Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-364/2025 10.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri Rəhimov Müşfiq Rəhim oğlunun, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun, zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlunun, təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Allahverdiyev Rasim Şəmil oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 22.08.1974-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Şəmkir rayonu, Ağlavaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Həsənov Naib İsrafil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Həsənov Naib İsrafil oğlu 22.05.2024-cü il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən evinin qarşısından keçən kənd yolunda qaynı Ələkbərov Mayis Paşa oğluna məxsus xırda buynuzlu heyvanların onun həyətyanı sahəsinin ətrafına çəkilmiş plastik hasara və bitkilərə toxunaraq qırması ilə bağlı Mayis Ələkbərova iradını bildirdikdən sonra, bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş və nəticədə Mayis Ələkbərov onun üzərinə getmiş, qarşılıqlı mübahisədən sonra Naib Həsənov yaşadığı fərdi yaşayış evinə qaçaraq, özünün adına Şəmkir rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində qeydiyyatda olan 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı təklüləli, yivsiz ov tüfəngini götürmüş və Mayis Ələkbərov xəsarət yetirmək üçün əlində olan ağacla üzərinə gəldiyindən, sonuncunun arxasınca gedib, təxminən 30-32 metr məsafədən ona 1 dəfə atəş açmış, atəş nəticəsində Mayis Ələkbərova qarının sol yan tərəfi və sol budun yuxarı üçdə birinin ön səthi nahiyəsindən odlu qırma xəsarəti yetirmiş, sonuncu əlinə ağac götürüb onun üzərinə tərəf qaçaraq gəldiyindən, Naib Həsənov ikinci dəfə təxminən 7-8 metr məsafədən atəş açaraq ümumillikdə Mayis Ələkbərova sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarnın sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin ov tüfəngindən açılmış atəş nəticəsində törənmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran qırma yaraları xəsarətləri yetirmişdir. Naib Həsənov daha sonra, həmin vaxt aldığı xəsarətlərdən yerə yıxılmış Mayis Ələkbərova yaxınlaşaraq, 3-cü patronu tüfəngə yerləşdirmiş, Mayis Ələkbərova əgər isdəsə kəlmeyi-şəhadət”ini dedirdib onu öldürmək imkanının olduğunu bildirməsinə baxmayaraq, kifayət qədər imkanı və şəraiti olduğu halda, onu silahla vurmaqdan imtina etmiş və Mayis Ələkbərova yaxınlaşaraq tüfəngin qundağı ilə bir dəfə zərbə yetirərək, ona döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı xəsarəti ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Mayis Ələkbərov Naib Həsənovdan ona kömək etməsini istəsə də, sonuncu ona kömək etməmiş və hadisə yerindən kənarlaşaraq evinə getmiş, arvadı, eləcə də zərərçəkmiş şəxs Mayis Ələkbərovun bacısı Həsənova Əfsanə Paşa qızı onu əlində silahla görən zaman, Naib ona Mayis Ələkbərovla mübahisə etdiklərini və nəticədə sonuncunu silahla vurduğunu bildirmiş, bundan sonra Əfsanə Həsənova hadisə yerinə getdikdə Mayisin orada olmadığını görüb, Mayisin evinə getmişdir. Əfsanə Həsənova Mayis Ələkbərovun evinə çatan zaman Mayisin çarpayıda uzanıqlı olduğunu görmüş, sonra həmkəndlisi İbrahimov Teyyub Bahadur oğlu ilə birlikdə onu Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmış, orada Mayis Ələkbərov qəbul edilmədiyindən Gəncə şəhərində yerləşən “Abbas Səhhət” adına xəstəxanaya aparmışlar. Bununla da, Həsənov Naib İsrafil oğlu zərərçəkmiş şəxs Mayis Ələkbərovun sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarnın sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin ov tüfəngindən açılmış atəş nəticəsində törənmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Həsənov Naib İsrafil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətinin giriş qapısına çıxan zaman, qaynı Mayis Ələkbərovun özünə məxsus heyvanlarını onun qapısının giriş hissəsinə gətirdiyini görüb, Mayis Ələkbərova qapısının giriş hissəsində ağaclar olduğunu və heyvanların sözügedən ağaclara zərər yetirdiyini deyərək, Mayis Ələkbərova öz iradını bildirmişdir. Mayis Ələkbərov isə ona məhəl qoymamış, ikinci dəfə yenidən eyni iradı bildirdikdə, Mayis Ələkbərov ona qarşı nəlayiq ifadələr işlətməyə başlamış və əlində ağac onun üzərinə gəlməyə başlamışdır. Bundan sonra o, yaşadığı evə daxil olaraq, Mayis Ələkbərovu qorxutmaq məqsədilə silahını götürüb həmən yerə qayıtmış və qorxutmaq üçün silahla Mayis Ələkbərovun başının üzərinə atəş açmışdır. Veteran olduğu üçün silahla davranış qaydaları və hədəfi nişan almaq bacarığı yaxşı olmuş, yəni ilk atəşi qorxutmaq məqsədilə atmış, Mayis Ələkbərovu vurmaq istəsə həmin məsafədən rahatlıqla vurmaq imkanı olmuşdur. Sonradan ikinci patronu silaha yerləşdirmiş və ikinci atəşi açarkən Mayis Ələkbərovla aralarında təxminən 7-8 metr məsafə olmuş, həmin atəş nəticəsində qırmalar yayılaraq onun qoluna və bədənin digər yerlərinə dəymiş və Mayis Ələkbərov yerə yıxılmışdır. O, Mayis Ələkbərov yerə yıxıldıqdan sonra ona yaxınlaşaraq 3-cü patronu silaha daxil etmiş və ona “əgər səni öldürmək istəsəm, kəlmeyi-şəhadətini dedirdib səni öldürə bilərəm, lakin bunu etmirəm xatanı məndən uzaq elə” deyə bildirmişdir. O, 3-cü dəfə patronu silaha daxil etsə də, Mayis Ələkbərovu vurmamış, çıxıb getmişdir. Mayis Ələkbərov ondan kömək istəsə də, o, Mayis Ələkbərova kömək etməmişdir. Daha sonra sözügedən səsə onun arvadı Əfsanə Həsənova gələrək digər qardaşına zəng etmiş, sonradan qudaları gəlmiş və Mayis Ələkbərovu xəstəxanaya aparmışlar. Əlavə olaraq təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onda ov tüfəngi olmuş, ona hədiyyə verilmiş və rəsmi olaraq öz adına olmuşdur. Ovçuluq peşəsi ilə məşğul olmuş və müəyyən vaxtlarda ov etmişdir. Əvvəllər Mayis Ələkbərovla onun arasında bir neçə dəfə xırda mübahisələri olmuşdur. Fərdi yaşayış evinin giriş qapısına çıxan zaman qaynı Mayis Ələkbərovun heyvanı onun qapısının giriş hissəsinə gətirdiyini, heyvanların onun plastikdən olan hasarını əzdiyini görüb ona öz iradını bildirmişdir. Mayis Ələkbərov isə ona nalayiq ifadələr işlətdikdən sonra əlində olan ağacla onun üzərinə gəlmiş, o isə evə girərək qapını bağlamış və silahı götürərək qorxutmaq məqsədilə yenidən həyətə çıxmışdır. Silahı torbadan götürən zaman orda olan 3 ədəd patronuda birlikdə götürmüşdür. Onun əlində silah olduğunu Mayis Ələkbərov görmüş və əli ilə ona işarə edərək gəlməsini göstərmişdir. Birinci atəş zamanı Mayis Ələkbərovla onun arasında olan məsafə təxminən 33 metr olmuş və ilk atəşi qorxutmaq məqsədilə havaya atmışdır. Onda olan tüfəngin hədəfi vurma məsafəsi 70-80 metr olsa da, qırmanın yayılma məsafəsi 25-30 metr məsafə olmuşdur. İlk atəşi Mayis Ələkbərovun başının təxminən 2 metr yuxarı hissəsinə atmışdır. Mayis Ələkbərov ilk atəşdən sonra təkrar onun üzərinə gəlmiş, o da qorxutmaq üçün Mayisin sol yanına atəş açsa da, qırma yayılaraq onun əlindən dəymişdir. Mayis Ələkbərov zərbənin təsirindən əlini tutaraq arxası üstə yerə yıxılmışdır. O, 3-cü patronu da silaha daxil edərək, Mayis Ələkbərova yaxınlaşıb “mən səni öldürmək istəsəm, öldürə bilərəm, lakin öldürmürəm xatanı məndən uzaq elə” deyə bildirmişdir. Sonuncu patronu Mayis Ələkbərovun yaxınlığına gedən vaxt silaha daxil etmişdir. Mayis Ələkbərov ondan kömək istəmiş, lakin əsəbi olduğu üçün ona köməklik etməmişdir. Kəndin sonunda yaşadıqları və ətrafda yaşayış az olduğu üçün silahın səsini digər şəxslər eşitməmişdir. Evə qayıdarkən Əfsanə çıxmış, o, Əfsanəyə Mayis Ələkbərovla mübahisə etdiklərini və mübahisə nəticəsində Mayisi silahla vurduğunu bildirmişdir. Əfsanə Həsənova isə digər qardaşına zəng etmiş, daha sonra Teyyub gəlmiş və Mayis Ələkbərovu xəstəxanaya aparmışlar. O isə zəng gəldiyi üçün polis şöbəsinə getmişdir. Mayis Ələkbərovla barışmağa cəhd etsə də bu mümkün olmamış, belə ki, Mayis ondan 12.000 manat pul vəsaiti və veteran olduğu üçün aldığı sosial müavinətin 1 il müddətinə ona verilməsini tələb etmişdir. Mübahisə olan vaxt ətrafda heç bir şəxs olmamış, eyni zamanda o heç bir xəsarət almamışdır. Mayis Ələkbərova barışmaq üçün 5.000 manat məbləğində pul vermək istəsələr də, Mayis qəbul etməyib onunla barışmamışdır. Onun silaha daxil etdiyi qırma təxminən 3 və yaxud 4-lük qırma olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Ələkbərov Mayis Paşa oğlu ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə, səhər saatlarında özünə məxsus xırdabuynuzlu heyvanları evin həyətindən çıxararaq kənd yolu ilə sahəyə aparan zaman, Naib Həsənovun yaşadığı evin qarşısında olan tut ağacının budaqları gövdədən yerə sallandığı üçün ona məxsus xırdabuynuzlu heyvanlar yarpaqları yemək üçün ağaca tərəf qaçmışlar. Heyvanlar həmin tut ağacının yerə tökülən yarpaqlarını yeyən zaman, heyvanlardan biri Naib Həsənovun evinin ətrafına çəkilmiş dəmir hasara qalxaraq ağacın yarpağını yemək istəmiş, bu vaxt Naib Həsənov həyətin giriş hissəsindən çıxaraq üzünü ona tutub “heyvanlarını qoyma bura tənəkədir qırılır” demişdir. O, heyvanların qarşısını almaq istəyərkən, Naib ona nalayiq ifadə işlətmiş, o da Naibin üstünə getmişdir. Daha sonra bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmişlər. O, Naibin üzərinə yeridikdə sonuncu içəri girib qapını arxadan bağlamışdır. O isə heyvanları qarşısına salaraq sahəyə tərəf hərəkət etməyə başlamışdır. O, heyvanları aparan zaman Naib Həsənovun evinin dəmir qapısının səsi gəlmiş və arxaya çönüb baxanda sonuncunun əlində silah arxa qapıdan çıxdığını görmüş, həmçinin Naib Həsənovun arxadan onu səslədiyini eşitmişdir. O, arxaya baxan zaman Naibin əlində silah olduğunu görmüş və dayanmışdır. Naib Həsənov qaçaraq onun yanına gəlib çatmışdır. Həmin vaxt təxminən aralarında 30-32 metr məsafə olmuşdur. O, qaçmadan yerində dayanmış və Naib həmin məsafədən ona atəş açmışdır. Naibin silahla açdığı atəş nəticəsində o, qarın nahiyəsindən və ayağından qırma xəsarətləri almışdır. O, özünü müdafiə etmək üçün Naibin üzərinə doğru hərəkət etmiş və Naib Həsənov ikinci dəfə əlində olan silaha qırmanı yerləşdirərkən, əlində olan ağacı ona doğru atmışdır. Atdığı ağac Naibin əlindən dəymiş və silahın lüləyi aşağı doğru enmişdir. Naib ikinci dəfə ona atəş açmış və o, sol əlindən yaralanaraq yerə yıxılmışdır. Daha sonra Naib ona yaxınlaşaraq təpik atmış və təpik onun kürək nahiyəsini sürtmüşdür. Bu zaman Naib tüfəngin qundağı ilə onun sol kürək nahiyəsindən zərbə endirmiş və o, ağzı üstə yerə düşmüşdür. Yerdə olarkən Naiblə onun arasında təxminən 2- 3 metr məsafə olmuş, həmin məsafədə olarkən Naib 3-cü gülləni silaha daxil etmiş və ona “kəlmeyi şəhadətini denən” deyə bildirsə də, sonradan silahla onu vurmamış və onu yenə təhqir edib getmişdir. O, yerdə olarkən iki dəfə Naibi arxadan çağırıb kömək istəsə də, Naib ona məhəl qoymayaraq getmişdir. O, əynində olan köynəyi çıxarıb sözügedən köynəyi cıraraq, qoluna sarımış və evə gəlib çarpayıda uzanmışdır. Bir müddət sonra bacısı Əfsanə və həmkəndliləri, eyni zamanda taksi sürücüsü Teyyub gələrək onu sonuncunun avtomobili ilə Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışlar. Orada xəstəxana qəbul etmədiyindən onu “Abbas Səhhət” adına xəstəxanaya aparmışlar. Əlavə olaraq zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən vaxt ətrafda heç bir şəxs olmamışdır. Naib Həsənov 3-cü dəfə gülləni silaha yerləşdirsə də, onu silahla vurmamışdır. Naib Həsənovun onu 3-cü dəfə silahla vurmamasının səbəbini bilməmişdir. Ehtimal edir ki, Naib Həsənov onu silahla vurduqdan sonra baş vermiş hadisəni dərk etmiş və ona görə də 3-cü dəfə onu silahla vurmaqdan imtina etmişdir. Naib silaha 3-cü dəfə patronu yerləşdirən vaxt, aralarında 2-3 metr məsafə olmuşdur. Əvvəllər aralarında mübahisələr olsa da, bir-birlərinə zərər yetirəcək səviyyədə olmamışdır. O, Naib Həsənovla barışmamış və ondan şikayətçidir. Naib Həsənova barışmaq üçün onu müalicə etdirməsini və ona 3.000 manat pul verməsini bildirmiş, lakin Naib Həsənov ona köməklik etməmiş, şəxsi vəsaiti ilə müalicə olunmuşdur. Əlindən xəsarət aldığı üçün əlinin düzəlməyəcəyi təqdirdə Naib Həsənova veteranlığa görə aldığı sosial müavinətin verilməsini tələb etmiş, sözügedən qəbul etmədikləri üçün barışmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Həsənova Əfsanə Paşa qızı ifadəsində bildirmişdir ki, Həsənov Naib İsrafil oğlu onun əri, Mayis Ələkbərov isə qardaşıdır. Hadisə baş verən vaxt səhhətində problemlər olduğu üçün yuxudan gec ayılmış və yuxudan oyanan zaman əri Naib Həsənovun əlində silahla evə daxil olduğunu görmüşdür. Naib Həsənovdan nə baş verdiyini soruşduqda, Naib əsəbi şəkildə Mayis Ələkbərovla mübahisə etdiklərini və silahla atəş açaraq sonuncuya xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Naib Həsənovu evdə qoyub sahə tərəfə getmiş, lakin qardaşı Mayis Ələkbərovu görməmişdir. Sahədən qardaşı Mayis Ələkbərovun qaldığı evə getmiş və içəri daxil olan zaman, Mayisin evdə çarpayıda uzandığını və əynində olan paltarının qan içərisində olduğunu görmüşdür. O, Mayisə yaxınlaşaraq üzündən öpmüş və sonuncuya nə baş verdiyini soruşan zaman, ona Naib Həsənovun silahla atəş açdığını və Naib Həsənovdan şikayətçi olmayacağını bildirmişdir. O, həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Teyyubu çağırmış və təxminən 15-20 dəqiqə sonra Teyyub özünə məxsus “VAZ 2107” markalı avtomobillə gəlmişdir. O, qardaşı Mayis Ələkbərovu avtomobilə əyləşdirmiş və onlar sonuncu gəldikdən sonra Mayis Ələkbərovu Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışlar, lakin orada qəbul etmədikləri üçün Gəncə şəhəri, A.Səhhət adına xəstəxanaya getmiş, orada Mayis Ələkbərova ilkin tibbi yardım göstərilmiş və 3 gün sözügedən xstəxanada qalmışdır. Mayis Ələkbərovla barışmağa cəhd etmişlər, hətta onun müalicə xərclərini qarşılamağı və Mayis Ələkbərovun tələb etdiyi 3.000 manat məbləğində pul vəsaitini ona vermək istəsələr də, Mayis Ələkbərov Naib Həsənovla barışmamışdır. Əlavə olaraq şahid Həsənova Əfsanə Paşa qızı məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Naib Həsənovla Mayis Ələkbərovun arasında bir neçə dəfə xırda mübahisələr olmuşdur. Mayis Ələkbərovun tələb etdiyi 3.000 manat pul vəsaitini ona verməkləri üçün polis əməkdaşlarına təqdim etsələrdə, Mayis qəbul etmədiyi üçün polis əməkdaşları sözügedən pul vəsaitini ona qaytarmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs Naib Həsənovun anası olan şahid Həsənova Yasəmən İslam qızı ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Həsənova Yasəmən İslam ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Həsənov Naib İsrafil oğlu onun oğludur. Belə ki, o, 1973-cü il tarixdə mərhum əri Həsənov İsrafil Tapdıq oğlu ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 06 (altı) övladları dünyaya gəlmişdir. Naib Həsənov onun yaşca ən böyük övladıdır. Naib 1997-ci il tarixdə Həsənova Əfsanə Paşa qızı ailə həyatı quraraq onlardan ayrı yaşayır. Əri İsrafil Həsənov bağçılıqla məşğul olduğu üçün sonuncu evdə tək lüləli ov tüfəngi saxlamışdır. Həmin tüfəng tam qanuni sənədlə əri İsrafilin adına rəsmiləşmişdir. Təxminən 2009-cu ilin əvvəllərində əri İsrafil sözügedən tüfəngi oğlu Naibə hədiyyə olaraq vermişdir. Naib də dərhal tüfəngi öz adına sənədləşdirmişdir. 14.07.2009-cu il tarixdə əri xəstəlikdən vəfat etmişdir. Həmin vaxtdan etibarən tüfəng Naibdə qalmışdır. Ələkbərov Mayis Paşa oğlu onun gəlini Əfsanə Həsənovanın qardaşıdır. Onların Mayislə aralarında heç bir ciddi ədavət və ya düşmənçilikləri olmamışdır. Lakin oğlu Naib və gəlini Əfsanə ilə Mayisin arasında bir neçə dəfə xırda mübahisələr olmuşdur. Təxminən 10 il bundan qabaq Mayisin iti Naibin oğlu Qafur Həsənovun arxasınca düşüb sonuncunu dişləmişdir. Bu məsələyə görə sonuncuların arasında narazılıq və mübahisə yaranmışdır. Lakin Qafur həmin vaxt xəsarət almadığından bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməmiş və məsələ bağlanmışdır. 22 may 2024-cü il tarixdə saat 08 o, radələrində Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evlərində olmuşdur. Gəlini Gülnarə evə gələrək kənddə Naibin tüfənglə Mayisə atəş açaraq xəsarət yetirməsinin danışıldığını demişdir. O dərhal Naibin yaşadığı evə getmiş və qızı Pünhanədən nə baş verdiyini soruşmuşdur. Pünhanə Naibin tüfənglə Mayisə atəş açıb xəsarət yetirdiyini və gəlini Əfsanənin isə taksi ilə Mayisi xəstəxanaya apardığını söyləmişdir. Mayis bir neçə gün xəstəxanada müalicə almışdır. Gəlini Əfsanə də sonuncunun yanında qalıb qulluq etmişdir. Həsənova Yasəmən İslam qızı bundan başqa ifadəsində onu da göstərmişdir ki, Naib Həsənovla Mayis Ələkbərovun arasında bir neçə dəfə xırda mübahisələr olmuşdur. Təxminən 10 il bundan qabaq Mayisin iti Naibin oğlu Qafur Həsənovun arxasınca düşüb sonuncunu dişləmişdir. Bu məsələyə görə Mayis ilə Naib arasında narazılıq və mübahisə yaranmışdır. Naib Həsənov Mayis Ələkbərova atəş açdığı silahı 2009-cu ilin əvvəllərində əri İsrafil Həsənovdan hədiyyə olaraq almışdır. Həmin silah rəsmi olaraq Naibin adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, İbrahimov Teyyub Bahadur oğlu ifadəsində bildirmişdir ki, hadisə baş verən gün Əfsanə Həsənova onun istifadəsində olan mobil nömrəyə zəng edib, telefonda əri Naib Həsənovun qardaşı Mayis Ələkbərova silahla atəş açaraq xəsarət yetirdiyini bildirib, Mayis Əlkbərovun evinə gəlməsini demişdir. O, Mayis Ələkbərovun yaşadığı evə getdikdən sonra Əfsanə Həsənova ilə birlikdə Mayis Ələkbərovu ona məxsus avtomobilin arxa oturacağa əyləşdirib, Əfsanə Həsənova ilə birlikdə Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmış, lakin orada qəbul etmədikləri üçün Gəncə şəhəri, A.Səhhət adına xəstəxanaya getmişlər və orada həkimlər tərəfindən Mayis Ələkbərova ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid İbrahimov Teyyub Bahadur oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, İbrahimov Teyyub Bahadur oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, taksi fəaliyyəti ilə məşğul olur, özünə məxsus VAZ 2107 markalı 10-RP-497 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var və avtomobil öz şəxsi mülkiyyətidir. Həsənov Naib İsrafil oğlu onun həmkəndlisidir. Naib Həsənov ilə həmkəndli kimi münasibətləri yaxşı olmuş, heç bir narazılıqları olmamışdır. Ələkbərov Mayis Paşa oğlu isə onun bacanağının qardaşıdır. Mayis Ələkbərovla onun arasında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. 22 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evində olan zaman bacanığının bacısı Əfsanə Həsənova onun istifadəsində olan 099-371-79-69 saylı mobil nömrəsinə zəng edib ona telefonda əri Naib Həsənovun qardaşı Mayis Ələkbərova silahla atəş açdığını və sonuncuya xəsarət yetirdiyini bildirib Mayis Əlkbərovun evinə gəlməsini demişdir. O, evdən çıxıb özünə məxsus VAZ 2107 markalı avtomobilinə əyləşərək Mayis Ələkbərovun evinə getmişdir. Həmin vaxt avtomobili evlərinin qarşısında saxlamış və düşərək Mayisin evinə getmişdir. Evə daxil olmuş və Mayisin çarpayıda uzandığını və əlini tutduğunu, əynində olan paltarının qan içərisində oluğunu görmüşdür. Köməkli şəkildə Mayis Ələkbərovu ona məxsus avtomobilin arxa oturacağına əyləşdirib Əfsanə Həsənovla birlikdə Gəncə şəhərində yerləşən Abbas Səhhət xəsatəxanasına aparmışlar. Mayis Ələkbərovu avtomobildən düşürmüş və xəstəxanaya daxil olmuşlar. Həkimlər tərəfindən Mayis Ələkbərova ilkin tibbi yardım göstərilmişdir. Sonra, o, bir qədər xəstəxanada gözləyib evə qayıtmışdır. İbrahimov Teyyub Bahadur oğlu bundan başqa ifadəsində onu da göstərmişdir ki, onun məlumatına görə Naib Həsənovun Mayis Ələkbərova atəş açaraq xəsarət yetirməsinə səbəb, Mayis Ələkbərovun Naib Həsənova qarşı nalayiq ifadələr söyləməsi olmuşdur. Naib Həsənov və Mayis Ələkbərov arasında əvvəllər heç bir narazılıq və ədavət olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Aslanov Vüsal Kərəm oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Aslanov Vüsal Kərəm oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Həsənov Naib İsrafil oğlu onun dayısı qızı Əfsanənin əridir. Ələkbərov Mayis Paşa oğlu onun dayısı oğludur. Hər iki şəxslərin arasında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. 22 may 2024-cü il tarixdə, o, Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evlərində olmuşdur. Həmin gün qohumları rəhmətə getmişdir və o, həmin mərhumun yas yerində olmuşdur. Həmin yas mərasimində mərasimə gələn şəxslər öz aralarında söhbət edirdilər ki, Naib Həsənov onun dayısı oğlu Mayis Ələkbərova Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən otlaq sahəsinə gedilən yolda silahla atəş açaraq sonuncuya xəsarət yetirib. O, bu barədə məlumat alandan sonra tam dəqiqləşdirmək üçün dayısı qızı Əfsanənin mobil nömrəsinə zəng etmiş və sonuncuya nə baş verdiyini soruşan zaman Əfsanə ona əri Naib Həsənovun qardaşı Mayis Ələkbərovla aralarında baş vermiş mübahisə, yəni Naibin Mayisə, Mayisin isə Naibə nalayiq ifadələr işlətməsi səbəbindən Naib evdən özünə məxsus sənədli silahını götürüb evlərinin yaxınlığından keçən yolda qardaşı Mayis Ələkbərova silahla atəş açmışdır. O, hadisə barəsində məlumat alandan sonra yas mərasimləri olduğu üçün dayısı qızı Əfsanənin evinə gedə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Həsənov Naib İsrafil oğlu 22.05.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 24.05.2024-cü il tarixli, 4(076)-68/2024 saylı qərarından görünür ki, Həsənov Naib İsrafil oğlunun barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 19.08.2024-cü il tarixli, 4(076)-107/2024 saylı qərarından görünür ki, Həsənov Naib İsrafil oğlunun həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 22 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 18.10.2024-cü il tarixli, 4(076)-139/2024 saylı qərarından görünür ki, Həsənov Naib İsrafil oğlunun həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 22 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddələrinə tövsif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 03 iyun 2024-cü il tarixli, 488 saylı rəyindən görünür ki, Həsənov Naib İsrafil oğlunun bədən üzərində aşkar edilmiş xəsarətlər- sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarının sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin qırma yaraları patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən açılmış atəşlər nəticəsində törənmişdir, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı isə küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri 22 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarının sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin qırma yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin 04.09.2024-cü il tarixli, 24/1398 nömrəli ballistik rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 2750-J1 №-li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Zlataust silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır. Patronun bütövlüyünün pozulmamasına, kapsulu tam şəkildə olmasına və bütün lazımi komponentləri yerində olmasına görə patron istifadəyə və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd gilizlər zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun bir hissəsidir boş-atılmış gilizləridir və hal hazırda atəş ücün yararsızdır. Həmin gilizlər tədqiqata təqdim edilmiş 16 kalibrli 2750-J1 №-li ZK modelli ov tüfəngindən atılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ballistik ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 3/1864 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qısaqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd idman şalvarının üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından qurğuşun metal izinin və atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, öndən arxaya, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələr qərarda qeyd edilən silahdan açılan atəşlər nəticəsində qırmaların təsirindən yarana bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 24.10.2024-cü il tarixli, 797 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Həsənov Naib İsrafil oğlunda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Həsənov Naib İsrafil oğlunda praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Hadisədən əvvəl və hadisə anında Həsənov Naib İsrafil oğlu ANLAQLI vəziyyətdə olmuşdur. Həsənov Naib İsrafil oğlu hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Həsənov Naib İsrafil oğlunda xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Həsənov Naib İsrafil oğlunun əməli AR CM-nın 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Həsənov Naib İsrafil oğlu praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma vardır. Cinayət əməlini törədərkən Həsənov Naib İsrafil oğlu əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Həsənov Naib İsrafil oğlu hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Həsənov Naib İsrafil oğlu emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “paltarlara baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, açıq sarı rəngli, qısaqol köynək səthi çirklidir, üzərində qanabənzər şübhəli ləkələr vardır. Köynəyin uzunluğu-720 mm, çiyin hissədən eni-480 mm-dir. Köynəyin sol yan hissəsi kəsilmiş vəziyyətdədir. Köynəyin üzərində termiki təsir və istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Boz rəngli, qolsuz mayka səthi çirklidir, üzərində qanabənzər şübhəli ləkələr vardır. Maykanın uzunluğu-680 mm, qol altı hissədən eni-510 mm-dir. Maykanın üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Qara rəngli idman şalvarı səthi çirklidir, üzərində qanabənzər şübhəli ləkələr vardır. Şalvarın uzunluğu-850 mm, bel hissədən eni-340 mm-dir. Şalvarın üzərində çoxsaylı termiki təsir və istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “tüfəngə və patrona baxış keçirilməsi və götürülməsi haqqında” 23.05.2024-cü il tarixli protokoldan görünür ki, tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 73 sm, qundağının uzunluğu 23,5 sm, lüləyinin uzunluğu 11 sm isə təşkil edir. Silahın qundağı taxta materialdan olmaqla tünd sarı rənglidir. Patron yuvaların alt hissəssində, qatlama qolunda, lüləaltı yastığında zavod nömrəsini “2750-J1”, lülənin üst hissəsində kalibrini “K16x70”, buraxılış ilini “57” göstərən hərf-rəqəmlər və zavod nişanı həkk olunmuşdur. Tüfəngin yaşıl rəngli qalın parça materialdan olan kəndiri vardır. Patron silindrik formalı olub dib hissəsi qızıl metaldan, gövdəsi yaşıl rəngli plastik materialdan olan patrona adi gözlə nəzərdən keçirdikdə onun üzərində əzilmə, çartlama, partlama izlərinin olmaması və gilizin dib hissəsində olan kapsulun tam şəkildə olması müşahidə edildi. Patronun dib hissəsində kalibrini "16” və gövdəsində zavod nişanı “STERLİNG” göstərən hərf və rəqəmləri həkk olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “əşyaya baxış keçirilməsi haqqında” 23.05.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 02 ədəd gilizin bir ədədinin gövdəsi qırmızı, digərinin gövdəsi ağ rəngli plastik materialdan olan gilizlərə adi gözlə nəzərdən keçirdikdə onların üzərində partlama, deformasiyaya uğrama, sınma, qopma izləri müşahidə edilmədi. Gilizlərin alışdırıcı kapsulların üzərində atılmış olduğu silahın vurucu milinin izi həkk olunmuşdur. Təqdim edilmiş gilizlərin gövdəsində, dib hissüəsində zavod nişanları “ZUBER” və “ÖZKURSAN”, kalibrini “16” göstərən hərf və rəqəmlər həkk olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Həsənov Naib İsrafil oğlu barəsində tərtib etdiyi 25 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Naib Həsənovun məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin 23 noyabr 2024-cü il tarixli, 3-13-110/2-31952/2024 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Həsənov Naib İsrafil oğlu tərəfindən və ya onun barəsində Şəmkir rayon polis şöbəsinə müraciət daxil olmamış, barəsində Şəmkir RPŞ-də təqsirləndirici material araşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.11.2024-cü il tarixli Şəmkir rayon polis şöbəsinin cavab məktubundan görünür ki, ”ZKM- 1” markalı 16 çaplı, 2750-J1 nömrəli ov silahı 28.12.2023-cü il tarixdə Şəmkir rayon Qasım İsmayılov kənd sakini Həsənov Naib İsrafil oğlunun adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2024-cü il tarixli, 3-13-110-1/2-6616/2024 nömrəli məktubundan görünür ki, Həsənov Naib İsrafil oğlu 22 may 2024-cü il tarixdə, saat 09:55 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq könüllü olaraq təslim olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İstintaq zamanı 22.05.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş 2 ədəd giliz, zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlunun hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, açıq sarı rəngli qısaqol köynək, boz rəngli mayka, 23.05.2024-cü il tarixli tüfəngə və patrona baxış keçirilməsi və götürülməsi barədə protokolla götürülmüş 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı tək lüləli yivsiz ov tüfəngi və 1 ədəd patron öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun əməlində cinayət tərkibi vardır. Bununla belə Məhkəmə təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğluna elan edilmiş Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı Həsənov Naib İsrafil oğlunun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Həsənov Naib İsrafil oğlunun zərərçəkmiş Mayis Ələkbərova qəsdən xəsarət yetirilməsindən ibarət əməli qəsdən adam öldürməyə yönəlməmiş və eyni zamanda istintaq orqanı təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun zərərçəkmiş şəxs Mayis Ələkbərova qarşı törətdiyi cinayət əməlini başa çatdırmamasının səbəblərini kifayət qədər araşdırmamışdır. Belə ki, həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Həsənov Naib İsrafil oğlu 22.05.2024-cü il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən evinin qarşısından keçən kənd yolunda qaynı Ələkbərov Mayis Paşa oğluna məxsus xırda buynuzlu heyvanların onun həyətyanı sahəsinin ətrafına çəkilmiş plastik hasara və bitkilərə toxunaraq qırması ilə bağlı Mayis Ələkbərova iradını bildirdikdən sonra, bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş və nəticədə Mayis Ələkbərov onun üzərinə getmiş, qarşılıqlı mübahisədən sonra Naib Həsənov yaşadığı fərdi yaşayış evinə qaçaraq, özünün adına Şəmkir rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində qeydiyyatda olan 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı təklüləli, yivsiz ov tüfəngini götürmüş və Mayis Ələkbərov xəsarət yetirmək üçün əlində olan ağacla üzərinə gəldiyindən, sonuncunun arxasınca gedib, təxminən 30-32 metr məsafədən ona 1 dəfə atəş açmış, atəş nəticəsində Mayis Ələkbərova qarının sol yan tərəfi və sol budun yuxarı üçdə birinin ön səthi nahiyəsindən odlu qırma xəsarəti yetirmiş, sonuncu əlinə ağac götürüb onun üzərinə tərəf qaçaraq gəldiyindən, Naib Həsənov ikinci dəfə təxminən 7-8 metr məsafədən atəş açaraq ümumillikdə Mayis Ələkbərova sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarnın sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin ov tüfəngindən açılmış atəş nəticəsində törənmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran qırma yaraları xəsarətləri yetirmişdir. Naib Həsənov daha sonra, həmin vaxt aldığı xəsarətlərdən yerə yıxılmış Mayis Ələkbərova yaxınlaşaraq, 3-cü patronu tüfəngə yerləşdirmiş, Mayis Ələkbərova əgər isdəsə kəlmeyi-şəhadət”ini dedirdib onu öldürmək imkanının olduğunu bildirməsinə baxmayaraq, kifayət qədər imkanı və şəraiti olduğu halda, onu silahla vurmaqdan imtina etmiş və Mayis Ələkbərova yaxınlaşaraq tüfəngin qundağı ilə bir dəfə zərbə yetirərək, ona döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı xəsarəti ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Mayis Ələkbərov Naib Həsənovdan ona kömək etməsini istəsə də, sonuncu ona kömək etməmiş və hadisə yerindən kənarlaşaraq evinə getmiş, arvadı, eləcə də zərərçəkmiş şəxs Mayis Ələkbərovun bacısı Həsənova Əfsanə Paşa qızı onu əlində silahla görən zaman, Naib ona Mayis Ələkbərovla mübahisə etdiklərini və nəticədə sonuncunu silahla vurduğunu bildirmiş, bundan sonra Əfsanə Həsənova hadisə yerinə getdikdə Mayisin orada olmadığını görüb, Mayisin evinə getmişdir. Əfsanə Həsənova Mayis Ələkbərovun evinə çatan zaman Mayisin çarpayıda uzanıqlı olduğunu görmüş, sonra həmkəndlisi İbrahimov Teyyub Bahadur oğlu ilə birlikdə onu Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmış, orada Mayis Ələkbərov qəbul edilmədiyindən Gəncə şəhərində yerləşən “Abbas Səhhət” adına xəstəxanaya aparmışlar. Bununla da, Həsənov Naib İsrafil oğlu zərərçəkmiş şəxs Mayis Ələkbərovun sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarnın sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin ov tüfəngindən açılmış atəş nəticəsində törənmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. İstintaq orqanı Naib Həsənovun zərərçəkmiş Mayis Ələkbərovun az ağır xəsarət almasından ibarət hüquqazidd əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirərkən, təhrif olunmuş ifadələrə əsaslanmış, təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsinin nədə ifadə olunduğunu isə göstərə bilməmişdir. Belə ki, hadisənin baş vermə mexanizminə və ardıcıllığına nəzər yetirdikdə açıqdan-açığa görmək olur ki, təqsirləndirilən şəxs Naib Həsənov yaşadığı evdən özünə məxsus 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı tək lüləli yivsiz ov tüfəngini götürərkən, eyni zamanda, həmin yerdə olan 03 ədəd patronu da özü ilə birlikdə götürmüşdür. Bundan sonra baş vermiş mübahisə konteksində Naib Həsənov ilkin olaraq tüfənglə Mayis Ələkbərova atəş açmış və təkrar olaraq Mayis Ələkbərov onun üzərinə gəldikdə, ov tüfəngindən ikinci dəfə atəş açmışdır. İstintaq orqanı Naibin Mayis Ələkbərova ov tüfəngi ilə 2 dəfə atəş açdığını müəyyən etmiş, lakin Naibin götürdüyü üçüncü patrondan istifadə etməməsini və yaxud hansı səbəbdən istifadə edə bilməməsi hallarını araşdırmadan fərziyyələrə əsaslanaraq, Naib Həsənovun ətrafda olan şəxslərin silah səsini eşidərək həmin yerə gələcəyindən qorxaraq, qaçdığını qeyd etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı dindirilmiş və hadisəni real olaraq yaşamış şəxslər olan təqsirləndirilən şəxs, eləcə də zərərçəkmiş şəxs Mayis Ələkbərov hadisə baş verən vaxt ətrafda heç bir şəxsin olmadığını, eyni zamanda, hadisə baş verən yerin kəndin qurtaracağı olduğunu və Naib Həsənovun hüquqazidd hərəkətlərini özü könüllü olaraq dayandırdığını bildirmişlər. Eyni zamanda, “tüfəngə və patrona bxaış keçirilməsi və götürülməsi haqqında” 23 may 2024-cü il tarixli protokolla 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı tək lüləli yivsiz ov tüfəngi və 1 ədəd patron götürülmüş və Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin 04.09.2024-cü il tarixli, 24/1398 nömrəli ballistik rəyindən görünür ki, 01 ədəd patron zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatı olmuş, patronun bütövlüyünün pozulmamasına, kapsulu tam şəkildə olmasına və bütün lazımi komponentləri yerində olmasına görə patron istifadəyə və atəşə yararlı olmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Mayis Ələkbərov öz sərbəst ifadəsində də Naib Həsənovun 3-cü patronu tüfəngə yerləşdirərək onun üzərinə tutduğunu, lakin Naib Həsənovun onu silahla vurmaq üçün imkanı olmasına baxmayaraq, ona üçüncü atəşi açmadığını bildirmişdir. Buna görə də vurğulamaq lazımdır ki, Naib Həsənovun 3-cü patronu tüfəngə yerləşdirməsi və kifayət qədər imkanı olmasına baxmayaraq üçüncü atəşi açmaqdan imtina etməsi işin mübahisəsiz halı olsa da, istintaq orqanı sözügedən faktın obyektivliyini təmin etməyərək üzərindən keçmişdir. Hansı ki, Naib Həsənovun 3-cü patronu tüfəngə yerləşdirib atəş açmaması faktını təqsirləndirilən şəxslə barışmayaraq, hazırda da şikayətçi olan və hadisədən birbaşa zərərçəkmiş şəxs Mayis Ələkbərovun özünün də təsdiq etməsi, Naib Həsənovun törətdiyi əməlin qəsdən adam öldürməyə cəhd olmadığını göstərən mötəbər dəlillərdən biridir. Naib Həsənov sözügedən cinayət hadisəsini törədərkən Mayis Ələkbərovu öldürmək kimi niyyəti olmamış, eyni zamanda, təqsirləndirilən şəxsi öldürməyə yönələn və yaxud şəxsi öldürməyə cəhd etməyə dair hər hansı aktiv hərəkəti də olmamışdır. Naib Həsənov sadəcə olaraq Mayis Ələkbərovla aralarında olan mübahisədən qəzəblənərək ona xəsarət yetirmiş və 3-cü patronu tüfənginə yerləşdirməsinə baxmayaraq Mayis Ələkbərovu 3-cü dəfə silahla vurmaqdan imtina edib, könüllü olaraq hərəkətlərini dayandırmışdır. Həmçinin, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hərbi xidmətdə olduğunu, döyüşlərdə iştirak etdiyi üçün veteran olduğunu və ovçuluq fəaliyyəti ilə məşğul olduğunu bildirərək, silahdan istifadə qaydalarını, hədəfi nişan alma, eyni zamanda hədəfi vurma bacarığına malik olduğunu qeyd etmiş və zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlərin şəxsi öldürməyə cəhd etməyə yönəlmədiyini, sadəcə olaraq xəsarət yetirmək məqsədilə atəş açdığını bildirmişdir. Məhkəmə tibbi ekspertizasının 03 iyun 2024-cü il tarixli, 488 saylı rəyindən də görünür ki, təqsirləndirilən şəxs Naib Həsənov zərərçəkmiş şəxs Mayis Ələkbərovun sağlamlığına sol dirsək sümüyünün aşağı üçdə birinin sınığı ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin ön səthinin, sol əlin ovuc səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, qarının sol yan divarının, sol budun yuxarı üçdə birinin ön səthinin qırma yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid olan xəsarətlər və döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qeyd olunan xəsarətlər də təqsirləndirlən şəxsin ifadəsində göstərdiyi amilləri bir daha təsdiq etmişdir. Yuxarıda da qeyd edildiyi kimi Naib Həsənovun sonuncu atəşi açmamaqla qəsdən adam öldürməyə cəhddən könüllü imtina etməsi də bütövlükdə, onun niyyətinin və hərəkətlərinin qəsdən adam öldürməyə cədlə bağlı olmadığını da bir daha özündə realizə edir. İstintaq orqanı iş üzrə dindirilmiş şəxslərin ifadələrini təhrif edərək, əsasən də təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinə CM-in 120-ci maddəsinin dispozisiyası təəssüratı yaradan müəyyən sözlər əlavə etmiş, hadisənin baş vermə reallığını görməzdən gəlmiş və sanki zərərçəkmiş şəxsin israrlı şikayətlərinə əsaslanaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini daha ağır maddəyə tövsif etmişdir. Həmçinin istintaq orqanı təqsirləndirilən şəxsin qəsdən adam öldürmə cinayəti törətməsi görüntüsünü yaratmaq üçün zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi xüsusatını şəxsin əməlini öz iradəsindən aslı olmayan səbəb kimi qəbul edilməsi xüsusatına gəldikdə isə məhkəmə vurğulayır ki, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən də görünür ki, zərərçəkmiş şəxs aldığı xəsarətlərdən bir xeyli müddət sonra xəstəxanaya aparılmış, hətta zərərçəkmiş şəxs özü əlini sarıyaraq evinin çarpayısında uzanmış və ona ilkin tibbi yardım xəsarət aldığı vaxtdan xeyli müddət sonra göstərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Ələkbərov Mayis Paşa oğlu ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə, səhər saatlarında özünə məxsus xırdabuynuzlu heyvanları evin həyətindən çıxararaq kənd yolu ilə sahəyə aparan zaman, Naib Həsənovun yaşadığı evin qarşısında olan tut ağacının budaqları gövdədən yerə sallandığı üçün ona məxsus xırdabuynuzlu heyvanlar yarpaqları yemək üçün ağaca tərəf qaçmışlar. Heyvanlar həmin tut ağacının yerə tökülən yarpaqlarını yeyən zaman, heyvanlardan biri Naib Həsənovun evinin ətrafına çəkilmiş dəmir hasara qalxaraq ağacın yarpağını yemək istəmiş, bu vaxt Naib Həsənov həyətin giriş hissəsindən çıxaraq üzünü ona tutub “heyvanlarını qoyma bura tənəkədir qırılır” demişdir. O, heyvanların qarşısını almaq istəyərkən, Naib ona nalayiq ifadə işlətmiş, o da Naibin üstünə getmişdir. Daha sonra birbirlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmişlər. O, Naibin üzərinə yeridikdə sonuncu içəri girib qapını arxadan bağlamışdır. O isə heyvanları qarşısına salaraq sahəyə tərəf hərəkət etməyə başlamışdır. O, heyvanları aparan zaman Naib Həsənovun evinin dəmir qapısının səsi gəlmiş və arxaya çönüb baxanda sonuncunun əlində silah arxa qapıdan çıxdığını görmüş, həmçinin Naib Həsənovun arxadan onu səslədiyini eşitmişdir. O, arxaya baxan zaman Naibin əlində silah olduğunu görmüş və dayanmışdır. Naib Həsənov qaçaraq onun yanına gəlib çatmışdır. Həmin vaxt təxminən aralarında 30-32 metr məsafə olmuşdur. O, qaçmadan yerində dayanmış və Naib həmin məsafədən ona atəş açmışdır. Naibin silahla açdığı atəş nəticəsində o, qarın nahiyəsindən və ayağından qırma xəsarətləri almışdır. O, özünü müdafiə etmək üçün Naibin üzərinə doğru hərəkət etmiş və Naib Həsənov ikinci dəfə əlində olan silaha qırmanı yerləşdirərkən, əlində olan ağacı ona doğru atmışdır. Atdığı ağac Naibin əlindən dəymiş və silahın lüləyi aşağı doğru enmişdir. Naib ikinci dəfə ona atəş açmış və o, sol əlindən yaralanaraq yerə yıxılmışdır. Daha sonra Naib ona yaxınlaşaraq təpik atmış və təpik onun kürək nahiyəsini sürtmüşdür. Bu zaman Naib tüfəngin qundağı ilə onun sol kürək nahiyəsindən zərbə endirmiş və o, ağzı üstə yerə düşmüşdür. Yerdə olarkən Naiblə onun arasında təxminən 2-3 metr məsafə olmuş, həmin məsafədə olarkən Naib 3-cü gülləni silaha daxil etmiş və ona “kəlmeyi şəhadətini denən” deyə bildirsə də, sonradan silahla onu vurmamış və onu yenə təhqir edib getmişdir. O, yerdə olarkən iki dəfə Naibi arxadan çağırıb kömək istəsə də, Naib ona məhəl qoymayaraq getmişdir. O, əynində olan köynəyi çıxarıb sözügedən köynəyi cıraraq, qoluna sarımış və evə gəlib çarpayıda uzanmışdır. Bir müddət sonra bacısı Əfsanə və həmkəndliləri, eyni zamanda taksi sürücüsü Teyyub gələrək onu sonuncunun avtomobili ilə Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışlar. Orada xəstəxana qəbul etmədiyindən onu “Abbas Səhhət” adına xəstəxanaya aparmışlar. Əlavə olaraq zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən vaxt ətrafda heç bir şəxs olmamışdır. Naib Həsənov 3-cü dəfə gülləni silaha yerləşdirsə də, onu silahla vurmamışdır. Naib Həsənovun onu 3-cü dəfə silahla vurmamasının səbəbini bilməmişdir. Ehtimal edir ki, Naib Həsənov onu silahla vurduqdan sonra baş vermiş hadisəni dərk etmiş və ona görə də 3-cü dəfə onu silahla vurmaqdan imtina etmişdir. Naib silaha 3-cü dəfə patronu yerləşdirən vaxt, aralarında 2-3 metr məsafə olmuşdur. Əvvəllər aralarında mübahisələr olsa da, bir-birlərinə zərər yetirəcək səviyyədə olmamışdır. O, Naib Həsənovla barışmamış və ondan şikayətçidir. Naib Həsənova barışmaq üçün onu müalicə etdirməsini və ona 3.000 manat pul verməsini bildirmiş, lakin Naib Həsənov ona köməklik etməmiş, şəxsi vəsaiti ilə müalicə olunmuşdur. Əlindən xəsarət aldığı üçün əlinin düzəlməyəcəyi təqdirdə Naib Həsənova veteranlığa görə aldığı sosial müavinətin verilməsini tələb etmiş, sözügedən qəbul etmədikləri üçün barışmaqdan imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Naib Həsənovun əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsində istintaq orqanının əsaslandığı qeyd olunan hallar əsassız və tamamilə yalnışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərinə, cinayətin motivinə, işin faktiki hallarına hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxs Naib Həsənovun niyyəti zərərçəkmiş Mayis Ələkbərovu öldürməyə yönəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəht hesab olunur. «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm bir başa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) içtimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti) baş vermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları,o cümlədən təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin I hissəsi və 71-ci maddəsinin I və VI hissələri).Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsinin I hissəsi və 71-ci maddəsinin II hissəsi). Konstitusiyanın 28-ci maddəsinə I və II hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi və 71ci maddəsinin VII hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Naib Həsənovun zərərçəkmiş şəxs Mayis Ələkbərovun xəsarət almasından ibarət əməli qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun əməlində qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlunun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, qanunvericiliyin həmin tələbləri baxımından Naib Həsənovun törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi, Naib Həsənovun cəzasını ağırlaşdıran hal kimi nəzərə alındığından Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə istinad edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Həsənov Naib İsrafil oğlu 22.05.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 24.05.2024-cü il tarixli, 4(076)-68/2024 saylı qərarından görünür ki, Həsənov Naib İsrafil oğlunun barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Naib Həsənovun tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Naib Həsənov ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Həsənov Naib İsrafil oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Şəmkir rayon Prokurorluğunda saxlanılan 22.05.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla götürülmüş 2 ədəd giliz məhv edilməli, hadisə vaxtı zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlunun əynində olmuş qara rəngli idman şalvarı, açıq sarı rəngli qısaqol köynək, boz rəngli mayka qanuni sahibinə qaytarılmalı və 23.05.2024-cü il tarixli “tüfəngə və patrona baxış keçirilməsi və götürülməsi haqqında” protokolla götürülmüş 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı tək lüləli yivsiz ov tüfəngi və 1 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməlidir. Bundan əlavə təqsirləndirilən Həsənov Naib İsrafil oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Allahverdiyev Rasim Şəmil oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğluna vəkil Rasim Allahverdiyev 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 25 (iyirmi beş) iş saatı (11 iş saatı 28.04.2025-ci il tarixədək, 14 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Allahverdiyev Rasim Şəmil oğlunun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Həsənov Naib İsrafil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həsənov Naib İsrafil oğlunun həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Şəmkir rayon Pokurorluğun saxlanc yerində saxlanılan 22.05.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla götürülmüş 2 ədəd giliz məhv edilsin, hadisə vaxtı zərərçəkmiş şəxs Ələkbərov Mayis Paşa oğlunun əynində olmuş qara rəngli idman şalvarı, açıq sarı rəngli qısaqol köynək, boz rəngli mayka qanuni sahibinə qaytarılsın və 23.05.2024-cü il tarixli “tüfəngə və patrona baxış keçirilməsi və götürülməsi haqqında” protokolla götürülmüş 2750-L nömrəli, 16 kalibrli, “ZKM-1” markalı tək lüləli yivsiz ov tüfəngi və 1 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - 80 (səksən manat) manat məbləğində ekspertiza xərci Həsənov Naib İsrafil oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs Həsənov Naib İsrafil oğluna göstərilmiş 25 (iyirmi) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Allahverdiyev Rasim Şəmil oğlunun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-364/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-364/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver