-ci il tarixdən ***-***-**-** nömrəni istifadə etmişdir. Mağardan çöldə sinif yoldaşı Kərəmlə söhbət etmişdir. Mağarın içərisində də mərhum Murazla heç bir mübahisələri olmamış, sonuncu mağardan çıxıb evlərinə gedən zaman bir özü, bir də arvadı Sədət olmuş, uşaqları orada olmamışdır. Əməlindən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, kənddə Eltacla Sədət arasında münasibət olması barədə söz-söhbət eşitmişdir. Bundan əvvəl də kənd icra nümayəndəsi X6 ona iki dəfə Eltacı yanına çağıraraq camaatın evini dağıtmamasını, sonra isə Eltacın atası Xudaya oğlunun etdikləri barədə danışdığını və oğluna nəzarət etməsini, Murazgilin evinə getməməsini bildirdiyini demişdir. Bir qədər sonra kənd icra nümayəndəsi onu dinləmədiklərini demiş, o da Murazın evini güdməyi qərara almışdır. 2023-cü ilin may ayının 29 ya 30-u evi güdsə də Eltacı görməmişdir. 02 iyun 2023-cü il tarixdə axşam vaxtı yenə Murazın evinin qarşısında olan təndirin yanında Sədəti güdmüş, həmin vaxt evdə gəlini və nəvəsi Şəhla olmuşdur. O, televizorun işlədiyini görmüşdür. Gizləndiyi yer kölgə olmuş və hava qaranlıq olmasına baxmayaraq ətraf aydın seçilmiş, bu zaman evdə telefona zəng gəlmiş və 12 yaşlı nəvəsi Şəhla evdən çıxıb anası Sədəti çağırmışdır. O, həmin vaxt Sədətin evdə olduğunu fikirləşmiş, lakin gəlini evin qarşısında olan tikilidən çıxmışdır. O, Eltac gəlsə görəcəyini düşünmüş, lakin sən demə sonuncu əvvəldən gəlmişdir. Sədət çıxandan sonra Şəhla anasına bir nəfərin sabah onu işləməyə çağırdığını demiş, bu zaman Eltac evin qarşı tərəfindəki tikilidən çıxaraq qaçıb onun dayandığı yerin yaxınlığındakı təndirin arxasında gizlənmiş, Sədət isə nəvəsi Şəhlaya sabah işi olduğunu demişdir. Bundan sonra Şəhla evə girmiş, Sədət isə Eltacın yanına gəlib sonuncunun qarşısında paltarını aşağı çəkmişdir. O bunu görüb “nə edirsiniz, sizi öldürəcəm” demişdir. Bunu görən Eltac qaçmış, Sədət isə evə keçmişdir. O, Sədətin yanına gedərək üç gündür onu güddüyünü və ata evinə getmək üçün hazırlaşmasını demişdir. Daha sonra o, Sədətin atasına zəng edib olanları danışmış, sonuncu da Sədəti evlərinə göndərməklərini demişdir. Oğlu Muraza da baş verənləri danışmış, sonuncu da Sədəti ata evinə aparmışdır. Səhəri gün tezdən o, Eltacgilə getmiş, qarşısına sonuncunun atası və anası çıxmış, o da onlara Eltacla Sədəti hansı vəziyyətdə tutduğunu danışmış, Eltacın atası isə nə üçün elə oradaca Eltacı öldürmədiyini, nəsillərində elə xarab adamın olmadığını demişdir. Eltac qaçdıqdan sonra həmkəndlisi Əşrəfin yanına getmiş, Eltacı Sədətlə tutduğunu demiş və sonuncunu şəhərə aparmasını istəmişdir. Əşrəf isə Eltacı aparmamış və bu barədə sonuncunun valideynlərinə danışmışdır. Bundan sonra o, evə qayıtmış, oğlu Muraz boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin o zaman Sədətin oğlundan əvvəl müraciət etdiyini bilmişlər. Boşanmalarına az qalmış oğlu nəvəsi Şəhlanın anasız böyüməsini istəmədiyindən Sədət ilə barışıb evə gətirmiş, nəvəsi Şəhla ona sonradan Eltacın nərdivanla aynadan evə gəlib-getdiyini demişdir. Hadisə günü o da toya getmiş və Eltacın oraya gəldiyini görmüşdür. Eltacın əlində 30 sm uzunluğunda “akula” markalı bıçaq olmuş, sonuncu əlindəki bıçaqla almanı dörd yerə bölüb yanındakı Yaşar Əhmədova vermişdir. Yaşar yemədiyini dedikdə Eltac bunun mənası olduğunu və bu bıçağın bugün kimisə həyatdan məhrum edəcəyini demişdir. O, Eltacın əlində bıçaq oynadaraq toya pul yazıldığını da görmüş, bundan sonra evə getmişdir. Sonradan eşitdiyinə görə oğlu Muraz, Sədət və nəvəsi Abbas mağardan çıxıb evə gedəndə Muraz nəvəsi Abbasa sonuncunun bacısı Şəhlanı çağırmasını demiş, həmin vaxt Eltac onları güdmüş, Eltac Muraza “dayan, səninlə işim var” demiş, oğlu Muraz da onunla nə işi ola biləcəyini demiş, Eltac isə Murazı söymüşdür. Oğlu Muraz da Eltacdan uzaqlaşmışdır. Yas mərasimində həmkəndlisi Fəzail ona Eltacın əlində bıçaqla Murazın arxasınca qaçdığını gördüyünü, Muraza qışqıraraq Eltacın bıçaqla gəldiyini və qaçmasını dediyini danışmış və bu formada oğlunu bıçaqladığını demişdir. O, Eltacdan şikayətçidir və sonuncuya ağır cəza verilməsini istəyir. İfadəsinin davamı olaraq Rəhim İbrahimov bildirmişdir ki, o, Sədətlə Eltacı tutduqdan sonra nə oğlu, nə də ki o Eltacla dalaşmamış, onların evi oğlu Murazın evindən bir qədər aralıda yerləşmiş, kənd icra nümayəndəsi ona Eltacgilə xəbərdarlıq etdiyini, lakin sonuncunun onu dinləmədiklərini bildirdikdən sonra o, Murazın evini güdməyə başlamışdır. O, sadəcə Eltacın əlindəki bıçaqla almanı dörd yerə bölüb Yaşara verməsini görmüşdür. Sədətlə bağlı söz-söhbətə görə nə Eltac, nə də ki Muraz bir-birlərinin barəsində polisə şikayət etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiqliklə xatırlamamış, bütün xüsusatları ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir. Təqsirləndirilən şəxs bir-iki dəfə onlara əri Muraz İbrahimovun yanına gəlib-getmiş, həmin vaxt ya Təqsirləndirilən şəxs həmyerli kimi Murazla söhbət etmək üçün ya da Muraz telefon xarab olduqda düzəldə bildiyindən telefonunu düzəltdirmək üçün gəlmişdir. Bir gün axşamüstü əri Muraz evdə olmayan vaxt Eltac gəlib Murazı çağırmış, o isə Eltaca Murazın evdə olmadığını demiş, bu məsələyə görə də qayınatası Rəhim İbrahimov onu Təqsirləndirilən şəxslə birlikdə tutması barədə kənddə söz-söhbət yaymışdır. Həmin gecə də uşaqlarını əlindən almışlar. Qayınanası, kürəkənləri və əri döyə-döyə onu evdən qovmuşlar. O, kənddən çıxmış, təxminən 4 ay atası evində qalmış, barəsində Eltacla bağlı deyilməyən söz qalmamış, hətta boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin Muraz barışmaqlarını və boşanmamaqlarını təkidlə xahiş etdiyindən o, boşanmamış və ər evinə qayıtmışdır. Evinə qayıtdıqdan sonra qohumlardan heç biri onu danışdırmamışdır. Hadisə günü o, əri ilə birlikdə dayısı qızının oğlunun kiçik toy məclisinə getmişdir. Toyda əri Muraz Eltacı orada gördüyü üçün dayanmamış və evə getməklərini demişdir. Onlar mağardan çıxıb evə tərəf gedəndə Eltac əlində bıçaqla arxadan gəlmiş, bu zaman sonuncuları ayırmaq üçün o, aralarına keçmiş, Muraz yerdən böyük daş götürüb Eltacın kürək nahiyəsindən vurmuş, zərbənin təsirindən Eltac üzüaşağı yerə yıxılmış, o isə qışqırmışdır. Eltac yerə yıxıldıqdan sonra əri ilə yerdə süpürləşməyə başlamış, daha sonra Eltac Muraza bıçaqla xəsarət yetirmiş, lakin o, sonuncunun neçə dəfə xəsarət yetirməsini bilməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, mağarda olarkən o və əri Təqsirləndirilən şəxs görmüş, mağarın içərisində sonuncular arasında heç bir mübahisə olmamış, Eltac onlara söz atmamış, onlar mağarın aşağı, Eltac isə bir qədər aralıda musiqiçilər tərəfdə əyləşmişdir. Muraz yemək yeyib qurtardıqdan, yəni mağara gəldiklərindən təxminən iki saat sonra ona evə getməklərini demişdir. Muraz Eltac mağarda olduğu üçün evə getməklərini deməmiş, sadəcə əri uzun müddət toyda dayana bilmədiyi üçün evə getməklərini demişdir. O, mağardan əri Murazla birlikdə çıxmış, bu zaman oğlu Abbas da yanlarında olmuş, lakin qızı Şəhla mağarda olduğu üçün oğluna bacısını gətirməsini demişlər. Bundan sonra oğlu Abbas qızını gətirmək üçün mağara qayıtmışdır. Evə getmək üçün mağardan çıxmamışdan qabaq əri mağardan çölə çıxıb qayıtmışdır. Onlar mağardan çıxarkən Eltacı mağarın çölündə görmüşlər, həmin vaxt Muraz Eltaca heç nə demiş, sonuncu da ərinə heç nə deməmişdir. Lakin mağardan aralandıqdan sonra Eltac onların arxaları ilə gələrək Murazın anası haqqında ağır söyüş edib nalayiq formada onun ərini çağırmış, əri də Eltaca “gəl görüm nə deyirsən” demiş, sonuncu ərinə yaxınlaşarkən əlində bıçaq olmuş, bunu görüb o, Murazın qarşısına keçmiş, əri isə əlindən tutub onu kənara çəkmiş və yerdən bir daş götürüb Eltacın kürək nahiyəsinə vurmuş, Eltac üzüaşağı yerə yıxılmış, əri sonuncuya yerdən qalxmağa imkan verməmiş, bundan sonra onlar yerdə süpürləşməyə başlamış, bu zaman Eltac bıçaqla Murazı vurmuşdur. Xatırladığı qədəri ilə Eltac Muraza bıçaqla xəsarəti yerdə süpürləşən zaman yetirmiş, o, Eltacın Muraza neçə dəfə bıçaqla xəsarət yetirməsini bilməmiş, Murazla Eltac süpürləşən zaman o qışqırıb kömək çağırmış, həmin vaxt mağarın qarşısında xeyli adam olmasına baxmayaraq heç kim hay verməmiş, Eltac bıçaqla xəsarət yetirdikdən sonra əri ayağa qalxmış, lakin oradaca yenidən yerə yıxılmış, bu zaman hadisə yerinə camaat toplaşmış, Eltac isə qaçmış, həmin vaxtı hamı oraya yaxınlaşmışdır. Eltac hadisə yerində olarkən onun qışqırmasına baxmayaraq digər şəxslərin oraya gəlməməsinin səbəbini bilməmişdir. Murazla mağardan çıxıb yolda gedərkən Murazın Eltaca “nə üçün arxamızca gəlirsən” deməsini eşitməmiş, Eltacla onun arasında heç bir münasibət olmamış, kənddə onunla Eltac barəsində yayılmış söz-söhbətə görə sonuncu ilə onun əri arasında əvvəllər mübahisə də olmamış, o atası evində olan zaman Eltac Muraza zəng edib “ananı, dədəni yığışdır. Mən kəndə girə bilmirəm” demiş, Muraz nə baş verdiyini soruşduqda Eltac kəndə gəldiyini, ərinin anasının onun avtomobilinə daş atdığını və üzünə tüpürdüyünü demişdir. Telefonla danışan zaman o, Murazın yanında olmuşdur. Kənd sakinləri yalan söz-söhbətlər yaymağa meyilli olduqları üçün Eltacla onun arasında münasibət olmasına dair sübut olmadığı halda həmin söz-söhbət yayılmışdır. Hadisədən sonra o, Murazı qan içində görüb donmuş, bir qədər sonra qohumların hamısı onun üzərinə düşərək söyüb-danlamışlar, Murazı onun öldürtdüyünü demişlər, o da avtomobilə minib getmişdir. Onlar mağardan çıxarkən Eltac əlində bıçaq nümayiş etdirərək onlara tərəf hədələyici ifadələr işlətməmiş, məsafəni dəqiq deyə bilməsə də onlar mağardan çıxıb çox getməmiş Eltac arxaları ilə gəlməyə başlamış, hadisə yeri ilə mağar arasında o qədər də çox məsafə olmamış, Eltac və Muraz süpürləşərkən yanlarında ondan başqa adam da olmamış, Eltacın Muraza bıçaqla xəsarət yetirməsini başqa şəxsin görüb-görməməsini bilməmiş, Eltacla Muraz arasındakı dava 5-6 dəqiqə çəkmiş, həmin müddət ərzində heç kim onlara tərəf yaxınlaşmamış, Eltac Muraza bıçaqla xəsarət yetirdikdən sonra onu öldürməklə hədələməmişdir. Hadisə günü Eltacla onun telefon danışığı olmamış, Muraz birlikdə mağardan çölə çıxmamışdan qabaq bir neçə dəfə çölə çıxıb qayıtmış, lakin əri onunla birlikdə mağardan çölə çıxarkən Eltaca heç nə deməmiş, hadisə zamanı uşaqları da yanlarında olmamışdır. Hadisə yeri ilə mağar arasında görüşə məhdudiyyət yaradacaq heç bir obyekt olmamışdır. Eltac Murazı vurandan sonra hadisə yerinə adamlar gəlmiş, o, qışqırmamışdan qabaq da mağarın qabağında adamlar olmuşdur. O, qışqırdıqdan sonra mağarın qarşısındakı adamlar heç bir reaksiya verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə günü toya getmiş, mağardan çöldə dayanmış, həmin vaxt Muraz ondan bir az aralıda dayanmışdır. Bir qədər sonra Muraz Sədətlə evləri istiqamətində getmiş, bundan sonra Eltac da mağardan çıxıb sonuncuların arxaları ilə getmiş və Murazla Eltac dalaşmağa başlamışdır. O, sonuncuların hansı səbəbə dalaşmağa başlamalarını bilməmiş və ondan təxminən 40 metr aralı məsafədə olmuşlar. Həmin vaxt Sədət Murazın yanında olmuş, Eltacla Muraz yumuruqlaşmış, Eltacın əlində nə isə olmuş, Muraz kənara qaçmış, lakin sonra yenidən tutaşmışlar və Eltac yerə yıxılmışdır. O, həmin vaxt baş verənlərin təsiri ilə özünü itirmiş, səsi batmış və buna görə də köməyə adam çağıra bilməmişdir. Bir qədər sonra Eltacın əli qanlı qaçdığını görmüş, sonra isə Murazın öldüyünü bilmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, hadisə baş verən günü bacısı oğlu Ömərin kiçik toy məclisi olmuş, Eltac və mərhum Muraz da toyda iştirak etmişlər. O, toyda sonuncular arasında mübahisə olmasını görməmiş, mağardan çöldə dayanmış, Muraz da ondan 5 metr aralıda arvadı Sədəti gözləmiş, amma həmin vaxt Eltac mağardan çöldə olmamışdır. Sədət mağardan çıxdıqdan sonra Muraz arvadı ilə birlikdə getmiş, bundan sonra nə səbəbə getdiyini bilməsə də Eltac sonuncuların arxası ilə getmişdir. Hadisə ondan 40-50 metr aralıda baş vermiş, Eltacla Muraz dalaşanda Sədət qışqırmış, onun həmin vaxt səhhəti pisləşdiyi üçün köməyə adam çağıra bilməmişdir. Ondan başqa da mağarın qarşısında adamlar olmuş, lakin səhhəti ilə əlaqədar həmin adamların kim olmasını xatırlamamışdır. Eltac və Muraz tutaşan vaxt sonuncu yıxılmış, qalxdıqdan sonra onlar yenə tutaşmış və Muraz kənara qaçmışdır. Eltac isə Murazın arxası ilə getdikdən sonra aralıda olduğu üçün sonuncuların arasında davanın başlaması üçün nə danışdıqlarını bilməmiş, Murazla Eltac dalaşan vaxt Sədət onları ayırmamış, sadəcə səsküy salmışdır. Muraz Eltacdan təxminən 10 metr kənara qaçdıqdan sonra sonuncular yenə dalaşmış, Murazla Eltac dalaşan vaxt o sonuncuların əlində heç nə görməmişdir. Eltac yerə yıxılan vaxt sonuncunun əlində bıçaq olmamış, o, Eltacın bıçaqla Murazı vurmasını görməmiş, lakin Eltac yerdən qalxdıqdan sonra Murazın yıxılmasını görmüş, həmin vaxtı səhhəti pisləşdiyi üçün uşaqları gəlib onu aparmış və bundan sonra baş verənləri görməmişdir. Hadisə baş verən yerlə onun arasında 50 metr məsafə olmuş, hadisə yeri ilə mağarın arasında görünüş təmiz olmuş, heç bir maneə olmamışdır. O, Eltacın Muraza yaxınlaşdıqdan sonra aralarında nə danışıq olmasını bilməmiş, lakin Eltac yerdən qalxdıqdan sonra o, sonuncunun əlində bıçaq görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü piyada hərəkətdə olan zaman Murazın arvadı ilə mağardan çıxıb getdiklərini, Eltacın isə sonuncuların arxası ilə getdiyini görmüşdür. Həmin vaxtı o, onlardan aralıda olmuşdur. Eltac təxminən Murazdan 10-15 metr aralıda olanda sonuncunu çağırmış, bundan sonra Muraz arvadı Sədətdən aralanıb Eltaca tərəf geri gəlmiş və onlar dalaşmağa başlamışdır. Bir qədər sonra aralaşıb, yenidən tutaşmağa başlamış, Eltac yerə yıxılmış, Muraz isə onu vurmuşdur. X34 bıçaqlayıb qaçmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, o, toyda iştirak etməmiş, sadəcə hadisə zamanı oradan keçmiş, 100 metr aralıda olduğundan Murazla Eltac arasındakı söhbəti eşitməmiş, dalaşmağa başlayanda ayırmaq üçün qaçmış, lakin çata bilməmişdir. Dava zamanı sonuncular bir-birlərini vurmuş, sonra Muraz yerə yıxılmış, Eltac isə qaçmışdır. Hadisə yerinə yaxınlaşanda Eltac artıq Murazı vurmuş, mağardakı şəxslər də oraya toplaşmışdır. O, Eltacın Murazı neçə dəfə bıçaqla vurmasını görməmiş, lakin Muraza uzaqdan Eltacın əlində bıçaq olmasını və qaçmasını demişdir. Hadisə vaxtı sonuncuların yanında yalnız Sədət olmuş, uşaqları sonradan gəlmişdir. Sədət qışqıraraq mağardakı şəxslərdən kömək istəmişdir. Hadisə yeri ilə mağar arasında 50 metr məsafə olmuş və orada yalnız Muraz, Sədət və Eltac olmuşdur. O, Muraza birinci dəfə yaxınlaşan zaman Eltacın əlində bıçaq olmasını görmüş və sonuncular dalaşan zaman Sədət kənarda qışqırmışdır. Kənardan müşahidə edən şəxs kimi davadan əvvəl Eltacın Murazı çağırmasını, Murazın geri qayıtdığını, əlbəyaxa olduqlarını, bir-birlərini vururduqlarını, bundan sonra Eltacla Murazın aralanaraq bir qədər irəliyə hərəkət etdiklərini, Sədətin həmin vaxt qışqırdığını və sonuncuların yenidən tutaşdıqlarını görmüşdür. O, bıçağı Eltac Muraza birinci dəfə yaxınlaşanda görmüş, çünki həmin vaxt Eltacın əlində nə isə olmuşdur. Eltac Murazla birinci dəfə tutaşıb ayrılandan sonra, yəni ikinci dəfə yaxınlaşanda bıçağı çıxarmışdır. Həmin vaxtı onunla Eltac arasında 50 metr məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü oğluna kiçik toy etmiş, məclisdə Eltac və Muraz da iştirak etmişdir. Toyun gedişində Eltac və Muraz arasında hər hansı mübahisə olmamış, evin içərisində olan zaman mağar tərəfdən səs-küy gəldiyini görüb çıxmış, bu vaxt mağardakı şəxslərin də çölə çıxdıqlarını görüb o da çölə çıxmış, həmin vaxtı ona Eltacın Murazı bıçaqla vurduğunu demişlər. Bir qədər sonra Muraz avtomobillə xəstəxanaya aparılmışdır. Sonradan bildiyinə görə Eltacla Murazın arasındakı hadisə Murazın arvadı Sədətlə Eltac arasında olan söz-söhbətə görə baş vermişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, toy zamanı Eltacın əlində bıçaq görməmiş, hadisə yerinə gələn zaman Sədət orada olmamışdır. Eltacla Sədət arasında olan söz-söhbəti bütün kənd danışmış, o da eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, qohumunun oğlunun kiçik toy məclisində iştirak etmişdir. Mağarda oturan zaman Eltac ona əl ilə işarə edib mağardan çölə çıxmasını xahiş etmiş, o da çölə çıxmış və onlar mağarın yanına keçmişlər. Eltac ona Murazın anasının kənddə onun adına söz-söhbət çıxardığını və bundan xəbəri olub-olmadığını soruşmuş, o isə bu söz-söhbətin həqiqətən olub-olmamasını soruşmuş, Eltac da olmadığını demişdir. O, Eltaca bu söhbətə onu qatmamalarını demiş və bir qədər ümumi söhbət etdikdən sonra mağara daxil olmuşdur. O, Murazla birlikdə oturduğu üçün sonuncunun yerində olmadığını görüb rəqs edənlərin arasında olduğunu düşünərək həmin tərəfə baxmış, lakin Murazı orada görməmişdir. Ərtafdakı adamlardan soruşduqda ona Murazın getdiyini demişlər. Bundan 3-5 dəqiqə keçəməmiş mağardan çöldə səs gəldiyini eşitmiş, qaçaraq mağarın qarşısına çıxdıqda Murazın mağardan təxminən 150 metr aralıda yerdə uzandığını, Eltacın isə qaçdığını görmüş, lakin Eltacın Murazı vurmasını görməmişdir. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, hadisədən əvvəl onun Eltacla Sədət arasında olan söz-söhbətdən xəbəri olmamış, ümumiyyətlə onun Eltacla yaxın münasibəti də olmamış, sonuncunu kənddə cəmi 2-3 dəfə görmüşdür. Söhbət zamanı Eltac ondan Sədətlə bağlı söz-söhbəti eşidib-eşitmədiyini soruşmuş, o isə söz-söhbət eşitdiyini, lakin Sədətlə kimin münasibəti olması barədə bilmədiyini demişdir. Murazın atası Rəhimin hadisədən bir neçə ay əvvəl Sədəti bir oğlanla tutduğunu eşitsə də, lakin həmin oğlanın kim olmasını bilməmiş, soruşduqda da həmin oğlanın kim olmasını ona deməmişlər. Eltac mağarın kənarında ondan söz-söhbət barədə bilib-bilmədiyini soruşmuş, o nə olduğunu dedikdə, Eltac Murazın anasının kənddə onu biabır etdiyini, Sədətlə aralarında münasibət olması barədə söz-söhbət çıxardığını demiş, o da Eltacdan Sədətlə aralarında həqiqətən də belə bir münasibət olub-olmamasını soruşmuş, sonuncu da olmadığını demişdir. Bundan sonra o, Eltaca onu bu söhbətə qatmamalarını bildirmiş, çünki onun Murazla münasibətləri çox yaxın olmuşdur. Eltac onunla söhbət edərkən Murazı öldürmək, yaxud başqa formada qisas almaq niyyətinin olması barədə heç nə deməmiş, əgər Eltac bu barədə demiş olsa idi, o imkan verməzdi. O, mağardan çıxan zaman Muraz mağardan təxminən 100 metr kənarda yerdə uzanmış vəziyyətdə olmuşdur. Eltacla söhbət etdikləri zaman sonuncu ona Murazın mağardan çıxıb nə isə dediyini, yaxud onun təhqir etdiyini deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə mağardan çöldə Təqsirləndirilən şəxs Muraz İbrahimovla yaxınlaşdıqlarını görmüşdür. Eltac onun arxa tərəfindən gəlib sürətlə yanından keçmiş və Murazgil tərəfə getmişdir. Muraz və Sədət ondan təxminən 15-20 metr irəlidə olmuşlar. Eltacın yanından keçib gedəndə sadəcə Muraza “dayan” dediyini eşitmiş, başqa nə isə deməsini eşitməmişdir. Eltac Murazın yanına çatmamış aqressiv formada sonuncudan dayanmasını tələb etmiş, Muraz da dayanmış, həmin vaxt Sədət də “Eltac eləmə” demiş, o da sonuncuların dalaşacaqlarını hiss etdiyi üçün qışqıraraq mağara tərəf qaçmış və “kömək edin, dalaşırlar” deyib adam çağırmışdır. Eltac və Muraz dalaşan zaman sonuncuların yanında Sədət olmuş, həmin vaxt onların yanında Murazın uşaqları, yaxud başqa bir şəxs olmamışdır. Bundan sonra onun səsinə mağardan adamlar çıxmışdır. O, Murazı görən zaman sonuncu yerdə uzanıqlı vəziyyətdə və qan içində olmuş, həmin vaxt Eltacı görməmişdir. Hadisədən sonra Murazın yanına anası Narın gəlmişdir. Eltac Murazı onun qarşısında vurmamış, o, Eltacın Murazı vurmasını görməmiş, sonradan Eltacın Murazı bıçaqla vurub öldürdüyünü eşitmişdir. Eltac Muraza “dayan” dedikdən sonra artıq heç bir söz işlətməmiş, o da sonuncuların dalaşacağını hiss edib böyük kimi onu dinləyəcəyini düşünərək “etmə Eltac” demişdir. O, mağar tərəfdən hərəkət etmiş, Murazgil və Eltac ondan irəlidə olmuşlar. Həmin vaxtı Murazgillə arasında təxminən 15 metr məsafə olmuş, hadisə yeri ilə mağar arasında isə 150-200 metr məsafə olmuşdur. Eltacın Muraza “dayan” dediyi vaxt birincinin əlində bıçaq olmasını görməmişdir. O, Eltacın Murazla dalaşma anının şahidi olmamış, çünki sonuncuların dalaşacaqlarını hiss etdikdən sonra kömək çağırmaq üçün geriyə hərəkət etmişdir. O bir qədər geriyə hərəkət edib kömək çağırdıqdan sonra adamlar gəlmiş, həmin vaxt mağarın qarşısında adamlar yığışmış və ətraf açıqlıq olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Furiddin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bibisi oğlu Ömərin oğlunun kiçik toy məclisində o da iştirak etmiş, toy başlandıqdan bir qədər sonra səs-küy olmuş, kənardakı adamlar dava olduğunu demişlər. O, mağarın qarşısında olan zaman bir nəfərin qaçdığını görmüş, həmin vaxt qaçan şəxsin də, zərərçəkən şəxsin də kim olmasını bilməmiş, bir qədər sonra da bir nəfəri avtomobilə qoyub apardıqlarını görmüşdür. Hadisədən əvvəl mağarda olduğu müddətdə nə mağarın içərisində, nə də ki mağarın qarşısında Eltacla Muraz arasında hər hansı mübahisənin baş verməsini görməmiş, hadisənin səhəri günü Murazın öldüyünü bilmiş, hadisə yerinə çox yaxınlaşmamış, geri qayıtmış, hadisədən sonra mərhumun yanına kənd sakinləri toplanmışdır. O, hadisə baş verən kənddə yaşamadığı üçün Sədətlə Eltacın arasında hər hansı bir münasibətin olub-olmamasından məlumatlı olmamış, hadisənin şahidi də olmamış, sadəcə səs-küyə çıxmış, hadisə yeri ilə mağar arasında təxminən 200-300 yaxud 500 metr məsafə olmuş, lakin hadisə yeri ilə mağar arasında məsafə dəqiqliklə 50 metrdən çox olmuşdur. Hadisə zamanı nə qan, nə də ki bıçaq görməmiş, hadisə barədə zəng edib polisə məlumat vermiş, baş vermiş səsküyə görə mağardakı məclis dayanmış və camaat çölə çıxmış, qaçan zaman da Eltacın əlində nə isə olduğunu görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Samux rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 06 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki: 1) X2 meyitinin bədənində iki ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarətlərdən biri döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sağ mədəciyini zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmiş, xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; 2) X2 bədənində daxilə keçən deşilmiş-kəsilmiş yaradan başqa, sol qalça nahiyəsində daxilə keçməyən deşilmiş-kəsilmiş yara, sağ diz nahiyəsində sıyrıq kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlərdən qalça nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti də həyatidir, deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ diz nahiyəsinin sıyrığı isə onun ölümündən 3-4 gün qabaq küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, belə xəsarət canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilir və dərəcəsi təyin edilmir; 3) X2 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur; 4) X2 meyitinin bədənində olan xəsarətlərlə paltarlarında olan aşkar edilən zədələr yerləşmə nahiyələrinə görə bir-birinə uyğun gəlir; 5) X2 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı nəticəsində spirtli içki, narkotik və psixotrop maddə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Samux rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 144 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin ikinci barmağının bir ədəd, sol saidin isə çoxsaylı səthi kəsilmiş yaraları vardır ki, bu xəsarətlər iti kənara malik alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2023-cü il tarixli, 4107/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/50 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunan X2 hadisə zamanı əynində olmuş uzunqol köynəyin üzərində olan 02 ədəd “a”, “b” zədələri və maykanın üzərində olan 02 ədəd “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilən X2 hadisə zamanı əynində olmuş cins şalvarın və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarların üzərində hər hansı trasoloji zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/49 nömrəli məhkəmə-lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. X8 məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X8 məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 X29 Ambulator Şöbəsinin xx.xx.2024-cü il tarixli, 31 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, o, hadisədən əvvəl hər hansı bir psixi xəstəlikdən əzab çəkməmiş, onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hadisədən sonra hər hansı bir psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisədən əvvəl, eləcə də hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk və idarə etmək, ölçüb-biçmək iqtidarında olmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs mərhum Muraz İbrahimovla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisələr Təqsirləndirilən şəxs hadisəni törətməsinə səbəb olan hərəkətverici təsirə malik ola bilərdi. Təqsirləndirilən şəxs hadisədən bilavasitə əvvəl əsəbi psixi-emosional hal mövcud olmuş və bu hal zərərçəkmişlə mübahisəsi ilə şərtlənə bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55-də Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X5 meyitinin aşkar olunduğu yer Samux rayonu, Burunqovaq kəndinin mərkəzidir. Kəndin mərkəzindən bir neçə istiqamətə yol ayrılır və bütün istiqamətə gedən yollar torpaq örtükdən ibarətdir. Hadisə yerindən 80 metr kənarda İlqar İdrisova məxsus bir mərtəbəli yaşayış evi, 340 metr kənarda isə məktəb binası vardır. Həmçinin hadisənin baş verdiyi yerin yaxınlığında üzərində 4 ədəd ağ ulduzu olan göy rəngli giriş darvazası olan ev vardır. Hadisə yeri ilə həmin evin darvazasının arasında 18 metr məsafə vardır. Hadisənin baş verdiyi yer palçıq-torpaq örtükdən ibarətdir. Hadisə yerindən 5 metr kənarda avtomobil təkərinin izləri vardır. Hadisə yerini davamı olaraq məktəbin yaxınlığına baxış keçirildi. Hadisə zamanı istifadə olunan bıçağın atıldığı yer kənd məktəbinin yaxınlığında olan su borusunun yaxınlığıdır. Həmin su borusu ilə məktəbin arasında 10 metr məsafə vardır. Baxış zamanı maddi sübut hesab olunacaq hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X5 əynində olan bir ədəd boz rəngli şalvar, bir ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli kişi maykası, bir ədəd qara rəngli uzunqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X14 tərəfindən istintaq orqanına könüllü sürətdə təqdim edilən Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd ağ rəngli kofta və 01 ədəd qara rəngli şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “müqayisəli tədqiqat üçün qan nümunəsinin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə müqayisəli tədqiqat üçün sonuncudan 01 ədəd 05 (beş) qramlıq şprisdə qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2023-cü il tarixdə X8 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 16:08 Azərbaycan Respublikası DİN-nin “102” Xidmətindən daxil olmuş məlumatda özünü təqdim etməyən şəxsin “102” Xidmətinə zəng edərək Samux rayonu, Burunqovaq kəndində toyda münaqişə olması və bir nəfərin bıçaqlanması barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində Samux Rayon Mərkəzi Xəstəxanasının feldşeri X1 sol ön nahiyəsinin (ürək) bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin İTB-nin sahə polis nəfəri Tural Həsənzadənin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisənin baş verdiyi Samux rayonu, Burunqovaq kəndi ərazisində həmkəndlisi X15 ilə Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı qisas almaq üçün Muraz İbrahimov toydan çıxıb gedən zaman Samux rayonu, Burunqovaq kənd sakini X16 məxsus evin yaxınlığında küçədə Təqsirləndirilən şəxs Muraz İbrahimova bıçaqla xəsarət yetirdiyi yerin əhatəsində və yaxınlıqdakı ərazidə hadisənin baş vermə anında oradan keçən və ya orada olan, həmçinin hadisənin detalları ilə bağlı əhəmiyyətli məlumat verə biləcək şəxslərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs mərhum Muraz İbrahimovu öldürməmişdən əvvəl bu niyyəti ilə bağlı kiminləsə qabaqcadan əlbir olması, həmçinin sonuncuya xəsarət yetirdiyi bıçağın tapılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid7 hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təlim kursunda olduğu üçün həmin şahidin məcburi gətirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə X8 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiaçı Şahid1 xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən sonuncunun ərizəsi Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RİH başçısının Burunqovaq kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə atası – xx.xx.1970-ci il təvəllüdlü X14, anası – xx.xx.1979-cu il təvəllüdlü X9, qardaşı – xx.xx.2003-cü il təvəllüdlü X17 və bacısı – xx.xx.2004-cü il təvəllüdlü X18 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı X5 əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli kişi maykası, 01 (bir) ədəd qara rəngli uzunqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Samux rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 116552 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-3107, İ-2136, İ-6727 və İ-13991 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Laçının azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində mağardan çıxıb evə gedən zaman X5 durduq yerdə heç bir səbəb olmadan arvadı Şahid1 nə üçün baxdığını ona irad bildirdiyini, mağardan çıxdıqdan sonra Muraz İbrahimovun arxasınca məqsədyönlü şəkildə getmədiyini, sadəcə evinə gedən yolları bir olduğu üçün həmin yolla evə getdiyini, eyni istiqamət üzrə bir qədər getdikdən sonra Muraz İbrahimovun geriyə dönərək onun ünvanına nalayiq ifadələr işlədib nə üçün arxasınca gəldiyini dediyini, Muraz İbrahimovu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla öldürmək niyyətində olmadığını, sadəcə özünü qorumaq üçün gödəkçəsinin cibində bağlı vəziyyətdə olan düyməli bıçağı çıxarıb sonuncuya xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, məhkəmə istintaqında olduğu kimi ibtidai istintaq zamanı da xx.xx.2023-cü il tarixdən etibarən təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi olmuş eyni vəkil, yəni Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində mağarın kənarında siqaret çəkən zaman arvadı Şahid1 ilə birlikdə mağardan çıxıb evlərinə gedərkən Muraz İbrahimovun ona “niyə arvadıma baxırsan?” dedikdə sonuncuya “mağara baxıram, sizə baxmıram” dediyini, mağardan təxminən 60 metr uzaqlaşdıqdan sonra yolda gedərkən Muraz İbrahimovun yanına çatdıqda sonuncuya “nə oldu bəs deyirdin arvadın mənimlə gəzir? niyə indi arvad kimi saxlayırsan? məni niyə biabır etdin?” dediyini, Muraz İbrahimovun isə söyüş söyərək onu yumruqla sinəsinə vurduğunu, daha sonra aralarında dava-dalaş olduğunu, yerə yıxıldıqdan sonra da özünü qorumaq üçün gödəkçəsinin cibində bağlı vəziyyətdə olan düyməli bıçağı çıxarıb Muraz İbrahimova xəsarət yetirdiyini, həmin vaxtı sonuncunun yanında sadəcə arvadı Şahid1 olduğunu və qışqıraraq səs-küy salıb köməyə adam çağırdığını, Şahid1 ilə aralarında hər hansı bir münasibətin olmadığını, Şahid1 ilə guya ki aralarında münasibətlərinin olmasını Muraz İbrahimovun atası Rəhim İbrahimovun yaydığını göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də toya pul yazılıb mağarın qarşısında dayanan zaman Muraz İbrahimovun ona arvadı Şahid1 nə üçün baxdığını dediyini, sonuncunun bu sözündən sonra Muraz İbrahimova Şahid1 baxmadığını, onunla Şahid1 adına söz çıxarıb sonuncunu atası evinə qoyduğunu, sonra da geri gətirdiyini və yaxşı kişi olsaydı bu cür etməməli olduğunu dediyini, bununla da Muraz İbrahimovla aralarında söz-söhbət yarandığını, sonuncunun ona yumruqla vurduğunu və özünün yerə yıxıldığını, yerə yıxıldıqdan sonra da özünü qorumaq üçün gödəkçəsinin cibində bağlı vəziyyətdə olan düyməli bıçağı çıxarıb Muraz İbrahimova xəsarət yetirdiyini, həmin vaxtı sonuncunun yanında sadəcə arvadı Şahid1 olduğunu və qışqıraraq səs-küy salıb köməyə adam çağırdığını, Şahid1 kənd sakini kimi tanıdığını və sonuncu ilə aralarında hər hansı bir münasibətin olmadığını göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində əri Muraz İbrahimovla birlikdə mağardan çıxarkən Təqsirləndirilən şəxs mağarın çölündə gördüklərini, həmin vaxt X25 Çələbiyevə heç nə demədiyini, sonuncunun da ərinə heç nə demədiyini, lakin mağardan aralandıqdan sonra Təqsirləndirilən şəxs onların arxaları ilə gələrək Muraz İbrahimovun anası haqqında ağır söyüş edib nalayiq formada onun ərini çağırdığını, Muraz İbrahimovun da Təqsirləndirilən şəxs “gəl görüm nə deyirsən” dediyini, ərinə yaxınlaşarkən Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, daha sonra sonuncuların dalaşdığını, Təqsirləndirilən şəxs dava-dalaş zamanı əlində olan bıçaqla Muraz İbrahimovun ürək nahiyəsindən xəsarət yetridiyini, həmin vaxtı sonuncuların yanında yalnız özünün olduğunu və bunu görən kimi qışqıraraq səs-küy salıb köməyə adam çağırdığını göstərmişdir. Habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 mağardan çıxdıqdan sonra Muraz İbrahimovun arvadı ilə birlikdə evlərinə getdiklərini, bundan sonra nə səbəbə getdiyini bilməsə də Təqsirləndirilən şəxs sonuncuların arxası ilə getdiyini, daha sonra sonuncuların dalaşdığını, həmin vaxtı onların yanında Şahid1 olduğunu, sonuncunun qışqıraraq səs-küy saldığını, X25 Çələbiyevdən kənara qaçdığını, daha sonra sonuncuların yenə dalaşdıqlarını, Təqsirləndirilən şəxs yerdən qalxarkən Muraz İbrahimova xəsarət yetirdiyini və sonuncunun yerə yıxıldığını göstərmişdir. Hətta məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da ifadəsində kənardan müşahidə edən şəxs kimi Muraz İbrahimovun arvadı Şahid1 ilə birlikdə mağardan çıxaraq evlərinə tərəf getdiklərini, Təqsirləndirilən şəxs sonuncuların arxası ilə getdiyini, təxminən Muraz İbrahimovdan 10-15 metr aralıda olanda Təqsirləndirilən şəxs sonuncunu çağırdığını, bundan sonra Muraz İbrahimovun arvadı Sədət İbrahimovdan aralanıb Təqsirləndirilən şəxs tərəf geri gəldiyini, sonuncuların dalaşdığını və əlbəyaxa olduqlarını, bir-birlərini vururduqlarını, ardınca Təqsirləndirilən şəxslə Muraz İbrahimovun aralanaraq bir qədər irəliyə hərəkət etdiklərini, Təqsirləndirilən şəxs Muraz İbrahimova bıçaqla xəsarət yetirdiyini, Şahid1 isə həmin vaxt sonuncuların yanında olduğunu və qışqırdığını göstərmişdir. Eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində oğlunun kiçik toy məclisi ilə bağlı qurulmuş mağarda Təqsirləndirilən şəxslə Muraz İbrahimov arasında hər hansı bir dava-dalaşın olmadığını göstərmişdir. Həmçinin Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxslə mağarın qarşısında söhbət edən zaman sonuncu ilə Muraz İbrahimov arasında hər hansı bir mübahisə və ya dava-dalaşın olmadığını göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxslə mağarın qarşısında söhbət edən zaman sonuncunun ona Muraz İbrahimovun mağardan çıxıb nə isə dediyini, yaxud onu təhqir etdiyini demədəyini göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində xx.xx.2023-cü il tarixdə mağardan çöldə Təqsirləndirilən şəxs Muraz İbrahimova yaxınlaşdıqlarını gördüyünü, Təqsirləndirilən şəxs Muraz İbrahimovun yanına çatmamış aqressiv formada sonuncudan dayanmasını tələb etdiyini, Muraz İbrahimovun da dayandığını, həmin vaxtı Şahid1 “Eltac eləmə” dediyini, sonuncuların dalaşacaqlarını hiss etdiyi üçün qışqıraraq mağara tərəf qaçdığını və “kömək edin, dalaşırlar” deyib adam çağırdığını, Təqsirləndirilən şəxslə Muraz İbrahimov dalaşan zaman sonuncuların yanında Şahid1 başqa heç kmin olmadığını göstərmişdir. Habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Furiddin oğlu ifadəsində hadisədən əvvəl mağarda olduğu müddətdə nə mağarın içərisində, nə də ki mağarın qarşısında Təqsirləndirilən şəxslə Muraz İbrahimov arasında hər hansı mübahisənin baş vermədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həmkəndlisi Şahid5 oğlunun kiçik toy məclisi ilə bağlı qurulmuş mağarda oturan zaman zərərçəkmiş şəxs X15 ilə aralarında hər hansı bir mübahisə olmadığı halda mağardan çıxaraq evə gedən zaman Muraz İbrahimovun guya ki durduq yerdə heç bir səbəb olmadan arvadı Şahid1 nə üçün baxdığını ona irad bildirdiyini bəhanə edərək və heç bir əsaslı səbəb olmadan, yəni mağarın qarşısında Muraz İbrahimovun arvadına baxması ilə bağlı Təqsirləndirilən şəxs irad bildirməsini və onun ünvanına nalayiq ifadələr işlətməsini təqsirləndirilən şəxsdən başqa təsdiq edəcək digər hər hansı bir şəxs və ya sübut olmadığı, həmçinin arvadı Şahid1 mağarın qarşısında ərinin Təqsirləndirilən şəxs ünvanına hər hansı bir söz atmasını, eləcə də sonuncuya nalayiq ifadələr işlətməsini təkzib etdiyi halda, o cümlədən Şahid1 ilə onun adının intim münasibətlərdə hallanması ilə bağlı əri Muraz İbrahimovun bir dəfə də olsun Təqsirləndirilən şəxslə şəxsən görüşüb dəqiqləşdirmə aparmadığı halda, qeyd edilən məsələ ilə əlaqədar sonuncular arasında əvvəllər dava-dalaş və ya mübahisə olmadığı, Təqsirləndirilən şəxs özünün belə heç vaxtı iddia etdiyi və təxəyyülündə formalaşdırdığı, əslində isə öz təsdiqini tapdığı halda qısqanclıq motivinin əsasını təşkil edə biləcək, yəni arvadı barəsində cəmiyyət arasında əxlaq normalarına zidd, əxlaq qaydalarına uymayan fikirlərin yayılması ilə bağlı zərərçəkmiş şəxs Muraz İbrahimovun onunla görüşmədiyi, heç olmasa bir dəfə də olsun onunla bu barədə söhbət edərək hər hansı dəqiqləşdirmə aparmadığı halda təsadüfi bir məclisdə zərərçəkmiş şəxslə üzbəüz gələn zaman Muraz İbrahimovun onun ünvanına nalayiq ifadələr işlətməsini və arvadına baxması ilə bağlı irad bildirməsini bəhanə edib mağardan çıxaraq evlərinə gedən zaman zərərçəkmiş şəxsin və sonuncunun arvadının arxası ilə gedərək Muraz İbrahimovu münaqişəyə sövq edəcək şəkildə ona nalayiq formada söyüşlə müraciət etməsi, daha sonra əlbəyaxa davaya nail olması və nəticə etibarı ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Muraz İbrahimovun həyatı üçün mühüm orqan sayılan ürəyinə zərbə vuraraq sonuncunun ölümünə səbəb olması onun məhz ittiham olunduğu cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul oluna bilməz, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə də ola bilməz, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, eləcə də ibtidai istintaq zamanı xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində sadəcə özünü qorumaq üçün gödəkçəsinin cibində bağlı vəziyyətdə olan düyməli bıçağı çıxarıb Muraz İbrahimova xəsarət yetirdiyini göstərsə də, məhkəmə istintaqında olduğu kimi ibtidai istintaq zamanı da xx.xx.2023-cü il tarixdən etibarən təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi olmuş eyni vəkil, yəni Müdafiəçi2 iştirakı ilə ibtidai istintaqın yekununda xx.xx.2024-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən, eyni zamanda məhkəmə istintaqı zamanı aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli şikayət ərizəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə, dolayısı ilə Muraz İbrahimovu qəsdən öldürdüyünü etiraf etmişdir. Həmçinin iş materiallarında olan barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə münasibət bildirərək ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini göstərmişdir. Eyni zamanda Muraz İbrahimov barəsində olan xx.xx.2023-cü il tarixli, 06 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Muraz İbrahimova istintaqa məlum olmayan bıçaqla iki dəfə ardıcıl olaraq zərbə vurub sonuncuya biri daxilə keçən, biri isə daxilə keçməyən olmaqla iki ədəd kəsilmiş-deşilmiş xəsarəti yetirmiş və həmin xəsarətlərdən biri, yəni döş qəfəsinin sol yarısının ön səthində yerləşən xəsarət ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmaqla sol döş boşluğuna keçərək həyat üçün mühüm orqan sayılan ürəyin sağ mədəciyini zədələmiş, həmin mədəciyin zədələnməsi nəticəsində də əmələ gələn kəskin daxili və xarici qanitirmə Muraz İbrahimovun birbaşa ölümünə səbəb olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs X5 arvadı Şahid1 ilə onun intim münasibətdə olmasından şübhələnməsi səbəbi ilə onunla 2023-cü ilin iyun ayında sözlə mübahisə etməsini cüzi səbəb kimi bəhanə edərək, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Samux rayonu, Burunqovaq kəndində iştirak etdiyi toy məclisində spirtli içki qəbul edib toy məclisinin təşkil olunduğu mağardan çıxaraq onların arxasınca gedib mağardan 60 metr məsafədə küçədə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla hədələyib nalayiq söyüşlər söyərək ictimai qaydaya və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirərək Muraz İbrahimovu münaqişəyə cəlb edib aralarında yaranmış əlbəyaxa münaqişə zamanı həmin bıçaqla arvadı Şahid1 gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib sonuncuya xüsusi əzab verdiyini dərk edərək Muraz İbrahimovun bədən səthinə ardıcıl zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol qalça nahiyəsinin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthində yerləşən sol döş boşluğuna keçərək ürəyin sağ mədəciyinin zədələnməsi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə ilə müşayiət olunan ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid 01 (bir) ədəd kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək Muraz İbrahimovu xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, “Vətən” müharibəsində göstərdiyi şücaətə görə medallarla təltif edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə zamanı X5 əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd ağ rəngli kişi maykası və 01 (bir) ədəd qara rəngli uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 noyabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Samux rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə zamanı X5 əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd ağ rəngli kişi maykası və 01 (bir) ədəd qara rəngli uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar