Məhkəmə qərarları › İş №1(100)-365/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-365/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-365/2024 11.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X6 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 2003-cü ildə Şəmkir rayonu, Şeidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şeidlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs alkoqollu içki olan pivənin qəbulu nəticəsində 0,3 promil alkoqol sərxoşluğu vəziyyətində olmaqla 06 avqust 2023-cü il tarixdə, saat 02 radələrində anası X3 məxsus “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” olmadan BD 307119 nömrəli, xx.xx.2022-ci il tarixdə verilmiş “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21154” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayonu istiqamətində saatda 120 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, həmçinin yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqol sərxoşluğu halında idarə etdiyi avtomobillə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəratindən və avtomobilin idarəetməsindən yayındırmamalı, hərəkət təhlükəsizliyini təmin etməyən ötüşmə əməliyyatı aparmamalı, idarə etdiyi avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməli, qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla avtomobili idarə etməli və avtomobilin hərəkət hissəsində dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etməni itirib yolun kənarında olan dirəyə dəydikdən sonra avtomobilin aşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin qismində əyləşmiş X8 başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sağ yarısının, sol yanağın, burunun sol yan səthinin, sağ almacıq nahiyəsinin sıyrıqları, burun sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ çiyinüstü nahiyənin, döş qəfəsinin sağ yan səthinin, sağ bazu nahiyəsinin arxa və bayır səthinin, sağ dirsək oynağının arxa səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ əlin arxa səthinin, sol əlin İİ-İİİ-İV-V daraq-falanqa oynaqlarının arxa səthinin əzilmişdidilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsinə, sonuncunun aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi xəsarətlərindən ölümünə səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol- nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, halhazırda Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsidir. 05 avqust 2023cü il tarixdə, saat təxminən 22:30 radələrində həmkəndliləri olan dostları Şahid1, Şahid2, Şahid3, Şahid4 ilə Şəmkir rayonu, Şeidlər kəndində yerləşən çayxanada pivə içmişlər. Saat təxminən 00:30 radələrində çayxanadan durmuşlar, o, "VAZ-21154" minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili, Şahid1 isə Nemətin atasına məxsus "VAZ- 21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Elmir İbrahimov onun idarə etdiyi avtomobildə, Nemət və Nurlan isə Sarının idarə etdiyi avtomobildə əyləşmişlər. Onlar avtomobillərlə kənddə bir qədər gəzmişlər. Daha sonra onlar Şəmkir-Gədəbəy avtomobil yoluna çıxmışlar. O, avtomobili həmin ərazidə olan sürət həddindən artıq sürətlə idarə etmişdir. Şəmkir rayonu, Çənlibel kəndinin ərazisində Sarının idarə etdiyi avtomobil qabaqda, o isə ondan 1-2 metr arxada getmişdir. Həmin vaxt o, idarəetməni itirmiş, avtomobil sağa tərəf çıxmış və yolun kənarındakı dirəyə dəymişdir. İdarə etdiyi avtomobil firlanaraq aşmışdır. O, avtomobildən çıxdıqda Elmir İbrahimovun avtomobilin yanında yerdə qalmasını görmüşdür. X14 Sarının idarə etdiyi avtomobillə xəstəxanaya aparmışlar. X4 vəziyyəti ilə maraqlandıqda vəziyyətinin ağır olduğunu bildirmişlər. Xəstəxanaya gələn polis əməkdaşları ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəldikdən sonra onun idarə etdiyi avtomobildə olan Elmir İbrahimov öldüyünü eşitmişdir. O, törətdiyi əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum X10 onun oğlu olmuşdur. 06 avqust 2023-cü il tarixə X19un yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini ərinin dayısı ona bildirmişdir. Təqsirləndirilən şəxs onlarla həmkəndlidir. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Eyni zamanda bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı 10 avqust 2023-cü il tarixdə daha təfərrüatlı verdiyi ifadəsindən görünür ki, mərhum X10 onun doğma oğlu olmaqla bir evdə yaşamışlar. X19 05 avqust 2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları evdən çıxmış və kəndlərində çayxanaya getdiyini demişdir. 06 avqust 2023-cü il tarixə keçən gecə saat 02:30 radələrində o, Elmirin mobil telefonuna zəng edərək harada olduğunu soruşduqda Elmir evə gəldiyini demiş, ancaq Elmir evə gəlməmiş və mobil telefonuna zəng çatmamışdır. Həmin gün saat 05 radələrində qohumları onlara zəng edərək oğlu Elmirin yol-nəqliyyat hadisəsində xəsarət almasını, aldığı xəsarətlərə görə xəstaxanaya gətirilməsini bildirmişlər. Onlar Şəmkir şəhərində yerləşən xəstəxanaya gəldikdə oğlu Elmirin vəfat etməsini bildirmişlər. Həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21154” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirmiş, yolun kənarında olan dirəyə dəyərək avtomobil aşmış, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobildə sərnişin qismində olan övladı Elmir İbrahimov vəfat etmişdir (iş vərəqə: cild İ, səh. 50-52). Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, Şəmkir rayonu, Şeidlər kəndində olan ərzaq dükanının qarşısında çətirin altına kənd sakinləri gələrək ondan aldıqları pivə və digər sərinləşdirici məhsulları qəbul edərək istirahət edirlər. 05 avqust 2023-cü il tarixdə, saat 23 radələrində dükanın qarşısına “Vaz 21154” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı və “Vaz 21154” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomoblərlə həmkəndliləri X10, Təqsirləndirilən şəxs, Şahid4, Şahid1, Şahid2 dükanın qarşısında oturaraq pivə alıb içmişlər. Onlar bir az oturub pivə içdikdən sonra çıxıb getmişlər. Sabahısı gün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Çənlibel kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi törətdiyini və avtomobildə sərnişin qisimində olan X7 vəfat etdiyini eşitmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində Şahid4 оğlu ifаdəsində göstərmişdir ki, 05 avqust 2023-cü il tarixdə gecə saatlarında Şəmkir rayonu, Şeyidlər kəndində çayxanada həmkəndliləri X10, Təqsirləndirilən şəxs, Şahid4, Şahid2 və başqaları ilə birlikdə pivə içmişlər. Saat təxminən 00:40 radələrində çayxanadan durmuşlar. Təqsirləndirilən şəxs özünə məxsus "VAZ-21154" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili, Şahid2 da atasına məxsus "VAZ-21154" markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qasımalı kəndinə getmişlər. Orada bir az gəzdikdən sonra Çənlibel kəndi istiqamətində qayıtmışlar. Çənlibel kəndinə gedəndə Nemətin "VAZ-21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilini Şahid1 idarə etmiş, Nemət və o da həmin avtomobildə əyləşmişlər. Elmir İbrahimov isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olmuşdur. Çənlibel kəndi istiqamətində hərəkət edən zaman o, idarə etdiyi "VAZ-21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə qabaqda, Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobillə arxasınca gəlmişdir. Onlar hərəkətdə olan zaman arxadan səs eşidib geri qayıdarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yol kənarındakı dirəyə dəyərək aşdığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin yanında dayanmış, onun avtomobilində olan Elmir İbrahimov isə asfalta uzanmış vəziyyətdə olmuşdur. X21 Aslanovun idarə etdiyi "VAZ- 21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Elmirin vəfat etməsini bildirmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, “Elektron məhkəmə sistemindən çıxarış”a əsasən Azərbaycan Respublikası hüdudlarından kənarda olmasına görə məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 05 avqust 2023-cü il tarixdə gecə saatlarında Şeyidlər kəndində yerləşən Şahid3 işlətdiyi çayxanaya gəlmişdir. Orada həmkəndliləri X10, Təqsirləndirilən şəxs, Şahid4, Şahid2 və başqaları ilə birlikdə pivə içmişlər. Saat təxminən 00:40 radələrində çayxanadan durmuş, Təqsirləndirilən şəxs özünə məxsus "VAZ-21154" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili, Şahid2 da atasına məxsus "VAZ-21154" markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qasımalı kəndinə getmişlər və orada bir qədər gəzəndən sonra Çənlibel kəndi istiqamətində qayıtmışlar. Çənlibel kəndinə gedəndə Nemətin "VAZ-21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilini o, idarə etmiş, Nemət və Nurlan həmin avtomobildə əyləşmişlər. Elmir İbrahimov isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olmuşdur. Çənlibel kəndi istiqamətində hərəkət edən zaman o, idarə etdiyi "VAZ-21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə qabaqda, Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobillə arxasınca gəlmişdir. Onlar hərəkətdə olan zaman arxadan səs eşidib geri qayıdarkən Ramilin idarə etdiyi avtomobilin yol kənarındakı dirəyə və taxta hasarlara dəyərək aşdığını, Ramilin avtomobilin yanında dayandığını, onun avtomobilində olan Elmir İbrahimovun isə asfalta uzanmış vəziyyətdə olduğunu görmüşlər. Elmirin sifətində qan olmuş, uzanıqlı vəziyyətdə olmuşdur. Onlar Elmiri onun idarə etdiyi "VAZ-21154" minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Elmirin vəfat etməsini bildirmişlər (iş vərəqə: cild 1, səh.35-37). Eyni zamanda, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” elektron arayışa əsasən hərbi xidmətə göndərildiyi müəyyən edildiyindən məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild 1, səh.39-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış barədə protokol”dan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən hissəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 7-20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 avqust 2023-cü il tarixli, 288 saylı “sərxoşluq vəziyyəttinin tibbi müayinəsi” aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs 0,3 promil alkoqol sərxoşluğu olmuşdur (iş vərəqə: cild İ, səh. 28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin Tovuz RQİ və TBŞ-nin 25 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək BD-307119 saylı, “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmçinin onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur (iş vərəqə: cild İ, səh. 79). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Vaz 21154” minik markalı, 25BE370 qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 məxsusdur (iş vərəqə: cild İ, səh. 30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 06 avqust 2023-cü il tarixli, 40 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sağ yarısının, sol yanağın, burunun sol yan səthinin, sağ almacıq nahiyəsinin sıyrıqları, burun sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ çiyinüstü nahiyənin, döş qəfəsinin sağ yan səthinin, sağ bazu nahiyəsinin arxa və bayır səthinin, sağ dirsək oynağının arxa səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ əlin arxa səthinin, sol əlin İİ-İİİ-İV-V daraq-falanqa oynaqlarının arxa səthinin əzilmiş-didilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 06 avqust 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X7 ölümü meyitin müayinəyə başlanmasından 5-8 saat əvvəl baş vermişdir. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 80-83). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 8/3723 saylı rəyindən görünür ki, “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisədən əvvəl “VAZ-21154” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Şahid1 ötmə əməliyyatında olan “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə maneçilik törətməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin “VAZ-21154” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşmanın baş verməməsi nəzərə alınmaqla sürücü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 4-cü hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, həmin hal hüquqi məna kəsb etdiyindən istintaq orqanı və ya məhkəmə tərəfindən qiymətləndirilə bilər (iş vərəqə: cild İ, səh. 92-94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 19 yanvar 2024-cü il tarixli, 42 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmədiyindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 144-145). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilmiş 10 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, “VAZ 21154” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Şəmkir Rayon Polis Şəbəsinin DYP-nin cərimə meydançasında saxlanması nəzərə alınmışdır, həmin qərardan həmçinin görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar qəbul edilərək Şəmkir Rayon Polis X20 Polis Bölməsinə göndərilmişdir (iş vərəqə: cild İ, səh. 164-171). Cinayət işinin materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.122-123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 noyabr 2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 78). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şeidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şeidlər kəndində daimi qeydiyyatdadır (iş vərəqə: cild İ, səh. 132). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şeidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 131). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda həmin universitetin Aqrobiznes və idarəetmə fakültəsinin əyani təhsil formasının “Marketinq” ixtisası üzrə üçüncü kurs tələbəsidir və müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 138). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı təqdim etdiyi həm əlyazma ilə yazdığı, həm də notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, bundan başqa təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, həmçinin təqsirləndirilən şəxsin ali təhsil məktəbində təhsil almaqla hal-hazırda tələbə olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini və yuxarıda qeyd edilən Plenum qərarlarında nəzərdə tutulmuş halları, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (əvvəllər məhkum olunmamasını, yaşayış yeri və təhsil müəssisəsi üzrə müsbət xarakterizə olunmasını), onun zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin ali təhsil məktəbində təhsil almaqla halhazırda tələbə olmasını və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan həmin yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, cinayət qanununun müddəalarından göründüyü kimi, cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın tətbiq edilməsi üçün əsas təqsirləndirilən şəxsin göstərilən həddə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah olunmasının mümkün sayılmasıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cinayət qanununun yuxarıda qeyd edilən tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməli olduğundan, yəni ona təyin olunan cəzanın müddəti həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq təyin edilə bilməməsinə görə, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə 5 ildən- 6 il aralığında təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən təqsirləndirilən şəxsə aşağı həddə, yəni 5 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə təqsirləndirilən şəxsin islah edilməsini mümkün sayır. Belə ki, məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi: maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, törətdiyi cinayət əməli təqsirin ehtiyatsızlıq formasına aiddir, o, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, törətdiyi cinayət əməlindən peşmandır, hal-hazırda ali təhsil müəssisəsində təhsil almaqla tələbədir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq 5 ildən artıq müddətdə azadlıqdan məhrum etmə cəzası çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, ehtiyatsızlıqdan cinayət törətmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, eləcə də cəzasını yüngülləşdirən kifayət qədər hallar olan təqsirləndirilən şəxsə qeyd edilən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə qanuna müvafiq və məqsədəuyğun hesab edir. Beləliklə də, məhkəmə qeyd edilənləri nəzərə almaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin cəzanın cinayət qanunu ilə müəyyən edilmiş məhkumun islah edilməsi məqsədinin tələblərinə uyğun olması ilə yanaşı, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinin təmin edilməsi baxımından, həmçinin cinayət qanununun qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə də uyğun olduğunu qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış və Şəmkir Rayon Polis Şəbəsinin DYP-nin cərimə meydançasında saxlanmış “VAZ 21154” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Şəmkir Rayon Polis Şəbəsinin DYP-nin cərimə meydançasında saxlanmış “VAZ 21154” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar