Məhkəmə qərarları › İş №1(100)-365/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-365/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-365/2022 05.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X2 və Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçə, ev 16-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 22 radələrində qaynatası Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə yerləşən fərdi yaşayış evində öz arvadı Şahid4 döydüyü üçün sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində başlayan mübahisə zaman qaynatası Zərərçəkmiş şəxs qeyd olunan səbəbə görə evdən götürdüyü balta ilə onu vurmaq istəyərkən üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə və qarın nahiyəsinin ön səthinə qəsdən vurub Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edərək plevranın, diafraqmanın və dalağın zədələnməsi,qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunmaqla hər biri ayrı-ayrılıqda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübular, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1–ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, CM-nin 221.3-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda həyat yoldaşı Şahid4, anası Şahid6 və iki azyaşlı qız övladları ilə birlikdə yaşayır, Gəncə şəhəri, Sadıllı qəsəbəsində avtoyuma məntəqəsində avtomobil yumaqla ailəsini dolandırır. Anası Mahnur və həyat yoldaşı Mətanət isə evdar qadındırlar, işləmirlər. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qaynatası Əkbər ona zəng edərək evdə spirtli içki olan araq içdiyini, süfrə açdıqlarını bildirmiş və onu ailə üzvlərilə birlikdə evinə qonaq çağırmışdır. O da anası, həyat yoldaşı və iki azyaşlı qızını götürüb qonşuluqda yaşayan qaynatası Əkbərin evinə qonaq getmişdir. Qaynatası Əkbərlə oturub yemək yeyib spirtli içki olan araq icmişlər. Bir qədər keçmiş qaynatası Əkbər kiçik qızını qucağına alıb oynatmağa başlamış, həmin vaxt kiçik qızı qaynatasının əlindən ehtiyyatsızlıqdan yerə düşmüşdür. Bu vaxt anası Mahnur tez yüyürüb nəvəsini qaynatası Əkbərin əlindən alıb qayğısına qalmışdır. Həmin vaxt həyat yoldaşı Mətanət anası Mahnurun əlindən qızını kobudcasına alıb özü qayğısına qaldığına görə anası Mahnur əsəbləşib oradan çıxıb evə qayıtmışdır. Həmin vaxt o özü qızını həyat yoldaşının əlindən aldıqda qaynanası Rahilə və həyat yoldaşı Mətanət uşağı götürmək istəmişlər. O, qızına görə narahatçılıq keçirib əsəbləşərək həyat yoldaşı Mətanəti əli ilə yüngülcə itələmiş, həmin vaxt qaynatası Əkbər araya girib uşağı onun əlindən almağa çalışmışdır. O, sərxoş vəziyyətdə olduğu üçün qaynatası Əkbəri əli ilə kənara itələdikdə qaynanası Rahilə araya girib “uşağı burax, uşağı burax” deyərək onu təkləmişdir. Həyat yoldaşı Mətanət də anası və atası tərəfdən onunla mübahisəyə girdiyinə görə əsəbləşib həyat yoldaşı Mətanətin sifət nahiyəsinə sillə ilə bir dəfə vurmuş, buna görə qaynatası Əkbər onun üzərinə yerimişdir. O, münaqişədən yaxa qurtarmaq üçün uşaqlarını götürüb evdən çıxmaq üçün qapıya yaxınlaşanda qaynanası Rahilə uşaqları ondan almış, qaynatası Əkbər də onun sinə nahiyəsindən tutub yumruq zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. O da qaynatasının sinəsindən itələyib özündən uzaqlaşdırmış, həmin vaxt həyat yoldaşı Mətanət onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O, əsəbi olduğu üçün sillə ilə həyat yoldaşı Mətanətin sifət nahiyəsinə bir dəfə də zərbə vurmuş, həmin vaxt qaynatası Əkbər yenə onun yaxasından tutub yumruq zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. O, həm əsəbi olduğu üçün, həm təkləndiyi üçün, həm də sərxoş olduğu üçün əvvəlcədən əynində olan şalvarın kəmərinə keçirtdiyi və üzərində gəzdirdiyi cib bıçağını çıxarıb açmışdır ki, qaynatasıgil qorxub çəkilsinlər. Həmin vaxt bıçaq onun sağ əlində olmuşdur. Qaynatası Əkbər isə yaxasından tutmuşdur. O, qaynatası Əkbərə zərbə vurmamış, qaynanası və həyat yoldaşı araya girib onları ayırmış, onu evdən çölə çıxartmışlar. Belə ki, qaynanası Rahilə və yoldaşı Mətanət onu qaynatasının qapı qonşusu Etibarın evinin həyətinə aparmışdır ki, Əkbər sakitləşsin. Həmin vaxt Etibarın həyat yoldaşı Esmira küçədə olmuş evlərinin həyət qapıları isə açıq olmuşdur. O küçədə dayanıb içəri keçmək istəməmiş, qaynatası Əkbərin əlində balta ilə onun üzərinə gəldiyini gördükdə Esmira və Mətanət onu çəkib Esmiragilin həyətinə salmış, həyət darvazasını isə arxadan kilidləmişlər. Həmin vaxt Etibarın qardaşı Ehtiram gəlib Əkbəri sakitləşdirməyə başlamış, bir qədər keçmiş qaynatasının səsküyünün dayandığını eşidən həyat yoldaşı Mətanət darvazanı açdıqda qaynatası Əkbər qapıdan içəri keçmiş və əlində yenə ət baltası onun üzərinə gəlib balta ilə onu vurmaq istədikdə o, əli ilə baltanın əsas özəyindən möhkəm tutub saxlamışdır. Həmin vaxt Əkbər sol əli ilə onun boynundan yapışmış, o, Əkbərin əlindəki balta ilə onu vurmaması üçün sağ əlində olan cib bıçağı ilə Əkbərin qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin zərbə Əkbərə dəymədiyi üçün ikinci zərbəni vurmuş, həmin zərbə Əkbərə xəsarət yetirmiş, sonra Əkbər ondan aralaşmış, balta isə onda qalmışdır. O, balta və bıçaq əlində küçəyə çıxmış, qaynatasıgilin həyətinə keçib ayaqqabılarını geyinmiş, baltanı qaynatasıgilin evi ilə üzbəüz bağlı yerə tullamış, bıçağı isə cibinə qoyub oradan uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət edib hadisə ilə bağlı məlumat vermiş və könüllü olaraq Kəpəz rayon Polis İdarəsinə getmiş, oradan sərxoşluğun müayinəsindən keçmiş, sonra isə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. Hadisənin baş verməsinə səbəb qaynatası Əkbərin sərxoş vəziyyətdə onun üzərinə balta ilə gəlməsi və onun ünvanına nalayiq sözlər işlətməsi olmuşdur. Əkbər onu balta ilə vuracağından qorxduğu üçün o, Əkbərə bıçaq zərbələri atmışdır. Belə ki, o, qaynatası Əkbəri yalnız bıçaqla vurduqdan sonra tərki silah edə bilmiş, əks halda, qaynatası onu balta ilə vuracağını bildirmişdir. Hadisədən əvvəl qaynatası Əkbəri özündən uzaqlaşdırmaq üçün əli ilə yüngülcə itələmiş, Əkbərə nə təpik, nə də yumruq vurmamışdır. Qaynatası Əkbər isə iki dəfə onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, sifətində xəsarət olmadığı üçün MTE-dən keçmək istəmir. Hadisə evin içərisində və Esmiragilin evlərinin həyətində isə baş vermişdir. Hadisə vaxtı orada kimlərin olmasını xatırlamır. Onun içtimai qaydanı pozmaq və cəmiyyətə hörmətsizlik etmək kimi fikirləri olmamışdır. O, sadəcə özünü müdafiə etmək üçün Əkbərə bıçaq zərbəsi vurmuşdur. Hadisədən sonra qaynatası Zərərçəkmiş şəxs ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə, nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əmək kimi ev hörgüsü ilə məşğul olur. Şahid4 qızıdır. Təqsirləndirilən şəxs onun kürəkənidir. Mehmandar ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında kürəkəni Mehmandar ona zəng edib hal-əhval soruşmuş, o isə evdə yemək yediyini, bir az da spirtli içki olan araq içdiyini bildirmişdir. Həmin vaxt Mehmandar ailəlikcə onlara qonaq gələcəklərini demiş, o da buna etiraz etməmiş, birlikdə içməyi təklif etmişdir. Bir qədər keçmiş qudası Mahnur, qızı Mətanət və kürəkəni Mehmandar nəvələri ilə birlikdə onlara qonaq gəlmişlər. O, kiçik nəvəsini qucağına götürüb oynadarkən bilmədən nəvəsi əlindən yerə düşmüş və ağlamağa başlamışdır. Bu vaxt Mehmandarın Mahnur qışqıraraq “korsan, bir yavaş da” deyərək səs-küy yaratmışdır. Qızı Mətanət və Mahnur tez uşağı götürüb sakitləşdirməyə çalışmış, Mətanət nəvəsini Mahnurdan götürüb qucağına alıb sakitləşdirməyə çalışdığına görə Mahnur acıq edib evin qapısını çırparaq getmişdir. O da Mahnurun arxasınca çıxıb “ay Mahnur bacı, uşaqdır, yıxıldı-yıxıldı, qayıt” deyərək onu səsləmiş, lakin Mahnur geriyə baxmadan evdən çıxıb getmişdir. O, evə qayıtdıqda Mehmandar onun qızı Mətanətin saçından tutub təhqir etdiyini görmüşdür. Həmin vaxt onun evində qızını döydüyünə görə əsəbləşib yumruqla Mehmandarın sifətinə bir dəfə vurmuş, bu vaxt Mehmandar şalvarının belindən onun üzərinə bıçaq çıxartmışdır. Mehmandar bıçağı onun üzərinə yelləmiş, lakin bıçaq ona dəyməmişdir. Belə olan halda Mətanət və Rahilə kürəkəni Mehmandarı evdən çölə çıxartmışlar. O isə həyətdə olan ət baltasını götürüb Mehmandarın arxasınca çölə çıxmışdır. Həmin vaxt bərk əsəbləşmişdir. Belə ki, kürəkəni onun evində onun qızını gözünün qarşısında döymüş, onun üzərinə bıçaq çıxartmışdır. Buna görə o, bərk əsəbləşib elədiyi səhvlərə görə Mehmandarı vurmaq üçün balta ilə arxasınca getmişdir. Küçəyə çıxdıqda Mətanət və Rahilə kürəkəni Mehmandarı qonşuluqda yaşayan Etibargilin evlərinin həyətinə aparmış, qapını da arxadan bağlamışlar. O, Etibargilin qapısını bir neçə dəfə döyüb Mehmandarı səsləsə də qapını açmamışlar. Ona görə bir qədər qapının qarşısında sakit dayanıb gözləmiş, bir-iki dəqiqə sonra qapı açılmış və o, balta ilə həyətiə daxil olmuşdur. O, balta ilə Mehmandarın üzərinə hücum etdikdə orada olan şəxslər, araya girmişlər. Qonşular onu tutub saxlamış, həmin vaxt Mehmandar baltanın sapından tutub digər əli ilə onun bədəninə bir neçə dəfə bıçaq zərbəsi vurmuş və oradan uzaqlaşıb getmişdir. Həmin vaxt onun qarın nahiyəsindən qan gəlmiş, yaralı olduğuna görə onu evinə aparmışlar. Evə təcili-tibbi yardım avtomobili çağırmış və onu xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinə şəraiti Mahnur yaratmışdır. Belə ki, o, Mahnur davanı başladıb evdən getmiş, o geri qayıdarkən Mehmandarın onun qızını döydüyünü gördüyünə görə Mehmandarı yumruqla vurmuşdur. Hadisə vaxtı Mehmandarla əlbəyaxa olmamışdur. Mehmandarın qohumu olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını və azyaşlı uşaqlarını nəzərə alıb, Mehmandarla barışdığını,ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə nömrəsiz fərdi yaşayış evində ailə üzvlərilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Mehmandar atası Əkbərlə danışdıqdan sonra ailəlikcə atasıgilin evinə getmişlər. Atası Əkbər yemək yeyib spirtli içki olan araq içmişdir. Mehmandar da atası Əkbərlə birlikdə yemək yeyib araq içməyə başlamışdır. Atası Əkbər kiçik qızını qucağına götürüb oynadarkən bilmədən qızı Əkbərin əlindən yerə düşmüş və ağlamağa başlamışdır. Bu vaxt qaynanası Mahnur qışqıraraq atası Əkbərə “korsan, bir yavaş da” deyərək səs-küy yaratmışdır. Mahnur uşağı götürüb sakitləşdirməyə çalışarkən o, qızını Mahnurdan aldığına görə Mahnur acıq edib evin qapısını çırparaq getmişdir. Atası Əkbər də Mahnurun arxasınca çıxıb Mahnuru geri çağırmağa getdikdə Mehmandar ona “uşaqları hazırla, gedək” deyə bildirmiş, bu vaxt o, Mehmandara nalayiq söz deyib “uşaqları hara aparırsan?” deyə sual verdikdə Mehmandar onun sifətinə sillə ilə vurmuş və saçından tutmuşdur. Həmin vaxt atası Əkbər içəri daxil olub onu belə vəziyyətini görüb Mehmandara “sən bu qədər qudurubsan ki, mənim qızımı gözümün qabağında döyürsən?” deyə irad bildirmiş, yumruqla Mehmandarın sifətinə zərbə vurmuşdur. Həmin vaxt Mehmandar şalvarının belindən atası Əkbərin üzərinə bıçaq çıxartmış və bıçağı atası Əkbərə tərəf yelləmişdir. O və anası Rahilə araya girib buna mane olmuşlar. Atası Əkbər isə Mehmandara “bu saat səni balta ilə vuracam, mənim üzərimə bıçaq çıxardırsan?” deyə bildirmişdir. O, balta sözünü eşidib anası ilə birlikdə Mehmandarı evdən çölə çıxartmış, lakin həmin vaxt atası Əkbər əlində balta ilə Mehmandarın arxasınca düşmüşdür. Onlar Mehmandarı qonşuluqda yaşayan Esmiragilin evlərinin həyətinə salmış və qapını arxadan bağlamışlar. Atası Əkbər də gəlib qapını döymüşdür ki, qapını açsınlar. Lakin onlar qapını açmamışlar. Bir qədər sakitlik yarandığına görə o elə düşünmüşdür ki, atası Əkbər çıxıb getmişdir. Ona görə də qapını açmışdır ki, Mehmandar çıxıb getsin, lakin qapını açdığı ilə atası Əkbər əlində balta ilə içəri daxil olmuşdur. Atası Əkbər baltanı havaya qaldırıb “niyə mənim qızımı döyürsən?” deyə Mehmandarı vurmaq istəyərkən Mehmandar, Əkbərin sinəsindən tutmuş, Əkbər də Mehmandarın sinəsindən tutub dartışmışlar. Həmin vaxt Mehmandar da baltanın sapından tutub bıçaqla atası Əkbərin bədəninə zərbə vurmuş və çıxıb getmişdir. Həmin vaxt atası Əkbərin qarın nahiyəsindən qan gəlmiş, onlar Əkbəri evə aparmış və evə təcili-tibbi yardım avtomobili çağıraraq oradan xəstəxanaya aparmışlar. Atası Əkbər əvvəlcə Mehmandarı yumruqla vurmuşdur. Bundan sonra Mehmandar bıçaq çıxarmış, onlar Mehmandarı evdən çölə çıxartdıqda Əkbər balta götürüb Mehmandarın arxasınca gəlmişdir. Mehmandarın onu döyməsinə görə xəsarət almamış, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə nömrəsiz fərdi yaşayış evində oğlu Mehmandar, həyat yoldaşı Mətanət və iki azyaşlı nəvələrilə birlikdə yaşayır, heç bir yerdə işləmir. X8 şəhərində avtoyuma məntəqəsində işləymişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qudası Əkbər, Mehmandara zəng edərək evdə araq içdiyini, süfrə açdıqlarını bildirmiş və onları ailəlikcə evinə qonaq çağırmışdır. O, oğlu Mehmandar, gəlini Mətanət və nəvələri qonşuluqda yaşayan qudası Əkbərin evinə qonaq getmişlər. Mehmandar qaynatası Əkbərlə oturub yemək yeyib araq içmişdir. Bir qədər keçmiş qudası Əkbər kiçik nəvəsini qucağına alıb oynadarkən nəvəsi Əkbərin əlindən ehtiyyatsızlıqdan yerə düşmüşdür. O, tez yüyürüb nəvəsini yerdən götürüb qayğısına qalarkən gəlini Mətanət onun üzərinə çığırıb uşağı əlindən kobudcasına almışdır. O da əsəbləşib evinə getmişdir. Təxminən 15- 20 dəqiqə sonra oğlu Mehmandar ona zəng edərək qaynatası Əkbər balta ilə onu vurmaq istəyərkən onu bıçaqla vurduğunu bildirmişdir. O, evdən çıxıb Əkbərgilin evlərinə tərəf gedərkən yolda Mehmandarla rastlaşmış, Mehmandar onu Əkbərgilin evinə getməyə qoymamışdır. Mehmandar DİN-in 102 xidmətinə zəng edib məlumat verərək və gedib polisə təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçə, ev 48-də ailə üzvlərilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində evdə yatmışdır. Yuxuda olarkən uşağı gəlib onu yuxudan oyatmış və həyətdə dava getməsini bildirmişdir. O, tez həyətə çıxmış və qonşusu Əkbərin bədənindən qan gəldiyini, yaralı vəziyyətdə həyətdə olduğunu, qardaşının, həyat yoldaşı Esmiranın, arvadı Rahilənin və qızı Mətanətin isə Əkbərin başına yığışdıqlarını görmüşdür. Orada məlumu olmuşdur ki, Əkbəri kürəkəni Mehmandar onların həyətində bıçaqla vurmuşdur. həmin vaxt Əkbər sərxoş vəziyyətdə olmuşdur. Küçəyə çıxdıqda isə küçənin yuxarı hissəsində Mehmandarın piyada getdiyini görmüş, lakin o hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçə ev 48-də ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığım evdə olarkən qonşusu Əkbərin qızı Mətanət qardaşı Etibarı səslədiyini eşitmişdir. Mətanət əri Mehmandarla atası Əkbərin dava etdiklərini bildirib onu köməyə cağırmışlır. O, qapıya tərəf getdikdə görmüşdür ki, Rahilə və Mətanət Mühmandarı küçəyə çixarıb onların qapısına tərəf aparırlar. O da sakitləşdirmək üçün Mehmandarı evlərinin həyətinə salmışdır. Əkbərin əlində balta ilə Mehmadara tərəf gəldiyini görmüşdür. Mehmandar və Əkbər sərxoş olmuşlar. Mehmandar onların evinin həyətində olarkən əlində qara rəngli açılıb bağlanan bıçaq olmuşdur. O, Mehmadardan bıçağı ona verməsini tələb etmiş, lakin Mehmandar bıçağı verməkdən imtina etmişdir. Mehmandar bıçağı qatlayıb kəmərinə keçirtmişdir. Həmin vaxt Əkbər əlində balta ilə onların qapısnı kəsdirib açmalarını tələb etmişdir. Bir qədər ara sakitləşəndən sonra evin həyət darvazası içəri tərəfdən açılmış, həmin vaxt Əkbər əlində balta ilə həyətə daxil olmuşdur. O da həyətə girdikdə Əkbərin əlində balta ilə Mehmandara hücum etmək istədiyini görmüşdür. Həmin vaxt o, Mətanət və Rahilə, Əkbər və Mehmandarın qarşısına durub ayırmağa, mane olmağa çalışmış, Əkbər və Mehmandar süpürləşmişlər.Əkbər əlindəki baltanı havaya qaldıran zaman Mehmandar baltanı Əkbərin əlində tutub bıçaqla Əkbərin bədəninə zərbə vurmuşdur. Bundan sonra Mehmandar oradan qaçıb getmiş, gedərkən baltanı da yerdən götürüb küçəyə atmışdır. Onlar isə Əkbərə köməklik göstərməyə çalışımışlar.Bir qədər sonra təcili tibbi yardım gəlib Əkbəri xəstəxanaya aparmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə yerləşən 48 nömrəli fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən əvvəl birlikdə spirtli içki qəbul etdikləri masanın və spirtli içki olan arağın, zərərçəkmiş şəxsin əynində olmuş qanlı paltarların, mübahisənin başladığı və davam etdiyi yerlərin fotoşəkilləri çəkilmiş, həmçinin qeyd edilən paltarlar tərəfimdən qablaşdırılmaqla maddi sübut qismində götürülmüşdür. “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 01 ədəd bıçaq baxış keçirilməklə hal şahidlərinin iştirakları və fotoşəkil çəkilməklə qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, 8-ci küçədə yerləşən 48 nömrəli fərdi yaşayış evinin qarşısında yerdə olan 01 ədəd baltaya baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı qaynatası Zərərçəkmiş şəxs ilə mübahisə etdikləri evi, sonuncuya deşici-kəsici alətlə xəsarət yetirdiyi qonşu evi və həmin evin həyətyanı sahəsini göstərərək ifadəsini əyani olaraq təsdiq etmişdir. İstintaq hərəkəti icra edilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirməsinə əsasən, hadisə vaxtı qaynatası Zərərçəkmiş şəxs əlində olmuş 1 ədəd balta müvafiq baxış və götürmə protokolu əsasında götürülərək qablaşdırılmışdır. İfadənin yerində yoxlanılması zamanı törədilmiş müvafiq cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətlərinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokollara əlavə edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisənin hansı səbəbdən və şəraitdə baş verməsinin, hadisənin mexanizminin, hadisənin əlavə iştirakçılarının olub-olmamasının və şahidlərinin dairəsinin, hadisə yerinin yaxınlığında videomüşahidə kamerasının olubolmamasının, hadisə vaxtı ictimai qaydanın pozulub-pozulmamasının, cəmiyyətə açıqca hörmətsizlik olub-olmamasının, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən rayon ərazisində başqa cinayətin törədilib-törədilməməsinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, hər hansı müsbət nəticə əldə edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 389 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmiş, yaralardan biri döş qəfəsinin sol yan səthində yerləşir, daxilə nüfuz edərək plevranın, diafraqmanın və dalağın zədələnməsi ilə nəticələnir. Digər ikinci yara qarın nahiyəsinin ön səthində yerləşir, daxilə nüfuz edən yaradır, böyük piyliyin zədələnməsi ilə nəticələnir. Qeyd olunan xəsarətlərin əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 5 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi AB0 sistemi üzrə A (İİ) betadır.Təqdim olunmuş bir ədəd bıçaqdan götürülmüş yuyuntuda qan aşkar olunmamışdır. Təqdim olunmuş bir ədəd uzunqol kofta və bir ədəd mayka üzərində insana məxsus qan aşkar olunmuşdur. ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Məhkəmə balistik-trasolji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/737/3/741 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla hazırlanmış kəsici, çapıcı xassəyə malik məişət- təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçaqdır. Təqdim edilmiş 1 (bir) ədəd sviterin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə (“a” zədələri aşağıdan yuxarıya doğru, “b” zədələri sağdan sola doğru istiqamətlənərək) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş sviterin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş sviterin və maykanın səthində olan zədələr bir-biri ilə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 389 saylı ekspert rəyində göstərilmiş bədəndəki xəsarətlərlə uyğunluq təşkil edir, üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubikasının CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. “Şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 23 radələrində Gəncə şəhər BPİ-nə gələrək bıçaqla qaynatası Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsini etiraf etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər evlər üçülüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçə, ev 16-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV № 353404 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid6 Mehmandar qızı xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. AZ-İV № 353404 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd mayka, 1 ədəd poluver, 01 ədəd balta, o cümlədən cinayətin aləti olan 01 ədəd bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə, elan edilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə eyni zamanda işin faktiki hallarına qiymət verib hesab edir ki, təqsirləndirilən şəxsin əməli isə ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs Mehmandar Məmmədovun kiçik qızını qucağına götürüb oynadarkən bilmədən qızı əlindən yerə düşmüş və ağlamağa başlamışdır. Bu vaxt qaynanası Mehmandar Məmmədovun anası Mahnur qışqıraraq atası Əkbərə “korsan, bir yavaş da” deyərək səs-küy yaratmışdır. Mahnur uşağı götürüb sakitləşdirməyə çalışarkən anası qızını Mahnurdan aldığına görə Mahnur acıq edib evin qapısını çırparaq getmişdir. Əkbər də Mahnurun arxasınca çıxıb Mahnuru geri çağırmağa getdikdə Mehmandar ona “uşaqları hazırla, gedək” deyə bildirmiş, bu vaxt arvadı Mehmandara nalayiq söz deyib “uşaqları hara aparırsan?” deyə sual verdikdə Mehmandar onun sifətinə sillə ilə vurmuş və saçından tutmuşdur. Həmin vaxt Əkbər içəri daxil olub Mehmandara “sən bu qədər qudurubsan ki, mənim qızımı gözümün qabağında döyürsən?” deyə irad bildirmiş, yumruqla Mehmandarın sifətinə zərbə vurmuşdur. Həmin vaxt Mehmandar şalvarının belindən atası Əkbərin üzərinə bıçaq çıxartmış və bıçağı Əkbərə tərəf yelləmişdir. Bu zaman Əkbərin qızı və arvadı Rahilə araya girib buna mane olmuşlar. Əkbər isə Mehmandara “bu saat səni balta ilə vuracam, mənim üzərimə bıçaq çıxardırsan?” deyə bildirmişdir. Mehmandarın arvadı Mətanət balta sözünü eşidib anası ilə birlikdə Mehmandarı evdən çölə çıxarmış, lakin həmin vaxt Əkbər əlində balta ilə Mehmandarın arxasınca düşmüşdür. Onlar Mehmandarı qonşuluqda yaşayan Esmiranın evlərinin həyətinə salmış və qapını arxadan bağlamışlar. Əkbər yenə gəlib qapını döymüşdür ki, qapını açsınlar. Lakin onlar qapını açmamışlar. Bundan sonra bir qədər sakitlik yarandığına görə o elə düşünmüşlər ki, Əkbər çıxıb getmişdir. Ona görə də qapını açmışlar ki, Mehmandar çıxıb getsin, lakin qapını açdığı ilə Əkbər əlində balta ilə içəri daxil olmuşdur. Əkbər baltanı havaya qaldırıb “niyə mənim qızımı döyürsən?” deyə Mehmandarı vurmaq istəyərkən Mehmandar Əkbərin sinəsindən tutmuş, Əkbər də Mehmandarın sinəsindən tutub dartışmışlar. Həmin vaxt Mehmandar da baltanın sapından tutub bıçaqla Əkbərin bədəninə zərbə vurmuş və çıxıb getmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tam sübut olundu ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmiş, onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilməmiş, mənzildə baş vermiş hadisə zamanı Əkbər Mehmandara “bu saat səni balta ilə vuracam, mənim üzərimə bıçaq çıxardırsan?” dedikdən sonra Mehmandarın arvadı Mətanət balta sözünü eşidib anası ilə birlikdə Mehmandarı evdən çölə çıxarmışlar. Bundan sonra hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış Əkbər əlində balta ilə Mehmandarın arxasınca düşmüşdür. Onlar Mehmandarı qonşuluqda yaşayan Esmiranın evlərinin həyətinə salmış və qapını arxadan bağlamışlar. Əkbər yenə gəlib qapını döymüşdür ki, qapını açsınlar. Lakin onlar qapını açmamışlar. Bundan sonra bir qədər sakitlik yarandığına görə o elə düşünmüşlər ki, Əkbər çıxıb getmişdir. Ona görə də qapını açmışlar ki, Mehmandar çıxıb getsin, lakin qapını açdığı ilə Əkbər əlində balta ilə içəri daxil olmuşdur. Əkbər baltanı havaya qaldırıb “niyə mənim qızımı döyürsən?” deyə Mehmandarı vurmaq istəyərkən Mehmandar Əkbərin sinəsindən tutmuş, Əkbər də Mehmandarın sinəsindən tutub dartışmışlar. Həmin vaxt Mehmandar da baltanın sapından tutub bıçaqla Əkbərin bədəninə zərbə vurmuş və çıxıb getmişdir. Əməlin xuliqanlıq olması üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmişəməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 221.3-cü maddəsi ona verilən ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərəçəkmiş şəxsin onun qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərin edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, zərərəçəkmiş şəxsin onun qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərin edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd mayka və 1 ədəd poluver zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Eləcə də bir ədəd balta və 01 ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd mayka və 1 ədəd poluver zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Eləcə də bir ədəd balta və 01 ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar